Məhkəmə qərarları › İş №2(1-8)-1049/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1049/2026

04.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1049/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cəlb edilməklə) qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: irəli sürülmüş tələbin mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməməzliyi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin ** saylı Ərazi Idarəsi) qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il # #### tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. JN-176 KOD ******** saylı ## ###### 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X12 və onun beş nəfərdən ibarət ailə üzvlərinin (X23, X17, X18, X24 və X19) mülkiyyətinə Hacıqabul rayonu Aqrar Islahat Komissiyasının ## ######## 1997-ci il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,75 ha torpaq sahəsi verilmişdir.

2. JN-178 KOD ******** saylı ## ###### 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X3 və onun altı nəfərdən ibarət ailə üzvlərinin (X20, X8, X9, X13, X14, X1) mülkiyyətinə Hacıqabul rayonu Aqrar Islahat Komissiyasının ## ######## 1997-ci il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 7,27 ha torpaq sahəsi verilmişdir.

3. Hacıqabul rayonu Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız hesab edilmiş, Meyniman kənd sakini İddiaçı ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsi qərara alınmışdır.

4. Meyniman kənd Inzibati Ərazi Vahidi üzrə nümayəndə M.Vəliyev, nümayəndəlikdə mühasib N.Gözəlov və Meyniman kənd sakini İddiaçı tərəfindən ## ######## 2001-ci il tarixdə tərtib edilmiş akta əsasən, torpaq islahatı zamanı torpaq payı almayan İddiaçı mərz nişanları vurulmaqla 9,89 ha torpaq sahəsi təhvil verilmişdir.

5. Hacıqabul Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2003-cü il tarixli iclas protokolundan çıxarışa əsasən, Meyniman kənd X2 Komissiyasının müraciətinə baxılaraq qərara alınmışdır ki, Hacıqabul rayon Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini İddiaçı ərizəsini nəzərə almaqla ona pay torpağı şəklində 9,89 ha torpaq sahəsi mülkiyyətinə verilməsi təsdiq olunmuş, Hacıqabul rayon Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılmış və qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat:

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3) qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, Hacıqabul rayon Meyniman kənd Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli qərarına əsasən JN-176 KOD, ******** saylı və JN-178 KOD, ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ######## 1964-cü ildə Sabirabad rayonunun Kalinovka (indiki Meyniman) kəndində anadan olmuşdur. Həmin kənddə böyüyüb başa çatmış və hal-hazırda da Meyniman kəndində qeydiyyatda olmaqla yaşayır 1997- 1998-ci illərdə Aqrar Islahatları zamanı torpaq ayrılarkən o pay torpağı ala bilməmişdir. Buna görə də o, 2001-ci il tarixdə pay torpağın ayrılması ilə əlaqədar Meyniman kənd X2 Kommisiyasına ərizə ilə müraciət etmiş və ona orada bildirmişlər ki, yaxın zamanlarda torpaq payın ayrılması ilə bağlı müraciətini təmin edəcəklər. Meyniman kənd X2 Kommisiyasının araşdırması nəticəsində müəyyən olmuşdur ki, torpaq islahatları zamanı Meyniman Inzibata Ərazi Vahidliyində qeydiyyatda olaraq torpaq payı alan Özbəkistan Respublikasından məcburi köçüb gələn X25 Elimdar Ilyas oğluna Aqrar Islahat Komissiyasının ## ######## 1997-ci il tarixli ** nömrəli qərarı ilə 5,75 ha və X4 Aqrar Islahat Komissiyasının ## ######## 1997-ci il tarixli ** nömrəli qərarı ilə 7,27 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi ayrılmışdır. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, X15 və X4 onlara islahat zamanı ayrılmış torpaqdan ümumiyyətlə istifadə etməyiblər və uzun müddətdir ki, ailələri ilə birlikdə yenidən Özbəkistan Respublikasına köçüb getmişlər. Buna görə də ## ######## 2001-ci il tarixdə Meyniman kənd X2 Komissiyasının iclasında qərara alınmışdır ki, Torpaq Islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş X15 adma verilmiş JN-176 KOD ******** saylı və X4 adma verilmiş JN-178 KOD ******** saylı Dövlət Aktları etibarsız hesab edilmiş və Meyniman kənd sakini İddiaçı, yəni onun ərizəsi nəzərə alınmaqla həmin etibarsız hesab edilmiş aktlarda göstərilən torpaqlardan 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. ## ######## 2001-ci il tarixli Aktla mərz nişanları vurulmaqla 9,89 ha torpaq sahəsi ölşülüb ona təhvil verilmişdir. ## ###### 2003-cü il tarixdə Hacıqabul Rayon Aqrar Islahat Komissiyası, Meyniman kənd X2 Kommisiyasının müraciətinə baxaraq Qərara almışdır ki, Meyniman kənd X2 Kommisiyasının ## ######## 2001-ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini İddiaçı ərizəsini nəzərə almaqla ona pay torpağı şəkilində 9,89 ha torpaq sahəsi mülkiyyətinə verilməsi təsdiq olunmuş, Hacıqabul rayon Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılmış və qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilmişdir. 2001-ci il tarixdən hal- hazırki günədək həmin ona ayrılmış 9,89 ha torpaq sahəsindən o istifadə edib orada əkin-biçin işlərini aparıb ailəsini dolandırır. 9,89 ha torpaq sahəsindən daimi və səmərəli istifadə edir. Həmin torpaqda əkdiyi məhsullara quluq edib bəhrəsini görür. Vaxtında olaraq həmin torpağın vergisini ödəyir. Hal-hazırda iş üzrə cavabdeh Cavabdeh həmin torpaq sahəsini mənimsəyərək onun həmin torpaq sahəsindən istifadə etməyinə maneçilik törədir. Bu səbəbdən də o məcbur olub bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli, qərarına əsasən JN-176, KOD ******** saylı və JN-178, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsi ilə (hakim Həmid Əzizov) iddia təmin edilərək, Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarına əsasən JN-176, KOD ******** saylı və JN-178, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.

9. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, 2(071)- ****/**** nömrəli qətnaməsinə düzəliş edilmiş, qətnamənin təsviri və nəticə hissəsində “JN-178, KOD ******** saylı şəhadətnamənin L və K hissələri bütöv, JN-176, KOD ******** saylı şəhadətnamənin L hissəsi tam, K hissəsindən isə 1,2 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ tanınsın” sözlərinin əlavə edilməsi qərara alınmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qərardadı ilə (hakimlər Cahid Imanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) qətnamə hüquq və maraqlarına toxunan şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin ** saylı Ərazi Idarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. 11.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan sayılır. Bu səbəbdən, qətnamə hüquq və maraqlarına toxunan şəxs maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməli, həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

13. Qərardaddan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. 14.

15. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, X31 yaşadığı Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Mozdok şəhərindən ## ##### 2023-cü il tarixdə Xırdalan şəhər Vəkil Bürosunun vəkili vəkil2 onu Azərbaycan Respublikasında nümayəndə kimi təmsil etmək üçün etibarnamə göndərmişdir.

16. Həmçinin müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsindən ## ### 2023-cü il tarixdə həmin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X31 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti, - qətnamənin maraqlı şəxs1 hüquq və vəzifələrini pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulmasının, eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin də müzakirə ediməsi məqsədi ilə, - qeyri-mümkün hesab edilərək, qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi həmin qərardadda göstərmişdir ki, Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4- cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki, MPM-nin 234.1-ci maddəsinə əsasən, bu məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Hazırda maraqlı şəxs1 hesab edir ki, qəbul olunmuş qətnamə onun maraqlarına toxunur və həmin qətnaməni mübahisələndirir. Belə olan halda birinci instansiya məhkəməsi ilk öncə maraqlarına toxunan şəxs kimi maraqlı şəxs1 Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsi ilə onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət də müzakirə ediməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır.

18. Bundan sonra Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2023cü il tarixli qərardadı ilə həmin məhkəmənin ## ###### 2017-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X31 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.

19. Birinci instansiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs ## ###### 2017-ci il tarixli qətnaməsinin X31 hüquqlarına toxunması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, adı çəkilən qətnamə ilə X5 və onun ailə üzvlərinə verilmiş JN-178 KOD ******** saylı dövlət aktında göstərilən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Məhkəmə həmin qənaətə gələrkən Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarına əsasən X5 adına verilmiş JN-178 KOD ******** saylı dövlət aktı etibarsız hesab edilmişdir. Halbuki, Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarında “Ənvər Alıyevin” adına verilmiş dövlət aktının etibarsız hesab edilməsi qeyd edilmişdir.

20. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- ****/**** nömrəli, ## #### 2023-cü il tarixli qərardadı ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X31 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş icraata qəbul edilmişdir.

21. Kassasiya kollegiyası Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsinin X31 hüquq və vəzifələrinə toxunması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.

22. Belə ki, iş materiallarından müəyyən olunur ki, Hacıqabul rayonu Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarına əsasən, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız hesab edilmiş, Meyniman kənd sakini İddiaçı ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, ## ######## 2001-ci il tarixdə isə mərz nişanları vurulmaqla həmin torpaq sahəsi sonuncuya təhvil verilmişdir.

23. Göründüyü kimi, Hacıqabul rayonu Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarında hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktlarının etibarsız hesab edilməsi qeyd olunsa da, Dövlət Aktlarının nömrələri həmin qərarda göstərilməmişdir.

24. Həmçinin iş materiallarından müəyyən olunur ki, X21 cavabdeh X6 və hazırki işdə də tərəf olan, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3) qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə bağlı işdə olan və qanuni qüvvəsini almış Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2018-ci il tarixli qətnaməsi ilə (iş vərəqi 104-107) müəyyən edilir ki, Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarına əsasən X3 adına verilmiş JN-178 KOD ******** saylı dövlət aktı etibarsız hesab edilmişdir.

25. Bundan başqa işdə olan Hacıqabul rayon Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, *** nömrəli Sərəncamına əsasən Hacıqabul rayonu Meyniman kənd inzibati ərazisində JN *** saylı Dövlət Aktı ilə pay torpaq sahəsi verilmiş, 1998-ci ildən Hacıqabul rayonundan qeydiyyatdan çıxıb Rusiya Federasiyasına köçmüş X10 adına verilmiş pay torpaq sahəsindən Talış kəndində məskunlaşmış X26 və onun ailə üzvlərinə əkinçilik məqsədi üçün 2 (iki) hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. (Iş vərəqi 218)

26. Eyni zamanda işdən görünür ki, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X31 nümayəndəsi və vəkili vəkil2 qətnamədən apelyasiya şikayəti versə də, qətnamənin X31 hüquq və vəzifələrinə toxunmasını təsdiq edən hər hansı bir sənədi, o cümlədən mübahisəli JN-178 KOD ******** saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apelyasiya şikayətinə əlavə etməmişdir.

27. Apellyasiya instansiya məhkəməsi, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X31 nümayəndəsi və vəkili vəkil2, ## ###### 1997-ci il tarixdə maraqlı şəxs1 də mülkiyyət hüququnu təsbit etmiş mübahisəli JN-178 KOD ******** saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apelyasiya şikayətinə əlavə etməməsinə, həmin aktın Hacıqabul rayonu Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarı, habelə Hacıqabul Rayon Aqrar Islahat Komissiyasının ## ###### 2003-cü il tarixli qərarı ilə ləğv edilib-edilməməsini araşdırmadan, dövlət aktında soyadları “Kaçiyev” kimi qeyd olunmasına baxmayaraq, maraqlı şəxs1 dövlət aktında olan şəxs olub-olmamasını aydınlaşdırmadan, 20 ildən çox müddət keçdikdən sonra müraciət etmiş X31 qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi qiymətləndirərkən gəldiyi nəticəni formal olaraq əsaslandırmış, iş materiallarında olan və yuxarıda sadalanan hallara hər hansı hüquqi qiymət verməmişdir.

28. Eyni zamanda apellyasiya instansiya məhkəməsi X31 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadında qeyd olunan göstərişlərin birinci instansiya məhkəməsi tərəfindən tam icra edilməməsini diqqətdən qaçırmışdır.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, JN-178 KOD ******** saylı dövlət aktının verilməsindən 20 ildən artıq müddət keçməsinə, həmin dövlət aktının keçən bu müddət ərzində etibarsız hesab edilməsi üçün tutarlı əsasların olmasına baxmayaraq həmin halları araşdırmadan, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X31 iş üzrə qətnаmədən apellyasiya şikаyəti vеrilmək hüququ olan şəxs olması məsələsinə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.

30. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasını, icraya yönəldildikdən sonra qətnaməyə əsasən iddiaçıya torpaq sahəsinə dair çıxarışların verilməsini, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olması barədə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini, habelə hazırda iddiaçı tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə işdə olan sübutları və bu halda qətnamə hüquq və vəzifələrinə toxunan digər şəxslərin də dairəsinin genişlənməsi ehtimallarını nəzərə alınmamışdır.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli,2(106)- ***/**** saylı qərardadı ilə Hacıqabul rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2017-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs kimi maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Hacıqabul rayon Məhkəməsinə qaytarılmışdır.

21. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli, 2(071)- ****/**** nömrəli qətnaməsindən X43 nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır.

22. Hacıqabul Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən maraqlarına toxunan şəxs qismində maraqlı şəxs1 nümayəndəsi və vəkili vəkil2 ##.##.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi əsasında maraqlı şəxs1 və onun ailə üzvlərinə Hacıqabul Rayon Aqrar Islahat Komissiyasının ## ######## 1997-ci il tarixli ** nömrəli qərarı əsasında JN-178 KOD ******** saylı dövlət aktı ilə keçirilmiş torpaq sahəsi başqa şəxsin mülkiyyətinə keçmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermək üçün iş üzrə maraqlı şəxs1 maraqlarına toxunan şəxs qismində tanınması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

23. Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə maraqlı şəxs1 marağına toxunan şəxs kimi tanınması qərara alınmışdır.

24. Daha sonra Hacıqabul Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, 2(071)- ****/**** saylı qətnaməsindən maraqlarına toxunan şəxs qismində maraqlı şəxs1 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizəsi daxil olmuşdur.

25. Hacıqabul Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən maraqlarına toxunan şəxs qismində maraqlı şəxs1 tərəfindən buraxılmış prosessual müddət bərpa edilmiş, ##.##.2025-ci il tarixli apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi və maraqlarına toxunan şəxs qismində maraqlı şəxs1 tərəfindən verilmiş buraxılmış prosessual müddəti bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

26. Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə, Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından iş üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. 27.

28. Apellyasiya baxışında maraqlarına toxunan şəxs qismində iştirak edən maraqlı şəxs1 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, mübahisələndirilən məhkəmə qətnaməsi aidiyyət qaydaları pozulmaqla çıxarılmışdır. Mülkiyyət hüququnun tanınması barədə iddia inzibati məhkəmədə qaldırılmalı idi. Cavabdeh olaraq qoyulan şəxs formal cavabdehdir, belə ki, o, iddiaçının qohumu olmuşdur. Təqdim edilmiş dövlət aktının hüquqlarını müdafiə etdiyi şəxsə aid olması təsdiq edilib. Inzibati məhkəmədə dövlət aktının qanunilik prezumpsiyası yoxlanılmışdır. Dövlət Aktı qüvvədədir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

29. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. 2017-ci ildə Hacıqabul rayon məhkəməsi həmin Dövlət Aktını etibarsız hesab etmişdir. Qərara əsasən o, 9 ha torpaq sahəsinə Çıxarış almışdır. Icra Hakimiyyətinin Sərəncamı ilə 2,04 ha torpaq sahəsini bağışlamışdır. Həmin torpaq sahəsinin satıldığı qeyd edilsə də, özləri də etiraf edərlər ki, bağışlamış, heç bir ödəniş almamışdır. 2.04 ha keçib mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına, 5.20 ha onun adına çıxarış var. maraqlı şəxs1 Rusiya Federasiyasının vətəndaşıdır, həmin topraq sahəsindən istifadə etməmişdir. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

30. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi nümayəndə2 izahatında bildirmişdir ki, apellyasiya şikayətinə etiraz edir. Torpaq sahəsi 2013-cü ildə Icra Hakimiyyətinin sərəncamı ilə onların istifadəsinə verilmişdir. Onların istifadəsində olan torpaq sahəsi icra hakimiyyəti tərəfindən şəhid ailəsinə verilmişdir. Icra hakimiyyətindən torpaq sahəsi verilməsini xahiş etmişdir. Buna görə də, onlara 2 ha torpaq sahəsi ayrılması barədə sərəncam imzalamışdır. İddiaçı çıxarışı vardır, onunla heç bir qohumluq münasibəti olmadığından, torpaq sahəsini onlara bağışlama ilə verə bilməmişdir. Aralarında formal olaraq alqı-satqı müqaviləsi bağlamış, ödəniş etməmişlər. Maraqlarına toxunan şəxs qismində maraqlı şəxs1 Azərbaycan Respublikasının vətəndaşı deyil, şəxs Azərbaycan Respublikasına köçüb yaşamır. Apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.

31. Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıqabul Rayon Icra Hakimiyyətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

32. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il, *(***)-****/**** saylı qərardadı ilə, apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürməyən üçün şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin ** saylı Ərazi Idarəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

33. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə irəli sürülmüş tələbin mülki məhkəmə icraatı qaydasında baxılması yolverilən tələb olmamışdır.

34. Belə ki, iş materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin ## ###### 2017ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Meyniman kənd X2 Komissiyasının ## ######## 2001ci il tarixli qərarına əsasən JN-176 və JN-*** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarında göstərilən torpaq sahələrindən 9,89 hektar torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə sonradan məhkəmənin ## ###### 2017-ci il tarixli qərardadı ilə qismən düzəliş edilmiş və dövlət aktlarında göstərilən konkret torpaq sahələri üzrə mülkiyyət hüququnun tanınması ilə bağlı əlavə izahlar verilmişdir.

35. Lakin iş materiallarının araşdırılması göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi təbiəti və tətbiq edilməli hüquq normaları düzgün müəyyən edilməmiş, nəticədə həm maddi, həm də prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilməlidir ki, tələb irəli sürülən şəxsin (Cavabdeh) tələbə cavab verib-verməməsindən asılı olmayaraq belə iddianın mümkünlüyü ilkin şərtdir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilikdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

36. Iddiaçı İddiaçı iddia tələbinin mahiyyəti torpağa mülkiyyət hüququnun tanınması ilə bağlı olmaqla yanaşı, həmin hüququn əsasını təşkil edən inzibati qərarların hüquqi nəticələrinin müəyyən edilməsini də ehtiva edir.

37. Iş materiallarından aydın olub ki, mübahisə Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarı və Hacıqabul rayon Aqrar Islahat Komissiyasının ## ###### 2003-cü il tarixli qərarı ilə bağlı hüquqi nəticələrin qiymətləndirilməsi ilə sıx bağlıdır. Həmin qərarlar isə öz hüquqi mahiyyətinə görə inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar hesab olunur.

38. Hazırkı iş üzrə iddia tələbinin mahiyyəti də faktiki olaraq inzibati aktların hüquqi nəticələrinin dəyişdirilməsi və ya həmin aktların yaratdığı hüquqi vəziyyətin yenidən müəyyən edilməsi ilə bağlıdır. Bu isə mübahisənin publik hüquq xarakteri daşıdığını göstərir.

39. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almadan mübahisəyə mülki hüquq münasibəti kimi yanaşmış və işə mülki məhkəmə icraatı qaydasında baxmışdır.

40. Halbuki mübahisənin mahiyyəti inzibati aktların hüquqi nəticələri ilə bağlı olduğundan belə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı idi.

41. Kollegiya hesab etmişdir ki, bu hal mübahisənin məhkəmə aidiyyəti məsələsinin düzgün müəyyən edilməməsi ilə nəticələnmiş və nəticədə işə səlahiyyətli olmayan məhkəmə tərəfindən baxılmışdır.

42. Bundan əlavə, iş materiallarından görünür ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəldilməmişdir.

43. Belə ki, iddia torpağa mülkiyyət hüququnun tanınması ilə bağlı olmaqla yanaşı, inzibati aktların nəticələrinə təsir göstərən hüquqi vəziyyətin dəyişdirilməsini nəzərdə tutur. Bu halda mübahisənin tərəfi kimi müvafiq inzibati orqan və ya həmin hüquqi vəziyyətin formalaşmasında iştirak etmiş dövlət orqanı çıxış etməli idi.

44. Lakin iddia fiziki şəxs olan Cavabdeh qarşı qaldırılmışdır. Halbuki həmin şəxs mübahisəli hüquqi münasibətin yaranmasına səbəb olan inzibati aktların qəbul edilməsində iştirak etməmiş və bu aktların hüquqi nəticələrinin dəyişdirilməsi ilə bağlı səlahiyyətə malik olmayan şəxsdir.

45. Bu baxımdan kollegiya hesab edib ki, iddianın belə subyektə qarşı yönəldilməsi hüquqi baxımdan əsassızdır və bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinə ciddi təsir göstərmişdir.

46. Birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununa əsasən, məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi zamanı cavabdeh qismində göstərilən şəxsin məhkəmə iclasında iddianı etiraf etməsi halı da nəzərə alınmışdır.

47. Belə ki, iş materiallarında cavabdeh Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdiyi və iddia tələbinin təmin edilməsinə etiraz etmədiyi qeyd olunmuşdur.

48. Lakin məhkəmə kollegiyası hesab edib ki, həmin etiraf hüquqi baxımdan əsaslı hesab edilə bilməz və iddianın təmin edilməsi üçün müstəqil hüquqi əsas kimi qiymətləndirilə bilməz.

49. Belə ki, mülki prosessual qanunvericiliyin ümumi prinsiplərinə görə iddianın etiraf edilməsi yalnız o halda hüquqi nəticə doğura bilər ki, həmin etiraf mübahisə predmeti üzrə hüquqi münasibətin tərəfi olan və iddia üzrə cavabdeh qismində çıxış etməli olan şəxs tərəfindən verilsin. Bu halda, etiraf məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilərək mübahisənin həllində nəzərə alına bilər. Hazırkı iş üzrə isə iddia tələbi torpağa mülkiyyət hüququnun tanınması ilə bağlı olub, həmin hüququn yaranması və dəyişməsi inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarların hüquqi nəticələri ilə birbaşa bağlıdır. Bu baxımdan belə mübahisə üzrə cavabdeh qismində müvafiq inzibati orqan və ya həmin hüquqi vəziyyətin formalaşmasında iştirak etmiş səlahiyyətli subyekt çıxış etməli idi. Buna baxmayaraq, iddia fiziki şəxs olan Cavabdeh qarşı qaldırılmışdır. Halbuki həmin şəxs mübahisəli hüquq münasibətinin yaranmasına səbəb olan inzibati aktların qəbul edilməsində iştirak etməmiş və mübahisəli hüquqi vəziyyətin dəyişdirilməsi ilə bağlı hər hansı səlahiyyətə malik olmamışdır.

50. Bu səbəbdən onun məhkəmə iclasında iddianı etiraf etməsi hüquqi baxımdan əhəmiyyət kəsb etmir və belə etiraf mübahisənin həllinə təsir göstərə biləcək hüquqi nəticə yarada bilməz.

51. Başqa sözlə, iddiaya cavab verməli olmayan şəxs tərəfindən verilmiş etirafın hüquqi qüvvəsi yoxdur və belə etirafın mövcudluğu iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz.

52. Hazırkı işdə isə cavabdeh qismində göstərilən fiziki şəxs mübahisəli hüquq münasibətinin subyekti olmadığından onun iddianı etiraf etməsi hüquqi nəticə doğura bilməz və belə etiraf məhkəmə üçün iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.

53. Kollegiya həmçinin qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli və Hacıqabul rayon Aqrar Islahat Komissiyasının ## ###### 2003-cü il tarixli qərarları ilə X5 məxsus JN-*** nömrəli dövlət aktının etibarsız sayılması məsələsi həll edilməmişdir.

54. Həmin qərardadda həmçinin göstərilmişdir ki, kənd X2 Komissiyasının torpağa mülkiyyət hüququna dair dövlət aktını etibarsız hesab etmək səlahiyyəti olmamışdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız hesab olunur və belə akt hüquqi nəticə yaratmır.

55. Beləliklə, inzibati kollegiyanın qərardadında müəyyən edilmiş hüquqi vəziyyət göstərir ki, mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dəyişdirilməsi yalnız Hacıqabul Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsi nəticəsində baş vermişdir. Bu səbəbdən həmin qətnamə X5 hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir edən məhkəmə aktı hesab edilir.

56. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə alıb ki, ərizəçi yalnız inzibati iş üzrə qərarın qanuni qüvvəyə minməsindən sonra həmin qətnamədən şikayət vermək imkanına malik olmuşdur. Bu səbəbdən apellyasiya şikayətinin verilməsi prosessual hüquqların həyata keçirilməsi baxımından əsaslı hesab edilməlidir.

57. Kollegiya qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi mahiyyəti və məhkəmə aidiyyəti düzgün müəyyən edilmədiyindən qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz.

58. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” ## ##### 2015-ci il tarixli * saylı qərarının 5.1, 16.3-cü bəndinə, Azərbaycan Respublikası Konstutisiya Məhkəməsi Plenumunun “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # #### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1,262.1, 262.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

a) Kassasiya şikayətinin dəlilləri:

59. Iddiaçı İddiaçı (vəkil-vəkil1) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, 2(106)- ****/**** saylı qərardadının ləğv edilməsi, iş üzrə yenidən araşdırma aparılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına qaytarılması və ya yeni qərar qəbul edilməsini xahiş etmişdir.

60. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edib ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi, məhkəmə tərəfindən düzgün qərardad qəbul edilməməsi ilə nəticələnə biləcək prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Birincisi ona görə ki, X31 yaşadığı Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Mozdok şəhərindən ## ##### 2023-cü il tarixdə Xırdalan şəhər Vəkil Bürosunun vəkili vəkil2 onu Azərbaycan Respublikasında nümayəndə kimi təmsil etmək üçün etibarnamə göndərmişdir. Hacıqabul rayon məhkəməsinin ## ###### 2017ci il tarixli, *(***)-****/**** saylı məhkəmə qətnaməsindən ## ### 2023-cü il tarixdə həmin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X31 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ### 2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti, - qətnamənin maraqlı şəxs1 hüquq və vəzifələrini pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulmasının, eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin də müzakirə ediməsi məqsədi ilə, - qeyri-mümkün hesab edilərək, qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır.

61. Apellyasiya instansiya məhkəməsi həmin qərardadda göstərmişdir ki, Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355- 17.3cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki, MPM-nin 234.1-ci maddəsinə əsasən, bu məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Hazırda maraqlı şəxs1 hesab edir ki, qəbul olunmuş qətnamə onun maraqlarına toxunur və həmin qətnaməni mübahisələndirir. Belə olan halda birinci instansiya məhkəməsi ilk öncə maraqlarına toxunan şəxs kimi maraqlı şəxs1 Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsi ilə onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət də müzakirə ediməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır.

62. Bu isə ona dəlalət edir ki, maraqlarına toxunan şəxs bu gün yenidən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsini təkrar üzürlü səbəbən buraxılmasının bərpası barədə qərardaddan iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət nəzərə alınmamışdır. (Bunu iş materaillarından açıq-aşkar görmək olar).Ikincisi ona görə ki, iş materiallarından müəyyən olunur ki, Hacıqabul rayonu Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarına əsasən, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız hesab edilmiş, Meyniman kənd sakini İddiaçı ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, ## ######## 2001-ci il tarixdə isə mərz nişanları vurulmaqla həmin torpaq sahəsi sonuncuya təhvil verilmişdir.

63. Bundan başqa - Hacıqabul rayonu Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarında hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktlarının etibarsız hesab edilməsi qeyd olunsa da, Dövlət Aktlarının nömrələri həmin qərarda göstərilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, X21 cavabdeh X6 və hazırki işdə də tərəf olan, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3) qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə bağlı işdə olan və qanuni qüvvəsini almış Hacıqabul Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2018ci il tarixli qətnaməsi ilə (iş vərəqi 104-107) müəyyən edilir ki, Meyniman kənd X2 Komissiyasının ## ######## 2001-ci il tarixli qərarına əsasən X3 adına verilmiş JN-178 KOD ******** saylı dövlət aktı etibarsız hesab edilmişdir.

64. Bundan başqa işdə olan Hacıqabul rayon Icra Hakimiyyəti başçısının ##.##.2013-cü il tarixli, *** nömrəli Sərəncamına əsasən Hacıqabul rayonu Meyniman kənd inzibati ərazisində JN *** saylı Dövlət Aktı ilə pay torpaq sahəsi verilmiş, 1998-ci ildən Hacıqabul rayonundan qeydiyyatdan çıxıb Rusiya Federasiyasına köçmüş X10 adına verilmiş pay torpaq sahəsindən Talış kəndində məskunlaşmış X26 və onun ailə üzvlərinə əkinçilik məqsədi üçün 2 (iki) hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. Eyni zamanda işdən görünür ki, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X31 nümayəndəsi və vəkili vəkil2 qətnamədən apelyasiya şikayəti versə də, qətnamənin X31 hüquq və vəzifələrinə toxunmasını təsdiq edən hər hansı bir sənədi, o cümlədən mübahisəli JN-178 KOD ******** saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apellyasiya şikayətinə əlavə etməmişdir.

65. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.11.2023cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə yuxarıda göstərdiyim əsaslar tam təsdiq edilmişdir. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı qəbul edilərkən Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28.11.2023cü il tarixli, *(***)-****/**** saylı qərardadı nəzərə alınmamışdır.

66. Belə ki, həmin dövlət aktında şəxsin soyadı X16 olduğu görünür ki, buda X31 maraqlarına toxunan şəxs olmadığı açıq aşkar görünür. Odur ki, kassasiya şikayətində göstərdiklərindən görünür ki, işə maddi prosessual hüquq normalarının pozulması ilə baxılmışdır.

67. Apellyasiya instansiya məhkəməsi prosessual pozuntulara yol vermişdir. Belə ki, hakim özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərardadda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

68. Işdən görünür ki, Hacıqabul rayon AIK ##.##.2003-cü il tarixli icla protokolu ilə Meyniman kənd sakini İddiaçı torpaq sahəsinin ayrılması barədə qərar verilmiş və həmin qərarda göstərilmişdir ki, Torpaq islahatı zamanı Meyniman IƏV-də qeydiyyatda olaraq torpaq payı alan və halhazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız sayılsın. Meyniman kənd sakini İddiaçı ərizəsi nəzərə alınmaqla həmin 9.89 ha torpaq sahəsi onun mülkiyyətində verilsin. Hesab edirəm ki, hakim işə prosessual pozuntularla baxmışdır. Odur ki, işin faktiki və hüquqmüəyyən edici sənədlər əsasında araşdırmalıdır.

20. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respub likası Konstitusiyası nın 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2016-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81, 88, 217.1, 218.1 və 418.1-ci maddələrinə istinad edilmişdir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 261.0.1. Hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir.

26. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

Kassasiya baxışının hədləri:

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində iddiaçı İddiaçı tərəfindən qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X31 nümayəndəsi və vəkili vəkil2 qətnamədən apellyasiya şikayəti versə də, qətnamənin X31 hüquq və vəzifələrinə toxunmasını təsdiq edən hər hansı bir sənədi, o cümlədən mübahisəli JN-178 KOD ******** saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apellyasiya şikayətinə əlavə etmədiyi, həmin dövlət aktında şəxsin soyadı X16 olduğu görünür ki, buda X31 maraqlarına toxunan şəxs olmadığının açıq-aşkar göründüyü barədə dəlilləri ilə razılaşmır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı maraqlı şəxs1 cavabdehlər Hacıqabul rayon Icra Hakimiyyəti başçısının Meyniman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Hacıqabul rayon Icra Hakimiyyətinə qarşı “Meyniman kənd X2 komissiyasının ##.##.2001-ci il tarixli iclas protokolundan çıxarışda X5 (Ənvər Alıyev) aid olan hissədə və Hacıqabul rayon Aqrar Islahat Komissiyasının ##.##.2003-cü il tarixli iclas protokolundan çıxarışın X5 (Ənvər Alıyev) aid olan hissədə etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə ## ### 2025-ci il tarixli *******)-***/**** nömrəli qərardadında məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə hazırda mübahisələndirilən ##.##.2001-ci il tarixli və ##.##.2003-cü il tarixli qərarlar ilə J№-178 KOD ******** nömrəli ##.##.1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız sayılmamışdır. Belə ki, ##.##.2001-ci il tarixli və ##.##.2003-cü il tarixli qərarların icrası qaydasında dövlət aktının ləğv edilməsi və ya qüvvədən düşməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində hər hansı məlumat və sənəd mövcud deyildir. Müəyyən edilmişdir ki, J№-178, KOD ******** nömrəli dövlət aktı ilə X7 və onun ailə üzvlərinin mülkiyyətinə verilən 7.27 ha torpaq sahəsi yalnız Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı J№-178, KOD ******** nömrəli dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilən 7.27 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun bərpa etməkdən ötrü ##.##.2001-ci il tarixli və ##.##.2003- cü il tarixli qərarları deyil, hüquq və qanunla qorunan maraqlarına toxunduğuna görə Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2017-ci il tarixli qətnaməsini mübahisələndirməlidir.

31. Kassasiya kollegiyası qeyd edir ki, iş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən mülkiyyətçi kimi adı soyadı və ata adı X16 göstərilən “Torpaq Mülkiyyət Hüquqna dair” JN-178, KOD ******** saylı Dövlət aktının ərizəçi maraqlı şəxs1 məxsus olması müəyyən edilmişdir. Həmçinin iş materiallarında qüvvədə olan Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli Hacıqabul Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə maraqlı şəxs1 marağına toxunan şəxs kimi tanınması barədə qərardad və Hacıqabul Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı Hacıqabul Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən maraqlarına toxunan şəxs qismində maraqlı şəxs1 tərəfindən buraxılmış prosessual müddət bərpa edilməsi barədə qərardadlar mövcuddur.

32. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət vermiş, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə əlaqədar mövqeyini kifayət qədər əsaslandırmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar