Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1055/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh (Şərqi Zəngəzur Regional Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, buraxılmış prosessual müddətin bərpasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh (Şərqi Zəngəzur Regional Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və buraxılmış müddətin əmək stajına daxil edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 Zəngəzur Regional Təhsil Dairəsinin kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən ##.##.2024-cü il tarixli, *** saylı əmrin ləğv edilməsi, Cavabdeh ixtisası üzrə ibtidai sinif müəllimi kimi işə bərpa edilməsi, əmək haqqına edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma müddəti üzrə əmək haqqının hesablanaraq ona ödənilməsi və həmin müddətin əmək stajına daxil edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən xitam verilməsinə dair verilmiş *** saylı əmrin ləğv edilməsi, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən işə bərpa edilməsi, iddiaçı İddiaçı məcburi iş buraxmaya görə əmək haqqısının (əmək haqqına edilmiş artımlar nəzərə alınmaqla) ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Ramiz Quliyev) b) Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Müllki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə)
5. Apellyasiya instansiyası məhkəməsini qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir.
6. Cavabdeh (nümayəndəsi və vəkili vəkil1) ## ###### 2026-cı il tarixdə kassasiya şikayəti vermişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılması qərara alınmışdır.
8. Kassasiya şikayətinin geri qaytarılmasının əsası o olmuşdur ki, şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklində verilməyib, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyin tələblərinə cavab vermir.
9. Cavabdeh ##.##.2026-cı il tarixdə kassasiya şikayəti vermiş, eyni zamanda buraxılmış müddətin bərpası haqqında ərizə ilə də müraciət etmişdir.
10. Cavabdeh müddətin bərpası ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin vəkili və nümayəndəsi vəkil1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri qaytarılmasını haqlı olaraq onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10- 1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı kassasiya şikayəti gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklidə verilmədiyindən, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə cavab vermədiyindən, geri qaytarılmalıdır. Həmin Məcəllənin 408.1, 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası həmin qərardadda izah etmişdir ki, Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinin mənasına görə cavabdeh göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada kassasiya şikayəti vermək hüququna malikdir. Qeyd olunmalıdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə alınmış, lakin Məktəbinin VÖEN-i olmadığı üçün kassasiya şikayəti bəzi yanlışlıqlarla, yəni məhkəmə kollegiyasının yuxarıda qeyd etdiyi prossesual formaya riayət olunmadan, bununla yanaşı kassasiya şikayətinin verilmə müddəti ötürülmədən, yəni ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim olunmuşdur. Kassasiya şikayəti üzrə ərizəyə baxış iclasında məhkəmə kollegiyası tərəflərə izah etmişdir ki, Qubadlı rayonu Xıdırlı kənd orta məktəbinin VÖEN-i olmasa da prossesual tələblərə riayət olunmalıdır. Kassasiya şikayətinin verilməsi üçün Cavabdeh tabe olduğu yuxarı orqan kimi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin VÖEN-indən istifadə edə bilər. Lakin, kassasiya şikayəti üzrə ərizəyə baxlıması, kassasiya şikayətinin geri qaytarılması barədə qəbul edilmiş qərardadın tərəflərə təqdim edilməsi müəyyən müddət davam etdiyi üçün hazırda kassasiya şikayətinin verilmə müddəti ötürülmüşdür. Buna görə də kassasiya şikayətinin verilmə müddəti üzürlü səbəblərdən ötürüldüyü üçün kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi üzrə qərardad qəbul edilməlidir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, # #### 2026-cı il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, ərizəyə əlavə edilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Afiq Hüseynzadə)
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizədə qeyd edilən hal üzrlü hesab edilməli hal deyildir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Müllki kollegiyasının ##.##.2025-ci il tarixli, *****)-****/**** nömrəli qətnaməsi cavabdehin elektron kabinetinə ##.##.2026-ci il tarixdə yerləşdirilmişdir. Cavabdehin elektron kabinetinə ##.##.2026-ci il tarixdə yerləşdirilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən kassasiya şikayəti gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklidə verilmədiyindən, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə cavab vermədiyindən onun kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qeyd olunan qətnamədən kassasiya şikayətini ##.##.2026-cı il tarixində yenidən vermişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 129.1, 130.1, 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslanmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı tarixli qərardadının ləğv edilərək mülki iş üzrə kassasiya şikayətinin buraxılma müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi müddətin bərpası ilə bağlı cavabdehin ərizəsini təmin etməməklə mülki prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş, cavabdehi şikayət vermək hüququndan məhrum etmiş, onun müdafiə hüququna verilən konstitusiya təminatı pozulmuşdur. Üçüncü şəxsin adından şikayətin verilməsi hüququnun olması məhkəmənin izahatından sonra cavabdehə məlum olmuş və bundan sonra kassasiya şikayəti üçüncü şəxsin adından verilmişdir. Deməli cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək niyyətində olduğuna dair iradəsini, onun verilməsi üçün prosessual müddəti ötürmədən ifadə etmişdir. Bu səbəbdən bu hal məhkəmə tərəfindən üzrlü hal kimi qəbul edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarı ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
21. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
25. Məhkəmə kollegiyası müddətin bərpası barədə ərizədə göstərilən dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.
26. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe də ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
27. Cavabdeh isə öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan dəlillərə istinad etməmişdir.
28. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.