Məhkəmə qərarları › İş №2(1-8)-1063/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1063/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1063/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şirkətinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzil tikinti koooperativinin fəaliyyətindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Şirkətinə qarşı "qeyri-yaşayış sahəsinə hüququn tanınması və təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Sifarişçi İddiaçı Məhəməd oğlu ilə podratçı Cavabdeh şirkəti arasında (direktoru X2 şəxsində) bağlanmış ## #### 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilələrə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə inşa edilən hündür mərtəbəli binaların 1-ci blokun zirzəmisində 527,5 kv metr, 2-ci blokun zirzəmisində 559 kv metr, 3-cü blokun zirzəmisində 510,6 kv metr və 4-cü blokun zirzəmisində 527,5 kv metr qeyri-yaşayış sahələrini (qarajları) sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin qeyriyaşayış sahələri üçün cəmi 424920 manat məbləğdə (1- ci blok üzrə 527,5 kv metr qeyriyaşayış sahəsinə 105500 manat, 2-ci blok üzrə 559 kv metr qeyri-yaşayış sahəsinə 111800 manat, 3-cü blok üzrə 510,6 kv metr qeyri-yaşayış sahəsinə 102120 manat və 4-cü blok üzrə 527,5 kv metr qeyri-yaşayış sahəsinə 105500 manat olmaqla) pul ödəməyi öhdəsinə götürmüşdür.

2. İddiaçı həmin məbləğləri ödədiyinə dair ## #### 2007-ci il tarixli 14, 15, 16 və ** nömrəli kassa mədaxil orderi qəbzləri tərtib olunmuş, habelə Cavabdeh Şirkətinə borcu qalmadığına dair eyni tarixli maliyyə arayışları verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış ##.##.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələrə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh şirkəti tərəfindən inşa edilən hündür mərtəbəli binalarda 1-ci blok üzrə 527,5 kvadrat metr, 2-ci blok üzrə 559 kvadrat metr, 3-cü blok üzrə 510,6 kvadrat metr və 4-cü blok üzrə 527,5 kvadrat metr qeyri-yaşayış (qarajlar) sahələrinin boşaldılıb ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinə onun sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, ##.##.2007-ci il tarixli müqavilələr üzrə iddiaçı tərəfindən cavabdeh şirkətə qeyri-yaşayış sahələrinə görə cəmi 424920 manat ödənilmişdir. Iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin təhvil verilməsi üçün cavabdeh şirkətə dəfələrlə müraciət edilmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdeh öhdəliyini icra etmədiyindən pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh Cavabdeh Şirkətinin qanuni təmsilçisi nümayəndə1 ##.##.2021-ci il tarixdə keçirilmiş yerli baxış iclasında verdiyi izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən ərazilər MTK-nın qarajlarıdır və orda hal-hazırda 4-5 maşın saxlanılır və ona məlum olmayan şəxslər aybaay gəlib o pulları yığırlar. Həmin şəxslərin kim olduğu ona bəlli deyil, sadəcə eşitmişdir ki, MTK-nın rəhmətə getmiş keçmiş təsisçisi tərəfindən həmin şəxslərə qanunsuz verilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Əyyubov) iddia təmin edilmişdir.

7. Məhkəmə işin faktiki hallarına, tərəflər arasında bağlanmış müqavilələrə və iş materiallarına əlavə edilmiş maliyyə arayışlarına və kassa mədaxil qəbzlərinə istinadən qeyd etmişdir ki, iddiaçının Cavabdeh Şirkətinə borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən qeyri-yaşayış sahələrinə dair sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilələr üzrə öhdəliklərini tam olaraq yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir.

8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.8, 385.1, 425.1, 178.8, 646.1, 646.2 və 648.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində birinci icraat

9. Işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh şirkətinin prezidenti X5 Babayev arasında bağlanmış # ##### 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqaviləyə müvafiq olaraq şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidəki tikilməkdə olan binanın 1765 kvadrat metr qeyri-yaşayış sahəsini (qaraj yerini) tikərək ona təhvil verməyi öhdəsinə götürmüş, qeyri-yaşayış sahəsinin qiyməti 1053600 manat müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan 1053600 manat Maraqlı şəxs tərəfindən müqavilə bağlanan gün tam olaraq Cavabdeh şirkətinə ödənilmiş, bu barədə ona həmin tarixdə, # ##### 2011-ci il tarixli qəbz verilmişdir. Bu qeyri-yaşayış sahəsi “2011-ci ildən onun istifadə və sərəncamındadır. Hal-hazırda da, həmin qeyri-yaşayış sahəsinin sahibi odur. Məsələ ondadır ki, 2013-cü ildə Bakı şəhər prokurorluğunda istintaqı aparılan ********* saylı cinayət işinin istintaqı zamanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə Cavabdeh Şirkəti tərəfindən inşa edilən yaşayış binasının 4-cü blokunun 1765 kvadrat metr sahəsi olan zirzəmiyə aid, qiyməti 1053600 manat dəyərləndirilən qeyri-yaşayış sahəsinə aid sənədlər prokurorluğun böyük müstəntiqi tərəfindən götürüldüyündən, bu sahənin özəlləşdirilməsini müvəqqəti olaraq həyata keçirə bilməmişdir. Aparılan istintaqın nəticəsi barəsində isə bu vaxta qədər ona heç bir məlumat verilməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi bu qeyriyaşayış sahəsinin mülkiyyətçisi odur və sahə onun tərəfindən idarə olunur. Bu məhkəmə prosesi real mülki münasibətlərin pozulması səbəbilə deyil, iddiaçı ilə cavabdeh Cavabdeh şirkəti arasında ona qarşı yönəldilmiş addımın nəticəsi olaraq meydana çıxmışdır. Məhkəmə həqiqəti araşdırmadan, şübhəli olduğu kənardan açıq-aşkar bəlli olan iddia tələbini təmin etmişdir. Cavabeh Cavabdeh şirkəti və onun rəhbərliyinə məlumdur ki, İddiaçı iddia etdiyi qeyri-yaşayış sahəsi Maraqlı şəxsdir və faktik olaraq mülkiyyətindədir. Bütün bunları bildiyi halda Cavabdeh şirkəti məhkəmə prosesinə gəlib, həqiqəti məhkəməyə çatdırmamış və guya ki, mübahisənin həllində maraqlı olmadığını nümayiş etmişdir. Əslində isə Cavabdeh şirkəti kimliyi ona məlum olmayan, prosesdə iddiaçı qismində çıxış edən İddiaçı ilə cinayət əlaqəsinə girərək ona məxsus olan obyekti ələ keçirmək niyyəti güdmüşdür. Göründüyü kimi, tərəflər, iddiaçı və cavabdeh öz nümayəndələrinin şəxsində qanunvericiliyin müvafiq tələblərinə vicdansız yanaşmış, saxta sənədlər tərtib etməklə özgə əmlakını ələ keçirmək məqsədi güdmüş və məhkəməni aldada bilmişlər. Məhkəmə iddiaçıdan bu vaxta qədər harda olduğunu, nə üçün bu vaxta qədər cavabdehdən öz öhdəliyini yerinə yetirməyi tələb etmədiyini soruşmamışdır. Məhkəmə mübahisə predmetinə yerli baxış keçirərkən mübahisə predmeti olan əmlaka kimin sahiblik etdiyini yerində müəyyənləşdirməmiş, Cavabdeh şirkətinin nümayəndəsini bununla bağlı sorğu-suala tutmamışdır. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və sonda səhv nəticəyə gəlmişdir.

11. Maraqlı şəxs təqdim etdiyi Cavabdeh şirkətinin prezidenti Ələsgər Ömərovla aralarında bağlanmış # ##### 2011-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqaviləyə əsasən, şirkət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidəki tikilməkdə olan binanın qaraj yerinin tikilərək ona təhvil verilməsini öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 1765 kvadrat metr olmaqla, müqavilənin qiyməti 1053600 manat müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan 1053600 manat ümumi məbləğin alıcı tərəfindən müqavilə bağlanan gün tam həcmdə ödənilməsi barədə Cavabdeh şirkətinə aid ##.##.2011-ci il tarixli kassa mədaxil orderi verilmişdir. Müqavilə və kassa mədaxil orderi Cavabdeh şirkətinin möhürü və direktoru kimi X2 imzası ilə təsdiqlənmişdir.

12. Apellyasiya icraatı zamanı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın **/**** saylı, ##.##.2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinin layihə sənədlərinə uyğun olduğu müəyyən olunmuşdur. Lakin Cavabdeh Şirkəti ilə İddiaçı və Maraqlı şəxs arasında bağlanmış müqavilələrə dair plan sxem təqdim olunmadığı üçün həmin müqavilələr üzrə ayrılmış sahələrin ölçülərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Cavabdeh Şirkəti tərəfindən İddiaçı və Maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində satıldığını nəzərə alaraq, həmin qeyri-yaşayış sahələrinin üst-üstə düşdüyü müəyyən olunur. Apellyasiya məhkəməsinin qərardadı əsasında verilmiş sənədlərin məhkəmətexniki13.ekspertizasının */*** saylı ## ### 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş ## #### 2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki (sahə 510,6 kvadrat metr, sahə 527,5 kvadrat metr, sahə 527,5 kvadrat metr. sahə 559,0 kvadrat metr), həmin tarixli maliyə arayışlarındakı və # ##### 2011-ci il tarixli kassa mədaxil orderindəki möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əksləri təqdim edilmiş "xxxx” şirkətinə məxsus möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil edir.

14. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının **/**** saylı # ####### 2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), ölçüləri və digər texniki parametrləri layihə sənədlərinə uyğun olmaqla, birinci blokun zirzəmisinin sahəsi 527,5 kvadrat metr, ikinci blokun zirzəmisinin sahəsi 620,2 kvadrat metr, üçüncü blokun zirzəmisinin sahəsi 491,6 kvadrat metr və dördüncü blokun zirzəmisinin 401,4 kvadrat metr (pilləkən meydançası, pilləkənlər və lift şaxtası nəzərə alınmadan) təşkil edir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki, Talıblı və Bünyadzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının mübahisəli mərtəbəsi həmin layihə sənədlərinə və Inşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1-ci əlavəsinə əsasən zirzəmi mərtəbəsi hesab edilir. Həmin zirzəmi mərtəbəsinin daxilində yerləşən pilləkən meydançası, pilləkənlər və lift şaxtası Mənzil Məcələsinin 35.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərin istifadəsində olduğu müəyyən olunur.

15. Məhkəmə-xətşünaslıq ekspertizasının */****-*/**** saylı ## ###### 2023-ci il tarixli rəyində isə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, Maraqlı şəxs və Cavabdeh Şirkətinin adından olan ## ##### 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilədə və həmin müqaviləyə * saylı əlavədə "Podratçı" hissəsində "Ömərov Ə-A." yazılarının qarşısındakı imzalar, Maraqlı şəxs adına olan # ##### 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza - eyni şəxs X2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh Şirkətinin adından olan ## #### 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı" hissəsində “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd maliyyə arayışlarında “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan ## #### 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh Şirkətinin adından olan ## #### 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı” hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar həmin tarixli 4 ədəd maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan ## #### 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar - X3 tərəfındən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

16. Rəydə daha sonra qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, Maraqlı şəxs və Cavabdeh Şirkətinin adından olan # ##### 2011-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” müqavilədə və həmin müqaviləyə * saylı əlavədə "Podratçı" hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, Maraqlı şəxs adına olan # ##### 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza ilə 4 ədəd İddiaçı Məhəməd oğlu və Cavabdeh Şirkətinin adından olan ## #### 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilədə "Podratçı" hissəsində "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, həmin tarixli 4 ədəd maliyyə arayışlarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan ## #### 2007-ci il tarixli 4 ədəd kassa mədaxil orderinin qəbzində möhür əksinin üzərindəki imzalar – öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) ## ##### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakimlər – E.Kazımov (sədrlik edən və məruzəçi), N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia tələbi rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

19. Apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı ilə cavabdeh Cavabdeh şirkəti arasında bağlanmış ## #### 2007-ci il tarixli “Qeyri-yaşayış sahəsinin tikintisi haqqında” fərdi müqavilələrdəki (dörd müqavilədəki) və həmin tarixli maliyyə arayışlarındakı (dörd maliyyə arayışındakı) imzanın, həmçinin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs ilə Cavabdeh Şirkəti arasında bağlanmış # ##### 2011-ci il tarixli “Qeyriyaşayış sahəsinin tikintisi haqqında” müqavilədəki və kassa mədaxil orderinin qəbzindəki imzanın Cavabdeh Şirkətinin direktoru olmuş mərhum X2 tərəfindən icra olunubolunmaması, qeyd olunan müqavilələrdəki mərhum X2 adından icra olunmuş imzaların eyni şəxs tərəfindən icra olunub-olunmaması, eləcə də qeyd olunan müqavilələrdəki, maliyyə arayışlarındakı və kassa mədaxil orderinin qəbzindəki möhür əksinin Cavabdeh Şirkətinə məxsus möhür olub-olmaması və bütün sənədlərdəki möhür əksilərinin eyni yaxud fərqli möhürlərə aid olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası keçirilməsi zərurəti yaranmışdır.

20. Alınmış rəylərin nəticəsindən göründüyü kimi, hazırki iddia üzrə iddiaçı cavabdehi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə məcbur etmək görüntüsü yaratmağa cəhd etsə də, əslində iş üzrə keçirilmiş ekspertizalarla, o cümlədən məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlandığı iddia olunan 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki imzalar mərhum X2 tərəfindən deyil, başqa şəxslər tərəfindən icra olunmuşdur. Əksinə, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs ilə Cavabdeh şirkəti arasında bağlanmış # ##### 2011-ci il tarixli müqavilədə və həmin müqaviləyə * saylı əlavədə “Podratçı” hissəsində yazılarının qarşısındakı və eyni tarixli kassa mədaxil orderinin qəbzindəki imzanın X2 tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Demək ki, iddiaçının təqdim etdiyi 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki möhür əksi cavabdeh Şirkətə məxsus olsa da, imzalar həmin vaxt Şirkətin rəhbəri olmuş Ələsgər Ömərova məxsus deyildir. Bu fakt isə açıq-aşkar ona dəlalət edir ki, həmin sənədlər sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edildiyindən, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

21. Məhkəmə Mülki Məcəllənin 452.1 və 452.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi fərdi müəyyən əşya kimi qəbul edilsə ona dair həm iddiaçının, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi qanuni yanaşma deyildir. Çünki məhz Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin (əlbətdə ki, iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlər sonradan saxta yolla tərtib edilməmiş olsa) etibarlı olduğunu göstərir. Belə ki, fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş qeyri-yaşayış sahəsi o vaxt verilə bilər ki, həmin qeyri-yaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun. Yəni, tikinti şirkəti yaxud digər şəxs qeyriyaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıq-aşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Lakin bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 443, 452.2, 448-ci maddələri.). Lakin hazırki iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir, üstəlik qeyri-yaşayış sahəsinin on ildən artıq müddətdə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs sahibliyində və istifadəsində olması da işin mübahisəsiz halıdır. Bu cür vəziyyətdə iddiaçının və cavabdeh Şirkətin səlahiyyətli şəxslərinin sonradan saxta sənədlər tərtib edərək hazırki iddianın irəli sürülməsi isə əlbətdə ki, yolverilməzdir. Çünki bu hal açıqaşkar hüquqdan pis niyyətlə sui-istifadə edib başqalarına zərər vurmaq məqsədi daşımışdır.

22. Həmçinin apellyasiya məhkəməsi eyni tarixli xüsusi qərardad qəbul edərək, hazırkı mülki iş üzrə qanun pozuntusuna yol vermiş şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxdığından Azərbaycan Respublikasının Baş prokuroluğuna xəbər vermişdir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.8, 158.4, 385.1, 386.1, 442 və 452.1-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

24. Iddiaçı (vəkil vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməyərək qeyri-yaşayış sahəsinin on ildən artıq müddətdə Maraqlı şəxs sahibliyində və istifadəsində olmasını da işin mübahisəsiz halı hesab etmişdir. Halbuki, iş üzrə sübutlarla mübahisəli qeyriyaşayış sahələrinin mülkiyyət hüququ ilə (MM-in 452.1-ci maddəsinə uyğun olaraq) оna verilməsi halı təsdiq edilməmişdir. Əksinə cavabdehin nümayəndəsi mübahisə birinci instansiya məhkəməsi tərəfindən həll edilərkən sahələrin qanunsuz оlaraq kimliyi bəlli оlmayan şəхslərdə оlduğunu bildirmişdir.

26. Bundan əlavə, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək məcburi оlmayan əlavə məhkəmə tikinti-texniki ekspertizasının **/**** saylı ##.##.2022-ci il tarixli rəyi ilə razılaşmışdır. Məhkəmə nəzərə almamışdır ki, tikintinin mövcud vəziyyəti cavabdehi ##.##.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilələr üzrə öhdəliyinin icra edilməsindən azad etmir. Həmçinin kollegiya məhkəməxətşünaslıq ekspertizasının **/**** saylı ##.##.2022-ci il tarixli rəyinə münasibətdə nəzərə almamışdır ki, ekspertiza X2 eksperimental хətt nümunələri оlmadan keçirildiyindən, ##.##.2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilə və maliyyə arayışlarındakı, eləcə də ##.##.2011-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilə və kassa mədaxil orderinin qəbzindəki imzaların X2 tərəfindən icra olunubolunmaması halının təsdiqində (hazırkı mübahisənin həllində) mötəbər sübut sayıla bilməz. Işin halları məhkəmənin müəyyən etdiyi (sənədlərin sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilməsi halında) kimi оlsa idi, təhvil veriləcək qeyri-yaşayış sahələri ilə uyğunsuzluq оlmaması üçün, müqavilələrdə sifariş оlunan tikintinin sahələri ekspertin müəyyən etdiyi ölçüdə göstərilməli idi. Zirzəmilərin göstərilən sahəsi isə müqavilələrin 2007-ci ildə bağlandığını təsdiq edir.

27. Prosessual hüquq normasını düzgün tətbiq etməyən məhkəmə qanunsuz оlaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir. Halbuki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə ödəniş etməsi işin mübahisəsiz halı оlmuşdur.

28. Məhkəmə prosessual hüquq normasını pozaraq birinci, ikinci, üçüncü və dördüncü bloklarda yerləşməklə fərqli ünvanlarda yerləşən sahələrin tikintisi üçün cavabdehlə bir müqavilə bağanmasına əsas оlmuş halı izah edə bilməyən Maraqlı şəxs izahatına və təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

29. Həmçinin qeyd olunmalıdır ki, mübahisəli müqavilələr heç kim, о cümlədən Maraqlı şəxs tərəfindən mübahisələndirilməmiş, ləğv edilməmiş, etibarsız sayılmamış və hazırda da qüvvədədir.

30. Maraqlı şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, çikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər - Ispəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ##### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

32. Ali Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi müvafiq rəyə istinad etməklə o nəticəyə gəlmişdir ki, iddiaçının təqdim etdiyi 4 ədəd müqavilənin, 4 ədəd maliyyə arayışının və 4 ədəd kassa mədaxil orderinin qəbzinin üzərindəki möhür əksi cavabdeh Şirkətə məxsus olsa da, imzalar həmin vaxt Şirkətin rəhbəri olmuş Ələsgər Ömərova məxsus deyildir. Bu fakt isə açıq-aşkar ona dəlalət edir ki, həmin sənədlər sonradan Ələsgər Ömərovun imzası saxtalaşdırılmaqla tərtib edilmişdir.

33. Apellyasiya məhkəməsinin istinad etdiyi ##.##.2023-cü il tarixli rəydə müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya X2 imza nümunəsi qismində AZE seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası, ##.##.2012-ci il tarixli müqavilənin və maliyyə arayışının kserosurətindəli imzası, ##.##.2010-cu il tarixli maliyyə arayışının kserosurətindəki imzası, ##.##.2011-ci il tarixli müqaviləyə əlavənin kserosurətindəki imzası təqdim edilmişdir.

34. Təqdim olunmuş ##.##.2011-ci il tarixli müqaviləyə əlavə, Maraqlı şəxs özünə aid olan sənəddir və bu sənədin müqayisəedici imza kimi seçilməsi məntiqli deyildir. Nümunə kimi təqdim olunmuş ##.##.2012-ci il tarixli müqavilə və maliyyə arayışının kserosurəti, habelə ##.##.2010-cu il tarixli maliyyə arayışının kserosurətindəki imzalarla bağlı qeyd etmişdir ki, birincisi, sərbəst xətt və imza nümunələrinin təqdim olunduğu sənədlər tədqiq olunan sənədlər növünə, yazıya (qrafika) və dilinə, icra olunma vaxtına, məqsədli təyinatına və məzmununa, yazı alətinə, icra olunma şəraitinə, icra olunma surətinə, icra olunma üsuluna (vərdişsiz sol əllə yazı, meylin dəyişməsi, çertyoj, kitabxana və digər şriftlər və s.) uyğun olmalıdır.

35. Halbuki iddiaçı ilə bağlanmış müqavilə 2007-ci ilə aid müqavilədir. Lakin ekspertizaya təqdim olunan imza nümunələri 2010 və 2012-ci illərə aid səndələrdə əksini tapan imzalardır. Müqayisə material kimi ekspertə təqdim olunması üçün 2007-ci ilə aid imza nümunələrinin tələb olunması, həmin nümunələrin təqdim olunmasının mümkün olmaması iş materiallarından görünmür.

36. Ekspertin müqayisəedici nümunə kimi istinad etdiyi ##.##.2012-ci il tarixli müqavilə və maliyyə arayışı (2-ci cild, səh.104-105), “xxxx” MMC-yə aiddir. Belə ki, sözügedən müqaqvilədə həmin müqavilənin “xxxx” MMC-nin Nizamnaməsinə əsasən “xxxx” MMC-nin direktoru R.S.ünvan 1 ünvanda inşa edilən binaya dair bağlandığı qeyd olunur. Lakin müqaviləni və maliyyə arayşını imzalayan şəxs kimi “xxxx” MMC-nin direktoru Ömərov Ə.A. qeyd olunmuşdur. Göründüyü kimi, müqayisəedici nümunə kimi təqdim olunan ##.##.2012-ci il tarixli müqavilə və maliyyə arayışının nümunə kimi mötəbərliyi şübhədən kənar deyildir.

37. Apellyasiya məhkəməsi iddiaçı ilə bağlanmış müqavilələlərin saxta olduğu barədə nəticəyə ekspert rəyinə istinad etməklə gəldiyi halda, ekspert rəyinin sübut kimi qiymətləndirməsini aparmalı idi. Lakin işə baxmış məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almaqla ekspertin rəyini qanunun tələbinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi meyarları üzrə təhlil edib əsaslandırmaqla qiymətləndrməmişdir.

38. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 452.1 və 452.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, tikinti şirkəti yaxud digər şəxs qeyriyaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ yoxdur. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 443, 452.2, 448 maddələri.). Lakin hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməsi də mötəbər sübutlarla təsdiq edilmir.

39. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin həllinə Mülki Məcəllənin 452-ci maddəsinin təbiqi mümkündür. Məhkəmə Mülki Məcəllənin 452-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərini müəyyən etməsini iddianın rədd olunması üçün kifayət hesab etməyib, əlavə olaraq iddiaçı tərəfindən həmin məbləğin şirkətə ödənilib-ödənilməməsini də araşdırmışdır. Lakin iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinə görə cavabdehə hər hansı bir məbləğdə vəsait ödəməməsi barədə nəticəyə gəlmək üçün işin halları tam araşdırılmayıb.

40. Belə ki, əvvəla cavabdeh Cavabdeh şirkəti iddiaçı tərəfindən sözügedən qeyriyaşayış sahəsi üçün müqavilədə nəzərdə tiutulmuş məbləğin ödənilməsini inkar etmir. Iddiaçının bəhs olunan müqavilə üzrə pulun ödənilməsi barədə adi qəbz və ya maliyyə arayışı deyil, məhz Cavabdeh şirkəti üçün çap edilmiş ciddi mühasibat sənədi sayılan, şirkətin möhürü ilə təsdiqlənmiş kassa mədaxil orderi və maliyyə arayışı verilmişdir. Bu maliyyə sənədlərində şirkətin direktoru Ələsgər Ömərov tərəfindən deyil, başqa şəxs tərəfindən imza edildiyi barədə ekspert rəyinə istinadla pulun şirkətə ödənilməməsi barədə gəlinən nəticə, sonadək aparılmamış araşdırmaya əsaslanıb. Məhkəmə, cavabdeh Cavabdeh şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və pulun iddiaçı tərəfindən ödəniməsini mübahisələndirmədiyi halda, bu xüsusatın araşdırılması üçün cavabdehdən yazılı izahat verilməsini tələb etməmişdir.

41. Bundan başqa, iş materiallarından görünür ki, Maraqlı şəxs mübahisəli qeyriyaşayış sahəsinə aid sənədlərin 2013-cü ildə ondan istintaq orqanı tərəfindən götürüldüyünü bildirirb və bu barədə tərtib olunmuş protokolu təqdim edib. Həmçinin apellyasiya instansiyası məhkəməsi sorğu etməklə, qeyd olunan araşdırmaya aid olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında ##.##.2020-ci il tarixli qərarın surətini alaraq, iş materiallarına əlavə edib. Məhkəmə cinayət işi üzrə icraata xitam verilməsi haqqında ##.##.2020-ci il tarixli qərarla bağlı dərhal qeyd etmişdir ki, həmin qərar baxılan iş üzrə preyudisial əhəmiyyət kəsb etmir. Lakin qərarda əksinin tapmış məlumatların baxılan iş üzrə əhəmiyyətli olması və araşdırma predmetinə çevrilməsi məsələsi ortaya çıxır.

42. Belə ki, sözügedən qərarda əksini tapmış məlumatlardan belə nəticə hasil olur ki, mərhim Ə.Ömərov Maraqlı şəxs 2011-ci ilin yanvar ayında 2***** manat, aprel ayında 3***** manat, iyun ayında 2***** manat borc pullar almış, həmin borcların qarşılığında girov kimi, H.Cavid prospektində yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin sənədini, Yeni Yasamalda yerləşən yaşayış binasının zirzəmisi olan 1770 kv metr sahəni əhatə edən qarajın sənədini və Tbilisi prospektində, Diaqnostika mərkəzinin yaxınlığında yerləşən 3 mərtəbəli villanın sənədini alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına rəsmiləşdirmişdir. Bu məlumat məhkəmədən həqiqətə nail olunması üçün həmin cinayət işi materiallarının alınıb öyrənilməsini, qeyd olunan faktın Maraqlı şəxs izahatında necə əks olunduğunu müəyyən etməyi tələb edirdi. Lakin həmin materiallar alınıb öyrənilməmişdir.

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

43. Məhkəmə iclasında iştirak edən məhkəmə qətnaməsi ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs hüquqi varisi nümayəndə2 vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

44. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil4 bildirmişdir ki, aldığı qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

45. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Şirkətinin nümayəndəsi nümayəndə1 bildirmişdir ki, o, 2018-ci ildən orada işləyir. Orada mübahisələr çox olmuşdur. Bütün sənədləşmələrin hamısını öz üzərinə götürmüşdür. Heç kim qeyri-yaşayış sahəsindən pul götürməmişdir. O pulları mühafizəçilərə vermişdir. Mühafizəçilər elə həmin pulu xərcləyiblər. Kommunallar yığılmadığı üçün elə onlara vermişdi ki, istifadə etsinlər. O, qarşı tərəfi tanımır. O, 2018-ci ildən orada işləyir, lakin qarşı tərəfi orada görməmişdir. İddiaçı bir-iki dəfə üzünü görmüşdür, Yusif kişi də orada var idi, arada gəlirdi. Lakin o heç kimə şərait yaratmamışdır ki, orada özbaşınalıq etsin. Həmin qeyri-yaşayış sahəsini mühafizəçilərə gələn gündən vermişdir. Ondan əvvəl oranı kimin istifadə etməsindən məlumatı olmamışdır, orada direktorda yox idi, 2012-ci ildə rəhmətə getmişdi. Oranı komendant idarə edirdi. O, birinci instansiya məhkəməsində iştirak etməmişdir, o, birinci dəfədir ki, burada iştirak edir.

46. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə (hakimlər - Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi rədd edilmiş, məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manatın 69 manatının iddiaçı İddiaçı (Мехдиев Исмет Магамед оглы) oğlundan, 69 manatının Cavabdeh Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manatın 50 manatının iddiaçı İddiaçı (Мехдиев Исмет Магамед оглы) oğlundan, 50 manatının Cavabdeh Şirkətindən tutularaq məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, birinci apellyasiya baxışı zamanı ekspertizalarının keçirilməsinə sərf edilmiş 519,65 (100+53,65+126+100+140) manatın 259,8 manatının iddiaçı İddiaçı (Мехдиев Исмет Магамед оглы) oğlundan, 259,8 manatının Cavabdeh Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

47. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin müvafiq göstərişlərinə uyğun olaraq müqayisə materialı kimi X2 2007-ci ilə (həmçinin yaxın illərə) aid imza və xətt nümunələri əldə olunmuş, rəy verilməsi üçün ********* saylı cinayət işinin İ cildində (səhifə 30-33, 41-50); II cildində (səhifə 64-67, 103-106, 131- 135, 142-148, 150-160); III cildində (səhifə 96-98, 150-151, 168); IV cildində (səhifə 56, 62, 63, 70, 75, 81); V cildində (səhifə 6-14); VI cildində (səhifə 32) olan sənədlərdən; həmçinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Idarəsi tərəfindən məhkəməyə ##.##.2024-cü il tarixində ünvanlanmış sənədlərdən ekspertiza tədqiqatında istifadə olunması müvafiq qurumun ekspertlərinə tapşırılmışdır.

48. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** saylı ## #### 2024cü il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 164-166-cı vərəqlərində Maraqlı şəxs və Cavabdeh Şirkəti arasında olan # ##### 2011-ci il tarixli Qeyriyaşayış sahəsinin tikintisi haqqında müqavilədə və həmin müqaviləyə * saylı əlavədə "Podratçı" qrafasından aşağıda yerləşən "Ömərov Ə-A." yazılarının qarşısındakı imzalar, 163-cü vərəqində olan # ##### 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imzanın - eyni şəxs - X2 tərəfindən icra olunduğu;

49. Ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 168-183-cü vərəqlərində İddiaçı Məhəməd oğlu və Cavabdeh Şirkəti arasında olan ## #### 2007-ci il tarixli Qeyriyaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdə (4 ədəd) "Podratçı" qrafalarında “Ömərov Ə.A.” yazılarının qarşısındakı imzalar, ## #### 2007-ci il tarixli maliyyə arayışlarında (4 ədəd) Cavabdeh MMC-nin direktoru: Ömərov Ə.A.” qrafalarındakı imzalar, yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli kassa mədaxil orderinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzaların – EYNI ŞƏXS tərəfindən icra olunduğu;

50. Ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 168-183-cü vərəqlərində İddiaçı Məhəməd oğlu ilə Cavabdeh Şirkəti arasında olan ## #### 2007-ci il tarixli Qeyriyaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdə (4 ədəd) "Podratçı” qrafalarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, ## #### 2007-ci il tarixli maliyyə arayışlarında (4 ədəd) Cavabdeh MMC-nin direktoru: "Ömərov Ə.A." qrafalarındakı imzalar, yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli kassa mədaxil orderinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzaların – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu;

51. Ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 164-166-cı vərəqlərində Maraqlı şəxs ilə Cavabdeh Şirkətinin adından olan ## ##### 2011-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqavilədə və həmin müqaviləyə * saylı əlavədə "Podratçı" qrafasından aşağıda yerləşən "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, 163-cü vərəqində olan # ##### 2011-ci il tarixli kassa mədaxil orderinin qəbzində möhür əksinin sağ tərəfindəki imza ilə mülki işin İ cildinin 168-183 vərəqlərində İddiaçı Məhəməd oğlu ilə Cavabdeh Şirkəti arasında olan ## #### 2007-ci il tarixli Qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdə (4 ədəd) "Podratçı” qrafalarında "Ömərov Ə.A." yazılarının qarşısındakı imzalar, ## #### 2007-ci il tarixli maliyyə arayışlarında (4 ədəd) Cavabdeh MMC-nin direktoru: "Ömərov Ə.A." qrafalarındakı imzalar, yazılarının qarşısındakı imzalar, İddiaçı Məhəməd oğlunun adına olan ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli, ## #### 2007-ci il tarixli ** nömrəli kassa mədaxil orderinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzaların öz aralarında – müxtəlif şəxslər tərəfindən icra olunduğu müəyyən edilmişdir.

52. Bununla belə iddiaçının adına tərtib olunmuş maliyyə sənədlərinin şirkətin direktoru Ələsgər Ömərov tərəfindən deyil, başqa şəxs tərəfindən imza edildiyini müəyyən edən ekspert rəyinə istinadla həmin sənədlərin saxta olması barədə nəticəyə gəlmək düzgün olmazdı. Çünki birinci apellyasiya baxışı zamanı əldə olunmuş sənədlərin məhkəmətexniki ekspertizasının */*** saylı # ### 2022-ci il tarixli rəyinə əsasən, ## #### 2007-ci il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilələrdəki (sahə 510,6 kv metr, sahə 527,5 kv metr, sahə 527,5 kv metr, sahə 559,0 kv metr), həmin tarixli maliyə arayışlarındakı və # ##### 2011-ci il tarixli kassa mədaxil orderindəki möhür əksinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu, həmin möhür əkslərinin təqdim edilmiş "xxxx” şirkətinə məxsus möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir.

53. “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması, saxlanılması və məhv edilməsi Qaydası”nın 3.2-ci bəndinə görə əsli təsdiq edilməli olan maliyyə sənədlərinə, arayışlara, vəsiqələrə, nizamnamələrə, əsasnamələrə, əmək kitabçalarına, sənədlərin məhv edilmək üçün ayrılması aktlarına, habelə hüquqi və inzibati aktlara imza qoyulmaqla yanaşı, Azərbaycan Respublikasının Dövlət gerbi əks olunmuş möhür də vurulur.

54. Qeyd olunan Qaydanın 3.3-cü bəndinə görə əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Möhür sənədin rəsmi və həqiqi olması üçün vurulur.

55. Rəydə qeyd olunduğu kimi iddiaçıya məxsus maliyyə sənədləri şirkətin möhürü ilə təsdiq edilmişdir və imza şirkətin direktoru tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilsə də, möhürlərin tətbiqi ilə bağlı formalaşmış işgüzar qaydalar onu ehtiva edir ki, dövlət gerbinin təsviri olmayan möhürlər də sənədin rəsmi və həqiqi olması üçün vurulur.

56. Bundan başqa iş materiallarından, cavabdeh tərəfin verdiyi izahatlardan müəyyən edilir ki, Cavabdeh şirkəti iddiaçı ilə müvafiq müqavilələrin bağlanması, həmin müqavilələrə əsasən tərəfindən pulun ödənilməsi hallarını mübahisələndirmir.

57. Belə olan halda da tərəflər arasında bağlanmış müqavilələlərin **/**** saylı # ####### 2022-ci il tarixli */*** saylı və ## #### 2024-cü il tarixli ekspert rəylərinə istinadən saxta olduğu barədə nəticəyə gəlinməsi hazırkı kateqoriyadan olan işlər üzrə yaranmış məhkəmə təcrübəsinə uyğun olmazdı.

58. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair maraqlarına toxunan şəxsin cavabdeh ilə bağladığı müqavilənin etibarsız olması halı da öz təsdiqini tapmır.

59. Belə ki, maraqlarına toxunan şəxs ilə Şirkət arasında mübahisəli qeyri-yaşayış sahəsi barədə bağlanmış və Şirkət tərəfindən mübahisələndirilməyən # ##### 2011-ci il tarixli müqaviləyə əsasən alıcı (X4) da müvafiq məbləğdə pulun ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyin icrasını təmin etmişdir.

60. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında ##.##.2020-ci il tarixli qərara əsasən mərhum Ə.Ömərovun Maraqlı şəxs 2011-ci ilin yanvar ayında 2***** manat, aprel ayında 3***** manat, iyun ayında 2***** manat borc aldığı, həmin borcların qarşılığında girov kimi, H.Cavid prospektində yerləşən 16 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahəsinin sənədini, Yeni Yasamalda yerləşən yaşayış binasının zirzəmisi olan 1770 kvadrat metr sahəni əhatə edən qarajın sənədini və Tbilisi prospektində, Diaqnostika mərkəzinin yaxınlığında yerləşən 3 mərtəbəli villanın sənədini alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs adına rəsmiləşdirdiyi müəyyən edilir.

61. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Bakı Apellyasiya Məhkəməsinə ünvaladığı ##.##.2023-cü il tarixli məktubdan görünür ki, ##.##.2012-ci il tarixdə vəfat etmiş X2 arvadı X1 müraciəti əsasında toplanmış material üzrə Bakı Şəhər Prokurorluğunun hazırda ləğv edilmiş Istintaq Idarəsi tərəfindən başlanılaraq ibtidai istintaqı aparılmış və ##.##.2020-ci il tarixdə Baş Prokurorluğunun Istintaq Idarəsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam edilmiş ********* saylı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Ismət Mehdiyrv ödədiyi pul müqabilində 2007-ci ildə həmin qeyri-yaşayış sahələrini almış, Maraqlı şəxs isə 2011-ci ildə Ələsgər Ömərov ilə qarşılıqlı razılaşma əsasında, borc müqabilində girov qismində sözügedən qeyri-yaşayış sahələrinin sənədlərini sonuncudan əldə etmiş, lakin reallıqda həmin sahələri almamışdır.

62. Göstərilənlərə münasibətdə apellyasiya məhkəməsi qeyd etməyi zəruri saymışdır ki, Şirkət ilə Maraqlı şəxs arasında öhdəlikləri müəyyən edən müqavilə və sonuncu tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsini təsdiq edən maliyyə arayışı qüvvədə olduğu halda, həmin müqavilənin etibarsız olması ilə də razılaşmaq olmaz. Birincisi, öhdəliyin yaranma əsasını təşkil edən # ##### 2011-ci il tarixli müqavilənin və həmin müqavilə üzrə Maraqlı şəxs tərəfindən öhdəliyin icra olunmasını təsdiq edən maliyyə arayışının ləğv edilməsi və ya etibarsız hesab olunması Şirkət tərəfindən tələb edilməmişdir.

63. Ikincisi, sözügedən sənədlərin Şirkətin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmaqla idarənin möhürü ilə təsdiq olunması mübahisə doğurmur.

64. Üçüncüsü, Maraqlı şəxs tərəfindən borc olaraq verdiyi pul müqabilində mübahisəli sahənin sahibliyinə keçirilməsi tərəflərin qarşılıqlı razılaşması əsasında baş vermişdir.

65. Belə ki, # ##### 2011-ci il tarixli müqavilənin bağlanması ilə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, Maraqlı şəxs qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən haqqı tam ödəmək, qarşı tərəf isə həmin sahəni müəyyən olunmuş müddətdə alıcıya təhvil vermək vəzifəsini daşıyır.

66. X2 müqaviləyə əsasən yaranmış öhdəliyin hansı formada icra etməli olması də tərəflərin razılaşmasından asılı edilmiş, Maraqlı şəxs sözügedən qeyri-yaşayış sahəsini borc müqabilində təhvil almış, yəni X2 icra etməli olduğu öhdəliyin bu formada icrasını tamamilə qəbul etmişdir. Onların təklif olunmuş hərəkətin öhdəliyin icrası kimi təsdiq etmək niyyətində olmadıqları isə sübut edilmir. Tərəflərin razılaşması ilə öhdəliyə borcun qaytarılması əvəzinə əmlak verilməsi ilə xitam verilməsinin mümkün olduğu da formalaşmış işgüzar qaydalara zidd deyildir.

67. Bundan başqa, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair həm iddiaçının, həm də qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxslə bağlanmış müqavilələrin etibarlılığına hüquqi qiymət verilərkən yalnız tarix ardıcıllığı əsas götürülməklə daha əvvəl bağlanmış müqavilənin qanuni olması, sonrakı müqavilənin isə etibarsız hesab edilməsi də qanuni yanaşma deyildir. Çünki Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsi hər iki müqavilənin etibarlı olduğunu göstərir. Həmin müqavilənin mülki hüquq münasibətlərində mülkiyyətçinin eyni əşyanın alqı-satqısı barədə bir neçə alıcı ilə razılığa gəlməsi istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

68. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hər iki müqavilənin etibarlı olmaması halı öz təsdiqini tapmadığından, mübahisənin hüquqi dəyərləndirilməsi məhz Mülki Məcəllənin 452-ci maddəsinə əsasən (iş v. 143) keçirilməlidir.

69. Belə ki, həmin maddənin məzmunundan göründüyü kimi fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

70. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur.

71. Çünki borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyildir. Bu baxımdan, əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Fərdi müəyyən əşyaya dair bir neçə müqavilə bağlansa da tarix ardıcıllığı ilə daha əvvəl bağlanmış müqavilə üzrə kreditora fərdi müəyyən edilmiş əmlak o vaxt verilə bilər ki, həmin qeyriyaşayış sahəsi digər müqavilə tərəflərindən hər hansı birinə verilməmiş olsun.

72. Hazırkı halda da, tikinti şirkəti yaxud digər şəxs qeyri-yaşayış sahəsini əgər tarix ardıcıllığı ilə daha sonra bağlanmış müqavilə üzrə tərəfə, yəni üçüncü şəxslərə vermişdirsə, onda iddiaçının mübahisə predmeti olan qeyri-yaşayış sahəsini tələb etmək hüququ aradan qalxır. Bu tələb yuxarıda qeyd olunan maddənin 2-ci cümləsində açıqaşkar göstərilmişdir. Bu hal da bir daha eyni əşyaya dair üçüncü şəxslərlə bağlanmış bütün müqavilələrin etibarlı olduğunu göstərir. Buna görə də bu cür müqavilələr üzrə fərdi müəyyən əşya hansı şəxsə verilmişdirsə, yəni müqavilə artıq icra olunmuşdursa həmin icra da etibarlıdır. Bu cür hallarda da əvvəl bağlanmış müqavilə tərəfi öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzini ödənilməsini tələb edə bilər (Mülki Məcəllənin 443, 452.2, 448-ci maddələri).

73. Bu xüsusatla bağlı apellyasiya məhkəməsi həmçinin vurğulamışdır ki, əşyaya sahiblənmə dedikdə hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə gerçəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması, mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir.

74. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinin on ildən artıq müddətdə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs sahibliyində və istifadəsində olması işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlər həmçinin birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh Cavabdeh Şirkətinin nümayəndəsi nümayəndə1 verdiyi izahatla (iş səhifə 49-50) öz təsdiqini tapmışdır.

75. Işin müəyyən olunmuş hallarından açıq-aydın görünür ki, Maraqlı şəxs mübahisəli qeyri-yaşayış sahəsinə hələ uzun müddət əvvəl (10 ildən artıq) faktiki sahiblənmiş, qeyri-yaşayış sahəsi məhz ona təhvil verilmiş, hazırda onun faktiki sahibliyində və istifadəsindədir. Iddiaçı tərəfin mübahisəli daşınmaz əmlak ilə uzun müddət ərzində maraqlanmaması (ən azından mənzilin Maraqlı şəxs faktiki sahibliyindən olduğu 2011-ci il tarixindən sonra) Şirkət ilə arasında yaranmış müqavilə münasibətlərinə formal yanaşmasının təzahüri kimi qiymətləndirilməlidir.

76. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, Şirkət və Maraqlı şəxs arasında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə etibarlı əqd olmaqla bağlandığı andan tərəflər üçün haqq və öhdəliklər yaradır və yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən xeyrinə icra edilmiş kreditor kimi mübahisəli mənzilə dair üstünlük məhz ona məxsusdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçıya (cəmi 2124,6 kvadrat metr) və məhkəmə qətnaməsi ilə maraqlarına toxunan şəxsə (cəmi 1765 kvadrat metr) müqaviləyə əsasən verilməli olan sahələrin ölçülərinin fərqli olması, habelə bu ölçülərin sahənin mövcud ölçüsü (cəmi 2059,7 kvadrat metr) ilə düz gəlməməsi məhkəmə tərəfindən nəzərə alınmış, bu hallara aydınlıq gətirilməsi üçün ekspertiza təyin edilmiş, lakin məhkəmə qərardadına əsasən ekspert qarşısında qoyulmuş sualların (qeyriyaşayış77.sahələrinin ölçüləri tikinti layihəsinə uyğundurmu? Maraqlı şəxs faktiki sahibliyində olan sahə ilə üst-üstə düşüb-düşürmü? Sonuncunun faktiki sahibliyində olan sahədən kənaraçıxmaları mövcuddurmu? Sahibliyində ona aid olmayan sahənin olması müəyyən edilrmi? İddiaçı Məhəməd oğlu ilə Cavabdeh Şirkəti arasında bağlanmış ##.##.2007-ci il tarixli müqavilələrə əsasən qeyri-yaşayış sahələrinin ona verilməsi mövcud vəziyyətdə texniki olaraq mümkündürmü? Mümkün deyilsə hansı səbəbdən?) cavablandırılmasının mümkün olmadığı tərəfindən təsbit etmişdir.

78. Apellyasiya instansiyası məhkəməsi bir də vurğulamışdır ki, iddiaçı cavabdeh ilə bağlanmış müqaviləyə əsasən öhdəliyin predmeti olan əşyanın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

79. Iddiaçı (vəkil vəkil4) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

80. Kassasiya şikayəti iddia ərizəsi və əvvəlki kassasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

81. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

82. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

83. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

84. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

85. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

86. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

87. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

88. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

89. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

90. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

91. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

98. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

99. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

100. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

101. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

102. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli hüquq normalarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

103. Belə ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh şirkət (direktor X2) arasında sözügedən ünvanda inşa edilən çoxmənzilli yaşayış binalarının zirzəmisində yerləşən ümumi sahəsi 2124,6 kv metr təşkil edən qeyriyaşayış sahələrinin (qarajların) tikintisinə dair ##.##.2007-ci il tarixli dörd müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı qeyri-yaşayış sahələrinin dəyəri qismində ümumilikdə 424920 manat məbləğində pul vəsaiti ödəməyi, cavabdeh isə müqavilələrdə nəzərdə tutulmuş sahələri tikərək iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam icra etmiş, ödənişlərin qəbul olunması cavabdeh şirkət tərəfindən verilmiş ##.##.2007-ci il tarixli kassa mədaxil orderləri və maliyyə arayışları ilə təsdiq edilmişdir.

104. Sonradan cavabdeh şirkətlə (direktor X2) Maraqlı şəxs arasında həmin ünvanda yerləşən 1765 kv metr zirzəmi sahəsinin tikintisinə dair ##.##.2011-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilədə sahənin dəyəri 1053600 manat müəyyən edilmiş, həmin məbləğin müqavilənin bağlandığı gün Maraqlı şəxs tərəfindən tam ödənilməsi barədə şirkət tərəfindən kassa mədaxil orderi verilmişdir.

105. Hazırkı mübahisə üzrə iddiaçı cavabdehlə bağladığı ##.##.2007-ci il tarixli müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq, müqavilə predmetini təşkil edən qeyri-yaşayış sahələrinin ona təhvil verilmədiyini bildirərək, cavabdehin müqavilədən irəli gələn öhdəliyinin naturada icrasını tələb etmişdir.

106. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, işə təkrar apellyasiya qaydasında baxan məhkəmə isə maraqlarına toxunan şəxs qismində icraata cəlb edilmiş Maraqlı şəxs apellyasiya şikayətini təmin edərək qətnaməni ləğv etmiş və iddianın rədd olunması barədə yeni qətnamə qəbul etmişdir.

107. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, işə kassasiya qaydasında birinci dəfə baxan məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yeni apellyasiya baxışına göndərərkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların, o cümlədən iddiaçı ilə bağlanmış müqavilələrin saxtalığına dair dəlillərin yenidən və hərtərəfli araşdırılmasına dair göstəriş vermişdir.

108. Işə birinci dəfə baxmış apellyasiya məhkəməsi iş üzrə alınmış ekspert rəylərinə əsasən iddiaçı ilə bağlanmış müqavilələrdə cavabdeh şirkətin direktoru adından edilmiş imzaların həmin şəxsə məxsus olmaması nəticəsinə gələrək, müqavilələrin həqiqiliyini şübhə altına almış və bu halı iddianın rədd olunması üçün əsaslardan biri kimi qiymətləndirmişdir.

109. Kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında işə yenidən baxan apellyasiya məhkəməsi isə haqlı olaraq müəyyən etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyə sənədləri cavabdeh şirkətin möhürü ilə təsdiq olunmuşdur. Iş materiallarından həmçinin görünür ki, cavabdeh şirkət iddiaçı ilə müvafiq müqavilələrin bağlanmasını və həmin müqavilələr üzrə pul vəsaitlərinin qəbul edilməsini mübahisələndirməmişdir. Belə olan halda, yalnız müqavilələrdəki imzaların şirkət direktoruna məxsus olmaması faktına əsasən tərəflər arasında bağlanmış müqavilələrin saxta hesab edilməsi iş üzrə müəyyən edilmiş digər hallar və sübutlarla uzlaşmır. Həm də sənədlərdə şirkətin möhürünün vurulması özlüyündə sənədləri imzalayan şəxsin buna səlahiyyətli olduğunu özündə ehtiva edir, şirkətin möhürünün səlahiyyətsiz şəxsdə olması və həmin şəxsin bu möhürdən hüquq verən sənədlərin təsdiqi üçün istifadə etməsi inandırıcı görünmür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmamışdır.

110. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər halları tam və hərtərəfli aydınlaşdırmamış, son nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 452.1ci maddəsinə

111. istinad etmiş və mübahisəli qeyri-yaşayış sahələrinin Maraqlı şəxs təhvil verilməsi səbəbindən əşyaya dair onun hüquqlarını tanımışdır.

112. Həmin maddəyə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

113. Normanın məzmunundan göründüyü kimi, o, eyni fərdi-müəyyən əşya üzərində hüquq iddia edən və eyni hüquqi vəziyyətdə olan kreditorlar arasında üstünlüyün müəyyən edilməsinə yönəlmişdir. Buna görə də normanın tətbiqi üçün ilk növbədə müqayisə edilən şəxslərin eyni hüquqi statusa malik olub-olmaması müəyyən olunmalıdır. Lakin apellyasiya məhkəməsi iddiaçı ilə Maraqlı şəxs hüquqi vəziyyətlərinin həqiqətən eyni olubolmamasını tam araşdırmadan onların hüquqlarının rəqabəti barədə nəticəyə gəlmişdir.

114. Belə ki, iş materiallarında olan cinayət təqibi üzrə sənədlərdən görünür ki, Maraqlı şəxs tərəfindən cavabdeh şirkətin rəhbərinə müxtəlif vaxtlarda pul vəsaitləri (2011ci ilin yanvar ayında 2***** manat, aprel ayında 3***** manat, iyun ayında 2***** manat) verilmiş, ##.##.2011-ci il tarixli müqavilə isə həmin münasibətlər fonunda bağlanmışdır. Cinayət işi üzrə materiallarda əks olunmuş məlumatlara görə, həmin müqavilə cavabdeh şirkətin rəhbərinin Maraqlı şəxs qarşısında yaranmış borcunun təmin edilməsi üçün girov məqsədi daşımışdır. Bu hal Maraqlı şəxs istintaq zamanı verdiyi izahatlarla da təsdiq olunur.

115. Apellyasiya məhkəməsi həmin müqavilənin və onun icrasını təsdiq edən maliyyə sənədlərinin qüvvədə olduğunu, bu sənədlərin cavabdeh şirkət tərəfindən mübahisələndirilmədiyini əsas götürərək Maraqlı şəxs müqavilədən irəli gələn hüquqlarının mövcudluğu barədə nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, bu hal özlüyündə mübahisənin düzgün həlli üçün kifayət etmir.

116. Müqavilə və maliyyə sənədləri iş üzrə sübut növlərindən biri olmaqla, onlarda əks olunmuş məlumatlar digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Hər hansı müqavilənin etibarlılığının tərəflərdən biri tərəfindən ayrıca mübahisələndirilməməsi məhkəməni həmin müqavilənin hüquqi mahiyyətini araşdırmaq və ona düzgün hüquqi qiymət vermək vəzifəsindən azad etmir.

117. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilənin təfsiri zamanı məhkəmə yalnız müqavilədə istifadə olunmuş söz və ifadələrin hərfi mənası ilə kifayətlənməməli, tərəflərin həqiqi iradəsini, müqavilənin bağlanma məqsədini, tərəflərin müqaviləyə qədərki və sonrakı davranışlarını, habelə iş üzrə müəyyən edilmiş digər halları nəzərə almalıdır.

118. Bu baxımdan apellyasiya məhkəməsi ##.##.2011-ci il tarixli müqavilənin formal məzmunu ilə kifayətlənməməli, onun həqiqi hüquqi mahiyyətini müəyyən etməli idi. Xüsusilə, həmin müqavilənin həqiqətən qeyri-yaşayış sahəsinin tikintisinə dair müqavilə olub-olmaması, yaxud tərəflər arasında mövcud olmuş borc münasibətlərinin təmin edilməsinə yönəlmiş təminat xarakterli əqd təşkil edib-etməməsi araşdırılmalı idi. Halbuki işə ilk dəfə kassasiya qaydasında baxılmış zaman da bu istiqamətdə araşdırma aparılması barədə göstəriş verilmişdir.

119. Belə araşdırma aparılmadan Maraqlı şəxs hüquqi vəziyyətinin iddiaçının hüquqi vəziyyəti ilə eyniləşdirilməsi və Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi üçün zəruri olan hüquqi şərtlərin mövcudluğu barədə nəticəyə gəlinməsi vaxtından əvvəl verilmiş nəticə hesab edilməlidir.

120. Bundan əlavə, iş materiallarından görünür ki, Maraqlı şəxs tərəfindən faktiki olaraq verilmiş pul vəsaitlərinin ümumi məbləği 7***** manat təşkil etdiyi halda, müqavilədə sahənin qiyməti 1053600 manat göstərilmişdir. Apellyasiya məhkəməsi həmin uyğunsuzluğun səbəblərini araşdırmamış, müqavilədə göstərilən məbləğin hansı əsaslarla müəyyən edilməsinə hüquqi qiymət verməmişdir. Halbuki bu hal müqavilənin həqiqi iqtisadi məzmununun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

121. Apellyasiya məhkəməsi həmçinin Maraqlı şəxs hüquqlarının üstünlüyünü əsaslandırarkən mübahisəli qeyri-yaşayış sahələrinin ona təhvil verildiyini və uzun müddət onun istifadəsində olduğunu göstərmişdir. Lakin məhkəmənin bu nəticəsi iş materiallarında olan sübutlarla kifayət qədər təsdiq olunmur.

122. Belə ki, məhkəmə ilk növbədə əvvəlki apellyasiya baxışı zamanı qəbul edilmiş qətnamədə müəyyən edilmiş hallara istinad etmişdir. Halbuki həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edildiyindən, həmin məhkəmə aktında göstərilən halların hazırkı iş üzrə preyudisial əhəmiyyəti yoxdur.

123. Məhkəmə bununla yanaşı cavabdeh şirkətin nümayəndəsi nümayəndə1 birinci instansiya məhkəməsində yerli baxış zamanı verdiyi izahatına (İ cild, səhifə 49-50) da istinad etmişdir. Həmin izahatın məzmunundan görünür ki, nümayəndə yalnız qarajlardan müəyyən şəxslərin istifadə etdiyini bildirmiş, lakin həmin şəxslərin kimliyini göstərməmiş və mübahisəli sahələrin konkret olaraq Maraqlı şəxs təhvil verildiyini təsdiq etməmişdir. Buna görə də həmin izahatdan apellyasiya məhkəməsinin gəldiyi nəticənin çıxarılması mümkün deyildir.

124. Digər tərəfdən, apellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçıya müqavilələr üzrə verilməli olan sahələrin ümumi ölçüsü 2124,6 kv metr, Maraqlı şəxs verilməli olan sahənin ölçüsü isə 1765 kv metr təşkil edir. Halbuki faktiki mövcud zirzəmi sahəsinin ümumi ölçüsü 2059,7 kv metrdir. 294,7 kv metr sahənin taleyi isə müəyyən deyildir.

125. Bu uyğunsuzluğun aradan qaldırılması məqsədilə ekspertiza təyin edilmiş olsa da, plan-sxemlərin təqdim edilməməsi səbəbindən ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi mövcud sahənin hansı hissəsinin kimə aid olması, müqavilələrin hansı həcmdə icra edilməsinin mümkünlüyü və iddiaçının tələbinin tam və ya qismən təmin olunması imkanları barədə zəruri araşdırma aparmamışdır.

126. Halbuki hətta yekun nəticədə Maraqlı şəxs müəyyən hissəyə münasibətdə üstünlüyünün olduğu qənaətinə gəlinsə belə, bu hal özlüyündə iddiaçının müqavilədən irəli gələn bütün hüquqlarının aradan qalxması nəticəsini doğurmur. Məhkəmə mövcud faktiki vəziyyəti nəzərə almaqla müqavilənin qismən icrasının mümkünlüyünü tərəflərlə müzakirə etməli və bunun onların hüquqlarına təsirini də araşdırmalı idi.

127. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).

128. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə mini

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar