Məhkəmə qərarları › İş №2(1-8)-1067/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1067/2026

04.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1067/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilə üzrə mənzilin ümumi dəyərinin müəyyən olunması” tələbinə dair ilk və iddiaçı Cavabdeh Mənzil- Tikinti Kooperativinin cavabdeh Iddiaçı qarşı “borcun və həmin borca hesablanmış faizin ödənilməsi” tələbinə dair birləşdirilmiş iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, mənzilin sahəsinin müəyyən edilməsi, iddia müddəti, mənzilin dəyərinə görə qalıq qalmış borcun ödənilməsi, cərimə məbləğinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Cavabdeh MTK və Iddiaçı arasında bağlanmış ## ###### 2012-ci il tarixli *** nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən MTK tərəfindən Sabunçu rayonu, ünvan 1 ünvanında 16 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. 1.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilənlərə əsaslanaraq Sabunçu rayonu, ünvan 1 ünvanında 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra *C nömrəli binanın 8 mərtəbəsində yerləşən ** nömrəli ümumi sahəsi layihə üzrə 150,46 kv.m təşkil edən 4 otaqlı hol mənzili “Kooperativ” “xxxx”ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “xxxx” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər; 3.1-ci bəndinin d) hissəsinə əsasən “xxxx” pulu gecikdirdiyi vaxt “Kooperativ” “xxxx”ya 15 gün müddətində xəbərdarlıq vaxtı verir. Əgər həmin müddət tamam olarsa, hər sonrakı ay veriləcək məbləğin 1,5%-i üstünə gəlir və həmin müddət 60 günü keçməmək şərti ilə; 5.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 150,46 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 102353 manat təşkil edir; 5.2-ci bəndinə əsasən “xxxx” tikinti başlandığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 42753 manatını “Kooperativin” hesabına ödəməlidir. 5.3-cü bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsini təşkil edən 59600 manat vəsaiti müqavilə imzalandığı andan “xxxx” 84 ay müddətində hər ay 709,52 manat vəsaiti “Kooperativin” hesabına ya da kassasına nağd pulla ödəməlidir.

2. Cavabdeh MTK tərəfindən Iddiaçı ## ####### 2022-ci il tarixli pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, müqaviləyə əsasən ödəniş planına uyğun olaraq əldə etdiyi mənzilə olan borcu ödəməsinə dair şirkət nümayəndəsi tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırkı vaxtadək borcu (28400 manat) ödəməkdən qərəzli olaraq yayınır.

3. Iddiaçı tərəfindən Cavabdeh MTK-ya ## ####### 2022-ci il tarixli pretenziya məktubuna cavab ünvanlanmış, *** nömrəli ## ###### 2012-ci il tarixli müqavilənin 7.2-ci bəndində Bakı şəhəri, Sabunçu rayonu, ünvan *B nömrəli binanın, 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin ümumi sahəsinin 150,46 kv.m qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,90 kv.m olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 kv.m üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95169,46 manat məbləğində müəyyən olunmasına dair 1 həftə müddətində onunla MTK arasında *** nömrəli ## ###### 2012-ci il tarixli müqaviləyə yeni müqavilə bağlanması, qeyd olunan bina 2013-cü ildə deyil, 2018-ci ildə təhvil verildiyi üçün müqavilənin 5.3-cü bəndində göstərilən 84 ay (yəni 7 il) müddəti müqavilənin bağlandığı 2012-ci ildən deyil, məhz binanın təhvil verildiyi 2018-ci ildən hesablanmasına dair “xxxx” qismində onunla MTK arasında bağlanmış *** nömrəli ## ###### 2012-ci il tarixli müqaviləyə 1 həftə müddətində yeni “Əlavə” müqavilə bağlanması və həmin müddətdə də binanın köhnə liftlərinin yeniləri ilə dəyişdirilməsini xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış ## ###### 2012-ci il tarixli *** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan *B nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin ümumi sahəsinin 150,46 kv.m qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,90 kv.m olduğundan, müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 kv.m üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95169,46 manat məbləğində müəyyən olunması, ödənilmiş 100 manat dövlət rüsumunun və 120 manat vəkil üçün ödənilən haqq olmaqla, cəmi 220 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında ## ###### 2012-ci il tarixli *** nömrəli müqavilə bağlanmışdır. Qeyd olunan mənzilə görə cəmi ödənilməsi nəzərdə tutulan 102353 manatdan ödədiyi 92853 manat Cavabdeh MTK tərəfindən verilmiş, həmçinin imza və möhürlə təsdiq edilmiş “Kassa mədaxil orderi”nin qəbzləri ilə tam sübuta yetirilir. Iddiaçıya məlum olmuşdur ki, mənzilin faktiki (real) sahəsi 139,9 kv.m-dir. Bu səbəbdən müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 kv.m üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq, mənzilin ümumi dəyəri 95169,37 manat məbləğində müəyyən olunmalıdır. Müqavilənin digər şərtlərinə gəldikdə isə qeyd olunmalıdır ki, müqavilənin 2.3-cü bəndi də Cavabdeh MTK tərəfindən pozulmuşdur. Küləkli gün olanda və blokun qapısı açıq olanda liftlərin qapıları bağlanmır və nəticədə liftlər mərtəbələrə qalxmırlar. Binanın yeni olmasına baxmayaraq, yeni binaya istifadə edilmiş köhnə liftlər quraşdırılmış və hər dəfə müxtəlif vədlər verilməsinə baxmayaraq, həmin liftlər hazırkı vaxta kimi yeniləri ilə əvəz edilməmişdir. Cavabdeh MTK tərəfindən ona müqavilə öhdəliklərinin icra edilməməsinə görə pretenziya məktubu göndərilmiş və həmin pretenziya məktubu ilə ona dəfələrlə şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, hazırkı vaxtadək borcunu ödəməkdən qərəzli olaraq yayındığı, həmçinin onun ## ###### 2012-ci il tarixli müqavilənin 5.2-ci bəndinə əsasən mənzilin olan ümumi dəyəri 102353 manatdan yerdə qalan 28400 manat vəsaiti ## ####### 2019-cu il tarixədək tam olaraq ödəmək öhdəliyinin üzərinə götürməyi qeyd edilmişdir. Cavabdeh MTK nədənsə həmin pretenziya məktubunda öz öhdəliklərini unutmuş və yalnız müqavilə üzrə “xxxx” olaraq iddiaçının öhdəliklərindən bəhs etməyə üstünlük vermişdir. Cavabdeh MTK həmçinin onun qalıq qalan borcunu düzgün hesablamaqda belə maraqlı olmamış və artıq borc məbləği hesablayaraq onu guya MTK-ya 102353 manatdan 28400 manat borclu olmağı barədə əsassız fikir irəli sürmüşdür. Halbuki, onun müqavilədə göstərilən məlumatlar üzrə Cavabdeh MTK-ya 28400 manat deyil, 9500 manat borcu qalmış olur ki, həmin məbləğin özü belə mübahisəlidir. Bununla bağlı ətraflı əsaslandırma onun tərəfindən Cavabdeh MTK-ya ayrıca pretenziya məktubu şəklində göndərilmişdir. Cavabdeh MTK-nın bu kimi qanunsuz tələbləri digər sakinlərə qarşı da olmuş və bu MTK-da artıq adət halını almışdır. Nəticədə MTK bu yolla əsassız varlanmaq niyyətindədir. Cavabdeh MTK-nın əsassız və qanunsuz şəkildə artıq məbləğdə ödəniş tələb etməsi tam şəkildə qəbul edilməzdir. Aralarında bağlanılan ## ###### 2012-ci il tarixli müqavilənin “Tikinti müddəti” adlı 4-cü maddəsində göstərilir ki: “Layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisi ## ####### 2007-ci il tarixdə başlanılır və ## #### 2013-cü ildə başa çatdırılması nəzərdə tutulub.” Qeyd olunan bina 2013-cü ildə deyil, 2018-ci ildə təhvil verilmiş və belə olan halda isə müqavilənin 5.3-cü bəndində göstərilən 84 ay (yəni 7 il) müddəti müqavilənin bağlandığı 2012-ci ildən deyil, məhz binanın təhvil verildiyi 2018-ci ildən hesablanmalıdır, hansı ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda tərəfindən ödənişlərlə bağlı hər hansı gecikmələrə yol verilmədiyi, əksinə MTK tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi açıq-aşkar müəyyən olunur. Qeyd olunan pretenziya məktubunda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin bir çox müddəalarına istinad edilməsini hardasa başa düşsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 196-cı maddəsinə istinad edilməsi tam yersiz olmuşdur. Çünki, həmin məcəllənin “Kreditor borclarını ödəməkdən qəsdən yayınma” adlı maddəsinin elə özündə qəsdən yayınmadan bəhs edildiyi müəyyən edilir və qeyd olunan maddənin dispozisiyasına diqqət yetirdikdə isə bu müəyyən olunur ki, göstərilən əmələ münasibətdə cinayət tərkibi “məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayındıqda” yaranır. Halbuki, bu məsələ ilə bağlı onun barəsində hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Əgər varsa, o zaman həmin məhkəmə qərarının surətinin ona göndərilməsi vacibdir ki, o da həmin sənədlə tanış olardı. Digər tərəfdən Cavabdeh MTK-ya qalıq qalan borcunu qəsdən deyil, əsaslı səbəbləri olduğundan ödəmir. Eyni zamanda 92853 manat tərəfindən Cavabdeh MTK-ya ödənildiyindən hazırkı vaxtda tərəfindən müvafiq qalıq borcunun qəsdən ödənilməməsindən söhbət belə gedə bilməz. Əksinə cavabdeh ona satdığı mənzilin həcmi ilə bağlı onu aldatdığı üçün onunla cavabdeh Cavabdeh MTK arasında bağlanılmış ## ###### 2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan *B nömrəli binanın 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin ümumi sahəsinin 150,46 kv.m qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,9 kv.m olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 kv.m üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95553 manat məbləğində müəyyən olunmasına dair qətnamənin qəbul edilməsi ədalətli və obyektiv olar. Hazırkı iddia tələbi ilə bağlı hesablama bu qaydada aparılmalıdır: 102353 manat / 150,46 kv.m = 680,26 manat (1 kv.m-nin qiyməti); 150,46 - 139,9 kv.m = 10,56 kv.m (əmsal tətbiq olunan ölçü); 680,26 manat x 10,56 kv.m = 7183,54 manat; 102353 manat - 7183,54 manat; 95169,46 manat - 92853 (ödənilmiş məbləğ) = 2316,46 manat (qalıq qalan ödənilməyən məbləğ).

6. Iddiaçı Cavabdeh MTK cavabdehlər Iddiaçı qarşı iddia ərizəsi ilə və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin üzərinə düşən öһdəliklərinin tam olaraq yerinə yetirilməsi (borcun ödənilməsindən yayınması) һərəkətlərinin qanunsuz hesab edilməsi, ## ###### 2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 15500 manat borcun və həmin borca hesablanmış 13950 manat faizin (dəbbənin), cəmi 29450 manatın ondan tutularaq MTK-ya ödənilməsi, məhkəmə məsrəfləri olan 373 manat ödənilmiş dövlət rüsumunun və 200 manat hüquqi xidmət haqqının, toplam 573 manatın tutulmaqla MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin ## ### 2023-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

8. Bu iddia onunla əsaslandırılmışdır ki, Iddiaçı pul tələbinə dair iddia ərizəsində MTKya olan 9500 manat borc məbləğindən 2316,46 manat borc açıq-aşkar qəbul və etiraf edir. Həmin iş üzrə Iddiaçı tərəfindən təqdim olunmuş ÇBÜ\1 seriyalı, ****** nömrəli kassa mədaxil orderində əl xətti ilə yazıları – “Məbləğ” sözündən sonra “9000,00” rəqəminin “9” rəqəmində; bundan sonra mötərizənin içində sözlə yazılmış “doqquz min” sözünün hərflərində və “Kassaya mədaxil edilmişdir” sözündən sonra “9000,00” rəqəminin “9” rəqəmində açıq-aşkar pozuntuya yol verilmişdir. Odur ki, saxtalığı açıq-aşkar şübhə doğuran - ÇBÜ\1 seriyalı, ****** nömrəli kassa mədaxil orderində 3000,00 rəqəminin 9000,00 rəqəminə düzəldilməsi adi göz baxımı ilə müəyyən olunur. MTK-nın kassasına 3000 manat ödənildiyi halda, həmin məbləği 9000 manat göstərməklə, Iddiaçı özü üçün açıq-aşkar qanunsuz və əsassız üstünlük yaratmış və 6000 manat məbləği kassaya ödəmədiyi halda, həmin məbləği ödənilmiş kimi hesablanmasına cəhd etmişdir. MTK tərəfindən Iddiaçı tələb olunan borc məbləğinin miqdarı hissəsinə aydınlıq gətirərək, həmin borc məbləğinin 15500 (102353-86853) manat olduğu müəyyən olunmuşdur.

9. Həmçinin cavabdeh Cavabdeh MTK iddiaçı Iddiaçı iddiası üzrə yazılı etiraz verərək göstərmişdir ki, mənzilin ümumi sahəsi layihəyə uyğun olaraq aparılmış hesablamaya əsasən (çöl divarların alt sahəsi də daxil edilməklə) 150,46 kv.m. düzgün göstərilmiş və iddiaçı hazırkı müraciəti ilə iddia müddətini buraxmışdır.

10. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, XXX küçəsində inşa edilmiş yaşayış kompleksinin *B nömrəli binasının 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin faktiki sahəsinin (müvafiq azalma əmsalları tətbiq olunmadıqda) 146,6 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, XXX küçəsində inşa edilmiş yaşayış kompleksinin *B nömrəli binasının 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin ümumi sahəsinin 139,8 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.

11. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, XXX küçəsində inşa edilmiş yaşayış kompleksinin *B nömrəli binasının 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin faktiki (real) sahəsinin 146,6 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, XXX küçəsində inşa edilmiş yaşayış kompleksinin *B nömrəli binasının 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin ümumi sahəsinin (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla) arakəsmələrin altı ilə birlikdə 142,2 kv.metr (138,8+3,4), həmin mənzilin ümumi sahəsinin (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmadan) arakəsmələrin altı ilə birlikdə 150 kv.metr (146,6+3,4) təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, XXX küçəsində inşa edilmiş yaşayış kompleksinin *B nömrəli binasının 8-ci mərtəbəsində yerləşən ** nömrəli mənzilin faktiki (real) sahəsinin 155,3 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim A.Paşayeva) iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdeh Iddiaçı qarşı iddiasının təmin edilməsi, Iddiaçı ## ###### 2012-ci il tarixli müqavilə üzrə üzərinə düşən öһdəliklərinin tam olaraq yerinə yetirməməsi (borcun ödənilməsindən yayınması) kimi һərəkətlərinin qanunsuz hesab edilməsi, Iddiaçı MTK-ya olan 15500 manat borcun və həmin borca hesablanmış 13950 manat faizin (dəbbənin), cəmi 29450 manatın və 373 manat ödənilmiş dövlət rüsumunun, 200 manat hüquqi xidmət haqqının, cəmi 573 manatın tutularaq MTK-ya ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin Iddiaçı iddiası barədə mövqeyi ondan ibarət olmuşdur ki, artıq formalaşmış məhkəmə təcrübəsinə görə mənzil sahələrinin tikintisi ilə məşğul olan MTK ilə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid hüquq normaları tətbiq edilməli və MTK tərəfindən inşa olunan və təhvil verilən mənzilin ümumi ölçüləri layihə və istismar sənədləri əsasında müəyyən edilməlidir.

14. Iddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələrinin nəzərdən keçirilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Bunun üçün mübahisəli hal olan cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmeti olmasını nəzərə alaraq, məhkəmə tərəfindən bu xüsusatı yoxlamaq üçün ## ###### 2023cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ## ###### 2024-cü il tarixli ekspert rəyi verilmişdir, həmçinin məhkəmənin digər ## ##### 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ## ###### 2025-ci il tarixli ekspert rəyi verilmişdir. Məhkəmə hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025- 15.rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi ci il tarixli qəbul edilməlidir. Belə ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmuşdur.

16. Birinci instansiya məhkəməsi iddiaçının mənzilinin faktiki sahəsi ilə müqavilədə göstərilən sahənin cüzi olaraq fərqlənməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının mənzili təmirlidir və iddiaçı 2012-ci ildən orada yaşayır. Formalaşmış təcrübəyə əsasən mənzildə suvanma işlərinin aparılması divarların (nisbi əyriliyi nəzərə alınmaqla) 2-3 sm qalınlaşması (qabağa gəlməsi) ilə nəticələnir ki, bu da öz növbəsində mənzilin ümumi sahəsinin ən azı 5 kv.m. azalmasına səbəb olur. Bu qənaətə gəlmək üçün xüsusi biliyə malik olmağa hər hansı ehtiyac yoxdur. Sadə məntiqlə də bu qənaətə gəlmək mümkündür. Bu hal da nəzərə alınaraq, nəticə etibarı ilə həm işdə olan layihədə, həm də ekspert rəylərində göstərilən sahə ölçü etibarı ilə müqavilədə göstərilən sahə ilə demək olar ki, eynilik təşkil edir.

17. Məhkəmə daha sonra hesab etmişdir ki, ekspert mənzilin ümumi sahəsini müəyyən edərkən qanunvericiliyin tələblərinə riayət etməkdə haqlı olmuşdur. Ona görə ki, mənzilin ümumi sahəsinin hesablanması ilə bağlı bu tələblərə riayət etmək onların vəzifəsi olmuşdur. Lakin sifarişçi ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzili (mənzilin yerləşdiyi yaşayış binasını) tikən iş üzrə cavabdeh Cavabdeh MTK-nın sifariş əsasında tikəcəyi mənzilin ümumi sahəsini müəyyən edərkən bu tələblərə riayət etmək kimi bir vəzifəsi olmamışdır. Belə ki, MTK podratçı kimi bu mənzili sifarişçi iddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsinin şərtlərinə uyğun tikmək vəzifəsi daşımışdır. Tərəflər arasında bağlanmış müqavilədə isə mənzilin ümumi sahəsinin tikinti başa çatdıqdan sonra faktiki sahəyə uyğun dəqiqləşdiriləcəyi müəyyən edilmişdir. Belə görünür ki, cavabdeh MTK mənzilin ümumi sahəsini hesablayarkən heç bir əmsal tətbiq etməmiş, ara divarların ölçülərini isə nəzərə almışdır.

18. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin mənzilin ümumi sahəsini bu cür hesablaması müqavilə azadlığı prinsipindən irəli gəlir və qanunla qadağan edilməmişdir.

19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh MTK iddiaçı Iddiaçı ilə aralarında bağlanmış podrat müqaviləsi üzrə mənzilin ümumi sahəsini düzgün hesablamış, bu zaman mənzilin sahəsinin hesablanması ilə bağlı qanunla müəyyən edilmiş hansısa imperativ tələblərə riayət etmək vəzifəsi olmamışdır. Buna görə də müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 kv.m üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95169,46 manat məbləğində müəyyən olunmasına dair hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətinin keçibkeçməməsi

20. barədə məsələni araşdırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ## ###### 2012-ci il tarixli müqavilələrin şərtlərinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlak iddiaçıya təhvil verilmiş, o, mübahisəli mənzili təmir etməyə başlamışdır. Iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 10 il müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzilləri təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olmuşdur.

21. Məhkəmə, iddiaçının mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız bu yaxında xəbər tutmasına dair dəlili ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının özünün də bildirdiyi kimi, o, həmin mənzilləri 2012-ci ildə təmir etməyə başlamışdır. Mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzillərin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.

22. Məhkəmə, Iddiaçı iddiasına iddia müddətinin tətbiq edilməli olmamasına dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında podrat müqaviləsi olmaqda bu müqavilə üzrə öhdəlikləri də mövcuddur və mübahisə də həmin müqavilədən yaranıb. Iddia müddətinin şamil edilməyi halları təsbit edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə isə mülkiyyətçinin və digər sahibin onun hüququnun hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Qanunvericilik mülkiyyətçinin hansı tələbləri üzrə iddia müddətinin şamil edilmədiyi halı konkret müəyyən edib. Iddiaçının tələbi isə mülkiyyətçi kimi pozulmuş hüquqlarının aradan qaldırılması barədə yox, müqavilə öhdəliklərindən doğur.

23. Beləliklə də, məhkəmə hesab etmişdir ki, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh MTKya qarşı pul tələbinə dair iddiası əsassızdır. Birinci instansiya məhkəməsi birləşdirilmiş digər iş, yəni, iddiaçı Cavabdeh MTKnın cavabdeh

24. Iddiaçı qarşı iddia tələbləri üzrə qeyd etmişdir ki, əvvəla Iddiaçı iddiaçı Cavabdeh MTK-ya 2316,46 manat borcu olmasını öz iddiasında qeyd etmişdir. Lakin, MTK onun hazırda 15500 manat borcu olmasını iddia edir və bunu mənzilin müqavilədə göstərilən 102353 manat məbləğindən hazırkı vaxta kimi təqdim edilmiş qəbzlər əsasında yalnız cəmi olaraq 86853 manat ödəməsi ilə əsaslandırır.

25. Məhkəmə qeyd etmişdir ki, işin materiallarından görünür ki, Cavabdeh MTK ## ####### 2022-ci il tarixdə Iddiaçı pretenziya göndərərək yaranmış 28400 manat borcu ödəməsini tələb etmiş, Iddiaçı Cavabdeh MTK-ya ünvanladığı ## ####### 2022-ci il tarixli pretenziyaya cavab verərək, müqavilə üzrə ödəməli olduğu 102353 manatdan 92853 manat ödəməsini və borcunu 28400 manat deyil, 9500 manat olmasını göstərmişdir. Işin materiallarından daha sonra görünür ki, qeyd olunan mənzilə dair cəmi ödənilməsi nəzərdə tutulan 102353 manatdan iddiaçının ödədiyi 86853 manat Cavabdeh MTK tərəfindən verilmiş, həmçinin imza və möhürlə təsdiq edilmiş “Kassa mədaxil orderi”nin qəbzlərinin məzmunu ilə təsdiqlənir.

26. Məhkəmə qeyd etmişdir ki, Iddiaçı mənzilin dəyərindən 92853 manat ödənilməsini göstərsə də, bu faktı təsdiq edən sübutları təqdim etməmişdir. Işin materiallarından görünür ki, Cavabdeh MTK Iddiaçı ## ###### 2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 28400 manat borcu olmasını iddia etsə də, sonradan özünün dəqiqləşdirilməsinə əsaslanaraq, tələbində bu borcun 15500 manat olmasını göstərmiş və bu hal araşdırma zamanı öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edən sübutlar təqdim etməmişdir.

27. Beləliklə də müəyyən edilmişdir ki, Iddiaçı onunla bağlanmış müqavilə üzrə mənzilin razılaşdırılmış 102353 manatı 84 ay ərzində yəni, ## ###### 2009-cu il tarixədək MTK-nın hesabına və kassasına ödənilməsi üçün üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməyərək hazırkı vaxtda 15500 manat borcu qalmışdır. Ona borcu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, mənzilin real sahəsinin müqavilədə göstərilən sahədən az olmasını əsas gətirərək ödəmə aparmamışdır.

28. Mənzilin real sahəsinin müqavilədə göstərilən sahədən az olmasına dair Iddiaçı tərəfindən qaldırılmış iddiaya isə yuxarıda hüquqi qiymət verilərək iddianın əsassız olması nəticəsinə gəlindiyi üçün məhkəmə hesab etmişdir ki, onun müqavilə üzrə 150,46 kv.m mənzil üçün razılaşdırılmış məbləğdən 15500 manat borcu ödəməli olmasına dair MTK-nın iddiası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları baxımından əsaslıdır.

29. Məhkəmə həmçinin MTK-nın iddiasının həmin borca hesablanmış 13950 manat faizin (dəbbənin) də cavabdehdən onun xeyrinə tutulmasına dair iddia tələblərinin əsaslandırılması ilə razılaşmış və hesab etmişdir ki, Iddiaçı ilə MTK arasında baglanmış müqavilə üzrə cavabdehin üzərinə düşən öһdəliklərinin tam olaraq yerinə yetirilməməklə borcun ödənilməsindən yayınması kimi һərəkətləri qanunsuz hesab edilməklə, ## ###### 2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan borcu və həmin borca hesablanmış faizin (dəbbənin), cəmi 29450 manatın ondan tutularaq MTK-ya ödənilməsi tələbi əsaslıdır.

30. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 16, 21, 324, 357, 385, 404, 425, 443, 445, 448, 449, 467, 560, 752, 762, 776cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddələrinə, ## ###### 2012-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

31. Iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın iddia ərizəsinin təmin edilməməsi, birinci iddia üzrə iddiaçı Iddiaçı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cərimə yalnız hər ay veriləcək məbləğin üstünə 1.5%-i gəlməklə hesablana bilər. Tərəflər arasındakı müqavilə şərtlərinə əsasən aylıq ödəniş 709,52 manat təşkil edir. Bu ödəniş gecikdirdiyi təqdirdə, həmin ay üzrə ödəniş (709,52+1.5%) 720,16 manat təşkil etməlidir cərimə ilə birlikdə. Beləliklə, aylıq cərimə maksimum 10,64 manat təşkil edə bilər. Cərimənin hesablanması 60 günü keçməməlidir. Bu isə o deməkdir ki, cərimə yalnız 60 günə hesablana bilər. Bu isə 2 ay edir. Müqavilə üzrə maksimum hesablana biləcək cərimə 21-22 manat təşkil edir. Bu cərimənin hesablanması bəndi müqavilədə MTK-nın öhdəlikləri hissəsində qeyd edilmişdir. Bütün bu şərtlərin fonunda 13950 manat məbləğində cərimənin necə hesablandığı onlar üçün tamamilə qeyrimüəyyəndir. Iddiaçı mənzilin tam sahəsini yalnız eyni sahəli mənzilin qonşusu tərəfindən mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı aldıqdan sonra öyrənmişdir. Bu isə 2022-ci il tarixdə baş vermişdir. Iddiaçı mənzili təmir etdiyi dövrdə sahəsini bilməli olduğuna görə iddia müddətinin ötməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassızdır. Iddiaçı sahənin ölçülməsi və müəyyən edilməsi ilə bağlı hər hansı xüsusi biliyə malik deyil və evin təmiri zamanı evin sahəsinin hansı qayda ilə ölçülməli olduğu və dəqiq sahənin hansı olması ilə bağlı bir nəticəyə gəlməsi mümkün deyil idi. Müqavilənin 5.1-ci bəndində qeyd edilir ki, təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 150,46 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 102353 manat müəyyən edilir. Göründüyü kimi, müqavilədə sahəyə uyğun qiymət müəyyən edilmişdir. Bununla əlaqədar, mənzilin sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandıqda müqavilədə müəyyən edilən sahədən az olması, azalan hissədə Iddiaçı ödədiyi vəsaitin ümumi məbləğdən çıxılmasına səbəb olur. Iş materiallarında mövcud olan kassa mədaxil orderlərinin cəmi 92853 manat təşkil edir. Adi hesablama ilə bu nəticəni görmək olur. Hansı səbəbdən ödənişi icra edilmiş 6000 manat məbləğində vəsaitin nəzərə alınmadığı məhkəmə tərəfindən qeyd edilməmişdir. Iddiaçı Iddiaçı tərəfindən təqdim olunmuş ÇBÜ\1 seriyalı, ****** nömrəli kassa mədaxil orderində əl xətti ilə yazıları – “Məbləğ” sözündən sonra “9000,00” rəqəminin “9” rəqəmində, bundan sonra mötərizənin içində sözlə yazılmış “doqquz min” sözünün hərflərində və “Kassaya mədaxil edilmişdir” sözündən sonra “9000,00” rəqəminin “9” rəqəmində pozuntuya yol verilməmişdir. Ümumiyyətlə, məhkəmə qərarı olmadan sənədin saxtalığı barədə iddia irəli sürmək hüquqa və qanuna tamamilə ziddir.

33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş sənədlərin məhkəmətexniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyinə əsasən Iddiaçı adına verilmiş ÇBÜ № ****** nömrəli kassa mədaxil orderin üzərində olan “Məbləğ” və “Kassaya mədaxil edilmişdir” qrafalarındakı “9000,00” rəqəmlərindəki “9” rəqəmində, mötərizənin içərisində olan “doqquz min” sözündə hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir. Iddiaçı adına verilmiş ÇBÜ № ******, ÇBÜ № ******, ÇBÜ № ******, ÇBÜ № ******, ÇBÜ № ******, ÇBÜ № ****** nömrəli kassa mədaxil orderlərin üzərilərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməsi, Iddiaçı müqavilə üzrə ödənilməmiş 9500 manatın və həmin məbləğə hesablanmış 8550 manat faizin (dəbbənin), cəmi 18050 manatın Cavabdeh MTK-nın xeyrinə tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi birinci iş üzrə iddiaçı Iddiaçı iddiasını iddia müddəti tətbiq etməklə təmin etməməkdə haqlı olmuşdur. Iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüş və cavabdeh tərəf də iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsi də podrat münasibətlərini tənzimləyən normalar üzrə binaya aid tələblərlə bağlı iddianın irəli sürülməsi müddətinin ötürülməsi qənaətinə gəlməklə düzgün olaraq iddianı təmin etməmişdir.

36. Mülki Məcəllənin 773 və 776.1-ci maddələri podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla və iddiaçının özünün izahatı ilə müəyyən edilmişdir ki, mübahisələndirilən mənzilin yerləşdiyi binanın 2012ci ildə istismarına icazə verilmiş və həmin ildə də iddiaçı təmir edərək mənzilində yaşamağa başlamışdır. Iddiaçı isə mənzil ilə bağlı iddianı ##.##.2023-cü il tarixində, təqribən 11 il sonra məhkəmədə qaldıraraq mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını vaxtında yoxlamalıdır. Lakin iddiaçı qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da yuxarıda göstərilənləri tələb etmək hüququnu itirmişdir.

37. Belə olan halda apellyasiya kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı Iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da, müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində birinci iddia üzrə iddiaçının hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan iddiaçı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə borcunu razılaşdığı kimi birləşdirilmiş iddia üzrə cavabdehə ödəməlidir.

38. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın cavabdeh Iddiaçı qarşı iddia tələbinə münasibətdə apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin Iddiaçı Cavabdeh MTK-nın xeyrinə ödənilməli olan müqavilə üzrə borcun və faiz (dəbbə) borcunun məbləği hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmamışdır.

39. Belə ki, apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, Cavabdeh MTK öz iddia tələbində Iddiaçı adına verilmiş ÇBÜ № ****** nömrəli kassa mədaxil orderində 3000 rəqəminin 9000 rəqəminə düzəldilməsini mübahisələndirərək, Iddiaçı borc məbləğinin 15500 (102353-86853) manat olduğunu göstərmişdir. Lakin sonradan Iddiaçı tərəfindən ödənilən məbləğin “Kassa mədaxil orderi”nin qəbzlərinin əsillərinə əsasən 9000 manatdan ibarət olduğu apellyasiya icraatı zamanı keçirilmiş sənədlərin məhkəmətexniki ekspertizası nəticəsində əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyinə əsasən təsdiq edilmişdir.

40. Beləliklə Məhkəmə kollegiyası ekspert rəyinin mötəbərliyini qəbul edərək hesab etmişdir ki, Iddiaçı MTK-nın xeyrinə tutulmalı olan borcun məbləği 9500 manat, həmin borca hesablanmış faiz (dəbbə) 8550 manat (15500-6000=9500; 60x(9500x1.5:100)=8550 manat) təşkil edir.

41. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 372, 375, 377, 373, 427, 442, 443, 445, 448, 462, 752, 762, 773, 776-cı maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

42. Iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh MTK-nın iddia ərizəsinin təmin edilməməsi, birinci iddia üzrə iddiaçı Iddiaçı iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Apellyasiya şikayətinin məzmununa uyğun tərtib edilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəlləsinin 463, 467-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci, Mülki Prosessual Məcəllənin 217-ci maddələrinin tələbləri pozulmuşdur.

44. Belə ki, qətnamədə müəyyən edilən cərimə faizi tamamilə əsassızdır və maddi və prosessual hüquq normalarının pozulması ilə qət edilmişdir. Qətnamənin sözügedən dəbbə pulunun hansı əsasla müəyyənləşdirilməsinə dair qətnamədə hər hansı bir izah mövcud deyil. Bu hissədə nə MTK, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi hər hansı bir əsaslandırma gətirməmiş, cərimənin hesablanma formulası ilə bağlı hər hansı bir məlumat verməmişdir. Müqavilədə 9500 manat əsas borca münasibətdə 8550 manat cərimə məbləğinin hesablanmasına əsas olacaq hər hansı bir müddəa mövcud deyil. Məhkəmə qətnamədə Mülki Məcəllənin 463.1-ci maddəsinin tələbini kobud surətdə pozmuşdur. Digər tərəfdən məhkəmə 9500 manat əsas borca münasibətdə 8550 manat cərimə hesablaması məhkəmə təcrübəsinə və Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə də ziddir. Məhkəmə təcrübəsinə əsasən cərimə müəyyən edilərkən tətbiq edilən ümumi meyar isə əsas məbləğin 10 faizi həddinə qədər cərimənin müəyyən edilməsidir. Məhkəmə isə əsas borcun 90 faizi məbləğində cərimə hesablamışdır. Bu da öz növbəsində Iddiaçı qarşı münasibətə dəlalət edən növbəti hal kimi qiymətləndirilməlidir. Müqavilə ## ###### 2012-ci il tarixdə imzalanmış və 84 aylıq ödəniş müddəti müəyyən edilmişdir. Iddiaçı ödəniş müddəti ## ###### 2019-cu il tarixdə bitir. Buna baxmayaraq, MTK yalnız Iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra ## ###### 2023-cü il tarixli qarşılıqlı iddia ərizəsi verərək və yalnız Iddiaçı sənədlərinə istinad edərək sonuncudan borcun ödənilməsini tələb edir. Iddiaçı hansısa kassa mədaxil orderini itirsə və ya hansısa digər səbəbdən məhkəməyə təqdim etməsə idi, MTK ondan daha çox məbləğ tələb edəcəkdi. Bütün bunlar MTK-nin Iddiaçı qarşı hansı niyyətdə olduğunu təsdiq edir. Bu hal məhkəmə tərəfindən cərimə məbləğinin təyin edilməsində xüsusilə nəzərə alınmalı idi. MTK iddia ilə məhkəməyə bu qədər gec müraciət etməklə açıq-aşkar Iddiaçı artıq cərimənin hesablanmasına nail olmağa çalışır. Həmçinin, iş materiallarından göründüyü kimi, MTK iddiasında və birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərdə Iddiaçı mədaxil qəbzlərini saxtalaşdırmaqdan əsassız ittiham etmişdir. Apellyasiya instansiyası məhkəməsində təyin edilmiş ekspertiza nəticəsində aydın oldu ki, bu iddia tamamilə yalandır. Halbuki, bu əsassız iddia ilə birinci instansiya məhkəməsində MTK əsas borc məbləğinin 15500 manat qaldırılmasına nail olmuşdu. Tərəflər arasında müqavilənin 3.1-ci bəndindən göründüyü kimi, cərimə 60 gündən artıq hesablana bilməz. Məhkəmənin müəyyən etdiyi cərimə məbləğinə və əsas borca nəzər yetirsək aydın olur ki, 60 gün ərzində 9500 manat əsas borca münasibətdə 8550 manat cərimə hesablanması üçün illik cərimə faiz dərəcəsinin 547,5 faiz olmalıdır. Bu adi bir riyazi hesablama nəticəsində müəyyən edilir. Bu hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərini nəzərə almadan mənzilin sahəsini müəyyən etməklə Iddiaçı hüquqlarını pozmuşdur. Məhkəmə iddianın təmin edilməməsinin əsaslandırılmasında Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirmişdir. Halbuki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59cu maddəsinin 2-ci və 3-cü bəndləri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ##.##.2012 tarixli ** №-li qərarının 3.8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, tədqiq olunan mənzilin ümumi sahəsinin 139,9 kv.m olduğu müəyyən edilir. Bu hal iş materiallarında olan ilkin ekspert rəyi ilə də tam təsdiq edilir. Iddiaçı mənzilin tam sahəsini yalnız eyni sahəli mənzilin qonşusu tərəfindən mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı aldıqdan sonra öyrənmişdir. Bu isə 2022ci il tarixdə baş vermişdir. Iddiaçı mənzili təmir etdiyi dövrdə sahəsini bilməli olduğuna görə iddia müddətinin ötməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassızdır. Iddiaçı sahənin ölçülməsi və müəyyən edilməsi ilə bağlı hər hansı xüsusi biliyə malik deyil və evin təmiri zamanı evin sahəsinin hansı qayda ilə ölçülməli olduğu və dəqiq sahənin hansı olması ilə bağlı bir nəticəyə gəlməsi mümkün deyil idi. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 150,46 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 102353 manat müəyyən edilir. Müqavilədə sahəyə uyğun qiymət müəyyən edilmişdir. Bununla əlaqədar, mənzilin sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandıqda müqavilədə müəyyən edilən sahədən az olması, azalan hissədə Iddiaçı ödədiyi vəsaitin ümumi məbləğdən çıxılmasına səbəb olur. Məhkəmə qətnamənin nəticə hissəsində qeyd etmişdir ki, “Iddiaçı müqavilə üzrə üzərinə düşən öһdəliklərinin tam olaraq yerinə yetirməməsi (borcun ödənilməsindən yayınması) kimi һərəkətləri qanunsuz hesab edilsin”. Bu hissədə “hərəkətlərin qanunsuz hesab edilməsi” ifadəsinin hansı sübutlara və qanuni əsaslara söykəndiyi məlum deyil. Iddianın özü də hansısa faktın təsdiqi ilə bağlı deyil. Ümumiyyətlə, “qanunsuz” ifadəsinin məhkəmənin qətnaməsinin yekun hissəsində qeyd edilməsinin hüquqi nəticəsi, icra qaydası və səbəbi qeyri-müəyyəndir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətindəki dəlilinə münasibət bildirməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində Iddiaçı tərəfindən 373 manat məbləğində ödənilmiş dövlət rüsumunun MTK-ya ödənilməli olduğu qət edilmişdir. MTK-nin iddiasının qiyməti 29450 manat təşkil edir. Bu iddia qiyməti üçün dövlət rüsumu isə qanunvericiliyə əsasən 178,35 manat təşkil edir. Məhkəmənin 373 manat məbləğində dövlət rüsumunun Iddiaçı tutulması qərarına gəlməsi qanunvericiliyə uyğun deyil. Apellyasiya instansiyası məhkəməsi isə bu məsələni araşdırmamışdır.

45. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

46. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddiasının rədd olunan və qarşılıqlı iddianın təmin olunması hissələrində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini bu qətnamənin qanuniliyinin mübahisələndirilən həmin hissələrdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.” 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2.icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

50. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iddiaların əsas hissələrində maddi hüquq normalarına düzgün istinad olunsa da, kassatordan cərimə borcunun tutulması hissəsində Mülki Məcəllənin 467ci maddəsinin

52. tələbi nəzərə alınmadığından, qətnamə dəyişdirilməlidir.

53. Ilk olaraq, məhkəmə kollegiyası qeyd edir ki, kassatorun mülkiyyətində olan mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmamasına və müvafiq olaraq cavabdeh MTK-ya olan borcun azaldılmalı olmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının oxşar apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparmış, sübutetmə yükünü düzgün bölüşdürmüş və yuxarı qeyd olunan nəticəyə gəlmişdir (bax bənd 35-37). Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırılması və gəlinən nəticə ilə bu hissədə tam razılaşdığı üçün prosessual qənaət prinsipinə əsasən kassasiya şikayətinin bu dəlillərinə əlavə hüquqi qiymət verilməsini zəruri hesab etmir.

55. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi cavabdehdən tutulan dəbbə pulu üzrə borcun məbləğini müəyyən edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bununla bağlı formalaşmış məhkəmə təcrübəsini tam nəzərə almamışdır.

56. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

57. Hazırkı işdə işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi, tərəflər arasında bağlanmış ## ###### 2012-ci il tarixli müqavilənin 3.1-ci bəndinin d) yarımbəndinin şərtlərinə səlahiyyətləri çərçivəsində təfsir edərək, dəbbə pulunun iddiaçının müəyyən olunmuş bütün öhdəliyinə münasibətdə hesablanmalı olması nəticəsinə gəlmişdir.

58. Kassator hazırda məhkəmə tərəfindən müqavilənin həmin şərtinin düzgün təfsir edilməməsini iddia etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Bununla belə, kassasiya məhkəməsi müqavilə üzrə ödənilməmiş 9500 manat qarşılığından 8550 manat dəbbə pulunun tutulmasını əsaslı hesab etmir. Bu səbəbdən ki, həmin məbləğ kreditorun mənafelərinə uyğun olsa da, borclunu əlavə ağır maddi yük altına qoyur.

60. Halbuki, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

61. Bu səbəbdən, kassasiya kollegiyası cavabdehdən tutulan dəbbə pulu üzrə məbləğin ədalətsiz olması qənaətinə gəlir və bu məbləğin dəyişdirilərək 2000 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qətnaməsi Iddiaçı tutulan dəbbə pulunun məbləği hissəsində dəyişdirilməli, dəbbə pulu 2000 manat, müvafiq olaraq isə ümumi borc 11500 manat məbləğində müəyyən edilməlidir.

63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Ilk iddia üzrə iddiaçı (birləşdirilmiş iddia üzrə cavabdeh) Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi qarşılıqlı iddia üzrə faiz (dəbbə pulu) və ümumi tutulan məbləğ hissəsində dəyişdirilsin. Iddiaçı Cavabdeh MTK-nın xeyrinə müqavilə üzrə ödənilməmiş faiz (dəbbə pulu) 2000 (iki min) manat, ümumi tutulan məbləğ isə 11500 (on bir min beş yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar