AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ2(1-8)-1070/2026 19.05.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) müddətli əmək müqaviləsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmmədǝoğlundanǝibarətǝtərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## ### 2026-cı ilǝtarixdəǝyazılıǝicraatǝqaydasındaǝbaxaraq,ǝaşağıdakılarıǝmüəyyənǝetdi: Işin halları:
1. İddiaçı ilə Cavabdeh ASC arasında ##.##.2020-ci il tarixində müddətli əmək müqaviləsi bağlanıb.
2. Müqaviləyə əsasən İddiaçı 3 ay sınaq müddəti olmaqla 1 il müddətinə (##.##.2020-ci tarixindən işə başlamaqla) Cavabdeh ASC-də Şirvan filialının regional inkassasiya şöbəsinin mütəxəssis-xəzinadarı, daha sonra (##.##.2021-ci tarixindən) isə Gəncə filialının regional inkassasiyaǝşöbəsininǝaparıcıǝmütəxəssis-xəzinadarıǝvəzifəsinəǝtəyinǝedilmişdir.
3. Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli, **-x nömrəli əmri ilə İddiaçı tərəf olduğu əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsininǝ«b»ǝbəndinəǝəsasənǝxitamǝverilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx” ASC-nin (bundan sonra həmçinin “cavabdeh” və ya “işəgötürən”, yaxud “ABB”) ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun ABB-nin Gəncə filialı, Əsas, Regional inkassasiya şöbəsinin aparıcı mütəxəssis-xəzinədarı vəzifəsinə bərpa edilməsi, qanunsuz olaraq işdən çıxarıldığı müddətdə – məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi, onun hüquqi mənafeyinin müdafiəsi üçün çəkilmiş hüquqi yardım xərci – 325 manat və notarial etibarnamənin rəsmiləşdirilməsi üçün ödənilmiş 17,25 manat olmaqla, ümumilikdə 342,25 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixli əmək müqaviləsinə görə, ABB-nin Şirvan regional inkassasiya şöbəsinin mütəxəssis-xəzinədarı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır. Əmək müqaviləsi üzrə müəyyən olunmuş müddət başa çatdıqdan sonra tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etməmiş, bu səbəbdən əmək münasibətləri əvvəlki şərtlərlə davam etdirilmişdir. Bu qaydaya əsasən, iddiaçının əmək müqaviləsi hər dəfə müddət bitdikdə avtomatik uzadılmaqla, faktiki olaraq əmək münasibətləri fasiləsiz davam etmişdir. Bununla belə, cavabdehin ##.##.2025-ci il tarixli əmrinə əsasən, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Lakin, qeyd olunan əmrin hüquqi əsası yoxdur və ləğv edilməlidir. Belə ki, iddiaçı cavabdeh arasında əmək münasibətləri fasiləsiz olaraq 5 il 1 gün davam etmişdir. ## ###### 2025-ci il tarixində, iddiaçı işə çıxmış, əmək funksiyalarını yerinə yetirmiş və əmək münasibətləri faktiki olaraq davam etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən X7 Gəncə-X5 Filialı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli rəsmi məktubunda da bu hal təsdiq olunmuşdur və əmək müqaviləsinin 5 ildən artıq davam etdiyi bildirilmişdir. Əmək Məcəlləsinin 45(5)-ci maddəsinə əsasən, “əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, bu müqavilə müddətsiz əmək müqaviləsi hesab olunur”. Nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh arasında mövcud əmək münasibətləri bu müddəti aşdığından, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi statusu almışdır. Bu baxımdan, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müddətli əmək müqaviləsinin müddətinin başa çatması) əsasən xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən Əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi 47/f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az Res. Əmək Məcəlləsi) bəndində qeyd olunan səbəbə görə ##.## 2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək 3 il 1 gün müddətinə bağlanmışdır. Işçi ##.##.2020-ci il tarixindən işə başlayır. Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Belə olan halda, hesab etmişdir ki,bağlanmış əmək müqaviləsi faktiki olaraq müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməli və bu əsasla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinǝhüquqiǝqüvvəsiǝləğvǝedilməlidir.
6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun rədd edilməsini xahiş etmiş, həmşinin iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.ǝ
7. Iş materialarında olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən X7 Gəncə-X5 Filialı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli rəsmi məktubunda qeyd olunmuşdur ki, iddiaçının əmək müqaviləsiǝ5ǝildənǝartıqǝdavamǝetmişdir.ǝ
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ######## 2025-ci il tarixliǝqətnaməsiǝiləǝiddiaǝrəddǝedilmişdir.ǝ(hakimǝNailǝAbbasov)
9. Birinci instansiya məhkəməsi ilk növbədə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd etmişdir ki, iddiaçı ona ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıqdan onunla bağlanmış əmək müqaviləsinin uzadılmayacağı ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Iddiaçıya ünvanlanmış ƏƏSMN yanında DƏMX Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli məktubun məzmunundan bəlli olur ki, o, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə həmin idarəyə müraciət etməklə hüquqlarının pozulduğunu hesab etmişdir. Bundan sonra, ##.##.2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif məktubu göndərilmiş, ##.##.2025ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş, iddiaçı ##.##.2025-ci il tarixdə işə bərpa barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.ǝGöründüyüǝkimi,ǝiddiaçıǝtərəfindənǝiddiaǝmüddətiǝötürülməmişdir.
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin (bundan sonra Müqavilənin) 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmiş, müqavilə 1 il müddətinə bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsininǝmüddətininǝqurtarmasıǝəməkǝmüqaviləsinəǝxitamǝverilməsinəǝəsasdır.
11. Birinci instansiya məhkəməsi həmçinin diqqətə çatdırmışdır ki, Əmək Məcəlləsinin 83(2)-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Əmək Məcəlləsinin 8-ci maddəsində müddətlərin hesablanması qaydaları göstərilməklə, müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığı, həftələrlə hesablanan müddətlər həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Müqavilədə tərəflər arasında münasibətlərin xitam edilməsinə dair müddət olaraq bir il olmaqla son tarixin ##.##.2025-ci il tarixinin müəyyən olunması qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğunǝgəlir.ǝ
12. Birinci instansiya məhkəməsi iddiaçının “müqavilə münasibətlərinin fasiləsiz olaraq 5 il 1 gün davam etməsi və bununla da müqavilənin müddətsiz hesab edilməli olması” dəlillərinin heç bir hüquqi əsası olmamasını göstərərək, qeyd etmişdir ki, iddiaçıya ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə ##.##.2025 ci il tarixdə xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinəǝəməlǝedilməkləǝonlarınǝqarşılıqlıǝrazılığıǝiləǝmüəyyənǝmüddətəǝbağlanılaǝbilər.ǝ
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununǝ“Azərbaycan Respublikası Əmək Məcəlləsininǝ47-ci maddəsinin “f” bəndininǝAzərbaycan Respublikası Konstitusiyasınınǝ25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinəǝuyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsininǝ47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə,ǝAzərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinəǝvəǝ35-ciǝmaddəsininǝİ-IVǝvəǝVIIIǝhissələrinəǝuyğunǝhesabǝedilmişdir.
14. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən «xxxx” ASC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə ##.##.2025-ci il tarixdə əmrinǝverilməsiǝəməkǝqanunvericiliyininǝtələblərinəǝuyğunǝolmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 47, 68, 73, 83-cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cüǝilǝtarixliǝQərarınaǝistinadlaǝəsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnaməǝçıxarılmasınıǝxahişǝetmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o,iddiaçı eyni iş yerində fasiləsiz olaraq 5 il 1 gün müddətində əmək funksiyalarını vicdanla və ardıcıl şəkildə icra etmişdir. Bununla belə, müəssisə tərəfindən onun əmək münasibətlərinə guya “müddətli əmək müqaviləsinin müddətinin bitməsi" əsası ilə xitam verilməsi həm faktiki vəziyyətə, həm də əmək qanunvericiliyinin tələblərinə ziddir. Əmək müqaviləsinin 2-ci bəndinin 3-cü yarımbəndində aydın şəkildə göstərilir ki, müqavilə ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək, yəni 3 il 1 gün müddətinə bağlanmışdır. Bu, həm müqavilə müddətinin hesablanma qaydasını, həm də işəgötürənin həmin prinsipi öz növbəti müqavilələrində də tətbiq etdiyini nümayiş etdirir. Bu fakt onu da sübut edir ki, ##.##.2020-##.##.2023 tarixləri aralığı 3 il 1 ayı təşkil etdiyi kimi, ##.##.2020 -##.##.2025-ci il tarixləri aralığı da 5 il 1 günü təşkil edir. Başqa sözlə, iddiaçının işə başladığı gündən – ##.##.2020-ci il tarixindən etibarən əmək funksiyalarını sonuncu iş gününədək ##.##.2025-ci il tarixədək yerinə yetirməsi, onun həmin vəzifədə 5 il 1 gün müddətində çalışdığını vǝ bu əmək münasibətlərinin müddətsiz xarakter daşıdığını sübuta yetirir. Iş üzrə cavabdeh tərəf indiyədək məhkəmə iclaslarında onun ##.##.2025-ci il tarixində iş yerində olduğunu inkar etmişdir. Lakin ##.##.2025-ci il tarixində cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı izahatda ilk dəfə olaraq etiraf edilmişdir ki, “İddiaçı həmin tarixdə bankın inzibati binasında olmuş, lakin guya əmək funksiyalarını icra etməmişdir". Cavabdeh bu bəyanatı məsuliyyətdən yayınmaq məqsədi ilə təqdim etmişdir və verilmiş məlumatın düzgünlüyü ciddi şübhə altındadır. Belə ki, onun ##.##.2025-ci il tarixində bankın inzibati binasında olması faktı, əslində onun əmək funksiyalarını yerinə yetirdiyini göstərən əsaslı göstəricilərdən biridir. Lakin yaranmış qeyri-müəyyənliyin tam aradan qaldırılması və obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə ##.##.2025-ci il tarixində bankın inzibati binasında fəaliyyət göstərən təhlükəsizlik kameralarına aid video görüntülərin əldə olunması və məhkəməyə təqdim edilməsi zəruri idi. Lakin cavabdeh tərəf bu video görüntülərin təqdim edilməsindən yayınmış, bununla da özü faktiki olaraq video materialların onun mövqeyini təsdiq edə biləcəyini dolayısı ilə etiraf etmişdir. Daha sonra onun prosessual hüquqlarının təmin olunması məqsədilə məhkəməyə vəsatət verilmiş və məhkəmədən cavabdehin qeyd olunan video görüntüləri təqdim etməsi barədə sübutların təmin edilməsi qaydasında qərardad çıxarılması xahiş olunmuşdur. Lakin məhkəmə bu vəsatəti təmin etməmişdir. Bu hal bir daha sübut edir ki, məhkəmə onun ##.##.2025-ci il tarixində bankın inzibati binasında olarkən əmək funksiyalarını icra edib-etməməsi məsələsini obyektiv araşdırmamış, yalnız cavabdeh tərəfin subyektiv və şifahi mülahizələrinə əsaslanmaqla qərar vermişdir. Bundan başqa Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən X7 X3 Məşğulluq Filialı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli rəsmi məktubunda da əmək müqaviləsinin 5 ildən artıq davam etdiyi bildirilmişdir. Deməli, toplanmış sübutlar, o cümlədən X7 təqdim etdiyi rəsmi məktub, iş materiallarındakı tarixlər və cavabdehin özü tərəfindən verilmiş yazılı izahatlar bir mənalı şəkildə göstərir ki, onunla cavabdeh arasında yaranmış əmək münasibətləri 5 ildən artıq davam etmişdir, müddətsiz xarakter daşıyır və bu münasibətlərə "müddətli müqavilə" bəhanəsi ilə xitam verilməsi hüquqi əsasdan məhrumdur. Məhkəmə iddia ərizəsində əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıması və Əmək Məcəlləsinin 47-ci maddəsinin "f" bəndinə uyğun olmadığına dair iddialarına kifayət qədər diqqət yetirməmiş, bu barədə Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyini əsas götürməmişdir. Münasibətin bu formada davamlı olaraq təzələnməsi və uzunmüddətli olması, işəgötürən tərəfindən müəyyən üstünlüklər əldə etmək məqsədi ilə müddətli olması və onun hazırki gün müddətli müqavilə ilə razı olması və bunu mübahisələndirməsi açıq-aydın formada tərəflərin həqiqi iradə ifadəsininin müddətli əmək müqaviləsi ilə pərdələndiyini göstərir. Əmək müqaviləsini imzaladığı vaxt əsas məqsədi daimi əmək münasibətlərinin qurulması olmuş, lakin cavabdehin təşəbbüsü ilə əmək müqaviləsi müddətli şərtlərlə təqdim edildiyindən, o, həmin şərtlərlə əmək münasibətlərinə daxil olmuşdur. Halbuki, onun əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş müddətli müqavilə bağlanmasına əsas verən hallara uyğun gəlmir. Belə olan halda, bağlanmış əmək müqaviləsi faktiki olaraq müddətsiz əmək müqaviləsi kimi qiymətləndirilməli və bu əsasla əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin hüquqi qüvvəsi ləğv edilməlidir. Əmək funksiyası Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallara uyğun gəlməmişdir. Bu isə müddətli müqavilənin bağlanmasını əsassız edir və nəticə etibarilə əmək müqaviləsinin müddətsiz hesab olunmalı olduğunu göstərir. Hazırkı işdə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Onun əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi iş şərtlərinə görə daimi xarakterə malik olduğu həm onun, həm də cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuş, buna baxmayaraq, onları, xüsusilə də iddiaçını müddətli əmək müqaviləsinin bağlanmasından çəkindirməmişdir. Bu səbəbdən onun əmək funksiyaları Əmək Məcəlləsinin 47-ci maddəsinin "a-ǝ", "g" və "g" bəndlərində sadalanan hallara uyğun gəlməmişdir. Işəgötürən bu münasibətin üstün tərəfi olmağından sui-istifadə edərək reallıqda fasiləsiz davam edən və faktiki ##.##.2020-ci il tarixindən ##.##.2025-ci il tarixinədək davam edən əmək münasibətini reallığı əks etdirməyən formada müddətli əmək müqaviləsi kimi pərdələmişdir. Onun uzun illər ərzində eyni vəzifədə, fasiləsiz şəkildə əmək funksiyalarını yerinə yetirməsi, iş prosesinə məsuliyyətlə yanaşması, əmək intizamını pozmaması və işəgötürən tərəfindən fəaliyyəti ilə bağlı hər hansı irad tutulmaması onun məqsədinin sabit və davamlı əmək münasibətləri qurmaqdan ibarət olduğunu açıq şəkildə göstərir. Bu mənada, onun davranışı və peşə fəaliyyəti onun əsl iradə ifadəsinin müddətsiz əmək münasibətlərinə yönəldiyini sübuta yetirir. Əgər tərəflər arasında bağlanmış əmək müqaviləsi doğrudan da qarşılıqlı və sərbəst iradə əsasında müddətli xarakter daşısaydı, cavabdeh tərəf bu iradə uyğunluğunu təsdiqləyən real sübutlar təqdim edə bilərdi. Lakin cavabdeh tərəfindən nə prosessual sənədlərdə, nə də məhkəmə iclasları zamanı bu istiqamətdə hər hansı əsaslandırılmış mövqe irəli sürülməmişdir. Bu da onu göstərir ki, cavabdeh işəgötürən statusundan irəli gələn üstün mövqeyindən istifadə edərək, əmək münasibətlərinin real mahiyyətiniǝformalǝmüddətliǝmüqaviləǝiləǝpərdələməyəǝçalışmışdır.ǝ
18. Apellyasiya baxışında cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, ilk gündən mövqeyi iddia müddəti ilə bağlı idi, lakin məhkəmə birbaşa mahiyyətdən başladı. Iddiaçı ayın 12-də işdə təhvil-təslim məqsədilə olmuşdur. Iddaçının 12-də işdən azad edilməsi barədə 11 fevral tarixindən əmr verilmişdir. Iddiaçıya bununla bağlı qabaqcadan xəbərdarlıq da edilmişdir. Rəsmi formada bildiriş verilmişdir. Bildiriş bankın rəhbərinin adından verilmişdir. Onlar iddiaçıya hər formada bildirmişlər ki, onunla əmək münasibətlərini davam etdirmək istəmirlər. Iddiaçı ayın 12-ci tarixində lap deyilsə ki, əmək funksiyası ilə məşğul olmuş olsa belə bu heç nəyi dəyişmir. Ilk dəfə vətəndaşla müqavilə bağlanan zaman bankın öz formasında olur. Daha sonra isə müqavilədə dəyişiklik olan zaman həmin dəyişiklik sistemə vurulan zaman orada müqavilənin həmin tarixədək müqavilənin nə qədər müddətə bağlandığı qeyd edilir. Bu ƏMAS-ın problemidir. Müqavilənin nə qədər müddətdir ki, qüvvədə olduğunu göstərir. Onlar iddia müddətinin tətbiqi barədə iki aspektdən ərizə yerləşdirmişlər. Birincisi iddiaçıya artıq 4 fevral tarixində elektron kabinet vasitəsilə xəbərdarlıq məktubu göndərmişlər. Ikincisi isə bundan ibarətdir ki, mediasiya təklifi göndərilməsi ilə bağlıdır. Mediasiya təklifi ilə eyni zamanda iddia ərizəsi məhkəməyə verilmişdir. Bu təklifdən sonra qanunvericilikdə göstərilə müddət ərzində növbəti addım atılmalı idi. Istənilən halda hesab edirǝki,ǝqarşıǝtərəfǝmüddətiǝötürmüşdür.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev,ǝFuadǝAbdıyev)ǝ
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən əmrdə iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas həmin müqavilənin müddətinin başa çatması göstərilmişdir. Iddiaçı əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işinin daimi xarakter daşımasının qabaqcadan bəlli olduğunu, bu səbəbdən onunla müddətli əmək müqaviləsi bağlanmasının qanunsuz olduğunu, habelə faktiki olaraq beş ildən artıq (5 il, 1 gün) işlədiyini iddia etmişdir. Cavabdeh isə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını mümkün olduğunu, habelə müqavilə bağlanarkən tərəflərin hüquq bərabərliyinin təmin edildiyini qeydǝetmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının istinad etdiyi normaya əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Lakin qanunverici bu halda Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən halları istisna etmişdir. Həmin maddənin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Beləliklə əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların müqavilə bəndləri üzrə qarşılıqlı razılığı varsa, işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür.
22. Işin müəyyən edilmiş halları baxımından apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı ilə cavabdeh arasında (müddətli) əmək müqaviləsi bağlanılarkən onun işəgötürəndən bir asılılığı olmamış, müddətli müqavilə rəsmiləşdirilənədək tərəflərin həmin müqaviləni, ümumiyyətlə, bağlamamaq imkanı və seçimi, müqavilə rəsmiləşdirildikdən sonra hüququnun pozulmasına istinadən iddiaçının həmçinin bu bəndinin dəyişdirilməsini tələb etmək hüququ olmuşdur. Bu baxımdan, iddiaçının gördüyü işin daimi xarakterə malik olmasına istinadənǝhazırkıǝiddianınǝəsaslıǝolmasıǝqənaətinəǝgəlinəǝbilməz.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, ümumiyyətlə, ABB-də bütün işçilərlə əmək müqavilələrinin eyni şərtlərlə, yəni müddətli bağlandığı işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən də müəyyən edilmişdir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə, işəgötürənin iddiaçıya qarşıǝqərəzliǝmünasibətdəǝolmasıǝhallarıǝaşkarǝedilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış iddiaçı müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar edilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsiǝtəminǝedilmişdir.
25. Iddiaçının faktiki olaraq beş ildən artıq (5 il, 1 gün) müddət ərzində işləməsi barədə dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi izah etmişdir ki, illərlə hesablanan müddətlərə dair ümumi qaydaya əsasən, müddət sonuncu ilin müvafiq tarixində başa çatır. Bu halda tərəflər arasında yaranmış əmək münasibətlərinin beşillik müddəti ##.##.2025-ci il tarixində tamamlanmışdır. Beşillik müddətin son iş gününün ##.##.2025-cü il tarixinə təsadüf etməsini nəzərə alaraq, cavabdeh əmək qanunvericiliyinin tələblərini pozmadan iddiaçının tərəf olduğu əmək müqaviləsinə düzgün şəkildə ##.##.2025-ci il tarixindən xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, **-xǝnömrəliǝəmrǝqəbulǝetmişdir.
26. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Iddiaçının isə həmin müəssisədə 5 ildən artıq müddət ərzində işləməsi halı müəyyənǝedilməmişdir.
27. Iddiaçının müəyyən şəxsin tövsiyəsinə əsasən ##.##.2025-ci il tarixində işə çıxması və həmin günün sonunadək işdə olması dəlili işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik olan səlahiyyətli şəxs tərəfindən barəsində çıxarılmış əmrin qüvvədən düşməsini, rəhbərliyin iddiaçı ilə olan əmək münasibətlərini davam etdirmək niyyətində olmasını təsdiq edən hüquqi əhəmiyyətli hal olaraq nəzərəǝalınaǝbilməz.
28. Iddiaçının əmək müqaviləsinin (iş v. 78-86) ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək, yəni 3 il 1 gün müddətinə bağlandığını əks etdirən 2-ci bəndinin 3-cü yarımbəndinə istinadı ilə əlaqədar isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu sənəd (müqaviləyə dair məlumat) əsas müqavilə şərtlərinə dəyişiklik edildiyini təsdiq edən hüquqi əhəmiyyətə malik sübut kimi nəzərə alına bilməz. Belə ki, həmin müddət tərəflər arasında bağlanmış əmək müqaviləsinə dair məlumatların elektron sistemə daxil edildiyi tarixlə əsas əmək müqaviləsinin bağlandığı tarix arasında olan zaman kəsiyini əks etdirir. Sözügedən sənəd əmək müqaviləsi olmayıb, müqavilə əsasında hazırlanmış müvafiq məlumatlar toplusudur (emas.sosial.gov.az portalından çıxarış). Bu sənədin son səhifəsinin aşağı hissəsində qeyd olunan barkod sisteminin smartfon kamerası vasitəsilə oxunması zamanı da mübahisəli sənədin yönləndirildiyi dövlət qurumunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiǝolduğuǝmüəyyənǝedilirǝ(emas.sosial.gov.azǝportalı).
29. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnaməninǝləğvǝolunmasıǝvəǝyaǝdəyişdirilməsiǝüçünǝəsasǝyoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2.1, 42, 45, 47(f), 68(b), 73, 83, 296(1), 296(2), 300.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadlaǝəsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahişǝetmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətin dəlilləri ilə eynilik təşkil etmişdir, əlavə olaraq qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən X7 Gəncə-X5 Filialı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli rəsmi məktubunda təsdiq olunmuşdur ki, əmək müqaviləsinin 5 ildən artıq davam etmişdir. Belə ki, toplanmış sübutlar, o cümlədən X7 təqdim etdiyi rəsmi məktub, iş materiallarındakı tarixlər və cavabdehin özü tərəfindən verilmiş yazılı izahatlar bir mənalı şəkildə göstərir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış əmək münasibətləri 5 ildən artıq davam etmişdir, müddətsiz xarakter daşıyır və bu münasibətlərə “müddətli müqavilə” bəhanəsiǝiləǝxitamǝverilməsiǝhüquqiǝəsasdanǝməhrumdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiyaǝşikayətinəǝqarşıǝetirazǝdaxilǝolmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 8. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardıncaǝgələnǝənǝyaxınǝişǝgünüǝmüddətinǝbitdiyiǝgünǝhesabǝedilir. Maddə 43. (2-ci hissənin “b” bəndi) Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləqǝgöstərilməlidir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraqǝ5ǝildənǝartıqǝmüddətəǝdavamǝedərsə,ǝmüddətsizǝəməkǝmüqaviləsiǝhesabǝedilir. Maddə 47 ( bənd “f”). ǝTərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlıǝrazılığıǝiləǝəməkǝmüqaviləsiǝmüəyyənǝmüddətəǝbağlanılaǝbilər. Maddə 68 ( bənd “f”). Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsininǝmüddətininǝqurtarmasıdır. Maddə 73 (1) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.ǝBu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətliǝəmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (əvvəlki redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadəǝetməlidir.ǝ Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutǝetməlidir.ǝ Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyəǝyolǝverilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessualǝhüquqǝnormalarınınǝdüzgünǝtətbiqǝedilməsiniǝyoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətinǝhədlərindənǝvəǝdəlillərindənǝasılıǝolmayaraqǝyoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.ǝ Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıǝapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsiǝüçünǝəsasdır.ǝ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnaməǝqəbulǝedilməməsiǝiləǝnəticələnsinǝvəǝyaǝnəticələnəǝbilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsininǝfaktikiǝhallarıǝaraşdırmasıǝkimiǝqiymətləndirilməməlidir
35. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyiǝüçünǝkollegiyaǝqətnaməniǝtamǝyoxlayır.ǝ
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasınıǝqəraraǝalmışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyəǝgəlmiş,ǝapellyasiyaǝşikayətininǝdəlillərinəǝtamǝqiymətǝvermişdir.ǝ
39. Iddia tələbi işə bərpa barədədir. Iddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuzǝolmasınaǝistnadǝetmişdir.ǝ
40. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübutǝedilməsindənǝasılıdır.ǝǝ
41. Işin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə bağlanan ##.##.2020-ci il tarixli əmək müqaviləsi müddətli olmuş, əmək müqaviləsinə əsasən iddiaçı 1 il müddətinə işə qəbul olunmuş, əmək müqaviləsi sonrakı illərdə daha eyni müddətə (##.##.2025-ci il tarixədək) uzadılmış, ##.##.2025-ci il tarixli əmrlə ##.##.2025-ci il tarixdən müddətinǝbitməsiǝəsasıǝiləǝdəǝiddiaçınınǝəməkǝmüqaviləsinəǝxitamǝverilmişdir.ǝǝ
42. Əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Əmək Məcəlləsinin 68ci maddəsinin “b” bəndinə görə mümkündür. Işdən də görünür ki, işəgötürən məhz həmin əsasla daǝiddiaçıǝiləǝəməkǝmüqaviləsinəǝxitamǝverib.
43. Məhkəmə kollegiyası gəlinən nəticə və apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 20-29-cu bəndlərinə əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır, buna görə də qiymət verilməliǝolanǝməsələǝkassasiyaǝşikayətininǝdəlilləridir.ǝǝ
44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, iddiaçı ilə faktiki olaraq müddəsiz əmək müqaviləsi kimi münasibət qurulsa da, cavadehin faktiki olaraq müqaviləni müddətli kimi rəsmiləşdirməsiǝbarədəǝdəlilǝəsaslıǝdeyil.ǝ
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onlarınǝmünasibətlərininǝxarakterindənǝirəliǝgələnǝfaktikiǝbirǝbərabərsizlikǝmövcudǝolur.
46. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını,ǝpozulmuşǝhüquqlarınǝbərpasınıǝtəminǝetməlidirlər.ǝ
47. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktikiǝhallarınıǝvəǝtərəflərinǝdəlilləriniǝhərtərəfliǝaraşdırmalıdırlar.ǝ
48. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, müddətli əmək müqaviləsi bağlanarkən tərəfələrin hüquq bərabərliyi və s. hallarla bağlı araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianıǝtəminǝetməmişǝvəǝgəldiyiǝnəticəniǝdəǝbunaǝuyğunǝəsaslandırmışdır.ǝ
49. Əmək münasibətlərinin 5 il 1 gün davam etməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi müddətin axımının başlanması və bitməsi ilə bağlı xüsusatlara aydınlıq gətirməklə, bu dəlilə Əmək Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun ətraflı qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə razılaşdığı üçünǝəlavəǝşərhəǝzərurətǝgörmür.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbərǝtutaraq,ǝməhkəməǝkollegiyası Qərara aldı: Iddiaçıǝİddiaçıǝkassasiyaǝşikayətiǝtəminǝedilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cıǝilǝtarixliǝqətnaməsiǝdəyişdirilmədənǝsaxlanılsın. Qərarǝqəbulǝedildiyiǝandanǝqüvvəyəǝminir.