Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1087/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi və Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə pulun qaytarılması, qeyri-əmlak zərərinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 üçüncü şəxs qismində qeyd edilməklə “cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə pulun qaytarılması, qeyri-əmlak zərərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. "xxxx” MTK ##.##.2005-ci il tarixdə ********** VÖEN-lə dövlət qeydiyyatına alınmışdır.
2. ##.##.1962-ci il təvəllüdlü Cavabdeh sahibkar statusuna malik olmayan fiziki şəxsdir.
3. ##.##.2016-cı il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx" Mənzil Tikinti Kooperativinə TX-**/**** nömrəli texniki şərt verilmişdir.
4. "xxxx” MTK ilə Cavabdeh arasında ##.##.2016-cı il tarixli, *** nömrəli müqavilə imzalanmışdır (4 səhifədən ibarət olan əlavəni hər iki tərəf imzalamışdır). Həmin müqavilənin: 1.2-ci bəndində MTK-nın Sabunçu rayonu, ünvan 4 ünvanda *B nömrəli 14 mərtəbəli yaşayş binasının (sonradan – mübahisəli bina) tikintisi başa çatdıqdan sonra həmin binanın 5-ci mərtəbəsində yerləşən ** nömrəli, ümumi sahəsi layihə üzrə 203 kvadrat metr təşkil edən 4 otaqlı mənzilin (sonradan – mübahisəli mənzil) Cavabdeh verilməsi öhdəliyi nəzərdə tutumuşdur; 3.1-ci bəndinin “ç” yarımbəndində payçı tərəfindən mənzil pay haqlarının ödəmələri gecikdirildiyi halda MTK-nın payçını üzvlükdən azad etmək və müqaviləni birtərəfli ləğv etmək hüququ nəzərdə tutulmuşdur (payçı tərəfindən ödənilmiş məbləğin payçıya qaytarılması yalnız həmin mənzilin başqa bir şəxsə verildiyindən sonra mümkün olması qeyd edilmişdir); 5.1-ci bəndində təhvil veriləcək mənzilin ümumi dəyəri 140000 manat müəyyən edilmişdir; 5.2-ci bəndində müqavilə bağlandığı tarixdən “xxxx" MTK-nın dəyəri 380000 manat müəyyən edilən işıq xəttinin tam layihələndirilməsi, çəkilməsi və sayğacla birlikdə təhvil verilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürmüş, həmin məbləğdən 140000 mübahisəli mənzilin dəyəri çıxılmaqla, qalan 240000 manatın hər iş görüldükcə mərhələ-mərhələ "xxxx” MTK tərəfindən cavabdehə veriləcəyi, bütün görüləcək işlərin qiymətlərinin və adlarının 4 səhfədən ibarət olan əlavədə göstərilməsi qeyd edilmişdir.
5. Iddiaçı tərəfindən 240000 manat (380000 manat podrat müqaviləsinin dəyəri – 140000 mübahisəli mənzilin dəyəri) cavabdehə tam şəkildə ödənilmişdir, yəni cavabdeh də mənzilin dəyərini ödəmişdir.
6. ##.##.2016-cı il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Texniki Departamenti “xxxx" MTK tərəfindən TX-**/**** nömrəli texniki şərtin yerinə yetirilməsi barədə BA-**/**** №-li arayış vermişdir. ##.##.2016-cı il tarixdə “xxxx” ASC ilə “xxxx" MTK arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti barəsində akt imzalanmışdır.
7. “xxxx" MTK ilə “X1” MMC arasında ##.##.2016-cı il tarixdə işlərin tam görülməsi barədə ##.##.2016-cı il tarixdə gizli işlər aktı tərtib edilmiş, verilmiş texniki şərtin müddəalarına əsasən mübahisəli binanın “Sabunçu” YS-nın 6 kilovoltluq paylayıcı qurğusunda yeraltı kabel fiberi (yuva) qaydalara uyğun olaraq quraşdırılıb verilməsinə dair təhvil-təslim aktı təsdiq edilmişdir.
8. “X1” MMC tərəfindən cavabdehin vəkilinə ünvanlanan ##.##.2024-cü il tarixli məktubunda “xxxx" MTK ilə aralarında hər hansısa müqavilənin imzalanmadığı bildirilmişdir.
9. Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Idarəsi tərəfindən “xxxx" MTK-ya ##.##.2016-cı il tarixdə YG-****** nömrəli “Istismara buraxılma Aktı” verilmişdir. Həmin akta əsasən obyekt istismara yararlı hesab edilmişdir. 2018-ci ilin yaz aylarında dəmir xəttinin inşası ilə bağlı MTK-nın yarımstansiyasının xəttində partlayış və qəza baş vermişdir.
10. İddiaçı MTK ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh “Pretenziya və Təklif” “Speedy Post delivery Service” sürətli poçt daşıma xidməti vasitəsilə göndərərək, qeyd olunan mübahisənin məhkəmədənkənar həlli baxımından müqavilənin əlavəsində göstərilən qiyməti 380000 manat dəyərində olan bütün işlərin ayrı- ayrılıqda adları və qiymətləri qeyd olunmaqla təhvil-təslim aktının və müqavilə üzrə 380000 manat dəyərində olan işlərin qismən icra olunmuş hissəsinə, yəni 365000 manat məbləğindən hesablanmış 55677 manat ƏDV-nin elektron qaimə fakturasının 5 gün müddətində təqdim olunması, görülməmiş işlərin dəyəri olaraq 15000 manat məbləğin və qismən icra olunmuş işlərin qüsurlarla həyata keçirilməsinə görə isə MTK-ya hal-hazıradək dəymiş 25000 manat maddi ziyanın 5 gün müddətində ödənilməsinin təmin olunması və yazılı münasibətin bildirilməsini xahiş etmiş, “Speedy Post delivery Service” sürətli poçt daşıma xidməti Cavabdeh qeyd olunan ünvandan köçdüyü üçün məktubun çatdırılmasının mümkün olmadığı barədə ##.##.2022-ci il tarixdə akt tərtib etmişdir.
11. Cavabdeh tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ##.##.2018ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi-1 1B ünvanında yerləşən, bina-v, mərtəbə 5-də olan yaşayış binasının ümumi sahəsi 203 kvadrat metr olan ** nömrəli 3 otaqlı mənzilə dair adına olan müqavilədən və pay hüququndan imtina etmiş, həmin pay hüquqlarının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 adına keçirilməsini xahiş etmiş, gələcəkdə MTK-ya hər hansı maddi iradının və tələbinin olmayacağını qeyd etmişdir.
12. Bundan sonra həmin mənzilə dair MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ##.##.2018-ci il tarixli *** nömrəli müqavilə bağlanmışdır.
13. Sonradan Cavabdeh arvadı X6 iddiası əsasında qəbul edilmiş məhkəmə aktları ilə MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ##.##.2018-ci il tarixli *** nömrəli müqavilə etibarsız hesab edilmiş, mübahisəli mənzil Cavabdeh və X6 verilmişdir.
14. ##.##.2023-cü il tarixli pretenziya və təklifdən görünür ki, ##.##.2016-cı il tarixli *** nömrəli podrat (qarışıq) müqaviləsinin ləğv olunması və həmin müqavilədə göstərilən ünvan 2 ünvanında 14 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən ** nömrəli, ümumi sahəsi layihə üzrə 203 kvadrat metr təşkil edən mənzil başqa şəxsə satıldıqdan sonra Cavabdeh 20961 manatın qaytarılması təklif edilmiş, təklifə 7 gün müddətində rəsmi cavab verilmədiyi təqdirdə, müqavilənin göstərilən şərtlər daxilində ləğv olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) *(***)-***/**** nömrəli mülki iş üzrə birinci instansiya məhkəməsində icraat
15. Iddiaçı İddiaçı MTK cavabdeh Cavabdeh qarşı (Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi, eləcə də qismən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsi və təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan həmin müqavilənin ləğv olunması və həmin müqavilədə göstərilən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 ünvanda IB nömrəli 14 mərtəbəli yaşayş binasının 5-ci mərtəbəsində yerləşən ** nömrəli, ümumi sahəsi layihə üzrə 203 kvadrat metr təşkil edən mənzili başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyri-əmlak zərərin ödənilməsi, məhkəmə məsrəfləri olan 213 manat dövlət rüsumunun, 23 manat poçt xidmətləri üçün ödənişin, 200 manat mediasiya xidməti haqqının və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx” MTK ilə Cavabdeh arasında ##.##.2016-cı il tarixli, *** nömrəli qarışıq müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə Sabunçu rayonu, ünvan 4 ünvanda *B nömrəli 14 mərtəbəli yaşayş binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 5-ci mərtəbəsində yerləşən ** nömrəli ümumi sahəsi layihə üzrə 203 kvadrat metr təşkil edən 4 otaqlı mənzili "kooperativ” "payçı”ya verilməsini, "payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürürlər. Müqavilənin 5.1- 5.2-ci bəndlərinə əsasən təhvil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 203 kv metr təşkil edir, bu sahənin ümumi dəyəri 140000 manat müəyyən edilir. Müqavilə bağlandığı tarixdən “xxxx" MTK-nın işıq xəttinin tam layihələşdirilib, çəkilib və sayğacla birlikdə təhvil verilməsi üçün ümumi qiyməti 380000 manat olan işin dəyəri 140000 manat qiyməti olan evlə əvəzlənir. Yerdə qalan 240000 manat hər iş görüldükcə mərhələ-mərhələ "xxxx” MTK tərəfindən veriləcəkdir; eləcədə bütün görüləcək işlərin qiymətləri və adları 4 səhifədən ibarət olan əlavədə göstərilmişdir. Cavabdeh və arvadının iddiaları üzrə məhkəmə mübahisələri başlamış və Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2022-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin Qərarda ##.##.2016-cı il tarixli, *** nömrəli qarışıq müqaviləsi üzrə MTK-nın Cavabdeh qarşı yaranmış münasibəti üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi aşağıdakılardan ibarət olmuşdur. "Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mənzilə dair "xxxx” MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanmış ## ###### 2018-ci il tarixli *** nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının bu əsasla təmin edilməsi düzgün olmamışdır və qətnamə bu hissədə ləğv edilməklə Cavabdeh iddiası rədd edilməlidir (11-ci səhfə 13-cü abzas). Kassasiya şikayətlərinin dəlillərini bu hissədə əsassız hesab edərək, məhkəmə kollegiyası qeyd edir ki, mənzil iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirlər hesabına əldə edilməklə Ailə Məcəlləsinin 33-cü maddəsinin tələblərinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin Cavabdeh "xxxx”MTK ilə bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərin tam icra edilməməsi və buna görə mənzilə dair pay haqqının tam ödənilməməsi barədə dəlillərini də əsassız hesab edir. Belə ki, mübahisə predmeti olan mənzilin dəyərinin Cavabdeh tərəfindən MTK-ya ödənilib-ödənilməməsi hazırki işin predmetinə aid deyildir. Ən azından bunu cavabdehlər, o cümlədən MTK mübahisələndirmir. Bu iş üzrə MTK-nın mübahisələndirdiyi hal yalnız 140000 manat dəyərində görülmüş işin 15000 manat dəyərində hissəsinin qüsurlu olması ilə bağlı olmuşdur ki, bu məsələ də podrat müqaviləsi üzrə tərəflər arasında yaranan mübahisədir və MTK bununla bağlı müstəqil iddia qaldıra bilər. Görülən işlərin qüsurlu olması sübut edilməyənədək görülmüş işlərin dəyərinin 140000 manat hissəsinin əvəzi olaraq Cavabdeh verilmiş mübahisəli mənzilin sonuncuya məxsus olmamasını iddia etmək əsassızdır. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qərarında müəyyən edilmişdir ki, Cavabdeh iddiası əsassızdır, mənzil iddiaçı Cavabdeh sahibkarlıq fəaliyyətindən irəli gələn gəlirlər hesabına əldə edilmişdir, ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi üzrə görülmüş işlərin qüsurlu olması barədə MTK müstəqil iddia qaldıra bilər. Ali Məhkəmənin qərarında müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; eləcə də işdə iştirak edən şəxslər məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. (MPM-in 82.3-cü və 233.3-cü maddələri). ##.##.2016-cı il tarixli, *** nömrəli qarışıq müqavilənin ümumi dəyəri 380000 manat olmaqla, o cümlədən görülən işlərin və göstərilən xidmətlərin dəyəri 322034 manat və 18% əlavə dəyər vergisi (ƏDV) - 57966 (322.034 x 18% = 57966) manat təşkil etməlidir. Odur ki, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisi hesab olunur və məcburi qeydiyyat zamanı bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyər 200000 manatdan artıq olduqda əməliyyatın aparıldığı günədək qüvvəyə minir (Vergi Məcəlləsinin 154.1-ci və 157.3.1-ci maddələri). Müqavilə üzrə Cavabdeh üzərinə düşən öhdəliklər tam icra olunmamış və qismən icra olunmuş işlər isə açıq-aşkar qüsurlarla həyata keçirilmişdir. Eləcə də, hal-hazıradək qismən görülmüş işlərin təhvil-təslim aktı və MTK tərəfindən ödənilmiş vəsaitlərə görə ayrı-ayrılıqda, həmçinin ümumilikdə dəyərləri üzrə ƏDV-nin elektron qaimə fakturası təqdim olunmamışdır. Cavabdeh tərəfindən görülməmiş işlərin dəyəri 15000 manat təşkil edir, qismən icra olunmuş işlərin qüsurlarla həyata keçirilməsinə görə isə MTK-ya hal-hazıradək 25000 manat maddi ziyan dəymiş və Cavabdeh ödənilmiş vəsaitlər üzrə ƏDV-nin elektron qaimə fakturası təqdim olunmadığına görə həmin məbləğ miqdarında, yəni ümumi 365000 (309.323+309.323x18%) manat məbləğdən 55677 manat ƏDV miqdarinda vasaitin əvəzləşdirilməsi mümkün olmamışdır. Mübahisənin məhkəmədənkənar həlli baxımından cavabdehə ##.##.2022-ci il tarixli yazılı “Pretenziya və Təklif göndərilmiş, İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış ##.##.2016-cı il tarixli, *** nömrəli qarışıq müqavilənin 4 səhifədən ibarət olan əlavəsində göstərilmiş 380000 manat dəyərində olan bütün işlərin ayrı-ayrılıqda adları və qiymətləri qeyd olunmaqla təhvil-təslim aktının və müqavilə üzrə 380000 manat dəyərində olan işlərin qismən icra olunmuş hissəsinə, yəni 365000 manat məbləğindən hesablanmış 55677 manat ƏDV-nin elektron qaimə fakturasının 5 gün müddətində təqdim olunması, eləcə də, tərəfindən görülməmiş işlərin dəyəri olaraq 15000 manat məbləğin və qismən icra olunmuş işlərin qüsurlarla həyata keçirilməsinə görə isə MTK-ya hal-hazıradək dəymiş 25000 manat maddi ziyanın 5 gün müddətində ödənilməsinin təmin olunması və Cavabdeh tərəfindən yazılı münasibət bildirilməsi xahiş olunmuşdur. Eyni zamanda, həmin “Pretenziya və Təklifdə göstərilmişdir ki, əks təqdirdə, Cavabdeh müqavilə üzrə mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı təqdim olunmayacaqdır. Həmin müraciət, poçt xidmətinə görə ümumilikdə 23 manat ödənilməklə, rəsmi qaydada Cavabdeh həm qeydiyyatda olan, həm də faktiki yaşadığı ünvana göndərilmişdir. Hal-hazıradək cavabdeh tərəfində həmin müraciətə cavab verilməmişdir. Bundan sonra cavabdehə “Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Həmin təklif, cavabdehin ünvanına göndərilməsi üçün poçt xidmətinə görə 12 manat pul ödənilmişdir. Hal-hazıradək cavabdeh tərəfindən həmin təklifə də cavab verilməmişdir. Odur ki, təklifə 10 gün müddətində cavab verilmədiyindən, hazırkı mübahisənin məcburi mediasiya vasitəsilə həll olunması üçün mürəciət edilmiş və mediasiya xidmətindən istifadəyə görə 200 manat pul vəsaiti ödənilmişdir. Açıq-aşkardır ki, cavabdeh ona verilmiş hüquqlardan sui-istifadə edərək, qanunla üzərinə düşən vəzifələri kobudcasına və bilə-bilə pozmuş və iddiaçıya qarşı delikt törətməklə, ona həm maddi zərər, həm də qeyri-əmlak zərəri vurmuşdur.
17. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə Hüseyn qızı iddia ərizəsinə etiraz vermişdir. Iddiaçı cavabdehin öhdəliklərini icra etməməsi, cavabdehi mənzildən məhrum etməyi azmış kimi, üstəlik ona verilmiş prosessual hüquqlardan sui-istifadə edərək cavabdehin qanuni əsaslarla əldə etdiyi mənzilin satılmasını məhkəmədən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Iddiaçının tələbləri qeyri-müəyyən və anlaşılmazdır. Mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mənzilin Fizulinin razılığı olmadan başqasına satılması hansı məntiqə, hansı normaya əsasən mümkündür? Ümumiyyətlə belə bir tələbin qaldırılması nə dərəcədə düzgündür? Cavabdehin mübahisəli mənzilə dair mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir və bu MPM-in 82.3-cü maddəsinə əsasən preyudisialdır, mübahisə edilmir, tərəflər bu halı müzakirə edə bilməzlər. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması iş materialları ilə müəyyən edilmir. Belə ki, tərəflər arasında imzalanmış podrat müqaviləsi üzrə işlər tam və vaxtında, qüsurdan azad şəkildə icra edilmiş, işlərin təhvil alınması ilə bağlı iş materiallarında ##.##.2016-cı il tarixli təhviltəslim aktı, gizli işlər aktı mövcuddur. Həmçinin xxxx ASC tərəfindən iddiaçıya texniki şərtin tələblərinə riayət edilməsi barədə arayış təqdim edilmişdir. Yekun nəticə olaraq bütün bu aktların mövcud olması əsası ilə Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Idarəsi tərəfindən binanın elektrik sisteminə dair istismara buraxılma aktı verilmişdir. Əgər görülən işlərdə qüsur olsaydı istismara buraxılma barədə akt ümumiyyətlə verilməzdi. Əgər görülən işlər tam deyildisə və qüsurlu idisə nəyə görə iddiaçı işləri təhvil alarkən təhvil-təslim aktına bu barədə qeydlər verməmiş, daha sonra isə cavabdehə qarşı hər hansı pretenziyası olmamışdır? Əgər işlər qüsurlu idisə illər ərzində həmin elektrik qurğularından necə problemsiz istifadə olunmuşdur? Işlərin qüsurlu görüldüyü halda iddiaçı bu barədə cavabdeh tərəfə öz pretenziyasını bildirməli, qüsurun aradan qaldırılması barədə tədbirlər görülməsini tələb edə bilərdi. Lakin cavabdeh 2019-cu ilə qədər keçən 3 il müddət ərzində susmuş, işlərin “qüsurlu” görüldüyünü bildirməmişdir. 2019-cu ildə Cavabdeh məhkəməyə mənzilin təhvil verilməsi ilə bağlı müraciət etdikdən sonra özünümüdafiə etmək məqsədi ilə “işlər qüsurlu icra edilmişdir” arqumentini əsas gətirmişdilər. Əgər həqiqətən də işlər qüsurlu icra edilmişdirsə nəyə görə iddiaçı AR MM-nin 763.1 -ci maddəsinə əsasən (Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər) əlavə icra tələb etməmiş, hansı əsasla və hansı məntiqlə bu iddia 6 il sonra qaldırılır? Bəs bu 6 il müddətində elektrik xətti necə çalışmışdır? Qüsurlu görülmüş işə görə hansı əsasla istismara buraxılma aktı verilmişdir? Bütün bu suallar hamısı cavabsız qalır, heç bir açıqlaması yoxdur. Belə ki, iddiaçı bu iddianı sırf mənzili cavabdehin mülkiyyətindən almaq üçün qaldırmışdır, onun niyyəti mənzilə qanunsuz olaraq sahiblənməkdir. Iddiaçı cavabdeh tərəfindən görülmüş işləri ##.##.2016-cı il tarixli təhviltəslim aktı əsasında qüsurdan azad şəkildə təhvil almışdır. Təhvil-təslim aktı “X1” MMC tərəfindən imzalanıb möhürlənmişdir. Belə ki, Cavabdeh sadəcə mühəndisdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, belə olan halda bu işin görülməsini “X1” MMC-yə həvalə etmiş, lakin mühəndis işlərini özü həyata keçirmişdir. AR MM-nin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, “X1” MMC Fizulinin qüsurlu icra etdiyi işləri tamamlamaq üçün iddiaçının cəlb etdiyi hüquqi şəxsdir və onunla ayrıca müqavilə imzalanmışdır. Vəkildən müqavilənin məhkəməyə təqdim edilməsini təklif etdikdən sonra da müqavilə məhkəməyə təqdim edilməmişdir, çünki belə bir müqavilə mövcud deyil. Belə ki, elektron kabinetə əlavə edilmiş “X1” MMC-nin vəkil sorğusuna cavab olaraq tərtib edilmiş ##.##.2024 tarixli məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanında tikilən binanın elektrik təchizatına dair işlərin görülməsi ilə bağlı İddiaçı MTK ilə “X1” MMC şirkətləri arasında hər hansısa müqavilə imzalanmamışdır. Bu məktub iddiaçının “işlər qüsurlu icra edildiyinə görə VS Enerji ilə müqavilə bağlamışıq işləri o bitirmişdir” arqumentini sıradan çıxarır, cavabehin “Cavabdeh sadəcə mühəndisdir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, belə olan halda bu işin görülməsini “X1” MMC-yə həvalə etmiş, lakin mühəndis işlərini özü həyata keçirmişdir” arqumentini isə təsdiq edir. Deməli işlərin cavabdeh tərəfindən iddiaçıya ## ###### 2016 tarixli akt əsasında təhvil verilməsi işin müəyyən olunmuş halıdır. Belə ki, işlərin qüsurlu görülməsi iş materialları ilə təsdiq olunmur, əgər qüsurlu olmuş olsaydı belə bu müddət ərzində, yəni iddiaçının bu halı 6 il sonra öyrənməyi qeyri-mümkündür. Bu 6 il ərzində bilib və susmuşdur, belə olan halda Mülki Məcəllənin 773-cü maddəsinə əsasən (əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir) iddiaçının tələb hüququ yaranmır. Heç bir əsası olmayan, prosessual tələbləri pozmaqla tərtib edilmiş ekspert rəyi var. Hər iki ekspertiza tədqiqatında cavabdehin iştirakı təmin edilməmişdir. Hakim işi ətraflı araşdırmaq naminə məhz bu əsasla ikinci dəfə ekspertiza təyin etmiş, ikinci ekspertiza tədqiqatında da cavabdehin iştirakı təmin edilməmişdir. Belə ki, ekspertiza tədqiqatının təyin olunduğu tarixlərdə (27 noyabr və 7 mart) cavabdeh məhkəmənin inzibati binasına gələrək ekspertiza predmetinə baxış keçirmək üçün katibdən ekspertlə əlaqə saxlanılmasını xahiş etmişdir. Lakin ekspert telefonlara cavab verməmiş, ekspertiza predmetinə baxış keçirtmək mümkün olmamışdır. Sonradan məhkəməyə ekspert rəyi daxil olmuşdur. Bəs ekspert ekspertiza predmetinə baxış keçirtmədən rəyi necə vermişdir? Bu barədə məhkəməyə müraciət edərək yenidən ekspertizanın keçirilməsini və cavabdehin iştirakının təmin edilməsini xahiş etmişdilər. Belə ki, cavabdeh özü orda mühəndis kimi çalışıb, ekspertizanın ədalətli və hərtərəfli aparılması işi görən mühəndislə müzakirə olmadan, işin detallarını bilən şəxslə təhlil etmədən mümkün deyil. Ona görə də, verilən ekspert rəyinin əsassız olması açıqaşkardır. Vəsatət baxış iclasının olması səbəbi ilə təmin edilməmişdir. Halbuki mülki prosessual qanunvericilikdə “baxış iclasında vəsatətlərə baxılmır” ifadəsi yer almır, ekspertizanın təyin edilməsi həm hazırlıq, həm baxış iclasında mümkündür. Mülki prosessual qanunvericilik bu halı özündə ehtiva edir. Ekspert rəyinin bolluca prosessual pozuntularla tərtib edilməsi yuxarıdakı hallarla təsdiq edilir. “X1” MMC ilə İddiaçı MTK arasında imzalanmış ##.##.2016-cı il tarixli təhvil-təslim aktı. Həmin aktda işlərin qüsurlu görülməsi barədə bir qeyd yoxdur. Əksinə həmin aktda yarımstansiyanın texniki şərtin müddəalarına uyğun quraşdırılması əks olunmuşdur. “xxxx” ASC-nin ##.##.2016 tarixli arayışda “xxxx” ASC tərəfindən verilmiş texniki şərtə riayət edilməsi və obyektin şəbəkəyə qoşulmasına etiraz etmədikləri qeyd olunmuşdur. “X1” MMC tərəfindən təsdiq edilmiş # ###### 2016-cı il tarixli gizli işlər akttda müqavilə ilə nəzərdə tutulmuş müvafiq işlərin qaydalara uyğun görülməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Idarəsi tərəfindən binanın elektrik sisteminə dair ## ###### 2016 tarixli istismara buraxılma aktında tikinti və quraşdırma işlərinin “xxxx” ASC tərəfindən verilmiş texniki şərtə əsasən həyata keçirilməsi göstərilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Yuxarıda sadalanan aktlar işlərin görülməsindən 3 ay sonra tərtib edilmişdir. Indi isə işlərin görülməsindən 6-7 il sonra tərtib edilmiş ekspert rəyində qeyd edilir ki, baxış quyularının sayı, yəni 20 ədəd olması texniki şərtin tələblərinə uyğun olmalı idi və bu quyular quraşdırılmayıb, cəmi 1 ədəd quyu mövcuddur. Halbuki, yuxarıdakı dövlət orqanlarının aktlarında yarımstansiyanın texniki şərtin tələblərinə uyğun olması göstərilib. 7 il ərzində 19 quyununun başına nə hadisə gəlibsə buna görə cavabdeh məsuliyyət daşımır. Ekspert rəyinin MPM-in 101.7-ci maddəsinin tələbinə əsasən üstün hüquqi qüvvəsi yoxdur, digər sübutlarla yanaşı qiymətləndirilir. Digər sübutlar isə dövlət orqanlarının qüvvədə olan sənədləridir ki, ekspert rəyi həmin sənədlərlə ziddiyyət təşkil edir. Eskpert rəyində həmçinin çox müəmmalı cümlə qeyd edilib. Partlayış nəticəsində və ya 7 il ərzində baxış quyularının bağlanması texniki şərtin tələblərinə ziddir. Bu cümləni müxtəlif formalarda təfsir etmək olar, şərh vermək olar. Ekspert konkret cavab verməkdən yayınmışdır, bu isə bir daha ekspertin qərəzli olduğuna dəlalət edir. Halbuki, qərardadda sual konkret olaraq qeyd edilmişdir: quyular bağlana bilərdimi? Sual “texniki şərtin tələblərinə ziddir və ya zidd deyil” kimi qoyulmamışdır. Ekspert suala dolayı yolla cavab verməklə həm özünü sığortalamış, həm də iddiaçının mənafeyinə xidmət etdiyini düşünmüşdür. Halbuki, bu cümlə də iddiaçının xeyrinə deyil, belə ki, işlərin texniki şərtin tələblərinə uyğunluğu təkzibedilməz sübutlarla təsdiq edilir. Göründüyü kimi, işlərin görülməsindən 7 il sonra tərtib edilmiş ekspert rəyini işlərin görülməsindən 3 ay sonra tərtib edilmiş dövlət orqanlarının və iddiaçının öz aktları təkzib edir. Bu hal özü-özlüyündə iddianın rədd edilməsi üçün əsasdır. Iddiaçının iddia tələbi əsassız olmaqla yanaşı, həm də tələb üzrə iddia müddəti də ötüb. Belə ki, iş materiallarında olan çoxsaylı aktlardan müəyyən edilir ki, işlər 2016-cı ilin dekabr ayında təhvil verilib. Ona görə də iddiaçı tərəfindən Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət də ötürülmüşdür. Həmin normanın tələblərinə əsasən Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, iddiaçının iddia tələblərinin heç bir faktiki və hüquqi əsası yoxdur. Əsas tələb əsassız olduğundan digər tələblər təmin edilə bilməz. Mülki Məcəlləsinin 16.1, 560.1, 560.2-ci maddələrə əsasən hüquqdan sui-istifadə edilməsinə yol verilmir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində qeyd etdiklərini sübut edə bilməmiş və iddia tələbini əsaslandıra biləcək sübutları məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** nömrəli ekspert rəyi ilə İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış podrat (qarışıq) müqailəsi üzrə 4 səhifədən ibarət əlavədə göstərilən işlərin tam icra olunmaması, yerinə yetirilməmiş işlərin və göstərilməmiş xidmətlərin ümumi dəyərinin 15000 manat (əlavənin “Icazələr” bölməsində 10000 manat dəyərində təhvil-təslim aktları və 5000 manat dəyərində yol icazəsi), yerinə yetirilmiş işlərin qüsurlu icra olunmasının ümumi dəyərinin isə 57066 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda rəyə əsasən müqaviləyə əlavədə göstərilən baxış quyularının 20 ədəd quraşdırılması əvəzinə 1 ədədin quraşdırılması, gələcəkdə kabel xətlərinində qəza baş verdiyi halda, kabel xətlərinin hissəvi deyil (yəni quyular arası məsafədə), ümumiyyətlə kabel xəttinin bütövlükdə dəyişməsinə səbəb ola bilər ki, bu da qəzanın həm yoxlanılması, həm də aradan qaldırılması üçün artıq pul vəsaitinin tələb olunmasını və bunun nəticəsində görülmüş işin keyfiyyətinin qüsurlu icra olunmasını müəyyən edir. Podrat (qarışıq) müqavilədə görülmüş işlərin ümumi dəyərinin 3800000 manat nəzərdə tutulmasına baxmayaraq, aparılmış tədqiqat nəticəsində bu işlərin ümumi dəyərinin 307934 manat məbləğində olduğu müəyyən edilmişdir. Eyni zamanda, yerinə yetirilməmiş işlərin və göstərilməmiş xidmətlərin ümumi dəyəri 15000 manat (## ### 2016cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi üzrə 4 səhifədən ibarət əlavənin “icazələr” bölməsində 10000 manat dəyərində təhvil-təslim aktları və 5000 manat dəyərində dəmir yol icazəsi), yerinə yetirilmiş işlərin qüsurlu icra olunmasının ümumi dəyəri isə 57066 manat (380000-307934-15000) məbləğini təşkil edir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/*** nömrəli ekspert rəyi ilə İddiaçı MTK ilə Cavabdeh arasında imzalanmış podrat (qarışıq) müqailəsi üzrə 4 səhifədən ibarət əlavədə göstərilən işlərin tam icra olunmaması müəyyən edilmişdir. Həmin müqavilə üzrə 4 səhifədən ibarət əlavədə göstərilən 6-cı bölməsinin 11-ci bəndində baxış quyuların 20 ədəd quraşdırılması əvəzinə 1 ədədinin quraşdırılması, gələcəkdə kabel xətlərində qəza baş verdiyi halda, kabel xətlərinin hissəvi deyil (yəni quyular arası məsafədə), ümumiyyətlə kabel xəttinin bütövlükdə dəyişməsinə səbəb ola bilər ki, bu da qəzanın həm yoxlanılması, həm də aradan qaldırılması üçün artıq pul vəsaitinin tələb olunmasını və bunun nəticəsində, görülmüş işin keyfiyyətnin qüsurlu icra olunmasını müəyyən edir. Müqavilə üzrə görülmüş işlərin ümumi dəyərinin 380000 manat nəzərdə tutulmasına baxmayaraq, aparılmış tədqiqat nəticəsində bu işlərin ümumi 307934 manat məbləğində olduğu müəyyən edilmişdir. Yerinə yetirilməmiş işlərin və göstərilməmiş xidmətlərin ümumi dəyəri 15000 manat (# ### 2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi üzrə 4 səhifədən ibarət əlavənin “icazələr” bölməsində 10000 manat dəyərində təhvil-təslim aktları və 50000 manat dəyərində dəmir yol icazəsi), yerinə yetirilmiş işlərin qüsurlu icra olunmasının ümumi deyəri isə 57066 manat (380000-307934-15000,6) məbləğini təşkil edir. Adıçəkilən binanın enerji və elektrik qurğuları ilə təchiz edilməsi üçün tikinti-quraşdırma işlərinin aparılmasına dair “xxxx” ASC tərəfindən TX-**/**** nömrəli texniki şərt verilmişdir. Texniki şərtin tələblərinin yerinə yetirilməsi zərurətilə ilə bağlı, tərəflər arasında bağlannmış podrat (qarışıq) müqaviləsinə əlavə kimi 4 səhifədən ibarət cədvəldə yerinə yetiriləcək işlərin və istifadə olunacaq avadanlıqların ayrı-ayrılıqda növləri, markası, həcmi və qiyməti, o cümlədən, sözügedən 20 ədəd lukun (baxış quyuları) quraşdırılması əks olunmuşdur. Baxış quyuların sayı müvafiq texniki şərtin tələblərinə əsasən tərəflər arasında bağlanmış müqaviləyə əlavə edilmiş cədvəllə təyin edilmişdir. “xxxx” ASC tərəfindən verlmiş TX-**/**** nömrəli texniki şərtin tələblərini və tərəflər arasında bağlanmış podrat (qarışıq) müqaviləsinə 4 səhifədən ibarət əlavə edilmiş cədvəlin göstəricilərini nəzərə alaraq, 2018-ci ilin yaz aylarında dəmir xəttinin inşası ilə bağlı MTK-nın yarımstansiyasının xəttində baş vermiş partlayış və qəza nəticəsində 7 il (əslində 6 ildir) ərzində baş verən hərhansı hadisə nəticəsində müqavilə üzrə sayı 20 ədəd nəzərdə tutulmuş baxış quyulardan hər-hansının bağlanması müvafiq texniki şərtin tələblərinə ziddir.
20. Bakı şəhəri Sabunçu Rayon Məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddia “cavabdeh Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması” hissəsində baxılmamış saxlanılmış, Həmin məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən, iddianın rədd edilməsi, ödənilmiş məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, ekspertizanın dəyəri 100 manatın iddiaçıdan, 100 manatın cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
21. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mübahisəli mənzilin başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması; 1000 manat qeyri-əmlak zərərin ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənatinə gəlmişdir. Qeyd edildiyi kimi, mübahisə predmeti olan müqavilənin bir hissəsi podrat müqaviləsi, digər hissəsi isə mənzilin alqı-satqı müqaviləsidir. Işin yuxarıda sadalanan hallarından göründüyü kimi, sifarişçi olan MTK işi podratçı olan cavabdehdən qəbul etmiş, «xxxx» ASC “xxxx" MTK tərəfindən texniki şərtin yerinə yetirilməsi barədə arayış vermiş, X3 Idarəsi “xxxx" MTK-ya «Istismara buraxılma Aktı» vermiş, həmin Akta əsasən obyekt istismara yararlı hesab edilmiş və həmin dövrdə iddiaçı podratın nəticələrinin qüsurlu olması barəsində hər-hansı irad bildirməmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalan hallarından göründüyü kimi, podratın nəticəsi adi istifadə üçün yararlı olduğundan, sifarişçi qüsur barədə pretenziya irəli sürmədiyindən podrat qüsurlardan azad saylmalıdır. Qeyd edildiyi kimi, 2018-ci ildə dəmir xəttinin inşası ilə bağlı MTK-nın yarımstansiyasının xəttində partlayış və qəza baş vermişdir və bu qəzanın nəticəsində, ümumiyyətlə bu neçə ilin ərzində iddiaçı MTK-nın elektrik şəbəkəsində qüsurların yaranması istisna edilmir.
22. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçı və səlahiyyətli orqanlar podratın nəticələrini qəbul etmiş, binanın elektrik şəbəkəsinin istismarına icazə verilmiş, bina özü istismara qəbul edilmiş, podrat qüsursuz icra edilmiş hesab edilməlidir.
23. Iş üzrə təqdim edilmiş ekspert rəylərinə dair məhkəmə münasibət bildirib qeyd etmişdir ki, məhkəmə mübahisəli binanın elektrik təchizatında qüsurların olduğunu istisna etmir, lakin həmin qüsurların 6 il müddətində binanın istismarı nəticəsində və ya başqa səbəblərdən yarandığını istisna etmir.
24. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən podrat müqaviləsi nəticəsində ona dəymiş zərəri sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı tək podratın qüsurlu icra edilməsi deyil, eyni zamanda 55677 manat ƏDV miqdarinda vasaitin əvəzləşdirilməsinin mümkün olmaması nəticəsində də ona həmin zərərin dəyməsini iddia edir. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçı müqaviləni bağlayarkən cavabdehin sahibkar və ƏDV ödəyəcisi olmadığunu bildiyindən ƏDV-nin əvəzləşdirilməsinin mümkün olmadığını da bilmiş və şüurlu şəkildə müqaviləni bağlamışdır. Bundan başqa, müqavilədə yalnız görüləcək işlərin qiyməti nəzərdə tutulmuş, 18 % ƏDV-nin məbləği müqaivlənin qiymətinə əlavə edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin məbləğlə bağlı hər-hansı tələb irəli sürə bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, hətta podratın nəticələrinin qüsurlu olduğu sübuta yetirilmiş olsaydı belə, iddiaçı ümumiyyətlə belə bir tələb irəli sürə bilməzdi. Belə ki, qeyd edildiyi kimi, cavabdeh müqavilə üzrə nəzərdə tutulan mənzilin dəyərini tam şəkildə ödəmiş, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mənzil cavabdehin qanuni istifadəsinə qaytarılmış, mübahisə predmeti olan müqavilədə mənzilin təhvil verilməsi podratın nəticələri ilə şərtləndirilməmişdir.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddianı mənzili cavabdehə təhvil vermək niyyətində olmadığından irəli sürmüşdür. Halbuki Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui- istifadə edilməsinə yol verilmir, həmin Məcəllənini 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
26. Cavabdehin iddia müddətinin tədbiqi barəsində ərizəsinə münasibət bildirib məhkəmə qeyd etmişdir ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanını təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi ona qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Lakin, hazırki mübahisədə cavabdeh ona qarşı irəli sürülən tələbə görə məsuliyyət daşımır və onun həmin iddiadan müdafiə olunmasına zərurət yaranmır.
27. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 21.1, 21.2, 385.1, 386.1, 433.1, 442, 443.1, 448.1, 448.2, 752.1, 762.1, 762.2, 762.3, 762.4, 763.1, 763.2, 763.3, 764.1, 764.2, 765, 766 və 773-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101-1.2, 103.1, 103.2, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) *(***)-****/**** nömrəli mülki iş üzrə birinci instansiya məhkəməsində icraat
28. Iddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi və Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi üçüncü şəxs qismində cəlb edilməklə) ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv edilməsinə dair iddia tələbinin baxılmamış saxlanması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən ləğv edilmişdir.
29. Həmin qərardada əsasən, iddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi və Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsi üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, 1000 manat qeyri-əmlak zərərinin ödənilməsi tələbi, iddia tələbinin “Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması” hissəsinin tələbdən ayrılması, ikinci tələbin ayrıca icraata ayrılması qərara alınmışdır.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadına əsasən, şikayət təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanmışdır.
31. Məhkəmə iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndəsi X4 izahatında bildirmişdir ki, nə iddiaçı "xxxx” MTK, nə də cavabdeh Cavabdeh müvafiq idarənin qeydiyyatında deyil, ƏDV öhdəliyi işi icra edənin üzərinə qoyulur. Lakin hazırkı tərəflərlə bağlı idarədə hər hansı məlumat yoxdur. Cavabdeh vergi ödəyicisi olmadığından onlara kiçik sahibkarlıq baxır, əgər həqiqətən o işi icra edibsə, gedir onu uçota qoyurlar, sonra ƏDV-ni hesablayırlar, iş-xidmətini müəyyənləşdirirlər. Milli Gəlirlər Baş Idarəsində heç biri uçotda deyil deyə, onlarla bağlı hər hansı məlumat idarədə yoxdur
32. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsinə əsasən, iddiaçı "xxxx” MTK-nin cavabdeh Cavabdeh qarşı (Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 üçüncü şəxs qismində qeyd edilməklə) "müqavilənin ləğv edilməsi” tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.
33. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sifarişçi olan MTK işi podratçı olan cavabdehdən qəbul etmiş, “xxxx” ASC "xxxx” MTK tərəfindən texniki şərtin yerinə yetirilməsi barədə arayış vermiş, X3 Idarəsi İddiaçı MTK-nə “istismara buraxılma aktı” vermiş, həmin akta əsasən obyekt istismara yararlı hesab edilmiş və həmin dövrdə iddiaçı podratın nəticələrinin qüsurlu olması barəsində hər hansı irad bildirməmişdir. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, qanunvericiliyin yuxarıda sadalan hallarından göründüyü kimi, podratın nəticəsi adi istifadə üçün yararlı olduğundan, sifarişçi qüsur barədə pretenziya irəli sürmədiyindən podrat qüsurlardan azad saylmalıdır.
34. Məhkəmə hesab etmişdir ki, nə qədər ki iddiaçı və səlahiyyətli orqanlar podratın nəticələrini qəbul etmiş, binanın elektrik şəbəkəsinin istismarına icazə verilmiş, bina özü istismara qəbul edilmiş, podrat qüsursuz icra edilmiş hesab edilməlidir. Digər tərəfdən, iddiaçı müqaviləni bağlayarkən cavabdehin sahibkar və ƏDV ödəyəcisi olmadığını bildiyindən, ƏDV-nin əvəzləşdirilməsinin də mümkün olmadığını bilmiş və şüurlu şəkildə müqaviləni bağlamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, hətta podratın nəticələrinin qüsurlu olduğu sübuta yetirilmiş olsa belə, iddiaçının müqavilənin ləğv edilməsi tələbini irəli sürməsi əsassızdır. Belə ki, cavabdeh müqavilə üzrə nəzərdə tutulan mənzilin dəyərini tam şəkildə ödəmiş, qanuni qüvvəsini almış məhkəmə aktları ilə mənzil cavabdehin qanuni istifadəsinə qaytarılmış, mübahisə predmeti olan müqavilədə mənzilin təhvil verilməsi podratın nəticələri ilə şərtləndirilməmişdir.
35. Məhkəmə hesab etmişdir ki, müqavilə öhdəlikləri cavabdeh tərəfindən tam şəkildə icra edildiyindən, iddiaçı isə müqavilənin ləğv edilməsinə dair iddiasının dəlillərini sübuta yetirə bilmədiyindən, iddia rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, iddiaçı "xxxx” MTK-nin cavabdeh Cavabdeh qarşı (Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 üçüncü şəxs qismində qeyd edilməklə) "müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
36. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 443.1, 448.1, 448.2, 752.1, 759.1, 762.1, 762.2, 762.3, 762.4, 763.1, 763.2, 763.3, 764.1, 764.2, 765, 766 və 773-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat
37. İddiaçı MTK tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli və ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnamələrindən iddiaçı İddiaçı MTK tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.
38. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MTK cavabdeh Cavabdeh qarşı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 üçüncü şəxs qismində qeyd edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: “cavabdeh Cavabdeh ##.##.2016-cı il tarixli, *** №-li podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyinin tam yerinə yetirilməməsi, öhdəliyin qismən yerinə yetirilməsi üzrə təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi hərəkətlərinin və hərəkətsizliyinin qanunsuz hesab edilməsi; cavabdeh tərəfindən müqaviə öhdəliyinin qismən (yəni 365000 manat məbləğində (ƏDV ilə birlikdə) işlərin) yerinə yetirilməsi üzrə təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunması; cavabdehdən müqavilə öhdəliyinin tam yerinə yetirilməməsinə görə 15000 manat və öhdəliyin qismən yerinə yetirilmiş hissəsinin qüsurlarla icra olunması nəticəsində 25000 manat, toplam 40000 manat dəymiş maddi ziyanın tutulması və iddiaçıya ödənilməsi; cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyri-əmlak zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 213 manat dövlət rüsumunun; 23 manat poçt xidmətləri üçün ödənişin; 200 manat mediasiya xidməti haqqının və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçının nümayəndəsi tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verilərək: “cavabdeh Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi, eləcə də qismən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsi və təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; cavabdeh Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması və həmin müqavilədə göstərilən Sabunçu rayonu ünvan 3 ünvanda IB nömrəli 14 mərtəbəli yaşayş binasının 5-ci mərtəbəsində yerləşən ** nömrəli ümumi sahəsi layihə üzrə 203 kvadrat metr təşkil edən mənzili başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması; cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyriəmlak zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 213 manat dövlət rüsumunun, 23 manat poçt xidmətləri üçün ödənişin, 200 manat mediasiya xidməti haqqının və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə iddianın Cavabdeh tərəfindən ##.##.2016-cı il tarixli, *** nömrəli podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması” hissəsində (yəni iddianın 2-ci hissəsi üzrə) baxılmamış saxlanılması qərara alınmışdır. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən həmin qərardadın, yəni iddianın 2-ci hissəsi üzrə baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsi barədə şikayət verilmiş və hazırda şikayət üzrə məhkəmə mübahisəsi davam edir. Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş; ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilmiş və ekspertizanın dəyəri 100 manat iddiaçıdan, 100 manat cavabdehdən tutulub MEM-in hesabına köçürülməsi qət edilmişdir. Hesab edilir ki, qətnamə qəbul edilərkən, birinci inctansiya məhkəməsi tərəfindən bir sıra maddi və prosessual hüquq normalarının tələbləri açıq-aşkar pozulmuşdur. Qeyd edilməlidir ki, onlar tərəfindən iddianın 2-ci hissəsi üzrə baxılmamış saxlanılması haqqında qərardadın ləğv edilməsi barədə şikayət verilmiş və hazırda şikayət üzrə məhkəmə mübahisəsi davam edir (Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə verilmiş şikayətdə - həmin qərardadın açıq-aşkar əsassız olması barədə ətraflı izahatlar verilməklə, sübutlar təqdim olunduğundan, təkrar olaraq həmin hal üzrə dəlillərinin təkrarlanmasına lüzum görülməyib). Eləcə də, iddianın 2-ci hissəsi üzrə əlavə qətnamənin çıxarılması barədə ərizə verilmişdi (həmin ərizədə iddianın 2-ci hissəsi üzrə kifayət qədər həm yazılı, həm də şifahi izahatlar verilmiş və məhkəmə tərəfindən həmin tələb üzrə qətnamə çıxarılması xahiş edilmişdir). Bir faktı da xüsusi olaraq qeyd edirlər ki, müqavilənin ləğv edilməsi barədə ##.##.2023-cü il tarixli pretenziya və təklif Cavabdeh “E&R Ekpress COUrier Service” sürətli poçt daşıma xidməti vasitəsilə ünvan 1 ünvanına göndərilmiş və təklif həmin tarixdə qəbul edilməklə qəbz Əliyeva K. tərəfindən imzalanmışdır. Məhz bundan sonra, iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəyə, həmin təklif və təklifin çatdırılmasını təsdiq edən poçt qəbzi əlavə edilməklə, ##.##.2023-cü il tarixdə EMISdəki e-kabinetdə yerləşdirilmiş və sıra nömrəsi 24, “iddia ərizəsi və əlavə sənədlər” adı ilə məhkəmə tərəfindən təhvil götürülmüşdür. Deməli, iddianın 2-ci hissəsi üzrə baxılmamış saxlanılması haqqında qərardaddan verilmiş şikayətdə və iddianın 2-ci hissəsi üzrə əlavə qətnamənin çıxarılmsı barədə ərizədə də göstərildiyi kimi, açıq-aşkardır ki, iddianın dəqişdirilməsi barədə ərizəyə əlavə edilmiş sübutlar məhkəmə iş materiallarına təqdim edildikdən sonra, məhkəmə mübahisəsi 1 il 7 ay davam etmiş və həmin müddət ərzində məhkəmənin 7 hazırlıq və 2 baxış iclası keçirilsə də, cavabdehin nümayəndəsi və vəkili tərəfindən müqavilənin ləğv edilməsi barədə təklifin (pritenziyanın) cavabdeh tərəfindən alınmaması və ya lazımi qaydada cavabdehə çatdırılmaması ümumiyyətlə mübahisələndirilməmişdir. Eyni zamanda, həmin müddət ərzində məhkəmə tərəfindən də bu hal üzrə hər hansı bir irad tutulmamış, əksinə mübahisə davam etdirilməklə əlavə ekspertiza təyin edilmiş və 2 baxış iclası keçirilmişdir. Bir faktı da xüsusi olaraq qeyd edirlər ki, cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclaslarında verdiyi izahatlarında, eləcə də EMISdəki e-kabinet vasitəsilə müxtəlif vaxtlarda təqdim etdiyi vəsatətlərində, ərizələrində və iddiaya qarşı verilmiş etirazında, müqavilənin ləğv edilməsi barədə iddia tələbini qəbul etmədiyinin faktiki əsası kimi iddiaçı prosessual hüquqlardan sui-istifadə edərək cavabdehin qanuni əsaslarla əldə etdiyi mənzilin satılmasını məhkəmədən tələb etdiyini və hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci, 560.1-ci və 560.2-ci maddələrini qeyd etmişdir. Bununla yanaşı, cavabdehin nümayəndəsi və vəkili həm də tələb üzrə iddia müddətinin də ötürülməsi əsası ilə iddianın rədd olunmasını və hüquqi əsas olaraq Mülki Məcəllənin 776.1-ci maddəsini göstərmişdir. Təəccüblüsü budur ki, hazırkı məhkəmə tərəfindən işin qeyd olunan hallarının müəyyən edilməsi əvəzinə, heç bir mötəbər əsas olmadan iddianın 1-ci, 3-cü və 5-ci hissələri təmin edilməmiş və 2-ci hissəsi üzrə iddia tələbi bilə-bilə qanunsuz və əsassız olaraq baxılmamış saxlanılmış və həmin tələb üzrə qətnamə çıxarılmamışdır. Güman edilməsi şübhə doğurmur ki, məhkəmə həmin tələbin əsaslı olduğunu yəqin ki müəyyən etdiyi üçün, o cümlədən bu tələb təmin olunduğu təqdirdə digər tələblərində də əsasslı və qanuniliyi müəyyən olunacağından ehtiyat edərək, hər hansı bir əsas olmadan bu cür göstərilən bilə-bilə qanunsuz hərəkətləri etmiş və nəticə etibarı ilə məhkəmə icratı üzrə həqiqətin müəyyən edilməsini təmin etməməklə gizlətmişdir. Digər tərəfdən, məhkəmə iddianın dəyişdirilməsi barədə ərizəni təhvil gütürərkən artıq bilirib ki, iddianın 2- ci hissəsi üzrə prosessual hüquq normasının tələblərinə riayət olunmuşdur və bu tələb üzrə məhkəmə mübahisəsi davam etdirilmişdir. Əks halda, həmin hissə üzrə tələb 1 il 7 ay bundan öncə baxılmamış saxlanılmalı və həmin tələb üzrə məhkəmə mübahisəsi davam etdirilməməli idi. Eyni zamanda həmin müddət ərzində məhkəmənin 7 hazırlıq və 2 baxış iclası keçirilməməli idi. Artıq şərhə ehtiyac qalmır ki, məhkəmə, qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Hesab edilir ki, hazırkı məhkəmənin mövqeyi bu cür qəbul olunarsa, gələcəkdə oxşar işlərin həllində mənfi presedentin yaradılmasına səbəb olacağı istisna edilməyəcək və məhkəmələr tərəfindən iş materiallarında olan sübutların açıq-aşkar gizlədilməsinə, o cümlədən dəyərləndirilməməsinə şərait yaradılacaqdır. Bundan başqa, iş materiallarında olan ekspert rəylərinə məhkəmə tərəfindən verilən dəyərləndirmə ilə də razı deyillər. Belə ki, məhkəmə mübahisəli binanın elektrik təchizatında qüsurların olduğunu istisna etmədiyi halda, həmin qüsurların 6 il müddətində binanın istismarı nəticəsində və ya başqa səbəblərdən yarandığını istisna etmədiyi kimi gəldiyi nəticə, məhkəmənin formal mülahizəsi olmaqla yanaşı, onun vəzifəsinə aid olmayan məsələyə qiymət verməsini isbatlayır. Yəni, mütəxəssisin və ya ekspertin vəzifələrinə aid (xüsusi bilik tələb olunan) məsələnin həllini, məhkəmə vəzifə səlahiyyətlərindən açıq-aşkar sui-istifadə etməklə həmin öz üzərinə götürmüş və əsassız nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə, cavabdehin açıq-aşkar formal mülahizəsinə, yəni hər hansı bir mötəbər sübutla təsdiqini tapmayan fərziyəsinə əsaslanmaqla «X1» MMC ilə iddiaçı arasında yaranmış hüquqi mövqeyi, cavabdehin hüquqi mövqeyi olaraq müəyyən etməsi, nə daxili qanunvericilik normalarına, nə də betnəlxalq hüquq normasına uyğun və qəbul edilən deyil. Digər tərəfdən, “X1” MMC-nin hazırkı məhkəmə işinə cəlb edilməməsi də onu sübut edir ki, hazırkı qətnamə qanunilik meyyarına cavab vermir. Bundan başqa, qətnamənin 8-ci səhifəsinin 1-4-ci abzaslarında göstərilir ki, “Iddiaçı tərəfindən 240000 manat (380000 manat podrat müqaviləsinin dəyəri – 140000 mübahisəli mənzilin dəyəri) cavabdehə tam şəkildə ödənilmişdir (işin mübahisəsiz halı).” Belə olan halda, MMC-nin iddiaya qarşı münasibətinin öyrənilməməsi, həmçinin iddiaçıdan alınan pul vəsaitindən hansı miqdarda vergi, o cümlədən ƏDV ödənilməsinə aydınlıq gətirilmədən, eyni zamanda MMC-yə hansı miqdarda pul vəsaiti ödənilməsini müəyyən və sair bu kimi halların araşdırılmaması onu sübut edir ki, məhkəmə yalnız və yalnız cavabdehin nümayəndəsinin izahatı əsasında cavabdeh üçün, yəni sahibkar statusuna malik olmayan fiziki şəxs üçün açıq aşkar qanunsuz şərait yaratmışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, müqavilənin şərtlərində 55677 manat ƏDV-nin müqavilənin ümumi qiymətinin içində olmasının görünməməsi və ya qiymətin çölündə olması, cavabdehin məcburi qaydada ƏDV ödəyicisi olaraq qeydiyyatının və bununla da iddiaçıya əvəzləşdirilməsi üçün ƏDV elektron qaimə fakturasının təqdim etməsinin qarşısını ala bilməz. Digər tərəfdən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 nümayəndələri X4 ##.##.2024-cü il tarixdə məhkəmə hazırlıq iclasındakı və X2 ##.##.2024-cü il tarixdə məhkəmə baxış iclasındakı izahatlarında açıq və aydın şəkildə bildirilmişdir ki, “cavabdeh ƏDV ödəyicisi olsaydı ƏDV məbləğinin müqavilənin qiymətinin üstünə əlavə edilməsi istisna edilmir.” Odur ki, hazırkı bir müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduğu üçün, həmin əməliyyat ƏDV tutulan əməliyyat sayılır və cavabdeh qeydiyyata düşməsi barədə ərizə verməyə borclu idi. Hüquqi əsas: Vergilər Məcəlləsinin 154.1. ƏDVnin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.5. Bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədi üçün ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Deməli, məhkəmənin hazırkı mövqeyi dövlətimizdə aparılan vergi siyasətinə daban-daban zidd olmasını və gələcəkdə bu cür qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergidən yayınması üçün presidentin yaranacağına xidmət edəcəkdir. Məhkəmə baxışı ərəfəsində qanuni əsas olmadan cavabdeh tərəfindən bir sıra sənədlər təqdim olunmuşdur. Hüquqi əsas: MPM-nin 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Açıq-aşkardır ki, 1-ci instansiya məhkəməsi – onlar tərəfindən qanunamüvafiq təqdim olunmuş sənədləri dəyərləndirməmiş və dəyərləndirməməsinin səbəbini də göstərməmiş; cavabdehin açıqaşkar qanunsuz hərəkətlərinin və hərəkətsizliyinin hüquqi cəhətdən əsaslı görünməsi üçün aidiyyəti olmayan, müxtəlif sayda maddi-hüquq normalarını sadalamaqla əsassız hüquqi görüntü yaratmış; həqiqətin müəyyən edilməsi təmin edilməyərək, faktların gizlədilməsinə və cavabdehin hüquqlarına əsassız üstünlük verməsinə cəhd edilmiş; iddiaçıya qarşı qərəzli mövqey nümayiş etdirmiş və tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmişdir. Artıq şərhə ehtiyac qalmır ki, məhkəmə, qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Göstərilənləri nəzərə alaraq, hesab edirlər ki, qətnamə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı MTK-nin cavabdeh Cavabdeh qarşı Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti' Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsi, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti' Milli Gəlirlər Baş Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 üçüncü şəxs qismində qeyd edilməklə "müqavilənin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Hesab edilir ki, hazırkı məhkəmə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsində müəyyən edilən faktiki halları demək olar ki, eynilə hazırkı qətnaməyə köçürmüş, qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış və maddi və prosessual hüquq normasının tələblərini pozmuş, eləcə də prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və hüququn tətbiq edilməsində səhv buraxmış, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və bununla da əsassız və ədalətsiz qətnamə çıxarmışdır.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif Isgəndərov və Məhəmməd Rüstəmli) iddiaçı İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli və ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilmişdir.
40. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan hazırkı mülki işlər üzrə iddiaçı cavabdehlə bağladığı müqavilə şərtlərinin sonuncu tərəfindən icra edilməməsini, ona maddi ziyan vurulmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək kifayət qədər inandırıcı, aydın, mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçının və səlahiyyətli orqanların podratın nəticələrini qəbul etdikdən uzun müddət keçdikdən sonra iddiaçının hazırkı tələblərlə məhkəməyə müraciət etməsi, irəli sürülən iddia tələblərinin formal xarakter daşıması qənaətinə gəlməyə əsas verir.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanan müqavilənin bir hissəsi podrat müqaviləsi, digər hissəsi isə mənzilin alqı-satqı müqaviləsidir. Sifarişçi olan MTK işi podratçı olan cavabdehdən qəbul etmiş, “xxxx” ASC “xxxx" MTK tərəfindən texniki şərtin yerinə yetirilməsi barədə arayış vermiş, X3 Idarəsi “xxxx" MTK-ya “Istismara buraxılma aktı” vermiş, həmin akta əsasən obyekt istismara yararlı hesab edilmiş və həmin dövrdə iddiaçı podratın nəticələrinin qüsurlu olması barəsində etirazını bildirməmişdir. Bununla da müqavilə tərəfləri podratın nəticəsinin adi istifadə üçün yararlı olmasını qəbul etmiş, sifarişçi qüsur barədə pretenziya irəli sürmədiyindən podrat qüsurlardan azad sayılmışdır. Iddiaçı və səlahiyyətli orqanlar podratın nəticələrini qəbul etdikdən, binanın elektrik şəbəkəsinin istismarına icazə verildikdən, bina özü istismara qəbul edildikdən sonra hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət edən iddiaçı iddia ərizəsində qeyd etdiyi qüsurların məhz cavabdehin hərəkətləri nəticəsində yaranmasını sübut etməlidir. Belə ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə də binanın elektrik təchizatında olan qüsurların 6 il müddətində binanın istismarı nəticəsində və ya başqa səbəblərdən yarandığını istisna edilməmiş, 2018-ci ildə dəmir xəttinin inşası ilə bağlı MTK-nın yarımstansiyasının xəttində partlayış və qəza baş verməsi, bu qəzanın nəticəsində iddiaçı MTK-nın elektrik şəbəkəsində qüsurların yaranması araşdırma zamanı müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası iddiaçının 55677 manat ƏDV miqdarinda vəsaitin əvəzləşdirilməsinin mümkün olmaması nəticəsində ona ziyanın vurulmasına dair iddia tələbini də əsassız hesab etmiş və qeyd etmişdir ki, fiziki şəxslə müqavilə bağlamasını bilən iddiaçı ƏDV-nin əvəzləşdirilməsinin mümkün olmayacağını da bilmiş, ona görə də bağladığı müqavilədə ƏDV-ni müqavilənin qiymətinə əlavə etməmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının müqavilənin ləğv edilməsi, vurulmuş maddi ziyan tələbini əsassız hesab etmişdir.
43. Bundan başqa tədqiq olunan sübutlardan müəyyən olunmuşdur ki, Cavabdeh arvadı X6 iddiası əsasında qəbul edilmiş məhkəmə aktları ilə İddiaçı MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında bağlanmış ##.##.2018-ci il tarixli *** №-li müqavilə etibarsız hesab edilmiş, mübahisəli mənzil Cavabdeh və X6 verildiyindən iddiaçının bu mənzil satıldıqdan sonra qalıq məbləğin cavabdehə verilməsinə dair tələbi də əsassızdır.
44. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanını özündə ehtiva etdiyindən, hazırkı iddiada irəli sürülən tələblər üzrə cavabdehin mülki məsuliyyətinin mövcud olmaması müəyyən olunduğudan onun həmin iddiadan müdafiə olunmasına da zərurət mövcud deyildir. Belə ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsinin ləğv olunması və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
46. Kassasiya şikayəti işin halları, iddia ərizəsi və apellyasiya şikayətləri ilə analoji məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Cavabdeh Cavabdeh kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
48. Maddə 25 (İ və V hissələr). Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
49. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə 50.edilməsinə yol verilmir.
51. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
52. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
53. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
54. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
55. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
56. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
57. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
58. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
59. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
60. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
61. Maddə 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
62. Maddə 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.
63. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər.
64. Maddə 764.2. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
65. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
66. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
67. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
77. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
79. Iddiaçı «xxxx” mənzil-tikinti kooperativinin kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
80. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
81. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı «xxxx” mənzil-tikinti kooperati tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.