Məhkəmə qərarları › İş №2(1-8)-109/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-109/2026

02.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-109/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi X3 Təhsil Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın ona cavab verməli olmayan şəxsə qarşı irəli sürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ** saylı X10 Dairə Seçki Komissiyasının X3 Təhsil Idarəsinə ünvanladığı ## ###### 2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli məktubdan görünür ki, ## ###### 2025-ci il tarixdə keçiriləcək “Bələdiyyə seçkiləri” ilə əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə əsasən X8 üzvlərin ## ###### 2024-cü il tarixdən, ## ###### 2025-ci il tarixə kimi (65 təqvim günü) əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla müvəqqəti olaraq işdən azad olunmalıdırlar. Həmin idarəyə ünvanlanan məktubda qeyd olunan soyad, ad, ata qrafasında olan şəxslərdən biri də İddiaçıdır;

3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil Idarəsinin *-**-**/*-*-**k/**** nömrəli ##.##.2025-ci il tarixli əmrindən məlum olur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən çalışmanın yaş həddinə çatdığı üçün xitam verilmişdir;

4. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ** saylı X10 Dairə Seçki Komissiyasının *-**-**/*-**/**** saylı, ## #### 2025-ci il tarixli arayışına əsasən İddiaçı seçki komissiyasının ##.##.2023-cü il tarixli, **/** saylı qərarı ilə ** saylı məntəqə seçki komissiyasının sədri vəzifəsində işləmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Mərkəzi Regional Təhsil Idarəsinin *-**-**/*-*-**k/**** nömrəli ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsini, onun əvvəlki direktor vəzifəsinə bərpa edilməsinə, habelə boş dayanma müddətinin, işləlmədiyi ayların əvəzinin ödənilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Mingəçevir şəhəri M.Hüseynzadə adına * nömrəli tam orta məktəbinə ##.##.2019-cu il tarixdə direktor vəzifəsinə təyin olunmuşdur. Bundan əvvəl isə Mingəçevir şəhəri ** nömrəli tam orta məktəbin direktoru işləmişdir. yəni 2013-cü il tarixindən 2019-cu il tarixinədək bu vəzifədə işləmişdir. Həmişə işlədiyi tədris müəssisəsini irəli aparmışdır. Tədris səviyyəsi onun rəhbərlik etdiyi müəssisədən daim fərqlənmişdir. O, məktəb direktoru olduğu üçün kifayət qədər dünya görüşünün və siyasi səviyyəsinin mövcudluğu səbəbindən ##.##.2024-cü il tarixindən o, * saylı X10 ** saylı məntəqəsinin sədri olmuşdur. Məsələ odur ki, o, dövlət əhəmiyyətli bir sahəyə cəlb olunduğu halda əmək qanunvericiliyinə uyğun olaraq onun iş yeri və əmək haqqının saxlanmasına baxmayaraq işdən çıxarılmışdır. Onun işdən çıxarılmasının hazırki cavabdeh etmişdir. O, qanunvericiliyə zidd olaraq işdən çıxarılmışdır. Bütün bunlarda onun hüquqlarını kobud şəkildə pozmuşdur. Əmək qanunvericliyinə görə seçki orqanlarına cəlb olunmuş şəxslərin işi və əmək haqqı saxlanır. Bu qanunun imperativ normasıdır. Onun bu seçki orqanında fəaliyyət müddəti ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək müəyyən edilmişdir. Onu isə hazırki cavabdeh seçkili orqanda fəaliyyətinin olmasına baxmayaraq direktor vəzifəsindən tam qanunsuz şəkildə azad etmişdir. Işdən çıxarılma tarixi ##.##.2025-ci il tarixində qeyd edilməklə, ##.##.2025-ci il tarixində işdən azad edilmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil Idarəsinin nümayəndəsi X1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin qismən ##.##.2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət üçün iddiaçıya əmək haqqının ödənilməsi hissəsi ilə razılaşdırlarını, iddianın qalan hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Yevlax Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli, qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**k/**** nömrəli əmri ləğv edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ** saylı X10 Dairə Seçki Komissiyasının sədri vəzifəsini yerinə yetirdiyi müddət, yəni ## ###### 2025-ci il tarixdən, ## ###### 2025-ci il tarixədək olan müddətə görə iddiaçı İddiaçı orta əmək haqqının ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Ruslan Əlizadə).

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının çalışmanın son yaş həddinə çatmasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Regional Təhsil Idarəsi tərəfindən düzgün qənaətə gəlsə də seçkili orqanda ##.##.2025-ci il tarixədək fəaliyyətini nəzərə almamışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya seçkili orqanda ##.##.2025-ci il tarixədək sədr fəaliyyəti göstərdiyi üçün ona ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddətdə orta əmək haqqı ödənilməlidir.

10. Iddia tələbinin “işə bərpa” hissəsinə münasibətdə qeyd edilmişdir ki, işəgötürən iddiaçı ilə əmək münasibətini davam etdirməmək barədə iradəsini açıq-aşkar ifadə etdiyindən, bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Ona görə də artıq 65 yaşına çatmış iddiaçının sözügedən məktəbdə çalışma müddəti ## ###### 2025-ci il tarixədək uzadıldığından və bundan sonra tərəflər arasında faktiki əmək münasibətləri əmələ gəlmədiyindən, işəgötürənin iradəsinə zidd olaraq iddiaçının əvvəlki işinə bərpa olunması, onunla yeni əmək müqaviləsinin bağlanması və işə bərpa olunduğu bütün müddət üçün ona boş dayanma üçün əmək haqqının ödənilməsi də düzgün yanaşma olmaz və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olar.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndinə, 10-1.1-ci maddəsinə, 70-ci maddəsinin “e” bəndinə, 79, 156.1, 179-cu maddələrinə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 38.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 88, 217.4-cü maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Delcourt Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli, “X2rşı” iş üzrə ## ####### 1984-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi qət edilmişdir (hakimlər Elçin Mehdiyev - sədrlik edən və məruzəçi, Elman Isayev və Taleh Musayev).

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı işdən azad edən təşkilat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olduğu halda birinci instansiya məhkəməsi yanlış olaraq seçilmiş cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi X3 Təhsil Idarəsinin iş üzrə əsl cavabdeh qismində çıxış edə biləcək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilməsi üçün təşəbbüs göstərməmiş, iddiaçı tərəflə həmin məsələni müzakirə etməmiş, tələb iddiaya cavab verməli olmayan idarəyə yönəldiyi halda qəbul etdiyi qətnamədə həmin istiqamətdə heç bir əsaslandırma aparmamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tərəfin əsl tərəflə əvəz edilməsi məhkəmənin imperativ vəzifəsi olmasa da iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılması məsələsinin müzakirəsi məhkəmənin vəzifəsidir.

16. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edilmişdir ki, iddia tələbi həmin tələbə cavab verməli olmayan Azərbaycan Respublikası Təhsil Nazirliyi X3 Təhsil Idarəsinə qarşı yönəldildiyindən, iddiaya cavab verməli olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə cavabdeh olaraq işə cəlb edilmədiyindən, apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanları nəzərdə tutulmadığından, hazırkı vəziyyətdə həmin dəlillərin mübahisənin mahiyyəti üzrə həlli baxımından qiymətləndirilmələri doğru hesab edilə bilməz.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 (III), 3 (İ, III), 10-1.1, 70 (e), 76 (İ), 179-cu, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 49.1, 50.1, 50.3, 54.1, 54.2, 77.1, 88, 217.1-217.4, 218.1, 372.1, 372.6, 372.7, 384, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Iddiaçı (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki aşağı instansiya məhkəməsi işin faktiki hallarını araşdırsa da, nəticədə ədalətli və obyektiv qətnamə qəbul etməmişlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işəgötürən tərəfindən verilmiş işdən azad etmə əmri qanunsuzdur və bu səbəbdən həmin əmr ləğv edilmişdir. Lakin məhkəmə, əmrin qanunsuzluğunu tanımasına baxmayaraq, iddiaçının əvvəlki işinə bərpa olunması tələbini təmin etməmişdir. Bu isə hüquqi baxımdan ziddiyyətlidir və əsaslandırılmamışdır. Məhkəmə qətnaməsində işə bərpanın hansı hüquqi əsaslarla təmin edilmədiyi ümumiyyətlə göstərilməmişdir. Beləliklə, məhkəmə iddiaçının qanunsuz işdən çıxarıldığını tanısa da, onun hüquqlarının tam bərpasını təmin etməmiş, işə bərpa və boşdayanma günlərinə görə əmək haqqının ödənilməsi tələblərini əsassız olaraq tam təmin etməmişdir. Birinci instansiyası məhkəməsinin qətnaməsi ##.##.2025-ci il tarixində qəbul edildiyindən və 1 aydan sonra qanuni qüvvəsini alacağından iddiaçının işdə qalıb və ya qalmamasından asılı olmayaraq ##.##.2025-ci il tarixinədək əmək haqqı tam ödənilməli idi. Qətnamə real halları tam əks etdirmir və iddiaçının əleyhinə yönəlmişdir.

20. Kassator şikayətini Əmək Məcəlləsinin 73.2, 179-cu, Mülki Prosessual Məcəllənin 14.1, 77, 88-ci, maddələrinə istinad edərək əsaslandırmışlar.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

22. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

23. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

24. Maddə 70 (e bəndi). Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 50.3. Iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

27. Maddə 54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

28. Maddə 54.2. Iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi həmin tələbə cavab verməli olan olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi əvəzinə həmin tələbə cavab verməli olmayan Azərbaycan Respublikası Təhsil Nazirliyi X3 Təhsil Idarəsinə qarşı yönəldilmişdir. Məhkəmə apellyasiya mərhələsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi imkanlarının nəzərdə tutulmadığını qeyd edərək yuxarıda göstərilən qətnaməni qəbul etmişdir.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar