Məhkəmə qərarları › İş №2(1-8)-1090/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1090/2026

24.06.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1090/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh ##.##.2014-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

2. Tərəflərin birgə nikahından ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü Gülməmmədova İnci Vüqar qızı adlı uşaqları anadan olmuşdur.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

4. Tərəflər arasında bağlanmış barışıq sazişi ilə uşaqların ananın yanında saxlanılması razılaşdırılmışdır.

5. ünvan 2 ##.##.2016-cı ildə iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

6. Tərəflər arasında əmlak bölgüsü barədə məhkəmə mübahisəsi olmuş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə ünvan 2 iddiaçı İddiaçı ayrıca mülkiyyəti kimi təsbit edilmişdir.

7. Cavabdeh Cavabdeh mübahisəli mənzilə 2014-cü il tarixindən köçmüşdür.

8. Cavabdeh Cavabdeh və onun himayəsində olan övladları Gülməmmədova İnci Vüqar qızı və X1 hal-hazıda mübahisəli mənzildə qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin və onun himayəsində olan Gülməmmədova İnci Vüqar qızı və X1 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 802-803 məhəllə, Kazım Kazımzadə küç, 30 “E” saylı evdə yerləşən ** saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh Cavabdeh və onun himayəsində olan Gülməmmədova İnci Vüqar qızı və X1 iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşlər. Nərimanov ray, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küç, ev 30E, mənzil 13 ünvanda yerləşən mənzil artıq uzun müddətdir ki, təmirsiz vəziyyətdədir, nə iddiaçı, nə də ki, cavabdeh orada yaşamır. Çünki, iddiaçı ilə cavabdeh Cavabdeh nikahda oludqları müddətdə mənzilin təmirinin köhnəlməsi və yenidən təmir edilməsi ilə bağlı razılığa gəlsələr də sonradan ailə münasibətləri pisləşdiyindən nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçının mülkiyyətində olan mənzil birgə nikah dövründə əldə olunmuş əmlak olmadığına görə yeganə mülkiyyətçi iddiaçıdır. Mənzilə istifadə hüququ mövcud olmayan və həmin mənzildə faktiki yaşamayan cavabdeh və onun himayəsində olan uşaqlarının mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin əmlak hüquqlarını məhdudlaşdırır. İddiaçının keçmiş həyat yoldaşı mənzildən qeydiyyatdan çıxmayaraq iddiaçının mülkiyyətindən istifadə hüquqlarına süni maneəçilik yaradır. İddiaçı ilə cavabdehin münasibətlərinin çoxdan pisləşməsi və artıq 2 ildən artıq müddət gedən məhkəmə mübahisələri, cavabdehin və onun himayəsinə verilmiş iş üzrə digər cavabdehlər olan övladlarının bugünə kimi iddiaçıya məxsus mənzildə yaşamamalarının sübutudur. Cavabdeh və uşaqlarının iddiaçıya məxsus evdə formal da olsa qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilmiş, cavabdehin və yetkinlik yaşına çatmayan övladları ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü Gülməmmədova İnci Vüqar qızının Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü Məhəllə, Kazım Kazımzadə küçəsi, **E saylı evin ** saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

13. Qeyd olunduğu kimi, hazırkı iş üzrə cavabdeh qeydiyyatda olduğu evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Həmçinin Bakı şəh, Nərimanov ray, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küç, ev 30E, ** saylı mənzil nikahdan əvvəl iddiaçı X3 xüsusi mülkiyyətində olmuşdur. Eyni zamanda uzun müddətdir ki, cavabdehin mübahisələndirilən mənzildə yaşamaması faktı Ailə Məcəlləsinin 30.4-cü maddəsinə istinad edilməsini - keçmiş ailə üzvü kimi cavabdehin maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi - istisna edir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən halları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir.

15. Məhkəmə iddianın cavabdehin yetkinlik yaşına çatmayan övladlarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə hissəsinə qiymət verərək, hesab etmişdir ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir.

16. Belə ki, ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2019- cu il təvəllüdlü Gülməmmədova İnci Vüqar qızı 14 yaşlarına çatmadıqlarından onların yaşayış yeri valideynin yaşayış yeri sayılır. Ona görə də qanunla himayəçisi olan analarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

17. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 27.2, 152.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360, 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh və övladları Gülməmmədova İnci Vüqar qızı və X1 mənzil təmir edilməyə başlayana kimi o evdə yaşamış və uşaqlar həmin mənzildə böyümüşdürlər. Məhkəmə, uşaqların işdəki mövqeyini düzgün nəzərə almamış və iddiaçının övladlarını onun ailə üzvü hesab etməyərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu baxımdan, iddiaçının övladlarının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə etmək hüquqları vardır. Məhkəmə, iddianın cavabdehin yetkinlik yaşına çatmayan övladlarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə hissəsinə qiymət verərək iddianı təmin etmişdir. Məhkəmə öz mövqeyini belə açıqlamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə ki, ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2019- cu il təvəllüdlü Gülməmmədova İnci Vüqar qızı 14 yaşlarına çatmadıqlarından onların yaşayış yeri valideynin yaşayış yeri sayılır. Ona görə də qanunla himayəçisi olan analarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Lakin, iddiaçı da uşaqların valideynlərindən biridir və maddənin də tələblərindən açıq başa düşülür ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bundan başqa, qeyd edilməlidir ki, Mülki Məcəllənin 27.2-ci maddəsi “yaşayış yerinin müəyyən edilməsi” məsələsini tənzimləyir və bu norma uşağın hüquqi qeydiyyat ünvanının necə müəyyən olunmasını göstərir. Lakin yaşayış yerinin müəyyən edilməsi ilə uşağın yaşayış sahəsindən istifadə hüququ eyni hüquqi institut deyil. Yaşayış sahəsindən istifadə hüququ ailə üzvü statusundan irəli gəlir və uşağın faktiki olaraq hansı valideynlə yaşaması ilə avtomatik olaraq ləğv edilə bilməz. Uşaqların həmin ünvanda yaşamaq hüququndan məhrum edilməsini zəruri edən hər hansı hüquqi və ya faktiki əsas göstərilməmişdir. Əksinə, iddiaçı onların valideynlərindən biri olduğundan və valideynlik hüquqlarını itirmədiyindən, uşaqlar ailə üzvü kimi Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə təmin edilən hüquqlarını saxlamaqdadırlar. Beləliklə, yalnız valideynin mənzildən istifadə hüququnun itirilməsi uşaqların da avtomatik olaraq bu hüquqdan məhrum edilməsi anlamına gəlmir, çünki uşaqların hüququ müstəqil hüquq kimi tanınır və ailə üzvü statusundan qaynaqlanır. Cavabdehin hazırda yaşamağa hər hansı nə mənzili, nə də mənzil alacaq maddi imkanı yoxdur. Onun yaşayış sahəsindən istifadə hüququndan məhrum edilməsi tək onun deyil, həm də uşaqlarının hüquqlarının pozulması deməkdir. Düzdür bu mənzili birgə nikah dövründə əldə etməsələr də, mənzil nikahları dövründə dövlət qeydiyyatına alınmışdır və cavabdehlə övladları da həmin mənzil üzrə qeydiyyata alınmışdırlar. Cavabdeh yaşamaq üçün mənzilə sahib olana kimi övladları ilə həmin mənzildə onunla yaşamağa möhlət verilməsini istəyir. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, uzun müddətdir ki, cavabdehin mübahisələndirilən mənzildə yaşamaması faktı Ailə Məcəlləsinin 30.4-cü maddəsinə istinad edilməsini keçmiş ailə üzvü kimi cavabdehin maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi istisna edir. Lakin, bu maddi hüquq normasının tamamilə düzgün tətbiq edilmədiyini bir daha göstərir. Belə ki, cavabdeh və övladları mübahisələndirilən mənzildə təmir işləri başladığına görə yalnız orada yaşamırlar. Tikinti dövründə həmin mənzildə yaşamadığına görə keçmiş ailə üzvü kimi cavabdehin maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini istisna etməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərkən səhv etmişdir və cavabdehin qanunvericiliklə müəyyən olunan hüquqlarını pozmuşdur.

20. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki kolegiyasının ## ### 2024-cü il tarixli qətnaməsində cavabdeh Cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə 1/2 pay mülkiyyət hüququnun mövcud olmadığı qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi pay mülkiyyətinin olmamasını avtomatik olaraq yaşayış sahəsindən istifadə hüququnun mövcud olmaması kimi qiymətləndirmiş və bu hüququn yaranması və davam edib-etməməsi məsələsini ayrıca araşdırmamışdır. Qeyd edir ki, mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq yaranmışsa, onun qanuni əsaslarla aradan qalxıbqalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə isə hazırkı işdə qeyd olunan istiqamətdə hüquqi dəyərləndirmə aparmamış və əhəmiyyətli olan həmin xüsusatlara hüquqi qiymət verməmişdir. Mübahisələndirilən mənzil 2016-cı il tarixdən iddiaçı X3 xüsusi mülkiyyətindədir. Cavabdeh Məmmədov Aytən Ələkbər qızı iddiaçının arvadı olmuşdur, tərəflər arasında 2014-cu il tarixdə nikah bağlanmış və məhkəmənin 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı cavabdehin ona məxsus məzildə uzun müddət yaşamamasını və qeydiyyatının formal xarakter daşımasını, bunun isə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasını əsas gətirərək cavabdehin mənzildən istifadə hüququnun xitam olunmasını istəmiş, məhkəmə isə bunu təmin etmişdir. Lakin, birinci instansiya məhkəməsi cavabdehin nikaha daxil olduğu dövrdən bu mənzildə yaşaması və uşaqlarını burada böyütməsi kimi işin həlində böyük əhəmiyyət daşıyan faktların araşdırımadan qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən halları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Lakin, cavabdeh EMİS vasitəsilə ##.##.2025-ci il tarixdə ərizə təqdim edərək, ## ######## 2025-ci il tarixində iş üzrə təyin olunmuş baxış iclasında ölkə xaricində olacağından iclasda iştirak edə bilməyəcəyini, bu səbəbdən də ## ######## 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulan baxış iclasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iş tirakı olmadan baxılmasını mümkün hesab etdiyindən, cavabdeh özünü müdafiyə üsularından tam istifadə edə və işin həlində əhəmmiyətli olan sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmamasına dair məsələni tam araşdırmamış, bu hüququn yaranması və ya xitamına təsir edən faktiki haları işin ha larına uyğun şəkildə qiymətləndirməmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən, məruzəçi), Vahid Sadıqov və Rəşid Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nərimnaov Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı oalraq cavabdehin mübahisəli mənzilə 2014-cü il tarixindən köçməsini nəzərə alaraq, bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməsi barədə qənaəti düzgün olmuşdur.

24. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında olan tərəflər arasında nikahın pozulması qət edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi ilə uşaqların ananın yanında saxlanılması razılaşdırılmışdır. Göründüyü kimi hazırda ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü Gülməmmədova İnci Vüqar qızı 14 yaşlarına çatmadıqlarından və uşaqlar analarının yanında saxlanıldığından birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, qanunla himayəçisi olan analarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh qeydiyyatda olduğu evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küçəsi, ev 30E, ** saylı mənzil nikahdan əvvəl iddiaçı İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Eyni zamanda uzun müddətdir ki, cavabdeh mübahisələndirilən mənzildə yaşamamışdır. Cavabdeh bununla bağlı apellyasiya şikayətində bildirmişdir ki, cavabdeh və övladları mübahisələndirilən mənzildə təmir işləri başladığına görə orada yaşamırlar. Bu fakt özlüyündə cavabdehin uşaqlarla mübahisəli mənzildə yaşamamaqlarına dəlalət edir. Göründüyü kimi cavabdehin iddiaçı ilə arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Mənzilin sahibi olan iddiaçı ilə cavabdeh arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Eyni zamanda, cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya baxışı zamanı heç bir sübut təqdim etmədiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olubolmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə köçürülməsi və istifadə hüquqlarının olması üçün əsas deyildir.

27. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 80, 88, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının azyaşlı övladlarının mübahisəli yaşayış sahəsi ilə bağlı hüquqi vəziyyətini və onların mülkiyyətçinin ailə üzvləri kimi statusunun mövcud olub-olmamasını tam və hərtərəfli araşdırmamış, uşaqların həmin yaşayış sahəsində faktiki yaşaması və orada böyüməsi ilə bağlı iş materiallarında olan hallara lazımi hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi mübahisəyə baxarkən AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tətbiqi üçün zəruri olan faktiki və hüquqi halları tam araşdırmamış və nəticədə maddənin mahiyyətinə uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh iddiaçı ilə nikah münasibətlərində olduğu dövrdə mübahisəli mənzilə köçmüş və həmin yaşayış sahəsində yaşamışdır. Həmçinin tərəflərin övladları – X1 və Gülməmmədova İnci Vüqar qızı da həmin mənzildə yaşamış və uşaqlıq dövrlərini həmin yaşayış sahəsində keçirmişlər. Belə olan halda qeyd olunan şəxslər, xüsusilə azyaşlı uşaqlar, qanunvericiliyin birbaşa göstərişinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri kateqoriyasına daxildir və onların həmin yaşayış sahəsindən istifadə hüququnun mövcudluğu məsələsi faktiki ailə münasibətləri və birgə yaşayış halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Həmin qərarda göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün həmin sahədən istifadə hüququnun yaranması və həyata keçirilməsi mülki hüquq münasibətləri ilə deyil, ailə qanunvericiliyinin normaları ilə tənzimlənir və bu hüququn yaranması üçün əlavə müqavilə bağlanması və ya dövlət qeydiyyatı tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi isə bu hüquqi mövqeni və iş materiallarında olan faktiki halları nəzərə almadan uşaqların hüquqi statusunu lazımi qaydada qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin azyaşlı uşaqların mübahisəli yaşayış sahəsi ilə bağlı faktiki vəziyyətini və onların həmin mənzildə yaşaması ilə bağlı halları da lazımi qaydada qiymətləndirməmişdir. İş materiallarından görünür ki, cavabdeh və onun azyaşlı övladları mübahisəli yaşayış sahəsində uzun müddət yaşamış, uşaqlar həmin mənzildə böyümüş və həmin yaşayış sahəsi onların faktiki yaşayış yeri olmuşdur. Bu hal uşaqların həmin mənzil ilə davamlı və real əlaqəsinin mövcud olduğunu göstərir. Məhkəmə isə yalnız tərəflər arasında nikahın pozulması faktına istinad edərək cavabdehin və onun uşaqlarının həmin mənzildən istifadə hüququnun mövcudluğunu qiymətləndirmiş, lakin azyaşlı uşaqların hüquqi vəziyyətini ayrıca araşdırmamışdır. Halbuki yaşayış sahəsi ilə bağlı mübahisələrdə azyaşlı şəxslərin hüquq və mənafeləri xüsusi diqqətlə qiymətləndirilməli və onların yaşayış şəraitinə təsir edən hallar ayrıca nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə tərəfindən yalnız cavabdehin hüquqi statusuna əsaslanaraq uşaqların yaşayış sahəsindən istifadə hüququnun avtomatik olaraq aradan qalxması barədə nəticəyə gəlinməsi qanunvericiliyin məqsəd və məzmununa uyğun hesab edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə mövcud olan faktiki halları və azyaşlı uşaqların yaşayış sahəsi ilə bağlı hüquqi vəziyyətini hərtərəfli araşdırmadan nəticəyə gəlmiş və nəticədə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tətbiqi zamanı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Apellyasiya məhkəməsi mülkiyyətçinin azyaşlı övladlarının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun müstəqil hüquq kimi mövcud olub-olmamasını araşdırmamış və həmin hüququ cavabdehin hüquqi vəziyyəti ilə eyniləşdirmiş, azyaşlı uşaqların yaşayış sahəsindən istifadə hüququnun yalnız analarının hüquqi statusundan asılı şəkildə qiymətləndirilməsi ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya məhkəməsi mübahisəyə baxarkən AR Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin məzmununu və tətbiq dairəsini düzgün qiymətləndirməmişdir. Həmin maddəyə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu normanın məzmunundan aydın olur ki, mülkiyyətçinin ailə üzvləri yaşayış sahəsindən istifadə hüququnu birbaşa qanundan əldə edirlər və həmin hüquq mülkiyyətçinin iradəsindən asılı olmayaraq yaranır. İş materiallarından görünür ki, iddiaçının azyaşlı övladları – X1 və Gülməmmədova İnci Vüqar qızı Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində yaşamış və həmin mənzil onların faktiki yaşayış mühiti olmuşdur. Bu baxımdan qeyd olunan azyaşlı şəxslər mülkiyyətçinin ailə üzvləri kimi həmin yaşayış sahəsindən istifadə hüququna malikdirlər. Lakin apellyasiya instansiyası məhkəməsi bu hüquqi vəziyyəti düzgün qiymətləndirməmiş və onların hüquqlarını ayrıca araşdırmadan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi uşaqların yaşayış sahəsindən istifadə hüququnun itirilməsi barədə nəticəyə gələrkən AR Mülki Məcəlləsinin 27.2ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə bu normaya istinad edərək belə nəticəyə gəlmişdir ki, azyaşlı uşaqlar analarının yanında saxlanıldığından və analarının mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Lakin bu yanaşma hüquqi baxımdan düzgün hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsi yaşayış yerinin müəyyən edilməsi məsələsini tənzimləyir və bu norma uşağın hüquqi qeydiyyat və ya yaşayış yerinin hansı qaydada müəyyən olunmasını göstərir. Yaşayış yerinin müəyyən edilməsi ilə yaşayış sahəsindən istifadə hüququ isə fərqli hüquqi institutlardır. Uşağın yaşayış sahəsindən istifadə hüququ onun həmin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvü münasibətlərindən irəli gəlir və bu hüquq yalnız faktiki olaraq hansı valideynlə yaşamasından asılı olaraq avtomatik şəkildə ləğv edilə bilməz. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı azyaşlı uşaqların valideynlərindən biridir və onun valideynlik hüquqları məhdudlaşdırılmamış və ya ləğv edilməmişdir. Belə olan halda, qanunvericiliyin tələblərinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır və bu halda uşaqların valideynlərindən biri ilə hüquqi əlaqəsinin mövcudluğu onların yaşayış sahəsi ilə bağlı hüquqlarının qorunmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsi isə bu halları nəzərə almadan uşaqların hüquqlarını analarının hüquqi vəziyyətindən asılı şəkildə qiymətləndirmiş və nəticədə onların yaşayış sahəsindən istifadə hüququnun avtomatik olaraq itirilməsi barədə nəticəyə gəlmişdir. Halbuki yalnız valideynin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi azyaşlı uşaqların da avtomatik olaraq həmin hüquqdan məhrum edilməsi anlamına gəlmir. Uşaqların yaşayış sahəsindən istifadə hüququ müstəqil hüquq kimi tanınır və onların mülkiyyətçinin ailə üzvü statusundan irəli gəlir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tətbiqi zamanı hüquqi normanın məzmunu düzgün qiymətləndirilməmiş, eyni zamanda Mülki Məcəllənin 27.2-ci maddəsi yanlış şərh edilərək tətbiq edilmiş və bu da iş üzrə səhv hüquqi nəticəyə gəlinməsinə səbəb olmuşdur. Apellyasiya məhkəməsi mübahisəyə baxarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinintələblərini düzgün tətbiq etməmiş və nəticədə maddi hüquq normasının məzmununu tam və düzgün qiymətləndirməmişdir. Həmin maddəyə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma olmadıqda, ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Lakin eyni norma nəzərdə tutur ki, keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya başqa əsaslarla yaşayış sahəsindən istifadə etmək imkanları olmadıqda, habelə onun maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, həmin şəxsin mülkiyyətçiyə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı ilə saxlanıla bilər. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh mübahisənin predmeti olan mənzil satın alındıqdan sonra, 2016-cı ildən etibarən həmin mənzildə birlikdə yaşamağa başlamışdırlar. Belə ki, mənzil iddiaçı İddiaçı adına dövlət reyestrində qeydiyyata alındıqdan sonra tərəflər ailə üzvləri kimi həmin yaşayış sahəsində faktiki olaraq yaşamışlar. Sonradan onların iki övladı dünyaya gəlmiş və uşaqlar da həmin mənzildə böyümüşdürlər. Ailə uzun müddət bu yaşayış sahəsində birlikdə yaşamış və yalnız mənzildə aparılan təmir və tikinti işləri ilə əlaqədar olaraq müvəqqəti şəkildə həmin mənzildən köçmüşdür. Cavabdehin və övladlarının mənzildə yaşamamasının səbəbi də məhz bu hal ilə bağlı olmuşdur. Bununla yanaşı, iş materialları cavabdehin hazırda başqa yaşayış sahəsinə malik olmasını və ya özünü müstəqil şəkildə yaşayış sahəsi ilə təmin etmək imkanının olmasını təsdiq etmir. Əksinə, cavabdeh azyaşlı övladları ilə birlikdə yaşayır və onun maddi vəziyyəti ayrıca yaşayış sahəsi əldə etməsinə imkan vermir. Bu hallar isə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə tərəfindən cavabdehin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılması məsələsinin qiymətləndirilməsini zəruri edir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamamasını əsas gətirərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqinin istisna olunduğu nəticəsinə gəlmişdir. Lakin tikinti və ya təmir işləri ilə əlaqədar olaraq yaşayış sahəsində müvəqqəti yaşamamaq faktı keçmiş ailə üzvünün həmin yaşayış sahəsinə münasibətdə hüquqlarının mövcudluğunu və ya bu hüquqların müəyyən müddətə saxlanılması imkanını istisna edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cavabdehin maddi vəziyyətini, onun başqa yaşayış sahəsi əldə etmək imkanlarını, azyaşlı övladlarının mövcudluğunu və digər diqqətə layiq halları tam və hərtərəfli araşdırmadan hüquqi nəticəyə gəlmiş, nəticədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Bu isə cavabdehin qanunvericiliklə qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 29 Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

35. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Cavabdeh Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

46. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

47. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

48. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan tərəflər arasında nikahın pozulması qət edilmiş Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış barışıq sazişi ilə uşaqların ananın yanında saxlanılması razılaşdırılmışdır.

49. Göründüyü kimi hazırda ##.##.2015-ci il təvəllüdlü X1 və ##.##.2019-cu il təvəllüdlü Gülməmmədova İnci Vüqar qızı 14 yaşlarına çatmadıqlarından və uşaqlar analarının yanında saxlanıldığından, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, qanunla himayəçisi olan analarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

50. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qeydiyyatda olduğu evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyil. Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, 802-803-cü Məhəllə, Kazım Kazımzadə küçəsi, **E saylı evin ** saylı mənzili nikahdan əvvəl iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Eyni zamanda uzun müddətdir ki, cavabdeh mübahisələndirilən mənzildə yaşamır.

51. Cavabdeh bununla bağlı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh və övladları mübahisələndirilən mənzildə təmir işləri başladığına görə orada yaşamırlar. Bu fakt özlüyündə cavabdehin uşaqlarla mübahisəli mənzildə yaşamamaqlarına dəlalət edir.

52. Göründüyü kimi tərəflər arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Mənzilin sahibi olan iddiaçı ilə cavabdeh arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydasını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır.

53. Eyni zamanda, cavabdehin maddi vəziyyəti və ya diqqətəlayiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə birinci instansiya məhkəməsində icraat zamanı, eləcə də apellyasiya baxışı zamanı heç bir sübut təqdim etmədiyindən, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur.

54. Bu zaman həm də nəzərə alınmalıdır ki, AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “AR Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik mənzilə köçürülmə və istifadə hüququnun tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olubolmamasından

55. asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatında olub-olmaması birmənalı şəkildə onun mənzilə köçürülməsi və istifadə hüquqlarının olması üçün əsas deyil.

56. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar