Məhkəmə qərarları › İş №2(1-8)-1099/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1099/2026

04.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1099/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Cavabdeh Baxış oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. JN-267A, KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsi iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3, iddiaçı2 və X8 ümumi birgə mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ************ saylı mütəxəssis rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar iddiaçı5 və digərlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha (0,42 ha) torpaq sahəsinin koordinatları, sərhədləri və ölçüləri, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-270A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdeh Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,45 ha (faktiki 0,60 ha) torpaq sahəsinin koordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuş, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Iddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. Iddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv m. müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir.

3. Sabirabad Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(056)- **/**** saylı qətnaməsinə əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılsın və torpaq sahəsi iddiaçılara qaytarılması, ##.##.2022-ci il tarixli ************ saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı iddiaçı iddiaçı5 tərəfindən ödənilmiş 95(doxsan beş) AZN məbləğində pul vəsaiti cavabdeh Cavabdeh müştərək qaydada tutulub iddiaçı iddiaçı5 ödənilməsi qət edilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, *(***)- ***/**** saylı qərardadına əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin *(***)**/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması və qaytarılması” tələbinə dair iddiası baxılmamış saxlanılması qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı “qanunsuz hərəkətlərə son qoyulması və torpaq sahəsindən çıxarılma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh hərəkətlərinin qanunsuz hesab edilməsi, Sabirabad rayonu Yenikənd kəndində yerləşən JN 267A KOD ******** nömrəli şəhadətnamədə qeyd edilən mülkiyyətlərində olan torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin tam boşaldılması, həmin əraziyə daxil olmasının qadağan edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Iddia tələbi belə əsaslandırılmışdır ki, Sabirabad rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə 0,36 hektar sahədən ibarət fərdi yaşayış evinin tikilməsi üçün mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında JN267A KOD ******** nömrəli şəhadətnamədə tərtib edilmiş və şəhadətnamədə iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3, iddiaçı2 Zaməddin (Vəliş) oğlu və X1 (əslində şəxs X3) adları mülkiyyətçi kimi göstərilmişdir. Həmin şəhadətnamədə adları göstərilən mülkiyyətçilərdən biri şəhadətnamədə texniki səhv nəticəsində X1 adı göstərilsə də, əslin də həmin şəxs X3r, o, ##.##.2023-cü il tarixində vəfat etmişdir. Onun ölüm haqqında arayışı iddia ərizəsinə əlavə etmişlər. Işin mübahisəli tərəfi ilə bağlı bildirirlər ki, cavabdeh Cavabdeh tərəfindən Sabirabad rayonu Yenikənd kəndində yerləşən JN267A KOD ******** nömrəli şəhadətnamədə qeyd edilən mülkiyyətlərində olan torpaq sahəsinin 78 kv.m. hissəsini zəbt edərək qanunsuz olaraq istifadə edir. Dəfələrlə cavabdehə torpaq sahəsinin boşaldılmasını və qanunsuz hərəkətlərinə son qoyulmasını bildirsələr də, cavabdeh torpaq sahəsini boşaltmamışdır. Hesab edirlər ki, cavabdeh Cavabdeh tərəfindən qanunvericiliklə qorunan hüquqları kobud şəkildə pozulmuşudur. Bununla bağlı Sabirabad Rayon Məhkəməsində iddia qaldırılmış, həmin məhkəmə tərəfindən (sədrlik edən hakim Bağırov Nurəddin) ##.##.2023-cü il tarixdə *(***)-**/**** saylı iddia təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu. Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması və torpaq sahəsinin iddiaçılara qaytarılması, ##.##.2022-ci il tarixli ************ saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı iddiaçı iddiaçı5 tərəfindən ödənilmiş 95 (doxsan beş) AZN məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutulub iddiaçı iddiaçı5 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ************ saylı mütəxəssis rəyində qeyd olunur ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar iddiaçı5 və digərlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha (0,42 ha) torpaq sahəsinin kordinatları, sərhədləri və ölçüləri, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-270A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında ümumi birgə mülkiyyət hüququ üzrə cavabdeh Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,45 ha (faktiki 0,60 ha) torpaq sahəsinin koordinatları, sərhədləri və ölçüləri müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuş, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Iddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. Iddiaçıların boşaldılmasını tələb etdikləri 78 kv.m. müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir. Hazırkı iddia tələblərində qeyd edilən cavabdehin qanunsuz hərəkətləri və torpağın zəbt edilməsi faktı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında ƏMDX Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ************ saylı mütəxəssis rəyində öz təsdiqini tapmışdır. Lakin Cavabdeh apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(106)- ***/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin *(***)**/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması və qaytarılması» tələbinə dair iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardada göstərilmişdir ki, iddia ərizəsi imzalanmadığından Sabirabad Rayon Məhkəməsinin *(***)**/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Iş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, *-**-**/*-**/**** saylı Ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Cavabdeh iddiaya etiraz edərək, etirazının əsası kimi iddiaçılara məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etmədiyini, zəbt edildiyi iddia edilən torpaq sahəsinin ümumi istifadədə olmuş yer olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

9. Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (Hakim Səlim Allahverdiyev) iddianın qismən təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin zəbt edilmiş 78 kv.m hissəsindən cavabdeh Cavabdeh çıxarılması və torpaq sahəsinin iddiaçılara qaytarılması, torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3 və iddiaçı2 ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin zəbt edilmiş 78 kv.m hissəsinə daxil olma cavabdehə qadağan edilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnaməyə əsasən iddiaçıların ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0.36 ha. torpaq sahəsinin mübahisəli 78 kv.m. hissəsi cavabdeh Cavabdeh və ya hər hansı digər şəxslərin istifadəsinə verilməsi barədə hər hansı bir sənəd və ya mülkiyyətçilərin razılığı olmadığı halda, cavabdeh tərəfindən istifadə edilməklə zəbt edilmişdir. Bu səbəbdən iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

11. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

12. Məhkəmə hesab etmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçıların ümumi birgə mülkiyyəti hesab edilən Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0.36 ha torpaq sahəsinin boşaldılması tələb olunan mübahisəli 78 kv.m. hissəsi iddiaçıların mülkiyyəti olduğu üçün, iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə bu hüququ həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Odur ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Iddiaçılar mülkiyyətçi kimi mülkiyyətinə qəsd edən cavabdehin hərəkətlərinə son qoyulmaqla, mülkiyyətində olan torpaq sahəsinə istifadənin cavabdeh tərəfindən dayandırılaraq, onun həmin torpaq sahəsindən çıxarılmasını və torpaq sahəsinin iddiaçıya qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Ona görə də, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçıların mülkiyyətində olan Sabirabad rayonu Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsindən bütövlükdə deyil, zəbt edilmiş 78 kv.m. hissəsindən istifadə olunması cavabdeh tərəfindən dayandırılmalı, o, həmin torpaq sahəsindən çıxarılmalı və həmin hissə torpaq sahəsi iddiaçılara qaytarılmalıdır.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 157.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 115, 119.1 və 124.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh (nümayəndə və vəkil nümayəndə2) apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.

16. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddiaçı5 ## ####### 2025-ci il tarixdə vəfat etmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat iddiaçı iddiaçı5 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır.

18. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə mülk iş üzrə icraat təzələnərək, nümayəndə3, iddiaçı4, iddiaçı1, iddiaçı2, X4, iddiaçı3, X5, X6, X2 iddiaçı iddiaçı5 hüquqi varisi müəyyən edilmişdir.

19. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-***/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), İ.Əsədov və P.Əhmədov) cavabdeh Cavabdeh nümayəndəsi-vəkili nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iddiaçının mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçılara mülkiyyət hüququ əsasında məxsusdur və həmin hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

21. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır.

22. Iddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə onların mülkiyyətində olan torpaq sahəsinin və ya onun bir hissəsinin cavabdeh tərəfindən zəbt edilərək istifadə edilib-edilməməsinin müəyyən edilməsindən ibarətdir.

23. Işə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir.

24. Cavabdeh Cavabdeh nümayəndəsi-vəkili nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Şirvan Ərazi Şöbəsi və Sabirabad rayonu Quruzma Bələdiyyəsi tərəfində verilmiş arayışlarda cavabdeh Cavabdeh şəhadətnamə üzrə ona verilmiş torpaq sahəsindən kənarlaşaraq nümayəndə3 şəhadətnamə üzrə verilmiş torpaq sahəsinə bitişik, ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aid təqribən 130 kv.m ərazini Cavabdeh hasarlayaraq zəbt etmiş və ot tayalarının yığılması üçün istifadə etdiyi bildirilmişdir. Apellyasiya icraatı zamanı da iddiaçı iddiaçı5 etibarnamə üzrə nümayəndəsi nümayəndə3 da verdiyi izahatında cavabdeh zəbt etdiyi torpaq sahəsində ot tayaları yığmaq üçün istifadə etdiyini bildirmişdir. Kollegiya hesab etmişdir ki, iddiaçının cavabdeh tərəfindən zəbt edilməsini iddia etdiyi 78 kv.m. torpaq sahəsinin iddiaçıların yaxud bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir.

25. Ekspertiza tədqiqatı zamanı əldə edilmiş ## ###### 2025-ci il tarixli, 3-21-3-38/2- ****/**** saylı DƏDRX-in ** saylı Şirvan Ərazi Idarəsindən verilən mütəxəssis rəyindən görünür ki, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir.

26. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehin iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır.

27. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

28. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, JN-267A, KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasında, Sabirabad rayonu, Yenikənd kəndində yerləşən 0,36 ha torpaq sahəsi iddiaçılar iddiaçı5, iddiaçı4, iddiaçı1, iddiaçı3, iddiaçı2 və X8 ümumi birgə mülkiyyətindədir. Cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin 78 kv.m zəbt etməklə qanunsuz istifadə edir. Apellyasiya baxışı zamanı da həmin mübahisəli ərazinin bələdiyyə torpağı deyil, iddiaçıların mülkiyyətində olan torpaq sahəsi olduğu müəyyən edilmişdir.

29. Kollegiya birinci instansiya məhkəməsinin “iddianın qismən təmin edilməsi” mövqeyi ilə razılaşmış, hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 158.1, 158.2, 170.2cu, 127-ci, ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikasının MPMin 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.4 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.2-ci, MPM-in 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə MPM-in 76.2-ci maddəsində əksini tapmayan mütəxəssis rəyini sübut növü kimi qəbul edərək ona əsaslanmışdır.Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir ki, bununla da MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan (Sabirabad rayonu Quruzma bələdiyyəsinin ##.##.2023-cü il tarixli arayışı və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin, Şirvan Ərazi Idarəsinin ##.##.2018-ci il tarixli məktubu) görünür ki, hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Hazırkı iş üzrə cavabdeh 1980-ci ildən etibarən həmin ərazidən istifadə edir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

36. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin faktiki hallarını tam araşdırılmadığı barədə dəlili ilə əlaqədar bildirir ki,kassasiya icrratı zamanı belə dəlillər üzrə araşdırma və hüquqi dəyərləndirmə aparılmır.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən Kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına istinad etməyə yol verilmir.Həmin Məcəllənin 416.1ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Məhkəmə kollegiyası kassasiya şikayətinin sübutlara qiymət verilməsi ilə əlaqədar olan dəlillərinə əsasən bildirir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apelyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir.

53. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

54. Apellyasiya instansiyası məhkəməsi tərəfindən də razılaşılan birinci instansiya məhkəməsinin mövqeyinə əsasən işə baxmış birinci instansiya məhkəməsi ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi JN- 267A seriyalı KOD ******** nömrəli Şəhadətnamə əsasında iddiaçılar iddiaçı5 və digər ailə üzvlərinə məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi ümumi istifadədə olan yolda yerləşmir. Iddiaçıların boşaldılmasını tələb etdiyi 78 kv.m müəyyən edilən mübahisəli torpaq sahəsi cavabdeh Cavabdeh və digər ailə üzvlərinin istifadəsindədir.

55. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar