Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1135/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Abşeron-X2 Idarəsi Sumqayıt şəhəri Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismişdə cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edilməsi (Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Abşeron-X2 Idarəsi Sumqayıt şəhəri Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə qarşı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*5)-1533/2*2* nömrəli, 22 yanvar 2*26-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 1* iyun 2*26-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə 14.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən müəyyən edilir ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda 1996-ci ildə fortepiano ixtisasını bitirmişdir. Ümumi əmək stajı 22 il 7 aydır. Attestasiya keçirilən zaman Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin *1.*9.2**1ci il tarixindən fortepiano şöbəsinin müəllimi olmuşdur. 5 nəfər əleyhinə, * nəfər isə lehinə səs vermişdir.
2. Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiya komissiyasının iclasına dair 14 mart 2*25-ci il tarixli protokoluna əsasən, Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri İddiaçı, Şirinbacı Muradova, Sevinc Mehdiyeva, Şura Hümbətəliyeva, Mətanət Məmmədova, Mətanət Namazova tutduqları vəzifəyə uyğun hesab edilməmişdir.
3. Sumqayıt şəhər Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarı ilə İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmiş, həmçinin onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş təminatlardan istifadə etmək hüququnun olmaması əsas götürülmüşdür. Bununla əlaqədar məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi, 83-cü maddəsi, eləcə də “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndinin 13cü abzası rəhbər tutulmaqla 4 aprel 2*25-ci il tarixli ** nömrəli əmr verilmiş, İddiaçı tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(*6*)-3*92/2*2* nömrəli, 19.11.2*25-ci il tarixli qətnaməsinə əsasən, ərizəçi X3 Sumqayıt şəhər Icra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi”nə dair ərizəsi təmin edilərək, *6.1*.1957-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, qətnamənin X4 üzərində qəyyum təyin edilməsi üçün əsas olması qeyd edilmişdir.
5. Sumqayıt şəhər Icra Hakimiyyəti Başçısının 23 dekabr 2*25-ci il tarixli **** saylı “Qəyyum təyin edilmə barədə” Sərəncamına əsasən, 3*.*7.1976-cı il təvəllüdlü İddiaçı xalası - *6.1*.1957-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Abşeron-X2 Idarəsi Sumqayıt şəhəri Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbinə (bundan sonra cavabdeh, yaxud Musiqi Məktəbi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *4.*4.2*25-ci il tarixli, ** saylı əmrin etibarsız hesab edilərək ləğv edilməsi, həmin tarixdən işə bərpa edilməsi və *4.*4.2*25-ci il tarixdən başlayaraq yekun məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər məcburi proqula görə əmək haqqının ödənilməsi və mediasiya təşkilatına ödənilmiş 5* manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, *1.11.1997-ci il tarixdə Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinə konsertmeyster ixtisası üzrə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. “Paranoid şizofreniya fasiləsiz gedişli” diaqnozu ilə xəstəlikdən əziyyət çəkən xalasının himayəsində yaşaması və kənar qulluğa ehtiyacı olması səbəbindən *1.*6.1998-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. Yenidən *1.*9.2**1-ci ildə həmin məktəbə fortepiano ixtisası üzrə işə qəbul olunmuşdur. Fasiləsiz *4.*4.2*25-ci ilə kimi həmin məktəbdə işləmişdir. Işlədiyi dövrdə heç bir töhmət almamış, müəllim kollektivi, şagird və valideynlərlə arasında heç bir narazılıq olmamışdır. Həmişə işinə məsuliyyətlə yanaşmış, daim ixtisası üzrə öz üzərində işləmişdir. Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 14 mart 2*25-ci il tarixli qərarı ilə razı deyildir. Attestasiya keçirilərkən üzvlər tərəfindən şəxsən o, psixoloji təsir görmüş və hətta təhqir belə olunmuşdur. Verilən sualları düzgün cavablandırmışdır. Həmin qərarla onun tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. O, öz ixtisasını, proqramını gözəl bilir və tutduğu vəzifəni həmişə layiqincə yerinə yetirmişdir. Attestasiya keçirilməsi barədə onlara xəbərdarlıq edilərkən rəhbərlik onlara bildirmişdir ki, attestasiyanın nəticəsi işdən azad edilməyə səbəb olmayacaq və bu yalnız müəllimlərin savadını yoxlamaq məqsədi daşıyır. 1-ci qrup ruhi-əsəb xəstəsi olan xalası X5 1996-cı ildən onun himayəsində yaşayır. O, 1997-ci ildən Sumqayıt Ruhi Əsəb Dispanserində qeydiyyatdadır. Hazırda himayəsində yaşayan xalası fəaliyyət qabiliyyətsiz elan edilmişdir.
8. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Regional Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşdur.
9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(*6*)- 3735/2*2* nömrəli, 12 sentyabr 2*25-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı * 1.*9.2**1-*4.*4.2*25-ci illərdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Fikrət Əmirov adına * nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *4.*4.2*25-ci il tarixli ** saylı əmrlə həmin tarixdən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. Iddiaçı tərəfindən iddia tələbi əsaslandırılarkən, onun attestasiya keçirilərkən, imtahana hazır olmamasını, iddiaçının öz izahatına əsasən ona sadəcə bunun bir imtahan olduğunu, verilmiş proqram (suallar) ətrafında hazırlaşmamasını iddia tələbinin əsassızlığına dəlalət etməklə, məhkəmə tərəfindən sorğu əsasında alınmış video diskə tərəfin iştirakı ilə məhkəmə iclasında baxış keçirərkən ona qarşı attestasiya komissiyasının üzvləri tərəfindən hər hansı qərəzli hərəkətin olmaması, iddiaçının verilmiş sualları cavablandıra bilməməsi müəyyən edilmişdir.
11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsaslıdır.
12. Məhkəmə iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxsin xalasına baxdığı üçün bu halın nəzərə alınması barədə şifahi vəsatətini əsassız hesab etmişdir. Belə ki, iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan ailə üzvünün olması işin araşdırılan halları ilə təsdiq edilməmiş, iddia tələbinin əsası iddiaçı tərəfindən sübut edilmədiyi üçün məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsi, 65-ci maddəsinin 1-ci hissəsi, 65-ci maddəsinin 2ci hissəsi, 65-ci maddəsinin 3-cü hissə, 65-ci maddəsinin 4-cü hissəsi, 65-ci maddəsinin 5-ci hissəsi, 79-cu maddəsinin 1-ci hissəsi, və 3**-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.1, 217.3, 217-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan video görüntülərə məhkəmə zamanı tam olaraq baxılmamış, formal yanaşılmışıdır. Məhkəmə bildirmişdir ki, həmin görüntülərə özü daha ətraflı baxmışdır. Halbuki məhkəmə həmin video görüntüyə onunla birlikdə baxmalı və verilmiş suallara, həmin suallara verilmiş cavablara nəzər yetirməli və ona qarşı qərəzin olub-olmamasını məhkəmə iclas zalında müəyyən etməli idi. Lakin məhkəmə bunu etməmiş və video görüntüyə formal olaraq baxmış, ümumiyyətlə mülki işi araşdırmaqda maraqlı olmamışdır. Məhkəmə iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxsin-xalasına baxdığı üçün bu halın nəzərə alınması barədə şifahi vəsatətini əsassız hesab etmiş və belə nəticəyə gəlmişdir ki, iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan ailə üzvünün olması işin araşdırılan halları ilə təsdiq edilməmiş, iddia tələbinin əsası iddiaçı tərəfindən sübut edilmədiyi üçün məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmənin bu mövqeyi də tamamilə əsassızdır. Çünki iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının həkim-psixiatr komissiyasının rəyindən görünür ki, X5 paranoid şizofreniya fasiləsiz gedişli, dərin psixi qüsur halı var. Daima kənar şəxslərin ciddi qulluq və nəzarətinə ehtiyacı vardır. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Şəxsinin *8.*8.2*25-ci il tarixli, 26*2 saylı rəyindən görünür ki, X5 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir. X5 müəyyən edilən şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Yəni iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan xalasının olması iş materialları ilə öz təsdiqini tapır. Verilmiş rəy həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasdır və çıxarılacaq qətnamə də həmin şəxs üzərində iddiaçının qəyyum təyin olunmasına imkan verir. Bu da qanunla da tam olaraq mümkündür. Əslində, iddiaçının əmək müqaviləsinə xitam verilərkən, iddiaçı bu barədə cavabdeh orqana məlumat vermiş və himayəsində fəaliyyət qabiliyyəti olmayan xalasının olduğunu bildirmişdir. Cavabdeh tərəfindən də ondan məhkəmə qərarı tələb olunmuş və həmin qərarı verdiyi halda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməyəcəyi bildirilmişdir. Lakin iddiaçı həmin qərarı təqdim edə bilmədiyindən əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı da bundan sonra hər iki iş üzrə məhkəməyə müraciət etmişdir. Bu gün iddiaçı fəaliyyət qabiliyyəti olmayan və heç kimin sahib çıxmadığı xalasına sahib çıxıb və həmin şəxs onun himayəsindədir. Məhkəmə bu halları nəzərə almalı olduğu halda, nəzərə almamaqla Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 2.6-cı bəndə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. 2.7-ci bəndə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. 3.1-ci bəndə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir. 3.2-ci bəndə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir. 3.3-cü bəndə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur. Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Lakin işəgötürən iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxs olmasını da nəzərə almamışdır. Halbuki ƏM-nin 79-cu maddəsinə əsasən bunu nəzərə almalı idi. Bütün bunlar isə qərəz və hüquqdan sui-istifadədir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. Əmək Məcəlləsinin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Attestasiya zamanı iddiaçıya qarşı qərəzli mövqe olmuş, iddiaçıya xeyli sayda nəzəri suallar verilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməlidir. Beləliklə, attestasiya komissiyası iddiaçıya qarşı attestasiyada qərəzli mövqeni nümayiş etdirərək, Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsində müəyyən edilmiş obyektivlik və qərəzsizlik prinsiplərinin pozulmasına yol vermişdir. Bununla yanaşı, işəgötürən iddiaçının uzun müddət fortepiano müəllimi üzrə qüsursuz fəaliyyətini nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə Işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Işəgötürən isə əmrində zəruriliyini əsaslandırmamışdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub, məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Iddiaçının himayəsində olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnaməni də məhkəmə gedişatında məhkəməyə təqdim edəcək. Bundan əlavə, məhkəmə praktikasında cavabdehin işdən çıxardığı işçilərinə sonradan fərdi yanaşmaları hallarına da rast gəlinir. Belə ki, cavabdeh işdən çıxardığı işçisinin işə bərpa olunmasına etiraz etmədiyini və onun iddia tələbini qəbul etdiyini də görmüş və bu barədə qətnamələr mövcuddur.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh Musiqi Məktəbinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Musiqi Məktəbinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
18. Məhkəməyə 14.*8.2*25-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən disk daxil olmuşdur.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(1*5)-1533/2*2* nömrəli, 22 yanvar 2*26-cı il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi) Səyyad Qafari və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirmiş ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılaraq qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər üzrə məhkəmə kollegiyası əlavə araşdırmanın aparılmasına zərurət görməyərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı himayəsində fəaliyyət qabiliyyəti olmayan ailə üzvünün olduğunu və işəgötürən tərəfindən bu halın nəzərə alınmayaraq əmək müqaviləsinin qanunsuz ləğv edildiyini iddia etsə də, onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilən zamanı Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş əsaslar, yəni əmək müqaviləsinə xitam verilməsini qadağan edilən hallar mövcud olmamışdır. Sonradan belə bir halların yaranması isə həmin əmrin etibarsız olması qənaətinə gəlməyə əsas vermir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci və 2-ci hissələri, 65-ci maddəsinin 1-5-ci hissələri, 7*-ci maddəsinin “c” bəndi, 79-cu maddəsi, 3**-cü maddəsinin 1 və 2-ci hissələrinə və Mülki Prosessual Məcəllənin 372, 384.*.1, 4*2.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə oxşar dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən işə baxılması zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş materiallarına formal münasibət göstərilmişdir. Belə ki, iddiaçı attestasiya zamanı ona qarşı qərəzli münasibətin göstərildiyini, təhqiramiz davranışlara yol verildiyini və attestasiya prosesinin qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyini bildirsə də, birinci instansiya məhkəməsi iş materiallarında olan video görüntüləri məhkəmə iclasında tərəflərin iştirakı ilə tam və ətraflı araşdırmamış, həmin görüntülərdə əks olunan sualların iddiaçının əmək funksiyasına və ixtisasına uyğun olubolmamasını, verilmiş cavabların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə həmin sübutları birbaşa araşdırmadan birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə iş üzrə bütün sübutları bilavasitə tədqiq etməli, tərəflərin arqumentlərinə hüquqi qiymət verməli və qərarını yalnız tam araşdırılmış sübutlar əsasında qəbul etməlidir.
25. Məhkəmələr iddiaçının attestasiya prosesində qərəzə məruz qalması, ona ixtisasına aid olmayan və normativ qaydaların tələblərindən kənar suallar verilməsi, attestasiya komissiyası tərəfindən obyektivlik və qərəzsizlik prinsipinin pozulması barədə arqumentlərinə hüquqi qiymət verməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na əsasən attestasiya obyektiv, qərəzsiz keçirilməli, işçiyə yalnız onun əmək funksiyası, ixtisası və vəzifə öhdəlikləri ilə bağlı suallar verilməlidir. Attestasiya zamanı bərabərlik və obyektivlik prinsiplərinin pozulması isə attestasiya nəticələrinin qanunsuz hesab olunmasına əsas verir.
26. Bundan başqa, məhkəmələr iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan ailə üzvünün olması ilə bağlı təqdim edilmiş sübutları da düzgün qiymətləndirməmişdir. Iş materiallarında olan tibbi rəylər, məhkəmə qərarı və digər sənədlərlə X5 ağır psixi xəstəlikdən əziyyət çəkdiyi, daimi qulluq və nəzarətə ehtiyac duyduğu, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi öz təsdiqini tapsa da, məhkəmələr həmin hallara formal yanaşmışdır. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Buna baxmayaraq, məhkəmə həmin konstitusion prinsipi tətbiq etməmiş, Əmək Məcəlləsinin 79 və 79-1-ci maddələrinin sosial müdafiəyə yönəlmiş mahiyyətini nəzərə almamışdır.
27. Iş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəl himayəsində fəaliyyət qabiliyyəti olmayan xalasının olması barədə cavabdehə məlumat vermiş, hətta ondan məhkəmə qərarının təqdim edilməsi tələb olunmuşdur. Bu isə cavabdehin həmin haldan məlumatlı olduğunu təsdiq edir. Sonradan məhkəmə qərarının əldə olunması və həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi artıq mövcud faktın hüquqi təsdiqidir. Məhkəmələrin bu halları nəzərə almaması qanunun sosial müdafiə məqsədinə və hüququn mahiyyətinə zidd olmuşdur.
28. Eyni zamanda, işəgötürən tərəfindən iddiaçının uzun illər qüsursuz əmək fəaliyyəti, peşə təcrübəsi və sosial vəziyyəti nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işəgötürən əmrdə əmək müqaviləsinin ləğvinin zəruriliyini əsaslandırmamış, daha yüngül tədbirlərin tətbiqi imkanlarını qiymətləndirməmişdir. Halbuki Əmək Məcəlləsinin 67-ci maddəsinin ikinci hissəsinə əsasən attestasiya nəticələri əsasında işçinin əlavə təlimlərə cəlb olunması və ya başqa vəzifəyə keçirilməsi də mümkün idi.
29. Məhkəmələr həmçinin nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi imperativ xarakter daşımır və işəgötürənə seçim hüququ verir. Yəni attestasiya nəticəsi işçinin mütləq işdən azad olunmasını tələb etmir. Buna baxmayaraq, cavabdeh iddiaçının ailə vəziyyətini, sosial durumunu və himayəsində xüsusi qayğıya ehtiyacı olan şəxsin mövcudluğunu nəzərə almadan ən ağır tədbiri tətbiq etmişdir ki, bu da hüquqdan sui-istifadə və qərəzli münasibət kimi qiymətləndirilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Kassasiya şikayətinə qarşı cavabdeh Musiqi Məktəbinin direktoru nümayəndə1 etirazı daxil olmuş, etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
31. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
32. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
33. Maddə 65 (1-ci hissə) Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
34. Maddə 65 (3-cü hissə) Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
35. Maddə 65 (4-cü hissə) Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
36. Maddə 65 (5-ci hissə) Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
37. Maddə 65 (6-cı hissə) Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.
38. Maddə 65 (7-ci hissə) Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
39. Maddə 67 (1-ci hissə) Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
40. Maddə 67 (2-ci hissə) Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.
41. Maddə 7* “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
42. Maddə 79. Əmək müqaviləsinə xitam verilməsi qadağan edilən işçilər və hallar: Işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır.
43. Maddə 288 “x” bəndi. Işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
53. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tələbini sübut edə bilməmişdir.
61. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
62. Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Həmçinin, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.
63. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 12 aprel 2**4cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 4*7.1.4, 4*8.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 4*7.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
67. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
69. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*5)-1533/2*2* nömrəli, 22 yanvar 2*26-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.