Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1136/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı (## ### 2024-cü il tarixdə Məmmədov soyadı dəyişdirilmişdir) cavabdeh Cavabdeh qarşı "sənədlərin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. ünvan 1 ünvanında yerləşən ** saylı mənzil (bundan sonra mübahisəli mənzil) əvvəlcə iddiaçı İddiaçı xüsusi mülkiyyətində olmuş və onun mülkiyyət hüququ ## ##### 1996-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır.
2. ## ###### 2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş etibarnamə ilə iddiaçı mübahisəli mənzili satmaq, bağışlamaq, bu barədə müqavilələr imzalamaq, müvafiq dövlət orqanlarında qeydiyyat işlərini aparmaq və bu tapşırığın yerinə yetirilməsi ilə bağlı bütün zəruri hərəkətləri yerinə yetirmək səlahiyyətlərini cavabdeh Cavabdeh etibar etmiş, etibarnamə qüvvədə olduğu müddətdə cavabdeh göstərilən səlahiyyətlərdən istifadə edərək ##.##.2002-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzili atasına – X1 və bu müqavilə əsasında mənzilin mülkiyyət hüququ sonuncunun adına dövlət qeydiyyatına alınmışdır.
3. Sonradan ##.##.2002-ci il tarixli notarial qaydada təsdiqlənmiş bağışlama müqaviləsinə əsasən X1 mübahisəli mənzili qızı Cavabdeh bağışlamış, cavabdeh Cavabdeh həmin mənzil üzərində mülkiyyət hüququ ##.##.2003-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.
4. İddiaçı ərizə verərək keçmiş qayınatası X1 mübahisəli mənzili qızı Cavabdeh bağışlamasına razı olduğunu bəyan etmişdir.
5. Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## ##### 2011-ci il tarixli, 2 inz (**)-***/**** nömrəli qərarı ilə Cavabdeh iddia tələbi təmin edilərək İddiaçı mübahisəli mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin üzərinə qoyulması qərara alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənimsənilmiş evinə mülkiyyət hüququ yaradan bütün sənədlərin ləğv edilməsi, onun mənzilinə aid cavabdehin adına verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ona məxsus olan ev cavabdeh Cavabdeh tərəfindən mənimsənilmiş, mülkiyyət hüququ razılığı olmadan onun tərəfindən öz adına sənədləşdirilmiş, nəticədə onun hüquqları kobud şəkildə pozulmuşdur. O, 1982-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş, 1988-ci ildə onlar boşandıqdan sonra, yəhudi milləti olan xanımla evlənmişdir. Cavabdeh mübahisəli mənzilin sahiblik və sərəncam hüquqlarını ona həvalə etmiş, bunun əsasında o, pasport qeydiyyatına düşmüş və cavabdeh evlə bağlı bütün sahiblik və sərəncam hüquqlarını ona vermişdir. O isə, cavabdehə sözügedən mənzildə yaşaması üçün imkan yaratmışdır. 2002-ci ildə o, Amerikaya getmiş və onun qızı Leyli Məmmədova həmin evdə yaşadığına görə, o həmin evin çıxarışını və “Nissan” markalı mexanika maşının texniki pasportunu keçmiş qayınatası Tofiq Aslanova vermiş, o isə iddiaçıya vəd vermişdir ki, onun və ailə üzvlərinin bu mənzilə pretenziyası ola bilməz. O vəfat edən keçmiş qayınatasına vaxtında bildirmişdir ki, sözügedən mənzil ancaq o Amerikada vəfat etdiyi halda, qızı Məmmədova Leylinin adına rəsmiləşdirilə bilər.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın rədd olunması qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırılmışdır ki, etibarnamə iddiaçı tərəfindən könüllü şəkildə verilmiş, qanuni qaydada tərtib olunmuş və ləğv edilməsi barədə notariat orqanlarına müraciət edilmədiyindən, o, qüvvədə olduğu müddət ərzində hüquqi qüvvəyə malik olmuşdur. Etibarnamə əsasında cavabdeh tərəfindən mənzilin üçüncü şəxsə – X1 nəticəsində mənzil üzərində mülkiyyət hüququ artıq iddiaçının deyil, alıcının adına keçmişdir. Belə olan halda, alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzilin artıq X1 mülkiyyətinə keçməsi səbəbindən, onun həmin mənzili qızına bağışlaması üçün iddiaçının razılığına hüquqi baxımdan ehtiyac qalmamışdır. Hətta iddiaçının bağışlama ilə bağlı yazılı razılığının etibarsız hesab edilməsi belə, bağışlama müqaviləsinin hüquqi qüvvəsini şübhə altına almır, çünki bu müqavilə artıq mənzilin yeni mülkiyyətçisi tərəfindən bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında cavabdeh tərəfindən etibarnamə səlahiyyətlərinin aşılması, saxta sənədlərin tərtib olunması və ya iddiaçının hüquqlarının pozulması hallarını təsdiqləyən hər hansı etibarlı sübut yoxdur.
10. Məhkəmənin hüquqi qənaətinə görə, cavabdeh Cavabdeh mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada və etibarlı hüquqi əsas üzərində yaranmış, daşınmaz əmlakın mülkiyyətinin qeydiyyatı dövlət reyestrində təsdiqlənmiş, bu hüquq sonradan heç bir hüquqi əsasla ləğv edilməmişdir. Iddiaçının “mənzilinin mənimsənilməsi” barədə ümumi və subyektiv xarakterli izahatları, habelə sənədlərin etibarsızlığına dair iddiası sübut olunmamış, bu tələbin təmin edilməsinə hüquqi və faktiki əsas müəyyən edilməmişdir.
11. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, məhkəmənin sonuncu iclasında iddiaçı İddiaçı iş üzrə əlavə araşdırmalar aparılması və bəzi orqanlara sorğu göndərilməsi barədə vəsatət qaldırmışdır. Lakin işin artıq işə baxış mərhələsində olması və faktların kifayət qədər araşdırılmış hesab edilməsini nəzərə alınaraq məhkəmə hesab edir ki, həmin sorğuların verilməsinə ehtiyac qalmamışdır.
12. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı özü məhkəmədə izahat verərkən uzun müddətdir Azərbaycan Respublikasında yaşamadığını bildirsə də, bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Beləliklə o, bu müddət ərzində mənzilə dair hər hansı iddia və ya mülkiyyət hüququnun pozulması barədə məhkəməyə müraciət etmədiyini əsaslandıra bilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 329.1, 337.1, 337.2, 334.1, 334.2, 334.3.1, 338, 339, 340.1, 340.2, 354.2, 647.1, 666.1 və 668.1.1-ci, Azərbaycan Respublikası MPM-in 14.2, 76.1, 76.2, 217.3, 217.4, 227, 233, 360-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli, B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1 və 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” ##.##.2023-cü il tarixli Qərarlarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat
14. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət olunan qətnamədə göstərilənlər işin hallarına uyğun deyil. Qeyd edir ki, irəli sürdüyü tələbləri sübut edən halları məhkəmənin diqqətinə çatdırmışdır. Qətnamədə iddia olunur ki, guya tərəfindən irəli sürülən iddiaları sübut edən faktları məhkəmənin nəzərinə çatdırmamışdır. Bu iddia həqiqətə uyğun deyil. Iddiaçının adından yazılan razılıq ərizəsində adından qoyulan imzanın ona məxsus olmadığını qeyd edir. Lakin, qətnamədə yazılır ki, guya iddiaçı bunun əksini təsdiq etmişdir. Halbuki, məhkəmə qətnaməsinin özündə də göstərilir ki, iddiaçı ekspertiza keçirilməsini tələb etmiş, lakin məhkəmə prosesi başa çatmaq üzrə olduğundan vəsatət rədd edilmişdir. Məhkəmə gəldiyi bu nəticədə həqiqəti əks etdirmir. Iş materiallarından göründüyü kimi, məhkəmə vəsatəti təmin edərək iş üzrə ekspertiza keçirlməsi barədə qərar qəbul etmişdir. Lakin, bu qərarının icrasını təmin etmədən məhkəmə prosesini başa vurmuşdur. Bu isə prosessual qanunvericiliyin ən kobud formada pozulması deməkdir. Məhkəmə belə bir qənaətə gəlir ki, iş üzrə ədalətli və qanuni qərar çıxarılması üçün ekspertiza keçirilməsi və mütəxəssis rəyi alınması zəruridir. Yəni, bu rəy alınmadan iş üzrə qanuni və əsaslı qətnamə çıxarıla bilməz. Lakin, eyni zamanda qəbul etdiyi qərarın icrasını təmin etmədən yəni iddia etdiyi kimi razılıq ərizəsində imzanın iddiaçıya məxsus olduğunu rədd etdiyi halda bu məsələ açıq qalmışdır. Qeyd edir ki, iddiaçının adından yazılan və ona məxsus olduğu bildirilən razılıq ərizəsinin mətni də zamanla uzlaşmır. Belə ki, razılıq ərizəsinin mətnində göstərilir ki, cavabdeh məni həyat yoldaşı, Tofiq Aslanovu isə qaynatası kimi təqdim edir. Halbuki, əqd bağlanan dövrdə bu şəxslərlə heç bir qohumluq və ailə münasibətləri mövcud olmamışdır. Cavabdehlə hələ 1993-cü ildən aralarında olan ailə münasibətlərinə xitam verildiyindən onun atasını qaynatası kimi təqdim edə bilməzdi. Eyni zamanda qeyd edir ki, razılıq ərizəsində tarix göstərilməmiş və imzası notariat qaydasında təsdiq olunmamışdır. Bu isə notariat haqqında qanunun müvafiq normalarını və qaydalarının tələblərinə ziddir. Və imzanın iddiaçıya məxsus olmadığına dair iddialarının həqiqət olduğunu təsdiq edir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, mübahisə predmetinə çevrilən mənzil Nəsimi rayon ərazisindədir və ərazi adiyyatına uyğun olaraq bu mənzilə dair əqdlər Nəsimi rayon ərazisində bağlamalı idi və mənzilin yerləşdiyi ərazidə 150 metr kənarda notariat kontoru mövcud olmasına baxmayaraq bu saxta əqd Xırdalan şəhərində yerləşən notariat kontorunda həyata keçirilmişdir. Məhkəmə qətnaməsinin çıxarıldığı gün proses zamanı vəsatət qaldıraraq mübahisələndirdiyi əqdlərin notariat qaydalarının tələblərinə uyğun olub olmadığının müəyyən edilməsi üçün Ədliyyə Nazirliyinin Notariat idarəsinə müvafiq sorğu ilə müraciət edilməsi barədə vəsatət qaldırmışdır. Məhkəmə vəsatətə münasibət bildirmək üçün müşavirə otağına getmiş, lakin geri qayıdarkən qaldırdığı vəsatə münasibət bildirmədən iş üzrə çıxardığı yekun qətnaməni elan etmişdir. Bu isə yenə də MPM-nin müvafiq normalarının tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Bununla da məhkəmə prosesi iddiaçı kimi məhkəmə çıxışına imkan verilmədən sona yetirilmişdir. Məhkəmə qətnaməsində iddia tələbi rədd olunarkən həmçinin MPM-nin 354.2–ci maddəsinə istinad etməklə iddia müddətinin buraxıldığını diqqətə çəkmişdir. Bununla bağlı qeyd edir ki, əsaslı dəlillərlə və məhkəməyə təqdim etdiyi rəsmi sənədlərlə sübuta yetirir ki, uzun müddət xaricdə yaşamışdır. Müxtəlif vaxtlarda ağır xəstəliklər keçirmiş və bu səbəblərdən də bağlanmış əqdlərdən xəbəri olmamışdır. Iddia müddətinin axını yalnız əqdin bağlandığını bildiyin və ya bilməli olduğun gündən hesablanmalıdır. Bu əqdin mövcudluğu barədə yalnız cavabdehin iddiaçıdan polis orqanlarına verdiyi təsdiqini tapmamış şikayət ərizəsindən sonra məlumat almışdır. Qeyd edir ki, artıq 17 ildir ki, ağır xəstəlikdən əziyyət çəkir, uzun müddətli stasionar şəraitdə müalicələr qəbul etmiş və halhazırda II qrup əlilliyi mövcuddur. Hər iki halı təsdiq edən müvafiq sənədləri var. Lakin məhkəmə prosesində bu sənədlərə ehtiyac olunmadan təqdim olunmamışdır. Bu halların təsdiq edən sənədləri məhkəməyə təqdim etməyə hazır olduğunu qeyd etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Azad Imanov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Akif Isgəndərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı razılıq ərizəsindəki imzanın ona məxsus olmadığını bildirərək tələbinin əsasını bununla əsaslandırsa da, alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzilin artıq X1 mülkiyyətinə keçməsi səbəbindən, onun həmin mənzili qızına bağışlaması üçün iddiaçının razılığına hüquqi baxımdan ehtiyac qalmamışdır. Hətta iddiaçının bağışlama ilə bağlı yazılı razılığının etibarsız hesab edilməsi belə, bağışlama müqaviləsinin hüquqi qüvvəsini şübhə altına almır, çünki bu müqavilə artıq mənzilin yeni mülkiyyətçisi tərəfindən bağlanmışdır. Həmçinin, iş materiallarında cavabdeh tərəfindən etibarnamə səlahiyyətlərinin aşılması, saxta sənədlərin tərtib olunması və ya iddiaçının hüquqlarının pozulması hallarını təsdiqləyən hər hansı etibarlı sübut yoxdur. Cavabdeh Cavabdeh mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada və etibarlı hüquqi əsas üzərində yaranmış, daşınmaz əmlakın mülkiyyətinin qeydiyyatı dövlət reyestrində təsdiqlənmiş, bu hüquq sonradan heç bir hüquqi əsasla ləğv edilməmişdir. Iddiaçının “mənzilinin mənimsənilməsi” barədə dəlilləri ümumi və subyektiv xarakter daşımaqla iddia tələbinin və apellyasiya şikayətinin təmin edilməsinə əsas vermir.
18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının bəzi orqanlara sorğu verilməsinə dair vəsatətinin təmin edilməməsinə münasibətdə qeyd etmişdir ki, məhkəmənin də qeyd etdiyi kimi işin artıq işə baxış mərhələsində olması və faktların kifayət qədər araşdırılmış hesab edilməsi səbəbi ilə həmin sorğuların verilməsinə ehtiyac qalmamışdır. Bundan əlavə, nə qədər ki iddiaçı tərəfindən razılıq ərizəsindəki imzanın ona məxsus olmadığı mübahisələndirilmiş və işin halları və qanunverciliyə əsasən alqı-satqı müqaviləsinin bağlanmasından sonra mənzilin artıq X1 mülkiyyətinə keçməsi səbəbindən onun həmin mənzili qızına bağışlaması üçün iddiaçının razılığına hüquqi baxımdan ehtiyac qalmadığı müəyyən edilmişdir, bununla belə məhkəmə onu da qeyd edir ki, İddiaçı uzun müddətdir Azərbaycan Respublikasında yaşamadığını bildirsə də, o, bu müddət ərzində mənzilə dair hər hansı iddia və ya mülkiyyət hüququnun pozulması barədə məhkəməyə müraciət etmədiyini mötəbər sübutlarla əsaslandıra bilməmişdir.
19. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının sənədlərin etibarsızlığına dair iddiası sübut olunmamış, bu tələbin təmin edilməsinə hüquqi və faktiki əsas müəyyən edilməmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə faktiki halları tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Mübahisəli mənzilin cavabdehin adına rəsmiləşdirilməsi formal xarakter daşımış, həmin əmlak üzərində faktiki mülkiyyət və sərəncam hüquqları iddiaçıya məxsus olmuşdur. Cavabdeh uzun illər ölkə hüdudlarından kənarda yaşamış, mənzildə yaşamamış, mənzilin alınması və saxlanılması ilə bağlı xərcləri çəkməmişdir.
22. Məhkəmə tərəfindən notarial qaydada təsdiq edilmiş etibarnamənin və digər sənədlərin həqiqiliyinə dair təqdim edilmiş mütəxəssis rəyi, habelə imza nümunələri lazımi qaydada qiymətləndirilməmişdir. Onun adından verilmiş etibarnamə və digər sənədlərdə olan imzalar ona məxsus deyildir və bu hal “Müstəqil Ekspertiza Mərkəzi”nin rəyi ilə təsdiq olunmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası həmin sübutlara səthi yanaşaraq əsassız nəticəyə gəlmişdir.
23. Məhkəmə iddiaçının vəsatətlərinə, o cümlədən əlavə ekspertiza keçirilməsi barədə vəsatətinə tam hüquqi qiymət verməmiş, prosessual bərabərlik və çəkişmə prinsiplərini pozmuşdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğun olmamış, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
31. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331- ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
32. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
36. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
37. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
38. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
40. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarı
41. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar).
42. Istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
43. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Iradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir.
44. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarı
45. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” ##.##.2023-cü il tarixli qərarı
46. Iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
47. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir).
48. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
60. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
61. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
62. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.