Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1147/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İddiaçı Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi X4 (kirayəyə verən) ilə İddiaçı (kirayəçi) arasında bağlanmış *** saylı, ## #### 2013-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Kirayəyə verən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, yaşayış massivinin 7-ci Alatava küçəsi ** nömrəli evdə ** nömrəli mənzildə yerləşən Dövlət Mənzil Fonduna aid ümumi sahəsi 118,2 kv.m.-dən, yaşayış hissəsi 110,1 kv.m ibarət 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə, müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə, xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kirayəçi öz ailə üzvlərini (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri; habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Kirayəçinin ailə üzvləri: İddiaçı – özü, X1 – həyat yoldaşı, X2 – oğlu və X5 qeyd olunmuşdur.
2. İddiaçının oğlu X2 ilə cavabdeh Cavabdeh ##.##.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Cavabdeh Cavabdeh həmin vaxtdan etibarən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, yaşayış massivinin 7-ci Alatava küçəsi ** nömrəli evdə ** nömrəli mənzilinə gəlin köçərək orada yaşamış, daha sonra isə pasport qeydiyyatına alınmışdır.
3. İddiaçının oğlu X2 ilə cavabdeh Cavabdeh birgə nikahından ##.##.2014-cü il tarixdə X6 və ##.##.2017-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur.
4. İddiaçının oğlu X2 ilə cavabdeh Cavabdeh arasında münasibətlər pozulduğundan aralarında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ##### 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməmişdir.
6. Cavabdeh hal-hazırda da, yetkinlik yaşına çatmayan övladları ilə iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu-2, 7-ci Alatava, ev 70, ** saylı mənzildən çıxarılması, həmin mənzilin cavabdehin öz vəsaiti hesabına boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu-2, 7-ci Alatava, ev 70, ** saylı mənzil iddiaçı İddiaçı sahibliyində və istifadəsindədir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olmuş və xidmətlərinə görə ##.##.2013-cü il tarixli *** nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında qeyd edilən mənzil onun sahibliyinə, istifadəsinə və sərəncamına verilmişdir. Cavabdeh Teymurov Ülviyyə Nizami qızı iddiaçının gəlini olmuşdur. Belə ki, cavabdehlə iddiaçının oğlu X2 ##.##.2013-cü il tarixdə ailə həyatı qurmuşlar. Nikahlarından 2 azyaşlı övladları dünyaya gəlmişdir. Cavabdeh həmin vaxtdan etibarən həmin evə gəlin köçmüş, daha sonra isə pasport qeydiyyatına alınmışdır. Lakin sonradan onların ailə münasibətləri korlandığından aralarında bağlanmış nikah Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçının oğlunun cavabdehlə olan birgə nikahlarından ##.##.2014-cü tarixdə doğulmuş X6 və ##.##.2017-ci il tarixdə doğulmuş X3 anasının himayəsində qalması barədə qərar verilmişdir. Başda İddiaçı onun sahibliyində, istifadəsində və sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu-2, 7-ci Alatava, ev 70, ** saylı mənzildə gəlini və nəvələri yaşamasına etiraz etməmişdir. Lakin il ötdükcə İddiaçı öz evinə daxil olmaq istədikdə, cavabdeh onu evə buraxmaqdan imtina etmiş, orada yaşamaq və ya mənzili istifadə etmək imkanından faktiki olaraq məhrum qoymuşdur. Beləliklə, mülkiyyətində olan evdən istifadə etmək hüququ məhdudlaşdırılmış və pozulmuşdur. Buna baxmayaraq, cavabdeh hazırda da İddiaçı sahibliyində və sərəncamında olan mənzildə yaşayır və onu tərk etməkdən imtina edir. Cavabdehin heç bir hüquqi əsas olmadan İddiaçı sahibliyində və sərəncamında olan Bakı şəhəri, Yasamal rayonu-2, 7-ci Alatava, ev 70, ** saylı mənzildə yaşaması və mənzildən çıxmaması onun mülkiyyət hüquqularını kobud şəkildə pozur. Dəfələrlə ona şifahi xəbərdarlıq etməyinə baxmayaraq, o İddiaçı məxsus mənzildən çıxmaqdan imtina etmişdir.
9. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili vəkil2 İsmayıl oğlu elektron kabinet vasitəsilə ## ###### 2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində də qeyd edildiyi kimi mübahisəli mənzil iddiaçıya müvəqqəti kirayə müqaviləsi əsasında verilmişdir. Qeyd olunan mənzil üzərində onun mülkiyyət hüququ yoxdur və bu barədə Reyestr Xidmətində qeydiyyata alınmamışdır. AR Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Bundan əlavə iddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə iddia ərizəsi təmin edilməmişdir. Bununla da Ülviyyı Teymurovanın mübahisəli mənzildən istifadə hüququ məhkəmə qaydasında tanınmışdır. Qeyd olunan qərardan apellyasiya və kassasiya şikayətləri verilsə də, şikayətlər təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin iddia ərizəsində guya cavabdeh tərəfindən iddiaçının mənzildən istifadəsinə dair hər hansı bir maneələrin yaradıldığı bildirilsə də bu həqiqəti əks etdirmir. İddiaçı istədiyi vaxt mənzilə gəlib nəvələri ilə ünsiyyətdə olmasına qalmasına tərəfindən heç bir maneçilik yaradılmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2025-ci il # ######## tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilmiş, cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, 7-ci Alatava, ev ** saylı ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, həmin mənzilin cavabdehin hesabına boşaldılması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin, yəni keçmiş gəlinin mənzilə istifadə hüququ yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsində qeyd olunan “digər qohumlar” dedikdə o şəxslər nəzərdə tutulur ki, həmin şəxslər kirayəçidən özünün saxlanılmasını tələb etmək hüququna malik olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 228.1 Və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarında qeyd olunur ki, AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Sözügedən Qərarda oxşar maddə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə şərh verilmişdir ki, bu maddə hazırki münasibətin tətbiq edilməli olduğu Mənzil Məcəlləsinin 68.1-ci maddəsi ilə mahiyyətcə oxşardır. Sözügedən maddədə “digər qohumlar” ifadəsinə verilmiş şərh hazırki işə tədbiq edilməli və hesab olunmalıdır ki, Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilən “digər qohum”lara gəlin aid edilməməlidir. Belə olan halda gəlinin mənzilə istifadə hüququ yaranmadığından iddia əsaslıdır və təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini AR Mənzil Məcəlləsinin 59.1, 59.2, 68.1, 68.2, 68.3, 68.4-cü, habelə Mülki Prosessual Məcəllənin 107, 119.1, 217.3, 217.4-cü maddələrinə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR Mülki Məcəlləsinin 228.1 Və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bundan əvvəl iddiaçı Bakı İnzibati Məhkəməsində Bakı şəhər Yasamal rayon Polis İdarəsi cavabdeh olmaqla, 3-cü şəxs qismində Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılması barədə iddia qaldırmışdır. Məhkəmənin ##.##.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə AR Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarına istinadən göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, hazırki iş üzrə məhkəmə tərəfindən qanuni qüvvədə olan və iş üzrə preyudisial xarakter daşıyan məhkəmə qərarını nəzərə almamışdır və bununla da prosessual pozuntuya yol verilmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə görə bu növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Hazırki iş üzrə cavabdehlərin mübahisəli mənzildə yaşamaları və mənzildən çıxarılması tələb edilən ailə üzvləri olan uşaqların mənzildə istifadə hüquqlarının olması işin mübahisəsiz halıdır. İşdən göründüyü kimi, mənzil iddiaçının mülkiyyətində deyil, xidmət müddətinə kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Müqavilə üzrə kirayəçinin ailə üzvləri, iddiaçı özü, həyat yoldaşı X1 (vəfat etmişdir), oğlu X2 və qızı X5 (hazırda ailə quraraq özünə məxsus başqa mənzildə yaşayır) olmuşdur. 2013-cü ildə iddiaçının oğlu ilə ailə qurmuş cavabdeh kirayəçinin razılığı ilə ailə üzvü kimi həmin mənzilə gəlin gəlmiş və qeydiyyata düşmüşdür. Nikah pozulduqdan sonra da bu günə qədər həmin mənzildə birgə nikahdan anadan olmuş uşaqları ##.##.2014-cü il təvəllüdlü X6 və ##.##.2017-ci il təvəllüdlü X3 ilə birlikdə həmin mənzildə yaşayırlar. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra mülkiyyətlərində olan Nərimanov rayonu, X8, ev 22 ünvandakı ** saylı mənzil qızı X7 adına keçirilmiş və hazırda həmin mənzildə kirayəçilər yaşayırlar. İddaçı özü isə ikinci dəfə evlənmiş və hazırda daimi olaraq yeni həyat yoldaşı ilə birlikdə Goranboy rayonu, Veyisli kəndində yaşayır. Onun faktiki olaraq həmin kənddə yaşaması Yasamal Rayon Məhkəməsinə təqdim olunmuş və özü tərəfindən imzalanmış iddia ərizəsi ilə təsdiq olunur. Mənzil dövlət mülkiyyətinə aid olaraq Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə aid olsa da, məhkəmə mənzilin mülkiyyətçisini məhkəmə prosesinə cəlb etməmiş və mülkiyyətçinin mövqeyi aydınlaşdırılmamışdır. Eyni zamanda qeyd edilməsi zəruridir ki, məhkəmə tərəfindən iddia tələbi dəqiqləşdirilərək cavabdehin “ailə üzvləri” ilə birlikdə mənzildən çıxarılması tələbində nəzərdə tutulmuş ailə üzvləri dəqiq göstərilməmişdir. Belə başa düşülür ki, həmin ailə üzvləri qismində iddiaçının nəvələri, yəni oğlu ilə cavabdeh arasında birgə nikahdan doğulmuş uşaqları, ##.##.2014-cü il təvəllüdlü X6 və ##.##.2017-ci il təvəllüdlü X3 nəzərdə tutulur. Bu məsələ ilə bağlı, yəni nikah pozulduqdan sonra ailə üzvü hesab edilməyən gəlinin mənzildən çıxarılması tələbi üzrə işlərə baxılarkən birgə nikahdan doğulmuş uşaqlarla bağlı formalaşmış məhkəmə təcrübəsinə görə həmin uşaqlar ailə üzvü hesab edildiyindən mənzildən çıxarıla bilməzlər. Göründüyü kimi, ##.##.2014-cü il təvəllüdlü X6 və ##.##.2017-ci il təvəllüdlü X3 mənzilin kirayədarı olan iddiaçının İddiaçı nəvələri olduğundan «digər qohum» kateqoriyasına aiddirlər və bununla da, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından (yaşayış sahəsinin mülkiyyətçisi ilə onlar arasında başqa razılaşma yoxdur), onlar həmin yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verilməsindən isə söhbət gedə bilməz, çünki hər iki cavabdeh (Leyla və Cəsur) iddiaçının nəvələridir və onların ailə münasibətlərinə xitam verilməsi mümkün deyildir. Qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Uşaqların atası olan X2 ilə cavabdeh arasında nikah pozulmuş olsa da o, həmin mənzildə pasport qeydiyyatındadır və mənzildə yaşamaqda davam edir. Ona görə də uşaqların həmin mənzildən çıxarılmasının tələb edilməsi əsassız olmaqla qanuna ziddir. Yuxarıda şərh olunanlardan müəyyən edilir ki, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılması üçün hüquqi əsaslar mövcuddur.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli protokolqərardadı ilə AR Dövlət Mühafizə Xidməti (əvvəlki Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti) iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirmişdir ki, xidməti mənzil müqavilədə göstərildiyi kimi xidmət müddəti ərzində verilir, lakin Qanuna əsasən, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müəyyən torpaq sahəsi və ya mənzillə təmin olunmaq hüququ verilib. Bu hüquq bərpa ediləndən sonra xidməti mənzilin boşaldılması göstərilib. Hal-hazırda xidmətin ehtiyatda olan hərbi qulluqçularına qarşı belə bir iddia tələbi yoxdur ki, boşaldılsın, amma müqavilənin şərtlərinə uyğun olaraq boşaldılma tələb edilə bilər. Sadəcə üçüncü şəxs bu hüquqdan istifadə etmir. Hələlik mənzilin iddiaçının sahibliyində qalmasına etiraz etmirlər. Cavabdehin o mənzildən çıxarılması məsələsinə mövqeyi ondan ibarətdir ki, xidməti mənzil iddiaçı İddiaçı verilib və mənzil ilə bağlı münasibətlər sırf onunla xidmət arasında bağlanılıb. Bu mövqeyi nəzərə alaraq bu məhkəmə işində onların mövqeyi iddiaçının hüquqlarının və mənafeyinin qorunmasından ibarətdir. Çünki kirayəçi olan şəxs odur və kirayə müqaviləsini onunla bağlamışlar. Yaxın qohumların qeydiyyata alınması ilə bağlı müqavilənin 2.3-cü bəndi var, kirayəçi öz istəyi ilə bunu edə bilər, əlbəttə ki Xidmətə müraciət olunur, prosedur qaydası belədir. Kirayəçi hansı mövqedədirsə, onun mövqeyinin tərəfindədirlər.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən, məruzəçi), Fərrux Qasımov və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(004)- ****/**** nömrəli qətnaməsi cavabdehin “ailə üzvləri” ilə bağlı hissədə dəyişdirilmiş, cavabdeh Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, 7-ci Alatava, ev ** saylı ünvanda yerləşən ** saylı mənzildən çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən mübahisəli mənzilə sahiblik və istifadə hüququ olduğundan, onun cavabdehin həmin mənzildən çıxarılması barədə iddia irəli sürməyə subyektiv hüququ vardır.
19. Kollegiya həmçinin qeyd etmişdir ki, cavabdeh Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilən şəxslər sırasına aid deyil. Belə ki, cavabdeh iddiaçının ailə üzvü və ya digər qohumu deyil, habelə məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilməmişdir. Odur ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmamışdır.
20. Cavabdehin övladları (iddiaçının nəvələri) iddiaçının həmin maddədə göstərilən “digər qohum”u sayılsa da, onların mənzildən istifadə hüquqlarının yaranması üçün Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri baxımından iddiaçı ilə birgə təsərrüfat aparmalı idilər. Bu hal isə iş materialları ilə müəyyən edilmir. Əksinə, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı həmin mənzildə yaşamamış, ara-sıra həmin mənzilə gəlib-getmişdir. O da qeyd edilməlidir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Cavabdeh mənzildən çıxarıldığı təqdirdə övladlarının həmin mənzildə qalması onların mənafəyinə də uyğun deyil. Cavabdeh həmin mənzildə iddiçının oğlunun (uşaqların atasının) yaşadığını bildirsə də, iş materialları ilə bu təsdiq olunmur. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikahın pozulduğu nəzərə alındıqda bu hal ağlabatan deyil. O da qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından görünür ki, hazırki iş üzrə iddiaçının Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs qismində hazırki iş üzrə cavabdeh cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasına baxan məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin mənzilə əmlak hüquqlarının yaranıbyaranmaması, hazırda mövcud olubolmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə tədqiqatın predmeti ola bilməz. Yəni, həmin iş üzrə cavabdehin sözügedən mənzilə istifadə hüququ tanınmamışdır.
21. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən cavabdeh Cavabdeh “ailə üzvləri” ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə qənaəti qeyri-müəyyən olduğundan və qətnamənin icrası mərhələsində əlavə mübahisəyə yol açdığından kollegiya hesab edir ki, qətnamə bu hissədə dəyişdirilməli və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılması qət olunmalıdır. Belə ki, məhkəmə iclasında verilmiş suala cavab olaraq cavabdeh iddia ərizəsində “ailə üzvləri” qismində cavabdehin yetkinlik yaşına çatmayan uşaqlarını nəzərdə tutduğunu bildirmişdir.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 27.2-ci, Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.3, 99.1, 99.5, 99.6-cı, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 384.0.3, 385.2, 392.2-ci madələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnaməsi ilə şəxs ədalətli məhkəmə müdafiəsindən məhrum edilmişdir. Belə ki, tətbiq edilən maddi hüquq normalarına düzgün hüquqi qiymət verilməmiş, obyektiv və ədalətli qərar qəbul edilməmişdir. İş üzrə cavabdehlə mənzilin kirayəçisi olan iddiaçının oğlu arasında nikahın pozulması birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqların qanunla qorunan hüquqlarının pozulmasına səbəb ola bilməz. Mübahisəli mənzil dövlət mülkiyyətinə aid olduğundan və iddiaçının xidmət müddətinə, sahibliyinə və istifadəsinə verildiyindən həmin mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi və xitamı ilə əlaqədar müqavilə bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayətçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri(arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə tərəfindən mənzildən çıxarılmaları qət edilmiş yetkinlik yaşına çatmayan uşaqların hazırki iş üzrə iddiaçının nəvələri olması və atalarının hal-hazırda da həmin mənzildə qeydiyyatda olmaqla yaşaması faktı nəzərə alınmamışdır. Uşaqların analarının himayəsində olması, onların atasının yaşadığı mənzildə qalmalarına maneə olan hal kimi qiymətləndirilməməlidir. Nikah pozulduqdan sonra gəlin ailə üzvü hesab edilməsə də, onun ailə üzvüləri olan uşaqları, ##.##.2014-cü il təvəllüdlü qızı Leyla Əhmədova və ##.##.2017-ci il təvəllüdlü oğlu Cəsur Əhmədovla birlikdə mənzildən çıxarılması maddi hüquq normalarının tələbinə zidd olmuşdur. Uşaqların atası, iddiaçının oğlu olan Ruslan Əhmədov həmin mənzildə qeydiyyatdadır və onun qeydiyyatdan çıxaırlması və ya mənzildən çıxaırlması iddiaçı tərəfindən tələb edilmədiyindən onun həmin mənzildə yaşayış hüququnun olması müəyyən edilir və qanunvericiliyin tələbinə görə 14 yaşına çatmayan uşaqların yaşayış yeri valideyinlik hüququnu itirməmiş valideyinin yaşayış yeri sayılır. Məhkəmə Kollegiyası tərəfindən mənzildən anaları ilə birgə çıxarılmaları qət edilən uşaqlar, ##.##.2014-cü il təvəllüdlü Leyla Əhmədova və ##.##.2017-ci il təvəllüdlü Cəsur Əhmədov xidməti mənzilin kirayəçisi olan iddiaçı İddiaçı nəvələri olduğundan “digər qohum” katerqoriyasına aiddirlər və bununla da, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından onlar həmin yaşayış sahəsindən iş üzrə iddiaçı olan babaları və iddiaçının oğlu olan ataları ilə bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin kirayəçisinin oğlu ilə gəlininin ailə münasibətlərinə xitam verilməsi nəvələrin atası və babası ilə ailə münasibətlərinə də xitam verilməsi kimi qəbul edilə, qiymətləndirilə bilməz. Çünki hər iki cavabdeh iddiaçının nəvələridir və onların ailə münasibətlərinə xitam verilməsi mümkün deyildir. Qanunvericiliyin tələbinə görə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Uşaqların atası valideynlik hüququnu itirmədiyindən və hal-hazırda da həmin mənzildə yaşadığından uşaqların mənzildən çıxarılması barədə qərar əsassızdır. Məhkəmə kollegiyası nikah pozulduqdan sonra cavabdehin uşaqlarla birgə 3 ildən artıq müddətdə həmin mənzildə yaşamasını nəzərə almamışdır. Qətnamənin 37-ci bəndində göstərilir ki, cavabdehin övladları (iddiaçının nəvələri) iddiaçının həmin maddədə göstərilən “digər qohum”u sayılsa da onların mənzildən istifadə hüquqlarının yaranması üçün Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri baxımından iddiaçı ilə birgə təsərrüfat aparmalı idilər. Bu hal iş materialları ilə müəyyən edilmir. Əksinə müəyyən edilir ki, iddiaçı həmin mənzildə yaşamamış, ara-sıra həmin mənzilə gəlib-getmişdir. Qeyd edilməsi zəruridir ki, iddiaçı əvvəldən həmin mənzildə yaşamamışdır və məhkəmə araşdırması ilə də müəyyən edilmişdir ki, onun Bakı şəhəri Nərimanov rayonu, X8, ev 22 ünvanda ** saylı mənzili olmuş, həyat yoldaşı vəfat etdiksən sonra həmin mənzil qızı Rümiyyə Əhmədovanın adına keçirmişdir və hazıra orada kirayəçilər yaşayırlar. Özü isə 2-ci dəfə ailə qurmuş və hazırda həyat yoldaşı ilə birlikdə daimi olaraq Goranboy rayonu Veysli kəndində yaşayır. Bu hal onun məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi ünvan ilə də öz təsdiqini tapır. Məhkəmə kollegiyasının nəvələrin iddiaçı ilə birgə təsərrüfat aparmadıqlarına görə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək onların mənzildən çıxarılmaları barədə qərar qəbul etməsini əsassız hesab edirik. Əgər iddiaçı oğlunun ailəsi ilə birlikdə həmin məzildə yaşasaydı, birgə təsərrüfatdan danışmaq olardı. Məhkəmə tərəfindən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar (iddiaçının əvvəldən həmin mənzildə yaşamaması, Bakı şəhərində birgə mülkiyyət olan mənzilinin sonradan qızlarına bağışlanması və hazırda həmin mənzildə kirayəçilərin yaşaması, həyat yoldaşının vəfatından sonra ikinci dəfə evlənərək daimi olaraq Goranboy rayonu Veysli kəndində yaşaması və.s) araşdırılmadığından və həmin məsələlərə obyektiv və əsaslandırılmış hüquqi qiymət verilmədiyindən maddənin tələbləri pozulmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
27. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
28. Maddə 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər.
29. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
30. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
31. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
42. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
44. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən mübahisəli mənzilə sahiblik və istifadə hüququ olduğundan, onun cavabdehin həmin mənzildən çıxarılması barədə iddia irəli sürməyə müvafiq subyektiv hüququ vardır.
45. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh AR Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilən şəxslər sırasına aid deyil. Belə ki, cavabdeh iddiaçının ailə üzvü və ya digər qohumu deyil, habelə məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvü hesab edilməmişdir. Odur ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ yaranmamışdır.
46. Cavabdehin övladları (iddiaçının nəvələri) iddiaçının həmin maddədə göstərilən “digər qohum”u sayılsa da, onların mənzildən istifadə hüquqlarının yaranması üçün AR Mənzil Məcəlləsinin 68.1-ci maddəsinin tələbləri baxımından iddiaçı ilə birgə təsərrüfat aparmalı idilər. Bu hal isə iş materialları ilə müəyyən edilmir.
47. Əksinə, tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı həmin mənzildə yaşamamış, ara-sıra həmin mənzilə gəlib-getmişdir. O da qeyd edilməlidir ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Cavabdeh mənzildən çıxarıldığı təqdirdə övladlarının həmin mənzildə qalması onların mənafəyinə də uyğun deyil. Cavabdeh həmin mənzildə iddiçının oğlunun (uşaqların atasının) yaşadığını bildirsə də, iş materialları ilə bu təsdiq olunmur. İddiaçının oğlu ilə cavabdeh arasında bağlanmış nikahın pozulduğu nəzərə alındıqda bu hal ağlabatan deyil. O da qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, hazırki iş üzrə iddiaçının Yasamal rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs qismində hazırki iş üzrə cavabdeh cəlb edilməklə) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiasına baxan məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin mənzilə əmlak hüquqlarının yaranıbyaranmaması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə tədqiqatın predmeti ola bilməz. Yəni, həmin iş üzrə cavabdehin sözügedən mənzilə istifadə hüququ tanınmamışdır. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən cavabdehin “ailə üzvləri” ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə qənaəti qeyrimüəyyən
48. olduğundan və qətnamənin icrası mərhələsində əlavə mübahisəyə yol açdığından məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamə bu hissədə dəyişdirilməli və cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılması qət olunmalıdır. Belə ki, məhkəmə iclasında verilmiş suala cavab olaraq cavabdeh iddia ərizəsində “ailə üzvləri” qismində cavabdehin yetkinlik yaşına çatmayan uşaqlarını nəzərdə tutduğunu bildirmişdir.
49. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.