Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1155/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gediş-gəliş yolunun açılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Zaqatala şəhəri H.Əliyev prospekti *** saylı ünvanda 0,0266 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının 10-cu vərəqində qeydiyyata alınmışdır (##.##.2022-ci il tarixli çıxarışa əsasən).
2. ##.##.1994-cü il tarixdə Azərbaycan Respublikası Mətbuat və Informasiya Nazirliyi Kütləvi Informasiya Vasitələri Baş Idarəsi tərəfindən qeydə alınmış nizamnamənin surətindən görünür ki, “xxxx” müstəqil televiziya və radio kompaniyasının təsisçisi Cavabdehdur, hüquqi ünvanı ünvan 1 yerləşir.
3. Zaqatala rayonu Icra Hakimiyyəti Başçısının ## ###### 1997-ci il tarixli **** saylı sərəncamının surətindən görünür ki, Zaqatala şəhəri Azadlıq küçəsində yerləşən “xxxx” müstəqil televiziya studiya binasının atında yerləşən 0,04 ha torpaq sahəsi “xxxx” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmişdir.
4. AN **** saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, “xxxx” müstəqil televiziya şirkətinin Zaqatala şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə dair hüquqları qeydə alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 4 ünvanında yerləşən 0,0266 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin giriş qapısından Cavabdeh (bundan sonra – “cavabdeh”) məxsus qeyri-yaşayış binasının sağ tərəfindən Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala Şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yolun cavabdeh tərəfindən zəbt olunması ilə müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və həmin yolun cavabdehin öz vəsaiti hesabına açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi belə əsaslandırılmışdır ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərindən, mütəxəssis rəyi və ona əlavə edilmiş ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin yerləşmə vəziyyətinin sxemindən də görünür ki, qeyd olunan torpaq sahəsinə giriş qapısından Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş Zaqatala Şəhər Bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan yerli əhəmiyyətli (və ya təsərrüfat daxili) yol cavabdeh tərəfindən zəbt olunmuşdur. Bununla da torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən sərbəst istifadə edə bilmir.
7. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, “xxxx” müstəqil televiziya şirkətinin təsisçisi və rəhbəridir. Ona 1989-cu ildə 4 sot torpaq sahəsi verilmişdir. Torpaq sahəsi ona şəhadətnamə ilə verilmişdir, torpağın mülkiyyətçisi dövlət olsa da, təsisçisi olduğu şirkətin istifadəsinə verilmişdir. Həmin torpaq sahəsinə Çıxarış götürəcəkdir. Reyestr xidmətində həmin torpaq sahəsinin koordinatları artıq vurulmuşdur. O, iddiaçı tərəfindən onun istifadəsində olan torpaq sahəsinə açılan qapıdan istifadə olunmasına razı deyil.
8. Üçüncü şəxs Zaqatala Bələdiyyəsinin sədri X1 məhkəmə iclasında qeyd etmişdir ki, mübahisələndirilən yolun yerləşdiyi torpaq sahəsi hazırda bələdiyyənin mülkiyyətində deyildir. Onların əlində həmin ərazinin xəritəsi yoxdur. Cavabdehə bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi verilməmişdir. Bələdiyyə seçkiləri ilk dəfə rayonda 1999-cu ildə keçirilmişdir. Torpaq sahəsi isə cavabdehə 1989-cu ildə verilmişdir. Buna görə onlarda həmin torpaq sahəsinin kimə məxsus olması ilə bağlı məlumat yoxdur. Vətəndaşların mülkiyyətinə torpaq sahələri şəhadətnamə ilə verildiyindən həmin torpaq sahələrinin bələdiyyənin mülkiyyətində olması görsənir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir. Texniki səhv olduğundan torpaq sahəsi bələdiyyənin torpaq sahəsi kimi göstərilmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsində yerquruluşu üzrə mühəndis vəzifəsində işləyir. Zaqatala RPŞ-dən onlara məlumat daxil olarkən onlarda baş planla bağlı məlumat olmamışdır. Mübahisəli torpaq sahəsinə görə məlumatı onlar TEKUIS məlumat bazasına əsasən vermişlər. Bazada həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Daha sonra həmin torpaq sahəsinə baş plan işlənilmişdir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir, lakin istifadə üçün xxxx TV-yə verilmişdir. Açılan qapı yeri dövlətin mülkiyyətində olan torpaq sahəsinə açılır.
10. Zaqatala Rayon Məhkəməsinin (hakim – V.Məmmədov) # #### 2025-ci il tarixli, e*(***)-**/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
11. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd etmişdir ki, torpaq sahəsinin ayrıldığı “xxxx” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması və təsisçisinin də iddiaçı olması, ona ayrılmış torpaq sahəsinə dair istifadəçi hüquqlarının cavabdehin təsisçisi olduğu “xxxx” müstəqil televiziya və radio kompaniyasına və ya “xxxx” tele-radio şirkətinə keçməsi, eləcə də həmin şəxslərin eyni hüquqi şəxs olmaları halı təsdiq edilmədiyindən, bununla da torpaq sahəsinin ayrıldığı şəxs hazırda mövcud olmadığından, cavabdehin dəlilləri iddianın rədd edilməsinə əsas ola bilməz.
12. Işin halları ilə müəyyən edilənlər ondan ibarətdir ki, Zaqatala şəhəri Azadlıq küçəsində yerləşən 0,04 ha torpaq sahəsinin ayrılığı “xxxx” müstəqil televiziya studiyası (şirkəti), eləcə də “xxxx” müstəqil televiziya və radio kompaniyası və ya “xxxx” tele-radio şirkəti əvvəlki mülkiyyətçilərinə və ya iddiaçıya Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yolundan istifadə etmələrinə etiraz etməmiş, hazırda da həmin yoldan istifadə etməməsi üçün iddiaçıya hər hansı yazılı etiraz və ya tələb irəli sürmürlər.
13. Ümumiyyətlə, qeyd edildiyi kimi torpaq sahəsinin ayrıldığı “xxxx” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması da sübut olunmur, TEKUIS məlumat bazasında isə torpaq sahəsi bələdiyyənin mülkiyyətində və ümumi istifadədə olan torpaq sahəsi olaraq nəzərdə tutulur.
14. Məhkəmə, həmçinin vurğulamışdır ki, cavabdeh iddiaçının Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin mülkiyyətçisi olmamışdan qabaq həmin evin həyətyanı torpaq sahəsinin giriş qapısından, Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün yolun mövcud olmasını bilmiş və bunu qəbul etmişdir. Eyni zamanda cavabdehin keçid yolunun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququ yoxdur. Yəni onun keçid yolunun yerləşdiyi torpaq sahəsinə sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, ona iddiaçının sahibliyinə yol verməmək səlahiyyəti yoxdur. Torpaq sahəsinin ayrıldığı “xxxx” müstəqil televiziya studiyasının (şirkətinin) nə vaxtsa mövcud olması, ona ayrılmış torpaq sahəsinə dair istifadəçi hüquqlarının cavabdehin təsisçisi olduğu “xxxx” müstəqil televiziya və radio kompaniyasına və ya ilk dəfə ##.##.2005-ci il tarixdə qeydiyyata alınmaqla, torpaq sahəsinin ayrıldığı vaxt mövcud olmamış “xxxx” tele-radio şirkətinə keçməsi, eləcə də həmin şəxslərin eyni hüquqi şəxs olmaları, torpaqdan istifadə hüququnun həmin şəxslərə aid olması, bununla da gediş gəliş yolundan iddiaçı tərəfindən istifadəsinin onların hüquqlarına toxunması halı təsdiq edilməmişdir.
15. Belə olan halda, cavabdehin Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin giriş qapısından, TEKUIS məlumat bazasındakı qeydlərə əsasən Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid olan və ümumi istifadədə olan ərazi kimi Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş yoldan iddiaçının istifadə etməsinə törətdiyi maneələr qanunsuz olmuşdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 152.1, 152.5, 157.4-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə, 84, 111-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1, 88, 106.1, 218.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə 1 ədəd diskdəki görüntü və fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Həmin diskdə və fotoşəkillərdən görünür ki, ünvan 2 ünvanındakı evin əvvəlki sahibi X2 və X5 özbaşına və heç bir dövlət orqanında rəsmi icazə almayaraq ünvan 2 ünvanındaki evin divarını dağıdıb onun istifadəsində olan əraziyə qapı qoymuşdur. ünvan 2 ünvanındaki evin əvvəlki sahibi X2 və X5 özbaşına və heç bir dövlət orqanında rəsmi icazə almayaraq ünvan 2 ünvanındaki evin divarını dağıdıb onun istifadəsində olan əraziyə qapı qoymaları ilə bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılmış, ##.##.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmiş, həmin qərar Zaqatala Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə hər iki təqdim etdiyi sübüta münasibət bildirməmiş, qətnaməsində sübutları qiymətləndirməmişdir. Odur ki, Zaqatala Rayon Məhkəməsi onun hüquqlarına xələl gətirilməsinə göz yumaraq, ünvan 2 ünvanındakı evin əvvəlki mülkiyətçisi X2 və X5 öz başına qanunsuz hərəkətlərinə, bundan sonra isə həmin qanunsuz hərəkətləri davam edən İddiaçı afərin deməklə və iddiaçının xeyrinə qərar verməklə Mülki Məcəllənin 1.1-ci və 1.2-ci maddələrinin tələblərini pozmuşdur. Zaqatala Rayon Məhkəməsi mübahisəli torpağın Zaqatala Rayon Bələdiyyəsinə heç bir aidiyyəti olmadığı halda Bələdiyyəni üçüncü şəxs qismində cəlb etmiş, lakin Zaqatala Rayon Icra Hakimiyyətini və Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi idarəsini üçüncü şəxs kimi işə cəlb etməmiş, Zaqatala Rayon Icra Hakimiyyətinin və Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi idarəsinin rəyini, fikrini və mövqeyini araşdırmamışdır.
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir (hakimlər: T.Musayev – sədrlik edən və məruzəçi, E.Isayev və E.Mehdiyev).
20. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli ərazi Zaqatala şəhər Bələdiyyəsinin ərazisi deyil, dövlət mülkiyyətində olmaqla Zaqatala rayonu Icra Hakimiyyəti Başçısının ## ###### 1997-ci il tarixli **** saylı sərəncamına əsasən “xxxx” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmişdir.
21. Belə ki, birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-2(033)- ****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli, **/*** nömrəli rəyindəki ziddiyyətlər məhkəmə tərəfindən araşdırılmamış, buna hüquqi qiymət verilməmiş, mübahisəli ərazinin Zaqatala şəhər bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan olan ərazi kimi qiymət verməklə, nəticədə iş üzrə düzgün və hərtərəfli məhkəmə araşdırılmasını təmin etməmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli ərazinin TEKUIS məlumat bazasındakı qeydlərə əsasən Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətinə aid olan və ümumi istifadədə olan olan ərazi kimi qiymətləndirməklə, cavabdehin Zaqatala şəhəri, H.Əliyev prospektinə keçid üçün nəzərdə tutulmuş yoldan iddiaçının istifadə etməsinə törətdiyi maneələrin qanunsuz olması qənaətinə gələrkən səhvə yol vermişdir.
23. Işə əlavə edilmiş Azərbaycan Respublikasının Iqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli mütəxəssis rəyində göstərilir ki:
24. Zaqatala Rayonu Icra Hakimiyyəti Başçısının ## ###### 1997-ci il tarixli **** saylı sərəncamına əsasən AN **** saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə ilə “xxxx" müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə 0,04 ha torpaq sahəsi verilərkən sənəddə həmin ərazinin koordinatları qeyd edilməmişdir və sənəd üzrə ayrılan torpaq sahəsinin ölçüləri 0,04 ha qeyd edilmişdir. Həmin ərazidə yerləşən tikili altı sahənin hal-hazırda naturada ölçüləri 304,36 m2-dir.
25. Zaqatala Rayonu Icra Hakimiyyəti Başçısının ## ###### 1997-ci il tarixli **** saylı sərəncamına əsasən AN **** saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Şəhadətnamə ilə “xxxx” müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilmiş 0,04 ha torpaq sahəsinə dair hazırlanmış baş planda göstərilən koordinatlara əsasən həmin ərazinin ölçüsü 393,22 m2-dir.
26. Zaqatala Rayonu Icra Hakimiyyəti Başçısının ## ###### 1997-ci il tarixli **** saylı sərəncamına əsasən AN **** saylı Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair şəhadətnamə ilə “xxxx" müstəqil televiziya studiyasının (şirkətinin) daimi istifadəsinə verilərkən sənəd üzrə koordinatlar işlənilməmişdir ancaq sənəddə göstərilən cizgilərlə həmin torpaq sahəsinə hazırlanmış ##.##.2024-cü il tarixli baş planda göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşür. Mübahisələndirilən ərazinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli **/*** nömrəli ekspert rəyində göstərilmiş “TEKUIS məlumat bazasında ünvan 5 ünvanında yaşayan İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən torpaq sahəsi Zaqatala bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları daxilində ümumi istifadədə olan ərazi kimi işlənsədə həmin mübahisəli ərazi “xxxx" müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşir. İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən mübahisələndirilən torpaq sahəsi “xxxx” müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşir.
28. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Iqtiadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala ərazi Idarəsinin mütəxəssisləri tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli mütəxəssis rəyinə aydınlıq gətirilməsi üçün mütəxəssislər Fərid Əhmədov və Rəşad Xalbayev məhkəmə kollegiyasının iclasına dəvət edilərək izahatları alınmışdır. Qeyd olunan mütəxəssis rəyləri və mütəxəssislərin izahatları ilə müəyyən olunmuşdur ki, mübahisəli ərazi, yəni iddiaçının açılmasını və yol kimi istifadə etməsini tələb etdiyi ərazi Zaqatala şəhər Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadədə olan ərazi deyil, dövlət mülkiyyətində olmaqla Zaqatala rayonu icra Hakimiyyəti Başçısının ## ###### 1997-ci il tarixli **** saylı sərəncamına əsasən “xxxx” müstəqil televiziya şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşir.
29. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, araşdırma zamanı cavabdeh tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulması halı müəyyən edilməmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli mütəxəssis rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
31. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, tərəflərin iştirakı ilə mübahisəli əraziyə ## ####### 2025-ci il tarixdə yerli baxış keçirilmiş, baxış zamanı iddiaçının Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evinə və həyətyanı torpaq sahəsinə daha əlverişli şərtlərlə gediş-gəliş yolunun olması müəyyən olunmuşdur (Yerli baxış zamanı çəkilmiş videogörüntülər mülki işin materiallarına əlavə olunmuşdur i.v 74).
32. Kollegiya vurğulamışdır ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı məxsus yaşayış evinin qarşısında yerləşən mübahisələndirilən torpaq sahəsi “xxxx” müstəqil televiziya şirkətinə məxsus torpaq sahəsinin Baş planının cizgisinin hüdudları daxilində yerləşən ərazi olduğundan, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Zaqatala şəhəri H.Əliyev prospekti 155 ünvanında yerləşən evinə və həyətyanı torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş yolu bağlaması və yol sahəsini zəbt etməsi müəyyən edilmədiyi halda, cavabdehin zəbt etmədiyi bir yolu açması qanunauyğun hal hesab edilə bilməz.
33. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 152, 157.4, 158.2, 158.4, 170.1, 170.2, 238.1, Torpaq Məcəlləsinin 18, 84, 111, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
34. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
35. Mülki Məcəllənin 152.1, 180.1, Torpaq Məcəlləsinin 67, 68 və 111-ci maddələri üzrə - apellyasiya məhkəməsi cavabdehin mübahisəli torpaq sahəsində apardığı tikinti işlərinin qanuniliyini qiymətləndirmədən iddianı rədd etmişdir. Halbuki iş materiallarından cavabdehin həmin torpaq sahəsi üzərində hər hansı hüququnun mövcudluğu müəyyən olunmur. Cavabdeh, torpaq sahəsinə hüququnu “xxxx” müstəqil televiziya studiyasına ayrılmış torpaq sahəsi ilə əlaqələndirsə də, bu hüququn ona hansı əsasla keçməsi və ümumiyyətlə, hüquqi varisliyin olub-olmaması sübuta yetirilməmişdir. Həmçinin həmin hüququn dövlət qeydiyyatına alınmasını təsdiq edən sübut yoxdur. Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq sahələri üzərində hüquqlar yalnız dövlət qeydiyyatından sonra yaranır və qeydiyyatsız hüquqlar hüquqi müdafiə olunmur. Cavabdehin torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatı ilə təsdiq edilməməsi onun həmin sahədə tikinti aparmaq səlahiyyətinin olmadığını göstərir və bu hal Torpaq Məcəlləsinin 111-ci maddəsinin mənasında torpağın özbaşına tutulması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, mübahisəli ərazidə aparılan tikintinin torpaq sahəsinin təyinatına uyğunluğu, müvafiq icazələrin mövcudluğu və şəhərsalma normalarına riayət edilməsi araşdırılmamışdır. MM-in 180.1-ci maddəsinə əsasən bu tələblər pozulduqda tikili özbaşına hesab olunur. Eyni zamanda, mülkiyyət hüququ yalnız qanuni əsas olduqda məhdudlaşdırıla bilər (MM 152.1). Cavabdehin belə əsası müəyyən edilmədiyindən onun hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxilədir. Göstərilən hallar araşdırılmadan və cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmədən qətnamə qəbul edilməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsidir.
36. Mülki Məcəllənin 152.5, 157.4, 180.4 və 239.1-ci maddələri üzrə - apellyasiya məhkəməsi cavabdehin hərəkətlərinin iddiaçının hüquq və maraqlarına təsirini düzgün qiymətləndirməmişdir. Iş materiallarından görünür ki, cavabdehin apardığı tikinti işləri nəticəsində iddiaçının istifadə etdiyi giriş yolu bağlanır, onun əmlakından sərbəst istifadə imkanları məhdudlaşır. MM-nin 152.5-ci maddəsinə görə mülkiyyətçi əmlakından sərbəst istifadə etmək hüququna malikdir və bu hüquq yalnız qanuni əsas olduqda məhdudlaşdırıla bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən mülkiyyətçi əşyadan məhrum edilmədən ona maneələr yaradıldıqda həmin maneələrin aradan qaldırılmasını tələb edə bilər. Iddiaçı da məhz cavabdehin yaratdığı maneənin aradan qaldırılmasını tələb etmişdir. Apellyasiya məhkəməsi bu hüquqi çərçivəni nəzərə almadan alternativ giriş yolunun mövcudluğunu əsas götürmüşdür. Halbuki alternativ yolun olub-olmaması cavabdehin yaratdığı maneəni aradan qaldırmır və onun hərəkətlərinə hüquqi əsas vermir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsi hazırk ımübahisənin həlli üçün həlledici əhəmiyyət daşımır. Iş materiallarından göründüyü kimi, söhbət hamının buraxılması üçün açıq olan, ümumi istifadədə olan torpaq sahəsindən gedir. MM-nin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər belə torpaq sahələrində heç bir icazə almadan sərbəst istifadə etmək hüququna malikdirlər. Bu normada nəzərdə tutulan “sərbəst istifadə” hüququ birbaşa olaraq həmin şəxslərin belə ərazilərdən maneəsiz istifadə imkanını təmin edir. Bu baxımdan iddiaçının evinin girişinin qarşısında yerləşən və faktiki olaraq ümumi istifadədə olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi onun bu hüququnun məhdudlaşdırılması deməkdir. Belə olan halda iddiaçı həmin maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda, Mülki Məcəllənin 180.4-cü maddəsinə görə özbaşına tikilinin sökülməsini tələb etmək hüququ olan subyektlərdən biri “maraqlı tərəfdir”. Hazırkı halda iddiaçı maraqlı tərəfdir, çünki cavabdehin hərəkətləri nəticəsində onun giriş-çıxış imkanı aradan qaldırılır və ümumi istifadədə olan sahə zəbt olunur. Bu hallar iddiaçının hüquq və maraqlarına birbaşa təsir etdiyindən, onun tikilinin aradan qaldırılmasını tələb etmək hüququ mövcuddur. Göstərilən hallar nəzərə alınmadan iddianın rədd edilməsi cavabdehin hərəkətlərinin iddiaçının hüquqlarına müdaxilə təşkil edib-etməməsinin düzgün qiymətləndirilmədiyini və maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini göstərir.
37. MPM-in 217.1 və 217.3-cü maddələri üzrə - qətnamə iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmamış və nəticə ilə əsaslandırma arasında məntiqi bağlılıq təmin edilməmişdir. Hazırkı mübahisənin əsası – cavabdehin mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olub-olmaması, bu hüququn ona hansı əsasla keçməsinin sübuta yetirilməməsi, eləcə də aparılan tikintinin qanuniliyinin təsdiq edilməməsi və bu hərəkətlərin iddiaçının istifadəsinə (giriş-çıxışına) maneə yaradıb-yaratmaması halları apellyasiya məhkəməsi tərəfindən ya, ümumiyyətlə, cavablandırılmamış, ya da dolayı şəkildə kənara qoyulmuşdur. Məhkəmə bu həlledici hallara hüquqi qiymət vermədən, nəticəni yalnız torpaq sahəsinin statusu ilə bağlı qeyri-müəyyən mülahizələr üzərində qurmuşdur. Bu yanaşma nəticəsində qətnamənin əsaslandırıcı hissəsi ilə gəlinən nəticə arasında məntiqi bağlılıq pozulmuş, işin həqiqi halları ilə uyğun gəlməyən nəticə formalaşdırılmışdır.
38. MPM-in 218.3-cü maddəsi üzrə - hazırkı işdə iddia tələbi cavabdehin qanunsuz tikinti işləri aparmaqla yaratdığı maneənin aradan qaldırılması və bu hərəkətlərə son qoyulması ilə bağlı olduğu halda, apellyasiya məhkəməsi mübahisəni fərqli məzmunda qiymətləndirərək iddiaçının guya alternativ yoldan istifadə imkanını əsas götürmüşdür. Bununla da məhkəmə iddia tələbinin mahiyyətini dəyişmiş, onu faktiki olaraq servitut xarakterli mübahisə kimi təfsir etmişdir. Alternativ yolun mövcudluğu və ya onun “daha əlverişli” hesab edilməsi iddia tələbinin hüquqi əsası ilə bağlı olmayan, subyektiv qiymətləndirmə xarakterli haldır və mübahisənin həlli üçün həlledici əhəmiyyət daşımır. MPMin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016 tarixli qərarında göstərilmişdir ki, məhkəmə iddia tələbinin hüdudlarından yalnız qanunla nəzərdə tutulmuş müstəsna hallarda çıxa bilər və bu, iddianın predmetinin dəyişdirilməsinə yönəlməməlidir. Hazırkı işdə isə belə müstəsna hallar mövcud olmadan məhkəmə iddia tələbinin hüquqi mahiyyətini dəyişmişdir. Apellyasiya məhkəməsi isə iddia tələbinin predmetini dəyişərək qeyri-müəyyən və ziddiyyətli hüquqi vəziyyət yaratmışdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu yanaşmanı təsdiq edir. Belə ki, Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında iddia tələbindən kənara çıxma qətnamənin ləğvi üçün əsas kimi qiymətləndirilmiş, *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında iddia tələbinin mahiyyətinin düzgün müəyyən edilməməsi və araşdırma predmetinin səhv seçilməsi apellyasiya qərarının ləğvinə səbəb olmuş, *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarında isə məhkəmənin ilkin vəzifəsinin məhz iddia tələbinin predmetini düzgün müəyyən etmək olduğu qeyd edilmişdir. Bu hallar onu göstərir ki, apellyasiya məhkəməsi hüququ tətbiq edərkən iddia tələbinin mahiyyətini səhv təfsir etmişdir. MPM-in 386-cı maddəsinə əsasən hüququn səhv təfsiri maddi hüquq normalarının pozulması hesab olunur və qətnamənin ləğvi üçün əsasdır.
39. MPM-in 88-ci maddəsi üzrə - apellyasiya məhkəməsi iş üzrə sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirməmişdir. Qətnamənin 52, 57, 60, 61 və 63-cü bəndlərində ##.##.2025 tarixli, *(***)-***/**** nömrəli mütəxəssis rəyinə istinad edilmişdir. Lakin həmin tarix və nömrə ilə mütəxəssis rəyi iş materiallarında mövcud deyildir. Bu hal sübutların formal qiymətləndirildiyini və məhkəmənin iş materiallarını lazımi qaydada tədqiq etmədiyini göstərir. Digər tərəfdən, iş materiallarında olan DƏDKR PHŞ-nin ** saylı Zaqatala Ərazi Idarəsinin ##.##.2025 və ##.##.2025-ci il tarixli məlumat və mütəxəssis rəyində torpaq sahəsinin mülkiyyət növü barədə qəti nəticə yoxdur. DWG materiallarına əsasən torpağın dövlət və ya bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilməmiş, “xxxx” müstəqil televiziya studiyasına verilmiş AN**** saylı sənəd üzrə torpaq sahəsinin koordinatları göstərilməmişdir. Eyni zamanda ərazinin TEKUIS məlumat bazasında bələdiyyə mülkiyyətində olan ümumi istifadəli sahə kimi qeyd edildiyi göstərilmişdir. Bu ziddiyyətli və qeyri-müəyyən məlumatlar əsasında qəti nəticəyə gəlmək mümkün olmadığı halda, apellyasiya məhkəməsi onları mötəbər sübut kimi qəbul etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinin cavabdehin mübahisəli torpaq sahəsi üzərində subyektiv hüququnun olmaması və bu hüququn ona keçməsinin sübuta yetirilməməsi ilə bağlı əsaslandırmasına (Qətnamənin 10-13-cü bəndləri), ümumiyyətlə, münasibət bildirilməmişdir. Xüsusilə, cavabdehin təsisçisi olduğu “xxxx” teleradio şirkətinin ayrıca hüquqi şəxs kimi sonradan yaradılması, onun əvvəlki “xxxx” müstəqil televiziya studiyasının hüquqi varisi olub-olmaması, yaxud ona məxsus torpaqdan istifadə hüququnun bu yeni hüquqi şəxsə və ya birbaşa cavabdehə keçməsi məsələsi qiymətləndirilməmişdir. Cavabdeh də bu hallarla bağlı mötəbər sübut təqdim etməmişdir (MPM 77.1). Buna baxmayaraq, apellyasiya məhkəməsi sübutetmə yükünü nəzərə almadan sübuta yetirilməmiş ehtimallara əsaslanmışdır. Beləliklə, sübutların bir hissəsinin ümumiyyətlə, qiymətləndirilməməsi, digər hissəsinin isə ziddiyyətləri aradan qaldırılmadan əsas götürülməsi MPM-in 88-ci maddəsinin tələblərinin pozulmasıdır.
40. MPM-in 81-ci maddəsi üzrə - Cavabdehin torpaq sahəsi üzərində hüququnun olubolmaması yalnız hüquqmüəyyənedici sənədlər və dövlət qeydiyyatı məlumatları ilə təsdiq oluna bilər. Torpaq Məcəlləsinin 67 və 68-ci maddələrinə görə torpaq sahəsi üzərində hüquqlar yalnız dövlət qeydiyyatından sonra yaranır və hüquqi qüvvə əldə edir. Cavabdeh isə bu hüququ əsaslandırmaq üçün yalnız “xxxx” müstəqil televiziya studiyasına verilmiş istifadə hüququna istinad etmiş, lakin həmin hüququn mövcudluğunu, kimə məxsus olmasını və ona keçməsini təsdiq edən dövlət qeydiyyatı sənədlərini təqdim etməmişdir. Həmçinin həmin hüquqi şəxsin mövcudluğu və hüquqlarının davamlılığı da sübuta yetirilməmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi hüquqmüəyyənedici sənədlər olmadan, yalnız mücərrəd və ziddiyyətli mütəxəssis rəyi və izahatlara əsaslanaraq nəticəyə gəlmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
44. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
45. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
46. Maddə 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
47. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
48. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
49. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
50. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
51. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
52. Maddə 18.1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
53. Maddə 18.2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;
54. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
55. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
56. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
57. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
66. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
68. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları, mütəxəssis rəylərini və mütəxəssislərin izahatlarını qarşılıqlı əlaqədə qiymətləndirərək mübahisəli ərazinin iddiaçının istinad etdiyi kimi ümumi istifadədə olan yol olmadığını, “xxxx” müstəqil televiziya studiyasının istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini müəyyən etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının istifadəsində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə daha əlverişli gedişgəliş imkanları mövcuddur və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradılması sübuta yetirilməmişdir.
69. Şikayətin dəlilləri isə mahiyyət etibarilə sübutların yenidən qiymətləndirilməsinə və iş üzrə müəyyən edilmiş faktiki halların mübahisələndirilməsinə yönəlmişdir ki, bu da kassasiya baxışının hədlərindən kənardır.
70. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.
71. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
72. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.