Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1159/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ** saylı X6 Mərkəzinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. ##.##.2024-cü il tarixli Aktdan görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ** saylı X6 Mərkəzinin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Kəlbəcər rayonu, Çaykənd kənd sakini, hazırda Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşmış Cavabdeh tərəfindən “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr ölçüdə mal-qara üçün tövlələr, 1 ədəd 4x4 metr ölçüdə yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr ölçüdə çiy kərpicdən yaşayış evi tikildiyi aşkar edilmişdir.
2. ##.##.2024-cü il tarixdə aparılmış yoxlamanın hesablama cədvəlindən görünür ki, “Zülfalı” meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat hesablanmışdır.
3. Pretenziya məktubundan görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ** saylı X6 Mərkəzi tərəfindən məsələnin məhkəmədən kənar həll edilməsi məqsədilə Cavabdeh təbiətə vurduğu ziyana görə 308 manat ödəməsi barədə xəbərdarlıq edilmişdi.
4. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin * saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2025-ci il tarixli məktubdan görünür ki, X2 Təsərrüfatı Mərkəzinin “Zülfalı” meşəbəyliyinin 2-ci dolayının 1-ci və 2-ci kvartalları X1 torpaqlarına aiddir.
5. AR Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məhkəmənin sorğusuna əsasən verdiyi cavab məktubundan görünür ki, Cavabdeh Bərdə rayonu, Qarabağ qəsəbəsində məskunlaşmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ** saylı X6 Mərkəzi (bundan sonra- iddiaçı) iddia ərizəsi ilə müraciət edərək, Kəlbəcər rayon, Çaykənd kənd sakini, halhazırda
6. Bərdə rayonu, Qaradağlı kədində yaşayan Cavabdeh “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.60 ha meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq iddiaçıya təhvil verilməsi, meşə fondu sahəsində özbaşına mal-qara otarması nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 308 manatın cavabdehdən tutularaq iddiaçının “xxxx” ASC Bərdə rayon şöbəsində olan hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən, Kəlbəcər rayonu, Çaykənd kənd sakini, hazırda Bərdə rayonu, Qaradağlı kəndində yaşayan Cavabdeh tərəfindən “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr ölçüdə mal-qara üçün tövlələr, 1 ədəd 4x4 metr ölçüdə yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr ölçüdə çiy kərpicdən yaşayış evinin tikilməsi faktı müəyyən edilmişdi. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakı ilə ##.##.2024cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına ##.##.2024-cü il tarixli məktub göndərilmişdi. Buna baxmayaraq, X1na aid torpaq sahəsi həmin vaxta kimi boşaldılmamışdır və X1 torpaqlarında qanunsuz mal-qara otarılmasına görə ##.##.2019-cu il tarixli, ** saylı qərarla hesablanmış 308 manat zərər ödənilməmişdi. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
8. Daha sonra, iddiaçının nümayəndəsi Əliyev Adil İsmayıl oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ərizədə Kəlbəcər rayonu, Çaykənd kənd sakini, hazırda Bərdə rayonu, Qaradağlı kəndində yaşayan cvabdehin ailə üzvləri ilə birlikdə “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu, yəni zəbt etdiyi 0.60 ha meşə fondu torpağından çıxarılması və həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulması, ərazinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi xahiş edilmişdir.
9. Eyni zamanda, meşə fondu sahəsində özbaşına mal-qara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi olaraq 308 manatın cavabdehdən tutularaq iddiaçının “xxxx” ASC Bərdə rayon Şöbəsində olan hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bərdə Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia qismən təmin edilərək, cavabdehin ailə üzvləri ilə birlikdə “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu (zəbt etdiyi) 0.60 ha meşə fondu torpağından çıxarılması, həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulması, ərazinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Belə ki, mülki işə əlavə olunmuş ##.##.2024-cü il tarixli Akta əsasən iddiaçının əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən, Kəlbəcər rayonu, Çaykənd kənd sakini olmuş, hal-hazırda Bərdə rayonu, Qaradağlı kəndində yaşamış cavabdeh tərəfindən “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr mal-qara üçün tövlə, 1 ədəd 4x4 metr yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı aşkar edilmişdir.
11. ##.##.2024-cü il tarixdə aparılmış yoxlamanın hesablama cədvəlinə əsasən “Zülfalı” meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat hesablanmışdır.
12. Mülki işə əlavə olunmuş pretenziyadan görünür ki, iddiaçı tərəfindən məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə təbiətə vurduğu ziyana görə 308 manat məbləğin ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, işə əlavə edilmiş Reyestr Xidmətinin * saylı Bərdə Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, cavabdehin Zülfalı meşəbəyliyinin 2-ci dolayının 1-ci və 2-ci kvartalları X1 torpaqlarına aid olmuşdur.
14. Mülki işə əlavə olunmuş AR Qaçqınların və Mcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məhkəmənin sorğusuna əsasən cavab məktubunda qeyd olunmuşdur ki, cavabdeh Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Bərdə rayoru, Qarabağ qəsəbəsində məskunlaşmışdır.
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən, Kəlbəcər rayonu, Çaykənd kənd sakini olmuş, hal-hazırda Bərdə rayonu, Qaradağlı kəndində yaşayan cavabdeh tərəfindən “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr mal-qara üçün tövlə, 1 ədəd 4x4 metr yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında ##.##.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. ##.##.2024-cü il tarixdə aparılmış yoxlamanın nəticəsində “Zülfalı” meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat hesablanmışdır.
16. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla, Bərdə rayonu, Qarabağ qəsəbəsində məskunlaşmış, “Zülfalı” meşəbəyliyindən isə kənd təsərrüfatı məqsədi ilə istifadə etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərmişlər.
18. Məhkəmə qeyd etmişdir ki, işdə olan materiallar və cavabdehin özünün həmin mübahisəli torpaq sahəsindən istifadə etməsi barədə etirafı ilə onun qanunsuz olaraq meşə fondu torpaq sahəsini zəbt etməsi sübuta yetirildiyi nəzərə alınaraq, iddia tələbi qismən təmin olunmalı, Bərdə rayonu, Qaradağlı kəndində yaşayan cavabdehin ailə üzvləri ilə birlikdə “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu, yəni zəbt etdiyi 0.60 hektar meşə fondu torpağından çıxarılmalı və həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulmalıdır.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbi maddi ziyan tələbi hissəsində təmin oluna bilməz. Belə ki, mülki iş materiallarından görünür ki, cavabdehin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə hallarının aşkar olunmasına dair tərtib olunmuş ##.##.2024-cü il tarixli Akt cavabdehin iştirakı olmadan tərtib olunmuş, o, həmin aktla tanış edilməmişdir.
20. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən təbiətə 308 manat məbləğində maddi zərər yetirilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Hazırkı halda cavabdehin təbiətə maddi zərər yetirməsi sübuta yetirilməmişdir.
21. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 164.1, 165.1, 560.1, 560.2, 560.3-cü, Torpaq Məcəlləsinin 31, 34, 38, 46-cı, habelə MPM-nin 14.2, 77.1, 88, 119.1, 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsinin maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini bildirmişdir. Belə ki, o, Kəlbəcər rayonu, Çaykənd kəndindən məcburi köçkün düşdükdən sonra həmin ərazidə müvəqqəti məskunlaşmışdır. 1993-cü ildən həmin günədək qeyd edilən ərazidə yaşamışdır. Onların məcburi köçkün kimi sözügedən ərazidən başqa yaşamağa yerləri olmamışdır. Bu səbəbdən də sözügedən qətnamənin təkcə onun deyil, ailəsinin də çöldə qalmasına səbəb olduğunu qeyd etmişdir. Ona görə də qarşıdan soyuq qış aylarının gəlməsini nəzərə alaraq, ona Kəlbəcər rayonunda ev verilənə qədər möhlət verilməsini, sonradan isə oradan çıxaraq Kəlbəcər rayonuna köçüb yaşayacağını xahiş etmişdir. O, həmçinin qeyd etmişdir ki, işə səthi baxmış hakim qətnamənin “qət etdi” hissəsində ona aidiyyəti olmayan bir şəxsin — X4 çıxarılmasını qeyd etmişdir. Halbuki o, həmin şəxsi ümumiyyətlə tanımamış və belə olan halda qətnamənin öz qüvvəsindən düşmüş hesab olunduğunu bildirmişdir. Bu səbəbdən də qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsasların olduğunu qeyd etmişdir. Qeyd olunanlara əsasən, işə baxmış məhkəmənin yuxarıda sadalanan hallara əhəmiyyət vermədiyini və onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etdiyini hesab etmişdir. Bu səbəbdən də sözügedən qətnamənin ləğv edilməli olduğunu bildirmişdir.
26. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev sədrlik edən, məruzəçi, Günay Cavadova və Tural Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən, Kəlbəcər rayonu, Çaykənd kənd sakini olmuş, hal-hazırda Bərdə rayonu, Qaradağlı kəndində yaşayan cavabdeh tərəfindən “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr mal-qara üçün tövlə, 1 ədəd 4x4 metr yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında ##.##.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir.
29. ##.##.2024-cü il tarixdə aparılmış yoxlamanın nəticəsində “Zülfalı” meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat hesablanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh Kəlbəcər rayonundan məcburi köçkün olaraq Bərdə rayonu, Qarabağ qəsəbəsində məskunlaşmış, “Zülfalı” meşəbəyliyindən isə kənd təsərrüfatı məqsədi ilə istifadə etmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və iddia qismən təmin edilmişdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlı olmuş və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalı idi.
31. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin zəbt edib məskunlaşdığı ərazi iddiaçının mülkiyyətində olmuşdur. Bu hal həm mülki iş materialları, həm də məhkəmə araşdırması zamanı cavabdehin öz izahatı ilə də təsdiqini tapmışdır.
32. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassız olmuşdur.
33. Məkəmə kollegiyası iş materiallarını yuxarıda göstərilən normalar əsasında araşdıraraq qeyd etmişdir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir. İddiaçının nümayəndəsi qətnamənin təmin olunmamış hissəsindən apellyasiya şikayəti verməmişdir.
34. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən, Kəlbəcər rayonu, Çaykənd kənd sakini olmuş, hal-hazırda Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşan cavabdeh tərəfindən “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyriqanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr mal-qara üçün tövlə, 1 ədəd 4x4 metr yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı müəyyən edilmişdir.
35. Həmin fakt əsasında ##.##.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Aparılmış yoxlamanın nəticəsində “Zülfalı” meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat hesablanmışdır.
36. Həmçinin məhkəmə kollegiyası müəyyən etmişdir ki, cavabdeh Kəlbəcər rayonundan məcburi köçkün olaraq Bərdə rayonu, Qarabağ qəsəbəsində məskunlaşmış, “Zülfalı” meşəbəyliyindən kənd təsərrüfatı məqsədi ilə istifadə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu, yəni zəbt etdiyi 0.60 hektar meşə fondu torpağından çıxarılması, həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulması, ərazinin cavabdehin hesabına boşaldılaraq cavabdehə təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
37. Məhkəmə kollegiyasının iclasında cavabdeh torpaq sahəsinin meşə fonduna aid olduğunu, həmin torpaq sahəsindən istifadə etməsi ilə bağlı müqavilə bağlamadığını bildirmişdir.
38. Göründüyü kimi, apellyasiya şikayəti formal xarakter daşımış və təmin edilməsi üçün əsaslar olmamışdır.
39. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmış, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən və gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir.
40. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini AR Konstitusiyasının 13.1, 29.1, 29.3, 60, 72,-ci, Mülki Məcəllənin 152.1, 152.4,152.5,157.4-cü, Torpaq Məcəlləsinin 31, 34, 38, 46,84, 111-ci, habelə MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
41. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin 0# ###### 2026-cı il tairxli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
42. Kassasiiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonu, Çaykənd kəndindən məcburi köçkün düşmüş və 1993-cü ildən bu günədək ailəsi ilə birlikdə sözügedən ərazidə məskunlaşdığını bildirmişdir. Başqa yaşamağa yerlərinin olmadığını qeyd etmişdir. Mülkiyyət və yaşamaq hüququ ilə bağlı qeyd etmişdir ki, məhkəmə mülkiyyətçinin hüquqlarını mütləq hesab edərək, məcburi köçkün ailəsinin çöldə qalması və sığınacaqsız qalması riskini nəzərə almamışdır. Sosial-humanitar vəziyyətlə bağlı bildirmişdir ki, soyuq qış ayları və Kəlbəcər rayonunda dövlət tərəfindən evlə təmin olunana qədər müvəqqəti məskunlaşma ehtiyacı nəzərə alınaraq möhlət verilməsi barədə tələbi araşdırılmamışdır. Sübutların qiymətləndirilməməsi ilə bağlı qeyd etmişdir ki, AR MPM-in 88 və 127-ci maddələrinə zidd olaraq, məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə ümumiyyətlə hüquqi qiymət verilməmiş, həmin dəlillər formal xarakterli hesab edilmişdir. O, AR Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməli olduğunu, mövcud qətnamənin isə onun və ailəsinin konstitusion hüquqlarını pozduğunu bildirmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
44. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
45. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
47. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
48. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
49. Maddə 31. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı- satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.
50. Maddə 34. Torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir.
51. Maddə 38. Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlət torpaq fonduna vurulan zərərin, kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin torpaq qanunvericiliyinin pozulmasına görə cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət edilməsi, iddialar qaldırılması vəzifəsini həyata keçirir.
52. Maddə 46. Meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir.
53. Maddə 84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlüklə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
65. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
66. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
67. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən ##.##.2024-cü il tarixdə “Zülfalı” meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən, Kəlbəcər rayonu, Çaykənd kənd sakini olmuş, hal-hazırda Bərdə rayonu, Qaradağlı kəndində məskunlaşan cavabdeh tərəfindən “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalının 3.10 ha torpaq sahəsində qeyri-qanuni olaraq 1 ədəd 5x15 metr, 2 ədəd 4x12 metr mal-qara üçün tövlə, 1 ədəd 4x4 metr yerdən qazılmış tövlə və 2 ədəd 4x6 metr çiy kərpicdən yaşayış evinin tikilməsi faktı müəyyən edilmişdir. Həmin fakt əsasında ##.##.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir.
68. ##.##.2024-cü il tarixdə aparılmış yoxlamanın nəticəsində “Zülfalı” meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 308 manat hesablanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, cavabdeh Kəlbəcər rayonundan məcburi köçkün olaraq Bərdə rayonu, Qarabağ qəsəbəsində məskunlaşmış, “Zülfalı” meşəbəyliyindən isə kənd təsərrüfatı məqsədi ilə istifadə etmişdir. Ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
69. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin zəbt edib məskunlaşdığı ərazi iddiaçının mülkiyyətində olmuşdur və bu hal həm mülki iş materialları, həm də məhkəmə araşdırması zamanı cavabdehin özünün izahatı ilə təsdiq olunmuşdur.
70. Apellyasiya məhkəməsi mülki iş materiallarını yuxarıda göstərilən normalar əsasında araşdıraraq qeyd etmişdir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
71. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh, Kəlbəcər rayonundan məcburi köçkün olaraq Bərdə rayonu, Qarabağ qəsəbəsində məskunlaşmış, “Zülfalı” meşəbəyliyindən kənd təsərrüfatı məqsədi ilə istifadə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə “Zülfalı” meşəbəyliyinin 1-ci kvartalında özbaşına tutduğu, yəni zəbt etdiyi 0.60 ha meşə fondu torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən onların istifadəsinə qadağa qoyulması və ərazinin cavabdehin hesabına boşaldılaraq cavabdehə təhvil verilməsini qət etmişdir.
72. Apellyasiya məhkəməsinin iclasında cavabdeh, torpaq sahəsinin meşə fonduna aid olduğunu, həmin torpaq sahəsindən istifadə etməsi ilə bağlı müqavilə bağlamadığını bildirmişdir. Belə olan halda cavabdeh sözügedən torpaq sahəsində qanunsuz məskunlaşmışdır və birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.
73. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.