Məhkəmə qərarları › İş №2(1-8)-1160/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1160/2026

04.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1160/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “əmək müqavilələrinin müddətsiz hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi) ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “## ###### 2017-ci il, ## ###### 2020-ci il və ## ###### 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Seriya AA ******* nömrəli, FIN KOD ******* şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı ## #### 1953-cü il tarixdə anadan olmuşdur.

2. ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli X2lərin X9 əsasən, xxxx X2 təsisçiləri və nizamnamə kapitalının 100 faizi Azərbaycan Respublikasına məxsusdur.

3. xxxxnin “ATU-nin Elmi Şurasının qərarları haqqında” ## ######## 2017-ci il tarixli, *** nömrəli əmrindən çıxarışın surətinə əsasən, xxxxnin təhsil və inzibati idarəetmə sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılması, işin keyfiyyət göstəriciləri standartlarına uyğunlaşdırılması, idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi məqsədilə ##.##.2017-ci il tarixindən universitetdə fəaliyyət göstərən Xüsusi və Hərbi səfərbərlik şöbəsi ləğv edilərək Hərbi səfərbərlik və Xüsusi Işlər şöbəsi yaradılmışdır.

4. xxxxnin ## ###### 2017-ci il tarixli, *** nömrəli əmrindən çıxarışın surətinə əsasən, Universitetin, dövlət standartı və proqramı, ali təhsilin məqsədi və əmək bazarının tələbatı nəzərə alınmaqla, kadrların hazırlanmasının inkişafı konsepsiyasına uyğun olaraq təhsil sistemində kadr siyasətinin formalaşmasında insan resurslarını inkişaf etdirmək, sosial-iqtisadi həyatı daha da modernləşdirmək, təhsilin normativ hüquqi bazasını təkmilləşdirmək və madditexniki təminat istiqamətində geniş tədbirlər həyata keçirmək məqsədi ilə xxxxnin Elmi Şurasının ##.##.2017-ci il tarixli qərarına əsasən ştatları ixtisar edildiyinə görə Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə xitam verilmişdir.

5. ## ###### 2017-ci il tarixli ərizəsinə əsasən, İddiaçı Hərbi səfərbərlik və Xüsusi Işlər şöbəsinə müdir vəzifəsinə işə qəbul olunması barədə xahiş etmişdir.

6. xxxxnin Əmək müqavilələrinin bağlanması haqqında ## ###### 2017-ci il tarixli, *** nömrəli əmrindən çıxarışın surətinə əsasən, ##.##.2017-ci il tarixindən əmək müqaviləsi bağlanılmaqla İddiaçı Hərbi səfərbərlik və Xüsusi Işlər şöbəsinə müdir vəzifəsinə, 1 il müddətinə qəbul olunmuşdur.

7. xxxxnin “müxtəlif məsələlər haqqında” ## ###### 2017-ci il tarixli, *** nömrəli əmrindən çıxarışın surətinə əsasən, xxxxnin qarşısında qoyulan strateji hədəflərə uyğun aparılan struktur islahatlarının yekun nəticələrinin tətbiqi, əməkdaşların əmək şəraitinin yaxşılaşdırılması və professor-müəllim heyətinin elmi fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə Hərbi səfərbərlik və Xüsusi Işlər şöbəsinin adı dəyişdirilərək Hərbi səfərbərlik şöbəsi yaradılması əmr olunmuşdur.

8. ## ###### 2021-ci il tarixli ərizəyə əsasən, İddiaçı xxxxnin rektoruna ərizə yazaraq müddətli əmək müqaviləsi olmaqla onu Hərbi səfərbərlik şöbəsinə müdir vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir.

9. xxxxnin “müxtəlif məsələlər haqqında” ## ###### 2021-ci il tarixli, ** nömrəli əmrindən çıxarışın surətinə əsasən, İddiaçı ##.##.2021-ci il tarixindən ##.##.2023-cü il tarixinədək əmək müqaviləsi bağlanılmaqla Hərbi səfərbərlik şöbəsinə müdiri vəzifəsinə işə qəbul olunmuşdur.

10. Əmək müqaviləsinin surətinə əsasən, İddiaçı ilə xxxx arasında Hərbi səfərbərlik şöbəsinə müdir vəzifəsinə qəbul olunması ilə bağlı ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək əmək müqaviləsi bağlanmışdır.

11. ## #### 2023-cü il tarixli ərizəsinə əsasən, İddiaçı xxxxnin rektoruna ərizə yazaraq onunla bağlanan əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir.

12. xxxxnin “əmək müqaviləsinin uzadılması barədə” ## #### 2023-cü il tarixli, *** nömrəli əmrindən çıxarışın surətinə əsasən, Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi ## ###### 2024-cü il tarixinədək uzadılmışdır.

13. ## ###### 2024-cü il tarixli ərizəsinə əsasən, İddiaçı xxxxnin rektorundan onunla bağlanmış əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir.

14. xxxxnin “əmək müqaviləsinin müddətinin uzadılması haqqında” ## ###### 2024-cü il tarixli, ** nömrəli əmrindən çıxarışın surətinə əsasən, Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı əmək müqaviləsi ## ###### 2024-cü il tarixinədək uzadılmışdır.

15. xxxxnin “A.Ə.Orucova və İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” ## ###### 2024-cü il tarixli, *** nömrəli əmrindən çıxarışına əsasən, iş vaxtı müddətində iş yerini heç bir əsas olmadan tərk etməklə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək və icra intizamını pozmasına, rəhbərlik etdiyi şöbədə normal iş mühiti yarada bilməməsi səbəbindən şöbə əməkdaşlarının əmək funksiyalarını icra etmələrini təmin etmədiyinə görə Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq töhmət verilməsini əmr etmişdir.

16. ## ###### 2025-ci il tarixli, **-**-**/** nömrəli müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlığın surətinə əsasən, xxxx X2 rektoru tərəfindən İddiaçı onunla bağlanmış əmək müqaviləsinin müddətinin ##.##.2025-ci il tarixində başa çatdığı və həmin tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ləğv ediləcəyi bildirilmişdir.

17. ## ###### 2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı xxxxnin rektorundan onunla bağlanmış əmək müqaviləsinin uzadılmasına icazə verilməsini xahiş etmişdir.

18. xxxxnin əmək müqaviləsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrindən çıxarışın surətinə əsasən, Azərbaycan Respublikası əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

19. xxxxndan verilmiş Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, ambulator rejimlə müalicə ilə bağlı İddiaçı ##.##.2025-##.##.2025-ci il tarixlərində işdən azad edilmişdir.

20. ## ###### 2025-ci il tarixli ərizəsinə əsasən, İddiaçı səhhəti ilə bağlı olaraq müalicə götürmək üçün 2025-ci il üçün məzuniyyət götürməyi xahiş etmişdir.

21. xxxxnin hüquqşünası, etibarnamə üzrə nümayəndəsi nümayəndə2 ## #### 2025-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı iddia tələbi olan töhmətin ləğvi və müddətli əmək müqavilələrinin müddətsiz hesab edilməsi barədə iddiası üzrə iddia müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinə əsasən keçdiyindən qeyd olunan tələblərə dair iddia müddətini tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

22. Gəncə * saylı Mediasiya təşkilatının ##.##.2025-ci il tarixli, MŞG/MT***/**** nömrəli arayışına əsasən, iddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı “müddətli əmək müqavilələrinin müddətsiz hesab edilməsi və əsassız verilmiş töhmətin ləğvi, ayrı seçkiliyə görə mənəvi ziyanın ödənilməsi” tələbinə dair əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən IMS bildirişlərinə cavab verilməmişdir. Ilkin mediasiya sessiyası ilə bağlı 55 manat xərci iddiaçı ödəmişdir.

23. Gəncə * saylı Mediasiya təşkilatının ##.##.2025-ci il tarixli, MŞG/MT***/**** nömrəli arayışına əsasən, iddiaçı İddiaçı cavabdeh xxxxnə qarşı “işə bərpa” tələbinə dair əmək mübahisəsi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi tərəfindən IMS bildirişlərinə cavab verilməmişdir. Ilkin mediasiya sessiyası ilə bağlı 55 manat xərci iddiaçı ödəmişdir.

24. Azərbaycan Respublikası “xxxx” X2 “xxxx” X2 direktoru Vasif Əliyev tərəfindən imzalanmış ## ### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli məktubuna əsasən, vətəndaş İddiaçı (bundan sonra mətndə-iddiaçı) Göygöl RMX PHŞ-nin Poliklinika şöbəsində onkoloji xəstəliklə əlaqədar (uşaqlıq boynun xərçəngi, T1N0M0 İ mərhələ, sağ süd vəzinin xərçəngi T2N0M0 II mərhələ) qeydiyyatdadır. Vətəndaş İddiaçı Göygöl RMX PHŞ-də qeydiyyata alınması Göygöl Rayon Icra Hakimiyyəti başçısının Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş vətəndaşın Firuzabad qəsəbəsində yaşaması barədə arayış əsasında icra edilmişdir. Vətəndaşın xəstəliyi ilə əlaqədar ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itməsinə görə №******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təsdiqlənməsi gücləndirilmiş elektron imza tətbiq edilmədiyi üçün aparılmayaraq, kağız daşıyıcı formasında təqdim edilmişdir.

25. Azərbaycan Respublikası “xxxx” X2 “xxxx” X2 tərəfindən məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş epikrizə əsasən, İddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədən “bilək kanalı sindromu” şikayəti ilə xəstəxanada olmuş və ona ##.##.2021-ci ildə xəstəyə sol bilək kanalının dekompressiyası əməliyyatı icra edilmişdir. Gəncə şəhər Onkoloji Xəstəxanasının xəstənin tibb kartasında çıxarışdan görünür ki, vətəndaş İddiaçı onkoloji xəstəliklə əlaqədar ##.##.2025-ci ildə xəstənada olmuşdur. Lanset Klinikasının ***/** saylı Epikrizindən görünnür ki, İddiaçı ##.##.2024-cü ildə uşaqlıq boynu xərçəngi və süd vəzi xərçəngi diaqnozu ilə əməliyyat olunmuş və əməliyyatdan sonra reanimayaya ehtiyac olduğu üçün X3 Mərkəz filialına hospitalizasiya edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

26. Iddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında ##.##.2017-ci il, ##.##.2020-ci il və ##.##.2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, töhmətin verilməsi haqqında ##.##.2024-cü il tarixli, *** nömrəli əmrin ləğv edilməsi, ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Iddia tələbi belə əsaslandırılmışdır ki, O, 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. ##.##.1981-ci il tarixdən Ç.Ildırım adına Azərbaycan Politexnik Institutunun Gəncə filialında hazırlıq şöbəsinə 0.5 ştat mühasib vəzifəsində, ##.##.1995-ci il tarixədək həmin Institutun yataqxanasının pasport qeydiyyatçısı vəzifəsində, ##.##.1995 - ##.##.2017-ci il tarixədək həmin Institutun hərbi səfərbərlik II şöbənin müdiri vəzifəsində işləmişdir. ##.##.2000-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin *** saylı əmrinə əsasən Azərbaycan Texnologiya Institutunun profilini genişləndirməklə xxxx yaradılmış və o, xxxxndə tutduğu vəzifədə saxlanılmışdır. ##.##.2014-cü il tarixdə Universitetin Elmi Şurasının qərarına uyğun olaraq struktur və ştat cədvəlində dəyişiklik edilərək xüsusi şöbə yaradılmışdır. ##.##.2017-ci il xxxxnin Elmi Şurasının ##.##.2017-ci il tarixli, ** saylı protokol qərarına əsasən Xüsusi şöbənin adı dəyişdirilərək Xüsusi və Hərbi səfərbərlik şöbəsi adlandırılmışdır. ##.##.2017-ci il tarixdə işlədiyi ştat ixtisar edildiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2017-ci il xxxx Hərbi Səfərbərlik və Xüsusi işlər şöbəsinə 1 il müddətinə müdir vəzifəsinə təyin edilmişdir. ##.##.2017-ci il tarixdə Səfərbərlik və Xüsusi Işlər Şöbəsinin adı dəyişdirilərək Hərbi Səfərbərlik Şöbəsi adlandırılaraq şöbə müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. ## ###### 2020-ci il tarixli əmrlə xxxx Hərbi Səfərbərlik şöbəsinə 1 il müddətinə ## ###### 2021-ci il tarixədək müdir vəzifəsinə qəbul edilmişdir. ## ###### 2021-ci il tarixli əmrlə xxxx Hərbi Səfərbərlik Şöbəsinə ##.##.2023-cü il tarixinədək əmək müqaviləsi bağlanılmaqla müdir vəzifəsinə qəbul edilmişdir. Beləliklə, o, 1995-ci ildən hal-hazıradək eyni vəzifədə, yəni xxxx Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsində işləmişdir. Lakin ##.##.2017-ci il tarixli, *** saylı əmri ilə və sonradan ##.##.2020-ci il tarixli, ** nömrəli əmrlə və ##.##.2021-ci il tarixli, ** nömrəli əmrlə onunla qanunsuz olaraq müddətli əmək müqavilələri bağlanmışdır. Onunla müddətli əmək müqavilənin bağlanması üçün Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində nəzərdə tutulmuş hallar mövcud deyil. Birincisi, onun işi daimi olması qabaqcadan bəllidir. Belə olan halda isə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu da o deməkdir ki, işin daimi olması əvvəlcədən bəlli olsa da, işəgötürən qanunsuz olaraq onunla müddətli müqavilə bağlamışdır. Cavabdehin onunla müddətli əmək müqaviləsinin bağlamasının məqsədi onu qorxu altında saxlamaqdır. Çünki bu yolla rəhbərin "sözündən çıxan” kimi "asanlıqla” onu cəzalandıra bilər. Cavabdeh də hazırda onunla bağlanmış əmək müqaviləsinin müddəti artırmaq istəmir, bunu bəyan etmişdir və bu məqsədlə də ona ## ###### 2024-cü il tarixdə töhmət vermişdir.

28. İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “## ###### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” ikinci iddia tələbini belə əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixli, ** nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə ##.##.2025ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmri mübahisələndirilməklə hesab edir ki, əmr qanunsuzdur və əsassızdır. Ilk növbədə bildirir ki, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Onunla hansı tarixdə bağlanmış əmək müqaviləsinin xitam verilməsi qeyd edilməmişdir. Bundan başqa, əmrdə müəssisənin hüquqi ünvanı və onu imzalayan işəgötürənin atasının adı göstərilməmişdir. Halbuki, qeyd olunan məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmisənədlər. Həmin Maddənin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Bundan başqa, o, cavabdehə qarşı müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi və əsassız verilmiş töhmətin ləğv edilməsi tələbi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və həmin tələblə bağlı iş məhkəmənin icraatındadır. Belə olan halda işəgötürən əmək müqaviləsinin xitam verməməli idi. Bundan başqa, onunla sonuncu dəfə bağlanan müddətli əmək müqaviləsi ##.##.2021-ci il tarixdə ##.##.2023-cü il tarixədək bağlanmışdır. Həmin əmək müqaviləsi əmək kitabçasında rəsmiləşdirilmişdir. Beləliklə, ##.##.2021-ci il tarixdən ##.##.2023-cüil tarixədək, yəni, iki il bir ay müddətinə bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2023-cü il tarixdə bitirdi. Həmin müqavilənin xitamı ilə heç bir tərəf bildiriş vermədiyindən əmək müqaviləsi növbəti iki il bir ay müddətinə uzadılmış oldu, yəni əmək müqaviləsi ##.##.2025-ci il tarixədək qüvvədədir. Lakin cavabdeh burada da əmək müqaviləsinin bitmə müddətini gözləmədən qanunsuz əmrlə əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa, o, xəstəliyi ilə bağlı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək xəstəliyi ilə bağlı işə gəlməmişdir. Bu barədə əmək qabiliyyətinin olmaması barədə vəsiqə açdırılması barədə cavabdehə məlumat vermişdir. Lakin cavabdeh bu hala da məhəl qoymayaraq qanunsuz olaraq onun xəstəliyi dövrdə sözügedən əmrlə əmək müqaviləsinə xitam vermişdir. Əmək Məcəlləsinin 73cü maddəsinə görə: 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əlavə olaraq qeyd edir ki, o, 1995-ci ildən hazıradək eyni vəzifədə, yani xxxx Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsində işləyir. Lakin ##.##.2017-ci il tarixli, *** saylı əmri ilə və sonradan ##.##.2020ci il tarixli, ** nömrəli əmrlə və ##.##.2021-ci il tarixli, ** nömrəli əmrlə onunla qanunsuz olaraq müddətli əmək müqavilələri bağlanmışdır. Onunla müddətli əmək müqavilənin bağlanması üçün Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində nəzərdə tutulmuş hallar mövcud deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il Qərarında qeyd olunur ki, Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə: 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2. Işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəsi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, ** nömrəli əmri ləğv edilməli, o, əvvəlki vəzifəyə bərpa edilməli və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməlidir.

29. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadına əsasən yuxarıda qeyd edilən hər iki iddia tələbləri bir icraatda birləşdirilməsi və mülki iş üzrə icraat 2(125)-1713/2025 nömrə altında davam etdirilməsi qərara alınmışdır.

30. Bundan sonra iddiaçı tərəf iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək hazırkı iddia tələbindən töhmətin verilməsi haqqında ##.##.2024-cü il tarixli, *** nömrəli əmrin ləğv edilməsi hissəsini kənarlaşdırdığını qeyd edərək qalan hissədə iddia tələbinə baxıb iddianın təmin olunmasını xahiş etmişdir.

31. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaman Imanov) iddiaçı cavabdeh MMC-yə qarşı “## ###### 2017-ci il, ## ###### 2020-ci il və ## ###### 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi, ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilmiş, mediasiya xərci ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

32. Məhkəmənin mövqeyini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında bağlanan müddətli əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdə müqavilənin qüvvədə olma müddətinin bitməsi əsasına görə xitam verilmiş, iddiaçı bununla razılaşmamış və işə bərpa tələbi ilə bağlı əvvəlcə mediasiya təşkilatına müraciət etmiş, tərəflər arasında barışıq mümkün olmadığından məhkəməyə müraciət etmişdir.Belə olan halda məhkəmə hesab edib ki, işçi pozulan hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməmişdir.

33. Cavabdeh MMC-nin ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə göstərilən tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

34. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən edilib ki, iddiaçı Cavabdeh MMC-də özünün xahişinə əsasən müddətli əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, müqavilənin müddəti bitdikdən sonra isə Universitet tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən məhkəmə qeyd edib ki, iddiaçının işlədiyi vəzifə daimi xarakter daşıyan vəzifə olsa da o, ## #### 1953-cü il təvəllüdlü olmaqla, 2018-ci ilin mart ayında 26-da altmış beş yaşına çatmışdır. Həmçinin iddiaçının işlədiyi vəzifə Dövlət büdcəsindən maliyyələşən vəzifə olmuşdur. Belə olan halda məhkəmə hesab edib ki, sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusundan söhbət gedə bilməz.

35. Eyni zamanda cavabdeh iddiaçı ilə müddətli əmək müqavilələri bağlamaqda haqlı olmuşdur. Göründüyü kimi Əmək Məcəlləsi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir.

36. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir.

37. Başqa sözlə, cavabdeh dövlət müəssisəsi olmaqla yanaşı iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanan zaman onun buna razılığı ifadə olmaqla yanaşı sonuncu artıq əmək qanunvericiliyinin tələbinə əsasən son yaş həddi olan 65 yaşına çatmış olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanan əmək müqaviləsinə xitam verildikdən sonra sonuncunun xəstəliyi ilə bağlı xxxxna müraciət etməsi və onun ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək olan müddət üçün işdən azad olması barədə vərəqə alması əmək münasibətlərinə artıq xitam verildiyi dövrə təsadüf etdiyindən hər hansı hüquqi nəticə yaratmır.

38. Bundan başqa, ## ###### 2017-ci il, ## ###### 2020-ci il və ## ###### 2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi barədə iddia tələbi üzrə cavabdeh tərəfin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə təqdim etdiyi ərizəyə də münasibət bildirərək məhkəmə hesab edib ki, həmin hissədə iddia tələbi əsassız olmaqla yanaşı həmin tələb bir növ təsbit xarakterli olduğu üçün iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.

39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı maddəsinə, 125-ci maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2, 3 və 5-ci hissələrinə, 10-1-ci maddəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin «b» və «ə» bəndlərinə, 42-ci maddəsinin 1-ci hissəsinə, 45ci maddəsinin 1-ci və 5-ci hissəsinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissəsinə , 294-cü maddəsinin 1-ci, 296-cı maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

40. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *****)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Apellyasiya şikayətinə əsasən, hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Hesab edir ki, məhkəmə maddi hüquq normanı tələbini pozaraq müddət axımının və müddət sonunu düzgün müəyyən etməmişdir. Belə ki, cavabdehlə onun arasında ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 1 il müddətinə əmək müqaviləsinin bağlanıldığını qeyd etmişdir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Beləliklə, müqaviləyə görə müddətin axımı 25.02.2024cü ildən başlanır. Bir il müddətinə bağlanmış əmək müqaviləsinin sonu növbəti ilin sonuncu günündə başa çatır, yəni ##.##.2025-ci il tarixdə başa çatır. Lakin, cavabdeh burda da, səhvə yol verərək müqaviləyə görə bir il tamamlanmamış müqaviləyə xitam vermişdir. Onunla sonuncu dəfə bağlanan müddətli əmək müqaviləsi ##.##.2021-ci il tarixdə ##.##.2023-cü il tarixədək bağlanmışdır. Həmin əmək müqaviləsi əmək kitabçasında rəsmiləşdirilmişdir. Beləliklə, ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək, yəni 2 il bir ay müddətinə bağlanmış əmək müqaviləsinin müddəti ##.##.2023-cü il tarixdə bitirdi. Həmin müqavilənin xitamı ilə heç bir tərəf bildiriş vermədiyindən əmək müqaviləsi növbəti 2 il bir ay müddətinə uzadılmış oldu, yəni əmək müqaviləsi ##.##.2025-ci il tarixədək qüvvədədir. Lakin, cavabdeh burada da əmək müqaviləsinin bitmə müddətini gözləmədən qanunsuz əmrlə əmək müqaviləsinə xitam vermişdir. Cavabdeh tərəf ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək onunla 1 il müddətinə əmək müqaviləsinin bağlanılmasını qeyd etmişdir. Həmin əmr onun əmək kitabçasında qeyd edilmədiyindən və ona təqdim edilmədiyindən etibarsızdır. Həmçinin, əmrdə onunla hansı tarixdə bağlanmış əmək müqaviləsinin xitam verilməsi qeyd edilməmişdir. Bundan başqa, əmrdə müəssisənin hüquqi ünvanı və onu imzalayan işəgötürənin atasının adı göstərilməmişdir. Halbuki, qeyd olunan məlumatlarda hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin xitam verilməsi haqqında əmrdə bir çox nöqsanlar olduğu halda, həmçinin onunla bağlanmış müddətli əmək müqaviləsinin əmək kitabçasında qeyd edilməsi hallarını məhkəmə nəzərə almayaraq sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmə qeyd olunan madi hüququ normalarının tələblərini pozaraq yalnış qətnamə çıxarmışdır. Belə ki, məhkəmə onun 30-ildən çox eyni vəzifədə işlədiyini, işin daimi xarakter olduğunu nəzərə almamışdır. Qanunvercilik bu halda konkret olaraq əmək müqaviləsinin müddətli bağlamağına qadağa edir. Lakin, işə baxan hakim müddətli əmək müqaviləsi bağlanan zaman onun razılığının ifadə olunmasını göstərmişdir. Məhkəmə nəzərə almamışdır ki, onun razılığı olsa belə qanun bu halda müddətli əmək müqavilənin bağlanmasına yol vermir. Məhkəmə əmək münasibətlərinin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən daha güclü tərəfi olaraq işəgötürənin sui-istifadə hallarının nəzərə almamış və bu halların qarşısını almamışdır. Bundan başqa, məhkəməni mövqeyi ilə razılaşsa ki, müddətli əmək müqaviləsi bağlanan zaman onun razılığı ifadə olunmuşdur. ##.##.2017-ci ildən ##.##.2025-ci il tarixədək o, müddətli müqavilə əsasında işləmiş, 7 ildən çox o, müddətli əmək müqaviləsi əsasında davamlı (bir gün belə fasilə olmadan) eyni vəzifədə işləyir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Məhkəmədə bu hallar mübahisələndirili və müzakirə edildi lakin məhkəmə qətnaməsində bu barədə heç bir əsaslandırma və mövqe yoxdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il Qərarında qeyd olunur ki, Əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır (Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunmasıməqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

42. Iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, müəssisənin kadrlar şöbəsi onu çağırıb, əmək müqaviləsinin müddətinin bitdiyini bildirmişdir. Ona 4 il işlədiyini, əlavə olaraq 1 il müddəti artıra bilməyəcəklərini bildirmişlər. Halbuki o, 7 il 8 ay müddətinə müqavilə ilə işləmişdir. Başqa şəxsin təyinatı verildiyi üçün onu vəzifədən azad etmişlər. Həmçinin o, 3 dəfə əməliyyat olunmuş, sonuncu əməliyyatdan sonra isə artıq sağalmışdır və işini icra etmək qabiliyyətindədir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, hazırda 72 yaşı vardır, işdən azad olunduğu zaman onun 70 yaşı olmuşdur. Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsindən azad olunmuşdur. O, əməliyyat olunmuş, bu səbəbdən 15000 manat məbləğində kredit götürmüşdür. Onun ən azından 1 il müddətə əmək müqaviləsini uzatmalı idilər. Onun iki uşağı var, ikisi də müharibədədir. Onun heç kimi yoxdur. Pensiyası 790 manat təşkil edir. Lakin, onun ipotekada olan evi var. Pensiyasının 400 manatı ipotekaya görə çıxılır, ona isə 390 manat qalır. Hər il müqavilə müddətinin 1 il uzadılmasına qorxduğu üçün etiraz etməmiş, maddi vəziyyətinə görə məcbur olub qəbul etmişdir. Ona qanunsuz olaraq töhmət vermişlər. Hərbi şöbənin müdiri rəhmətə getdikdən sonra onun yerinə təyin edilmiş, təyin edildiyi şöbənin vəzifəsi isə yeni işçiləri qəbul edib sənədlərini yoxlamaqdan, qeydiyyatda olduğu ünvanlara məlumat göndərməkdən, tələbə oğlanların qeydiyyatını aparmaq, bunun üçün arayış tərtib etməkdən və s. ibarət olmuşdur. Ona 2025-ci ilin fevral ayının əvvəlində əmək müqaviləsini uzatmaq istəmədiklərini bildirmişlər. Ona fevral ayının əvvəlində bildiriş verilmişdir. O, 25 fevral tarixdə məzuniyyət ərizəsi yazmış, fevral ayının 24-ü əmək qabiliyyətinin müvəqqəti olmaması ilə bağlı xəstəxanada qeydiyyata alınmışdır.

43. Cavabdeh MMC-nin etibarnamə üzrə nümayəndəsi nümayəndə2 məhkəmə kollegiyasının iclasında iştirak edərək izahat verib bildirmişdir ki, onlara göndərilmiş Təhsil Nazirliyinin tövsiyyə xarakterli məktub var ki, həmin məktuba əsasən onların elmi şuranın qərarı əsasında 65 yaşını keçmiş texniki və inzibati işçilər vəzifədən azad olunurlar. Işə götürənin mövqeyinə görə müqavilə müddətsiz belə olsa, yalnız 5 il müddətinə yəni 70 yaşına qədər uzadıla bilər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirmişdir ki, müqavilə iddiaçının razılığı ilə uzadılmış, hətta orada olan müqaviləyə görə iddiaçının xahişi ilə, onun əmək müqaviləsi 2 il müddətinə, 70 yaşına qədər uzadılmışdır. Yalnız pedoqoji fəaliyyətlə məşğul olan şəxslər 70 yaşından sonra da işləyə bilər. Əvvəllər yaş həddi qoyulmamışdır. Həmin müəssisədə 80 yaşlı şəxslər də işləmişdir. Lakin tövsiyyə xarakterli məktub gəldikdən sonra artıq elmi şura yaş həddi ilə bağlı qərar vermiş, müddətsiz əmək müqaviləsi ilə işləyən 65 yaşı tamam olmuş şəxslər də, öz razılığı ilə müddətli əmək müqaviləsi bağlamalıdırlar, əks halda işdən azad olunurlar. Təhsil Nazirliyinin tövsiyə xarakterli məktubuna əsasən 65 yaşını keçmiş texniki və inzibati işçilər vəzifədən azad olunurlar və yalnız rəhbərliyin razılığı müddətsiz belə olsa, yalnız 5 il müddətinə yəni 70 yaşına qədər uzadıla bilərlər. Yeni qaydalar ## ######## 2025-ci il tarixində qəbul edilmişdir. Iddiaçı isə ## ###### 2025-ci ildə, yeni qaydalar tətbiq edilməmişdən əvvəl çıxaırlmışdır. Iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona məktub göndərilmişdir. Iddiaçı isə kitaba imza edərək bildirişləri götürmüşdür. Fevral ayının 24-ü iddiaçı işdə olmamış, 25 fevral isə universitetə yaxınlaşaraq məzuniyyət ərizəsi yazmışdır. Ona görə də, iddiaçının qeyd etdiyi əmək qabiliyyətinin olmaması vərəqəsi mövcud deyil.

44. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- M.Ə.Mustafayev (sədrlik edən və məruzəçi), Ə.S.Qəhrəmanov, R.Ş.Muradov) iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən, yəni “## ###### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsinin təmin edilməməsi" hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, xxxxnin əmək müqaviləsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli, ** nömrəli əmri ləğv edilməsi və iddiaçı ##.##.2025-ci il tarixdən işdən azad edilmiş hesab edilməsi və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək bülletendə olduğu günlər üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

45. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xxxxnin əmək müqaviləsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli, ** nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilən zaman iddiaçının əmək qabiliyyətini müvəqqəti itirilməsinə dair sənədi olmuş, lakin buna baxmayaraq işəgötürən tərəfindən həmin hal nəzərə alınmamışdır.

46. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

47. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

48. xxxxnin əmək müqaviləsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli, ** nömrəli əmrindən çıxarışın surətindən görünür ki, həmin tarixdə Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən Hərbi səfərbərlik şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

49. Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, X7 ambulator rejimlə müalicədə olduğu vaxt, yəni ##.##.2025-##.##.2025-ci il tarixlərində işdən azad edilmişdir. O, üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar olaraq ##.##.2025- ##.##.2025-ci il tarixədək əmək funksiyalarını yerinə yetirə bilməmişdir. Bu fakt işdə olan xxxxndan verilmiş Seriya SN 00008, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi ilə öz təsdiqini tapır. Belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

50. Lakin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti əmək qanunvericiliyinin qeyd olunan tələblərini pozaraq, iddiaçının üzrlü səbəbdən işdə olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

51. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti həmin hissədə əsaslı hesab edilməli, xxxxnin əmək müqaviləsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli, ** nömrəli əmri ləvğ edilməli və iddiaçı ##.##.2025-ci il tarixdən işdən azad edilmiş hesab edilməli və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ona bülletində olduğu günlər üçün əmək haqqı hesablanaraq verilməlidir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlə iddiaçının arasında bağlanmış ##.##.2017-ci il, ##.##.2020-ci il və ##.##.2021-ci il tarixli əmək müqavilələrinin müddətsiz hesab edilməsi ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, AR Əmək Məcəlləsinin 42-ci maddəsinə görə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinə görə əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Göründüyü kimi əmək qanunvericiliyi müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər iki tərəfə bərabər hüquqlar verərək məsələnin həllini onların əmək münasibətlərini davam etdirmək arzusundan asılı etmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı göstərilməlidir ki, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır.

53. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsi 45-ci maddəsinin 1-4-cü hissələrinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 73-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

54. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli 2(104)- ****/**** saylı Qətnaməsini ləğv edib, iddiasının təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

55. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, o, ##.##.1995- ##.##.2017-ci il tarixədək Azərbaycan politexnik Institutunun Gəncə filialında hərbi səfərbərlik II şöbənin müdiri vəzifəsində işləmişdir. ##.##.2000-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin *** saylı əmrinə əsasən Azərbaycan Texnologiya Institutunun profilini genişləndirməklə xxxx yaradılmış və xxxxndə tutduğum vəzifədə saxlanılmışdır. ##.##.2014-cü il tarixdə Universitetin Elmi Şurasının qərarına uyğun olaraq struktur və ştat cədvəlində dəyişiklik edilərək xüsusi şöbə yaradılmışdır. ##.##.2017-ci il xxxxnin Elmi Şurasının ##.##.2017-ci il tarixli, ** saylı protokol qərarına əsasən Xüsusi şöbənin adı dəyişdirilərək Xüsusi və Hərbi səfərbərlik şöbəsi adlandırılmışdır. ##.##.2017-ci il tarixdə işlədiyim ştat ixtisar edildiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2017-ci il xxxx Hərbi Səfərbərlik və Xüsusi işlər şöbəsinə 1 il müddətinə müdir vəzifəsinə təyin edilmişdir. ##.##.2017-ci il tarixdə Səfərbərlik və Xüsusi Işlər Şöbəsinin adı dəyişdirilərək Hərbi Səfərbərlik Şöbəsi adlandırılaraq şöbə müdiri vəzifəsində fəaliyyətimi davam etdirmişdir. ## ###### 2020-ci il tarixli əmrlə xxxx Hərbi Səfərbərlik şöbəsinə 1 il müddətinə ## ###### 2021-ci il tarixədək müdir vəzifəsinə qəbul edilmişdir. ## ###### 2021-ci il tarixli əmrlə xxxx Hərbi Səfərbərlik Şöbəsinə ##.##.2023-cü il tarixinədək əmək müqaviləsi bağlanılmaqla müdir vəzifəsinə qəbul edilmişdir. Beləliklə, o 1995-ci ildən hal-hazıradək eyni vəzifədə, yəni xxxx Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsində işləyib. Lakin ##.##.2017-ci il tarixli, *** saylı əmri ilə və sonradan ##.##.2020-ci il tarixli, ** nömrəli əmrlə və ##.##.2021-ci il tarixli, ** nömrəli əmrlə onunla qanunsuz olaraq müddətli əmək müqavilələri bağlanmışdır.

56. Qeyd etdiyi kimi, onun həmin universitetdə və həmin vəzifədə 45 il iş stajı var. Onunla müddətli əmək müqavilənin bağlanması üçün Əmək Məcəlləsinin 45 və 47-ci maddələrində nəzərdə tutulmuş hallar mövcud deyil. Birincisi, onun işi daimi olması qabaqcadan bəllidir. Belə olan halda isə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Bu da o deməkdir ki, işin daimi olması əvvəlcədən bəlli olsa da, işəgötürən qanunsuz olaraq onunla müddətli müqavilə bağlamışdır. Cavabdehin onunla müddətli əmək müqaviləsinin bağlamasının məqsədi onu qorxu altında saxlamaqdır. Çünki bu yolla rəhbərin "sözündən çıxan” kimi "asanlıqla” onu cəzalandıra bilər.

57. Lakin məhkəmənin diqqətinə çatdırır ki, daima öz işini bilən işçi olmuşdur, 1990-cı ilin yanvar ayında bir qrup qadınla Moskva şəhərində X1 Əliyevlə birlikdə etirazda iştirak etmişdir. Həm bir vətəndaş kimi, həm də bir işçi kimi işdə saxlanılma üstünlükləri olmuşdur. Məhkəmə tərəfindən qarşı tərəfin mövqeyinin üstünlüyü qətnamədən də bəlli olur. Məhkəmə tərəfindən onun təqdim etdiyi sənədlər və üstəlik Konstitusiya Məhkəməsinin mövqeyi əsasız hesab edilmiş, yalnız qarşı tərəfin izahatı əsas götürülmüşdür. Məhkəmə tərəfindən gəldiyi nəticə əsaslandırılmamış, qarşı tərəfin mənafeyi üstün tutulmuşdur. Qarşı tərəfin nümayəndəsi hər hansısa bir tövsiyə məktubu ilə bağlı məhkəmədə izahat vermiş, məhkəmə qeyd edilən tövsyə məktubunun qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil etdiyinə əhəmiyyət verməmişdir.

58. Işi mövsümü iş olmamışdır, işi daimidir, daima həmin yerdə işlədiyindən onun barəsində sınaq müddəti də tətbiq edilə bilməzdi.

59. Qarşı tərəfin nümayəndəsi hər hansısa bir tövsiyə məktubu ilə bağlı məhkəmədə izahat vermiş, məhkəmə qeyd edilən tövsyə məktubunun qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil etdiyinə əhəmiyyət verməmişdir.

60. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsi 45-ci maddəsinin 1, 4 və 5-ci hissəsinə, 47-ci maddəsinin f) bəndinə, 51-ci maddəsinin 1-ci hissəsinə, 61-ci maddəsinin 3cü hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 13.1, 13.2, 13.3-cü maddələrinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

61. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:

62. Maddə 45.

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

63. Maddə 68

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

64. Maddə 73.

1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

2. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

70. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

73. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

76. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

78. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

79. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar