Məhkəmə qərarları › İş №2(1-8)-1162/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1162/2026

23.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1162/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan daşınmaz əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 ( mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) qarşı “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanındakı 0,04 ha həyətyanı torpaq sahəsi və onda yerləşən fərdi yaşayış evi, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 606/2400 hissəsi cavabdeh2, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi iddiaçı1, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 207/2400 hissəsi X4, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X9, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X2, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi X7, fərdi yaşayış evinin 1/32 hissəsi və torpaq sahəsinin 47/2400 hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, fərdi yaşayış evinin 2/32 hissəsi və torpaq sahəsinin 30/2400 hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, fərdi yaşayış evinin 8/32 hissəsi və torpaq sahəsinin 24/2400 hissəsi X8, torpaq sahəsinin 32/2400 hissəsi cavabdeh1, torpaq sahəsinin 480/2400 hissəsi X3, torpaq sahəsinin 480/2400 hissəsi X5, torpaq sahəsinin 192/2400 hissəsi iddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onların paylı mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala ərazi idarəsinin ## ###### 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16 **/*-**/**** saylı ## ###### 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin iddiaçı2, iddiaçı1, X4 ilə cavabdeh2 və cavabdeh1 arasında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi və ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala şəhəri, H.Əliyev prospekti, ev 29 da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi hər birinə 1/15 hissə olmaqla onların mülkiyyətinə verilmişdir. Hazırda cavabdehlər onlara düşən payı əldə etməyə imkan vermirlər. Ona görə ki, gəlin köçdüyü evdə cavabdeh cavabdeh2 öz ailəsi ilə, həyətyanı sahədə tikilmiş 2-ci evdə isə eltisi cavabdeh1 uşaqları ilə birlikdə yaşayır. Həyat yoldaşı vəfat etmişdir. Ona görə də Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29 da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin aralarında naturada bölünməsi, əgər bu mümkün olmadığı halda Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin1/5 (hər birinə 1/15 olmaqla) düşən hissə olan paylarını almaqda üstünlük hüququ olan cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən paylarının dəyəri olan 15.000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsi, Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin 1/5 (hər birinə 1/15 olmaqla) hissə payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsindən imtina edildiyi təqdirdə Zaqatala şəhəri, H.Əliyev prospekti ev 29-da yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin açıq hərracda satılaraq, əldə olmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini istəyirlər. Hesab edirlər ki, 0.04 ha həyətyanı torpaq sahəsindən onlara düşən paylarının başqa yolla əldə etmələri mümkün deyildir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşlar.

5. ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir.

6. Mübahisəli əmlakda X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X4 payları olduğundan, lakin onlar yetkinlik yaşına çatmadıqları üçün və onların qanuni nümayəndələri hazırki iş üzrə tərəf olduğundan, yəni X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 anası cavabdeh cavabdeh1, X4 anası iddiaçı iddiaçı2 olduğundan məhkəmə hesab etmişdir ki, qanuni nümayəndələri olaraq bütün hüquq və vəzifələri onlar tərəfindən həyata keçirildiyi üçün məhkəmə iclaslarına tərəf kimi cəlb olunmalarına zərurət yoxdur.

7. Cavabdeh cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, fərdi yaşayış evinin texniki pasportundan görünür ki, evdən tərəflərin hər birinə 2-3 kv.m pay düşür. Həmin payların bölünməsi mümkün deyildir. Tərəflərin hər birinə giriş-çıxış yeri qoyulmalıdır. Piyada keçid kimi bir cığır qoyulmuşdur. Ekspert rəyində qeyd etmişdir ki, fərdi yaşayış evi bölündükdən sonra torpaq sahəsinin bölünməsi məsələsinə baxılması mümkün olacaqdır. Lakin fərdi yaşayış evinin bölünməsi mümkün deyildir. Buna görə də torpaq sahəsi də bölünə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. ## ###### 2024-cü il tarixdə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi Idarəsində mühəndis vəzifəsində işləyir. Mübahisəli ərazidə yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra torpaq sahəsinin bölünməsinə baxıla bilər. 4 sot torpaq sahəsi fərdi yaşayış evi nəzərə alınmadan bölünə bilər.

9. Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olduğunu, torpaq sahəsindən payın ayrıldığı halda üzərindəki fərdi yaşayış evinin paylı mülkiyyətdə saxlanılmasının əmlakın birgə vahid daşınmaz əmlak obyekti olaraq qeydiyyatını istisna etməsini nəzərə alaraq, mütəxəssis və ekspertin gəldikləri nəticə ilə razılaşmışdır.

11. Iddiaçılar isə mütəxəssis və ekspert rəylərinə etiraz etməmiş, əlavə, təkrar və ya müvafiq digər ekspertizaların keçirilməsini tələb etməmişlər. Eləcə də iddiaçılardan iddiaçı1 bu rəylərdən sonra, həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikililərindəki payının ayrılmasını da tələb etməmişdir. Iddiaçılar eyni zamanda cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən paylarının dəyəri olan 15000 manat pul məbləğinin onlara ödənilməsini tələb etsələr də, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının həmin dəyərdə olması barədə də sübut təqdim etməmişlər. Iş üzrə sübutlarla iddiaçıların Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının iddia olunan dəyərdə olması halı təsdiq edilməmişdir. Eyni zamanda iddiaçılar öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini tələb etmələri, digər mülkiyyətçilərin kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri barədə də sübut təqdim etməmişlər.

12. Məhkəmə qeyd etmişdir ki, iş üzrə sübutlarla iddiaçıların öz paylarının dəyərinin ödənilməsini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmələri, digər mülkiyyətçilərin isə kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri halları da təsdiq edilməmişdir.

13. Məhkəmə, torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınması üçün Zaqatala şəhəri Heydər Əliyev prospekti ** saylı ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən payların naturada ayrılmasının üzərində yerləşən fərdi yaşayış evi və qeyri- yaşayış tikililərinin naturada ayrılması ilə eyni zamanda həyata keçirilməli olduğunu nəzərə alaraq, iddia tələbi üzrə belə nəticəyə gəlmişdir ki, nə qədər ki, iddiaçı iddiaçı1 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının ayrılmasını tələb etmir, iddiaçıların həyətyanı torpaq sahəsindən paylarının da naturada ayrılması mümkün deyil. Yəni torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmasını istisna edən hazırkı tələb vahid daşınmaz əmlak obyektindən payın ayrılması olaraq dəyərləndirilə bilməz. Belə olan halda nə qədər ki, vahid daşınmaz əmlak obyektindən payın ayrılması məsələsi həll edilmiş sayılmır, iddiaçıların öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini və ya əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etmək hüquqları da əmələ gəlmiş sayıla bilməz.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında 0,04 ha həyətyanı torpaq sahəsi cavabdeh2, X4, X9, X2, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X8, cavabdeh1, X3, X5 paylı mülkiyyətində olduğundan, iddiaçılar paylarının dəyərinin yalnız cavabdehlər tərəfindən onlara ödənilməsini də tələb edə bilməzlər. Odur ki, iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, mübahisənin bu qaydada həll edilməsi iddiaçı iddiaçı1 Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektindən payının naturada ayrılmasını tələb etmək hüququnu istisna etmir. Belə olan halda iddiaçı iddiaçı2 da həmin həyətyanı torpaq sahəsindən payının naturada ayrılmasını tələb edə bilər. Iddiaçı iddiaçı1 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının və 0.04 ha həyətyanı torpaq sahəsindən payının naturada ayrılması mümkün olmadığı halda o, öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Iddiaçı iddiaçı1 müvafiq iddia ilə müraciət etməməsi halında isə iddiaçı iddiaçı2 öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, onun tələbi ilə yalnız Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən iddiaçı iddiaçı2 paylı mülkiyyətçisi olduğu 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.2, 220, 223.4, 221-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza üzrə rəy verən mütəxəssis və ekspert belə nəticəyə gəlmişlər ki, torpaq sahəsinin bölünməsi məsələsinə yalnız Zaqatala şəhəri Heydər Əliyev prospekti ** saylı ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyriyaşayış tikililəri bölündükdən sonra baxıla bilər. Belə olan halda isə ekspert qarşısında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tikililər nəzərə alınmadan bölünməsinin mümkünlüyü barədə sual qoyulmaqla mübahisəyə baxıb qanuni həll etmək mümkün olardı. Zaqatala Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Eyni zamanda Zaqatala rayon məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Rəyin elmi və texniki əsaslandırması kifayət qədər açıq izah edilməmiş, torpaq sahəsinin faktiki vəziyyəti, ölçüləri və mülkiyyət paylarının yerləşməsi ilə bağlı alternativ hesablamalar aparılmamışdır. Məhkəmə bu rəyin düzgünlüyünü qiymətləndirmək üçün əlavə və ya təkrar ekspertiza təyin etməmiş, bununla da prosessual vəzifələrini tam yerinə yetirməmişdir. Məhkəmə həmçinin torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığı halda pul kompensasiyasının müəyyən edilməsi məsələsini də araşdırmamış, bu barədə qərar qəbul etməmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 217 və 225-ci maddələrinin tələblərinə ziddir. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.

19. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Elman Isayev (sədrlik edən və məruzəçi), Taleh Musayev və Tural Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılar həyətyanı torpaq sahəsinin naturada bölünməsini tələb etsələr də, tələb mahiyyət etibarı ilə torpaq sahəsindən payların naturada ayrılması barədədir. Iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza üzrə rəy verən mütəxəssis və ekspert belə nəticəyə gəlmişlər ki, torpaq sahəsinin bölünməsi məsələsinə yalnız Zaqatala şəhəri Heydər Əliyev prospekti ** saylı ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri yaşayış tikililəri bölündükdən sonra baxıla bilər.

22. Məhkəmə, torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmalı olduğunu, torpaq sahəsindən payın ayrıldığı halda üzərindəki fərdi yaşayış evinin paylı mülkiyyətdə saxlanılmasının əmlakın birgə vahid daşınmaz əmlak obyekti olaraq qeydiyyatını istisna etməsini nəzərə alaraq, mütəxəssis və ekspertin gəldikləri nəticə ilə razılaşır. Iddiaçılar isə mütəxəssis və ekspert rəylərinə etiraz etməmiş, əlavə, təkrar və ya müvafiq digər ekspertizaların keçirilməsini tələb etməmişlər. Eləcə də iddiaçılardan iddiaçı1 bu rəylərdən sonra, həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikililərindəki payının ayrılmasını da tələb etməmişdir. Iddiaçılar eyni zamanda cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən paylarının dəyəri olan 15000 (on beş min) manat pul məbləğinin onlara ödənilməsini tələb etsələr də, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının həmin dəyərdə olması barədə də sübut təqdim etməmişlər. Iş üzrə sübutlarla iddiaçıların Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindəki paylarının iddia olunan dəyərdə olması halı təsdiq edilməmişdir. Eyni zamanda iddiaçılar öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini tələb etmələri, digər mülkiyyətçilərin kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri barədə də sübut təqdim etməmişlər. Iş üzrə sübutlarla iddiaçıların öz paylarının dəyərinin ödənilməsini paylı mülkiyyətin digər mülkiyyətçilərindən tələb etmələri, digər mülkiyyətçilərin isə kompensasiya vermək imkanlarının olmaması və ya onların kompensasiya vermək istəmədikləri halları da təsdiq edilməmişdir.

23. Məhkəmə, torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınması üçün Zaqatala şəhəri Heydər Əliyev prospekti ** saylı ünvanında yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən payların naturada ayrılmasının üzərində yerləşən fərdi yaşayış evi və qeyri-yaşayış tikililərinin naturada ayrılması ilə eyni zamanda həyata keçirilməli olduğunu nəzərə alaraq, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, nə qədər ki, iddiaçı iddiaçı1 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının ayrılmasını tələb etmir, iddiaçıların həyətyanı torpaq sahəsindən paylarının da naturada ayrılması mümkün deyil. Yəni torpaq sahəsinin və onda yerləşən daşınmaz əmlakın birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmasını istisna edən hazırkı tələb vahid daşınmaz əmlak obyektindən payın ayrılması olaraq dəyərləndirilə bilməz. Belə olan halda nə qədər ki, vahid daşınmaz əmlak obyektindən payın ayrılması məsələsi həll edilmiş sayılmır, iddiaçıların öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsini və ya əmlakın məhkəmə qərarı əsasında hərracdan satılmasını tələb etmək hüquqları da əmələ gəlmiş sayıla bilməz. Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında 0,04 ha həyətyanı torpaq sahəsi cavabdeh2, X4, X9, X2, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X8, cavabdeh1, X3, X5 paylı mülkiyyətində olduğundan, iddiaçılar paylarının dəyərinin yalnız cavabdehlər tərəfindən onlara ödənilməsini də tələb edə bilməzlər.

24. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, mübahisənin bu qaydada həll edilməsi iddiaçı iddiaçı1 Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlak obyektindən payının naturada ayrılmasını tələb etmək hüququnu istisna etmir. Belə olan halda iddiaçı iddiaçı2 da həmin həyətyanı torpaq sahəsindən payının naturada ayrılmasını tələb edə bilər. Iddiaçı iddiaçı1 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evindəki 1/32 hissə payının və 0.04 ha həyətyanı torpaq sahəsindən payının naturada ayrılması mümkün olmadığı halda o, öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Iddiaçı iddiaçı1 müvafiq iddia ilə müraciət etməməsi halında isə iddiaçı iddiaçı2 öz payının dəyərinin paylı mülkiyyətin digər bütün mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə isə, onun tələbi ilə yalnız Zaqatala şəhəri Heydər Əliyev prospekti 29 ünvanında yerləşən iddiaçı iddiaçı2 paylı mülkiyyətçisi olduğu 0,04 ha həyətyanı torpaq sahəsinin məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

26. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi 3625003221 olan çıxarışa nəzər yetirdikdə ümumiyyətlə iddiaçılar iddiaçı1 və iddiaçı2 tələb etdikləri (mübahisələndirdikləri) 1/5 (hər birinə 1/15 olmaqla) payları mövcud deyil.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.2, 220.2, 220.3, 220.4, 220.5, 220.6, 221, 223.4-cü maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

28. Iddiaçı iddiaçı2 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “torpaq sahəsinin naturada bölünməsi, bu mümkün olmadıqda paylarının dəyəri olan pulun ödənilməsi, pulun ödənilməsindən imtina edildikdə torpaq sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətində AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə istinad edilərək qeyd edilmişdir ki, məhkəmələr iddiaçıların tələbinin mahiyyətini düzgün qiymətləndirməmiş, iddianın predmeti olan paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması məsələsini əsassız olaraq torpaq sahəsində yerləşən tikililərin bölünməsi ilə şərtləndirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, paylı mülkiyyət iştirakçısı öz payının naturada ayrılmasını tələb etmək hüququna malikdir və bu hüquq digər əmlak elementlərinin bölünməsi ilə məcburi şəkildə əlaqələndirilə bilməz. Məhkəmələrin gəldiyi nəticə isə faktiki olaraq iddiaçıların qanunla tanınmış bu hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmələr ekspert rəyinə istinad edərək torpaq sahəsinin bölünməsinin yalnız üzərində yerləşən tikililər bölündükdən sonra mümkün olduğunu qeyd etsələr də, nəzərə almamışlar ki, ekspert rəyi sübut növü olmaqla yanaşı, məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəyə malik deyil və məhkəmə həmin rəyi digər sübutlarla birlikdə qiymətləndirməlidir. Bu baxımdan məhkəmələr ekspert rəyini formal şəkildə qəbul etmiş, onun əsaslılığını və qanunauyğunluğunu lazimi qaydada yoxlamamışdır. Digər tərəfdən, məhkəmələr əsassız olaraq belə nəticəyə gəlmişlər ki, iddiaçılar tərəfindən tikilidə olan payın ayrılması tələbi irəli sürülmədiyi üçün torpaq sahəsinin bölünməsi mümkün deyildir. Halbuki qanunvericilikdə torpaq sahəsi və onun üzərində yerləşən tikililərin bölünməsi məsələlərinin mütləq şəkildə eyni tələbdə irəli sürülməsi barədə tələb nəzərdə tutulmamışdır. Bundan əlavə, məhkəmələr iddiaçıların alternativ tələblərinə – payın dəyərinin ödənilməsi və ya əmlakın açıq hərracda satılması ilə bağlı hissəyə də formal yanaşmış, həmin tələblərin təmin olunması üçün zəruri halları tam araşdırmamışdır. Payın dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən əlavə və ya təkrar ekspertiza təyin edilməmiş, cavabdehlərin kompensasiya ödəmək imkanları və ya bundan imtina etmələri araşdırılmamış, əmlakın bölünməsinin mümkün olmaması halında qanunla nəzərdə tutulmuş digər mexanizmlər (kompensasiya və ya hərrac) düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəmə iş üzrə bütün əhəmiyyətli halları araşdırmalı və tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verməlidir. Lakin hazırkı işdə bu tələblər pozulmuş, nəticədə əsassız və qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Məhkəmələr tərəfindən, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual hüquq normaları pozulmuş, sübutlar tam və obyektiv qiymətləndirilməmişdir. Bu isə qəbul edilmiş məhkəmə aktlarının ləğv olunması üçün əsasdır. Belə ki, qanunvericilikdə torpaq sahəsi və onun üzərində yerləşən tikililərin bölünməsi tələblərinin mütləq şəkildə eyni vaxtda irəli sürülməsi barədə hər hansı imperativ norma mövcud deyildir. Digər mühüm pozuntu ondan ibarətdir ki, məhkəmələr iddiaçıların alternativ tələblərini formal şəkildə rədd etmiş, həmin tələblərin təmin olunması üçün zəruri olan halları araşdırmamışdır. Belə ki, iddiaçılar tərəfindən irəli sürülmüş kompensasiya ödənilməsi və əmlakın açıq hərracda satılması ilə bağlı tələblər mahiyyətcə Mülki Məcəllənin müvafiq normalarına uyğun olsa da, məhkəmə bu məsələlər üzrə payın real bazar dəyərinin müəyyən edilməsi üçün zəruri sübutların toplanmasını təmin etməmiş, əlavə qiymətləndirmə və ya ekspertiza təyin etməmiş, cavabdehlərin kompensasiya ödəmək imkanlarını və ya bundan imtina etmələrini araşdırmamış, paylı mülkiyyətin davam etdirilməsinin mümkün olub-olmamasını hüquqi baxımdan qiymətləndirməmişdir. Bu hallar isə onu göstərir ki, məhkəmələr iş üzrə sübutetmə yükünün düzgün bölüşdürülməsi prinsipini pozmuş və tərəflərin hüquqlarının həyata keçirilməsi üçün zəruri şəraiti yaratmamışdır. Bundan başqa, məhkəmələr tərəfindən işin faktiki halları ilə gəlinmiş nəticə arasında açıq uyğunsuzluq mövcuddur. Belə ki, iş materiallarında iddiaçıların paylarından faktiki istifadə edə bilməməsi təsdiq olunduğu halda, məhkəmələr bu halı nəzərə almamış və mübahisənin həlli üçün effektiv hüquqi mexanizmlər tətbiq etməmişdir. Nəticə etibarilə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, prosessual hüquq normaları kobud şəkildə pozulmuş, sübutlar natamam və birtərəfli qiymətləndirilmiş, iddiaçıların mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Göstərilən pozuntular AR Mülki Prosessual Məcəlləsinə əsasən kassasiya instansiyası tərəfindən məhkəmə aktlarının ləğv edilməsi üçün müstəqil və kifayət qədər hüquqi əsaslar təşkil edir. Bundan əlavə, məhkəmələr tərəfindən iddiaçı iddiaçı2 torpaq sahəsində payının naturada bölünməsi barədə tələbinin digər şəxs – Nuranə Musayevanın iradəsi və ya analoji tələbi ilə şərtləndirilməsi maddi hüquq normalarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, AR Mülki Məcəlləsinin ümumi mülkiyyət münasibətlərini tənzimləyən normalarına əsasən, paylı mülkiyyət iştirakçısının öz payının naturada ayrılmasını tələb etmək hüququ müstəqil subyektiv əmlak hüququdur və həmin hüququn həyata keçirilməsi digər payçının analoji tələb irəli sürməsi ilə şərtləndirilə bilməz. Qanunvericilikdə payın naturada ayrılması üçün bütün payçıların eyni vaxtda və ya paralel şəkildə tələb irəli sürməsi barədə hər hansı imperativ norma mövcud deyildir. Məhkəmə tərəfindən iddiaçı2 tələb hüququnun Nuranə Musayevanın mövqeyindən asılı vəziyyətə salınması, əslində, mülkiyyət hüququnun sərbəst həyata keçirilməsi prinsipinə ziddir və AR Konstitusiyası ilə təmin olunmuş mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ yalnız qanunla və legitim məqsədlərlə məhdudlaşdırıla bilər; digər payçının passiv davranışı və ya iddia irəli sürməməsi belə bir məhdudiyyət üçün hüquqi əsas təşkil etmir. Nəzərə alınmalıdır ki, əgər digər payçı – Nuranə Musayeva gələcəkdə torpaq sahəsi və ya ev üzrə payının naturada ayrılması barədə ümumiyyətlə tələb irəli sürməzsə, bu hal iddiaçı2 qanunla nəzərdə tutulmuş tələb hüququnun faktiki olaraq qeyri-müəyyən müddətə təxirə salınmasına və ya mümkünsüzləşdirilməsinə səbəb olar. Bu isə hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsiplərinə ziddir. Məhkəmə naturada bölünmənin mümkünlüyünü obyektiv meyarlar torpaq sahəsinin ölçüsü, yerləşməsi, texniki bölünmə imkanları, müstəqil giriş və kommunikasiya təminatı və s. – əsasında qiymətləndirməli olduğu halda, əsassız olaraq başqa bir şəxsin iradəsini hüquqi şərt kimi qəbul etmişdir. Halbuki naturada bölünmə mümkün olduqda, hər bir payçı öz payının ayrılmasını müstəqil qaydada tələb edə bilər; mümkün olmadıqda isə qanunla nəzərdə tutulmuş kompensasiya mexanizmləri tətbiq edilməlidir. Beləliklə, məhkəmənin iddiaçı2 torpaq sahəsində payının naturada ayrılması barədə tələbini digər şəxsin tələbi ilə şərtləndirməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi olmaqla yanaşı, mülkiyyət hüququnun məzmununun əsassız məhdudlaşdırılmasıdır və bu hal kassasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmalı, mübahisələndirilən məhkəmə aktı həmin hissədə ləğv edilməlidir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir. Apellyasiya instansiya məhkəməmsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 152.1. Mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

32. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

33. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və ya şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

34. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

35. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

36. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

42. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

43. Kollegiya iddia tələbinə məhkəmələr tərəfindən verilmiş hüquqi qiymətlə razılaşaraq qeyd edir ki, MM-nin 220.2-ci maddəsində paylı mülkiyyətin mülkiyyətçisinin öz payının ayrılmasını tələb etmək hüququ nəzərdə tutulsa da, mülki qanunvericiliyə əsasən payın ayrılması ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması, kompensasiya (payın dəyəri) ödənilməsi, əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi kimi 3 mərhələni ehtiva etdiyindən, iddiaçı bu mərhələlərin hər üçünün məhkəmə tərəfindən ardıcıl yoxlanılmasını tələb edirsə cavabdehlər qismində bütün digər paylı mülkiyyətçilər cəlb edilməlidir.

44. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən paylı mülkiyyətdə olan torpaq sahəsinin üzərindəki tikililər bölünmədən əmlakın naturada bölgüsü mümkün olmamış, iddia yalnız paylı mülkiyyətçilərdən cavabdeh2 və cavabdeh1 qarşı qaldırıldığı üçün payın ayrılmasının qanunda nəzərdə tutulmuş digər mərhələləri üzrə yoxlama aparmaq mümkün olmamışdır. Paylı mülkiyyətçilərdən X9, X2, X3, X8 vəfat etsələr də onların vərəsələri və digər paylı mülkiyyətçilər iddia tələbi üzrə cavabdeh qismində cəlb edilməmişlər

45. iddiaçı2 iddiası torpaq sahəsinin yalnız iddiaçılar və cavabdehlər arasında 5 hissəyə bölünməsi barədə olduğundan məhkəmə düzgün olaraq hesab etmişdir ki, qeyd edilən qaydada bölgü mülki qanunvericiliyin tələblərinə zidd olmaqla digər paylı mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozduğundan iddia qeyd edilən qaydada təmin edilə bilməz.

46. Işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş pozuntulara yol verilməmiş, məhkəmə qətnaməsini iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun əsaslandırmışdır.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Cavabdeh iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar