Məhkəmə qərarları › İş №2(1-8)-1167/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1167/2026

04.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1167/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə (ƏM-in 70-ci maddəsinin “ç” bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X19 (məruzəçi), X10 və X20 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin 2025-ci il # #### tarixli ** nömrəli əmrinə əsasən müəyyən edilmişdir ki, laboratoriya müdiri İddiaçı X3ndan tədris təcrübəsinə gəlməməsi müqabilində 200 manat pul almışdır. İddiaçı daha əvvəl 2025-ci il ## #### tarixli *** nömrəli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət almış, lakin bundan nəticə çıxarmayaraq təkrarən əmək funksiyasını pozmuşdur. Bu hərəkətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq əmək vəzifələrinin kobud pozuntusu hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2025-ci il # #### tarixindən xitam verilməsi, son haqq-hesab qanunvericiliyə uyğun olaraq ödənilməsi, əmək kitabçasında müvafiq qeyd aparılaraq işçiyə təqdim edilməsi əmr edilmişdir.

2. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 2025-ci il # #### tarixli qərara əsasən müəyyən edilmişdir ki, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin laboratoriya müdiri İddiaçı X3ndan təcrübədə iştirak etməmək müqabilində 200 manat rüşvət alması faktı öz təsdiqini tapmamışdır. Araşdırma zamanı müraciət edən X2 ilkin ərizəsindən imtina edərək, hər hansı rüşvət faktının olmadığını və şikayətinin olmadığını bildirmişdir. Toplanmış izahatlar və materiallarla da cinayət hadisəsinin baş verməsi təsdiqlənməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının CPM-in 39.1.1, 86 və 212-ci maddələrinə uyğun olaraq, material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.

3. Azərbaycan Təhsil Işçiləri X11 Respublika Komitəsinin 2025-ci il ## #### tarixli məktubuna əsasən, İddiaçı 2023-cü ildən üzvlükdən çıxdığı üçün Ittifaq tərəfindən müdafiə hüququna malik deyil.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X31 2025-ci il # ###### tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, kollec ilə bağlanmış 2005-ci il ## ###### tarixli əmək müqaviləsinə işəgötürənin 2025-ci il # #### tarixli ** nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Ləğvetmə zamanı 72-ci maddənin “e” və “ə” bəndlərinə istinad olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulmuş, yəni xitamın zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Müvafiq sənədlərdə iddiaçının əmək və intizam qaydalarını kobud şəkildə pozması faktı təsdiqini tapmamışdır. Bu səbəbdən işəgötürən tərəfindən Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş hüquqpozma törədilmiş və Kollecin direktoru barəsində inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq tədbirlər görülmüşdür. 2023-cü ilin yanvar ayından etibarən həmkarlar ittifaqının üzvü olmadığı üçün əmək müqaviləsinə xitam verilərkən həmin qurumun razılığı tələb olunmamışdır.

5. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” 2025-ci il ## ###### tarixli qərardan müəyyən edilmişdir ki, Gəncə şəhərində yerləşən Regional Kollecin direktoru nümayəndə1 2025-ci il # #### tarixdə DIN-in 102 xidmətinə müraciət edərək laboratoriya müdiri İddiaçı tələbə Famil Aslanovdan 200 manat pul alması barədə məlumat vermişdir. Həmin məlumat HK-1/407 nömrə ilə qeydiyyata alınaraq araşdırılması üçün Gəncə şəhər 3-cü Polis Şöbəsinə göndərilmişdir. X3 da ərizə ilə müraciət etmiş, lakin sonradan verdiyi əlavə ərizədə göstərilən halı təkzib etmiş və şikayətinin olmadığını bildirmişdir. Aparılmış araşdırma zamanı fakt təsdiqini tapmadığından 2025-ci il # #### tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir, lakin həmin qərar əsassız hesab edilərək ləğv edilmişdir.

6. 2025-ci il ## ### tarixli *** saylı əmrlə yaradılmış Əmək və icra intizamı komissiyasının üzvləri tərəfindən tərtib olunmuş 2025-ci il ## ### tarixli akta əsasən kollecin laboratoriya müdiri İddiaçı Fərhad qızı 2025-ci il # ### tarixli izahatında 333A2 qrupunun son kurs tələbəsi X4 tədris təcrübəsinə gəlməməsi müqabilində 200 manat pul aldığını, lakin məsələni həll edə bilmədiyi üçün 400 manatı tələbəyə geri qaytardığını bildirmişdir. X7 2025-ci il # ### tarixli izahatında da qeyd olunan məbləğin İddiaçı verildiyi təsdiq edilmişdir. 2025-ci il ## ### tarixdə keçirilmiş komissiya iclasında iştirak edən İddiaçı isə tələbədən 200 manat pul almadığını bildirmiş, həmçinin əvvəl Famil Aslanovun sinifkom təyin olunmasına vasitəçilik etdiyini qeyd etsə də, sonradan bu fikrini təkzib etmişdir.

7. İddiaçı 2025-ci il # ### tarixli izahatına əsasən, o, mart ayının sonlarında 333A2 qrupunda təhsil alan tələbədən 200 manat məbləğində pul almışdır. Qiymətləndirmə ilə bağlı kömək göstərə bilmədiyinə görə, 2025-ci il # ### tarixində həmin şəxsə 400 manat məbləğində vəsaiti geri qaytarmışdır. O, etdiyi hərəkətdən peşman olduğunu bildirərək, bağışlanmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin tələbəsi X2 tərəfindən təqdim edilmiş 2025-ci il # ### tarixli izahatda bildirilmişdir ki, o, birinci praktikada iştirak etmiş, ikinci praktikada isə iştirak edə bilməmişdir. Bu səbəbdən o, İddiaçı müraciət etmiş və 2025-ci ilin mart ayında 100 manat, 20 aprel tarixində isə əlavə olaraq 100 manat məbləğində ödəniş etmişdir. Kollecin 2025-ci il ## #### tarixli *** nömrəli əmrinə əsasən, laboratoriya müdiri İddiaçı əmək funksiyalarını icra edərkən yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmətə məruz qalmışdır.

9. İddiaçı 2025-ci il ## #### tarixli izahatında bildirilmişdir ki, “Mühasibat uçotu” ixtisası üzrə təhsil alan Leyla adlı tələbə praktika ilə bağlı ona müraciət etmiş, o isə yalnız köməklik olacağı təqdirdə yardım göstərə biləcəyini qeyd etmişdir. Hər hansı maddi vəsait alınmadığını və izahatı müstəqil şəkildə yazdığını bildirmişdir. X12 izahatında isə qeyd olunur ki, Səidə praktika müddətində pul qarşılığında kömək edəcəyini bildirmiş, praktikaya davamiyyətin vacib olmadığını demişdir. Sonradan ona praktika üzrə limitə düşdüyü barədə məlumat verilmiş, Səidə isə məsələni Ilqar Əliyev vasitəsilə həll edəcəyini bildirmişdir. Qeyd olunan şəxslər tərəfindən hər hansı köməklik göstərilmədiyi və tələbənin praktikadan kəsilmə ehtimalı olduğu vurğulanmışdır.

10. 2025-ci il # #### tarixli Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin növbədənkənar Pedaqoji Şurasının iclas protokoluna əsasən, laboratoriya müdiri İddiaçı əmək fəaliyyəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri, 2025-ci il # ### tarixli izahatlar, 2025-ci il ## ### tarixli əmək və icra intizamı komissiyasının aktı və müəssisədaxili intizam qaydaları nəzərə alınaraq, təhqir və təhdid halları ilə əlaqədar olaraq xitam edilmişdir.

11. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin sədrinin 2025-ci il ## ###### tarixli arayışına əsasən kollecin keçmiş laboratoriya müdiri İddiaçı 2023-cü ilin yanvar ayından Həmkarlar Ittifaqı üzvlüyündən çıxmış və həmin tarixdən etibarən onun əməkhaqqından üzvlük haqqı tutulmamışdır.

12. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Baş mühasibin 2025-cı il ## ###### tarixli arayışa əsasən X5 üzvlüyündən çıxdığına görə 2023-cü il # ###### tarixdən heç bir üzvlük haqqı tutulmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 2025-ci il # #### tarixli ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən cavabdeh Kollecdə laboratoriya müdiri vəzifəsində çalışmışdır. Kollecin direktoru nümayəndə1 ilə aralarında münasibətlərin gərgin olduğu, bu səbəbdən dəfələrlə yuxarı orqanlara şikayət etdiyi bildirilmişdir. 2025-ci il # #### tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Kollecdə 333A2 qrup tələbəsi Famil Aslanovla bağlı mübahisəli vəziyyət yaranmış, direktor tərəfindən təzyiq göstərilərək yalan izahat yazdırılması və pul köçürülməsi tələb olunmuşdur. Daha sonra həmin hal əsasında onun barəsində əsassız şikayət verildiyi iddia olunur. Daxili Işlər Nazirliyinə edilən müraciət üzrə toplanmış materiallarda cinayət tərkibi müəyyən edilməmiş və cinayət işi başlanması rədd edilmişdir. X14 da təzyiqə məruz qalaraq izahat verdiyini bildirmişdir. Barəsində verilmiş intizam tənbehləri və sonrakı işdən azad edilmə qərəzlidir, obyektiv araşdırma aparılmamışdır və müəssisənin mənafeyinə ciddi zərərin vurulması sübuta yetirilməmişdir. Buna görə də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilərək işə bərpasını tələb etmişdir.

15. Iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını xahiş etmişdir və həmçinin bildirmişdir ki, 2025-ci il # ### tarixli izahat iddiaçı tərəfindən yazılmamış və imzalanmamışdır, digər yazılı sənədlərdən iddiaçının xətti aydın olmuşdur və onun imzası asanlıqla eyni qaydada icra edilə bilərdi.

16. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunduğunu, əmək qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edildiyi üçün mübahisələndirilən əmrin qanuni və əsaslı olduğunu bildirmiş, iddianın təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə iclasında cavabdehin direktoru iddiaya etiraz edərək bildirmişdir ki, X7 dərslərdə iştirak etməməsi ilə bağlı aparılmış araşdırma zamanı iddiaçının izahatı nəzərə alınmış, sonradan yaradılmış komissiya tərəfindən məsələyə baxılmışdır. Bu hal cavabdeh tərəfindən qərəzliliyin olmadığının göstəricisi kimi qiymətləndirilmişdir. Direktor həmçinin qeyd etmişdir ki, iddiaçının rüşvət alması barədə məlumat kollecdə geniş məlum olmuş və buna baxmayaraq fəaliyyətini davam etdirməsi narazılıq doğurmuşdur. Aparılmış araşdırmanın nəticəsinə əsasən, tələbə Famil Aslanova humanist yanaşma göstərilmiş, onun qayıb limiti barədə məlumatlı olmadığını bildirməsi nəzərə alınmışdır. Nəticədə tələbə növbəti kursa keçirilməmiş və əvvəlki kursda saxlanılmışdır. Belə ki, rüşvət faktından sonra baş verən hadisələr cavabdehin qanuni mənafelərinə ciddi zərər vurmuşdur.

18. Gəncə Şəhər Məhkəməsinin (hakim X.Ə.Səfərli ) 2025-ci il # ######## tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdehin 2025-ci il # #### tarixli ** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının tam hesablanıb iddiaçıya ödənilməsi qət edilmişdir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən əmr hüquqi baxımdan iddiaçının əmək fəaliyyəti zamanı işəgötürənin qanuni mənafeyinə ciddi zərər vurması və əvvəllər tətbiq edilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyasını təkrar pozması əsasları ilə qəbul edilmişdir. Əmrin faktiki əsası kimi iddiaçının tələbədən pul alması və sonradan həmin məbləği geri qaytarması, habelə ona verilmiş intizam tənbehindən sonra əmək vəzifələrini yenidən pozması göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq mübahisələndirilən əmrin əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsini iddiaçının tələbədən pul alması faktı ilə əlaqələndirmiş və bu hərəkəti rüşvət alma kimi qiymətləndirmişdir. Lakin rüşvət alma cinayət əməli olub, şəxsin həmin əməli törətməsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər.

20. Hazırkı iş üzrə iddiaçının rüşvət alma cinayətini törətməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Buna baxmayaraq, cavabdeh komissiya araşdırmasının nəticələrinə əsaslanaraq həmin halı qanuni mənafeyə ciddi xələl gətirən hərəkət kimi qiymətləndirmişdir. Halbuki cinayət xarakterli əməllərin araşdırılması və hüquqi qiymət verilməsi səlahiyyətli orqanların və məhkəmənin müstəsna səlahiyyətinə aiddir. Bu səbəbdən cavabdehin qeyd olunan əsasla əmək müqaviləsinə xitam verməsi hüquqi baxımdan əsaslı hesab edilə bilməz.

21. Bundan əlavə, cavabdeh iddiaçının əmək funksiyalarını pozduğunu və intizam tənbehindən sonra altı ay ərzində yenidən pozuntuya yol verdiyini göstərsə də, həmin hərəkətlərin müəssisənin fəaliyyətinə, əmək və icra intizamına hansı formada mənfi təsir göstərdiyini əsaslandırmamışdır. Eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulan zəruri məlumatlar tam şəkildə əks olunmamışdır. Bu isə əmrin əsaslandırılmışlıq və müəyyənlik tələblərinə cavab vermədiyini göstərir.

22. Məhkəmə həmçinin nəzərə alır ki, əmək müqaviləsinə xitam verilməsi kimi ağır hüquqi nəticə doğuran tədbirin tətbiqi üçün əsaslar işçi üçün aydın və konkret göstərilməlidir ki, o, həmin qərarı effektiv şəkildə mübahisələndirə bilsin. Şiddətli töhmət verilməsi barədə əmrin qanuniliyi hazırkı mübahisənin predmeti olmadığından, məhkəmə həmin məsələyə hüquqi qiymət vermir.

23. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmamışdır. Buna görə də iddia təmin edilməli, mübahisələndirilən əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və məcburi iş buraxma müddəti üçün əmək haqqı tam həcmdə ödənilməlidir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 23, 24-cü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 42, 68, 70, 72, 74, 76, 80, 84, 182, 186, 300-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3, 14.1, 27.1, 311.1-ci, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1, 21.2, 21.3, 37, 126.6, 351.1, 351.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.3, 14.2, 77.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun olmayaraq qəbul edilmiş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı və tələbə Famil Aslanov tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş izahatlar onların öz əlyazmaları və imzaları ilə tərtib edilmiş sənədlərdir. Məhkəmə həmin sənədlərin həqiqiliyini təkzib edən hər hansı ekspertiza rəyi olmadan onları etibarsız hesab etmişdir. Cavabdeh hesab etmişdir ki, zərurət olduğu halda məhkəmə xəttşünaslıq ekspertizası təyin etməli idi. Şikayətdə qeyd olunmuşdur ki, tələbə Famil Aslanov kollecin rəhbərliyinə müraciət edərək laboratoriya müdiri İddiaçı təcrübədə iştirak etməməsi müqabilində ondan pul aldığını bildirmiş, bunun əsasında kollecdə xidməti araşdırma aparılmış və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilmişdir. Araşdırma zamanı tələbənin və iddiaçının ilkin izahatlarında pulun verilməsi və alınması faktı təsdiq edilmişdir. Cavabdeh göstərmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar sonradan Gəncə şəhər prokurorunun qərarı ilə ləğv edilmiş və material əlavə araşdırma üçün göndərilmişdir. Bu səbəbdən, hadisənin hüquqi qiymətləndirilməsinin yekunlaşmadığı halda məhkəmə tərəfindən nəticəyə gəlinməsi vaxtından əvvəl edilmiş qiymətləndirmə hesab olunmalıdır. Cinayət tərkibinin müəyyən edilməməsi əmək intizamının pozulmaması anlamına gəlmir. Iddiaçının davranışı təhsil müəssisəsinin nüfuzuna xələl gətirən, etik və peşə davranışı qaydalarına zidd hərəkət kimi qiymətləndirilməli və Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması halları kimi qəbul edilməlidir. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində ##.##.2025-ci il tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət tətbiq edilmiş, lakin o, bundan nəticə çıxarmayaraq altı ay ərzində yenidən əmək funksiyalarını pozmuşdur. Bu səbəbdən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Şikayətdə göstərilmişdir ki, ##.##.2025-ci il tarixdə keçirilmiş pedaqoji şurada iddiaçının hərəkətləri müzakirə edilmiş, onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin iddiaçının əmək münasibətlərinə xitam verilməsi ilə bağlı əmrlə tanış olmaqdan imtina etdiyi və qeydiyyat kitabına zərər vurduğu bildirilmişdir.

27. Sonradan cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı 2023-cü ilin yanvar ayından həmkarlar ittifaqının üzvü olmadığından, onun əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığının alınması tələb olunmamışdır. Bu hal həmkarlar ittifaqı sədrinin və baş mühasibin arayışları ilə təsdiq olunmuşdur. Cavabdeh həmçinin vurğulamışdır ki, iddiaçıya əvvəllər tətbiq edilmiş intizam tənbehi qanuni qüvvədə olmuş, həmin tənbehdən sonra da əmək funksiyalarının pozulması davam etmişdir. X7 və iddiaçının ilkin izahatları pulun alınması və verilməsi faktını təsdiq etsə də, sonradan bu izahatlardan imtina olunmuşdur. Cavabdehin mövqeyinə görə, sonrakı izahatlar ilkin məlumatlardan yayınmağa yönəlmişdir. Əlavədə göstərilmişdir ki, iddiaçının ##.##.2025-ci il tarixli izahatının həqiqiliyinin müəyyən olunması üçün xəttşünaslıq ekspertizası təyin edilməsinə ehtiyac vardır və bu barədə vəsatət verilmişdir. Cavabdeh hesab etmişdir ki, iş materiallarında olan izahatlar, xidməti araşdırma sənədləri, pedaqoji şuranın qərarları və digər sübutlar iddiaçının əmək vəzifələrini kobud şəkildə pozduğunu təsdiq edir.

28. Məhkəmə iclasında iştirak edən cavabdeh Kollecin direktoru nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, X7 dərslərdə iştirak etməməsi ilə bağlı aparılmış araşdırma zamanı iddiaçının tələbədən pul alması faktı müəyyən edilmiş, bu məqsədlə yaradılmış komissiya tərəfindən araşdırma aparılmışdır. Onun sözlərinə görə, qeyd olunan hal kollektivdə narazılıq yaratmış və müəssisənin qanuni mənafeyinə ciddi xələl vurmuşdur. Bu səbəbdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi X6 izahatında göstərmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən azad edilmişdir. O, iddiaçının 2023-cü ilin yanvar ayından həmkarlar ittifaqının üzvü olmadığını, bu səbəbdən əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığının alınmasının tələb edilmədiyini bildirmişdir. Nümayəndə həmçinin qeyd etmişdir ki, iddiaçıya ##.##.2025-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, lakin o, bundan nəticə çıxarmayaraq altı ay ərzində əmək funksiyalarını təkrar pozmuşdur. Bu əsaslarla apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2005-ci ildən Kollecdə laboratoriya müdiri vəzifəsində çalışmış, lakin Kollecin direktoru tərəfindən ona qarşı qərəzli münasibət göstərilmişdir. O, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə göstərilən halların həqiqəti əks etdirmədiyini, X7 anası ilə lotereya münasibətlərinin mövcud olduğunu və pul köçürmələrinin bununla bağlı həyata keçirildiyini bildirmişdir. Iddiaçının sözlərinə görə, direktor tərəfindən təzyiqə məruz qaldığından izahat imzalamağa və pul köçürməyə məcbur olmuşdur. O, həmçinin polis araşdırması nəticəsində cinayət hadisəsinin müəyyən edilmədiyini qeyd edərək, işdən çıxarılmasını qanunsuz hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Şahid qismində dindirilmiş X23nın sədri X16 ifadəsində göstərmişdir ki, tərəflərlə qərəzli münasibəti yoxdur. O, ##.##.2025-ci il tarixdə həmkarlar ittifaqının sədri təyin edilmiş, həmin dövrə aid üzvlük siyahılarını yoxlamışdır. Şahid bildirmişdir ki, iddiaçı 2023-cü ilin yanvar ayından həmkarlar ittifaqının üzvü olmamışdır.

32. X8 ifadəsində göstərmişdir ki, tərəflərlə qərəzli münasibəti yoxdur. O, iddiaçını qohumu Şahnaz vasitəsilə tanıdığını və bir neçə nəfərlə birlikdə lotereya oynadıqlarını bildirmişdir. Şahidin sözlərinə görə, lotereya çərçivəsində müxtəlif məbləğlərdə, o cümlədən 200 manat məbləğində ödənişlər edilmişdir.

33. X1 ifadəsində göstərmişdir ki, tərəflərlə qərəzli münasibəti yoxdur. O, İddiaçı ilə telefon danışıqlarının lotereya ilə bağlı olduğunu, ailə üzvlərinin lotereya oynadıqlarını və sözügedən 200 manatın lotereya pulu olduğunu bildirmişdir.

34. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), G.İ.Cavadova və T.N.Məmmədov) 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanuniliyinin qiymətləndirilməsi zamanı əmrdə göstərilməyən hallara istinad edilməsi və onun genişləndirici təfsiri yolverilməzdir. Belə ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilməsi onun tələbəyə kömək edəcəyi vədi ilə pul alması və sonradan həmin vədi yerinə yetirə bilmədiyindən pulu geri qaytarması ilə əsaslandırılmışdır. Lakin iş üzrə toplanmış sübutlarla iddiaçının X3ndan rüşvət məqsədilə pul alması təsdiq edilməmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş şahidlər – X2 və X9 da bu halı təsdiqləməmişlər.

36. Cavabdeh tərəf iddiaçının rüşvət almasını bildirsə də, həmin iddianı təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etməmişdir. Bu barədə yalnız cavabdeh rəhbərinin subyektiv mövqeyi mövcuddur. Mülki mühakimə icraatında qəbul olunmuş prinsipə görə, sübutetmə yükü iddia irəli sürən tərəfin üzərinə düşür. Kollegiya qeyd etmişdir ki, sübutların kifayət etmədiyi hallarda məhkəmə istinad olunan faktları təsdiq olunmamış hesab edə və buna uyğun hüquqi nəticə çıxara bilər. Tərəflərin izahatları işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verildiyindən, həmin izahatlar digər sübutlarla birlikdə qiymətləndirilməli və yoxlanılmalıdır.

37. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə, ƏM-nin 2, 10, 11, 70, 71, 72, 79, 80, 83, 84, 186, 187, 300-cü, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 9.1, 33.1, 33.2-ci, MPM-in 8.1, 8.2, 9.1, 9.3, 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 218.1, 218.3, 384.1, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın 2004-cü il ## ###### tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 2006-cı il ## ### tarixli, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il ## ###### tarixli, Avropa Insan Hüquqları Məhkəməsinin “Oferta Plus S.R.L. Moldovaya qarşı” 2006-cı il ## ###### tarixli Qərarlarına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ##.##.2024cü il tarixli, KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış” Qaydalarının 3 və 5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda onunla əsaslandırılmaqla yanaşı əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən elektron məhkəmə sisteminə yerləşdirilmiş, habelə məhkəmə iclasında şəxsən təqdim edilmiş sənədlərə və CD daşıyıcısında olan video materiallara hüquqi qiymət vermədən, qətnamə qəbul etmişdir.

40. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə baxış zamanı cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə elektron sistem vasitəsilə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim edilmişdir. Həmin vəsatət iddiaçının müxtəlif vaxtlarda verdiyi izahatlar arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirə edilməmiş və ona münasibət bildirilməmişdir.

41. Bundan başqa, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş videoçəkilişlərə də nə polis araşdırması zamanı, nə də hər iki məhkəmə instansiyasında hüquqi qiymət verilmişdir.

42. Həmçinin, polis araşdırması zamanı həm iddiaçı, həm də Famil Aslanovun anası tərəfindən iddiaçı ilə Famil Aslanovun anasının yaxın münasibətdə olduqları və birlikdə lotereya oynadıqları bildirilmişdir. Lakin ##.##.2025-ci il tarixdə kollecin direktorunun xidməti otağında aparılmış araşdırmanın video görüntülərindən görünür ki, iddiaçı otağa daxil olduqda orada olan qadının kim olduğunu və adını soruşmuşdur. Həmin qadının Famil Aslanovun anası olması nəzərə alınarsa, bu hal onların yaxın münasibətdə olmaları və birlikdə lotereya oynamaları barədə sonradan verilmiş izahatların doğruluğunu ciddi şübhə altına alır. Buna baxmayaraq, qeyd olunan video sübut məhkəmə tərəfindən araşdırılmamış və qiymətləndirilməmişdir. Eyni zamanda diqqətə alınmalıdır ki, nə Famil Aslanovun ##.##.2025-ci il tarixli ərizəsində, nə də iddiaçının həmin tarixdə verdiyi izahatında lotereya ilə bağlı hər hansı məlumat əks olunmamışdır. “Lotereya” versiyası yalnız sonradan polis araşdırması zamanı irəli sürülmüşdür. Əgər tərəflər arasında həqiqətən belə münasibət mövcud olmuş olsaydı, həmin hal ilkin ərizə və izahatlarda da öz əksini tapardı.

43. Apellyasiya məhkəməsi qətnaməsində əmək müqaviləsinə xitam verilərkən Həmkarlar Ittifaqı Komitəsinin razılığının alınmamasını əsaslardan biri kimi göstərmişdir. Halbuki, məhkəmə baxışı zamanı X23 Komitəsinin sədri Vüqar Cahangirov izahat verərək bildirmişdir ki, İddiaçı 2023-cü ildən etibarən həmkarlar ittifaqı üzvlüyündə olmamış, komitənin fəaliyyətində iştirak etməmiş və üzvlük haqqı ödəməmişdir. Bu barədə məhkəməyə rəsmi arayış da təqdim edilmişdir. Həmçinin, kollecin baş mühasibi tərəfindən təqdim edilmiş arayışla da təsdiq edilmişdir ki, 2023-cü ildən etibarən iddiaçının əməkhaqqından həmkarlar ittifaqına üzvlük haqqı tutulmamışdır.

44. Belə olan halda, iddiaçının həmkarlar ittifaqının üzvü olmaması iş materialları ilə təsdiq edildiyi halda, apellyasiya instansiyası məhkəməsinin əmək müqaviləsinə xitam verilməsi zamanı Həmkarlar Ittifaqı Komitəsinin razılığının alınmamasını mübahisənin həlli üçün həlledici əsas kimi qəbul etməsi işin faktiki halları və əmək qanunvericiliyinin tələbləri ilə uzlaşmır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

46. Maddə 2 (hissə 1). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

47. Maddə 2 (hissə 2). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

48. Maddə 9 (bənd q). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

49. Maddə 11 (hissə 1, bənd d). Işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biridir.

50. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

51. Maddə 70 (bənd ç). Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

52. Maddə 71 (hissə 2). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra inztizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

53. Maddə 71 (hissə 3). Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

54. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verməsi.

55. Maddə 79 ( hissə 1). Işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

56. Maddə 80 (bənd 1). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

57. Maddə 80 (bənd 2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

58. Maddə 83 (hissə 2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

59. Maddə 84 (hissə 1). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

60. Maddə 84 (hissə 2). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

61. Maddə 84 (hissə 3). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

62. Maddə 186. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

63. Maddə 186 (hissə 2). Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

64. Maddə 186 (hissə 3). Işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

65. Maddə 187 (hissə 1). Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

66. Maddə 300 (hissə 1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

67. Maddə 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır: Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

68. Maddə 9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil və peşə standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir.

69. Maddə 9.2. Təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosialiqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq qaydada qiymətləndirilir.

70. Maddə 33.1. Təhsilverənlərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun və digər normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

71. Maddə 33.2. Təhsilverənlərin hüquqları aşağıdakılardır: 33.3.5. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ##.##.2024-cü il tarixli, KQ-** nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış” Qaydaları

72. Bənd 3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur.

73. Bənd 3.2. Təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır.

74. Bənd 3.3. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur.

75. Bənd 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir.

76. Bənd 5.2. Müəssisə rəhbəri: təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

86. Hazırkı kassasiya şikayətində qətnamə bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

88. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

89. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

90. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

91. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

93. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar