Məhkəmə qərarları › İş №2(1-8)-1181/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1181/2026

11.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1181/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi” Publik Hüquqi Şəxs “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi), ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla, bir intizam xətasına görə yalnız bir intizam tənbehinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ######## 2020-ci il tarixdə əmək müqaviləsi ilə Iddiaçı “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin Doğum evi – Doğum şöbəsinin maması vəzifəsinə işə qəbul edilmişdir.

2. ## #### 2025-ci il tarixdə Doğum evi - Doğum şöbəsində vətəndaş X4 qeysəriyyə əməliyyatına hazırlığı zamanı ona qarşı əməkdaşlar (mama) XXX və Iddiaçı tərəfindən göstərilmiş kobud rəftarla bağlı ## ##### 2025-ci il tarixdə “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-in əməkdaşları tərəfindən akt tərtib edilmişdir.

3. “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin ## ##### 2025-ci il tarixli, **-*- **/*-*-***/**** nömrəli əmri ilə Iddiaçı intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir.

4. “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin ## ##### 2025-ci il tarixli, **-*- **/*-*-***/**** nömrəli əmri ilə Iddiaçı 1 (bir) ay müddətinə işdən kənar edilməsi və lazımi araşdırmalar aparıldıqdan sonra müvafiq qərarın qəbul edilməsi əmr edilmişdir.

5. “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin ## ### 2025-ci il tarixli, **-*- **/*-*-*/**** nömrəli protokoluna əsasən HIK tərəfindən Doğum evi – Doğum Şöbəsində çalışan mama Iddiaçı iş fəaliyyətində yol verdiyi nöqsanlara, əmək vəzifələrinin kobud şəkildə pozduğuna və əmək funksiyasını düzgün yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası ƏM-in 10-cu maddəsinin “a”, 72-ci maddəsinin “e” və “f” bəndlərinin tələblərini kobud şəkildə pozduğundan, Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir.

6. “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin ## ### 2025-ci il tarixli, **-*- **/*-*-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “ç” bəndini, 144-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, Doğum evi – Doğum şöbəsinin maması Iddiaçı ## ### 2025-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış ## ######## 2020-ci il tarixli, *** nömrəli əmək müqaviləsinə xitam verilməsi, işçiyə ## ######## 2024 – ## ### 2025-ci iş ili üzrə cəmi 20 gün əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir.

7. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər Idarəsi tərəfindən Iddiaçı ünvanlanmış ## ###### 2025-ci il tarixli cavab məktubuna əsasən sonuncunun müraciəti əsasında Müfəttişlik tərəfindən araşdırılma aparılmış və əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozularaq xitam verilməsi ilə əlaqədar “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası IXM-in 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə tərtib edilmiş ## #### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola uyğun olaraq həmin Məcəllənin eyni maddəsinə əsasən ## #### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə ## ### 2025-ci il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrin ləğv edilməsinin təmin edilməsi barədə “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-yə müvafiq məktub ünvanlanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı Iddiaçı cavabdeh “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ### 2025-ci il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrin ləğv edilməsi, iddiaçının Doğum evi - Doğum şöbəsinin maması vəzifəsinə işə bərpa edilməsi və ## ### 2025-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin ## ### 2025-ci il tarixli əmri ilə iddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən əmrdə həmin əmrin verilməsi üçün əsas olaraq “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin Həmkarlar Ittifaqı Komitəsinin ## ### 2025-ci il tarixli protokolu göstərilmişdir. Iddiaçı qanunvericiliyə müvafiq olaraq Mediasiya təşkilatına müraciət etmiş, cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən, Bakı * saylı Mediasiya Təşkilatının ## #### 2025-ci il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi ilə fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət edə bilmək müddəti üçün nəzərdə tutulmuş 1 aylıq müddət ötürülməmişdir. Iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh iddia tələbinə etiraz verərək göstərmişdir ki, iddiaçı öz iddia ərizəsində cavabdehin mediasiya iclasında iştirak etmədiyini bildirmişdir. Bu məlumat tamamilə həqiqətə uyğun deyil. Belə ki, cavabdehin nümayəndəsi mediasiya iclasında şəxsən iştirak etmiş və bu barədə müvafiq qeyd və ya protokol da mövcuddur. Iddiaçı ## ######## 2020-ci il tarixdən etibarən müəssisədə əmək müqaviləsi əsasında çalışmış, lakin ## ### 2025-ci il tarixdə haqqında intizam tənbehi qərarı alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi barədə məhkəməyə müraciət edərək, haqqında verilmiş əmrə xitam verilməsini, buraxılmış iş günlərinə görə əmək haqqının hesablanmasını iddia etmişdir. Cavabdeh həmin tələblərin hüquqi əsaslardan məhrum olduğunu düşünüb qəbuledilməz hesab edir. Belə ki, ## #### 2025-ci il tarixində Doğum evi - Doğum şöbəsində vətəndaş X4 qeysəriyyə əməliyyatına hazırlığı zamanı ona qarşı əməkdaşlar (mama) XXX və Iddiaçı tərəfindən göstərilmiş kobud rəftarla bağlı iddialar üzrə araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, doğuşa az qalmış XXX əməliyyata psixoloji cəhətdən həssas vəziyyətdə daxil olmuşdur. Bu zaman adları yuxarıda qeyd olunan əməkdaşlar ona qarşı qeyri-etik ifadələr işlətmiş və stress yarada biləcək davranışlar sərgiləmişlər. Müvafiq tarixdə Doğum şöbəsində növbədə olan bütün tibb personalının yazılı məlumatları alınmışdır. Tibb personalı tərəfindən mama XXX və Iddiaçı davranışları ilə əlaqədar şahid qismində məlumatlar alındıqdan sonra, onların törətdiyi hərəkətlər barədə akt tərtib edilmiş (## ##### 2025) və müvafiq əməkdaşlar tərəfindən imzalanmışdır. Araşdırmanın davamı olaraq işəgötürənin göstərişi ilə hadisə ilə bağlı xüsusi komissiya təşkil olunmuş, faktlar və şəxslərin çıxışları nəzərə alınaraq, komissiya qərarına əsasən sözü gedən əməkdaşlar araşdırma müddətində əmək funksiyalarından müvəqqəti azad edilmiş, eyni zamanda Iddiaçı da ## ##### 2025-ci il tarixli əmr ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinə əsasən 1 ay müddətinə işdən kənarlaşdırılmışdır. Əmrdə qeyd olunan müddət (1 ay) bitdikdən sonra PHŞ-nin qəbulunda baş tutan iclasda müəssisənin Həmkarlar Ittifaqı Komitəsinin nümayəndələrinin iştirakı ilə məsələ kollektiv şəkildə müzakirə edilmiş və protokol tərtib olunmuşdur. Komissiya qərarından sonra aparılan qiymətləndirmə nəticəsində əməkdaş XXX törətdiyi hərəkətləri etiraf etmiş, peşmançılıq ifadə etmiş və iş prinsipindəki yanlışlıqları qəbul etmişdir. Bunun nəzərə alınması ilə o, müəssisənin nizamnaməsinə əsasən daxili dəyişikliklə başqa bir şöbəyə təyin edilmiş və barəsində şiddətli töhmət intizam tənbehi tətbiq olunmuşdur. Iddiaçı isə törətdiyi hərəkətləri qəbul etməmiş, üstəlik şöbə daxilində digər işçilərə və xəstələrə aid məxfi məlumatları, onların icazəsi olmadan səsyazma vasitəsilə qeydə alaraq yaymış və dinlətmişdir. Bu davranışlar həm hüquqi prinsiplərə, həm də müəssisədaxili intizam qaydalarına zidd olduğu üçün, araşdırmanın tamamlanmasından sonra, 1 aylıq müvəqqəti uzaqlaşdırma müddəti bitdikdən sonra o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. ## #### 2025-ci il tarixində iddiaçının mediasiya təşkilatına müraciəti əsasında hüquqi əsaslar nəzərə alınaraq tərəflər arasında müzakirə təşkil edilmişdir. Görüş zamanı tərəflər arasında razılıq əldə olunmamış və müəssisə tərəfindən iddiaçının müəssisəyə işə bərpasının mümkün olmadığı birmənalı şəkildə bildirilmişdir. Belə ki, hamiləyə tibbi müdaxilə zamanı göstərilən bu cür münasibət tibbi təhlükə yarada biləcək bir nöqsandır. Pasientə qarşı qeyri-etik və stress yarada biləcək davranışlar tibb sahəsində peşə fəaliyyətinə və hüquqi öhdəliklərə zidd olmaqla işəgötürənin etimadını əsaslı şəkildə sarsıtmışdır. Eyni zamanda qeyd edilmişdir ki, işdən xaric etmə zamanı qanunvericiliklə nəzərdə tutulmuş bütün vəsaitlər tam şəkildə ödənilmişdir. Iddiaçının son haqq-hesabında əmək haqqı və istifadə olunmamış məzuniyyətə dair kompensasiya tam şəkildə hesablanaraq ödənilmiş və bununla bağlı PHŞ-nin maliyyə şöbəsinin çıxarışı da mövcuddur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim L.Məmmədova) iddia tələbi təmin edilərək, “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin ## ### 2025-ci il tarixli, **-*-**/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəyə - Doğum evi - Doğum şöbəsinin maması vəzifəsinə bərpa edilməsi, “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ tərəfindən məcburi işburaxma müddəti üzrə ## ### 2025-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə olan əmrlərdən görünür ki, PHŞ törədilmiş bir əmələ görə iddiaçıya həm sonuncu xəbərdarlıqla şiddətli töhmət vermiş (ƏM 186-cı bəndinin “b” yarımbəndi), həm müvəqqəti olaraq işdən kənarlaşdırmış, həm də eyni əmələ görə əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi (ƏM 186-cı bəndinin “ç” yarımbəndi) ilə ləğv etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqa uyğun olmayacaqdır. Nəzərə almaq lazımdır ki, əgər işçinin öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirilməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamışsa və ya işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin)

14. hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişsə, həmin işçi ilə əmək müqaviləsinin AR ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir.

15. Həmçinin, 71.3-cü maddəsinə əsasən işəgötürən üçün bu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsini ləğv edərkən belə bir şərt müəyyən edilmişdir ki, o, hər bir halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yəni əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu, işəgötürən tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır.

16. Məhkəmə hesab etmişdir ki, əmrin əsasını təşkil edən hallar Əmək Məcəlləsinin 186cı maddəsinin tələblərinə uyğun deyil və əmək müqaviləsinin ləğv edilməsi üçün qanuni hesab edilə bilməz.

17. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-in 186-cı maddəsinin tələbləri pozulmaqla xitam verildiyindən, iddia tələbi təmin edilməli, “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” PHŞ-nin ## ### 2025-ci il tarixli əmri ləğv edilməli, Iddiaçı əvvəlki vəzifəyə - Doğum evi - Doğum şöbəsinin maması vəzifəsinə işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70, 71, 84, 186, 189-cu maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırmanın davamı olaraq müəssisə rəhbərliyinin göstərişi ilə hadisə ilə bağlı xüsusi komissiya təşkil olunmuş, komissiya qərarına əsasən sözü gedən əməkdaşlar araşdırma müddətində əmək funksiyalarından müvəqqəti azad edilmiş, həmin müddət bitdikdən sonra direktorun qəbulunda baş tutan iclasda müəssisənin Həmkarlar Ittifaqı Komitəsinin nümayəndələrinin iştirakı ilə məsələ kollektiv şəkildə müzakirə edilmiş və protokol tərtib olunmuşdur. Komissiya qərarından sonra aparılan qiymətləndirmə nəticəsində əməkdaş XXX törətdiyi hərəkətləri etiraf etmiş, peşmançılıq ifadə etmiş və iş prinsipindəki yanlışlıqları qəbul etmişdir. Bunun nəzərə alınması ilə o, müəssisənin nizamnaməsinə əsasən daxili dəyişikliklə başqa bir şöbəyə təyin edilmiş və barəsində şiddətli töhmət intizam tənbehi tətbiq olunmuşdur. Iddiaçı isə törətdiyi hərəkətləri qəbul etməmiş, üstəlik şöbə daxilində digər işçilərə və xəstələrə aid məxfi məlumatları, onların icazəsi olmadan səsyazma vasitəsilə qeydə alaraq yaymış və dinlətmişdir. Bu davranışlar həm hüquqi prinsiplərə, həm də müəssisədaxili intizam qaydalarına zidd olduğu üçün, araşdırmanın tamamlanmasından sonra 1 aylıq müvəqqəti uzaqlaşdırma müddəti bitdikdən sonra o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Isgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Imanov və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri şiddətli töhmət və əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin fərqli əsaslarla verildiyini və eyni əmələ görə verilmədiyi üzərində qurulsa da, iş materialları bu qənaətə gəlməyə əsas vermir.

23. Belə ki, mübahisələndirilən əmrdən görünmüşdür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunmasının əsası kimi HIK-in ## ### 2025-ci il tarixli protokolu olmuşdur. Protokoldan görünmüşdür ki, əmək müqaviləsinin ləğvinə əsas iddiaçının xəstə ilə kobud rəftarı səbəb olmuşdur. Sonuncu xəbərdarlıqla şiddətli töhmət və müvəqqəti olaraq işdən kənarlaşdırılma barədə əmrlər də eyni əmələ görə verilmişdir.

24. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan bütün əsaslar mövcud olmamışdır.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 70, 71, 84, 186, 189-cu maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

26. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 2, 62, 70, 71, 84, 186, 189-cu maddələrin tələbləri pozulmuşdur.

28. Belə ki, məhkəmə əmək funksiyaları və əmək vəzifələrinin nədən ibarət olduğunu qiymətləndirməmiş, iddiaçı tərəfindən yol verilmiş intizam pozuntusu olduğu halda, əmək funksiyasının hansı halda pozulduğunu, əmək vəzifəsinin hansı halda pozulduğunu müəyyən etməyərək hüquqi qiymət verməmiş, hər iki əmrin əmək funksiyasının pozulması kimi qiymətləndirilməsi istiqamətində vahid mövqe bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün araşdırma aparmamış, protokolda əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçıya Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” və “f” bəndlərinə əsasən 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi hissəsinə düzgün qiymət verməmiş, HIK-in protokolunun “qərara aldı” hissəsində əmək vəzifələrinin kobud şəkildə pozulduğu (72ci maddənin “e” və “f” bəndi) hissəsinin faktiki hallarını araşdırmamışdır.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənə, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və kassasiya məhkəməsi həmin qiymətləndirmə ilə tam razılaşır.

37. Belə ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh işəgötürən tərəfindən iddiaçı barəsində ona istinad edilən eyni intizam xətasına görə ## ##### 2025-ci il tarixli əmrlə intizam tənbehi olaraq sonuncu xəbərdarlıqla “şiddətli töhmət” verildiyi halda, sonradan ## ### 2025-ci il tarixli əmrlə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə, əmək müqaviləsinə xitam verilmişdir.

38. Bununla da, mübahisələndirilən əmr qəbul edilərkən Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur.

39. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh “Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar