Məhkəmə qərarları › İş №2(3-9)-541/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-541/2026

12.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-541/2026 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi nümayəndə1, Cavabdehin nümayəndəsi (direktoru) nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10rşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10 direktoru nümayəndə2 ## ###### 2025-ci il tarixli *** saylı və ## ###### 2025-ci il tarixli *** saylı əmrlərinin ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10 “təsərrüfat müdiri” vəzifəsinə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mil-Muğan Mədəniyyət Idarəsi Imişli rayon X10 direktoru nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları: Iş materiallarında olan ## ##### 2025-ci il tarixli aktdan görünür ki, Imişli Rayon X10 təsərrüfat müdiri İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam yerinə yetirmədiyi və iş vaxtının saat 18:00-da başa çatmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan günün ikinci yarısında iş yerində olmadığı qeyd edilmişdir. Iş materiallarında olan ## ##### 2025-ci il tarixli imtina aktından görünür ki, İddiaçı həmin tarixdə günün ikinci yarısında iş yerində olmaması ilə əlaqədar tərtib edilmiş akt üzrə izahat verməkdən imtina etmişdir. Iş materiallarında olan Imişli Rayon X10 ## ##### 2025-ci il tarixli, **-k nömrəli əmrindən görünür ki, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam icra etmədiyinə və müəssisədaxili intizam qaydalarını pozduğuna görə təsərrüfat müdiri İddiaçı xəbərdarlıq elan edilmişdir. Iş materiallarında olan ## ##### 2025-ci il tarixli, saat 17:50-də tərtib edilmiş imtina aktından görünür ki, İddiaçı barəsində verilmiş ## ##### 2025-ci il tarixli, **-k nömrəli “Xəbərdarlıq” əmri ilə tanış olmaqdan imtina etmişdir. Iş materiallarında olan ## ### 2025-ci il tarixli aktdan görünür ki, Imişli Rayon X10 təsərrüfat müdiri İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam yerinə yetirmədiyi və iş vaxtının saat 18:00-da başa çatmasına baxmayaraq, heç bir üzrlü səbəb olmadan günün ikinci yarısında iş yerində olmadığı qeyd edilmişdir. Iş materiallarında olan ## ### 2025-ci il tarixli imtina aktından görünür ki, İddiaçı həmin tarixdə günün ikinci yarısında iş yerində olmaması ilə əlaqədar tərtib edilmiş akt üzrə izahat verməkdən imtina etmişdir. Iş materiallarında olan Imişli Rayon X10 ## ### 2025-ci il tarixli, **-k nömrəli əmrindən görünür ki, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyasını tam icra etmədiyinə və müəssisədaxili intizam qaydalarını pozduğuna görə təsərrüfat müdiri İddiaçı töhmət elan edilmişdir. Iş materiallarında olan ## ### 2025-ci il tarixli, saat 17:55-də tərtib edilmiş imtina aktından görünür ki, İddiaçı barəsində verilmiş ## ### 2025-ci il tarixli, **-k nömrəli “Töhmət” intizam tənbehi əmri ilə tanış olmaqdan imtina etmişdir. Iş materiallarında olan # ###### 2025-ci il tarixli aktdan görünür ki, Imişli Rayon X10 direktoru İddiaçı vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyini və vəzifə səlahiyyətlərini aşdığını bildirərək irad tutduqda, sonuncu direktora “Mən kitabxananın açarını kimə verirəm, sənə nə dəxli” sözləri ilə kobud şəkildə etiraz etmişdir. Iş materiallarında olan # ###### 2025-ci il tarixli imtina aktından görünür ki, İddiaçı vəzifə funksiyalarını tam yerinə yetirməməsi və ona irad bildirildiyi zaman kobud şəkildə etiraz etməsi ilə əlaqədar tərtib edilmiş akt üzrə izahat verməkdən imtina etmişdir. Iş materiallarında olan Imişli Rayon X10 # ###### 2025-ci il tarixli, ***-k nömrəli əmrindən görünür ki, əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyasını tam icra etmədiyinə və müəssisədaxili intizam qaydalarını pozduğuna görə təsərrüfat müdiri İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Iş materiallarında olan # ###### 2025-ci il tarixli, saat 10:05-də tərtib edilmiş imtina aktından görünür ki, İddiaçı barəsində verilmiş # ###### 2025-ci il tarixli, ***-k nömrəli “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi əmri ilə tanış olmaqdan imtina etmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli aktdan görünür ki, İddiaçı dövlət əmlakına məsuliyyətsiz yanaşması ilə əlaqədar məsuliyyətə cəlb edilməsi barədə akt tərtib olunmuşdur. Iş materiallarında olan fotoşəkillərdən kitabların ayrı-ayrı otaqlarda və dəhlizdə döşəməyə, divar kənarına və digər əşyaların arasına yığıldığı, bəzi kitabların nizamsız vəziyyətdə saxlanıldığı, kitab rəflərinin boş və ya sökülmüş vəziyyətdə olduğu, habelə inventar və avadanlıqların müxtəlif otaqlarda qarışıq şəkildə yerləşdirildiyi görünür. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli aktdan görünür ki, İddiaçı mütəmadi olaraq əmək və icra intizamını, eləcə də müəssisədaxili intizam qaydalarını pozmaqda davam etdiyi, əvvəllər tətbiq edilmiş intizam tənbehi tədbirlərindən nəticə çıxarmadığı, izahat verməkdən imtina etdiyi və verilmiş tapşırıqları vaxtında icra etməməsinin kollektivin normal iş mühitinə mənfi təsir göstərdiyi qeyd edilmişdir. Həmin ## ###### 2025-ci il tarixli aktdan həmçinin görünür ki, ## ###### 2025-ci il tarixdə aparılmış inventarlaşdırma zamanı kitabların yerləşdirilməsi, qorunub saxlanılması, habelə digər inventarların mühafizəsi və saxlanılması qaydalarına əməl edilməməsi müəyyən edilmiş və bu barədə İddiaçı konkret tapşırıqlar verilmiş, lakin onun ötən müddət ərzində həmin tapşırıqları yerinə yetirmədiyi, aşkar edilmiş uyğunsuzluqları aradan qaldırmaqdan imtina etdiyi və iş vaxtı olmasına baxmayaraq, məlumat vermədən iş yerini tərk etdiyi göstərilmişdir. Həmin aktdan görünür ki, qeyd edilən hallarla əlaqədar İddiaçı barəsində daha ciddi intizam tənbehi tədbirinin görülməsi zəruri hesab edilmiş və toplanmış sənədlərin X10 üzrə ilk həmkarlar ittifaqı təşkilatının müzakirəsinə çıxarılması məqsədəuyğun sayılmışdır. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli aktdan görünür ki, İddiaçı onun işindəki nöqsanlara baxılması ilə əlaqədar ilk həmkarlar ittifaqı komitəsinin iclasına dəvət edilmiş, lakin iclasda iştirak etməmişdir. Iş materiallarında olan X9 Ittifaqının Imişli Rayon Komitəsinin Imişli Rayon X10 üzrə ilk həmkarlar ittifaqı komitəsinin ## ###### 2025-ci il tarixli, * nömrəli iclas protokolundan görünür ki, iclasda İddiaçı işdən azad edilməsi ilə bağlı Imişli Rayon X10 direktorunun ## ###### 2025-ci il tarixli, ** nömrəli təqdimatına baxılmışdır. Həmin protokoldan görünür ki, iclasda İddiaçı əmək intizamını mütəmadi pozması, təsərrüfat müdiri kimi üzərinə düşən vəzifələri düzgün icra etməməsi, kitabxananın inventar və avadanlıqlarına, o cümlədən kitab fonduna zərər vurulmasına səbəb olması və kollektiv arasında narazılıq yaratması barədə fikirlər səsləndirilmişdir. Həmin protokoldan həmçinin görünür ki, ilk həmkarlar ittifaqı komitəsi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsini məqsədəuyğun hesab etmiş və onun işdən azad edilməsinə etiraz etməmişdir. Iş materiallarında olan X9 Ittifaqının Imişli Rayon X10 üzrə ilk həmkarlar ittifaqı təşkilatının sədrinin ## ###### 2025-ci il tarixli, * nömrəli məktubundan görünür ki, Imişli Rayon X10 direktorunun ## ###### 2025-ci il tarixli, ** nömrəli müraciətinə baxılmış və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmasına etiraz edilmədiyi bildirilmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli aktdan görünür ki, İddiaçı heç bir üzrlü səbəb olmadan günün ikinci yarısında iş yerində olmadığı qeyd edilmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli, saat 16:29-da tərtib edilmiş imtina aktından görünür ki, İddiaçı günün ikinci yarısında iş yerində olmaması ilə əlaqədar tərtib edilmiş akt üzrə izahat verməkdən imtina etmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli, saat 10:30-da tərtib edilmiş aktdan görünür ki, Imişli Rayon X10 təsərrüfat müdiri İddiaçı həmin tarixdə heç bir üzrlü səbəb olmadan işdə olmadığı qeyd edilmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli imtina aktından görünür ki, İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam yerinə yetirməməsi və həmin tarixdə saat 10:30-dək heç bir üzrlü səbəb olmadan iş yerində olmaması ilə əlaqədar tərtib edilmiş akt üzrə izahat verməkdən imtina etmişdir. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli, saat 18:11-də tərtib edilmiş aktdan görünür ki, İddiaçı Mərkəzi Kitabxanaya gələrək ona məxsus əmək kitabçasını, əmrdən çıxarışı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi tələb etmişdir. Iş materiallarında olan Imişli Rayon X10 ## ###### 2025-ci il tarixli, ***-k nömrəli əmrindən görünür ki, təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Həmin əmrdən görünür ki, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi İddiaçı barəsində tərtib edilmiş aktlar və X9 Ittifaqının Imişli Rayon Komitəsinin Imişli Rayon X10 üzrə ilk həmkarlar ittifaqı təşkilatının ## ###### 2025-ci il tarixli razılıq məktubu göstərilmişdir. Həmin əmrdən həmçinin görünür ki, İddiaçı sonuncu dəfə 23 təqvim günü müddətində əmək məzuniyyətindən istifadə etdiyi, əvvəlki illər və 2025-ci il üzrə isə ümumilikdə 73 təqvim günü istifadə edilməmiş əmək məzuniyyətinin qaldığı qeyd edilmişdir. Iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli (ƏMAS) bildirişdən görünür ki, İddiaçı əmək müqaviləsinə *** nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ## ###### 2025-ci il tarixdən xitam verilmiş və bildiriş həmin tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı ilə əmək müqaviləsi # ######## 2023-cü il tarixdə bağlanmış, onun təsərrüfat müdiri vəzifəsində əmək münasibətlərinə ## ###### 2025-ci il tarixdə xitam verilmişdir. Iş materiallarında olan ƏMAS sistemindən çıxarışdan görünür ki (bildirişin sistemə daxil edilmə tarixi ##.##.2025), əmək müqaviləsinə xitam verilməsi tarixi ##.##.2025-ci ildir. Iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə ## ###### 2026-cı il tarixli *** nömrəli əmrindən görünür ki, Imişli Rayon X10 təsərrüfat müdiri vəzifəsində işləyən İddiaçı Vəli oğlu ilə bağlanılmış *******000200 nömrəli əmək müqaviləsinə AR Əmək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ## ###### 2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir Iş materiallarında olan Imişli Rayon X10 əmək müqaviləsinə xitam verilməsi barədə ## ###### 2026-cı il tarixli ***-k nömrəli əmrindən görünür ki, Imişli Rayon X10 təsərrüfat müdiri İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ## ###### 2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Iş materiallarında olan # ###### 2018-ci il tarixli təsərrüfat müdirinin vəzifə təlimatından görünür ki, təsərrüfat müdiri kitabxananın inzibati-təsərrüfat fəaliyyətinin təşkilinə və maddi-texniki təminatına cavabdeh olmaqla birbaşa kitabxana direktoruna və ya direktor müavininə tabedir. Həmin vəzifə təlimatından həmçinin görünür ki, təsərrüfat müdiri kitab fondunun saxlanıldığı otaqlarda temperatur, rütubət və sanitar-gigiyenik vəziyyətə, yanğın, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının icrasına, kommunal xidmətlərdən qənaətlə istifadəyə nəzarət etməli, maddi qiymətlilərin uçotunda və inventarlaşdırma prosesində iştirak etməli, filial kitabxanalarının təsərrüfat ehtiyaclarının öyrənilməsində iştirak etməli və rəhbərliyin təsərrüfat sahəsi üzrə digər tapşırıqlarını yerinə yetirməlidir. Iş materiallarında olan Imişli Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin ## ###### 2025-ci il tarixli, **-*-**/*-A-****-**-****/**** nömrəli arayışından görünür ki, X3 ## ###### 2025-ci il tarixdə xəstəxananın uşaq şöbəsində həkim müayinəsində olmuş, ona “J20 – kəskin bronxit” diaqnozu qoyulmuş və ambulator müalicə almışdır. Iş materiallarında olan X5 Xidmətinin Mil-Muğan regional şöbəsinin # ###### 2026-cı il tarixli cavab məktubundan görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixli və # ###### 2026-cı il tarixli müraciətləri əsasında araşdırma aparılmış, onun Imişli Rayon X10 təsərrüfat müdiri vəzifəsində işlədiyi və əmək müqaviləsinə işəgötürən tərəfindən ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi müəyyən edilmişdir. Həmin cavab məktubundan görünür ki, araşdırma zamanı təqdim edilmiş sənədlər əsasında İddiaçı əmək və icra intizamını pozması ilə bağlı halların müvafiq aktlarla rəsmiləşdirildiyi, onun barəsində intizam tənbehi tədbirlərinin tətbiq edildiyi və aşkar olunmuş hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı işəgötürənə göstəriş məktubu göndərildiyi qeyd edilmişdir. Həmin cavab məktubunda, həmçinin İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyini hesab etdiyi təqdirdə, aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Iş materiallarında olan “xxxx” publik hüquqi şəxsi tərəfindən ## ###### 2025-ci il tarixdə saat 11:40-da tərtib edilmiş XV*****U* nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı iş yeri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi, vəzifəsi isə təsərrüfat müdiri kimi göstərilmiş, ona J06.9 diaqnozu qoyularaq ambulator müalicə rejimi müəyyən edilmişdir. Həmin xəstəlik vərəqəsinə əsasən, İddiaçı ## ###### 2025-ci il saat 12:00-dan ## ###### 2025-ci il saat 12:00-dək, habelə ## ###### 2025-ci il saat 12:00-dan ## ###### 2025-ci il saat 12:00-dək əmək funksiyasının icrasından azad edilmiş, onun işə başlama tarixi ## ###### 2025-ci il saat 00:00 müəyyən olunmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10rşı iddia ilə məhkəməyə müraciət edərək işəgötürən tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli ***-k nömrəli əmrin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək X8 Idarəsinin ## ###### 2025-ci il tarixli *** saylı və Imişli rayon X10 ## ###### 2025-ci il tarixli *** saylı əmrlərinin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildən X1 Mədəniyyət Idarəsinin Imişli rayon X10 “təsərrüfat müdiri“ vəzifəsində işləmişdir. Işlədiyi illər ərzində öz öhdəsinə düşən vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmişdir. Işlədiyi zaman maddi və mənəvi olaraq cavabdeh və əməkdaşlara hər zaman köməklik göstərmişdir. O, ##.##.2025-ci il tarixində əmək məzuniyyətindən istifadə etmiş, məzuniyyətdə olduğu zaman nümayəndə2 onun təcili olaraq işə qayıtmasını bildirmişdir. O, övladının səhətində problem olduğu, müayinə və müalicə olunması üçün ölkə hüdudlarından kənara aparması üçün təyyarə bileti aldığını və işə gələ bilməyəcəyini bildirmiş, ##.##.2025-ci il tarixdə işə qayıtmışdır. Həmin tarixdən etibarən cavabdeh onunla əvvəlki, münasibətdə olmamış və texniki işçiyə qapını açdırdığı üçün iddiaçıya təhqiredici ifadələr istifadə edərək izahatı alınmadan şiddətli töhmət yazmışdır. O, cavabdehdən əsassız töhmətin bildirişini tələb etmiş, lakin cavabdeh iddiaçını təhqir edərək iş yerindən qovmuşdur. Həmin töhmət də əsassız olmuşdur. Bu səbəbdən də, iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehdən Imişli rayon hüquq mühafizə orqanlarına həm onu təhqir etdiyi, həm də onun gördüyü gizlin işlərin, yəni Rusiya vətəndaşı olan həyat yoldaşı Ilqar Şirinovun və iki bacısının qanunsuz olaraq işə götürülməsi və Ilqar Şirinovun, həmçinin bacılarının işə gəlmədən əmək haqqı alması barədə şikayət etmişdir. Iddiaçının şikayətinə baxmayaraq nümayəndə2 vəziyyətdən çıxmağı bacarmışdır. Mil-Muğan Mədəniyyət idarəsinin rəisi Nadir Quliyev ##.##.2025-ci il ixdə Imişli rayon Mərkəzi Klitabxanasına gələrək, başda iddiaçı olmaqla, bütün işçi heyətindən şəxsi mobil telefonlarını yığaraq avtomatlaşdırılma şöbəsinin müdiri Arzu Baxşalıyevaya təhvil vermişdir. nümayəndə2 isə öz otağına qoyaraq qapını açarla bağlamışdır. Əlavə olaraq iddiaçı nümayəndə2 şikayət etdiyi üçün ##.##.2025-ci il tarixdə regional idarənin rəisi Nadir Quliyev iddiaçını nümayəndə2 otağına çağırmış, təhqiredici ifadələr işlədərək öz ərizəsi ilə işdən çıxmasını, ərizəni könüllü yazmasa, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad ediləcəyini bildirmişdir. Iddiaçı isə etirazını bildirmiş, bu səbəbdən iddiaçını təhqir edərək otağdan qovmuşdur. Nadir Quliyev otaqdan çıxaraq bütün işçi heyətinə “təsərrüfat müdiriniz İddiaçı könüllü olaraq ərizə yazıb işdən çıxmalıdır, əks halda sizlər də işdən çıxarılacaqsınız” deyə işçiləri iddiaçının üzərinə qaldırmışdır. Könüllü olaraq ərizə yazmadığı üçün Imişli rayon X10 direktoru nümayəndə2 tərəfindən ##.##.2025-ci il tarixli ***-k nömrəli əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Həmin əmr verilən zaman iddiaçı bülletendə olmuşdur. O, həmin əmri qanunsuz və əsassız hesab edir. Bu səbəbdən də, hüquqlarını bərpa etmək, həmin əmrin ləğv edilməsi və işə bərpa üçün məhkəmə orqanlarına müraciət etməli olmuşdur. Direktor nümayəndə2 Rusiya vətəndaşı olan öz həyat yoldaşı Ilqar Şirinovun adını Imişli rayon kənd kitabxanasına kitabxanaçı kimi yazaraq bir gündə olsun işə getmədiyi, heç adı getdiyi müəssisənin yerini belə tanımadığı halda, pulunu 7 il alıb mənimsəmişdir. Bundan əlavə nümayəndə2 Təranə və Rəsmiyə adlı iki ögey bacısını rəhbərlik etdiyi Kitabxanada adını kitabxana işçisi kimi yazaraq işə gəlmədiyi halda pulunu alıb mənimsəmişdir. Kitabxana üçün ayrılan yanacaq və dəftərxana ləvazimatlarını və təsərrüfat mallarını bazarda bu illər ərzində satdırıb pulunu mənimsəmişdir. nümayəndə2 kitabxana işçilərindən tibbi sağlamlıq arayışı üçün 40 manatdan pul yığmış, buna görə Polis idarəsinə çağırılmışdır. Iddiaçı həmin kitabxanın təsərrüfat müdiri olaraq direktorun qanunsuz və çirkin əməllərinə qarşı çıxdığı üçün ##.##.2025-ci il tarixdə bülletendə ola-ola nümayəndə2 tərəfindən işdən çıxarılmışdır. X8 Idarəsinin rəisi X2 Şirinovanı müdafiə etdiyi üçün ordan da çıxmağı bacarmışdır. nümayəndə2 “direktor vəzifəsini itirsəm də Nadir Quliyev məni kitabxanada kitab işləmə şöbəsinin müdiri kimi saxlayacaq” demişdir. Imişli rayonunda bağlanmış 19 kənd kitabxana filiallarının kitablarını, direktor nümayəndə2 tapşırığı ilə öz şəxsi vəsaiti hesabına fəhlə va maşın tutaraq kitabxanaya gətirmişdir. Bağlanmış kitabxanaların içərisində olan rus sovet dövründən qalan kitabları şöbələr üzrə rəflərə yığılması təkcə iddiaçının işi olmadığı halda həmin rus və sovet dövründən qalan kitabların yerə yığıldığı üçün Nadir Quliyev iddiaçıya irad tutmuş və iddiaçı ##.##.2025-ci tarixdə işdən çıxarılmışdır. Iddiaçı ailəlidir, iki körpə uşağı var və ödənişli əsaslarla qiyabi təhsil alır. Cavabdehin nümayəndəsi nümayəndə2 iddiaya etiraz edərək bildirmişdir ki, X8 Idarəsi X10 direktoru vəzifəsində işləyir. Işçilərin işə götürülməsi və işdən çıxarılması səlahiyyətlərini həyata keçirir. Iddiaçı əvvəllər nizamintizamlı olsa da, sonradan əmək intizamını pozmuş, səhərlər işə gec gəlmiş, günortadan sonra işdə olmamışdır. Iddiaçı ilə qərəzli münasibəti olmamışdır. Musayeva Səbinə iddiaçı ilə razılaşmasına əsasən iddiaçının otağından istifadə etmiş, hətta Musayeva Səbinə otağın açarlarından birini iddiaçıya vermişdir. O, iddiaçını dəfələrlə nizam-intizama dəvət etmişdir. Iş yerində 32 nəfər işçi var, hər biri iddiaçıdan narazıdır. ##.##.2025-ci il tarixli aktla iddiaçıya xəbərdarlıq elan etmişdir. Idarənin qapısının açarlarını iddiaçıya vermiş, lakin iddiaçı vaxtında işə gəlmədiyindən qapını açmamış, iddiaçı qapını başqa-başqa şəxslərə açdırmışdır. Belə ki, ##.##.2025-ci il tarixdə işə tez gəlmiş, idarənin qapısının açıq olduğunu, idarənin yükləyici fəhləsi Kamalın orada olduğunu görmüşdür. O, qapını fəhləyə açdırdığı üçün iddiaçıya iradlarını bildirmiş, sonuncu ona “açarı kimə istəyərəm ona verərəm” demişdir. Buna görə də, ##.##.2025-ci il tarixdə iddiaçıya şiddətli töhmət vermişdir. Həmin tarixli əmrin iddiaçıya verilməsini işçilərə tapşırsa da, iddiaçı daha əmri istəmədiyini bildirmiş. Buna görə də, əmr iddiaçıya verilməmişdir. Iddiaçı bağlanmış kitabxanalardan kitabları gətirmiş, idarənin zirzəmisinə yığmışdır. Onun bundan məlumatı olmuş, dəfələrlə kitabların rəflərə yığılması və səliqəyə salınması üçün iddiaçıya şifahi göstərişlər vermiş, lakin sonuncu vəzifəsini yerinə yetirməmişdir. Iddiaçı ən azından həmin kitabların altına taxta və ya başqa bir əşya qoya bilərdi. ## ###### 2025-ci il tarixdə yoxlama olmuş, fərdi uçot kitabına əsasən zirzəmidə yerləşən inventarlara baxış keçirilərkən zirzəmidə kitabların pərakəndə şəkildə töküldüyünü görmüşlər. Belə ki, iddiaçı maddi dəyər olan kitablar üçün maddi məsuliyyət daşıyır. Zirzəmidə yalnız sovet kitabları deyil, latın qrafikalı kitablar da olmuşdur. Onun da iştirak etdiyi yoxlama tərəfindən ##.##.2025-ci il tarixli akt tərtib edilmiş, kitabların şəkilləri çəkilmişdir. 10 dekabrda bununla bağlı akt tərtib edilmiş, 11 dekabrda isə iddiaçının işdən çıxarılmasına dair məktub Həmkarlar Ittifaqına göndərilmişdir. ##.##.2025-ci il tarixdə uşağın xəstə olması ilə bağlı ona məlumat vermiş, lakin iddiaçıya inanmamış, həmçinin iddiaçı ona arayış təqdim etməmişdir. Həmkarlar Ittifaqının iclasında iştirak etməsi barədə iddiaçıya məlumat versə də, iddiaçı uşağının xəstə olduğuna görə iştirak etməmişdir. ##.##.2025-ci il tarixdə həmkarlar tərəfindən iclas keçirilmiş, ##.##.2025-ci il tarixdə həmkarlar tərəfindən iddiaçının işdən çıxarılmasına dair razılıq məktubu verilmişdir. ##.##.2025-ci il tarixdə iddiaçının işdən çıxarılması barədə əmr verilmiş, əmrin icrası ##.##.2025-ci il tarixdən hesablanmışdır. Buna görə də, səhvən ##.##.2025-ci il tarixdə iddiaçının işinə elektron qaydada xitam verilmişdir. ##.##.2026-cı il tarixdə əmrin qəbul olunduğu yerin hansı səbəbdən Sabirabad rayonu qeyd edilməsini bilmir. Qeyd edilən əmrlərin elektron informasiya sistemində qeydiyyatı aparılmamış, yalnız kağız daşıyıcılar üzərində sənədləşdirilmişdir. ##.##.2025-ci il tarixdə səhər vaxtı iddiaçı ona bülletendə olmasını desə də, ona inanmamışdır. 18 noyabr və ## ###### 2025-ci il tarixli aktlara əsasən işçi işdən çıxarılmışdır. Əmək kitabçasında ##.##.2025-ci il tarixdə iddiaçının işinə xitam verilməsi barədə qeydlər aparılarkən yanlışlığa yol verilmişdir. Sonda cavabdehin nümayəndəsi qeyd etdiyi halların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim: Zaur Pirverdiyev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10 direktoru nümayəndə2 ## ###### 2025-ci il tarixli *** saylı və ## ###### 2025-ci il tarixli *** saylı əmrlərinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10 “təsərrüfat müdiri” vəzifəsinə bərpa edilməsi, ## ###### 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində məhkəmə xərci cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10 tutularaq iddiaçı İddiaçı ödənilməsi, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi Imişli rayon X10 40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1, 70-ci maddənin ç bəndinə, 72.1, 71.3, 72, 76.2, 80.1, 80.2, 83.1, 84.1, 84.2, 85.1-1, 179-cu maddənin 2-ci hissəsinin k bəndinə, 186.2, 187.1, 189.2, 189.3, 300.1-ci maddələrinə, Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 1993-cü il tarixli qərarının 1, 2, 4-ü hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 124.1-ci maddələrinə, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.2, 9.1, 9.1.1, 9.1-1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mil-Muğan Mədəniyyət Idarəsi Imişli rayon X10 direktoru nümayəndə2 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə işi düzgün araşdırmadığı üçün qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, mən X8 Idarəsi X10 direktoru vəzifəsində işləyirəm. Işçilərin işə götürülməsi və işdən çıxarılması səlahiyyətlərini həyata keçirirəm. Qeyd edirəm ki, iddiaçı əvvəllər nizam-intizamlı olsa da, sonradan əmək intizamını pozurdu, səhərlər işə gec gəlirdi, günortadan sonra işdə olmurdu. Mən iddiaçını dəfələrlə nizam-intizama dəvət etmişəm, lakin iddiaçı yerində öz qanunsuz əməllərini davam etdirirdi. Iş yerində 32 nəfər işçi var və onların hər biri iddiaçıdan narazıdır. ##.##.2025-ci il tarixli aktla iddiaçıya xəbərdarlıq elan etmişəm. Mən Idarənin qapısının açarlarını iddiaçıya vermişəm, lakin iddiaçı vaxtında işə gəlmədiyindən özü qapını açmırdı, qapını başqa-başqa şəxslərə açdırırdı. Mən ##.##.2025-ci il tarixdə işə tez gəldim, idarənin qapısının açıq olduğunu və idarənin yükləyici fəhləsi Kamalın orada olduğunu gördüm. Bundan sonra mən qapını fəhləyə açdırdığı üçün iddiaçıya iradlarımı bildirdim və həmin zaman iddiaçı mənə “açarı kimə istəyərəm ona verərəm” dedi. Buna görə də ##.##.2025-ci il tarixdə iddiaçıya şiddətli töhmət verdim. Mən həmin əmrin iddiaçıya verilməsini işçilərə tapşırdım, lakin iddiaçı işçilərə əmri istəmədiyini bildirib. Buna görə də, həmin əmr iddiaçıya verilməmişdir. Həmçinin iddiaçı bağlanmış kitabxanalardan kitabları gətirərək icazəsiz olaraq idarənin zirzəmisinə yığmışdır. Mən dəfəərlə iddiaçıya həmin kitabların rəflərə yığılması və səliqəyə salınması üçün şifahi göstərişlər vermişəm, lakin iddaçı öz vəzifəsini yerinə yetirməmişdir. ## ###### 2025-ci il tarixdə yoxlama oldu, fərdi uçot kitabına əsasən zirzəmidə yerləşən inventarlara baxış keçirilərkən zirzəmidə kitabların pərakəndə şəkildə töküldüyünü gördülər və buna görədə yoxlama tərəfindən ##.##.2025-ci il tarixli akt tərtib edildi, kitabların şəkilləri çəkildi. Bundan sonra 10 dekabrda bununla bağlı akt tərtib edildi 11 dekabrda isə iddiaçının işdən çıxarılmasına dair məktub Həmkarlar Ittifaqına göndərildi. Həmkarlar Ittifaqının iclasında iştirak etməsi barədə iddiaçıya məlumat versə də, iddiaçı şifahi olaraq uşağının xəstə olduğunu əsas gətirərək iclasda iştirak etməmişdir. ##.##.2025-ci il tarixdə həmkarlar tərəfindən iclas keçirildi, ##.##.2025-ci il tarixdə həmkarlar tərəfindən iddiaçının işdən çıxarılmasına dair razılıq məktubu verildi və ##.##.2025-ci il tarixdə iddiaçının işdən çıxarılması barədə əmr verildi. Bundan sonra ##.##.2025-ci il tarixdə səhər vaxtı iddiaçı mənə bülletendə olmasını dedi, lakin mən ona inanmadım çünki mən Imişli Rayon Mərkəzi Xəstəxanasından iddiaçının bülletendə olub-olmamasını soruşmuşdum oradan mənə iddiaçının bülütündə olmamasını bildirmişdilər və həmçinin elektron sistemdə də iddiaçının bülütendə olduğu görsənmirdi. Ona görədə hesab edirəm ki, məhkəmə qətnamə qəbul edərkən bu halları nəzərə almamış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir”. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (direktoru) nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçının işdən azad olunmasının əsas səbəbi kollektivdə iş ahəngini pozması olmuşdur. Onun iddiaçıya qarşı heç bir şəxsi qərəzi olmamışdır. Hətta işçilər də öz izahatlarında bunu bildirmişlər. Iddiaçı səhər işə gəlib imza atır, sonra isə çıxıb gedirdi. Günortadan sonra işdə olmurdu. Dekabrın 25-də də səhər işə gəlib imza atmış və çıxıb getmişdir. Dekabr ayından etibarən idarədə sülh və əmin-amanlıqdır. O, zirzəmidə olan kitabları nizama salmalı idi. Bu iş onun əmək funksiyalarına aid idi. Işçinin vəzifələrinə oradakı dövlət mülkiyyəti olan əmlakları qorumaq, təsərrüfat mallarını alıb paylamaq və təmizlik işlərinə baxmaq daxil idi. O, təmizlik işlərinə də nəzarət etməli idi. Iddiaçı kitabları özü düzməli deyildi, gəlib ona məlumat verməli idi. O, məzuniyyətdə olarkən Vüqar bunları icra etmiş, kitabları gətirib hər hansı formada ora tökmüşdür. Noyabrın 18-də yoxlama aparılarkən inventarizasiya keçirilirdi. Orada inventarlar da var idi. Kitablar isə yerdə idi. Işçiyə intizam tənbehi verilməzdən əvvəl ondan izahat alırıq. Işçi izahat verməkdən imtina etdikdə isə imtina aktı tərtib edirik. Iddiaçı da izahat verməkdən imtina etmişdir. 25 dekabr əmrin tarixidir, lakin əmrin mətnində 26 dekabr tarixini yazmışdır. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, yoxlamada şəxsən iştirak etməsə də, videogörüntülərə baxmışdır. Bülleten sistemdə olmalı idi, lakin sistemdə görünməmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, dekabrın 25-də işdə olmuşdur. Əmək kitabçanı isə sonradan, dekabrın 30-da götürmüşdür. Ona dekabrn 25-i tarixli əmr təqdim edilmişdir. Dekabrın 26-sı tarixli əmrin mövcudluğunu sonradan ƏMAS vasitəsilə öyrənmişdir. Əsassız olaraq işdən çıxarılmışdır. Cavabdeh yerə tökülmüş kitabları həmin yerdən yığmağı ona tapşırmışdı, o da kitabları yığdırmışdı. Lakin kitabların çeşidlənməsi və rəflərə yerləşdirilməsi onun vəzifəsinə aid olmadığından həmin işi görməmişdir. Bu halı cavabdehə də bildirmişdir. 2025-ci ilin avqust ayınadək aralarında heç bir problem olmamışdır. Istirahət vaxtlarında zənglərə cavab verir, şənbə və bazar günləri də işləmişdir. Buna görə də, cavabdehin apellyasiya şikayətinə etiraz edir, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həddində bütövlükdə yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddənin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 79-cu maddəsinin İ hissəsinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.2-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 85.1-1-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. 179-cu maddənin 2-ci hissəsinin k bəndinə əsasən tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində işçinin iş yeri və orta əmək haqqı saxlanılır. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189.2-ci maddəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz. 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır. 300.1-ci maddəsinə əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri həddində araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin üçüncü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır. Əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi işçinin iradəsindən asılı olmayan, onun əmək hüquqi statusuna birbaşa təsir göstərən birtərəfli hüquqi aktdır. Belə aktın qanuniliyi yalnız xitam üçün maddi əsasın mövcudluğu ilə deyil, eyni zamanda həmin əsasın qanunda nəzərdə tutulmuş zamanda, qaydada və işçi üçün müəyyən edilmiş təminatlara riayət edilməklə həyata keçirilməsi ilə şərtlənir. Buna görə əmək müqaviləsinə xitamın qanuniliyi qiymətləndirilərkən maddi əsas və prosedur təminatlar bir-birindən ayrılıqda deyil, qarşılıqlı əlaqədə yoxlanılmalıdır. Əmək qanunvericiliyində işəgötürənə verilmiş xitam səlahiyyəti mütləq xarakter daşımır. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürənin təşəbbüsü ilə xitam verilə bilən halları müəyyən etdiyi halda, həmin Məcəllənin 79-cu maddəsi bu səlahiyyətin həyata keçirilə bilmədiyi xüsusi halları göstərir. Deməli, 70-ci maddə xitam üçün ümumi maddi əsasları, 79-cu maddə isə həmin əsasların tətbiqinə dair xüsusi hüquqi məhdudiyyəti müəyyən edir. Bu normaların sistemli təfsirindən görünür ki, əvvəlcə 70-ci maddədə nəzərdə tutulan əsasın mövcudluğu, sonra isə həmin əsasın 79-cu maddədə göstərilən qorunan dövrdə tətbiq edilib-edilmədiyi yoxlanılmalıdır. Işçi 79-cu maddə ilə qorunan şəxslər dairəsinə daxil olduğu halda, 70-ci maddədə nəzərdə tutulan əsasın mövcudluğu özlüyündə əmək müqaviləsinə xitam vermək üçün kifayət etmir. Xüsusi təminat norması işəgötürənin ümumi xitam səlahiyyətinin həyata keçirilməsini müvəqqəti olaraq istisna edir. Əmək Məcəlləsinin 79-cu maddəsi məqsədinə və tənzimləmə predmetinə görə qoruyucu xarakterli xüsusi normadır. Həmin normanın məqsədi səhhəti ilə əlaqədar əmək funksiyasını müvəqqəti icra edə bilməyən, buna görə də əmək münasibətlərində daha həssas vəziyyətdə olan işçinin iş yerini və əmək hüquqlarını qorumaqdır. Bu səbəbdən həmin normanın məzmunu işçinin təminatını daraldan deyil, qanunla nəzərdə tutulmuş müdafiənin real və səmərəli həyata keçirilməsini təmin edən qaydada şərh edilməlidir. Qanunverici 79-cu maddədə işəgötürənin xəstəlik barədə əvvəlcədən məlumatlı olmasını, xəstəlik vərəqəsinin işəgötürənin elektron sistemində görünməsini və ya işəgötürənin həmin sənədə inanmasını qadağanın tətbiqi üçün şərt kimi müəyyən etməmişdir. Normada hüquqi əhəmiyyət verilən obyektiv hal işçinin əmək qabiliyyətini müvəqqəti itirməsidir. Buna görə işəgötürənin məlumatlılığı mübahisənin faktiki hallarının qiymətləndirilməsi baxımından əhəmiyyətli olsa da, müvəqqəti əmək qabiliyyətsizlik tibbi sənədlə təsdiqləndikdə hüquqi təminatın yaranması işəgötürənin subyektiv münasibətindən asılı edilə bilməz. Qeyd edilən norma imperativ xarakter daşımaqla, əmək qabiliyyətini müvəqqəti itirən işçinin əmək hüquqlarının müdafiəsinə yönəlmiş xüsusi təminat müəyyən edir. Həmin təminatın mahiyyəti ondan ibarətdir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri üzrə xitam verilə bilməz. Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan qadağanın tətbiqi işçinin əvvəllər əmək və ya icra intizamının pozulmasına yol verib-verməməsindən, onun barəsində intizam tənbehlərinin tətbiq olunmasından, həmkarlar ittifaqı təşkilatının razılığının alınmasından və ya işəgötürənin əmək müqaviləsinə xitam verilməsi üçün əsasların mövcud olduğunu hesab etməsindən asılı deyildir. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müəyyən edildikdə, işəgötürən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi üzrə xitam vermək hüququna malik olmur. Başqa sözlə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasın mövcudluğu ilə əmək müqaviləsinə həmin əsasla xitam verilməsinin mümkünlüyü fərqli hüquqi məsələlərdir. Işəgötürənin işçinin əmək vəzifələrini pozduğunu iddia etməsi və bu barədə sənədlər tərtib etməsi, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan qadağanın mövcud olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsini qanuni etmir. Bu baxımdan əmək müqaviləsinə xitam verilməsi üçün üç hüquqi element birlikdə mövcud olmalıdır: qanunda nəzərdə tutulmuş maddi əsas, həmin əsasın mötəbər sübutlarla təsdiqi və xitam səlahiyyətinin qanunun müəyyən etdiyi prosedur və təminatlar çərçivəsində həyata keçirilməsi. Bu elementlərdən hər hansı birinin olmaması xitamı qanunsuz edir. Hazırkı işdə əvvəlki intizam hadisələrinin mövcudluğu qəbul edilsə belə, xitamın üçüncü elementi - işçi üçün nəzərdə tutulmuş imperativ təminata riayət olunması - təmin edilməmişdir. Iş materiallarından müəyyən edilir ki, Imişli Rayon X10 təsərrüfat müdiri vəzifəsində işləyən İddiaçı barəsində ## ##### 2025-ci il, ## ### 2025-ci il və # ###### 2025-ci il tarixlərdə aktlar və imtina aktları tərtib edilmiş, ona müvafiq olaraq xəbərdarlıq, töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehləri verilmişdir. Həmçinin ## ###### 2025-ci il tarixli aktda iddiaçının dövlət əmlakına məsuliyyətsiz yanaşdığı, ## ###### 2025-ci il tarixli aktda isə onun əmək və icra intizamını pozmaqda davam etdiyi, əvvəllər tətbiq edilmiş intizam tənbehlərindən nəticə çıxarmadığı və verilmiş tapşırıqları yerinə yetirmədiyi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərin mövcudluğu mübahisələndirilən əmək müqaviləsinə xitamın qanuniliyinin yoxlanılması zamanı nəzərə alınmalı olsa da, hazırkı iş üzrə həlledici hüquqi məsələ işəgötürənin iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək hüququnun olub-olmamasıdır. Bu səbəbdən məhkəmə kollegiyasının mövqeyi iddiaçının əmək intizamına ümumiyyətlə əməl edib-etməməsi barədə mücərrəd qiymətləndirməyə deyil, işəgötürənin xitam səlahiyyətini məhz ## ###### 2025-ci il tarixdə həyata keçirməsinin qanuniliyinə əsaslanır. Apellyasiya şikayətində göstərilən əvvəlki hadisələrin geniş təsviri xitam tarixində mövcud olan qanuni qadağanı aradan qaldırmadığından mübahisənin həlledici məsələsini dəyişmir. Iş materiallarında olan Imişli Rayon X10 ## ###### 2025-ci il tarixli, ***-k nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilməsi əmr edilmişdir. Beləliklə, əmrin ## ###### 2025-ci il tarixdə tərtib olunmasına baxmayaraq, həmin əmrlə tərəflər arasında əmək münasibətlərinə xitam verilməmiş, işəgötürən tərəfindən ## ###### 2025-ci ildə tərtib edilmiş əmrlə əmək müqaviləsinə xitamı verilməsi müəyyən edilmişdir. Belə olan halda, ƏMAS bildirişində rəsmiləşdirilmiş tarix hüquqi əhəmiyyət daşıyır. Işəgötürən ## ###### 2025-ci il tarixli əmri iş materiallarında və əmrlər kitabında mövcud olsa da, həmin əmrin imzalanması ilə əmək münasibətləri başa çatmamış, tərəflər arasındakı əmək hüquq münasibətləri ## ###### 2025-ci il tarixədək davam etmişdir. Işəgötürən xitamın qüvvəyə minməsindən əvvəl və ya xitam proseduru tamamlanarkən işçinin qanunla qorunan vəziyyətdə olduğunu müəyyən etdikdə, əvvəl qəbul etdiyi qərarı icra etməkdə davam edə bilməzdi. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əvvəlki tarixdə hazırlanması işəgötürənə sonradan yaranmış və ya ona məlum olmuş qanuni maneəni nəzərə almamaq hüququ vermir. Əksinə, xitamın gələcək tarixdən müəyyən edilməsi həmin tarixədək yaranan hüquqi halların, o cümlədən işçinin müvəqqəti əmək qabiliyyətsizliyinin nəzərə alınmasını zəruri edir. Iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli ƏMAS bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə *** nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ## ###### 2025-ci il tarixdən xitam verilmiş və bu barədə bildiriş həmin tarixdə elektron informasiya sisteminə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı ilə əmək müqaviləsi # ######## 2023-cü il tarixdə bağlanmış və onun təsərrüfat müdiri vəzifəsində əmək münasibətlərinə ## ###### 2025-ci il tarixdə xitam verilmişdir. Iş materiallarında olan ƏMAS sistemindən çıxarış da əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin sistemə daxil edilmə tarixinin və əmək münasibətlərinə xitam verilməsi tarixinin ## ###### 2025-ci il olduğunu təsdiq edir. Bundan əlavə, iş materiallarında # ###### 2025-ci il tarixli əmri ilə yanaşı, eyni nömrəli, lakin ## ###### 2025-ci il tarixli başqa bir əmrin də mövcud olduğu görünür. Həmin əmrdə də İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə ## ###### 2025-ci il tarixdən xitam verilməsi göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Imişli Rayon X10 əmrlərin qeydiyyatı kitabına baxış keçirilmiş, lakin həmin kitabda mübahisələndirilən ## ###### 2025-ci il tarixli, *** nömrəli əmr aşkar edilməmişdir. Bu hal sözügedən əmrin müəssisənin rəsmi kargüzarlıq uçotunda qeydə alınmadığını göstərməklə, onun tərtib edilmə vaxtı və hüquqi rəsmiləşdirilməsinin ardıcıllığı barədə əsaslı şübhə yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, əmrlərin qeydiyyatı kitabı işəgötürənin qəbul etdiyi fərdi aktların tarixini, ardıcıllığını və mövcudluğunu təsdiqləyən daxili rəsmi uçot sənədidir. Əmək münasibətlərinə xitam kimi mühüm hüquqi nəticə doğuran əmrin həmin kitabda qeydə alınmaması sadəcə texniki qüsur kimi qiymətləndirilə bilməz. Bu uyğunsuzluq əmrin nə zaman və hansı ardıcıllıqla tərtib edildiyini yoxlamağı çətinləşdirir, sənədin sabitliyinə və mötəbərliyinə təsir göstərir. Eyni nömrə altında iki müxtəlif tarixli əmrin təqdim edilməsi, lakin ## ###### 2025-ci il tarixli əmrin qeydiyyat kitabında mövcud olmaması hüquqi müəyyənlik tələbi ilə uzlaşmır. Işçinin əmək münasibətlərinə hansı fərdi akt əsasında, həmin aktın nə zaman qəbul edilməsi və rəsmi uçota alınması barədə aydınlıq olmalıdır. Əmək müqaviləsinə xitam kimi ağır hüquqi nəticə yaradan qərar bir-biri ilə ziddiyyət təşkil edən və rəsmi uçot sənədləri ilə tam təsdiqlənməyən sənədlərə əsaslana bilməz. Bu hal təkbaşına mübahisənin nəticəsini müəyyən etməsə də, xəstəlik vərəqəsi, ƏMAS bildirişi və cavabdehin izahatı ilə birlikdə qiymətləndirildikdə, 26 dekabr tarixli əmrin və xitam prosedurunun məhz həmin gün tamamlandığını, sənədləşmənin isə ardıcıl və şəffaf aparılmadığını göstərən əlavə sübut kimi çıxış edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi nümayəndə2 25 dekabr tarixinin əmrin tərtib edildiyi tarix olduğunu, lakin əmrin mətnində əmək müqaviləsinə xitamın 26 dekabrdan müəyyən edildiyini, əmrlə bağlı təlimatları Regional Idarədən aldıqlarını və bundan sonra məlumatların ƏMAS sisteminə daxil edildiyini bildirmişdir. Cavabdehin həmin izahatı iş materiallarında olan yazılı sübutlarla uyğunluq təşkil etməklə təsdiq edir ki, ## ###### 2025-ci il tarixdə yalnız əmək müqaviləsinə növbəti gün xitam verilməsi barədə əmr qəbul edilmiş, əmək münasibətlərinə isə faktiki və hüquqi baxımdan ## ###### 2025-ci il tarixli əmrlə, həmin tarixdə xitam verilmişdir. Iş materiallarında olan “xxxx” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş XV*****U* nömrəli sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı iş yeri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsi, vəzifəsi isə təsərrüfat müdiri kimi göstərilmiş, ona J06.9 diaqnozu qoyulmuş və ambulator müalicə rejimi müəyyən edilmişdir. Həmin xəstəlik vərəqəsinə əsasən, İddiaçı ## ###### 2025-ci il tarixdən əmək funksiyasının icrasından azad edilmiş və onun işə başlama tarixi ## ###### 2025-ci il müəyyən olunmuşdur. Beləliklə, əmək müqaviləsinə xitam verildiyi ## ###### 2025-ci il tarixi iddiaçının səlahiyyətli tibb müəssisəsi tərəfindən verilmiş xəstəlik vərəqəsi ilə təsdiq edilən müvəqqəti əmək qabiliyyətsizliyi dövrünə düşmüşdür. Məhkəmə kollegiyası nəzərə alır ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi işçinin öz mülahizəsi ilə müəyyən etdiyi hal deyil, tibbi müayinə nəticəsində səlahiyyətli tibb müəssisəsi tərəfindən müəyyən edilən hüquqi faktdır. Xəstəlik vərəqəsi həmin faktı və işçinin müəyyən müddətdə əmək funksiyasını icra etmək imkanından məhrum olduğunu təsdiqləyən rəsmi elektron sənəddir. Bu sənəd qüvvədə olduğu və qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilmədiyi müddətdə orada göstərilən məlumatlar nəzərə alınmalıdır. Xəstəlik vərəqəsində əmək funksiyasından azad edilmənin ## ###### 2025-ci il tarixdən başlanması, xitam əmri və ƏMAS bildirişində də xitam tarixinin ## ###### 2025-ci il göstərilməsi həmin iki hüquqi halın eyni təqvim günündə üst-üstə düşdüyünü təsdiq edir. Xitam sənədlərində əmək münasibətlərinin konkret saatda başa çatması müəyyən edilmədiyindən işçinin qanunla nəzərdə tutulmuş təminatı yalnız işəgötürənin istinad etdiyi texniki saat göstəricisi əsasında daraldıla bilməz. Üstəlik, işəgötürənin öz izahatına görə iddiaçı 26 dekabr səhər saatlarında xəstəlik vərəqəsində olması barədə məlumat vermişdir. Belə olan halda işəgötürən xəstəlik halını yoxlamaq, zərurət olduqda tibb müəssisəsindən rəsmi məlumat tələb etmək və bu məsələ aydınlaşdırılanadək xitam prosedurunu dayandırmaq imkanına malik olmuşdur. Buna baxmayaraq, cavabdeh iddiaçının məlumatına inanmadığını bildirməklə xitamın rəsmiləşdirilməsini davam etdirmişdir. Xəstəlik vərəqəsi elektron sənəd formasında tərtib edilmiş, işçinin diaqnozu, iş yeri, vəzifəsi, ambulator müalicə rejimi, əmək funksiyasının icrasından azad edildiyi müddət və işə başlama tarixi həmin sənəddə göstərilmişdir. Xəstəlik vərəqəsinin həqiqiliyini, onun səlahiyyətsiz şəxs və ya tibb müəssisəsi tərəfindən verildiyini, yaxud sənəddə olan məlumatların gerçəkliyə uyğun olmadığını təsdiq edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Işəgötürənin xəstəlik vərəqəsinin həmin vaxt elektron sistemdə görünməməsinə istinad etməsi də başqa nəticəyə gəlmək üçün əsas vermir. Müvəqqəti əmək qabiliyyətsizliyin mövcudluğu onun işəgötürən tərəfindən subyektiv olaraq qəbul edilib-edilməməsi ilə deyil, səlahiyyətli tibb müəssisəsi tərəfindən verilmiş xəstəlik vərəqəsi ilə müəyyən olunur. Xəstəlik vərəqəsinin işəgötürənin istifadə etdiyi elektron sistemdə dərhal görünməməsi işçinin əmək qabiliyyətli olması anlamına gəlmir və tibb müəssisəsi tərəfindən müəyyən edilmiş əmək qabiliyyətsizlik halını aradan qaldırmır. Işəgötürənin xəstəlik barədə verilmiş məlumata inanmaması da qanunda nəzərdə tutulmuş təminatın tətbiqini istisna edən hal kimi qəbul edilə bilməz. Əks yanaşma işçinin əmək hüquqlarının qanunla müəyyən olunmuş təminatını işəgötürənin subyektiv mülahizəsindən və elektron sistemdə məlumatın texniki baxımdan hansı anda görünməsindən asılı vəziyyətə salardı. Bu isə Əmək Məcəlləsinin 79-cu maddəsinin məqsədinə və imperativ məzmununa uyğun olmazdı. Işəgötürənin “xəstəlik vərəqəsi sistemdə görünmürdü” dəlili yalnız texniki müşahidəni ifadə edir və iddiaçının həmin tarixdə faktiki olaraq əmək qabiliyyətli olduğunu təsdiq etmir. Elektron sistemdə məlumatın görünməsi ilə müvəqqəti əmək qabiliyyətsizlik halının tibbi baxımdan yaranması eyni anlayışlar deyildir. Birinci texniki qeydiyyat məsələsi, ikinci isə səlahiyyətli tibb müəssisəsinin tibbi qiymətləndirməsi əsasında yaranan hüquqi faktdır. Qanunda nəzərdə tutulmuş qoruyucu təminatın tətbiqi texniki məlumat mübadiləsində mümkün gecikmələrdən asılı edilərsə, eyni vəziyyətdə olan işçilərin hüquqi müdafiəsi təsadüfi texniki amillərdən asılı vəziyyətə düşər. Bu isə əmək hüquqlarının bərabər və səmərəli müdafiəsi məqsədinə uyğun olmaz. Cavabdehin nümayəndəsi həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında ## ###### 2025-ci il tarixdə səhər saatlarında iddiaçının ona xəstəlik vərəqəsində olduğunu bildirdiyini, lakin onun bu məlumata inanmadığını etiraf etmişdir. Bu izahatdan görünür ki, əmək müqaviləsinə xitamın ƏMAS sistemində rəsmiləşdirildiyi gün işəgötürən iddiaçının xəstə olması barədə məlumatlandırılmışdır. Işəgötürən iddiaçının verdiyi məlumatın düzgünlüyünə şübhə etdiyi halda, həmin məlumatın yoxlanılması üçün zəruri tədbirlər görməli və əmək qabiliyyətsizlik halının mövcud olub-olmadığını dəqiq müəyyənləşdirdikdən sonra qanuna uyğun qərar qəbul etməli idi. Işəgötürənin işçinin məlumatına inanmaması, yaxud məlumatın elektron sistemdə dərhal əks olunmaması səbəbindən yoxlamanın nəticəsini gözləmədən əmək müqaviləsinə xitam verməsi nəticəsində yaranan hüquqi risk işçinin üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, xəstəlik vərəqəsi ## ###### 2025-ci il tarixdə tərtib edilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş də həmin tarixdə ƏMAS sisteminə daxil edilmişdir. Xitam əmrlərində və ƏMAS bildirişində əmək müqaviləsinə xitamın konkret saatı deyil, ## ###### 2025-ci il tarixi göstərilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam prosesinin iddiaçının müvəqqəti əmək qabiliyyətsizlik dövrü başlanmazdan əvvəl tam başa çatdırıldığını təsdiq edən mötəbər və bir-birini tamamlayan sübutlar təqdim etməmişdir. Əksinə, eyni nömrəli 25 və ## ###### 2025-ci il tarixli iki əmrin mövcudluğu, 25 dekabr tarixli əmrdə əmək münasibətlərinə xitamın 26 dekabrdan müəyyən edilməsi, cavabdehin Regional Idarədən təlimat aldıqdan sonra məlumatların ƏMAS sisteminə daxil edildiyini bildirməsi və iddiaçının 26 dekabrda xəstə olması barədə işəgötürəni məlumatlandırması əmək müqaviləsinə xitam prosedurunun ## ###### 2025-ci il tarixdə baş verdiyini göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verildiyindən, xitam üçün qanuni əsasın mövcudluğunu və qanunla müəyyən edilmiş prosedura, o cümlədən işçilər üçün nəzərdə tutulan təminatlara riayət olunduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Sübutetmə yükünün bu qaydada müəyyən edilməsi əmək münasibətlərinin xarakterindən də irəli gəlir. Xitam əmrini hazırlayan, onu qeydiyyata alan, ƏMAS sisteminə daxil edən və xitamın əsasını təşkil edən sənədləri özündə saxlayan tərəf işəgötürəndir. Buna görə xitamın dəqiq vaxtı, əmrlərin tərtib və qeydiyyat ardıcıllığı, xəstəlik barədə məlumatın nə zaman əldə olunması və qanuni təminatlara riayət edilməsi barədə qeyri-müəyyənlik işçinin zərərinə şərh edilə bilməz. Işəgötürənin təqdim etdiyi sənədlərdə ziddiyyətlərin olması, eyni nömrəli iki müxtəlif tarixli əmrin mövcudluğu və əmrlərin qeydiyyatı kitabında 26 dekabr tarixli əmrin aşkar edilməməsi şəraitində cavabdeh xitamın qanuna tam uyğun həyata keçirildiyini aydın və inandırıcı sübutlarla təsdiq etməli idi. Lakin belə sübutlar təqdim edilməmişdir. Cavabdeh isə iddiaçının ## ###### 2025-ci il tarixdə əmək qabiliyyətli olduğunu, xəstəlik vərəqəsinin etibarsızlığını və ya əmək müqaviləsinə xitamın iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsindən əvvəl qanunvericiliyin tələblərinə tam uyğun qaydada başa çatdırıldığını təsdiq edən kifayət qədər mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan cavabdehin apellyasiya şikayətində iddiaçının əvvəllər işə gec gəlməsinə, günün ikinci yarısında iş yerində olmamasına, kitabxananın açarını başqa işçiyə verməsinə, zirzəmidəki kitabların lazımi qaydada yerləşdirilməməsinə, onun barəsində aktların tərtib edilməsinə və intizam tənbehlərinin tətbiq olunmasına dair dəlilləri mübahisənin nəticəsini dəyişmir. Həmin dəlillər iddiaçının əvvəlki dövrlərdə əmək intizamını pozub-pozmadığının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıya bilər. Lakin bu hallar işəgötürənə Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində müəyyən edilmiş birbaşa qadağaya zidd olaraq, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi tarixdə onun əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam vermək hüququ yaratmır. Eyni qaydada, həmkarlar ittifaqı təşkilatının iddiaçının işdən azad edilməsinə etiraz etməməsi də xitamın qanuniliyini özlüyündə təsdiq etmir. Həmkarlar ittifaqının qabaqcadan razılığının alınması qanunla müəyyən edilmiş prosedur təminatlarından yalnız biridir və həmin razılıq Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş qadağanı aradan qaldırmır. Həmkarlar ittifaqının razılığı xitam üçün müstəqil maddi əsas yaratmır və işəgötürənin qərarını qanunilik prezumpsiyası ilə təmin etmir. Belə razılıq verilsə belə, işəgötürən xitam tarixində mövcud olan bütün qanuni məhdudiyyətləri ayrıca nəzərə almalı idi. Həmkarlar ittifaqının razılığı ## ###### 2025-ci il tarixdə verildiyindən, 26 dekabrda müəyyən edilmiş əmək qabiliyyətsizlik halını əvvəlcədən aradan qaldıran hüquqi nəticəyə malik deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək vəzifələrini pozması işəgötürəni belə pozuntulara qanunvericiliklə müəyyən edilmiş qaydada münasibət bildirmək hüququndan məhrum etmir. Lakin işəgötürən intizam məsuliyyəti tədbirlərini və əmək müqaviləsinə xitam verilməsi hüququnu həyata keçirərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş müddətlərə, prosedurlara və işçi üçün müəyyən edilmiş təminatlara əməl etməlidir. Əmək Məcəlləsinin 189-cu maddəsinin ikinci hissəsində də işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə ona intizam tənbehi verilə bilməyəcəyi müəyyən edilmişdir. Əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi mahiyyət etibarilə işçinin əmək vəzifələrini yerinə yetirməməsinə və ya kobud şəkildə pozmasına görə tətbiq edilən intizam xarakterli tədbir olduğundan, həmin təminat da işəgötürənin bu dövrdə belə qərar qəbul etməsinin yolverilməzliyini təsdiqləyir. Bununla belə, hazırkı mübahisənin həlli üçün əsas və birbaşa tətbiq edilməli norma Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsidir. Həmin norma əmək qabiliyyətini müvəqqəti itirən işçinin əmək müqaviləsinə 70-ci maddə ilə müəyyən edilmiş əsaslarla xitam verilməsini birmənalı şəkildə qadağan edir. Iş materiallarında olan X5 Xidmətinin Mil-Muğan regional şöbəsinin # ###### 2026-cı il tarixli cavab məktubundan görünür ki, İddiaçı müraciətləri əsasında araşdırma aparılmış, onun əmək müqaviləsinə işəgötürən tərəfindən ## ###### 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi müəyyən edilmiş və aşkar edilmiş hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı işəgötürənə göstəriş məktubu göndərilmişdir. Həmin məktub məhkəməni qabaqcadan müəyyən edilmiş nəticə ilə bağlamasa da, digər sübutlarla birlikdə qiymətləndirildikdə, əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmadığı barədə nəticəni dəstəkləyir. Məhkəmə kollegiyası iş materiallarında olan ## ###### 2025-ci il tarixli, ***-k nömrəli əmri, ## ###### 2025-ci il tarixli *** nömrəli əmri, ƏMAS bildirişini, xəstəlik vərəqəsini, X5 Xidmətinin cavab məktubunu, tərəflərin birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində verdikləri izahatları qarşılıqlı əlaqədə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Belə xitam Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş imperativ qadağaya zidd olduğundan qanuni hesab edilə bilməz. Əmək Məcəlləsinin 300-cü maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl edilmədikdə və əmək münasibətlərinə qanunsuz xitam verildikdə, məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarır. Buna görə birinci instansiya məhkəməsi mübahisələndirilən əmrlərin ləğv edilməsi, İddiaçı əvvəlki təsərrüfat müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əməkhaqqının ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi əsaslandırmada Əmək Məcəlləsinin 189-cu maddəsinin ikinci hissəsinə istinad etsə də, iş üzrə müəyyən edilmiş faktiki hallar iddianın təmin edilməsinin həm də Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsindən irəli gəldiyini göstərir. Birinci instansiya məhkəməsinin tətbiq edilməli maddi hüquq normasına tam və ya daha dəqiq istinad etməməsi, gəldiyi nəticə mahiyyət etibarilə düzgün olduqda, qətnamənin ləğvi üçün əsas təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallara onların hüquqi mahiyyətinə daha uyğun olan maddi hüquq normasını tətbiq etmək səlahiyyətinə malikdir. Hüquqi tövsifin dəqiqləşdirilməsi iddianın predmetini və əsasını dəyişdirmir, tərəflərin prosessual hüquqlarını məhdudlaşdırmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəyişdirmir. Hazırkı halda Əmək Məcəlləsinin 79-cu maddəsinin birinci hissəsinin tətbiqi iş materialları ilə müəyyən edilmiş eyni faktlara - xitamın və müvəqqəti əmək qabiliyyətsizliyin ## ###### 2025-ci il tarixə düşməsinə əsaslanır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, qətnamənin qanuniliyi yalnız onun əsaslandırıcı hissəsində göstərilmiş ayrı-ayrı hüquq normalarının siyahısı ilə deyil, məhkəmənin müəyyən etdiyi faktlar və gəldiyi yekun hüquqi nəticə ilə birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi əmək müqaviləsinə qanunsuz xitam verildiyini və işçinin əvvəlki vəzifəsinə bərpa edilməli olduğunu düzgün müəyyən etmişdir. Apellyasiya instansiyası tərəfindən bu nəticənin daha dəqiq maddi hüquq norması ilə tamamlanması qətnamənin dəyişdirilməsi üçün deyil, dəyişdirilmədən saxlanılması üçün əsas yaradır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticəni təkzib edən, xəstəlik vərəqəsinin mötəbərliyini aradan qaldıran və ya əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə riayət olunduğunu təsdiq edən hər hansı yeni sübut və hüquqi dəlil irəli sürülməmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Imişli Rayon Məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət daşıyan halları müəyyən etmiş və iddianın təmin edilməsi barədə mahiyyətcə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X8 Idarəsinin Imişli Rayon X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar