Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6432/2025 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Arif Məlikov adına ** saylı 11 illik musiqi məktəbinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Vəzifəli şəxs iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2*25-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. A.Məlikov adına ** nömrəli Onbirillik Musiqi Məktəbinin ** nömrəli xəbərdarlıq bildirişindən görünür ki, İddiaçı attestasiya olunması barədə ##.##.2*24-cü il tarixdə xəbərdarlıq edilmişdir.
2. A.Məlikov adına ** nömrəli Onbirillik Musiqi Məktəbinin ##.##.2*24-cü il tarixli, *** nömrəli əmrinə əsasən AR Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, A.Məlikov adına ** nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri AR NK-nin 2**1-ci il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “AR işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2*25-ci il ######ın #-dən iyunun 5-dək attestasiyanın keçirilməsi əmr edilmişdir.
3. A.Məlikov adına ** nömrəli Onbirillik Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair *5.*3.2*25-ci il tarixli, * nömrəli Protokoluna əsasən A.Məlikov adına ** nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri İddiaçı və digərlərinin tutduqları vəzifələrə uyğun hesab edilməmələri qərara alınmışdır.
4. İddiaçı ##.##.2**8-ci ildə Bakı şəhəri ** saylı Uşaq Musiqi məktəbinə (sonradan 11 illik musiqi məktəbi) fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş və *3.*4.2*25-ci il tarixdə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Arif Məlikov adına ** saylı 11 illik musiqi məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək *5.*3.2*25-ci il tarixli attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləğv edilməsi; Attestasiya vərəqəsinin etibarsız hesab olunması və ləğv edilməsi; *5.*3.2*25-ci il tarixli attestasiya komissiyasının "tutduğu vəzifəyə uyğun deyil" qərarının qanunauyğunluğu və əsaslılığının müəyyən edilməsi və ləğv edilməsi; Əmək müqaviləsinə xitam verilməsi haqqında *1 aprel 2*25-ci il tarixli ** nömrəli əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Əvvəlki iş yerinə və vəzifəsinə- forteptano ixtisası üzrə müəllim vəzifəsinə bərpа olunması; *3.*4.2*25-ci il tarixdən etibarən işə bərpa olunacağı günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 il 7 ay fortepiano ixtisası üzrə müəllim vəzifəsində, bu müddətin son 16,5 ilini isə Bakı şəhəri, Binəqədi rayonu ** nömrəli onbirillik musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. Bu müddət ərzində (2*18 və 2*22-ci illərdə) 2 dəfə məktəb direktoru tərəfindən əmək kitabçasına yazılmaqla ona "Təşəkkür" elan edilmişdir. ## ###### 2*25ci il tarixində Məktəbdən ** №-li xəbərdarlıq bildirişi almışdır. Bu bildirişdə müəllimlərin attestasiyası keçiriləcəyi barədə məlumat verilirdi. Lakin attestasiyanın konkret müddətləri, keçirilmə qaydaları və yeri barədə dəqiq məlumat verilməmişdir. Məktəb direktoru şifahi olaraq bildirmişdir ki, attestasiya 2*25-ci ilin fevral ayının 2-də başlayacaq. Attestasiya fevral ayının 28-də başladı. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2**1-ci il tarixli, ** №-li Qərarına əsasən "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nın 1.2-ci bəndinə uyğun olaraq attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalı olduğu halda, o, ## ###### 2*25-ci il tarixində müəllim yoldaşlarından attestasiyanın ## ###### 2*25-ci il tarixində Bakı Xoreqrafiya Akademiyasında keçiriləcəyini öyrənmişdir. *3 mart 2*25-ci il tarixində mobil telefonuna SMS gələrək onun *5 mart 2*25-cil tarixində Bakı Xoreqrafiya Akademiyasında attestasiya olunacağı barədə məlumat daxil olmuşdur. Iddiaçı *5 mart 2*25-ci il tarixində attestasiya keçirilən otağa daxil olarkən attestasiya komissiyasının sədri (bundan sonra komissiya) və üzvlərinin kənar məktəblərdən olduğunu görmüşdür. Komissiyanın tərkibində məktəbdən tək 1 nəfər- məktəbin Həmkarlar Ittifaqı Komitəsinin sədri X3 olub. Azər müəllim də ixtisasca tar müəllimidir. Iddiaçı ani olaraq ## ###### 2*24-cü il tarixində məktəbdən verilən "Xəbərdarlıq bildirişini" xatırlamışdır. Bu bildirişdə qeyd edilmişdir ki, müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədi ilə attestasiya komissiyası yaradılmışdır. Lakin onun attestasiyadan keçəcəyi otaqda 1 nəfər istisna olmaqla məktəbin müəllimlərindən heç kim yox idi. Attestasiya olunan zaman ona müxtəlif yerlərdən suallar verilirdi. Elə bil qəsdən onu çaşdırmağa çalışırdılar. Xüsusən İ.Haydn “Sonata G Dur” əsərini ifa etməyə başlayarkən komissiyanın üzvləri hərəsi bir tərəfdən suallar verərək onu çaşdırmışdırlar. Buna baxmayaraq o əsəri və qammani ifa etmişdir. Daha sonra iddiaçıya 3 sual verilib, lakin sualın düz və ya səhv cavablandırılması barədə ona heç bir irad bildirilməmişdir. Bir neçə dəqiqədən sonra isə iddiaçıya şifahi şəkildə attestasiyadan keçmədiyi bildirilmişdir. Attestasiyanın nəticələrinə əsasən *3 aprel 2*25-ci il tarixindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Komissiyanın 29 il 7 ay əmək stajı olan bir müəllimə belə yanaşması və bunun nəticəsində əmək müqaviləsinə xitam verilməsi iddiaçını həddindən artıq təsirləndirmişdir. Iddiaçı keçirdiyi həyəcan və stresslərdən bir müddət halsız və çaşqın olmuş, nə edəcəyini bilməmiş, nəhayət ##.##.2*25-ci il tarixində məktəbə gedərək sənədlərin verilməsinin qeydiyyatı kitabının imza qrafasında sənədin qəbuletmə tarixini və saatı göstərməklə və imzalamaqla əmək kitabçasını, əmək müqaviləsinə xitam verilməsi əmrinin surətini və attestasiya vərəqəsinin əslini qəbul etmişdir. Sənədəri oxuyarkən bilmişdir ki, əmək müqaviləsinə xitam əmrinin giriş hissəsində qeyd olunurdu ki, guya o, Əmək Məcəlləsinin 79-cu maddəsinə aid olubolmamağı barədə suala cavab verməkdən imtina edib. Bu fikir tamamilə absurd və həqiqətə söykənməyən ağlasığmaz yanlış bir fikirdir. Bundan başqa attestasiya vərəqəsinin 2 bəndinin (7-ci və 1*-cu bənd) kobud səhvlərlə doldurulmuş və 4 bəndinin (8, 9, 11, 12-ci bəndlər) tamamilə doldurulmamış, əmək müqaviləsinə xitam verilməsi haqqında *1 aprel 2*25-ci il tarixli ** nömrəli əmrindəki məlumatlar Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə ziddir. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2*25-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Iddianı rədd edən məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə attestasiyanın keçirilməsinə dair videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı iddiaçı İddiaçı imtahanda verilən suallara cavab verə bilməməsi, tələb olunan musiqi əsərlərini lazımi səviyyədə ifa edə bilməməsi müşahidə edilmişdir. Məhkəmə iddia tələbinin attestasiya vərəqəsinin etibarsız sayılması hissəsində hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, attestasiya vərəqəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.
9. Məhkəmə həmçinin iddianın əmrin ləğv edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, əmrin verilməsinə əsas attestasiyanın keçirilməsi və nəticəsidir. Attestasiyanın nəticəsinin ləğv edilməsinə hər hansı bir əsas yoxdur. Ona görə də iddia tələbi əmrin ləğv edilməsi hissəsində təmin edilməməlidir. 1*. Eyni zamanda məhkəmə hesab etmişdir ki, ərizəçi öz iddiasını əsaslandıra, dəlillərini sübuta yetirə bilməmişdir. Iddia tələbləri bir-birindən asılıdır, ona görə də iddia tələbi attestasiyanın nəticələrinin qanunsuz sayılması və ləğv edilməsi hissəsində təmin olunmadığından digər hissələrdə də təmin edilə bilməz. 11.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 42.1, 65-ci maddəsinin 1-ci hissəsi, 68.1, 7*-ci maddəsinin “c” bəndi, 76.1, 83.1, 296.1, 296.2, 296.3-cü; Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunun 34.4.2, 35.1, 35.2-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2**1-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2, 2.3, 2.4, 2.6cı bəndləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Apellyasiya şikayəti onunla əsaslandırılımışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7* “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2*16-cı il tarixli Qərardadına əsasən “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76-cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 7*-ci maddəsində verilmişdir. Əmək Məcəlləsinin 7*-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Həmin qərardadda Konstitusiya Məhkəməsinin Palatası həmçinin qeyd etmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. Iddiaçı ailədə yeganə qazanc gətirən şəxsdir, onun işindən azad olunması sosial müdafiənin möhkəmləndirilməsi baxımından qanunvericiliyin tələbinə ziddir. Həmçinin iddiaçının bundan başqa gəlir yeri olmamış və onun himayəsində ağır parkinson xəstəliyindən əziyyət çəkən anası vardır. Qeyd olunanlarla bağlı Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosialyönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər. Əmək Məcəlləsinin 7*-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Iddiaçının attestasiya vərəqəsinə diqqət yetirəndə görünür ki, orada onunla bağlı hər hansı bir tövsiyyə yoxdur. Ondan son beş ildə hansı nəaliyyətlərinin olması və sosial vəziyyəti ilə bağlı məsələlər araşdırılmamışdır. Həmçinin onun barəsində məktəbin direktoru tərəfindən *4.*7.2*18 və ##.##.2*22-ci il tarixlərdə, yəni son 5 il ərizndə 2 dəfə təşəkkür elan edilmişdir. Əmək Məcəlləsinin 67.2-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Nəzərə alınanda ki, bundan sonra iddiaçı ixtisasartırma təlimlərində iştirak etmişdir. Bu da ona qarşı olan qərəzli mövqeni bir daha nümayiş etdirir. Əmək Məcəlləsinin 67.3-cü maddəsinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. Işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq ** nömrəli Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən bu hal da nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bu maddəyə görə işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Işəgötürən ** saylı Uşaq Musiqi Məktəbi *1 aprel 2*25ci il tarixli ** nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Lakin bu hal da məhkəmənini nəzərindən qaçmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmunun uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vəzifəli şəxs apellyasiya şikayətin qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Iş üzrə üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 12. Işəgötürənin əsas vəzifələrindən biri əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaqdır. Maddə Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65.3. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67.2. Işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasınınartırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 7* “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 288 “x” bəndi Işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Maddə 3**.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79- cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2*. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2**1-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2*11-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 23.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iddiaçı İddiaçı ##.##.2**8-ci ildə Bakı şəhəri ** saylı Uşaq Musiqi məktəbinə (sonradan 11 illik musiqi məktəbi) fortepiano ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə *1.*4.2*25-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əmrin verilməsinə əsas kimi A.Məlikov adına ** nömrəli Onbirillik Musiqi Məktəbinin attestasiya komissiyasının *5.*3.2*25-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və *5.*3.2*25-ci il tarixli 1 nörməli protokol göstərilmişdir.
26. Iddianı rədd edən məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə attestasiyanın keçirilməsinə dair videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı iddiaçı İddiaçı imtahanda verilən suallara cavab verə bilməməsi, tələb olunan musiqi əsərlərini lazımi səviyyədə ifa edə bilməməsi müşahidə edilmişdir. Məhkəmə iddia tələbinin attestasiya vərəqəsinin etibarsız sayılması hissəsində hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, attestasiya vərəqəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.
27. Məhkəmənin mövqeyi ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində attestasiya zamanı ona verilən sualların qanunvericiliyin tələblərinə zidd olaraq ona verilmiş proqram daxilində olmadığını, proqramdan kənar suallar verildiyini iddia etmişdir.
28. Apellyasiya mərhələsində iddiaçı İddiaçı barəsində keçirilmiş *5.*3.2*25-ci il tarixli attestasiya, attestasiya qərarı və attestasiya vərəqəsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin, «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2**1-ci il tarixli ** nömrəli qərarının və bu sahədə digər normativ hüquqi aktların tələblərinə uyğun olması barədə Azərbaycan Milli Konservatoriyasının mütəxəssis rəyi alınmışdır.
29. Azərbaycan Milli Konservatoriyası tərəfindən ##.##.2*26-cı il tarixdə məhkəməyə təqdim edilən mütəxəssis rəyinə əsasən İddiaçı həm ifası, həm də nəzəri səviyyəsi çox zəifdir. Attestasiya zamanı İddiaçı verilən suallar onun ixtisasına, peşəsinə, əmək funksiyasına aid idi. Iddiaçıya münasibətdə və ona verilən suallarda ayrı-seçkilik və qərəz müşahidə olunmadı. 3*. Həmçinin attestasiya vərəqəsində iddiaçı barəsində attestasiyanın nəticələrini əks etdirən qeydlərlə attestasiyanın video yazısını müqayisə edərkən müəyyən edilmişdir ki, iddiaçının verilən sualları cavablandırmasının nəticələri attestasiya vərəqəsində düzgün qeyd edilmişdir.
31. Rəydən göründüyü kimi iddiaçının iddia etdiyinin əksinə olaraq, attestasiya zamanı ona ünvanlanmış suallar bilavasitə onun ixtisasına, peşə fəaliyyətinə və tutduğu vəzifəyə tamamilə uyğun olmuş, heç bir qərəzlilik və ya ayrı-seçkilik qeydə alınmamışdır.
32. Digər tərəfdən işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67.2ci maddəsinin tələblərinin pozulması, yəni əmək müqaviləsinə xitam verilməzdən əvvəl onun ixtisasartırmaya göndərilməsi və ya başqa uyğun vəzifəyə keçirilməsi imkanlarının nəzərdən keçirilməməsi barədə dəlilləri də əsassız hesab edən kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 65.7-ci maddəsinə əsasən, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir.
33. Bu maddədə təsbit olunmuş "işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər" müddəası imperativ deyil, dispozitiv xarakter daşıyır. Yəni, belə bir tövsiyənin verilməsi attestasiya komissiyasının mütləq vəzifəsi deyil, onun müstəsna səlahiyyətinə aid olan bir hüquqdur.
34. Bundan əlavə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2*25-ci il tarixli əmrindən müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 haqqında Əsasnamənin 5.6.6-cı yarımbəndini rəhbər tutaraq, Nazirliyin 2*24-cü il # ##### tarixli əmri ilə təsdiq edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydalarına uyğun olaraq, attestasiya nəticələrinə əsasən 3 əleyhinə, 2 lehinə səs toplayaraq tutduğu vəzifəyə uyğun hesab edilməyən namizədlər üçün təşkil edilmiş xüsusi müsabiqədə, eyni zamanda yerdəyişmə üzrə müsahibədə uğurlu nəticə göstərən namizədlərin işə qəbulu ilə əlaqədar əmr verilmişdir. 35.Iddiaçıya verilmiş attestasiya vərəqəsindən müəyyən edilir ki, attestasiyanın nəticəsinə əsasən lehinə səsin miqdarı 1, əleyhinə isə 4 olmuşdur.
36. Beləliklə, iddia tələbinin əsassız olması ilə bağlı birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, işdən göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
37. Həmin normanın məzmununa əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir.
38. Hazırki işdə iddiaçı attestasiya komissiyanın qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməmiş və nəticə etibarilə məhz bu əsasla da onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
39. Sözügedən attestasiya komissiyasının qərarının qanunsuzluğu ilə bağlı hallar təsdiq edilmədiyindən həmin qərar əsasında işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunvericiliyin tələblərinə uyğun olmuşdur. 4*. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2*25-ci il tarixli, 2(**1)- 5165/2*25 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2*25-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Məhəmməd Rüstəmli