Məhkəmə qərarları › İş №2(3-7)-107/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-107/2026

18.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-107/2026 18.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı, onun vəkili vəkil1 və cavabdeh Azərbaycan Dövlət Su X12 X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X12 X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı ## ####### 2024-cü il tarixli **/k nömrəli əmrlə X5 Sistemlərinin İstismar İdarəsinin abonent xidmətləri şöbəsinə mühəndis vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir.

2. X5 Sistemlərinin İstismarı İdarəsinin ## ###### 2025-ci il tarixli ***k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Əmrin verilmə əsası kimi Həmkarlar təşkilatının * saylı protokolu və müvafiq sənədlər göstərilmişdir.

3. ## ###### 2025-ci il tarixli ** nömrəli xəbərdarlığın surətindən görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq olunmuş, birdə bu cür hallara yol verilərsə haqqında ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. ## ###### 2025-ci il tarixli aktın surətindən görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə verilən xəbərdarlıqla tanış olmaqdan imtina etmişdir.

5. ## ###### 2025-ci il tarixli aktın surətindən görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı iş vaxtı idarədə səbəbsiz yerə problem yaratmış, işçiləri təhqir etmiş, nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, iş zamanı qəsdli şəkildə idarənin pilləkənlərində özünü yıxaraq idarənin rəhbərliyinə şər atacağını qışqıraraq ifadə etmiş, bu hərəkətləri dəfələrlə törətməyə cəhd etmişdir.

6. ## ###### 2025-ci il tarixli aktın surətindən görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, idarənin rəhbərliyini təhqir etmiş, işçilərin narazılığına səbəb olmuşdur.

7. X5 Sistemlərinin İstismarı İdarəsinin ## #### 2025-ci il tarixli ** nömrəli “Təşəkkürnamə”sinin surətindən görünür ki, abonent şöbəsinin mühəndisi İddiaçı vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirdiyinə görə təltif edilmişdir.

8. ## ###### 2025-ci il tarixli aktın surətindən görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı ## ###### 2025-ci il tarixdə saat 12:15 və 14:50 radələrində heç bir əsaslı səbəb olmadan idarənin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, işçiləri nalayiq ifadələrlə təhqir etmiş, onların ünvanlarına söyüşlər söyərək idarənin iş rejimini və normal fəaliyyətini pozmuşdur.

9. ## ###### 2025-ci il tarixli aktın surətindən görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı nizam-intizam qaydalarını pozduğuna görə yazılı izahat verməkdən imtina etmişdir.

10. ## ###### 2025-ci il tarixli **-*-**/*-**/**** saylı təqdimatın surətindən görünür ki, X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı ## ###### 2025-ci il tarixdə saat 12:15 və 14:50 radələrində heç bir əsaslı səbəb olmadan idarənin daxili nizamintizam qaydalarını kobud şəkildə pozduğuna, işçiləri nalayiq ifadələrlə təhqir etdiyinə, onların ünvanlarına söyüşlər söyərək idarənin iş rejimini və normal fəaliyyətini pozduğuna görə barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi, tətbiq edildiyi halda hansı tədbirlərin tətbiq edilməsi, o cümlədən işçinin işdə qalıb-qalmaması məsələsinə baxılması barədə Həmkarlar İttifaqı Komitəsinin müvafiq rəyinin idarəyə təqdim edilməsi xahiş edilmişdir.

11. X5 Sistemlərinin İstismarı İdarəsinin Həmkarlar təşkilatının ## ###### 2025-ci il tarixli ** nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda təşkilatın 16 nəfər üzvü iştirak etmişdir. X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı törətdiyi əməllər kobud əmək intizamı pozuntusu hesab edildiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir.

12. CD diskdə olan səs yazısı dinlənilərkən işçi ilə idarənin müdiri arasında mübahisənin baş verməsi, işçinin Agentlik sədrinin qəbuluna yazıldığını əsas gətirilərək işdən getməsi tələb olunmuşdur.

13. Gəncə * saylı Mediasiya təşkilatının ilkin mediasya sessiyasında iştirak edilməməsi barədə ## ######## 2025-ci il tarixli MŞG/*/MT***/****-***** nömrəli arayışından görünür ki, müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf ## ######## 2025-ci il tarixdə saat 14:00-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən X5 Sistemlərinin İstismarı İdarəsinə ## ###### 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif məktubu göndərilmişdir.

14. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Azərbaycan Dövlət Su X12 X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinin ## ### 2026-cı il tarixli, *-**-*-**/*-**/**** saylı məktubundan görünür ki, idarənin mühəndisi Fuad Ələkbərov ##.##.2025-##.##.2025-ci il tarixlərində məzuniyyətdə olmuş, ##.##.2025-ci il tarixində işə başlamış və avqust ayı ərzində idarədənkənar heç bir təlim və ya kursda iştirak etməmişdir.

Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X12 X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Azərbaycan Dövlət Su X12 X4 Xidməti Publik hüquqi şəxs X5 Sistemlərinin İstismarı İdarəsi tərəfindən işdən çıxarılması haqqında verilmiş ## ###### 2025-ci il tarixli ***-K nömrəli əmrin ləğv edilərək işə bərpa olunması və qanunsuz işdən çıxarıldığına görə cavabdehin onun işdən çıxarıldığı günün sonrakı günündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, idarənin rəhbərliyi heç bir əsaslı səbəb olmadan qərəzli olaraq ## ###### 2025-ci il tarixli ***-K nömrəli əmrlə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən onu işdən azad etmişdir. İşlədiyi müddətdə əmək intizamını pozmamışdır. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmişdir. Bunlara görə ##.##.2025-ci il tarixdə “Təşəkkürnamə” də almışdır.

17. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə X5 Sistemlərinin İstismarı İdarəsinin ## ###### 2025-ci il tarixli ***k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X5 Sistemlərinin İstismarı İdarəsinin abonent xidmətləri şöbəsinə mühəndis vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verildiyindən, ədalətlilik prinsiplərinə əməl edilmədiyindən, həmçinin əmr əmək məcəlləsində müəyyən edilmiş məzmuna malik olmadığından və hüquqdan sui-istifadə halları aşkar edilmişdir.

19. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 72-73 və 84-cü maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 14.2 və 217.4-cü maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

20. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qəbul etdiyi qətnamə işin faktiki hallarına uyğun olmamışdır. Mülki işə baxılarkən tərəflərin çəkişmə prinsipi təmin edilməmiş, ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. Belə ki, iddiaçı X5 Sistemlərinin İstismarı İdarəsinin sabiq rəisi Kənan Qəmbərlinin ## ###### 2025-ci il tarixli ***-K nömrəli əmrinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən azad etmişdir. İddiaçının işdən çıxarılma səbəbi onun özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və heç bir üzrlü səbəb olmadan işdə olmaması olmuşdur. Bundan başqa, işçi İddiaçı dəfələrlə nizam-intizam qaydalarını pozmuş, öz əmək funksiyalarını qəsdən yerinə yetirməmişdir. Bunun əyani sübutu ## ###### 2025-ci il tarixdə ** nömrəli xəbərdarlıqla X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmiş, növbəti o cür hallara yol verilərsə haqqında ciddi tədbirlər görüləcəyi diqqətinə çatdırılmışdır. İşçi yazılı xəbərdarlıqla tanış olmaqdan imtina etmiş, öz fikir və mülahizələrini təqdim etməmişdir. Bu barədə ## ###### 2025-ci il tarixli akt da tərtib edilmişdir. Həmçinin ## ###### 2025-ci il tarixdə X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı iş vaxtı idarədə səbəbsiz yerə problem yaratmış, işçiləri nalayiq ifadələrlə təhqir etmiş, nizamintizam qaydalarını kobud şəkildə pozmuş, işçilərin gözü qarşısında idarənin pilləkənlərində özünü yıxaraq rəhbərliyi şərləyəcəyini bildirmişdir. Təkrarən ## ###### 2025-ci il tarixdə X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı işdə nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, idarənin rəhbərliyini ağır söyüşlərlə təhqir etmiş, işçilərin narahatçılığına səbəb olmuş, idarənin iş rejimi təxminən bir saata yaxın pozulmuşdur. Həmçinin, ## ###### 2025-ci il tarixdə X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı saat 12:15 və 14:50 radələrində heç bir əsaslı səbəb olmadan idarənin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, işçiləri nalayiq ifadələrlə təhqir etmiş, onların ünvanlarına söyüşlər söyərək idarənin iş rejimini və normal fəaliyyətini pozmuşdur. İşçinin barəsində intizam tənbehinin verilməsi ilə bağlı tədbir görülməsi üçün Həmkarlar İttifaqı Komitəsinə təqdimatla müraciət edilmiş və Həmkarların ##.##.2025-ci il tarixli qərarı ilə işçi İddiaçı əməlləri kobud əmək intizamı pozuntusu hesab edilərək işdən azad edilməsinin məqsədə müvafiq olması barədə qərar qəbul edilmişdir. Bir sözlə iddiaçı işlədiyi müddət ərzində özünün vəzifə öhdəliklərini yerinə yetirməmiş, daima nizam-intizam qaydalarını pozmuş, işçilər arasında nifaq və düşmənçilik hissləri yaşatmışdır. Özbaşına və qanunsuz olaraq idarədə işçilərin səs yazılarını onların özlərinin xəbərləri olmadan yazdırmış, idarə rəisinin səsini yazdırmaqla onun işçilər və yuxarı rəhbərlik arasında olan nüfuzunu aşağı salmağa çalışmış və gələcəkdə onun barəsində hər hansısa bir tədbir görüləcəyi halda həmin səs yazılarını yayacağı və ictimailəşdirəcəyi barədə şantaj xarakterli hərəkətlərə yol vermişdir. Bundan başqa, iddiaçı İddiaçı mühəndis vəzifəsində işləsə də, lakin onun ali təhsili olmamış, o kollec təhsil almış, X6 xalq çalğı alətləri ifaçılığının kamança fakültəsini bitirmişdir. Göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməli və ərizə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərəkən işin hallarını aydınlaşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazısına qiymət verərəkən məhkəmə işçi ilə idarənin müdiri arasında mübahisənin baş verməsi, işçinin Agentlik sədrinin qəbuluna yazıldığını əsas gətirilərək işçinin iş yerində davadalaş salmasını, işçiləri təhqir etməsini, idarənin daxili nizam-intizam qaydalarının pozulması kimi qiymətləndirmək əvəzinə İddiaçı idarəni özbaşına tərk etməsini qanuni hesab etmiş və qətnamədə buna istinad etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırmağı zəruri hesab etmişlər ki, həmin səs yazısının nə zaman yazıldığı bəlli deyildir. Bundan başqa da ##.##.2025-ci il tarixdə Agentlik sədri vətəndaş qəbulunu həyata keçirməmişdir. İşçi ##.##.2028-ci il tarixdə işdən azad edilərkən də onun heç bir hüququ pozulmamışdır.

22. Apellyasiya şikayətinə dair etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Dövlət Su X12 X4 Xidməti X5 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, işçinin heç bir hüququ pozulmamışdır. İşçi nizam-intizam qaydalarını dəfələrlə pozmuşdur. Sonuncu dəfə heç kəsə xəbərdarlıq etmədən işdə olmamışdır. Ona işdən çıxma haqqında xəbərdarlıq edilmişdir. Onun yenidən işə bərpa edilməsi tərəflərindən mümkün deyildir. İşçi heç bir ali təhsili olmadan mühəndis kimi işə girmişdir. Vəzifə təlimatına görə mühəndis kimi işləyən ali təhsilli olmalıdır. Tanış olmaqdan imtina ilə bağlı akt vardır. Hər bir aktdan xəbəri olmuşdur. Heç bir üzrlü səbəb olmadan özbaşına işə gəlməmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, akta qol çəkənlər Fuad və Tural avqust ayının 14-ü Bakıda idilər. Amma 18-i çıxış etmişdilər. Onun ilə rəhbərlik arasında olan mübahisəni yalnız Elvin görmüşdür. Babək, Tural və Fuad Bakı şəhərində təlimdə olmuşdur. Kənan Qənbərlinin səs yazıları var idi. Təzə rəhbərliyi görməmişdir. Fuad həmin gün idarədə yox idi. Cümə axşamı günü mübahisə olmuşdur. Tovuz rayonunda sədrin qəbuluna yazılmışdır. Rəhbərliyə bu barədə məlumat vermişdir. Bununla bağlı ərizə yazmışdır. Həmin gün sədrin qəbuluna getmiş və bütün hər şey demişdi. ## ###### 2025-ci il tarixində sədrin qəbuluna getmiş və ## ###### 2025-ci il tarixində işdən çıxarılmışdır.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

26. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.

27. Maddə 35. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

28. Maddə 70. ç) bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

29. Maddə 71. 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

30. Maddə 71. 3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

31. Maddə 72. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

32. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

33. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

34. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

35. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

36. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

37. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də, nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

38. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Sistemlərinin İstismarı İdarəsinin ## ###### 2025-ci il tarixli ***k nömrəli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Əmrin verilmə əsası kimi Həmkarlar təşkilatının * saylı protokolu və müvafiq sənədlər göstərilmişdir. Lakin işəgötürən əmək vəzifələrini pozan iddiaçı İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, iddiaçının işdən çıxarılması əsası düzgün müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, faktiki olaraq, əmək müqaviləsinə xitam verilməsinin səbəbi işçinin əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi deyildir.

49. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayətində iddiaçı İddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini və əmək vəzifələrini kobud şəkildə pozması hallarına yol verməsi göstərilmişdir. Lakin işçi ilə əmək müqaviləsinə xitam verilmə barədə ## ###### 2025-ci il tarixli, ***k nömrəli əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası göstərilməmişdir. Yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. Əmrin məzmununda işçinin işdən çıxarılmasının konkret əsasları qeyd olunmamışdır. Halbuki, bunlar əmək müqaviləsinə xitam vermə barədə əmrdə göstərilməli idi.

50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixdə işdə nizam-intizam qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilmiş, 21 və ## ###### 2025-ci il tarixlərində nizam-intizam qaydalarını pozmuşdur. Lakin iş fəaliyyətinə görə ##.##.2025-ci il tarixdə “Təşəkkürnamə” verilmişdir.

51. Həmçinin, ## ###### 2025-ci il tarixdə iddiaçının nizam-intizam qaydalarını pozması ilə bağlı akt tərtib edilmişdir. X5 Sistemlərinin İstismarı İdarəsinin Həmkarlar təşkilatının ## ###### 2025-ci il tarixli ** nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda təşkilatın 16 nəfər üzvü iştirak etmişdir. X5 Sistemlərinin İstismar İdarəsinin abonent şöbəsinin mühəndisi İddiaçı törətdiyi əməllər kobud əmək intizamı pozuntusu hesab edildiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmişdir.

52. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

53. Əmək müqaviləsinin xitamının hüquqi əsası kimi Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar çıxış edə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin aşağıda qeyd olunan bəndlərinə görə: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

54. Kollegiya qeyd edir ki, işəgötürən ilk növbədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçının nizam-intizam qaydalarını pozmağına görə ona töhmət verilməmiş (xəbərdarlıq ilə kifayətlənilmiş), həm də, Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə vəsifəsindən azad edilərkən iddiaçının izahatı alınmamış (bu barədə akt tərtib edilmiş) və iddiaçının həmkarlar ittifaqının iclasında iddiaçının iştirakı təmin edilməmişdir. Belə ki, həmkarlar ittifaqının ##.##.2025-ci il tarixli iclasının keçirilməsi yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bu baxımdan məhkəmə kollelgiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

55. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında qeyd etdiyi İddiaçı ali təhsilli olmaması və buna münasibətdə mühəndis vəzifəsində çalışması ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ## ####### 2024-cü il tarixli **/k nömrəli əmrlə X5 Sistemlərinin İstismar İdarəsinin abonent xidmətləri şöbəsinə mühəndis vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. Həmin müddət bitdikdən sonra müqavilənin müddəti qarşılıqlı şəkildə uzadılmışdır. İşçi əmək fəaliyyətini davam etdirmişdir. İdarənin ## ###### 2025-ci il tarixli ***k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Qeyd olunan bəndin əsasları isə yuxarıda qeyd edilmişdir.

56. Məhkəmə kollegiyası CD diskdə olan səs yazısına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında işə əlavə edilmiş CD diskdə olan səs yazısı dinlənilmiş, işçi ilə idarənin müdiri arasında mübahisənin baş verməsi, işçinin Agentlik sədrinin qəbuluna yazıldığını əsas gətirilərək işdən getməsinin tələb olunması müəyyən edilmişdir. Qeyd olunan hallar qətnamənin təsviri hissəsində işin faktiki hallarının müəyyən edilməsi üçün araşdırılsa da, qətnamənin əsaslandırılması məhz birbaşa əmək müqaviləsinə xitam verərkən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozulması olmuşdur.

57. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

58. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün hüquqi nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar