Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1884/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti cəlb edilməklə, cavabdeh “xxxx” MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul olunmuş məhkəmə aktları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı barəsində cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli xitam əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunma barədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin elektron informasiya sisteminə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi daxil edilmiş əmr) ləğv edilməsi, İddiaçı əvvəlki iş yerinə- Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin baş idarə rəisi vəzifəsinə bərpa olunması, mediasiya xərci qismində ödənilmiş 50 manatın cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı xeyrinə ödənilməsi, dövlət rüsumu qismində ödənilməli olan 50 manat məbləğində pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
4. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllə
5. Maddə 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 6.Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
7. Maddə 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
8. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətindən imtinaya dair cavabdehin ərizəsini nəzərə alaraq hesab edir ki, apellyasiya icraatına xitam verilməlidir.
10. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh Cavabdeh MMC ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmənin icraatında olan hazırkı iş üzrə apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir.
12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Cavabdeh MMC-nin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov