Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1183/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 qarşı “mənzilin boşaldılması, istifadə hüququna xitam verilməsi tələbinə dair" mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ünvan 2 ünvanı tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. ## #### 2014-cü il tarixli IRH-FB-*** nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X3 42 ay müddətinə illik 16 faizlə 200.000 ABŞ dolları kredit verilmişdir.
3. Mehdiyev Tarix Abbas oğlu ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli, IRH-FB-*** nömrəli kreditin təminatı kimi X2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, **/* nömrəli evini ipotekaya qoyulmuşdur.
4. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2019-cu il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə cavabdeh X3 nümayəndəsi və vəkilinin apellyasiya şikayəti təmin edilərək, Sədərək Rayon Məhkəməsinin ## ####### 2016-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin «faiz borcu üzrə 21294.69 ABŞ dolları, cəmi 172674.83 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Milli Bankının» sözləri göstərilən hissəsi dəyişdirilməsi, qətnamənin qət etdi hissəsinə «151385.14 ABŞ dolları» sözündən sonra «və 11433.35 ABŞ dolları məbləğində faiz borcu, cəmi 162818.49 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının» sözlərinin əlavə edilməsi, ipotekanın predmeti olan ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 158.2 kvadrat metr yaşayış sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 315000 manat məbləğində müəyyən edilməsi, cavabdeh X3 145 manat ekspertiza tədqiqatının dəyərinin alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin qalan hissəsi apellyasiya şikayəti vermiş şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2019-ci il tarixli *(***)-****/**** nömrəli qərarı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2019-cu il tarixli *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. ##.##.2021-ci il tarixli hərracın yekunları barədə protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsi, **/* saylı ev ilkin hərracda 315000 manat, təkrar hərracda satış qiyməti 267750 manat qiymətləndirilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2022-ci il tarixli ********** nömrəli çıxarışının surətinə əsasən, ünvan 2 ünvanının tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Pəri küçəsi, **/* saylı evin boşaldılması tələb edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X12, cavabdeh2, cavabdeh4 və cavabdeh3 tərəfindən İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılması, həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin xxxx ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Sədərək Rayon Məhkəməsinin ##.##.2016-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 151385.14 ABŞ dolları, faiz borcu üzrə 21294.69 ABŞ dolları olmaqla, cəmi 172674.83 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın X2 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək mənzilin açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin ##.##.2019-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə ipoteka predmeti olan ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən 158.2 kv.m yaşayış sahəsindən, ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 315000 manat məbləğində müəyyən edilmişdir. Əmlak Sabunçu Rayon Icra Şöbəsinin sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən mənzilin əldə edilməsi təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2022-ci il tarixli daşınmaz əmlakın reyestr nömrəsi 005013008186-10301, qeydiyyat nömrəsi 1122001438 çıxarışa əsasən yuxarıda göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil verilməsi üçün əmlak üzrə qeydiyyatda olan şəxslər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 pretenziya məktubu göndərilsə də, bu heç bir nəticə verməmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Mehdiyeva - X1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən **/* nömrəli evdən istifadə hüquqlarına xitam verilməsi və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən **/* nömrəli evin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh4 və cavabdeh3 qız tərəfindən boşaldılaraq iddiaçı İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim - N.Cəfərli).
12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev ##.##.2022-ci il tarixdən daşınmaz əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə məxsus olmuşdur. Lakin keçmiş mülkiyyətçi X2 və digər cavabdehlər cavabdeh2, cavabdeh4 və cavabdeh3 iddiaçının müraciəti olmasına baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmiş və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyyətçinin hüquqlarını pozmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin II hissəsinə, Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 178.1-ci, Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh uzun müddətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi **/* saylı fərdi yaşayış evində yaşayır. O, həmin evdə böyümüş, boya başa çatmışdır. Başqa sözlə onun həmin ünvana istifadə hüququ mövcuddur. Bu halı iddiaçı özü də öz iddia ərizəsində təsdiq edir. Ona görə də onun həmin fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı ilə fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi arasında ipoteka müqaviləsi bağlanan zaman Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, o, həmin fərdi yaşayış evinə istifadə hüququnun və eyni ünvanda qeydiyyatda olmağına baxmayaraq fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyi zaman onun razılığı alınmamışdır. Ona görə də hesab edir ki, müqavilə bağlanan zaman mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyi zaman mənzilə istifadə hüququ olan şəxs kimi onun razılığının alınmadığı nəzərə alınsa onda iddiaçının ona qarşı hazırkı iddianın qaldırması üçün subyektiv hüququnun olmaması işin mübahisəsiz halıdır.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən – cavabdeh cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – V.Sadıqov (məruzəçi), X.Mərdanova və R.Səmədov).
18. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası apelyasiya şikayəti verən cavabdehin mübahisəli evdə uzun illər yaşamasına və həmin evə dair istifadə hüququnun olmasına baxmayaraq ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmamasına münasibətdə qeyd etmişdir ki, o, ## ###### 1997-ci il tarixdə doğulmuşdur və ipoteka müqaviləsi bağlanarkən 17 yaşı olmuşdur. Ona görə də onun razılığının alınmasına zərurət olmamışdır.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin II hissəsinə, Mülki Məcəlləsinin 28, 30, 152-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətlərinin dəlilləri
20. Cavabdeh cavabdeh4 (vəkil Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 13 (İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. Maddə 29 (II). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
26. Maddə 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
27. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
28. Maddə 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasən mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
42. Iddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.