Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-12/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X8i və Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X6in Şirvan şəhər Sukanal İdarəsinə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X8i və onun Şirvan şəhər Sukanal İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 6 oktyabr tarixli 2(103)4775/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X8i tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin Şirvan Sukanal İdarəsinin nəqliyyat və xüsusi texnika sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmiş, sonradan 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə keçirilmişdir.
2. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəet mənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X1 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və X7 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən sonuncu “İri şəhərlərin X4 Xidməti” X6 Şirvan şəhər Sukanal idarəsinin su və kanalizasiya sistemlərinin istismarı sahəsinə 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir.
3. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-19/2025 nömrəli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək h üququ 1 il müddətə məhdudlaşdırılmışdır.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X4 Xidməti” X8 Şirvan Şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilməsi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə həmin tarixdən xitam verilmişdir.
5. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-19/2025 nömrəli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-19/2025 nömrəli inzibati xəta haqqında qərarına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddi açı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X6 Şirvan şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli 13/K nömrəli əmrinin ləğv edilməsini, iddiaçının işə bərpa olunmasını, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini və mediasiya xərci kimi ödənilmiş rüsumunun tutulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X6in Şirvan şəhər Sukanal İdarəsinin rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “ç” bəndinə əsasən (işçinin nəqliy yat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindiyinə görə) xitam verilmişdir. Lakin Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(032)-19/2025 nömrəli qərarı ilə onun işdən çıxmasına əsas olmuş qərar ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Bundan əlavə, barəsində hər hansı bir cinayət məsuliyyətinə cəlb edilmə və ya cinayət nəticəsində barəsində heç bir qanuni qüvvəsini almış məhkəmə hökmü mövcud deyil. İşəgötürən cinayət və inzibati xəta anlayışlarını düzgün dərk etməmişdir. O, çalışdığı müddət ərzində idarədə və kollektiv arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla işə davamiyyətə əməl etmiş, rəhbərlik tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətini davam etdirə bilməmişdir. Bundan əlavə, həmin əmr nəticəsində əmək fəaliyyətinin davam etdirilməməsi və işgüzar nüfuzuna xələl gətirilməsi səbəbindən stress, gərginlik və əsəb nəticəsində müalicələr alır. Bu da öz növbəsində onun psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Gülnar Babazadə) 2025-ci il 5 iyun tarixli e-2(004)- 3254/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X6in Şirvan şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli 13/K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh Şirvan şəhər Sukanal İdarəsinin su və kanaliz asiya sistemlərinin istismarı sahəsində avtomobil sürücüsü vəzifəsinə bərpa edilməsi, iddiaçıya işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndində məhkəmənin qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarının deyil, cinayət işi üzrə hökmdən bəhs olunur.
10. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya inst itutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlib.
11. Eyni hüquqi mövqe “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” AR Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında da ifadə olunub və həmin Qərarda göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
12. Məhkəmə hesab edib ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndində əsaslanıb preyudisial halları və faktları əks etdirən məhkəmə aktlarının dairəsini genişləndirərək, inzabati xəta haqqında iş üzrə məhkəmə aktını da həmin məhkəmə aktlarının sırasına aid etməsi qanunsuzdur.
13. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh növü olmaqla müvəqqəti xarakter daşıyır, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə isə cəza növü olaraq müəyyən edilir.
14. Bu baxımdan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndi tərəflərin iradəsi ndən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi halını daimi xarakter daşıyan cəza növü kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair hökmün mövcudluğuna bağlı etmişdir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X6in Şirvan şəhər Sukanal İdarəsi işəgötürən olsa da, hüquqi şəxs statusuna malik deyil, “İri Şəhərlərin X4 Xidməti” X6in struktur vahididir. Şirvan şəhər Sukanal İdarəsinin rəisi idarənin idarəetmə aparatının struktur bölmələrinin rəhbərlərini, işçilərini “İri Şəhərlərin X4 Xidməti” X8i ilə razılaşdırmaqla vəzifəyə təyin və işdən azad edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X6in Şirvan şəhər Sukanal İdarəsinə dair hissədə iddia təmin e dilməməlidir.
16. Məhkəmə iddia tələbinin “məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, işdən çıxarıldığı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdeh “İri Şəhərlərin X4 Xidməti” X8i tərəfindən iddiaçıya ödənilməlidir. Eyni zamanda, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat məbləğində pul da cavabdeh “İri Şəhərlərin X4 Xidməti” X6dən iddiaçının xeyrinə tutulmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 68, 74, 76 300-cü, İnzibati Xətalar Məcəlləsinin 22-ci, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumun un “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” xx.xx.2015-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X8i həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Şirvan şəhər Sukanal İdarəsində sürücü olaraq işlədiyi üçün, işin dayanıqlığını təmin etmək məqsədi ilə sürücülük hüququ məhdudlaşdırılmış şəxsin struktur bölmədə sürücü olaraq işdə saxlanılması qeyri-mümkün idi. Belə ki, yeni sürücü ilə müqavilə bağlanmaqla işin ahəngi pozulmamalı idi.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) 2025-ci il 6 oktyabr tarixli 2(103)-4775/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, cavabdeh iddianı qəbul etmir, xx.xx.2025-ci il tarixli əmrin qanuni və əsaslı olduğunu, iddiaçının cavabdeh müəssisədə sürücü işlədiyini, onun sürücülük hüququnun 1 il müddətinə məhkəmə qərarı ilə məhdudlaşdırıldığından işin davamlılığını təmin etmək məqsədilə onunla bağlanmış əmək müqaviləsinə bu əsasla xitam verildiyini bildirir və iddianın rədd edilm əsini xahiş edir. Bu baxımdan mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasının, yəni bu barədə əmrdə istinad edilmiş Əmək Məcəlləsinin 74-cü maddəsinin təhlil edilməsi zəruridir.
22. İddiaçının işdən çıxması ilə bağlı əmrdə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1ci hissəsinin “ç” bəndinə istinad edilmişdir. Nəzərə alınmalıdır ki, bu əsasla işçinin işdən azad edilməsi üçün 2 halın eyni anda olması zəruridir: 1) işçinin işini davam etdirməsini istisna edən cəzaya məhkum edilməsi; 2) bu halla bağlı çıxarılmış məhkəmənin hökmünün qanuni qüvvəyə minməsi. Buna baxmayaraq, iddiaçı barəsində hər hansı cinayət təqibi həyata keçirilməmiş, ona cinayət məsuliyyətinin müəyyən edilməsi ilə bağlı hər hansı cəza təyin edilməmiş və ümumilikdə iddi açı barəsində hökm çıxarılmamışdır.
23. İddiaçı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş və bunun nəticəsi olaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın icra edilməməsinə görə iddiaçı Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmışdır. Sonradan iddiaçı həmin inzibatı tənbeh tədbirinə səbəb olmuş cəriməni ödədiyindən Şirvan Şəhər Məhkəməsinin 3(032)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixli həmin qərara xitam verilmişdir.
24. Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndində əmək müqavilə sinə xitam verilməsi əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi qeyd edilmişdir (əlavə cəza növü). İddiaçı isə məhkəmə qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmışdır (inzibati tənbeh növü). Çünki iddiaçı barəsində qəbul edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. X5 Məcəlləsi qeyd edilən hallar olduqda şəxs barəsində belə bir qərarın qəbul edilməsini təsbit etməklə yanaşı, eyni zamanda, bu şəxs tərəfindən inzibati cərimənin və müvafiq olaraq hesablanmış d əbbə pulunun ödənilməsi halında onun vəsatəti əsasında bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən xitam verilməsini də şərtləndirmişdir.
25. İddiaçı da barəsində qeyd edilən qərarın qəbul edilməsi barədə məlumat əldə etdikdən sonra müəyyən edilmiş cərimə (100 manat) və dəbbə pulunu (60 manat) ödəmiş və qanunvericiliyin verdiyi bu imkanlardan istifadə edərək, müvafiq vəsatətlə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarına da xx.xx.2025-ci il tarixdə, yəni mübahisəli əmr qəbul edildiyi tarixdən (xx.xx.2025-ci il) bir gün sonra xitam verilmişdir.
26. Nəticə etibarı ilə iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilməmişdən əvvəl qanunvericinin ona verdiyi hüquqi imkanlardan istifadə edə rək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının yaratdığı hüquqi nəticələri aradan qaldırılması üçün tədbirlər görmüş və qaldırmışdır. Qeyd edilənlər, o cümlədən iddiaçı barəsində qəbul edilmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74cü maddəsinin 1-ci hissəsinin “ç” bəndi ilə xitam verilməsini istisna edir.
27. Göstərilənlər belə qənaətə gəlməyə əsas vermişdir ki, iddiaçının barəsində inzibati xəta haqqında icraat çərçivəsində çıxarılmış və hazırda hər hansı hüquqi nəticəsi qalmamış qərar əsas götürülməklə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassız olmuşdur. İddiaçı ilə bağlı yaranmış hal, ümumiyyətlə o nunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş həmin maddənin təsiri altına düşmür. Bu səbəbdən, birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli 13/K saylı əmri ləğv edərək iddiaçını əvvəlki iş yerinə bərpa etməkdə haqlı olmuşdur.
28. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.1, 68.2, 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndinə, 300-cü maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
30. Cavabdeh maddi hüquq normalarının pozulmasını onunla əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)19/2025 saylı inzibati qərarı ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli in zibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş iddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən Azərbaycan Dövlət X2 “İri Şəhərlərin X4 Xidməti” X6in Şirvan şəhər Sukanal İdarəsinin xx.xx.2025-ci il tarixli, 13/K nömrəli əmri ilə sürücü olan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
31. İddiaçı cavabdeh Şirvan şəhər Sukanal İdarəsində sürücü olaraq işlədiyi üçün işin dayanıqlığını təmin etmək məqsədi ilə sürücülük hüququ məhdudlaşdırılmış şəxsin struktur bölmədə sürücü olaraq işdə saxlanılması qeyri mümkün idi. Belə ki, yeni sürücü ilə müqavilə bağlamaqla işin ahəngi pozulmamalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 35, İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
34. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
35. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
36. Maddə 74.1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir:... “ç”. İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;...
37. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət ve rmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnam əsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız h üquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
50. İşəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəinin “ç” bəndinə əsasən xitam vermişdir. İddiaçı həmin əmri mübahisələndirir.
51. Bu iddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. Həmin normaya əsasən, aşağıdakı dispozisiya şərtləri olduqda işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarıla bilər:
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarının pozulması;
2. Həmin M əcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi;
3. Həmin Məcəllənin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi.
52. İşə baxmış məhkəmələr də işin hallarını bu dispozisiya şərtləri əsasında yoxlamış və müəyyən etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənin istinad etdiyi Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslar olmamışdır.
53. Belə ki, 74-cü maddənin 1-ci hissəsinin “ç” bəndinə əsasən, “qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi” halında əmək müqaviləsinə xitam verilə bilər. Burada söhbət məhkəmə hökmündən (cinayət mühakiməsi nəticəsində çıxarılan ak tdan) gedir. “Məhrum etmə” cəza növü kimi nəzərdə tutulur, həmin cəza işçinin əmək funksiyasını davam etdirməsini obyektiv olaraq istisna etməlidir. Bu norma istisna xarakterlidir və geniş təfsir edilə bilməz.
54. İddiaçı barəsində cinayət işi açılmamış, hökm çıxarılmamış, cinayət-hüquqi cəza tətbiq edilməmişdir. X3 Məcəlləsinin 529.3-cü maddəsinə əsasən onun nəqliyyat vasitəsini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.
55. Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya inst ansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2025-ci il 6 oktyabr tarixli 2(103)-4775/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.