Məhkəmə qərarları › İş №2(1-8)-1201/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1201/2026

10.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1201/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: şəxsin ləyaqətsiz vərəsə hesab edilməsinin və vərəsəlikdən məhrum edilməsinin şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ləyaqətsiz vərəsə hesab edilmə və miras əmlaka paydan məhrum edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil nümayəndə1 Tanrıverdi oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Miras qoyan X6 ## #### 2020-ci il tarixində vəfat etmişdir.

2. Miras qoyandan üç əmlak – Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m. olan *** nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsi, ünvan 6 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı, **-BP-*** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır.

3. Miras qoyanın üç qanun üzrə birinci növbə vərəsəsi vardır: iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı. İddiaçı İddiaçı miras qoyanın əvvəlki nikahından olan övladı, cavabdeh Cavabdeh miras qoyanın arvadı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhminə İbrahimova miras qoyanla cavabdehin birgə nikahından olan övladıdır. Tərəflər və üçüncü şəxs miras qoyanın birinci növbə vərəsələridir.

4. Qanuni qüvvədə olan məhkəmə qətnamələrinə, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə və dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payı müəyyən edilmiş, digər hissədə miras qoyanın payı açıq qalmışdır.

5. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m. olan *** nömrəli 3 otaqlı mənzil (digər adı Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti *** saylı evin mənzil M5 m* saylı mənzil) Cavabdeh ilə mərhum X6 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyəti hesab edilməklə, X6 ## #### 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı İbrahimova Təhminə Fəxrəddin qızı və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə həmin mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə Təhminə İbrahimovanın paylarının mövcudluğu müəyyən edilmişdir.

6. “İDF-Mənzil Servis” Mənzil tikinti Kooperativinin ümumi iclasının ##.##.2020-ci il tarixli ** nömrəli protokoluna əsasən, Gəncə şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, (H.Əliyev prospekti) ilə A.Ziyadxanov (keçmiş Miçurin) küçəsi kəşisməsində inşa edilmiş çoxmənzilli “Lyuks” Yaşayış Kompleksi 2 girişli 6-ci yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95,37 kv.m. olan, 264 N-li, 3 otaqlı mənzilin kooperativin üzvü Cavabdeh mülkiyyətinə verilməsi qərara alınmışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 90 kv.m. olan ev tam mülkiyyət hüququ ilə Cavabdeh adına ##.##.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN xidmət” mərkəzi Notariat ofisi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2020-ci il tarixdə vəfat etmiş – X6 vərəsəsi ünvan14. 5 ünvanında qeydiyyatda olan qızı – İddiaçı miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş ##.##.2001-ci il tarixli, AA****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X6 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 19**-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Miras əmlakın 2/3 hissəsindəki pay açıq saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə regional “ASAN xidmət” mərkəzindəki notariat ofisi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli 2V-93 və 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ##.##.2020ci il tarixdə vəfat etmiş – X6 vərəsəsi ünvan 5 ünvanında qeydiyyatda olan arvadı – Cavabdeh və həmin ünvanda qeydiyyatda olan qızı Təhminə İbrahimova hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdırlar. Miras əmlak – Azərbaycan Respublikası DYPİ Gəncə RQİB-11 tərəfindən verilmiş ##.##.2001-ci il tarixli, AA****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən miras qoyan – X6 məxsus ban nömrəsi XTH310290R0226357, mühərrikin nömrəsi 92067 və buraxılış ili 19**-cü il olan QAZ 31029 minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Şəhadətnamədə qeyd olaraq göstərilmişdir ki, miras əmlakın miras qoyanın qızı İddiaçı çatası 1/3 hissəsindəki payına ## ###### 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

10. Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, # #### 2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X9 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin HYPERLINK "tel:2%28125%29-559/2023" *(***)-***/**** nömrəli, ## ### 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh və 3-cü şəxslər Təhminə İbrahimovaya, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs * saylı Gəncə Ərazi İdarəsinə, “xxxx” Mənzil Tikinti Kooperativinin Gəncə nümayəndəliyinə qarşı “Gəncə şəhəri, Nizami rayonu, Şah İsmayıl Xətai prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində inşa edilmiş yaşayış kompleksində yerləşən *** nömrəli 3 otaqlı mənzilin cavabdeh Cavabdeh mülkiyyətinə verilməsi barədə qərarın etibarsız hesab edilməsi, həmin qərar əsasında verilmiş çıxarışın ləğv olunması, mənzilin əvvəlki vəziyyətinə qaytarılması və mənzil üzərində mərhum atasına məxsus payda onun və üçüncü şəxs Təhminə İbrahimovanın hər birinin 1/3 hissə pay hüququnun tanınması” barədə iddia tələbi təmin edilməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin HYPERLINK "tel:2%28125%29- 559/2023" *(***)-***/**** nömrəli, ## ### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, “İDF-Mənzil Servis” MTK-nın ##.##.2020-ci il tarixli ümumi iclasının ** nömrəli protokol qərarı qismən, yəni 1/6 hissədə etibarsız hesab edilmiş, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti *** saylı evin mənzil M5 m* saylı mənzilə dair ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən, yəni 1/6 hissədə ləğv edilmiş, həmin 1/6 hissədə iddiaçı İddiaçı payının müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 40,9 kv.m. olan 202011000241- 05101- 13.****** reyestr nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında X6 (2/3 hissədə payı olmaqla) və İddiaçı (1/3 hissədə payı olmaqla, qeydiyyat nömrəsi və tarixi: 1523008581, ##.##.2023) adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90 kv.m. olan 201011004118- 05301-****** reyestr nömrəli mənzil paylı mülkiyyət hüququ əsasında Cavabdeh (5/6 hissədə payı olmaqla) və İddiaçı (1/6 hissədə payı olmaqla, qeydiyyat nömrəsi və tarixi: 1524026528, ##.##.2024) adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

15. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili nümayəndə2 cavabdeh Cavabdeh (bundan sonra cavabdeh, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilərək ## #### 2020-ci il tarixində vəfat etmiş iddiaçının atası X6 qanun üzrə aldığı miras payından məhrum edilməsi və həmin miras payının qanuni vərəsələr İddiaçı və Təhminə Qarayeva arasında bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2020-ci ildə iddiaçının atası X6 vəfat etmişdir. Bu barədə notariat orqanında iş açılmış, iddiaçı da vərəsəliyi qəbul etmişdir. İddiaçı atasının qanun üzrə birinci növbə vərəsəsidir. İddiaçının atasının ikinci nikahda yaşadığı Cavabdeh və atası ilə bu qadının birgə yaşayışından doğulan Təhminə Qarayeva da həmin sıradadırlar. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m. olan *** nömrəli 3 otaqlı mənzil, ünvan 6 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil atasından miras qalmışdır. Həmin *** nömrəli, 3 otaqlı mənzil 2007-2008-ci illərdə iddiaçının atası tərəfindən alınmış və mənzilin dəyəri tam şəkildə atası tərəfindən ödənilmişdir. Həmin binadakı mənzil alınan zaman çıxarışlar verilməmiş, “İlin dörd fəsli” MTK ilə bağlanmış müqavilə ilə iddiaçının atası X6 həmin mənzili almış və kooperativə üzvlüyə qəbul edilmişdir. İddiaçının atası X6 MTK-ya üzv pay haqqını tam ödəmiş, həmin mənzil üzərində mülkiyyət hüququ əldə etmiş və kommunal xidmətlərə görə haqların ödənilməsi vəzifəsini yerinə yetirmişdir. Sübut kimi “Azəriqaz” X3 istismarı idarəsi tərəfindən verilmiş # ### 2022-ci il tarixli arayışında həmin mənzilin ünvanı ##.##.2016-cı ildən ölümündən sonrayadək Fəxrəddin Qarayevin adına olduğu, abonent kodu ölümündən sonra belə atasının adına qeydiyyatda olmağı, 2011-ci ilin aprel ayından bu günə kimi “xxxx” tərəfindən verilən arayışda həmin mənzildə abonent kimi X6 olduğu, həmçinin "xxxx” tərəfindən verilmiş arayışa əsasən ******** nömrəli müqaviləyə əsasən ##.##.2013-cü ildən su və kanalizasiya abonenti iddiaçının atası X6 göstərilmişdir. Həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin Texniki Şurasının qəbul etdiyi əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün zəruri olan sənədlərin siyahısında, həmçinin “xxxx” ASC-nin və “Azəriqaz”ın qoşulma qaydasında zəruri sənədlərin siyahısında mülkiyyəti təsdiq edən sənədlərin təqdim olunması qeyd edilmişdir. Yuxarıda təqdim edilən sübutlardan görünür ki, həmin mənzil 2007-2008-ci illərdə iddiaçının atası X6 tərəfindən alınıb və dəyəri tam ödənilmişdir. Mənzilin iddiaçının atasının sağlığında atası tərəfindən birgə nikah dövründə alınması ilə bağlı bir sıra sübutlar var: - Cavabdeh tərəfindən Gəncə Şəhər Baş Polis idarəsinə verilən izahatla da təsdiq olunur. Həmin izahatda şəxsən özü qeyd etmişdir ki, mənzil 2007-2008-ci illərdə birgə nikah dövründə alınıb; kommunal sənədlərin 2011-ci illərdən iddiaçının atasının adına olub (atası ## #### 2020-ci ildə vəfat edib). Yuxarıda qeyd edilən sübutlara əsasən mənzil 2007-2008-ci ildə birgə mülkiyyət dövründə iddiaçının atası X6 tərəfindən əldə edilmişdir. Ümumi mülkiyyətdə olma faktı Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilib. Lakin iddiaçının atasının ikinci həyat yoldaşı Cavabdeh mənzilin atası tərəfindən 2007-2008-ci ildə birgə nikah dövründə alınmasına baxmayaraq 2020-ci ildə iddiaçının atasının ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan həmin mənzili qanunsuz, saxta sənədlər əsasında ələ keçirmiş və ona ##.##.2021-ci il tarixində DƏDRX tərəfindən saxta sənədlər əsasında çıxarış verilmişdir. Həmin evin saxta olaraq sənədləşdirilməsinə kömək edən şəxs həmin ünvanın ərazi nümayəndəsi Babək Şərifov və “İlin dörd fəsli” MTK-nın hüquqşünası Mehman Muradlı adlı şəxslərdir. Həmin evin saxta olaraq sənədləşdirilməsi onunla sübut olunur ki, İDF MTK tərəfindən ##.##.2020-ci il tarixli ümumi iclasın ** nömrəli protokol qərarına əsasən iddiaçının atasının adına olan mənzil atasının ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan Cavabdeh adına verilmişdir. ##.##.2020ci ildə kooperativin ** nömrəli iclas protokolundan çıxarışa əsasən qanunsuz olaraq mənzil üzərində Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Həmin saxta protokol və maliyyə arayışı ilə Cavabdeh İDF MTK ilə əlbir olub sənədləri elə düzəldib ki, guya iddiaçının atasının ölümündən sonra Cavabdeh özü mənzili alıb. Göründüyü kimi, həmin saxta sənədləri DƏDRX-yə təqdim edərək, DƏDRX-ni aldadaraq mənzil üzərində çıxarış əldə etmişdir. Nəticədə, qanunsuz olaraq miras payını artırmışdır. Halbuki mənzil iddiaçının atası tərəfindən 2007-2008-ci illərdə birgə nikah dövründə alınmış, dəyəri tam ödənilmiş və atamın ölümündən sonra heç bir vərəsəlik şəhadətnaməsi əldə edilmədən mənzil Cavabdeh mülkiyyətinə verilmişdir. 12-ci iclas protokolundan məlum olur ki, İDF MTK-nın nümayəndələri Şərifov Babək İlqar oğlu iclasın sədri, kooperativin üzvləri: R.E.Bayramov və K.N.İsmayılov vasitələri ilə Cavabdeh mənzili öz adına rəsmiləşdirib. Nəticədə iddiaçının atasından qalan miras payı mənimsənilib. Bu məsələ ilə bağlı iddiaçı Gəncə Şəhər Baş Polis idarəsinə müraciət edilmişdir. İddiaçının atasının ikinci həyat yoldaşı Cavabdeh izahatı alınmışdır. İzahatda Cavabdeh təsdiqləyir ki mənzil 2007- 2008-ci il dövründə, yəni iddiaçının atasının sağlığında birgə nikah dövründə əldə edilib. Birgə nikah dövründə alındığı üçün birgə mülkiyyət hesab edilir. Lakin saxta sənədlər, İDF MTK tərəfindən ##.##.2020-ci il tarixli ümumi iclasın ** nömrəli protokol qərarında göstərilir ki, guya Cavabdeh mənzili iddiaçının atasının ölümündən sonra özü alıb. Mübahisəli mənzil miras dairəsinə daxil edilməli olduğu halda sənədlərin saxtalaşdırılması yolu ilə mənzili cavabdehin adına rəsmiləşdirmişlər. İddiaçının atasının adına olan payda qanun üzrə vərəsə kimi hüququnun tanınması iddiası digər tərəfin sənədləri saxtalaşdıraraq DƏDRX-i aldadaraq çıxarışı aldıqları səbəbi ilə və nəticədə qanunsuz və qəsdən Cavabdeh tərəfindən vərəsəlik payının artırılması səbəbindən iddiası təmin edilmiş və iddiaçının atasının sağlığında mənzilin alınması, onun ümumi mülkiyyət olması sübut olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmamış və qeyd etmişdir ki, cavabdeh Cavabdeh 1993-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikah müddətində yəni mərhum əri Fəxrəddinin vaxtında 2007- 2008-ci ildə Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan kooperativ mənzil almışlar. Gəncə “Sukanal” TSC-nin “MIS” proqram bazasında həmin mənzil üzrə ##.##.2013-cü ildən abonent kimi Fəxrəddin Qarayev qeydiyyatda (abonent kodu 8089500602640) olmuş, həmçinin “xxxx” ASC-nin STAR proqram bazasında abonent kimi Fəxrəddin Qarayev (mənzilə quraşdırılmış 09080**473 zavod nömrəli sayğac) 2011-ci ilin aprel ayından qeydiyyatda olmuşdur. “Azəriqaz” X3 istismarı idarəsinin məktubundan görünür ki, “xxxx” MMC H.Əliyev 6/264 ünvanı X6 adına olmaqla, X3 istismarı idarəsinin Gəncə xidmət sahəsi üzrə abonent (abonent kodu: 292079800602640) bazasında ##.##.2016-cı il tarixdən bugünədək abonent kimi qeydiyyatdadır və qeyd olunan ünvanda sonradan ödənişli sayğacdan istifadə edilməkdədir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “xxxx” MMC tərəfindən verilmiş ##.##.2023cü il tarixli arayışında bildirilmişdir ki, Gəncə şəhəri H.Əliyev prospekti ilə Miçurin küçəsinin kəsişməsində yerləşən bina 6, mənzil 264 kooperativin üzvü Cavabdeh məxsusdur, Cavabdeh həmin mənzildə əri X6 ilə birgə yaşamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X6 ## #### 2020-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı Təhminə və birinci nikahdan olan qizi Məltəm birinci növbə vərəsələri qalmışdır. Mirasın qəbulu mübahisələndirilməmişdir. Belə ki, Gəncə “ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında 2V-** reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan qızı İddiaçı miras əmlakdan 1/3 hissədə irs almışdır. Miras əmlak ban nömrəsi XTH310290R02263578, mühərrikin nömrəsi 92067 və buraxılış ili 19**-cü il olan “QAZ 31029” minik markalı **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir, iddiaçı İddiaçı notariat Kontoruna vaxtında ərizə vermiş, cavabdeh Cavabdeh və 3-cü şəxs Təhminə İbrahimova isə miras evi faktiki qəbul etməklə, mirası faktiki (qeyri-formal üsulla) qəbul etmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə edilən kooperativ mənzil cavabdeh Cavabdeh ilə mərhum X6 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyətidir. Cavabdeh Cavabdeh vəkili X5 məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh mübahisə edilən evə dair ödəmələri özü etməsini göstərsə də, bu ödəmələr onların birgə nikah müddətində edildiyi müəyyən olunur. Belə ki, vəkil ödəmə sənədlərinin saxlanılmadığını bildirmiş və məhkəməyə ödəmələrin mərhumun vəfatından sonra edilməsi ilə bağlı heç bir sübut növü təqdim edilməmişdir ki, bu da mənzilin birgə nikah müddətində birgə vəsait hesabına əldə edildiyini təsdiq edir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X6 ## #### 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı Təhminə İbrahimova və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi 2 girişli 6-cı yaşayış binasının 252 girişinin 5-ci mərtəbəsində yerləşən *** nömrəli 3 otaqlı mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə Təhminə İbrahimovanın payları mövcud olmuşdur. İddia tələbinə görə Cavabdeh İDF MTK nümayəndəsi Babək Şərifovla düzəltdiyi saxta sənəd və müqavilə atası X6 ölümündən sonrakı tarixə hazırlanıb ki, DƏDRX-i aldadıb adına saxta çıxarış əldə edib və bununla miras payını artırmışdır. Bu fakt apellyasiya məhkəməsi tərəfindən təsdiqlənmişdir. Bu onu sübut edir ki qanunvericiliyə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edilməlidir.

17. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, atası X6 ## #### 2020-ci ildə ölmüşdür. Mübahisəli mənzilə həmin dövrə qədər, yəni ölənə qədər atası çıxarış almamışdır. Mənzil müqavilə əsasında birgə mülkiyyət olmuşdur (birgə mülkiyyət olma faktı Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiq olunmuşdur). Birgə mülkiyyət olduğuna görə mübahisəli mənzil miras kütləsinə daxildir. Lakin Cavabdeh bu mübahisəli mənzili MTK Kooperativi vasitəsi ilə hüquqi əsas olmadan qanunsuz formada # ###### 2020-ci ildə, yəni atası X6 vəfatından sonra qanunsuz yolla qəsdən heç bir hüquqi əsas olmadan İDF Kooperativi ilə əlbir olaraq qanunsuz protokoldan çıxarış almış, yəni # ###### 2020-ci ildə atasının ölümündən sonra saxta müqavilə düzəltmişlər və DƏDRX-i aldadaraq qanunsuz çıxarış əldə etmişdir. Bununla miras kütləsini qəsdən azaltmış, miras kütləsindən mənzili çıxarmış və bütövlüklə ələ keçirmişdir. Əldə edilmiş İDK MTK tərəfindən verilmiş protokol və DƏDRX-in çıxarışının hüquqi əsası olmaması faktı Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş, qanunsuz və saxta olduğu üçün ləğv edilmişdir. Mübahisəli mənzil miras kütləsinə daxil edilmiş və ona çatası pay müəyyən edilmişdir. Birgə mülkiyyətdə olma faktının Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunması sübut edir ki, atasının ölümündən sonra Cavabdeh adına verilmiş # ###### 2020-ci il tarixli müqavilə İDF MTK-nın Gəncə nümayəndəliyinin direktoru Şərifov Babək İlqar oğlu tərəfindən verilmiş ** nömrəli protokol və DƏDRX-i aldadaraq əldə edilmiş çıxarış saxta, qəsdən olaraq qanunsuz əldə edilmişdir. Bu yolla da mübahisəli mənzil miras kütləsinə daxil edilməli olduğu halda cavabdeh mənzili sənədləri saxtalaşdırma yolu ilə qəsdən, qanunsuz miras kütləsindən çıxarmış və onun payını mənimsəmişdir.

18. Bundan sonra iddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh başqa vərəsələrin əmlakını mənimsəmə məqsədi ilə saxtakarlığa əl atıb DƏDRX-ni aldadaraq saxta çıxarış almış və Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, 2 girişli 6-cı yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi *** nömrəli, 3 otaqlı mənzili bütövlükdə mənimsəyib. Bu da ##.##.2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiq olunmuş, həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən dəyişiklik edilmədən saxlanılmış və Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən cavabdeh qəsdən qanunsuz olaraq ölənin, yəni X6 əmlakını mənimsəyib, miras kütləsindən yuxarıda göstərilən ünvanda yerləşən mülkiyyəti çıxarıb və bununla da öz miras payını artırıb. Həmin ünvanda yerləşən mülkiyyəti elə saxta düzəltmişdir ki, guya X6 ölümündən sonra alıb. Ona görə də o, ləyaqətsiz vərəsədir. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi və vərəsəlikdən məhrum edilməsi üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində öz əksini tapıbdır. Həmin hərəkətlər Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində əks olunub. Buna əsasən cavabdeh ləyaqətsiz vərəsədir. Odur ki, miras kütləsinə daxil olan Gəncə şəhəri, Şahlar Hüseynov 14/8 ünvanına və Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, iki girişli 6-cı yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi *** nömrəli, 3 otaqlı mənzilə o və İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızının, hər birinə 1/2 hissədə payı müəyyən edilməlidir. O, Azərbaycan Respublikasının məhkəmə praktikası ilə maraqlanmışdır, bu barədə demək olar ki, məhkəmə praktikası yoxdur. Xarici ölkələrin, həmçinin Rusiya Federasiyasının praktikasında bu barədə məhkəmə qərarları var, həmçinin yerli qanunvericilik maddəsinin eynisi Rusiya Federasiyasının Mülki Məcəlləsində də var. Həmin maddənin şərhində qeyd olunur ki, hansı bir vərəsə öz payını qanunsuz olaraq artırarsa, həmin vərəsə ləyaqətsiz hesab olunur.

19. Birinci instansiya məhkəməsində icraat zamanı İbrahimova (Qarayeva) Təhminə Fəxrəddin qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

20. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin ləyaqətsiz vərəsə hesab edilərək miras qalmış əmlak olan – Gəncə şəhəri, Şahlar Hüseynov, bina 14, mənzil 8-dən hər birinə - iddiaçıya 1/2 payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhminə İbrahimovaya 1/2 payın müəyyən edilməsi, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti (Heydər Əliyev prospekti) ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, iki girişli 6-cı yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi *** nömrəli, 3 otaqlı mənzil üzərində iddiaçıya 1/4 payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhminə İbrahimovaya 1/4 payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbi təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə miras qoyan X6 ## #### 2020-ci il tarixdə ürəyin xroniki işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. Miras qoyandan üç əmlak – Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan *** nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsi, ünvan 6 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Miras qoyanın üç qanun üzrə birinci növbə vərəsəsi vardır: iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhminə İbrahimov. Belə ki, iddiaçı İddiaçı miras qoyanın əvvəlki nikahından olan övladı, cavabdeh Cavabdeh miras qoyanın arvadı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhminə İbrahimova miras qoyanla cavabdehin birgə nikahından olan övladıdır. Başqa sözlə, tərəflər və üçüncü şəxs miras qoyanın birinci növbə vərəsələridir.

23. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər mübahisəsiz halına görə, qanuni qüvvədə olan məhkəmə qətnamələrinə, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə və dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payı müəyyən edilmiş, digər hissədə miras qoyanın payı açıq qalmışdır.

24. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m. olan *** nömrəli 3 otaqlı mənzil (digər adı Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti *** saylı evin mənzil M5 m* saylı mənzil) isə Cavabdeh ilə mərhum X6 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyəti hesab edilməklə, X6 ## #### 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı Təhminə İbrahimova və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə həmin mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə Təhminə İbrahimovanın paylarının mövcudluğu müəyyən edilmişdir.

25. İddiaçı hazırkı tələbində mərhum atası X6 miras qalmış Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan *** nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsinə və ünvan 6 ünvanında yerləşən mənzilə münasibətdə cavabdehin ləyaqətsiz vərəsə sayılaraq ona düşən payın onunla üçüncü şəxs arasında bölünməsini tələb edir və iddiasını onunla əsaslandırır ki, *** nömrəli, 3 otaqlı mənzil cavabdehlə mərhum Faxrəddin Qarayevin ümumi mülkiyyəti olsa da, cavabdeh 2020-ci ildə X6 ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan həmin mənzili qanunsuz saxta sənədlər əsasında ələ keçirmiş, ##.##.2020-ci il tarixdə DƏDRX-ni aldadaraq saxta sənədlər əsasında çıxarış almışdır. Həmin evin saxta olaraq sənədləşdirilməsi onunla sübut olunur ki, “İlin Dörd Fəsli” MTK tərəfindən ##.##.2020-ci il tarixli ümumi iclasın ** nömrəli protokoluna əsasən X6 ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan cavabdehin adına verilmişdir. “İlin Dörd Fəsli” MTK tərəfindən ##.##.2020-ci il tarixli ümumi iclasın ** nömrəli protokolun qərarından çıxarışa əsasən qanunsuz olaraq mənzil üzərində cavabdehin mülkiyyət hüququ tanınmışdır. Həmin saxta protokol əsasında mənzil cavabdehin mülkiyyətinə verilmişdir. Cavabdeh saxta sənədlər düzəldərək müqaviləni X6 ölümündən sonra ##.##.2020-ci il tarixdə tərtib etmişdir, bununla da miras payını artırmışdır. Bu fakt Gəncə Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənmişdir. Bu fakt sübut edir ki, cavabdeh qanunvericiliyə əsasən ləyaqətsiz vərəsə hesab edilməlidir. Cavabdeh qanunsuz hərəkətləri ilə mənzili tam mənimsəmiş, öz miras payını artırmış, hətta miras kütləsindən çıxardıb iddiaçının miras payını azaltmışdır. Məhkəmə qətnaməsi ilə həmin mənzil ümumi birgə mülkiyyət hesab olunmuşdur. Ona görə də hesab edir ki, cavabdeh ləyaqətsiz vərəsə hesab edilərək hər iki daşınmaz əmlak üzrə miras qoyan X6 cavabdehə düşən pay iddiaçı və üçüncü şəxs arasında bölünməlidir.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

29. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.

30. Hazırkı halda müəyyən edilmişdir ki, iddiaçı cavabdehin ##.##.2020-ci il tarixdə vəfat etmiş X6 əmlakına münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər, həmin əsaslar məhkəmə iclasında da müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası olaraq cavabdehin Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan "Lyuks" yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m olan *** nömrəli 3 otaqlı mənzili öz adına sənədləşdirməsi hallarını göstərsə də, qeyd edilənlər cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə iddia üzrə cavabdehin əməllərində həmin hallar müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi məhkəmə mübahisəsindən də müəyyən edilir ki, cavabdeh sözügedən mənzili özünün əmlakı hesab etmiş, lakin məhkəmə onun mövqeyini qəbul etməmiş sözügedən əmlakı cavabdehlə mərhum X6 birgə nikah müddətində əldə edilmiş əmlak hesab edərək onların hər birinin mənzildə 1/2 hissədə payını tanımışdır.

31. Məhkəmə qeyd etmişdir ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Hazırkı halda isə cavabdeh ##.##.2020-ci il tarixdə ölmüş əri X6 qarşı hər hansı nə cinayət əməli, nə də bu və ya digər şəkildə əxlaqsız xarakterli hərəkətlər törətməmiş, ona qarşı laqeyd davranmamışdır.

32. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçının iddia tələblərində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir.

33. Məhkəmə həmçinin qeyd etmişdir ki, mərhum X6 miras qalmış əmlak olan – Gəncə şəhəri, Şahlar Hüseynov, bina 14, mənzil 8-dən hər birinə - iddiaçıya 1/2 payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhminə İbrahimovaya 1/2 payın müəyyən edilməsi, Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektinin Heydər Əliyev prospekti ilə Miçurin (indiki Adilxan Ziyadxanov) küçəsinin kəsişməsində inşa edilmiş çoxmənzilli “Lyuks” yaşayış kompleksi, iki girişli 6-cı yaşayış binasının 252-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi *** nömrəli, 3 otaqlı mənzil üzərində iddiaçıya 1/4 payın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Təhminə İbrahimovaya 1/4 payın müəyyən edilməsi tələbləri hazırkı halda törəmə hüquq münasibəti olub, sözügedən əmlaka münasibətdə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi tələbindən törənmişdir. Buna görə də mübahisəli əmlaka münasibətdə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan sözügedən digər tələblər də əsassızdır və təmin edilməməlidir.

34. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137, 1139, 1159.1, 1203.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

35. İddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, mənzil iddiaçının atası tərəfindən 2007-2008-ci ildə birgə nikah dövründə alınmasına baxmayaraq, 2020-ci ildə atasının ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan, cavabdeh həmin mənzili qanunsuz, saxta sənədlər əsasında ələ keçirmiş və # ###### 2021-ci il tarixində DƏDRX tərəfindən çıxarış verilmişdir. Həmin evin saxta olaraq sənədləşdirilməsinə kömək edən şəxs "İlin dörd fəsli" MTK nümayəndəsi Babək Şərifov olmuşdur. Evin saxta yolla sənədləşdirilməsi onunla sübut olunur ki, İDF MTK tərəfindən # ###### 2020-ci il tarixli ümumi iclasın ** nömrəli protokol qərarına əsasən atasının adına olan mənzil onun ölümündən sonra vərəsəlik şəhadətnaməsi olmadan Cavabdeh adına verilmişdir. Belə ki, # ###### 2020-ci ildə kooperativin ** nömrəli iclas protokolundan çıxarışa, eləcə də # ###### 2020-ci il tarixə saxta MTK ya üzvlüyə qəbul olunması barədə müqaviləyə əsasən Cavabdeh qanunsuz olaraq mənzil üzərində mülkiyyət hüququ tanınmışdır. Qeyd olunan saxta sənədlərdən, eləcədə maliyyə arayışından belə görünür ki, guya atasının ölümündən sonra Cavabdeh özü mənzili alıb. Həmin saxta sənədlər əsasında da DƏDRX tərəfindən adına çıxarış əldə etmiş və qanunsuz olaraq miras payını artırmışdır. Halbuki mənzil atası tərəfindən 2007-2008 ci illərdə birgə nikah dövründə alınmış və dəyəri tam ödənilmişdir. Atasının ölümündən sonra isə heç bir vərəsəlik şəhadətnaməsi əldə edilmədən mənzil Cavabdeh mülkiyyətinə verilmişdir.

37. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Əkrəm Qəhrəmanov və Mustafa Mustafayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1203.1-ci maddəsinə görə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2011ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.

39. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.

40. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia qaldırsa da, lakin cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları işdən müəyyən olunmur. Ona görə də iddia tələbi cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi hissədə əsaslı sayıla bilməz və birinci instansiya məhkəməsində düzgün olaraq iddianı təmin etməmişdir.

41. Miras əmlaklara birinci növbə vərəsələrdən yalnız iddiaçı İddiaçı, eləcə də miras qoyanın başqa nikahdan olan qızı Təhminə İbrahimovanın payların müəyyən edilməsi hissəsində də iddia əsaslı deyil. Belə ki, miras qoyandan üç əmlak – Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252-ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m. olan *** nömrəli 3 otaqlı mənzilin 1/2 hissəsi, ünvan 6 ünvanında yerləşən mənzil və QAZ-31029 markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil miras qalmışdır. Miras qoyanın qanun üzrə birinci növbə üç vərəsəsi vardır: iddiaçı İddiaçı, cavabdeh Cavabdeh və bu iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Təhminə İbrahimovadır. Qanuni qüvvədə olan məhkəmə qətnamələrinə, qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə və dövlət reyestrindən çıxarışlara əsasən ünvan 2 ünvanda yerləşən mənzil və “Qaz-31029” markalı, 20BP-666 dövlət qeydiyyat nişanlı avtomobilin hər birində İddiaçı 1/3 hissədə miras payı müəyyən edilmiş, digər vərəsələrə münasibətdə pay açıq qalmışdır.

42. Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində olan “Lyuks” yaşayış kompleksində yerləşən 2 girişli 6-cı yaşayış binasının 252ci girişində 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 95,37 kv.m. olan *** nömrəli 3 otaqlı mənzil (digər adı Gəncə şəhəri Nizami rayonu Heydər Əliyev prospekti *** saylı evin mənzil M5 m* saylı mənzil) isə Cavabdeh ilə mərhum X6 birgə nikah müddətində əldə edildiyindən onların birgə mülkiyyəti hesab edilməklə, X6 ## #### 2020-ci il tarixdə vəfat etdiyindən, həmin mənzilin 1/2 hissəsinə vərəsəlik onun həyat yoldaşı olmuş Cavabdeh, ondan olan qızı Təhminə İbrahimova və birinci nikahdan olan qızı İddiaçı birinci növbə vərəsələri kimi, hər birinə miras əmlakın 1/3 hissəsində, ümumilikdə isə həmin mənzil üzərində 4/6 hissədə Cavabdeh, 1/6 hissədə İddiaçı və 1/6 hissədə isə Təhminə İbrahimovanın paylarının mövcudluğu müəyyən edilmişdir.

43. Miras qoyanın birinci növbə vərəsəsi, yəni hazırkı iş üzrə cavabdeh Cavabdeh miras əmlakla bağlı ləyaqətsiz vərəsə hesab edilməsinə hüquqi əsaslar mövcud deyil. Belə olan təqdirdə miras üç vərəsə arasında bölünmüş və artıq hazırkı iddia qaldırılanadək paylar məhkəmə qətnaməsinə, eləcə də vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1137, 1138, 1139, 1143-cü və Mülki Prosessual Məcəllənin 14.1, 77, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

45. Qətnamədən iddiaçı (Vəkil nümayəndə1 Tanrıverdi oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

46. Kassasiya şikayəti iddia tələbində və apellyasiya şikayətində qeyd olunan dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı mərhum atası X6 qanun üzrə birinci növbə vərəsəsidir. X6 ## #### 2020-ci ildə vəfat etdikdən sonra vərəsəlik işi açılmış və iddiaçı vərəsəliyi qəbul etmişdir .Vərəsəlik rəsmiləşdirilərkən məlum olmuşdur ki, miras kütləsinə daxil edilməli olan Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ilə Ədilxan Ziyadxanov küçəsinin kəsişməsində yerləşən “Lyuks” yaşayış kompleksindəki *** nömrəli mənzilə dair sənədlər cavabdeh Cavabdeh tərəfindən notariusa təqdim edilməmiş, həmin mənzilin guya miras qoyanın ölümündən sonra özü tərəfindən əldə edildiyi bildirilmişdir. Bu səbəbdən notariat qaydasında vərəsəlik şəhadətnaməsi verilməsi mümkün olmamışdır. İş materialları və təqdim edilmiş sübutlarla müəyyən edilir ki, mübahisəli mənzil 2007–2008-ci illərdə mərhum X6 tərəfindən nikah dövründə əldə edilmiş, mənzilin dəyəri tam ödənilmiş, kommunal xidmətlər üzrə abonentlik müqavilələri uzun illər ərzində onun adına rəsmiləşdirilmişdir. Azəriqaz, xxxx və xxxx tərəfindən verilmiş arayışlar da mənzilin faktiki sahibinin məhz X6 olduğunu təsdiq edir. Buna baxmayaraq, miras qoyanın ölümündən sonra, vərəsəlik hüquqları müəyyən edilmədən və vərəsəlik şəhadətnaməsi təqdim olunmadan İDF MTK tərəfindən ##.##.2020-ci il tarixli ** nömrəli iclas protokolu və ##.##.2020-ci il tarixli üzvlüyə qəbul müqaviləsi əsasında mübahisəli mənzil Cavabdeh adına rəsmiləşdirilmiş, sonradan həmin sənədlər əsasında daşınmaz əmlak üzərində dövlət qeydiyyatı aparılmışdır. Lakin Gəncə Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə qeyd olunan protokol və müqavilə etibarsız hesab edilmiş, mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti olduğu müəyyən olunmuş və iddiaçının həmin əmlakda vərəsəlik payı tanınmışdır. Beləliklə, məhkəmə aktı ilə təsdiq edilmişdir ki, mübahisəli mənzil miras kütləsinə daxil edilməli olan əmlak olmuşdur. Mülki Məcəllənin 1151.1ci maddəsinə əsasən, miras qoyanın ölüm anında malik olduğu əmlak hüquqları mirasın tərkibinə daxildir. Həmçinin Mülki Məcəllənin 225.1-ci maddəsi və Ailə Məcəlləsinin 32.2-ci maddəsi nikah dövründə əldə edilmiş əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti olduğunu təsbit edir. Buna görə də mübahisəli mənzilin miras kütləsindən kənarda saxlanılması qanunvericiliyin tələblərinə zidd olmuşdur. İddiaçının mövqeyinə görə, cavabdeh Cavabdeh mübahisəli mənzili miras kütləsindən gizlətməklə, onu öz adına rəsmiləşdirməklə və nəticədə vərəsəlik payını artırmaqla Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə anlayışına uyğun hərəkətlər etmişdir. Belə ki, həmin maddəyə əsasən, miras qoyanın son iradəsinin həyata keçirilməsinə mane olan və bununla öz miras payını artıran şəxs ləyaqətsiz vərəsə hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mövcud olan sübutları, xüsusilə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları, mübahisəli mənzilin miras kütləsinə aid olmasını və cavabdehin hərəkətlərinin nəticələrini lazımi qaydada qiymətləndirməmişdir. Nəticədə maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamış və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.

47. Bundan əlavə, işə apellyasiya qaydasında baxılarkən hakim Mustafa Mustafayevin məhkəmə tərkibində iştirakı obyektivlik və qərəzsizlik baxımından əsaslı şübhələr yaratmışdır. Belə ki, həmin hakim əvvəllər eyni mübahisə üzrə iddiaçının tələblərini rədd etmiş, sonradan isə onun qəbul etdiyi qətnamə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Buna baxmayaraq, hakimə edilən etiraz təmin edilməmiş və bu hal məhkəmə araşdırmasının qərəzsizliyinə dair şübhələri aradan qaldırmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.

48. Kassasiya şikayətinə qarşı cavabdeh Cavabdeh etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət olunmuş, miras kütləsinə daxil olan əmlaklar müəyyən edilmiş və sonradan paylarla bağlı yaranmış mübahisələr məhkəmə qaydasında həll edilmişdir. “Lyuks” yaşayış kompleksində yerləşən mübahisəli mənzilin rəsmiləşdirilməsi cavabdeh tərəfindən deyil, MTK-nın məsul şəxsləri tərəfindən həyata keçirilmişdir. Cavabdeh özünün miras payının artırılmasına və ya digər vərəsələrin paylarının azaldılmasına yönəlmiş hər hansı hərəkət etməmişdir. Mənzilin əldə olunmasına dair bütün ödənişlər onun tərəfindən həyata keçirilmiş, MTK-da mövcud olan ödəniş sənədləri də bunu təsdiq etmişdir. Həmçinin o, MTK tərəfindən qəbul edilmiş qərarların qəbul edilməsində iştirak etməmiş və həmin sənədlərin hazırlanmasına təsir göstərməmişdir. İddiaçının vərəsəlik hüquqları məhkəmə qaydasında artıq tanınmış və təmin edilmişdir. Buna görə də cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqlarının pozulması barədə iddialar əsassızdır.

49. Cavabdeh həmçinin bildirmişdir ki, miras qoyan X6 iradəsinə qarşı hər hansı hərəkət etməmiş, onun vərəsəlik hüquqlarının həyata keçirilməsinə mane olmamışdır. Mübahisəli mənzil dövlət qeydiyyatından keçmədiyi və çıxarışı olmadığı üçün həmin əmlakın miras kütləsinə daxil edilməyəcəyini hesab etmiş, bu səbəbdən mənzilin alıcısı qismində çıxış edərək onu öz adına rəsmiləşdirmişdir. Cavabdehin hərəkətlərində Mülki Məcəllənin 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə əlamətləri mövcud deyildir. O, nə miras qoyanın son iradəsinin həyata keçirilməsinə mane olunmuş, nə də miras payının artırılması məqsədilə qəsdən qanunsuz hərəkətlər edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

50. Maddə 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

51. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

52. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarı.

53. “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

63. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

70. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia qaldırsa da, lakin cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, yaxud onun son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halları işdən müəyyən olunmur. Ona görə də iddia tələbi cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi hissədə əsaslı sayıla bilməz və birinci instansiya məhkəməsində düzgün olaraq iddianı təmin etməmişdir.

71. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

73. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

74. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar