Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1204/2026 05.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ 2(1-8)1204/2026 (Açar sözlər: qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi, kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, ## ### 2026-cı il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsindən cavabdehin prosessual hüquq varisi Rəşad Yaşar oğlunun (vəkil Vəkil) kassasiya şikayətinin mümkünlüyünə # ### 2026-cı il tarixdə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh bankın xeyrinə ## ###### 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 24985,07 ABŞ dolları borcun tutulması, tutmanın cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ödənilməsi, həmin vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mübahisəli mənzilə yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdeh və digər şəxslərin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bərdə Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən bankın xeyrinə cəmi 20,920.82 ABŞ dolları qətnamə icra olunan vaxtadək Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə alınaraq bankın xeyrinə ödənilməsi, tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 54000 (əlli dörd min) manat müəyyən edilməsi, əmlakın açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılması qət edilmişdir. (hakim Qamət Əbilov)
3. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Apellyasiya baxışında Yaşar Əliev öldüyündən Rəşad Yaşar oğlu prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, “Ipoteka predmetinin ilkin satış qiymətinin 54000 manat dəyərində müəyyən edilməsi” hissədə dəyişdirilərək, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid satış qiyməti 59000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Mustafa Mustafayev)
6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ## ###### 2025-ci il tarixdə cavabdehin yaşadığı ünvan üzrə poçt qəbzinə imza edilməklə alınmışdır.
7. Cavabdehin prosessual hüquq varisi Rəşad Yaşar oğlu elektron kabinet vasitəsilə ## ###### 2026-cı il tarixdə kassasiya şikayəti vermişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti, müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilmədiyi üçün, icraata qəbul edilməmiş, şikayətin geri qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır.
10. Dövlət rüsumu ilə bağlı nöqsanlar aradan qaldırılandan sonra cavabdehin prosessual hüquq varisi Rəşad Yaşar oğlu (vəkil Vəkil) elektron kabinet vasitəsilə ## #### 2026-cı il tarixdə yenidən kassasiya şikayəti vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.3. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Maddə 404-1.2. Işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarı “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Işdən görünür ki, cavabdehin prosessual hüquq varisi olan Rəşad Yaşar oğlu tərəfindən tərtib edilmiş kassasiya şikayəti ilk dəfə ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.
11. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-cü maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
12. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
13. Istinad olunan qanunvericilik normalarının tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin ünvanı üzrə ## ###### 2025-ci il tarixində poçt qəbzinə imza edilməklə alındığı nəzərə alınarsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu ## ###### 2026-ci il olmuşdur.
14. Qeyd edildiyi kimi prosessual hüquq varisin birinci dəfə prosessual müddət daxilində verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə rüsumla bağlı nöqsanlara görə icraata qəbul edilməmiş, şikayətin geri qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmçinin, Ali Məhkəmənin ## ###### 2026-cı il tarixli qərardadında şikayət verən şəxsə prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilməsi izah edilmişdir.
15. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Ali Məhkəmə tərəfindən kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadın qəbul edilməsi məqamında həmin kassasiya şikayəti ilə bağlı məhkəmə icraatına yekun vurulur, həmin kassasiya şikayətinin hər hansı prosessual dəyəri sıfıra enir və bundan sonra şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
16. Cavabdehin prosessual hüquq varisi olan şəxs Rəşad Yaşar oğlunun rüsumla bağlı nöqsanları aradan qaldırandan sonra elektron kabinet vasitəsilə ## #### 2026-cı il tarixdə yenidən kassasiya şikayəti vermişdir. Lakin bu zaman, ## ###### 2025-ci ildə poçt qəbzinə imza edilməklə ünvan üzrə qətnamənin qəbul edilməsi nəzərə alınarsa, prosessual hüquq varisi artıq qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddəti 1 aydan çox ötürmüşdür. Eyni zamanda müddətin bərpası barədə vəsatət də verilməmişdir. Baxmayaraq ki, kassasiya şikayəti birinci dəfə geri qaytarılarkən prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərinin nəzərə alınması izah edilmişdir.
17. Göründüyü kimi, cavabdehin prosessual hüquq varisi kassasiya şikayətini 2 aylıq müddət ərzində verməmiş, müddətin bərpası ilə bağlı müraciət etməmiş, apellyasiya məhkəməsi də müddətin ötüb-ötməməsinə qiymət verməmişdir. Nəticədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir.
18. Məhkəmə kollegiyası onu da izah edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat versə də, nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şərtlər daxilində məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur ki, bu cür məhdudiyyətlərdən biri də MPM-nin 405.0.1-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətdir.
19. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Məhkəmə kollegiyası bir daha izah edir ki, şikayət verən şəxs nöqsanları aradan qaldırdıqdan sonra Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
21. Göstərilənləri və MPM-in 404-1.2, 408.1.4 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin prosessual hüquq varisi Rəşad Yaşar oğlunun (vəkil Vəkil) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.