Məhkəmə qərarları › İş №2(1-8)-121/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-121/2026

22.01.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-121/2026 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı (X2, X1 və Behrudi Rüstəm Hidayət oğlu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qimində cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə onu tərtib etmiş vəkilin orderi əlavə olunmadıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 2(103)4676/2025 nömrəli qətnaməsindən üçüncü şəxslər X2, X1 və Behrudi Rüstəm Hidayət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 21 saylı Notariat Ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 1842 nömrəli Qərarının ləğv edilməsini, xx.xx.2003-cü il tarixli, 4Ə-370 reyestr nömrəli müqavilənin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və iddiaçının çəkdiyi məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhk əməsinin 2(005)-1493/2025 saylı, xx.xx.2025- ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4676/2025 nömrəli, 30 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qətnamədən birgə kassasiya şikayəti vermişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

5. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

6. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

7. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı fərqli olaraq, üçüncü şəxslər X2, X1 və Behrudi Rüstəm Hidayət oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

9. Belə ki, kassasiya şikayətinə yalnız iddiaçıya hüquqi yardım göstərilməsi barədə vəkil orderi əlavə edilmişdir. Kassasiya şikayətini imzalayan və tərtib edən Vəkil üçüncü şəxslərin də vəkili olması ilə bağlı order kassasi ya şikayətinə əlavə edilməmişdir.

10. Mülki prosessual qanunvericiliyə əsasən şikayətə onu tərtib etmiş vəkilin orderi əlavə olunur (§ 6). Kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (§ 7).

11. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini bütün tərəflərə münasibətdə iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun verilsə də, yuxarıda qeyd olunanlar üçüncü şəxslərin kassasiya şikayəti üzrə kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

13. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, üçüncü şəxslərin kassasiya şikayə ti MPM-in 408.1.3-cü maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxslər X2, X1 və Behrudi Rüstəm Hidayət oğlunun kassasiya şikayətinin geri qaytarılması ilə bağlı müvafiq prosessual hərəkətlər həyata keçirildikdən sonra mülki iş İddiaçı kassasiya şikayətinə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir.

15. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2025-ci il tarixli 2(103)-4676/2025 nömrəli qətnaməsindən üçüncü şəxslər X2, X1 və Behrudi Rüstəm Hidayət oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar