Məhkəmə qərarları › İş №2(102)-3394/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3394/2025

09.12.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3394/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna ("Kəpəz” Bank Olmayan Kredit X7 Cəmiyyəti və X9 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlundan, Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2959/2025 nömrəli 10 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 11 mart 2022-ci il tarixli 2022/1913 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı illik 32% olmaq şərti ilə, 36 ay müddətinə 25000 manat kredit verilmişdir. İddiaçı krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri qaytarmağı öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5/7, mənzil 601 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsindəki, 202, M3, m1) 31 yanvar 2022 -ci il tarixdə mülkiyyət hüququ əsasında X4 adına qeydə alınmışdır. 3. 11 mart 2022-ci il tarixli 2022/1913 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq X9 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, 5/7 saylı evin 601 nömrəli mənzil “Kəpəz BOKT" MMC-nin xeyrinə 11 mart 2022-ci il tarixli 2022/1913-İP nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən həmin əmlakın qiyməti 200.000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi ipoteka qoyan X4 nümayəndəsi, borcalan İddiaçı və ipoteka saxlayan “Kəpəz BOKT" MMC tərəfindən imzalanmışdır.

4. Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov küçəsi, ev 5/7, mənzil 601 (yeni qaydalarla AZ1078, Bakı şəhəri, Nizami rayonu, Əbdülvahab Salamzadə küçəsi, 202, m3, m1) 07 may 2 022-ci il tarixdə "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir.

5. Tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 33.616,66 AZN (24.144,36 manat əsas borc, 4722,30 manat faiz borcu, 4750 manat dəbbə pulu olmaqla) borc məbləği üzrə ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə 23 sentyabr 2022-ci il tarixli 791 nömrəli bildiriş borc alan İddiaçı və ipoteka qoyan X6 göndərilmişdir. 6. “Kəpəz BOKT" MMC 30 sentyabr 2022-ci il tarixli, 838 nömrəli məktubla DƏDRXin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Kadarstrı və Reyestri Publik Hüquqi Şəxsin 10 oktyabr 2022-ci il tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynov kü çəsi, ev 5/7 saylı evin 601 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alındığı bildirilmişdir. 7. "xxxx" MMC-nin 21 oktyabr 2022-ci il tarixli 936 nömrəli ərizəsinə əsasən, MMC ipoteka predmetinə icra qeydi əsasında tutmanın yönləndirilməsi barədə notariat ofisinə müraciət etmişdir.

8. Bakı şəhəri 43 saylı notariat ofisində 25 oktyabr 2022-ci il tarixdə 8İ-12648 saylı 25 oktyabr 2022-ci il tarixli icra qeydinə əsasən ipoteka saxlayan "xxxx" Bank Olmayan Kredit X7 Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı X6 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi qeyd edilmişdir (öhdəliyi müəyyən edən 2022/1913 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 24144,36 manat əsas borc, 4722,30 manat faiz borcu, 4750 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 33616,66 manat təşkil edir.). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 43 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən aparılmış 8İ-12648 nömrəli 25 oktyabr 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ‘‘Kəpəz BOKT” MMC-nin Nəsimi rayon filialına borcunun bir hissəsini ödəmişdir. Lakin onun banka ödənişlərini nəzərə almadan icra qeydini vermişdir. Ödədiyi pullar da düzgün hesablanmayaraq borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Eyni zamanda hərraca yönəldilən zaman əmlakın dəyəri olduqca aşağı qiymətləndirilmişdir. Halbuki həmin mənzili o, təmirsiz şəkildə 240000 manat məbləğə almış, 100000 manata yaxın təmirinə pul xərcləmişdir. Mənzilin dəyəri 350000 manat dəyərindədir. Hazırda isə onun mənzili 220000 manata satışa çıxarılmaqdadır. Bunlara görə də icra qeydi ilə razı deyildir. Həmin icra qeydini Bakı şəhər Nəsimi rayon İcra şöbəsindən 10 iyul 2023-cü il tarixdə almışdır.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli e-2(006)437/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (X3)

12. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə İddiaçı ilə "xxxx" MMC arasında borc münasibətləri olmuş, iddiaçı ödəniş cədvəlinə əsasən 2022-ci ilin aprel ayından başlayaraq 2025-ci ilin mart ayınadək hər ay 1088,86 manat ödəməyi öhdəsinə götürsə də, hesabdan çıxarışdan göründüyü kimi, o, yalnız 3 dəfə - xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü ildə müvafiq ödənişləri etmişdir. Digər aylar üzrə ödənişlərlə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir.

13. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş qəbzlərə münasibətdə qeyd etmişdir ki, onlardan ikisi "xxxx" ASC tərəfindən xəzinəyə mədaxil-məxaric edilməsi ilə bağlıdır ki, onların "xxxx" MMC-yə olan ödənişlərə aidiyyəti müəyyən olunmur. xx.xx.2023cü il tarixli 1401-********** nömrəli qəbzdəki ödəniş isə hesabdan çıxarışda əks olunan ödənişi özündə əks etdirir. Bu baxımdan tələb olunan borc məbləği mübahisəsiz olmuş və MMC həmin borc üzrə icra qeydinin verilməsi ilə bağlı notariusa müraciət etməkdə haqlı olmuşdur. Baxılan iş üzrə iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar lıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur ki, belə olan halda Qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. Bildirişin məzmununda da iddiaçıya bu barədə xəbərdarlıq edilmiş, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələbi izah olunmuşdur. İşdən görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş və həmin bildiriş qeydə alınmışdır.

14. Məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qey d etmişdir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüququnun ipoteka qoyanın mülkiyyətində olan əşyaya – ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlı şəxs sayıla bilməz. Məhkəmə tərəfindən ipoteka qoyan X9 müstəqil tələb irəıi sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Elektron məhkəmə informasiya sistemində ipoteka qoyanın məhkəmə işl əri nəzərdən keçirilərkən bildirişdən məhkəməyə şikayət verilməsi ilə bağlı iddia qaldırması müəyyən olunmamışdır. X1 rəsmi qeydə alındığı ünvana göndərilmişdir.

15. İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə məhkəmə iclasında iştirak edən iddiaçı iddiasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona çatdırılıb- çatdırılmamasını mübahisələndirməmiş, yalnız məhkəmənin verdiyi suala cavab olaraq ona hər hansı bildirişin çatdırılmadığını bildirmiş, verdiyi izahatında hazırkı iddianı qaldırmaqda əsas məqsədinin ödənişləri həyata keçirmək üçün müəyyən zaman qazanması olduğunu aşkar şəkildə ifadə etmişdir.

16. Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-12648 saylı nota riat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

17. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10, 36, 38-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddələrinə, Azə rbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd etmişdir ki, hazırkı mübahisə üzrə icra qeydinin verilməsi yanlış olmuşdur. Çünk i borc mübahisəlidir. Məhkəmə tərəfindən isə mübahisəyə obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipoteka qoyana təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli qərarı ilə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması təsdiq edilmişdir. Həmin formaya əsasən, bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq etməsi qeyd ounmalıdır. Hazırkı işdə isə belə bildiriş göndərilməmişdir. Bununla da iş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə ipoteka saxlayan tərəfindən iddiaçıya və ipoteka qoyana məlumat verilməməsi tələbin əsaslı olmasına dəlalət edir. Həm də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana təqdim edilməmişdir. Hazırki işdə ipoteka qoyan hər nə qədər məhkəmə iclasında iştirak etməsə də, məhkəmə icra qeydinin ləğvini araşdırarkən işi hərtərəfli araşdırmalı və bildirirşlərin ona çatdırılıb-çatdırılmamasına da qiymət verməli idi. Qətnamədə qeyd edilmişdir ki, “məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüququnun ipoteka qoyanın mülkiyyətində olan əşyaya ipoteka predmetinə yönəldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlı şəxs sayıla bilməz”. Məhkəmənin yuxarıda qeyd etdiyi mövqeyi ilə də razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmə iddiaçının ipoteka predmetinin qiymətləndirilməsində marağı olmadığını qeyd etmişdir. Lakin məhkəmə unutmuşdur ki, əgər ipoteka qoyulmuş əmlak aşağı dəyərdən qiymətləndirilsə, ipoteka qoyan iddiaçıya qarşı iddia qaldıraraq reqr es qaydada dəymiş zərəri tələb edəcəkdir. Buradan da aydındır ki, iddiaçının ipotekaya qoyulmuş əmlakın qiyməti barəsində birbaşa marağı və bunu mübahisələdnirməyə subyektiv hüququ vardır. Qeyd edilən səbəbdən məhkəmənin bu mövqeyi də yanlış olmuşdur. Nəsimi rayon Məhkəməsi isə qətnaməsində qeyd edir ki, “İpoteka müqaviləsini imzalamış kredit alan İddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə məhkəmə iclasında iştirak edən iddiaçı iddiasında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin ona çatdırılıb-çatdırılmamasını mübahisələndirməmiş, yalnız məhkəmənin verdiyi suala cavab olaraq ona hər hansı bildirişin çatdırılmadığını bildirmişdir”. Halbuki məhkəmə yuxarıda qeyd etdiyi cümlələrində biri digərini təkzib edən ifadələrə yer v ermişdir. Bildirişin ona çatdırıb-çatdırmamasını mübahisələndirməmiş deməklə iddia ərizəsində yazılanları təkzib etmişdir. Halbuki iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısından və orada bildirişdən bəhs olunmuşdur. Qeyd edilən halın iddia ərizəsinə yazılması elə bildirişin çatdırılıbçatdırılmamasının mübahisələndirildiyi məqsədi güdmüşdür. Həmçinin məhkəmə iclasında da iddiaçı ona bildiriş çatdırılmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “iddiaçı “Azəri Express” sürətli çatdırılma xidmət inin təqdim etdiyi qəbzdə göstərilən ünvanda yaşadığını və qəbzdə qeyd edilən mobil və şəhər telefon nömrələrinin özünə məxsus olduğunu bildirmişdir”. Yuxarıda qeyd edilən cümlənin də qətnaməyə salınması aydın deyildir. Məhkəmə mobil telefon nömrəsi və ünvana istinad etsə də, qəbzdəki hər hansı soyadın və imzanın olması məsələsinə toxunmamışdır. Ümumiyyətlə həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmasını ünvan və mobil telefon nömrəsi yox, əl yazısı ilə qeyd edilmiş ad soyad və imza təsdiq edə bilərdi. Göründüyü kimi bu xüsusatların araşdırılmaması həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmadığını və dolayısı ilə icra qeydinin qanunsuz olaraq verildiyini təsdiq edir. Lap fərz etsək ki, iddiaçı iddia ərizəsində bildirişi mübahisələndirməyib. Lakin yenə də məhkəmənin vəzifəsidir ki, icra qeydinin ləğvinə əsas olmuş bütün halları hərtərəfli araşdırsın. Çünki iddiaçının tələbi də elə icra qeydinin ləğv edilməsi olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-12648 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir”. Yuxarıdakı cümlələrdən də görünür ki, məhkəmə bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılıb-çatdırılmamasını araşdırmamışdır. Məhkəmə yalnız göndərilmə hissəsi ilə maraqlanmış və bununla kifayətlənmişdir. Halbuki iddiaçı məhkəmə iclasında ona heç bir bildirişin çatdırılmadığını bildirmişdir. Həmçinin məhkəmə ipoteka qoyana münasibətdə ümumiyyətlə araşdırma aparmamışdır. Baxmayaraq ki, ipoteka qoyan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur, lakin məhkəmə ona münasibətdə ümumiyyətlə bildirişin çatdırılıb çatdırılmamasını araşdırmamışdır. İş üzrə cavabdeh tərəfindən və notariat ofisindən də bu cür sənəd təqdim edilməmişdir. Bildirişin ona çatdırıb-çatdırmamasını mübahisələndirməmiş deməklə iddia ərizəsində yazılanları təkzib etmişdir. Halbuki iddia ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətləri nin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısından və orada bildirişdən bəhs olunmuşdur. Qeyd edilən halın iddia ərizəsinə yazılması elə bildirişin çatdırılıb-çatdırılmamasının mübahisələndirildiyi məqsədi güdmüşdür. Həmçinin məhkəmə iclasında da iddiaçı ona bildiriş çatdırılmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “iddiaçı“Azəri Express” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə göstərilən ünvanda yaşadığını və qəbzdə qeyd edilən mobil və şəhər telefon nömrələrinin özünə məxsus olduğunu bildirmişdir”. Yuxarıda qeyd edilən cümlənin də qətnaməyə salınması aydın deyildir. Məhkəmə mobil telefon nömrəsi və ünvana istinad etsə də, qəbzdəki hər hansı soyadın v ə imzanın olması məsələsinə toxunmamışdır. Ümumiyyətlə həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmasını ünvan və mobil telefon nömrəsi yox, əl yazısı ilə qeyd edilmiş ad soyad və imza təsdiq edə bilərdi. Göründüyü kimi bu xüsusatların araşdırılmaması həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmadığını və dolayısı ilə icra qeydinin qanunsuz olaraq verildiyini təsdiq edir. Lap fərz edilsə ki, iddiaçı iddia ərizəsində bildirişi mübahisələndirməyib. Lakin yenə də məhkəmənin vəzifəsidir ki, icra qeydinin ləğvinə əsas olmuş bütün halları hərtərəfli araşdırsın. Çünki iddiaçının tələbi də elə icra qeydinin ləğv edilməsi olmuşdur. Həmin maddəyə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənəd lərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. İddia ərizəsində də qeyd etdiyi kimi hazırki mübahisə üzrə icra qeydinin verilməsi yanlış olmuşdur. Çünki borc mübahisəlidir. Məhkəmə tərəfindən isə mübahisəyə obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipo teka qoyana təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması təsdiq edilmişdir. Həmin formaya əsasən, bildirişdə borcun 20 gün ərzində ödənmədiyi halda, notariusun icra qeydinin aparılması barədə xəbərdarlıq etməsi qeyd ounmalıdır. Hazırki işdə isə belə bildiriş göndərilməmişdir. Bununla da iş üzrə iddia tələbinin əsasını təşkil edən yaranmış borcun ipoteka predmetinə yönəldilməsi barədə notariat ofisinə müraciət edilməsi barədə ipoteka saxlayan tərəfindən iddiaçıya və ipoteka qoyana məlumat verilməməsi tələbin əsaslı olmasına dəlalət edir. Həm də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qo yana təqdim edilməmişdir. Hazırki işdə ipoteka qoyan hər nə qədər məhkəmə iclasında iştirak etməsə də, məhkəmə icra qeydinin ləğvini araşdırarkən işi hərtərəfli araşdırmalı və bildirirşlərin ona çatdırılıb çatdırılmamasına da qiymət verməli idi. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Qətnamədə qeyd edilmişdir ki, “məhkəmə iddiaçının ipoteka predmeti olan mənzilin hərraca çıxarılarkən dəyərinin aşağı qiymətə müəyyən edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, ipoteka qanunvericiliyi baxımından hərrac kreditorun tələb hüququnun ipoteka qoyanın mülkiyyətində olan əşyaya –ipoteka predmetinə yön əldilməsi vasitəsidir. Beləliklə, hərrac ipoteka hüququnun reallaşdırılması vasitəsi olduğu üçün bu münasibətlərin tərəfi əsas borclu deyil, ipoteka saxlayanla və ipoteka qoyandır. Odur ki, ipoteka predmetinin hərracdan hansı qiymətə satılması əsas borclunun öhdəliyinin həcmi baxımından onun əleyhinə bir vəziyyət yaratmır, əmlak marağını pozmur. Ona görə də əsas borclu ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi baxımından maraqlı şəxs sayıla bilməz”. Məhkəmənin yuxarıda qeyd etdiyi mövqeyi ilə də razılaşmaq mümkün deyildir. Belə ki, məhkəmə iddiaçının ipoteka predmetinin qiymətləndirilməsində marağı olmadığını qeyd etmişdir. Lakin məhkəmə unutmuşdur ki, əgər ipoteka qoyulmuş əmlak aşağı dəyərdən qiymətləndirilsə, ipoteka qoyan iddiaçıya qarşı iddia qaldıraraq reqres qa ydada dəymiş zərəri tələb edəcəkdir. Buradan da aydındır ki, iddiaçının ipotekaya qoyulmuş əmlakın qiyməti barəsində birbaşa marağı və bunu mübahisələndirməyə subyektiv hüququ vardır. Qeyd edilən səbəbdən məhkəmənin bu mövqeyi də yanlış olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, “Məhkəmə sorğusu ilə iş materiallarına əlavə olunmuş 8İ-12648 saylı notariat işinin materiallarına əsasən tələbkar (ipoteka saxlayan) tərəfindən borclulara bildiriş göndərilmiş, həmin bildirişin borclulara göndərilməsini təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir”. Yuxarıdakı cümlələrdən də görünür ki, məhkəmə bild irişin iddiaçıya və ipoteka qoyana çatdırılıb-çatdırılmamasını araşdırmamışdır. Məhkəmə yalnız göndərilmə hissəsi ilə maraqlanmış və bununla kifayətlənmişdir. Halbuki iddiaçı məhkəmə iclasında ona heç bir bildirişin çatdırılmadığını bildirmişdir. Həmçinin məhkəmə ipoteka qoyana münasibətdə ümumiyyətlə araşdırma aparmamışdır. Baxmayaraq ki, ipoteka qoyan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur, lakin məhkəmə ona münasibətdə ümumiyyətlə bildirişin çatdırılıb çatdırılmamasını araşdırmamışdır. İş üzrə cavabdeh tərəfindən və notariat ofisindən də bu cür sənəd təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə işin obyektiv həllinə nail olmaq üçün bu kimi hallara özü qiymət verməli idi. İpoteka qoyanın hər hansı iclasda iştirak etməməsi, məhkəməni öz araşdırma vəzifəsindən azad etm əməkdədir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2959/2025 nömrəli 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli e-2(006)-437/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X2 (sədrlik edən və məruzəçi), X13 və X5 ibarət tərkibdə)

21. Məhkəmə kollegiyası borcun bir hissəsini ödəməsinə baxmayaraq, ödənişlərin nəzərə alınmadan icra qeydinin verilməsi, hərraca yönəldilən zaman əmlakın dəyərinin aşağı qiymətləndirilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildirişin təqdim olunmaması barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, borcun qaytarıldığını sübut etmək vəzifəsi borc alanın üzərinə d üşməsinə baxmayaraq iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilməsinə dair müvafiq bildiriş poçt xidmətinə 23 sentyabr 2022-ci il tarixdə təqdim olunmuşdur ki, qanunun tələbinə əsasən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə bildiriş təqdim olunmuş sayılmışdır. Bildirişin məzmunu da qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Yəni, icra qeydinin verilməsi zamanı qanunvericiliyin müddəalarının pozulması halı müəyyən edilməmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10, 36, 37, 38, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nö mrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısına”, Mülki Prosessual Məcəllənin 14, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2025-ci il tarixli 2(103)-2959/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlil ləri ilə eyni məzmunda əsaslandırılmış, maddi hüququ pozuntusu kimi “Notariat haqqında Qanun”un 76-cı, MM-nin 509.1-ci, “İpoteka haqqında” Qanunun 36.1-ci, MPM-nin 217.3, 217.4-cü maddələrinin pozuntusuna istinad edilərək qanunda yalnız mübahisəsiz borcla bağlı icra qeydinin verilməsi nəzərdə tutulduğundan, hazırkı halda isə borc mübahisəsiz olduğundan icra qeydinin verilməsi düzgün olmamışdır. Məhkəmə iddiaçının ipoteka predmetinin qiymətləndirilməsində marağı olmadığını qeyd etmişdir. Lakin məhkəmə unutmuşdur ki, əgər ipoteka qoyulmuş əmlak aşağı dəyərdən qiymətləndirilsə, ipoteka qoyan iddiaçıya qarşı iddia qaldıraraq reqress qaydada dəymiş zərəri tələb edəcəkdir. Buradan da aydındır ki, iddiaçının ipotekaya qoyulmuş əmlakın qiyməti barəsində birbaşa marağı və bunu mübahisələndirməyə subyektiv hüququ vardır. Qeyd edilən səbəbdən məhkəmənin bu mövqeyi də yanlış olmuşdur.

25. Daha sonra qeyd olunmuşdur ki, bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmasını ünvan və mobil telefon nömrəsi yox, əl yazısı ilə qeyd edilmiş ad soyad və imza təsdiq edə bilərdi. Göründüyü kimi bu xüsusatların araşdırılmaması həmin bildirişin iddiaçıya və ipoteka qoyana çatdırılmadığını və dolayısı ilə icra qeydinin qanunsuz olaraq verildiyini təsdiq edir. İddiaçı iddia ərizəsində bildirişi mübahisələndirməyib. Lakin yenə də məhkəmələrin vəzifəsidir ki, icra qeydinin ləğvinə əsas olmuş bütün halları hərtərəfli araşdırsın. Çünki iddiaçının tələbi də elə icra qeydinin ləğv edilməsi olmuşdur.

26. Məhkəmələr qəbul etdiyi qətnamədə pozuntularla bağlı dəlillərə heç bir münasibət bildirilməmişdir. Bu nunla da məhkəmə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, həmçinin məhkəmə qətnaməsinin əsaslılığı ilə bağlı prosessual hüquq normalarının da tələblərini pozmuşdur. a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

28. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.

29. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.

30. Maddə 38.1. B u Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.

31. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə no tariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digə r qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

32. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Res publikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatı Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əs as olan sənədlərin Siyahısı” Bənd 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildiriş in surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

40. MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir.

41. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələn dirilən icra qeydi verilərkən iddiaçının vaxtı çatmış, lakin icra edilməmiş borc öhdəliyi olmuş, icra qeydi verilərkən həm kreditor tərəfindən, həm də notariat orqanı tərəfindən qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərinə əməl edilmiş, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, icra qeydi verilərkən hər hansı pozuntuya yol verildiyi məhkəmə tərəfindən müəyyən edilməmişdir.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə a pellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

43. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2959/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar