Məhkəmə qərarları › İş №2(102)-3165/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3165/2025

20.11.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3165/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Aydin qızının Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi, müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “bağışlama müqaviləsindən imtinanın qəbul edilməsi, müqavilənin hüquqi nəticələrinin l əğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-3125/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. 2. xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka- 1, Bağ sahəsi 1635B saylı bağ evini Cavabdeh bağışlamışdır və müqaviləni Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 imzalamışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evi xx.xx.2020-cı il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1589/2024 saylı qətnaməsinə əsasən Qanuni nümayəndə1 ilə Qanuni nümayəndə2 arasında xx.xx.2000-ci il tarixdə 1794 saylı akt qeydinə əsasən Səadət Sarayı tərəfindən bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh saxlanılması və tərbiyə edilməsi üçün anası Qanuni nümayəndə1 yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü Cavabdeh yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Qanuni nümayəndə2 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Qanuni nümayəndə1 ödənilməsi qət edilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4555/2024 saylı qətnaməsinə əsasən iddiaçı Qanuni nümayəndə1 cavabdeh İddiaçı qarşı "bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma" tələbinə dair 2(008)-4555/2024 nömrəli mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Aydin qızı Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs qismində cəlb etməklə) qar şı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2) arasında Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0,08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-Ə-1151 nömrəli reyestrlə qeydə alınmış xx.xx.2020ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinanın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəflə birlikdə uzun illər valid eynlərinə məxsus olmuş, lakin hazırda vərəsəlik qaydasında qardaşı ilə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən 9 saylı evin 3 otaqlı, 1 saylı mənzilində (qeydiyyatda olduqları) yaşamışlar. Onlarla münasibətləri çox yaxşı olmuş, maddi cəhətdən həmişə onlara köməklik etmiş, qayğılarını çəkmişdir. O ailə qurmamış, uzun illər yaşadığı həmin mənzilləri miras əmlak kimi valideynlərindən qalmışdır. Həmin ünvanda yerləşən mənzilin yarısı onun, digər yarısı qardaşı Elşənin xüsusi mülkiyyətindədir. Cavabdeh tərəf valideynlərindən qalmış həmin mənzildə (Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 9, mənzil 1-də) əvvəlcə anası ilə birlikdə, anası vəfat etdikdən sonra isə uzun müddət uşaqları ilə birlikdə yaşamışlar. Cavabdeh tərəflə münasibə tləri çox yaxşı olmuş, bir-birilərinə can deyib, can eşitmişlər. Qardaşının ailəsinə daim maddi və mənəvi cəhətdən köməklik etmiş, ömrü boyu qazancını onlara sərf etmişdir. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 onunla çox mehriban münasibət yaratmış, inamı qazanmışdır. O həm də qardaşının ailəsini, möhkəmlətmək, uşaqlarının gələcəkdə əzab-əziyyət çəkməməsini, mənzillə, bağ evi ilə təmin etmək məqsədilə bütün əmlaklarını, o cümlədən mənzillərini, torpaq sahəsi ilə birlikdə bağ evini də onların ailəsinə vermək qərarına gəlmişdir. Ona görə də hazırda mübahisələndirdiyi Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 1635 "B" saylı bağını (0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən sahəsi 123,9 kv.m. olan bağ evimi) Bakı şəhəri 50 saylı Notariat ofisində x x.xx.2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi" (reyestr-40-1151) əsasında xx xxxxx 2008-ci il təvəllüdlü, 12-13 yaşlı qardaşı oğlu Cavabdeh bağışlamışdır. Cavidan yetkinlik yaşına çatmadığından həmin müqaviləni onun adından qanuni nümayəndələri olan ata-anası (Elşən və Vəfa) imzalamışlar. Bu müqavilə əsasında cavabdeh tərəf bağ sahəsinə dair Cavidanın adına çıxarış da almışlar. Həmin vaxtdan xeyli müddət sonra da, yəni 2023-cü ilin sonunadək cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 onunla münasibətləri çox yaxşı olmuşdur. Hazırda cavabdeh tərəfdən olan Vəfa onun inamını o dərəcədə qazanmışdı ki, hətta ehtiyatında olan 10 min ABŞ dolları məbləğində pulunu qardaşı Elşənin məlumatı olmadan saxlamaq üçün ona vermişdir. Lakin Vəfa onun icazəsi olmadan həmin pulla faktiki olaraq özü üçün avtomaşın almışdır (anasının adına rəsmiləşdirmişdir). Həmin məbləğlə (17 min manatla əlaqədar) ona qarşı ayrıca iddia tələbi olacaqdır. Keçən il, yəni 2023-cü ilin sonlarında ona məlum olmuşdur ki, Vəfa qardaşı ilə mübahisə edərək yaşadıqları evdən uşaqları ilə birlikdə çıxıb getmişdir. Bundan başqa xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzillərindən birini qardaşı Elşənin qızı Selcana, digər mənzildə olan payını isə hazırda cavabdeh olan Cavidana vəsiyyət etmişdir. Onların ona qarşı haqsız hərəkətlər etdiyinə əmin olduqdan sonra həmin vəsiyyətnamələri də ləğv etdirmişdir. 8. 11.12.2024-cü il tarixdə Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə1 iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı bağ sahəsini bağışlamaqdan imtina edil məsi barədə tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməsi məhkəmə qaydasında rədd edilməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi kimi hədiyyə alan (cavabdeh) Cavabdeh iddiaçı ilə qohumluq (bibisi) münasibətlərindədir, məhz qohum olduğuna (qardaşı oğlu) görə iddiaçı cavabdehə iddia ərizəsində göstərdiyi bağ sahəsini 2020-ci il tarixdə qardaşı oğluna bağışlamışdır. Bağışlamanın motivində məhz qeyd edilən qohumluq münasibətlər durmuşdur. Cavabdeh ilə iddiaçı hazırda da qohumluq münasibətlərindədir. Cavabdehin qanuni nümayəndəsi kimi bildirir ki, 2000-ci il tarixdən 2024-cü ilin aprel ayınadək iddiaçının qardaşı Qanuni nümayəndə2 ilə rəsmi nikahda olmu ş, həmin nikahdan Selcan və Cavabdeh adlı uşaqları anadan olmuşdur. 2024-cü il tarixdə iddiaçının qardaşı ilə olan nikah münasibətləri məhkəmə qaydasında pozulmuşdur, nikah dövründə ailə olaraq Xətai rayonu, Xudu Məmmədov küç., ev 9, mənzil 1-də yaşamışlar, iddiaçı isə uzun illərdir ki, Bakı şəhəri Nizami Rayonun ərazisində olan mənzilində yaşamışdır və hazırda da yaşayır. Keçmiş əri Qanuni nümayəndə2 vəfat etmiş valideynlərini istisna etsələr özü, əri Elşən və onunla birgə rəsmi nikahdan anadan olmuş uşaqlarla birlikdə vahid ailə olaraq yaşamışlar. İddiaçı heç zaman ailənin üzvü olmamışdır, onunla bir ailə təsərrüfatında yaşamamışlar, qardaşı Elşən Hüseynzadə ilə nikah münasibətlərinin pozulmasının səbəbləri və məhkəmə qaydasında pozulması dəlillərin birgə rəsmi nikahdan anadan olan Cav idan və Selcan adlı uşaqlarına o cümlədən də İddiaçı heç bir aidiyyəti yoxdur. Nikahları pozulandan sonra bir mənzildə yaşamaqlarının mümkünsüzlüyünü nəzərə alaraq keçmiş əri Elşənə və onun bacısı İddiaçı təklif etmişdir ki, onlar bacı-qardaş sözügedən bağ sahəsindən və mülkiyyətində olan mənzildən istifadə etməklə birgə yaşasınlar, o iki uşağı ilə birlikdə yaşadığı mənzildə yaşamaqda davam etsin, bacı-qardaş hər ikisi bir mənalı olaraq təklifindən imtina etmişdir, hazırda üçünün xüsusi ilə də ayrı-ayrı cinsdən olan uşaqlarla bir darısqal otaqda yaşamağın çətin, mümkünsüz olmasını hesab edərək iddiaçıya qarşı bağ sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Hədiyyəni oğlu Cavidan hədiyyə verən bibisinə və onun yaxın qohumu (eyni zamanda özünün atası) olan qardaşına və digər yaxın qohumuna qarşı ümumiyyətlə cinayət törətməmişdir. Qanuni nümayəndəsi olduğu Cavabdeh hədiyyəni qəbul etmə anında və hazırda da az yaşı həddi buluğa çatmamış şəxs hesab edilir, bu səbəbdən onun özərinə ailə münasibətlərindən irəli gələn vəzifələr qoyula bilməz, Cavidanın hədiyyə alan kimi onun valideynləri onun və atası Qanuni nümayəndə2 arasında eləcə də onun Susan Hüseynovla baş vermiş münasibətlərə hər hansı bir aidiyyəti yoxdur, böyüklər arasında baş vermiş hüquq münasibətlərinə görə azyaşlı Cavabdehlik daşıya bilməz. Faktiki hallarla əlaqədar iddiaçının qeyd etdiyi faktiki halları eləcə də hazırkı etirazında istinad etdiyi halları nəzərə alaraq, həmçinin bağışlamaqdan imtina ilə əlaqədar mülki və ailə qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, hədiyyə verən İddia çı ilə Cavabdeh arasında ailə hüquq münasibətləri deyil, qohumluq münasibətləri mövcud olmuşdur və hazırda da var, yəqin ki, həddi buluğa çatandan sonra qohumluq münasibətlərini özü canlı olaraq davam etdirər. Digər tərəfdən hədiyyə alan Cavabdeh bibisi İddiaçı yaxın qohumlarına qarşı ağır və xüsusi ilə ağır cinayət törətməmişdir. Hədiyyə alanın anası olaraq onun keçmiş əri ilə və keçmiş baldızı ilə hazırda mövcud olan münasibətlər hüquqi nəticəyə səbəb olmayan münasibətlərdir ki, bu da qanunvericiliyin tələblərinə cavab verən bağışlama müqaviləsinin pozulmasına əsas ola bilməz. Beləliklə hədiyyə alan, yəni Cavabdeh İddiaçı ailə üzvü olmamışdır, bağışlama müqaviləsi bağlanarkən hədiyyə verənə münasibətdə bağışlamanın predmeti ilə bağlı hansı hərəkətlər edəcəyi və etməyəcəyi haqda hər hansı öhdəlik götürməmişdir və nəhayət hədiyyə alan cavabdeh hədiyyə verən iddiaçıya qarşı ağır və xüsusilə ağır cinayət törətməmişdir. Mübahisənin bu halı və yuxarıda göstərdiyi digər hallar baxımından hesab edir ki, bağışlamadan imtina barədə iddia tələbi təmin edilə bilməz. 9. 28.12.2024-cü il tarixdə Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə2 iddianın etiraf edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, Cavabdeh qanuni nümayəndəsi-atası kimi bildirir ki, iddia tələbini tam qəbul edir. Belə ki, İddiaçı doğma bacısıdır və iddia ərizəsində qeyd olunduğu kimi həqiqətən də o, daim onların ailəsinin qayğısına qalmış, ailəyə maddi və mənəvi cəhətdən dayaq olmuşdur. Həm də bacısı Susan həmişə ailələrinin möhkəmliyinə, maddi cəhətdən təmin olunmasına çalışmışdır. Ona gö rə də bacısı gələcəkdə də ailələrinin, o cümlədən uşaqlarının (oğlu Cavidanın və qızı Selcanın) çətinlik çəkməməsi üçün də çalışmışdır. O, hazırda mübahisə predmeti olan bağ sahəsini oğlu Cavidana bağışlamış, 2 otaqlı mənzilini isə qızı Selcana, ata evindən olan payını (1/2 hissə) oğlu Cavidana vəsiyyət etmişdir. Oğlu Cavidanın digər qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1 da bacısı Susanla münasibətləri daim yaxşı olmuş, bir-birinə etibar etmişlər. Hətta onun xəbəri olmadan bacısı Susan ehtiyatda saxladığı 10 min ABŞ dolları məbləğində pulunu saxlamaq üçün Vəfaya vermiş, lakin o, əmanətə xəyanət edərək həmin pulu mənimsəmişdir. 2023-cü ilin sonlarından Vəfa onunla münasibətlərini pozmağa başlamış və uşaqları ilə birlikdə evdən çıxıb getmişdir. Həmin vaxtlarda da Vəfa boşanmaq üçün məhkəməyə müraciət etmişdir. 2024-cü ilin aprel ayında isə nikahı məhkəmə qaydasında pozulmuşdur. Cavidan anasının yanında qalmışdır. Boşanmadan sonra Vəfa bacısından hazırda mübahisə predmeti olan bağ sahəsini satmaq məqsədilə boşaltmağı tələb etmişdir. Vəfa məqsədinə nail olmadıqda isə bacısına qarşı "ev əşyaları ilə birlikdə həmin bağ sahəsindən çıxarılması” barədə tələblə məhkəmədə iddia qaldırmışdır (Xəzər rayon məhkəməsində). Beləliklə, həqiqətən də iddiaçı olan bacısı İddiaçı ailələrinin möhkəmliyini, uşaqlarının gələcəkdə maddi cəhətdən çətinlik çəkməmələri üçün hazırda mübahisə predmeti olan bağ sahəsini 12 yaşlı oğlu Cavidana bağışlamışdır. Vəfa isə onunla boşandıqdan sonra isə oğlunun qanuni nümayəndəsi kimi hüquqlarından sui-istifadə etməyə başlamışdır. Qeyd olunanlara əsasə n bir daha bildirir ki, İddiaçı iddia tələbini tam etiraf edir və belə hesab edir ki, iddia tələbi tam qanuni və əsaslı olduğundan təmin edilməlidir. Ona görə də xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh qanuni nümayəndəsi atası kimi ona qarşı olan iddia tələbini etiraf etdiyini nəzərə alaraq İddiaçı Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 Vaqıf qızına və Qanuni nümayəndə2 qarşı olan iddia tələblərinin (xx.xx.2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Cavabdeh (qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2) ilə Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 Bağ sahəsi, 1635 "B" saylı bağ sahəsinə (0.08 ha torpaq sahəsinə və sahəsi 123,9 kv.m. olan bağ evinə) dair Bakı şəhəri 50 saylı Notariat Ofisində 4-2-1151 nömrəli reyestrə qeydə alınmış xx.xx. 2020-ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi"ndən imtinanın qəbul edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması barədə) təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 nömrəli, 6 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim S.Eyvazova)

11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən aldadılmış, qardaşı ilə ailə münasibətlərinin davam edəcəyini, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirəcəyini zənn etmiş və özünə məxsus bağ evini qardaşı oğlu Ca vabdeh bağışlamışdır.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli əmlak iddiaçı nın qardaşı oğluna bağışlanmış, iddiaçı tərəf qardaşı ilə digər cavabdehin nikah münasibətlərinə xitam verilməsini, münasibətlərin pisləşməsini qeyd etsə də, əmlakın bağışlandığı Cavabdeh ilə ailə münasibətlərinə xitam verilməsi, şəxsən onun tərəfindən iddiaçıya qarşı hər hansı kobud hərəkət və ya hərəkətsizlik edilməsini sübuta yetirə bilməmişdir. Əmlakın bağışlandığı Cavabdeh yetkinlik yaşına çatmayan olmasını nəzərə alaraq məhkəmə ilk növbədə uşağın ən üstün marağı konsepsiyasından çıxış edərək, ata-anası və bibisi arasında olan mübahisənin onun maraqlarının, mülkiyyət hüquqlarının pozmasına şərait yaratmalı olmadığını qeyd etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2, 140, 152.1, 324.1, 324.2, 337.1, 337.5, 339.2, 339.3, 354.2, 404.1. 404.2, 43 0.1, 666.1, 666.2, 668.1, 668.1.1, 673.1, 673.3 və 673.4-cü maddələrinə; 09.12.19 B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 9 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına; Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələ rinin şərh edilməsinə dair 26 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 fevral 2025-ci il tarixli, 2(011)-914/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozulduqda bağışlamaqdan imtina nəzərdə tutulub. Məhkəmə cavabdehin onun etibar və inamından sui-istifadə edərək əmlakını bağışlanma pərdəsi altında ələ keçirməsinə əhəmiyyət verməyərək qanunsuz qətnamə qəbul etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) 17 iyun 2025-ci il tarixli 2(103)-3125/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-914/2025 saylı 6 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığınd an, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

19. Baxılan işdə iddiaçının “cavabdehin qanuni nümayəndəsi olan Qanuni nümayəndə1 vicdanlı davranmayaraq ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin barəsində kobudcasına pozması” mövqeyinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bağışlamadan imtina etmək imkanı məhz hədiyyə verən ilə hədiyyə alan arasında olan münasibətləri əhatə edir, ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin məhz hədiyyə alan tərəfindən pozulmuş olub-olmamasının araşdırılmalı olduğunu nəzərdə tutur.

20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, hədiyyə verən mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydad a hədiyyə verməklə zənginləşdirir. Beləliklə də hazırki halda iddiaçının qardaşı oğlu – cavabdehin mübahisələndirilən müqavilənin bağlanması nəticəsində zənginləşdiyi, buna baxmayaraq hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini pozan hərəkətlərə yol verdiyi araşdırılmalı, müvafiq nəticəyə gəlmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması, daha sonra isə həmin öhdəliklərin onun tərəfindən pozulması sübuta yetirilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin bağlanması məqsədi ilə Qanuni nümayəndə1 tərəfindən aldadılması barədə dəlillər də öz təsdiqini tapmamış, mübahisə predmeti olan müqavilənin bağlanması ilə bağlı notariat əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmiş və müqavilənin məzmunu aydın şəkildə təsvir edilmişdir; müqavilənin yalan məlumatlar əsasında bağlanması və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmək üçün hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2, 666.1, 666.2 və 666.3, 668.1.1, 673.1.2, 673.3, 673.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1.3, 33.3, 34.12.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı Aydin qızı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında idd ia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilməmişdir. Bir ailə olaraq uzun müddət birlikdə yaşamış, təsərrüfatı birgə idarə etmişlər. Onlardan ayrı yaşadığı vaxtlarda da daim qayğılarını çəkmiş, kommunal xidmətləri pulunu ödəmiş, qardaşı Elşənin oğlu olan Cavidanın əməliyyat xərclərini iddiaçı vermişdir. Qardaşı Elşənin ailəsinin möhkəmliyi, maddi təminatlı olması üçün həmin bağ sahəni onun oğluna (cavabdeh Cavidana) bağışlamışdır. Lakin Cavidanın qanuni nümayəndələrindən biri olan anası Vəfa 2023-cü ilin dekabr ayında uşaqları, o cümlədən Cavidanla birlikdə evdən çıxıb getmiş və qardaşı ilə boşanmaya vermişdir. Sonradan onların hərəkətləri həm iddiaçıya, həm də yaxın qohumu olan doğma qardaşı Elşənə qarşı olmuş, yəni cavabdeh üzərinə düşən vəzifələri qanuni nümayəndəsi olan anası Vəfa vasitəsilə kobudcasına pozmuşdur. Məhkəmə kollegiyası tərəfindən bu maddənin tələbləri də kobud şəkildə pozulmuş, cavabdeh tərəfin yaxın qohumu olan qardaşı Elşənə qarşı olan qərəzli münasibətinə göz yummuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il Konstitusiya Məhkəməsinin Plenumun Qərarının tələbləri kobud şəkildə pozulmuş, həmin qərarda qeyd olunan hüquqi mövqeyi nəzərə alınmamışdır. 2

6. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İddia ərizəsində qeyd olunan hallar məhkəmə kollegiyasının iclasında tam sübut olunsa da, apellyasiya şikayətini qərəzli olaraq təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə2 tərəfindən iddia tələbi etiraf olunsa da, bu hala kollegiya diqqət yetirməmiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməmişdir. Eyni zamanda da cavabdehin iddianı etiraf etməsini qəbul etməməsi barədə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul olunmaması qərəzli olaraq göz yummuşdur.

28. Apellyasiya instansiyasının məhkəmə kollegiyası adı çəkilən qətnaməsində düzgün nəticəyə gəlməmiş, ailə münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin qanuni nümayəndəsi olan doğma qardaşının ailəsinin möhkəmliyinə, qardaşı oğlunun gələcəkdə maddi cəhətdən çətin vəziyyətdə qalmamasına görə mübahisəli bağ sahəni və evini ona bağışlamışdır. Lakin cavabdehin qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1 bundan sui-istifadə edərək daimi istifadəsində olan həmin bağ evindən onu əşyaları ilə birlikdə çıxarmaq (bu barədə iddiaçıya qarşı iddia qaldırmışdır), sonra isə bağını satmaq istəmişdir. Cavabdehin digər qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə2 məhkəmədə iddia tələbini qəbul etmiş (bu barədə məhkəməyə yazılı ərizəsini təqdim etmişdir), lakin birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbini etiraf etməsinə hü quqi qiymət verilməmiş, iddianı etiraf etməsini qəbul edilməməsi barədə qərardad qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini apellyasiya instansiyası da müdafiə edərək təkrarlamış, buna heç bir münasibət bildirməmişdir. Hətta apellyasiya məhkəməsinin mülki kollegiyasında sədrlik edən hakim tərəfindən iddia tələbini qəbul edən qardaşı Elşən (cavabdeh Cavidanın qanuni nümayəndəsi) məhkəmə iclas zalından qərəzli olaraq kənarlaşdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 30.1.14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrini n – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır.

31. Maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

32. Maddə 33.6.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir.

33. Maddə 33.7.Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.

34. Maddə 36.2.Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulm asına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

35. Maddə 666.1.Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

36. Maddə 666.2 və 666.3.Bağışlama müqaviləsinin predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

37. Maddə 668.1.1.Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır.

38. Maddə 673.1.2.Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

39. Maddə 673.3.İmtina yalnız onun əsa sının hədiyyə verənə məlum olduğu gündənbir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğve tməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər.

40. Maddə 673.4.Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsi

41. Maddə 1.3.Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ail ə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

42. Maddə 3.Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur.

43. Maddə 12.0.1.Valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

56. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşının ailəsinə daim maddi və mənəvi cəhətdən köməklik etmiş, ömrü boyu qazancını onlara sərf etmişdir. Cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə1 onunla çox mehriban münasibət yaratmış, inamı qazanmışdır. O həm də qardaşının ailəsini, möhkəmlətmək, uşaqlarının gələcəkdə əzabəziyyət çəkməməsini, mənzillə, bağ evi ilə təmin etmək məqsədilə bütün əmlaklarını, o cümlədən mənzillərini, t orpaq sahəsi ilə birlikdə bağ evini də onların ailəsinə vermək qərarına gəlmişdir. Ona görə də Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 qəsəbəsində yerləşən 1635 "B" saylı bağını (0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən sahəsi 123,9 kv.m. olan bağ evi) Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2020ci il tarixli "Daşınmaz əmlakın bağışlanması Müqaviləsi" (reyestr-40-1151) əsasında xx xxxxx 2008-ci il təvəllüdlü, 12-13 yaşlı qardaşı oğlu Cavabdeh bağışlamışdır. Cavidan yetkinlik yaşına çatmadığından həmin müqaviləni onun adından qanuni nümayəndələri olan ata-anası (Elşən və Vəfa) imzalamışlar. Bu müqavilə əsasında cavabdeh tərəf bağ sahəsinə dair Cavidanın adına çıxarış da almışdır. Həmin vaxtdan xeyli müddət sonra da, yəni 2023cü ilin sonunadək cavabdehin qanuni nümayənd əsi olan Qanuni nümayəndə1 onunla münasibətləri çox yaxşı olmuşdur. 2023-cü ilin sonlarında ona məlum olmuşdur ki, Vəfa qardaşı ilə mübahisə edərək yaşadıqları evdən uşaqları ilə birlikdə çıxıb getmişdir. Bundan başqa xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzillərindən birini qardaşı Elşənin qızı Selcana, digər mənzildə olan payını isə hazırda cavabdeh olan Cavidana vəsiyyət etmişdir. Ona qarşı haqsız hərəkətlər etdiyinə əmin olduqdan sonra həmin vəsiyyətnamələri də ləğv etdirmişdir. 2024-cü ilin aprel ayında isə onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Cavidan anasının yanında qalmışdır. Boşanmadan sonra Vəfa ondan hazırda mübahisə predmeti olan bağ sahəsini satmaq istədiyini və buna görə bağ sahəsini boşaltmağı tələb etmişdir. Vəfa məqsədinə nail olmadıqda isə ona qarşı "ev əşyaları ilə birlikdə həmin bağ sahəsindən çıxarılması” barədə tələblə məhkəmədə iddia qaldırmışdır. Onun bağışlama edərkən məqsədi ailələrinin möhkəmliyini qorumaq, uşaqlarının gələcəkdə maddi cəhətdən çətinlik çəkməmələri olmuşdur. Cavabdeh tərəf isə boşanmadan sonra isə oğlunun qanuni nümayəndəsi kimi hüquqlarından sui-istifadə etməyə başlamışdır.

57. Cavabdeh tərəf isə iddiaya etirazında göstərir ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi hədiyyə alan (cavabdeh) Cavabdeh iddiaçı ilə qohumluq (bibisi) münasibətlərindədir, məhz qohum olduğuna (qardaşı oğlu) görə iddiaçı cavabdehə iddia ərizəsində göstərdiyi bağ sahəsini 2020-ci il tarixdə qardaşı oğluna bağışlamışdır. Bağışlamanın motivində məhz qeyd edilən qohumluq münasibətləri durmuşdur. Cavabdeh ilə iddiaçı hazırda da qohum luq münasibətlərindədir. 2024-cü il tarixdə iddiaçının qardaşı ilə olan nikah münasibətləri məhkəmə qaydasında pozulmuşdur. Keçmiş əri Qanuni nümayəndə2 vəfat etmiş valideynlərini istisna etsələr özü, əri Elşən və onunla birgə rəsmi nikahdan anadan olmuş uşaqlarla birlikdə vahid ailə olaraq yaşamışlar. İddiaçı heç zaman ailənin üzvü olmamışdır, onunla bir ailə təsərrüfatında yaşamamışlar, qardaşı Elşən Hüseynzadə ilə nikah münasibətlərinin pozulmasının səbəbləri birgə nikahdan anadan olan Cavidan və Selcan adlı uşaqlarına, o cümlədən də İddiaçı heç bir aidiyyəti yoxdur. Hazırda üçünün xüsusi ilə də ayrı-ayrı cinsdən olan uşaqlarla bir darısqal otaqda yaşamağın çətin, mümkünsüz olmasını hesab edərək iddiaçıya qarşı bağ sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmişdir. Hədiyyəni a lan oğlu Cavidan hədiyyə verən bibisinə və onun yaxın qohumu (eyni zamanda özünün atası) olan qardaşına və digər yaxın qohumuna qarşı ümumiyyətlə cinayət törətməmişdir. Qanuni nümayəndəsi olduğu Cavabdeh hədiyyəni qəbul etmə anında və hazırda da az yaşlı həddi buluğa çatmamış şəxs hesab edilir, bu səbəbdən onun üzərinə ailə münasibətlərindən irəli gələn vəzifələr qoyula bilməz, Cavidanın hədiyyə alan kimi onun valideynləri onun və atası Qanuni nümayəndə2 arasında, eləcə də onun Susan Hüseynovla baş vermiş münasibətlərə hər hansı bir aidiyyəti yoxdur, böyüklər arasında baş vermiş hüquq münasibətlərinə görə azyaşlı Cavabdehlik daşıya bilməz. Hədiyyə alan, yəni Cavabdeh İddiaçı ailə üzvü olmamışdır, bağışlama müqaviləsi bağlanarkən hədiyyə verənə münasibətdə bağışlamanın predmeti ilə bağlı hansı hərəkətlər edəcəyi və etməyəcəyi haqda hər hansı öhdəlik götürməmişdir və nəhayət hədiyyə alan cavabdeh hədiyyə verən iddiaçıya qarşı ağır və xüsusilə ağır cinayət törətməmişdir.

58. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin gəldiyi nəticəyə görə baxılan işdə iddia tərəfinin Mülki Məcəllənin 673.1-ci maddəsində sadalanan əsaslardan hər hansı birinə istinadı və sübuta yetirməsi müəyyən olunmur.

59. İşin halları ilə müəyyən olunduğu kimi İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1, Bağ sahəsi 1635B saylı bağ evini Cavabdeh bağışlamış, müqaviləni Cavabdeh valideynləri olan Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 imzalamışdır. Bağ evi xx.xx.2020-cı il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir.

60. Bağışlamadan imtinanın əsaslar ının mövcudluğu ilə bağlı tərəflərin irəli sürdüyü faktiki hallar baxımından qiymətləndirilmə aparılması işə baxan məhkəmələr tərəfindən həyata keçirilməlidir.

61. Lakin göründüyü kimi məhkəmələr iddiaçının müvafiq maddədə (Mülki Məcəllənin 673.1) sadalanan əsaslardan hər hansı birinə istinadın olmaması və tələbdə irəli sürülənlərin sübut edilməməsini göstərməklə kifayətlənmiş, iddiaçının istinad etdiyi hər hansı bir dəlil qiymətləndirilməmişdir.

62. Qeyd edilməlidir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış say ılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bununla yanaşı, bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər.

63. Göründüyü kimi, bağışlama bir qayda olaraq cavab xidməti ilə şərtləndirilmədən hədiyyə alananın hədiyyə verən tərəfindən zənginləşdirilməsidir. Odur ki, bağışlamanın hansısa xüsusi bir şərtdən və ya öhdəlikdən asılı edildiyi iddia olunduqda tərəflər arasında belə bir şərtin razılaşdırıldığı sübuta yetirilməlidir. Başqa sözlə, tərəflərin arzuladıqları yeni hüquqi nəticənin (hüquq və öhdəliklərin) əmələ gəlməsi, yəni bildirilən şərtlərlə müqavilə bağlanması aşkar edilməlidir.

64. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ mü qavilə üçün müəyyən forma təyin edilməsin. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

65. Daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada – notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir.

66. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

67. Lakin ey ni zamanda nəzərə alınmalıdır ki, bağışlama müqaviləsində xüsusi olaraq göstərilməsə belə, hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi əsaslarından biridir. Bu, hədiyyə alanın müqavilədən deyil, qanundan irəli gələn öhdəliyidir.

68. Həmin əsasla bağışlamadan imtinanın qəbul edilməsi üçün ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələrin nədən ibarət olması ailə qanunvericiliyi əsasında dəqiq müəyyənləşdirilməli, həmin vəzifələr üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilmədiyi aydınlaşdırılmalı, özü də pozuntunun kobud olduğu qənaətinə gəlinməlidir. Bu halları sübut etmək yükü isə bağışlamadan imtina edən tərəfin üzərinə düşür.

69. İddiaçının dəlillərindən aydın olur ki, bağışlama müqaviləsi əsasında mübahisəli bağ sahəsini qardaşının oğlu olan Cavabdeh bağışlayarkən məqsədi, cavabdeh və onun digər ailə üzvləri arasında ailə münasibətlərini möhkəmlətmək, ailə birliyini saxlamaq, onları ailə olaraq mənzil-bağ sahəsi ilə təmin etməklə bağlı olmuşdur.

70. Cavabdeh həyat yoldaşı ilə boşandıqdan sonra isə həmin bağ sahəsində əvvəlki mülkiyyətçi olan iddiaçının çıxarılması ilə bağlı tələb irəli sürmüş, evi özgəninkiləşdirmək niyyətini, iddiaçıya bildirmişdir. Cavabdehin anası, eyni zamanda qanuni nümayəndəsinin mübahisəli bağ evini satmaq niyyəti aşkardır. Belə olan halda iddiaçı bağışlama anında nəzərdə tutduğu və nail olmaq istədiyi məqsədə çatmamış olur. Buna görə iddi açı bağışlamadan imtina ilə bağlı bildiriş göndərmişdir.

71. İşin mübahisəsiz halıdır ki, bağ sahəsi Cavabdeh bağışlanmış olsa da iddiaçı tərəfindən, cavabdehə və ya onun qanuni nümayəndələrinə təhvil verilməmiş, iddiaçı bağ sahəsindən istifadə və sahibliyini davam etdirir. Digər tərəfdən aydın olduğu kimi cavabdehin qanuni nümayəndələri arasında olan nikah pozulmuş, idarə etdikləri birgə yaşamlarına son qoymuşlar.

72. Qeyd edilməlidir ki, hər bir hüquqi hərəkətin, hər zənginləşdirmənin mütləq bir hüquqi səbəbi olmalıdır. Bu səbəb belə hərəkət iştirakçılarını, xüsusilə qazanan baxımından haqlı göstərilməyə yarayır. İki tərəfli hüquqi əqdlərdə, xüsusən müqavilələrdə əldə etmənin səbəbini tərəflər müqaviləyə daxil edirlər. Belə ki, qazandırmanın borc, bağışlama ya da təminat səbəbi ilə veril məsinə görə tərəflərin razılaşması əsas şərtdir. Tərəflər iradələrini müqavilənin səbəbi üzərində bir-birinə uygun olaraq bəyan etmiş olmalıdırlar. İradə bəyanları həm hüquqi, həm də səbəb üzərində bir bütün olaraq bir-birinə uyğunlaşmalıdır.

73. İddiaçının bildirdiklərinə görə bağışlama müqaviləsinin bağlanma səbəbi və müqavilənin bağlanmasının məqsədi iddiaçının qardaşı oğlu və onun həyat yoldaşı olan cavabdeh Qanuni nümayəndə1 arasındakı evlilik, birgə yaşamalarının davam etməsi ilə bağlı olmuşdur. O istəmişdir ki, onlar ailə olaraq bağ sahəsindən istifadə etsinlər, bağışlama müqaviləsi azyaşlı ilə bağlanmış olsa da niyyəti bağdan cavabdehin bütün ailə üzvlərinin istifadə etməsi ilə bağlı olmuşdur. Lakin onların evliliklərini sonlandırması vəziyyətində isə onlar arasında formalaşmış ail ə münasibəti əsası ortadan qalxmış olur. Yəni azyaşlı uşaq, onun atası və iddiaçının özü bağ evində yaşamaq imkanından məhrum olmuş olur.

74. Hər hansı əqdin qurucu elementi, əqdin iştirakçılarının niyyəti, hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönələn iradəsidir. Bu cür iradə ifadəsi onların niyyət və motivindən formalaşır. Niyyət, tərəflərin müqavilə bağlamaqda hansı məqsəd güddüklərini göstərir. Motiv isə, bu niyyəti doğuran daxili səbəblərdir. İddiaçının evi qardaşı oğluna bağışlamasının motivi sırf "ailə münasibətlərinin davamlılığı"na bağlı olub. Yəni bu, klassik təmənnasız, başqasının firavanlığını təmin etməyə yönələn öz şəxsi mənafeyini qurban verməkdən ibarət (altruistik) bağışlama deyil, əksinə ailə birliyinin qorunacağı gözləntisinə əsaslanmış bağışlama dır.

75. Baxılan işdə cavabdehin qanuni nümayəndəsinin hərəkətləri eyni ilə cavabdehin hərəkətini etiva etdiyindən bu hərəkət bağışlamanın motivini aradan qaldırmış, şəraiti birtərəfli olaraq dəyişmişdir.

76. Belə ki, işin hallarından aydın olduğu kimi hədiyyə alan azyaşlıdır, onun valideynləri arasında ailə hüquq münasibətlərinə son qoyulmuş və hədiyyə alan məhz Qanuni nümayəndə1 himayəsində saxlanmış və digər valideyindən isə onun saxlanması üçün aliment tutulmuşdur. Cavabdeh məhdud fəaliyyət qabliyyətli şəxsdir.

77. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üz vi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 3-cü maddəsi).

78. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

79. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

80. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

81. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan R espublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli qərarında onu da qeyd etməyi vacib hesab edir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olub-olmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

82. Beləliklə, ailə hüquq münasibətləri dedikdə, ailə üzvl əri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində müəyyən edilən hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətləri başa düşülür.

83. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

84. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış, qətnamə nin iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual normaların tələblərini pozmuşdur

85. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir

86. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, sadəcə bəzi qanunvericilik normalarını sadalayaraq, formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

87. Bu qaydalara riayət edilməməsi İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun, Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir.

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, süb utlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

89. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

90. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilərək təqdim olunmuş sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

91. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3125/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar