Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2801/2025 14.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3nə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:hərracın yekunları haqqında protokolun etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1129/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları
1. Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydi əsasında, ipoteka saxlayan "xxxx" KB ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Abşeron rayonu, Novxanı kəndində 0.10 ha torpaq sahəsində yerləşən əmlaka tutma yönəldilməsi barədə icra qeydi verilmişdir. İcra qeydinin verilməsi üçün sonrakı ipoteka müqaviləsi (xx.xx.2019-cu il tarixli), sonrakı ipoteka müqaviləsinə saziş (xx.xx.2022-ci il tarixli) notariusa təqdim edilmişdir. İcra qeydinin verilməsinə əsas 29KD/19-2 saylı əlavə kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş əsas borc, faiz və dəbbə pulu olmaqla, cəmi 17.624,47 manat olmuşdur. 2. xx.xx.2023-cü il tarixli icra üzrə icraata başlamaq ha qqında qərar ilə, Bakı şəhəri, Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru həmin tarixdə icraatına daxil olmuş, Bakı şəhəri, 32 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr saylı icra qeydi (sənədi) üzrə icraata başlamışdır.
3. Hazırda İddiaçı Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsi və Cavabdeh3 MMC tərəfindən mülkiyyətində olmuş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin hərrac yolu ilə satışı ilə əlaqədar keçirilmiş X3 barədə xx.xx.2024-cü il tarixli, 49/24 saylı protokolun və həmin protokolun hüquqi nəticəsi olaraq "xxxx" KB ASCnin adına verilmiş çıxarışı mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə və Cavabdeh3 MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən mülkiyyətində olmuş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin hərrac yolu ilə satışı ilə əlaqədar keçirilmiş X3 haqqında xx.xx.2024-cü il tarixli, 49/24 saylı protokolun və həmin protokolun hüquqi nəticəsi olaraq cavabdeh "xxxx" KB ASC-in adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 32 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-9874 reyestr nömrəli icra qeydinə əsasən 29KD/19-2 saylı əlavə kredit müqaviləsi üzrə müddət üçün vaxtında ödənilməmiş 16.722,10 manat əsas borc, 818,90 manat faiz, 83,47 manat dəbbə pulu olmaqla, cəmi 17.624,47 m anat ödənilməmiş borcun onun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə (əmlaka) yönəldilmişdir. Qeyd olunan icra sənədi üzrə cavabdeh Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında ona istər poçt vasitəsilə, istərsə də şəxsən bildiriş təqdim edilməmişdir. Hazırkı iddia ərizəsinə qoşma edilmiş icraata başlamaq haqqında qərardan, tələbin könüllü icrası haqqında bildirişdən və hərracın keçirilməsi haqqında sifariş məktublarından və xüsusən də, həmin məktubların çıxış tarixlərindən görünür ki, icra məmuru xx.xx.2023-cü il tarixdə başladığı icraat haqqında onu məlumatlandırmamış, tələbin könüllü icrası haqqında bildirişi ona təqdim etmədən, yəni icraatın başladığı tari xdən təxminən 4 ay sonra hərracın təşkili ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh hərrac təşkilatına sifariş məktubu göndərmişdir. Bununla da, icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildirişin verilmədiyi faktı təsdiqini tapmış olur. Həmin qanun pozuntularının davamı olaraq cavabdeh icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus torpaq sahəsinin hərrac yolu ilə satışı üçün sifariş verilmiş və həmin sifariş əsasında digər Cavabdeh3 MMC onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edərək qanunsuz hərrac keçirərək ondan xəbərsiz, mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin guya hərrac yolu ilə satışı baş tutmadığı əsası ilə onun həmin əmlakı qoyulmuş ən ucuz qiymətdən də 25 % aşağı qiymətə, yəni 21.675 manat dəyərində cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2024-cü il tarixdə təklif edilmişdir. Cavabdeh3 MMC tərəfindən keçirilmiş qanunsuz hərracın yekununa dair xx.xx.2024-cü il tarixli “Hərracın yekununa dair” 49/24 saylı protokol əsasında Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi guya hərrac yolu ilə satışı baş tutmadığı əsası ilə onun həmin əmlakı qoyulmuş ən ucuz qiymətdən də 25 % aşağı qiymətə, yəni 21.675 manat dəyərində cavabdeh "xxxx" KB ASC tərəfindən qanunsuz olaraq əldə edilmişdir. Xüsusi mülkiyyətində olmuş, torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 MMC tərəfindən keçirilmiş hərrac tam qanunsuzdur. Buna görə də, cavabdehlər tərəfindən sifariş və təşkil edilmiş hərracın xx.xx.2024-cü il tarixli “Hərracın yekununa dair” 49/24 saylı proto kol etibarsız hesab edilməli və həmin protokolun hüquqi nəticələri ləğv edilməlidir. Cavabdehlər tələbkar bankla əlbir olub onsuz da əmlaka qoyulmuş qiymətdən narazı qalmasına baxmayaraq, ipoteka ilə yüklü edilmiş əmlakı dəyər-dəyməzə guya hərracın baş tutmadığı əsası ilə ipoteka predmetinin ilkin satış qiymətindən 25 % aşağı qiymətə 21.675 manat dəyərində tələbkar banka təklif etmişlər. Qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. Ona hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac “İpoteka haqqında” Qanun ilə müəyyə n edilmiş qaydalar pozulmaqla keçirilmişdir.
6. Cavabdeh3 MMC iddiaya etiraz ərizəsi göndərərək, qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsi tərəfindən verilmiş 17/68№250016-4 saylı, xx.xx.2024-cü il tarixli sifariş məktubundan görünür ki, Bakı şəhəri 32 saylı notariat ofisinin 8İ-9874 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, ilkin satış dəyəri 34.000 manata olmaqla, İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin açıq hərracda satılması Cavabdeh3 MMC-yə sifariş olunmuşdur (xx.xx.2024-cü il tarixli sifarişin surəti əlavə edilir). Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 01 mart 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı, tələbkar "xxxx" KB ASC-yə 115/24 saylı, xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir (bildirişin, poçt qəbzinin, xəbərnamənin surəti əlavə edilir). İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə “Şərq” qəzetində dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“eherrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz-mülahizəyə əlavə edilən “hərracın baş tutmamasına dair” 01 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır (xx.xx.2024-cü il tarixli protokolun surəti əlavə edilir). 01 mart 2024-cü il tarixə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15 % aşağı qiymətə, yəni 28.900 (iyirmi səkkiz min doqquz yüz) manata olmaqla 19 mart 2024-cü il tarixə, saat 10.00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixdə “Şərq” qəzetində dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“e-herrac.com”) yerləşdirilmişdir. Sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Şərq” qəzetində və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“eherrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz-mülahizəyə əlavə edilə n “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli, 207/24 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir (bildirişin və poçt qəbzinin surəti əlavə edilir). Hazırkı etiraz-mülahizəyə əlavə edilən “hərracın baş tutmamasına dair” 19 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, 19 mart 2024-cü il tarixə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2024-cü il tarixdə kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e- herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz-mülahizəyə əlavə edilən «xx.xx.2024-cü il tarixli, 261/24 saylı ipoteka predmetinin əld ə olunmasına dair» təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" KB ASC xx.xx.2024cü il tarixli məktubla ipoteka predmetini təklif edilən 21.675 manata əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X1” nəzdində Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 49/24 saylı “X3 barədə protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh3 MMCin xx.xx.2024-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan x üsusatlardan, eləcə də etiraz mülahizəyə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Cavabdeh3 MMC yuxarıda qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3654/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia rədd edilmişdir.
8. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi icra məmuru tərəfindən “ İcra haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş, tələbin könüllü icra edilməsinə dair bildirişin ona göndərilməməsinə (ona rəsmi qaydada təqdim olunmamasına) istinad etmiş və bu səbəbdən bütövlükdə həyata keçirilmiş hərracın hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir.
9. Məhkəmə tərəfindən aidiyyəti üzrə Binəqədi rayon İcra Şöbəsinə icra işinin məhkəməyə təqdim edilməsinə dair sorğu ünvanlanmasına baxmayaraq, icra işi məhkəməyə təqdim edilməmişdir. Bununla belə, məhz iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş icra işi üzrə sənədlərdən müəyyən edilmişdir ki, icra məmuru icra qeydinin icraata qəbul edilməsi barədə qərar qəbul etdikdən sonra borcluya tələbin könüllü icrası barədə xx.xx.2023-cü il tarixli bildiriş ünvanlamışdır. Məhz bundan sonra, qanunvericilikdə müəyyən edilmiş 2 aylıq müddəti gözləmiş, bundan xeyli müddət sonra xx.xx.2024-cü il tarixdə hərrac təşkilatına hərracın keçirilməsi barədə bildiriş ünvanlamışdır. Göründüyü kimi, icra icraatı çərçivəsində icranı həyata keçirən orqan borcluya tələbin könüllü icrası barədə bildiriş göndərdikdən sonra qanunla müəyyən edilmiş müddəti gözləmiş, lakin bu müddət ərzində tələb borclu tərəfindən könüllü icra edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır.
10. Bundan başqa, istər icra qeydinin aparılmasına əsas olan sənədlərdən, istərsə də, hərracın təşkili ilə bağlı sənədlərdən müəyyən edilmişdir ki, müvafiq icraatı həyata keçirən subyektlər borclunu həyata keçirilən icraat barədə xəbərdar etmişlər. Lakin borclu ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydinin verilməsi üçün tə ləbkar tərəfindən göndərilmiş bildirişi, habelə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı bildirişləri almasına baxmayaraq həmin mərhələlərdə aparılan icraatı mübahisələndirməmiş, özünün yerinə yetirməli olduğu öhdəliyi icra etməmişdir.
11. Məhkəmə xüsusilə vurğulamışdır ki, təqdim edilmiş müvafiq hesabdan çıxarışa əsasən müəyyən edilir ki, borclu tərəfindən kredit müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş həyata keçirilmişdir. Sonrakı 90 təqvim günü müddətində, habelə ondan sonrakı dövr üçün isə borclu öhdəliklərini icra etməmişdir. Odur ki, hazırda iddiaçı tərəfindən öz vəzifələrini icra etmədən hüquqlarını tələb etməsi, yəni yeganə dəlil olaraq icra məmuru tərəfindən ona könüllü icra üçün bildiriş göndərilməməsinə istinad edərək həyata keçirilmiş icra hərəkətlərinin etibarsız hesab edilməsi barədə tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
12. İddiaçı və bank arasında olan kredit müqavilələrinin davamlı xarakter daşımasını (tərəflər münasibətlərini əlavə saziş və s. formada rəsmiləşdirməklə uzatmışlar) nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı özünün bank qarşısında öhdəliklərinin icrasından xəbərdar olmuş, bu müddət ərzində həmin öhdəliklərin icrası istiqamətində əməli davranış nümayiş etdirməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, hərrac Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunununda müəyyənləşdirilmiş qaydaları pozmaqla həyata keçirildikdə etibarsız sayıla bilər. Hazırki halda isə, işin araşdırılmış halları ilə açıq hərracın qanunla müəyyən edilmiş qaydalara riayət edilməklə h əyata keçirildiyi müəyyən edildiyindən və bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən buna dair iddia təmin edilməməlidir.
14. Məhkəmə yuxarıda qeyd olunanlara istinad edərək hesab etmişdir ki, iddia tələbi bütövlükdə əsassızdır və təmin edilə bilməz.
15. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 269, 319, 416, 560-cı maddələrinə, “İpoteka haqqında” Qanununa, “Notariat haqqında” Qanununa, “İcra haqqında” Qanuna istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq norm aların kobud pozulması ilə qəbul edildiyindən, habelə məhkəmə qətnaməsinin əsaslandırılmadığı, mülki işin faktiki halların tam araşdırılmadığı və onlar tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara münasibətdə düzgün hüquqi qiymət verilmədiyi əsası ilə ləğv edilməli və iddia tələbinin tam həcmdə təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə iddia tələbi üzrə heç bir ədalətli məhkəmə araşdırması aparmayaraq, ehtimallara əsaslanaraq iddia tələbini təmin etməmişdir. Dəfələrlə məhkəmədən icra işinin tələb edilməsini xahiş etsələr də, məhkəmə icra məmurunun qanunsuz və əsassız olaraq icra işinin məhkəməyə təqdim olunmasından imtina edilməsi ilə kifayətlənərək mülki iş üzrə araşdırmanı tələm-tələsik yekunlaşdırıb nəticə etibarı ilə qanunsuz qətnamə qəbul etmişdir.
18. İşə apellyasiya qaydasında baxılarkən "xxxx" KB ASC-nin vəsatətinə əsasən məhkəmə kollegiyası tərəfindən əmlakın yeni alıcısı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
19. İşə baxılan zaman məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, hərracla bağlı mübahisələndirilən bildirişdəki imza iddiaçıya məxsus deyil.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1129/2025 nömrəli, 3 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov, sədrlik edən, məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhk əmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarında olan xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli poçt göndərişində bildirişin “Huseynov” adlı şəxs tərəfindən qəbul edildiyi aydın olur. İddiaçı məhkəmə iclasında izahat verən zaman bildirişin çatdırıldığı ünvanda, yəni ünvan 2 Ş.Məmmədova küçəsi, ev 3, mənzil 151 ünvanında ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etmişdir. Apellyasiya şikayətinin dəlillərindən də aydın olur ki, iddiaçı məhz poçt bildirişlərini qəbul edənin özü olmadığını, yəni İddiaçı olmadığını bildirərək X3 barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, AR MPM-in 135.3-cü maddəsinin göstərişlərindən aydın olur ki, poçt göndərişlərini çatdırmaq vəzifəsi daşıyan şəxs göndərişin ünvanlandığı şəxsi həmin ünvanda tapmadıqda, poçtu onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim edə bilər.
23. Bununla da, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı dolayı yolla da olsa, ona ünvanlanmış bildirişlərin məzmunu ilə tanış olmuşdur.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki mülki işdə ekspert rəyi ilə aydın olur ki, hərracla bağlı mübahisələndirilən bildirişdəki imza iddiaçıya məxsus deyil, buna baxmayaraq iddiaçının əvvəlki məhkəmə iclasında “bildirişin onunla yaşayan ailə üzvü tərəfindən qəbul edilməsi” barədə izahatı nəzərə alınaraq hesab edilmişdir ki, hərrac təşkilatının göndərdiyi bildiriş ünvana çatdırılmışdır.
25. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş materiallarından, hərrac bil dirişləri, “Şərq” qəzetinin çıxarışlarından görünür ki, hərrac təşkilatçısı qanunvericiliyin tələblərinə əməl etməklə, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan dərc etməklə, bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərmişdir. Nəticə etibarilə 2 hərrac: 01 mart 2024-cü il tarixli ilkin hərrac və 19 mart 2024-cü il tarixli təkrar hərrac keçirilmişdir. 2 hərrac da baş tutmadığından 16 aprel 2024-cü il tarixli, 49/24 №-li X3 barədə Protokola əsasən ipoteka predmeti "xxxx" ASC-yə 21.675 (iyirmi bir min altı yüz yetmiş beş) manata satılmışdır.
26. Hazırkı halda iddiaçının ərizəsi, apellyasiya şikayəti və məhkəmədə verdiyi izahatlardan müəyyən olunmuşdur ki, iddiaçı hərrac təşkilatının və hərracın keçirilməsinin prosedur qay dalarının pozulması yox, əsasən poçt göndərişlərinin onun tərəfindən əldə edilməməsi faktı ilə çıxış etmişdir.
27. Məhkəmə kollegiyası hərracın keçirilməsi ilə bağlı məlumat vermək vəzifəsinin bildirişi göndərməkdən ibarət olması ilə bağlı bankın nümayəndəsinin bildirdiklərini əsaslı hesab etmişdir.
28. Məhkəmə kollegiya iddiaçı tərəfin apellyasiya şikayətində xüsusi olaraq vurğuladıqları başqa bir halla, yəni ipoteka predmetinin ilkin satış qiymətindən 25% aşağı qiymətə 21.675 manat dəyərində əldə edilməsi ilə bağlı dəlilləri barədə qeyd etmişdir ki, hazırkı halda iş üzrə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla təsbit edilmiş qaydalara əməl edilməklə (tərəflərə müvafiq bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elan dərc edilmiş) keçirildiyi müəyyən e dilmişdir.
29. İpoteka qoyulmuş əmlakların hərraclarda ilkin və endirilmiş qiymətə satılmaması, lakin tələbkarların həmin əmlakı əldə etdikdən qısa müddət sonra, həmin əmlakı onun ilkin satış qiymətindən əhəmiyyətli dərəcədə, bəzən isə dəfələrlə artıq qiymətə, həm də asanlıqla satması məsələsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, baxılan işlər üzrə məhkəmə təcrübəsi göstərir ki, həqiqətən də keçirilən hərraclarla bağlı oxşar problemlərin mövcudluğu danılmazdır, lakin bu məsələ məxsusi araşdırılma tələb etdiyindən, onun hazırkı icraat çərçivəsində həlli mümkün deyildir.
30. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 319.1, 414.2, 415.2-ci maddələrinə, “İpoteka haqqında” Qanuna və “İcra haqqında” Qanuna istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində i craat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə maddi və prosessual normaların tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, apellyasiya məhkəməsi işin həqiqi hallarını tam və obyektiv araşdırmamış, həmin hallara düzgün hüquqi qiymət verməyərək, yalnız ehtimallara əsalanan qətnamə qəbul etmişdir. Hətta eyni analoji işlərlə bağlı məhkəmə təcrübəsinə dair müvafiq məhkəmə qətnamələri məhkəməyə təqdim olunsa da, qanunsuz və əsassız olaraq məhkəmə kollegiyası məhkəmə xəttşünaslıq ekspertiza rəyini sübut kimi qəbul etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh "xxxx" KB ASC kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
35. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya i xtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
36. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
37. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququn u əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
38. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.
39. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur.
40. Maddə 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılı r.
41. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
42. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alı ş qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.
43. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur.
44. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şə rtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
45. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
46. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
47. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçiri lir.
48. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
49. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
50. Maddə
44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
51. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır.
52. Maddə 61.1 və 61.2. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. İddiaçının kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
61. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməs i və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
63. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, mülki iş materiallarında olan xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli poçt göndərişində bildirişin “Huseynov” adlı şəxs tərəfindən qəbul edildiyi aydın olur. İddiaçı məhkəmə iclasında izahat verən zaman bildirişin çatdırıldığı ün vanda, yəni ünvan 4ayılov küçəsi 1 “B” və ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşadığını təsdiq etmişdir. Apellyasiya şikayətinin dəlillərindən də aydın olur ki, iddiaçı məhz poçt bildirişlərini qəbul edənin özü olmadığını, yəni İddiaçı olmadığını bildirərək X3 barədə protokolun və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır.
64. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, AR MPM-in 135.3-cü maddəsinin göstərişlərindən aydın olur ki, poçt göndərişlərini çatdırmaq vəzifəsi daşıyan şəxs göndərişin ünvanlandığı şəxsi həmin ünvanda tapmadıqda, poçtu onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə təqdim oluna bilər.
65. Bununla da, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı dolayı yolla da olsa, ona ü nvanlanmış bildirişlərin məzmunu ilə tanış olmuşdur. Belə ki, mülki iş materiallarından, hərrac bildirişləri, “Şərq” qəzetinin çıxarışlarından görünür ki, hərrac təşkilatçısı qanunvericiliyin tələblərinə əməl etməklə, hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində elan dərc etməklə, bu barədə icra işi üzrə tərəflərə sifarişli poçt göndərişi (məktubu) ilə bildirişlər göndərmişdir. Nəticə etibarilə 01 mart 2024-cü il tarixdə ilkin hərrac və 19 mart 2024-cü il tarixdə təkrar hərrac keçirilmişdir. Lakin, təkrar hərrac da baş tutmadığından 16 aprel 2024-cü il tarixli, 49/24 saylı açıq “Hərracın yekunları barədə” Protokola əsasən ipoteka predmeti "xxxx" ASC-nə 21.675 manata satılmışdır. Hazırkı halda iddiaçının ərizəsi, apellyasiya şikayəti və məhkəmədə verdiyi izahatlardan müəy yən olunmuşdur ki, iddiaçı hərrac təşkilatının və hərracın keçirilməsinin prosedur qaydalarının pozulması yox, əsasən poçt göndərişlərinin onun tərəfindən əldə edilməməsi faktı ilə çıxış etmişdir.
66. Apellyasiya instansiyası məhkəməsi, hərracın keçirilməsi ilə bağlı məlumat vermək vəzifəsinin bildirişi göndərməkdən ibarət olması ilə bağlı bankın nümayəndəsinin bildirdiklərini əsaslı hesab etmişdir.
67. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının ipoteka predmetinin ilkin satış qiymətindən 25% aşağı qiymətə, yəni 21.675 manata satılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda iş üzrə tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunda təsbit edilmiş qaydalara əməl edilməklə (tərəflərə müvafiq bildirişlər göndərilmiş, kütləvi infor masiya vasitələrində elan dərc edilmiş) keçirildiyi və ipoteka predmetinin ilkin satış qiymətinin ilkin və təkrar hərracın qaydalarına uyğun olaraq aşağı düşdüyü müəyyən edilmişdir.
68. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyun 2025-ci il tarixli, 2(103)1129/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.