Məhkəmə qərarları › İş №2(102)-3790/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3790/2025

12.01.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3790/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh bağışlama müqaviləsinin, vərəsəlik şəhadətnaməsnin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 sentyabr 2025-ci il tarixli, 2(104)-1303/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Əliyev Məmməd Əli oğlu və X5 1952-ci ildə ailə qurmuş, 23 sentyabr 1965-ci il tarixdə isə rəsmi nikah bağlamışlar. Faktiki nikahlarından xx xxx 1953-cü il tarixdə İddiaçı doğulmuşdur.

2. Vəsiyyətnamə üzrə Vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 rayonu, Rüsrəm Əliyev kəndində yerləşən 0,25 ha torpaq sahəsində olan 1959-cu il tarixdə tikilmiş yaşayış evini Cavabdeh vəsiyyət etmişdir. 3. 27 may 1993-cü il tarixdə bağlanılmış bağışlama müqaviləsinə əsasən Əliyev X21 Əliyev kəndində yerləşən 1959-cu ildə hörülmüş 2500 kv metr həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evini X9 bağışlamışdır.

4. Hüquqların Dövlət Reyestri haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı ilə Gədəb əy rayonu, Rüstəm Əliyev kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə X6 mülkiyyət hüququ 20 noyabr 2008-ci il tarixdə qeydə alınmışdır.

5. Əmlak Məsələləri Dövlət Xitməti Daşnmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən İddiaçı 01 fevral 2022-ci il tarixdə göndərilmiş məktubda qeyd edilmişdir ki, Əliyev Məmməd Nazim oğluna məxsus olmuş Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evinə dair X7 adına verilmiş Çıxarışın ləğv edilməsi səlahiyyətləri xaricindədir və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli Qəradadına əsasən İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin Qərardaddan həmçinin qeyd edilmişdir ki, iddiaçının atası Əliyev Məmməd Əli oğlu 27 avqust 1995-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı Əliyev Məmməd Əli oğlu ilə X14 arasında Gədəbəy Rayon Notariat Kontorunda bağlanmış 27 may 1993-cü il tarixli K-D-l-315 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən X6 adına verilmiş xx.xx.2008-ci il tarixli **********91-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, Gədəbəy Rayon Notariat Kontorunda təsdiq edilmiş 24 aprel 1996-cı il tarixli K-2B-46 reyestr nömrəli vəsiyyətnamənin, Şəmkir Rayon 1 saylı Notaiat Kontorundan Cavab deh verilmiş 27 noyabr 2008-ci il tarixli 2v-385 reyestr nömrəli vəsiyyətnamə üzrə X18 Şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh adına verilmiş 11 dekabr 2008-ci il tarixli **********91-10301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi tələbləri ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, atası Əliyev Məmməd Əli oğlu ilə anası X5 xx.xx.1965-ci il tarixdə Gədəbəy RİHB-nın nikah bağlamışlar. Onların nikah münasibətlərindən o, Musa Əliyev və Svetlana Əliyeva doğulmuşlar. Atası Əliyev Məmməd Əli oğlu 27 avqust 1995-ci il tarixdə, anası X5 isə 15 mart 2007-ci il tarixdə ölmüşlər. Atasından Gədəbəy rayonu, Miskinli kəndində 0,15 ha torpaq sahəsi və ümumi sah əsi 40 kv metr olan fərdi yaşayış evi miras qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə atasının ölümündən sonra qalmış həmin əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, lakin cavabdehin apellyasiya şikayəti ilə qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Atasından miras qalmış əmlaka vərəsəlik hüquqi haqqında şəhadətnamə almaq üçün 2021-ci ilin oktyabr ayında Gədəbəy rayon Notariat Ofisinə müraciət etmişdir. Gədəbəy Rayon Notariat Ofisindən tərəfindən DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 01 fevral 2022-ci il tarixdə bildirilmişdir ki, Əliyev Məmməd Əli oğluna məxsus olmuş, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi ya şayış evinə dair X6 və Cavabdeh adına tərtib edilmiş Çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra məlum olmuşdur ki, atası ilə qardaşı qızı X14 arasında 27 may 1993-cü il tarixdə bağışlama müqaviləsi bağlanmış, atası torpaq sahəsi və yaşayış evini X9 bağışlamışdır. Həmin əmlak X6 adına qeydiyyata alınmış və ona Çıxarış verilmişdir. X1 həmin əmlakla bağlı cavabdehə vəsiyyətnamə vermiş, cavabdeh vəsiyyət edənin ölümündən sonra, yəni, 27 noyabr 2008-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra isə həmin əmlaka cavabdehin hüquqları qeydə alınmış və ona Çıxarış verilmişdir. Yəni, cavabdeh qanunsuz hərəkətləri ilə onun atasına m əxsus olmuş əmlakı əldə etmişdir.

9. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, mərhum nənəsi X14 iddiaçının atası X10 qardaşı qızı olmuşdur. X23 Gədəbəy rayonunun Miskinli kəndindəki evində yaşamışdır. Ömrünün son illərində o, tək qaldığına görə ona nənəsi baxmışdır. Buna görə də Məhəmməd Əliyev 1993-cü ildə Miskinli kəndində yerləşən torpaq sahəsini və evini nənəsi İsayeva Bəstiyə bağışlamış, bağışlama müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Bundan sonra həmin əmlaka nənəsi Bəsti Qasımovanın mülkiyyət hüququ qeydə alınmış, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhəmməd Əliyev 1995-ci ildə vəfat edərkən onu nənəsi və babası Şamil Qasımov dəfn etmişlər. Nənəsi 30 avqust 2008-ci ildə vəfat etmiş, həmin tarixə qədər həmin evdə babası Şəmıl Qasımovla birlikdə yaşamışdır. Həmçinin nənəsinin ölümündən sonra babası Şəmil Qasımov qeyd edilən evdə ölənədək yaşamıçdır. Nənəsi həmin əmlakı ona vəsiyyət etmiş, onun ölümündən sonra onun tərəfindən verilmiş vəsiyyətnaməyə uyğun olaraq əmlakla əlaqədar ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı atası Məhəmməd Əliyevdən hər-hansı mirası qəbul etməmişdir. İddiaçı və onun bacı-qardaşları əmlakın ataları tərəfindən nənəsinə bağışlandığını bilmişlər. X23 tərəfindən bağışlama müqaviləsinin imzalandığı dövrdə qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən bütün iddialar üzrə iddia müddəti üç il olmuşdur. Həmçinin hazırda qüvvədə olan Mülki Məcəllədən göründüyü kimi, umumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağ lı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir. İddiaçının atası 1995-ci ildə vəfat etmiş, onun vəfatından sonra da həmin evdə nənəsi və babası yaşamışlar. İddiaçı bu illər ərzində həmin evin nənəsinin və daha sonra da onun mülkiyyətində olduğunu bilmişdir. İddiaçı 2021-ci ildə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, guya atasından qalmış mirasın qəbul edilməsi haqqında qətnamə çıxarılmışdır. Lakin bu qətnamə hazırda Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Ona görə də iddia müddətlərinin keçdiyini nəzərə alaraq iddia tələblərinin rədd olunması haqqında qətnamı çıxarılmasını xahiş edir.

10. Məhkəmə iclasında şahid kimi dindirilmiş X20 göstərmişdir ki, iddiaçının qardaşıdır. Mübahisəli evi atası Məmməd Əliyev Gədəbəy rayonu, Rüstəm Əliyev kəndi, indiki Miskinli kəndində anası Xeyransa Məmmədova ilə birlikdə tikmişlər. O, həmin evdə doğulub yaşamışdır. Valideynlərinin ölümündən sonra iddiaçı həmin əmlakı miras kimi qəbul etmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsi və evi mülkiyyətinə keçirmişdir.

11. Məhkəmə iclasında şahid kimi dindirilmiş X15 göstərmişdir ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən torpaq sahəsi və üzərindəki ev iddiaçının atası Məmməd Əliyevə məxsus olmuşdur. Onun ölümündən sonra evdə Xeyransa və onun qardaşı qızı Bəsti yaşamışlar. İddiaçı və cavabdeh arabir evə gəlib getmişlər. O, həyat yoldaşı X16 ilə birlikdə qonşu kimi evə və həyətə nəzarət etmişlər.

12. Məhkəmə iclasında şahid kimi dindirlmiş X3 şadid Solmaz Həşim qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir.

13. Gədəb əy Rayon Məhkəməsinin (hakim Fizuli Mirzəquliyev) 18 aprel 2025-ci il tarixli, 2(042)-60/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 245-ci maddəsinin birinci hissəsinə əsasən bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mülkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunmuşdur.

15. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının valideynləri Əliyev Məmməd Əli oğlu və X5 23 sentyabr 1965-ci il tarixdə nikah bağlamışlar. Barəsində mübahisə edilən Gədəbəy rayonu, Miskinli kəndində yerləşən torpaq sahəsi üzərində olan ev isə 1959-cu ildə, iddiaçının valideynləri nikah b ağladıqları vaxtdan daha əvvəl inşa edilmişdir.

16. İddiaçının atası Əliyev Məmməd Əli oğlu 23 may 1993-cü il tarixdə cavabdehin nənəsi X14 ilə bağışlma müqaviləsi bağlayarkən, notariat hərəkətini aparan notarius bu halı nəzərə alaraq müqaviləni təsdiq etmişdir.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, həmin bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən o halı da, nəzərə almışdır ki, müqavilə bağlanılarkən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində həmin əsasla əqdin etibarsız hesab edilməsi haqqında norma yoxdur.

18. Bundan başqa, müqavilə bağlanılarkən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən ümumi iddia müdəti üç ildir və iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddiaçı bu axımın baş landığı vaxtla əlaqədar heç bir sübut təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə bağışlama müqaviləsinin bağlandığı 23 may 1993-cü il tarixdən keçmiş 32 il ərzində iddiaçı əmlakın başqa şəxslərin mülkiyyətinə keçməsini bilmişdir və ya əgər həmin əmlakı faktiki olaraq, miras kimi qəbul etmişdirsə bilməli idi. Yəni, bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Bağışlama müqaviləsi etibarlı müqavilə olduğu üçün həmin müqavilənin etibarlılığı ilə əlaqədar olan nəticələr də, etibarlıdır. Ona görə də, iddia tələbləri təmin edilməməlidir.

19. Məhkəmə mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin 39, 44, 73,77, 78, 82, 111, 126, 245-ci maddələrinə, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1133.1, 149.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəm əsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)60/2025 saylı, xx.xx.2025-ci il tarixli nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, atası Əliyev Məmməd Əli oğlu ilə anası X5 xx.xx.1965-ci il tarixdə Gədəbəy RİHB-nın nikah bağlamışlar. Onların nikah münasibətlərindən o, X20 və X8 olmuşdur. Atası Əliyev Məmməd Əli oğlu 27 avqust 1995ci il tarixdə, anası X5 isə 15 mart 2007-ci il tarixdə ölmüşlər. Atasından Gədəbəy rayonu, Miskinli kəndində 0,15 ha torpaq sahəsi və ümumi sahəsi 40 kv metr olan fərdi yaşayış evi miras qalmışdır. Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə atasının ölümündən sonra q almış həmin əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, lakin cavabdehin apellyasiya şikayəti ilə qətnamə ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Atasından miras qalmış əmlaka vərəsəlik hüquqi haqqında şəhadətnamə almaq üçün 2021-ci ilin oktyabr ayında Gədəbəy Rayon Notariat Ofisinə müraciət etmişdim. Gədəbəy Rayon Notariat Ofisindən tərəfindən DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, DƏDRX-nin 11 saylı Şəmkir Əraziİdarəsinin 01 fevral 2022-ci il tarixdə bildirilmişdir ki, Əliyev Məmməd Əli oğluna məxsus olmuş, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən fərdi yaşayış evinə dair X6 və Cavabdeh adına tərtib edilmiş Çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra məlum olmuşdur ki, atası ilə atasının qardaşı qızı X14 arasında 27 may 1993-cü il tarixdə bağışlama müqaviləsi bağlanmış, atası fərdi yaşayış evini X9 bağışlamışdır. Həmin əmlak X6 adına qeydiyyata alınmış və ona Çıxarış verilmişdir. X1 həmin əmlakla bağlı cavabdehə vəsiyyətnamə vermiş, cavabdeh vəsiyyət edənin ölümündən sonra, yəni, 27 noyabr 2008-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bundan sonra isə həmin əmlaka cavabdehin hüquqları qeydə alınmış və ona Çıxarış verilmişdir. Yəni, cavabdeh qanunsuz hərəkətləri ilə onun atasına məxsus olmuş əmlakı əldə etmişdir. Mərhum atası Əliyev Məmməd Əli oğlu ilə anası X5 xx.xx.1965-ci il tarixdə nikahlarını qeyd etdirsələr də, lakin onlar fa ktiki olaraq 1952-ci ildə evlənmişlər. Nikahlarını sonradan rəsimləşdirmişlər. Qeyd olunan torpaq sahəsində iki yaşayış evi mövcud olmuş birinci ev 1959-cu ildə ikinci ev isə 1966-cı ildə inşa edilmişdir. Bu hal onu təsdiq edir ki, həmin evlər mərhum atası Əliyev Məmməd Əli oğlu ilə anası X4 birgə nikahlarında inşa edilmişdir. Bundan başqa Bağışlama müqaviləsi bağlanılarkən o, digər qardaşı, bacısı və mərhum anası həmin evdə qeydiyyatda olmuşdur. Lakin notariat kontoru həmin əmlakı mərhum atası Əliyev Məmməd Əli oğlu ilə anası X5 birgə nikah dövründə əldə etmələrini və həmin ünvanda qeydiyyatda olan şəxslərin razılığını almdan bağışlama müqaviləsini təsdiqləmişdir. Həmçinin o, iddia müddətini ötürməmişdir. O, hüququnun pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət etmişdir.

22. Cavabdeh a pellyasiya şikayətinə qarşı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti əsassızdır, onun dəlillərinin qanuni əsası yoxdur və buna görə də rədd edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin təmin edilməməli və Gədəbəy rayon məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasına dair qətnamə çıxarılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, onun mərhum nənəsi X14 iddiaçının atası Əliyev Məmməd Əli oğlunun yaxın qohumu (qardaşı qızı) olmuşdur. Mərhum Məmməd Əliyev rayonun Miskinli kəndindəki evində yaşamışdır. Nənəsi isə qonşu Musayal kəndində öz ailəsi ilə birlikdə yaşamışdır. X11 məlum olmayan səbəblərdən öz həyat yoldaşı ilə faktiki ayrılmış (ailə münasibətlərini faktiki sonlandırmış), həyat yoldaşı və oğullarını Şəmkir ray onu ərazisində ev alaraq ora köçürmüş, Miskinli (o zaman Rüstəm Əliyev) kəndində öz evində tək yaşamış və faktik ayrıldığı həyat yoldaşı və oğulları ilə əlaqə saxlamamışdır. Həmin vaxtdan ona nənəsi baxmağa başlamış, mütəmadi olaraq ona baş çəkərək qulluğunda durmuşdur. Ömrünün son illərində çox yaşlandığına görə Məhəmməd Əliyevə daimi qulluq lazım olduğuyndan onun təklifi ilə nənəsi Musayal kəndindəki evini başqasına verərək həyat yoldaşı Şəmillə birlikdə Məhəmməd kişinin evinə köçmüş və orada ona baxmışdır. Buna görə də, Məmməd Əliyev özü sağlığında – 1993-cü ildə Miskinli kəndində yerləşən torpaq sahəsini və evini nənəsi İsayeva Bəstiyə bağışlamış, bağışlama müqaviləsi notarial qaydada təsdiq edilmişdir. Bundan sonra qeyd edilən əmlak nənəsi Bəsti İsayevanın adına qeydə alınmış, ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məmməd Əliyev 1995-ci ildə vəfat edərkən onu nənəsi və babası Şamil dəfn etmişlər. Nənəsi xx.xx.2008-ci ildə vəfat edənə qədər həmin evdə babası Şəmil İsayevlə birlikdə yaşamışdır. Nənəsinin ölümü zamanı onun yası da, həmin evdə verilmiş, rayon (kənd) yeri olduğuna görə bundan hamı, o cümlədən qohum kimi iddiçı da xəbərdar olmuşdur. Həmçinin nənəsinin ölümündən sonra Şəmil İsayev qeyd edilən evdə ölənədək yaşamağa davam etmişdir. Bunu da hamı bilmişdir, çünki babası Şamil pensiyaçı olduğundan, gününün çoxunu Miskinli kəndinin girişində “harava açılan” deyilən yerdə özü kimi yaşlı sakinləri ilə birlikdə keçirirdi. O, kənddə yaşayan və hətta o kənddən olub kənarda yaşayan, kəndə gediş-gəlişi olan hər kəs də bunu bilmişdir. Nənə sinin ölümündən sonra onun tərəfindən verilmiş vəsiyyətnaməyə uyğun olaraq fərdi yaşayış evi və torpaq sahəsi onun adına rəsmiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı atası Məmməd Əliyevdən hər-hansı mirası qəbul etməmiş, indi mübahisələndirməyə çalışdığı evə 1980-ci illərdən sonra ümumiyyətlə baş çəkməmişdır. İddiaçı (və onun mərhum anası və qardaşı) da Məmməd Əliyevin evi nənəsi Bəsti İsayevaya bağışladığı barədə məlumatlı olmuşdur. İddiaçının mübahisələndirməyə çalışdığı fərdi həyət evi X23 tərəfindən iddiaçının anası ilə ailə qurmazdan illər əvvəl inşa edilmişdir. İddiaçının təqdim etdiyi fotoşəkillərlə “ikinci ev” kimi qələmə verməyə çalışdığı uçquntu yeri isə orada mövcud olmuş qeyri-yaşayış sahəsi olan “qara dam”ın yeri olmuşdur. İddiaçı apell yasiya şikayətini olunla əsaslandırır ki, guya o, atasından mirası qəbul etmiş, fərdi həyət evinin nənəsinə bağışlandığından və onun adına sənədləşdirildiyindən isə guya son vaxtlarda xəbər tutmuşdur. Yuxarıda da, qeyd edildiyi kimi, iddiaçı 1980-ci illərdən atası ilə münasibəti olmamaqla, mübahisələndirməyə çalışdığı fərdi həyət evində ümumiyyətlə olmamışdır. Əgər olsaydı, o, həmin ev və torpaq sahəsində hər hansı bir iş görər, oranın kommunal xərcindən ödəmiş olardı və s. Həmin ərazidə torpaq sahəsi və evin dəyəri əvvəllər çox ucuz olmuşdur. Demək olar ki, almaq istəyən olmamış, oradan çox adam evini sadəcə boş qoyaraq başqa yerlərə köçmüşdür. Lakin 5-6 il əvvəl ora qaz çəkilməsindən sonra burada yayda istirahət üçün gəlmək istəyənlərin bu cür evləri almaq istəməsi ilə ev və torpaqlar nisbətən dəyər qazanmışdır. İddiaçı yalnız 2022-ci ildə onun atasının ciddi şəkildə xəstələnməsindən sonra bu evlə maraqlanmağa başlamış və bizə xəbər göndərərək evi satıb bölməyi təklif etmişdir. Bu təklifi qəbul edilmədikdə isə, məhkəmələrə müraciət etmişdir. İddiaçı atasının, daha sonra isə o evdə yaşayan nənəsi Bəsdinin və babası Şəmilin ölümündən məlumatlı olmuşdur. Həmçinin, ən azı kənd adamları vasitəsi ilə onun hər yay oradakı torpaq sahəsini əkibbecərdiyini də bilmişdir. Mərhum Məmməd Əliyev tərəfindən bağışlama müqaviləsinin imzalandığı dövrdə qüvvədə olmuş Azərbaycan SS Mülki Məcəlləsinə əsasən bütün iddialar üzrə iddia müddəti üç il olmuşdur. Həmçinin hazırda (xx.xx.2000-ci il tarixdən bu yana) qüvvədə olan Mülki Məcəllədən göründüyü kimi, umumi iddia müddəti on il, müqavilə tə ləbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il müəyyən edilmişdir.

23. Gənc Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 sentyabr 2025-ci il tarixli, 2(104)-1303/2025 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Mehdiyevdən və R.Muradovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, iddiaçının valideynləri Əliyev Məmməd Əli oğlu və X5 23 sentyabr 1965-ci il tarixdə nikah bağlamışlar. 1966-ci ildə iddiaçının anası uşaqları ilə birlikdə Şəmkir rayonuna köçmüş və orada yaşamağa bağlamışdır. Əliyev Məmməd Əli oğlununu isə qulluğa ehtiyacı olduğundan onu n qardaşı qızı Bəsti İsayeva ona qulluq etmiş və ailəsi ilə birlikdə mübahisəli evə köçmüşdür. Bundan sonra barəsində mübahisə edilən evi iddiaçının atası Əliyev Məmməd Əli oğlu 23 may 1993-cü il tarixdə cavabdehin nənəsi X9 bağışlamışdır. Əliyev Məmməd Əli oğlu xx.xx.1995-ci ildə vəfat etmişdir. İddiaçının atasının ölümündən sonra Bəsti İsayeva həmin əmlaka dair MH seriyalı ******* nömrəli Çıxarış almışdır. İddiaçı atasının ölümündən sonra həmin vaxtı qüvvədə olan mülki qanunvericiliklə müəyyən edilmiş müddət ərzində (Azərbaycan SSR Mülki Məcəlləsinin 52-ci maddəsi) atasından qalmış mirasın qəbul edilməsi ilə bağlı notariat kontoruna müraciət etməmiş, yalnız atasının ölümündən 26 il sonra vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etmişdir. Həmçinin iddiaçı 27 may 1993 -cü il tarixdə Bağışlama müqaviləsini də, 31 il sonra mübahiələndirmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən o halı da, nəzərə almışdır ki, müqavilə bağlanılarkən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində həmin əsasla əqdin etibarsız hesab edilməsi haqqında norma yoxdur. Bundan başqa, müqavilə bağlanılarkən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 73-cü maddəsinə əsasən ümumi iddia müdəti üç ildir və iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddiaçı bu axımın başlandığı vaxtla əlaqədar heç bir sübut təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə bağışlama müqaviləsinin bağlandığı 23 may 1993-cü il tarixdən keçmiş 32 il ərzində i ddiaçı əmlakın başqa şəxslərin mülkiyyətinə keçməsini bilmişdir və ya əgər həmin əmlakı faktiki olaraq, miras kimi qəbul etmişdirsə bilməli idi. Yəni, bağışlama müqaviləsi etibarsız hesab edilə bilməz. Bağışlama müqaviləsi etibarlı müqavilə olduğu üçün həmin müqavilənin etibarlılığı ilə əlaqədar olan nəticələr də, etibarlıdır. Ona görə də, iddia tələbləri təmin edilməməlidir.

26. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, müddətin tətbiqi ilə məsələyə qiymət verməzdən əvvəl iddiaçının müvafiq iddia tələbi ilə bağlı müraciət etmək üçün iddiaçının subyektiv hüquqa malik olub olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublika sı Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır.

27. Məhkəmə qeyd etmişdir ki,iddiaçının mərhum atası Əliyev Məmməd Əli oğlu xx.xx.1995-ci ildə vəfat etmiş və həmin tarixdən də, miras açılmışdır. İddiaçı atasının ölümündən sonra mirası nə f aktiki, nə də ki, rəsmi qəbul etməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddia tələbində Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə atasının ölümündən sonra qalmış həmin əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsinə istinad etsə də, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-421/2025 saylı 03 fevral 2025-ci il tarixli Qəradadı ilə İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Gədəbəy Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı iddia ərizəsində mübahisəli tikilinin atası və anasının birgə nikah dövründə inşa edildiyini qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, iddiaçının valideynləri Əliyev Məmməd Əli oğlu və X5 23 se ntyabr 1965-ci il tarixdə nikah bağlamışlar. Mübahsəli ev isə 1959-cu ildə inşa edilmişdir. Birinci instansiya məhkəməsi də, düzgün olaraq qeyd etmişdir ki, iddiaçının valideynləri Əliyev Məmməd Əli oğlu və X5 23 sentyabr 1965- ci il tarixdə nikah bağlamışlar. Barəsində mübahisə edilən Gədəbəy rayonu, Miskinli kəndində yerləşən torpaq sahəsi üzərində olan ev isə 1959-cu ildə, iddiaçının valideynləri nikah bağladıqları vaxtdan daha əvvəl inşa edilmişdir və həmin evin bağışlanması üçün iddiaçının anasının razılığı tələb olunmurdu. İddiaçı özü də, iddia ərizəsində mübahisəli evin 1959-cu ildə inşa edilməsini qeyd etmişdir. İddiaçı mübahisəli həyətdə iki evin olmasını və ikinci evin 1966-cı ildə inşa edildiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

28. Məhkəmə hesab etmişdir ki, iddiaçı atasından qalmış mirası qəbul etmədiyindən atasına məxsus olmuş və 23 may 1993-cü il tarixdə cavabdehin nənəsi X9 bağışlanmış mübahisəli fərdi yaşayış evinin bağışlanma müqaviləsini mübahisələndirmək üçün subyektiv hüquqa da, malik olmamışdır.

29. Məhkəm iddiaçının apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının atasına məxsus olmuş və 23 may 1993-cü il tarixdə cavabdehin nənəsi X9 bağışlanmış mübahisəli fərdi yaşayış evinin bağışlanma müqaviləsini mübahisələndirmək üçün subyektiv hüququ olmadığından və bağışlama müqaviləsi qüvvədə olduğundan və bu baxımdan apellyasiya şikayətinin digər dəlilləri əsassız olduğun təmin edilməməlidir.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan SSR Mülki Məcəlləsinin 39, 44, 73,77, 78, 82 və 245-ci maddələrinə, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 1133.1 və 1159.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

31. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2025-ciil tarixli 2(104)- 1303/2025 saylı qətnaməsinin ləğv edərək, işə yenidən baxılması üçün GəncəApellyasiya Məhkəməsinin icraatına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 228-cı, Mülki Prosessual Məcəllənin 9.3,14.2 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin iddiaçının kassasiya şika yətinin dəlilləri üzrə iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bə rabər pay hüquqlu vərəsələr sayılırlar:

39. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

40. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

41. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

42. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir pr edmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

43. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş);

44. Maddə

39. Vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər.

45. Maddə

44. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin e`tibarsızlığına səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin e`tibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir.

46. Maddə

73. Hüququ pozulmuş şəxsin iddiası ü zrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.

47. İaddə

77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur.

48. Madəd

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir.

49. Maddə

82. İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

50. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildik də isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

51. Maddə

556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.

52. Maddə

561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.

54. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 218.1.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

60. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 64. 1-ci bənd. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakim əsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 65. 2.2-ci bənd. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 66. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 67.

17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikay ətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

69. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəl illərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

70. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi a pellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

71. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyi n yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1303/2025 nömrəli iş üzrə 2 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar