Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1212/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:mirasdan payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə ilə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. X21 ilə X2 ## ###### 1957-ci ildə nikahlarını rəsmi qaydada qeydə aldırmaqla ailə qurmuşlar. X21 ## ####### 2006-cı ildə, X2 isə # ###### 2016-cı ildə Balakən rayonunda vəfat etmişlər.
2. Məras qoyanın birinci növbəli vərəsələri övladları- İddiaçı, cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X9 olmuşlar, cavabdeh3 isə övladlığa götürülmüşdür.
3. X9 ## ###### 2019-cu ildə vəfat etmiş, onun hüquqi varisləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 qalmışlar.
4. Miras qoyan X2 miras qalmış əmlak Balakən rayonu, Talalar kəndində yerləşən 0.123 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 113,8 kv.metr olan fərdi yaşayış evindən ibarətdir.
5. ## ###### 2022-ci ildə Balakən regional “Asan xidmət” X16 tərəfindən verilmiş arayışdan görünür ki, X21 və X4 nikahı haqqında ## ###### 1957-ci il tarixdə Balakən rayon Qeydiyyat şöbəsində ** nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Omarova soyadı verilmişdir. Qeyddən görünür ki, nikaha X21 ## ####### 2006-cı ildə ölməsi, X1 isə 0# ###### 2016-cı ildə ölməsi ilə xitam verilmişdir.
6. Balakən Rayon Məhkəməsinin ## ######## 2022-ci il tarixli, *(***)-*/**** saylı qətnaməsi ilə X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0.063 ha kənd təsərrüfatı təyinatlı, 0.012 ha həyətyanı torpaq sahəsindən mərhum X2 düşən ½ hissədə mirası qəbul etmiş 3 vərəsənin- cavabdeh3, cavabdeh1 və İddiaçı hər birinə 1/3 hissə miras pay verilmişdir.
7. Beləliklə, X2 və cavabdeh3 adına mülkiyyət hüququ üzrə qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin 4/6 hissəsinə cavabdeh3, 1/6 hissəsinə cavabdeh1 və 1/6 hissəsinə İddiaçı payları müəyyən edilmişdir.
8. Balakən rayonu, Talalar kəndində 0.123 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evi ## ##### 1986-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında X8 X2 mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evinə dair X2 tərəfindən Zaqatala rayonu * saylı dövlət notariat ofisində ## ##### 1992-ci il tarixdə cavabdeh3 adına vəsiyyətnamə qoyulmuşdur.
9. X5 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, 0# ###### 2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhumun vərəsəsi İddiaçı notariat ofisinə müraciət etmişdir. Lakin mirası qəbul etmiş digər vərəsə olan mərhumun oğlu cavabdeh1 mirasın bölüşdürülməsi ilə bağlı etirazını bildirdiyinidən və beləliklə də AR Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən, miras şərikləri arasında ixtilaflar olduğundan İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
10. cavabdeh3 tərəfindən ## ###### 2025-ci il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Balakən rayonu, Talalar kəndində yaşamış və 0# ###### 2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış əmlak fərdi yaşayış evindən ibarətdir və onun adına “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş etmişdir. Eyni zamanda, mirasın bölüşdürülməsi ilə bağlı digər vərəsələrlə aralarında ixtilaf olduğunu bildirmişdi.
11. ## ##### 1986-cı il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, ## ####### 1985-ci ildə vəfat etmiş X8 əmlakından vərəsələrdən hər biri- Balakən rayonu, Talalar kəndində yaşayan bacısı X2—bərabər hissələrdə irs almalıdırlar. Həmin Şəhadətnamənin verildiyi əmlaklar aşağıdakılardan ibarətdir: Balakən rayonu, Talalar kəndində yerləşən 2 otaqlı, daşdan tikilmiş, 45 kv.m yaşayış sahəsi, 15 kv.m yardımçı sahəsi olan 3.524 manat sığorta dəyərində fərdi yaşayış evi.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və X5 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi, o cümlədən X3 və cavabdeh1 mərhum anası X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən, ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İlk iddia ərizəsi işin faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən Balakən Regiona “Asan Xidmət” Mərkəzindəki Notariat Ofisinə müraciət etmiş, lakin miras şərikləri arasında mübahisə olduğundan notarius tərəfindən şəhadətnamə verilməsindən imtina edilmişdir. Bununla yanaşı, X3 və cavabdeh1 mərhum anası X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evindən sahiblik və istifadə etmək hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Bu səbəbdən də istəyir ki, miras əmlaka payı müəyyən olunmaqla yanaşı iş üzrə cavabdehlər X3 və cavabdeh1 mərhum anası X2 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun və o həmin fərdi yaşayış evinə köçürülsün.
14. Qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh3 və cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2016-cı ildə vəfat etmiş X2 miras qalmış əmlakın-daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Balakən rayonu, Talalar kəndində 0.123 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 113.8 kv.m olan fərdi yaşayış evinin 4/6 hissəsinə cavabdeh3, 1/6 hissəsinə cavabdeh1, 1/6 hissəsinə İddiaçıun paylarının müəyyən edilməsi və miras əmlakın bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh3, cavabdeh1 və X5 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı mərhum X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evinin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi, o cümlədən X3 və cavabdeh1 mərhum anası X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113.8 kv.m olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin valideynləri X21 və X4 ## ###### 1957-ci il tarixdə rəsmi nikah bağlamış, onların nikahı Balakən rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır. X4 cavabdeh3 övladlığa götürmüşdür. X21 ## ####### 2006-cı ildə, X2 isə ##.##.2016-cı il tarixdə ölmüşdür. JN ****F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon AİK-nin ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə X2 və Omarova Fəraqət (Təravət) Yaqub qızının mülkiyyətinə Balakən rayonu, Talalar kəndindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.12 ha həyətyanı torpaq sahəsində 1963-cü ildə ümumi sahəsi 75 kv.m ibarət fərdi yaşayış evi inşa edilmişdir. ##.##.1992-ci il tarixdə Zaqatala rayon Dövlət Notariat Kontorunda qeydə alınmış mərhum X2 ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 60 kv.m yaşayış, 15 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evini cavabdeh3 vəsiyyət etmişdir. Hazırda mübahisələndirilən evdə mərhum X2 ölümündən sonra oğlu cavabdeh1 Məhəmərəsul oğlu yaşayır. Mərhumun ölümündən sonra həmin fərdi yaşayış evi 113.80 kv.m həcmdə artırılmışdır. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən Balakən rayonu Talalar kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X2 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələri- cavabdeh1, cavabdeh3 və İddiaçı payları müəyyən edilməsi, X2 və cavabdeh3 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X2 mirasını təşkil edən 1/2 hissəsindən cavabdeh3 1/3 hissə miras payı, cavabdeh1 1/3 hissə miras payı və İddiaçı 1/3 hissə miras payı müəyyən edilsin; X2 və cavabdeh3 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə cavabdeh3, 1/6 hissə cavabdeh1 və 1/6 hissə İddiaçı payları müəyyən edilməsi qət edilmişdir. ##.##.2023-cü il tarixdə cavabdeh1 0.123 ha həyətyanı torpaq sahəsinin 4/6 hissəsinə cavabdeh3, torpaq sahəsinin 1/6 hissəsinə cavabdeh1, torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2025-ci il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə mərhum X2 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə cavabdeh1 və İddiaçı müraciət etmişlər. İddiaçı miras əmlakın qanun üzrə vərəsəlik qaydasında, cavabdeh1 isə vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi xahiş etmişlər. X5 xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov arayış təqdim edərək göstərmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında ixtilaflar olduğuna görə mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Qeyd edir ki, Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən Balakən rayonu Talalar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X2 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrincavabdeh1, cavabdeh3 və İddiaçı hər birinin 1/3 hissə payları müəyyən edildiyindən, ##.##.1992-ci il tarixdə Zaqatala rayon Dövlət Notariat Kontorunda qeydə alınmış mərhum X2 ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 60 kvm yaşayış, 15 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evini cavabdeh3 vəsiyyət etdiyindən mərhum X2 məxsus olmuş fərdi yaşayış evindən ibarət miras əmlak vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməklə 113.80 kvm fərdi yaşayış evinin 4/6 hissəsinə cavabdeh3, 1/6 hissəsinə cavabdeh1, 1/6 hissəsinə isə İddiaçı miras payı tanınmalı və miras əmlaklar bu qaydada bölüşdürülməlidir.
16. Balakən Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Arifə Cəfərova) ilk iddianın qismən təmin edilərək, miras qoyan X2 məxsus Balakən rayonu, Talalar kəndində yerləşən 113.8 kv.m fərdi yaşayış evində İddiaçı payının 1/14 hissədə müəyyən edilməsi, cavabdeh3 və cavabdeh1 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və onun həmin fərdi yaşayış evinə köçürülməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın qismən təmin edilərək, miras qoyan X2 məxsus Balakən rayonu, Talalar kəndində yerləşən 113.8 kv.m fərdi yaşayış evində cavabdeh1 payının 1/14 hissədə, cavabdeh3 payının 12/14 hissədə müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, cavabdeh3 tərəfindən ##.##.2025-ci il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Balakən rayonu, Talalar kəndində yaşamış və ##.##.2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmışdır. Miras əmlakı fərdi yaşayış evindən ibarət olmuşdur. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş edilmişdir. Eyni zamanda bildirilmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə aralarında ixtilaf mövcuddur.
18. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, ilk, qarşılıqlı iddia ərizələrini və iş materiallarını araşdıraraq qeyd etmişdir ki, ilk və qarşılıqlı iddia ərizələri qismən təmin olunmalıdır.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, miras qoyan X2 ##.##.2016-cı ildə Balakən rayonunda vəfat etmişdir. Onun əri X21 ##.##.2006-cı ildə ölmüşdür. Miras qoyanın uşaqları:
1. İddiaçı, 2. cavabdeh1, 3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, 4. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, 5. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, 6. X9 olmuşdur. 7. cavabdeh3 isə övladlığa götürülmüşdür. X9 ##.##.2019-cu ildə ölmüş və onun vərəsələri kimi övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 qalmışlar.
20. Məhkəmə həmçinin müəyyən etmişdir ki, miras qoyan X2 qalmış əmlak Balakən rayonu, Talalar kəndində 0.123 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evindən ibarət olmuşdur. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin X2 mirasını təşkil edən 1/2 hissəsində mirası qəbul etmiş üç vərəsənin- cavabdeh3, cavabdeh1 və İddiaçı hər birinin 1/3 hissədə miras payı müəyyən edilmişdir.
21. Beləliklə, X2 və cavabdeh3 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə cavabdeh3, 1/6 hissə cavabdeh1 və 1/6 hissə İddiaçı payları müəyyən edilməlidir.
22. Məhkəmə işin müəyyən edilmiş hallarına münasibətdə qeyd etmişdir ki, mərhum X2 qalmış mirası onun üç vərəsəsi- cavabdeh1, cavabdeh3 və İddiaçı qəbul etmişlər. Digər vərəsələr- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, X9 və onun hüquqi varisləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mirası nə notariat orqanına ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya idarə etməyə başlamaqla mirasa yiyələnməmişlər. Bu fakt qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. Odur ki, fərdi yaşayış evində paylar üç vərəsəcavabdeh3, cavabdeh1 və İddiaçı arasında müəyyən edilməlidir.
23. Məhkəm qeyd etmişdir ki, miras qoyan X2 həmin yaşayış evini cavabdeh3 vəsiyyət etmişdir. Qanunvericiliyin tələbinə əsasən, vəsiyyət edənin uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Miras qoyanın məcburi pay hüququ olan yeddi vərəsədən üçü- cavabdeh3, cavabdeh1 və İddiaçı mirası qəbul etmişlər. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Odur ki, cavabdeh1 və İddiaçı hər birinin mirasda məcburi payı 1/14 hissədə müəyyən edilməlidir.
24. Miras əmlak olan fərdi yaşayış evi cavabdeh3 vəsiyyət edildiyindən, miras qoyanın məcburi pay hüququ olan digər uşaqları mirası qəbul etmədiyindən, cavabdeh3 miras evdə payı 12/14 hissədə müəyyən edilmişdir.
25. Məhkəmə qeyd etmişdir ki, İddiaçı həmçinin cavabdeh3 və cavabdeh1 fərdi yaşayış evinə daxil olmasına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmasını və həmin fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Hazırda onun fərdi yaşayış evində 1/14 hissədə payı müəyyən edildiyindən, o, həmin tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malikdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Ona görə də ilk iddia qismən təmin edilməli, miras qoyan X2 məxsus Balakən rayonu Talalar kəndində yerləşən 113.8 kv.m fərdi yaşayış evində İddiaçı payı 1/14 hissədə müəyyən edilməli, cavabdeh3 və cavabdeh1, İddiaçı evə daxil olmasına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməsinə yönəlmiş qərəzli hərəkətlərinə son qoymalı və o, həmin fərdi yaşayış evinə köçürülməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilərək, miras qoyan X2 məxsus Balakən rayonu, Talalar kəndində yerləşən 113.8 kv.m fərdi yaşayış evində cavabdeh1 payı 1/14 hissədə, cavabdeh3 payı isə 12/14 hissədə müəyyən edilməli və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
26. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.2, 1166, 1193, 1196, 1202.1, 1202.2, 1243.2, 1246-cı, habelə MPM-nin 14.2, 77.1, 82.3, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd etmişdir ki, vərəsəliyin predmeti olan fərdi yaşayış evi mərhum atası X27 ilə birgə nikah dövründə əldə olunmuşdur. Yəni qeyd olunan əmlak ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş ümumi əmlakdır. Bununla belə, Balakən Rayon Məhkəməsi fərdi yaşayış evində mərhum atasına düşən payı nəzərə almamışdır. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 32-ci maddələrinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş əmlaklar onların ümumi birgə mülkiyyəti hesab edilə bilər. Məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
29. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Taleh Musayev sədrlik edən, məruzəçi, Elçin Mehdiyev və Aygün Abdullayeva) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 113,8 kv.m fərdi yaşayış evində İddiaçı payı 1/6 hissədə, cavabdeh1 payı 1/6 hissədə, cavabdeh3 payı isə 4/6 hissədə müəyyən edilmiş, cavabdeh3 və cavabdeh1 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşayiət olunan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmuş və onun həmin fərdi yaşayış evinə köçürülməsi, ilk və qarşılıqlı iddia tələblərinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı olmayan qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin valideynləri X21 ilə X2 ## ###### 1957-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdiməklə ailə qurmuşlar. Miras qoyan X2 ##.##.2016-cı ildə Balakən rayonunda vəfat etmişdir. Onun əri X21 isə ##.##.2006cı ildə vəfat etmişdir. Miras qoyanın birinci növbə vərəsələri onun övladları- İddiaçı, cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X9r, cavabdeh3 isə övladlığa götürülmüşdür. X9 ##.##.2019-cu ildə ölmüş, onun vərəsələri kimi övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 qalmışlar. Miras qoyan X2 miras qalmış əmlak Balakən rayonu, Talalar kəndində 0.123 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 063 ha kənd təsərrüfatı təyinatlı və 012 ha həyətyanı torpaq sahələrinin mərhuma düşən 1/2 hissəsində mirası qəbul etmiş 3 vərəsənin, yəni cavabdeh3, cavabdeh1 və İddiaçı hər birinin 1/3 hissədə miras payları müəyyən edilmişdir.
32. Beləliklə, X2 və cavabdeh3 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsində 4/6 hissədə cavabdeh3, 1/6 hissədə cavabdeh1 və 1/6 hissədə İddiaçı payları müəyyən edilmişdir. Balakən rayonu, Talalar kəndində 0.123 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evi ## ##### 1986-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında X8 X2 mülkiyyətinə keçmiş və həmin fərdi yaşayış evinə dair X6 tərəfindən Zaqatala rayonu * saylı dövlət notariat ofisində ## ##### 1992-ci il tarixdə cavabdeh3 adına vəsiyyətnamə qoyulmuşdur.
33. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddiaları qismən təmin edərək X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 113.8 kv.m fərdi yaşayış evində İddiaçı payını 1/14 hissədə, cavabdeh1 payını 1/14 hissədə, cavabdeh3 payını isə 12/14 hissədə müəyyən edərkən, öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan X2 həmin yaşayış evini cavabdeh3 vəsiyyət etmişdir. Qanunvericiliyin tələbinə əsasən vəsiyyət edən X2 uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüquqları vardır. Miras qoyanın məcburi pay hüququ olan 7 vərəsədən 3 vərəsə cavabdeh3, cavabdeh1 və İddiaçı mirası qəbul etmişlər. Bu pay isə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Odur ki, cavabdeh1 və İddiaçı hər birinin mirasda məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını, yəni 1/7 hissəni təşkil etməlidir. Beləliklə miras əmlakda cavabdeh1 payı 1/14 hissədə, İddiaçı payı 1/14 hissədə müəyyən edilməlidir. Miras əmlak olan fərdi yaşayış evi cavabdeh3 vəsiyyət edildiyindən, miras qoyanın məcburi pay hüququ olan digər uşaqları mirası qəbul etmədiyindən cavabdeh3 mirasda payı 12/14 hissədə müəyyən edilməlidir.
34. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd etmişdir ki, X2 qalmış mirası onun üç vərəsəsi: cavabdeh1, cavabdeh3 və İddiaçı tərəfindən qəbul edilmişdir. Digər vərəsələr mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və ölmüş X9 hüquqi varisləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və Omarov mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Səfiyə Hədis qızından qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmişlər. Bu fakt qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X2 qalmış mirası onun üç vərəsəsi: cavabdeh1, cavabdeh3 və İddiaçı qəbul etmişlər və hazırkı vəziyyətdə əgər vəsiyyətnamə olmasaydı miras qoyanın digər vərəsələri mirası qəbul etmədiyindən, mirası almağa çağırıla biləcək qanun üzrə vərəsələr cavabdeh1, cavabdeh3 və İddiaçı olmuşlar.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mirasdan iddiaçının məcburi payı müəyyən olunarkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı olmayan qətnamə qəbul edilmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vərəsəliyin predmeti olan fərdi yaşayış evinin mərhum atası X27 ilə birgə nikah dövründə əldə olunması, yəni qeyd olunan əmlakın ərarvadın ümumi gəlirləri hesabına əldə olunmuş ümumi əmlak olması, bununla belə, Balakən Rayon Məhkəməsinin fərdi yaşayış evində mərhum atasına düşən payı nəzərə almamasına dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, işdə olan ## ##### 1986-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ## ####### 1985-ci ildə ölmüş X8 əmlakından vərəsələrdən hər biri- bacısı X2 bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir: Balakən rayonu, Talalar kəndində yerləşən 2 otaqlı, daşdan tikilmiş 45 kv.m yaşayış sahəsi, 15 kv.m yardımçı sahəsi olan 3524 manat sığorta dəyərində yaşayış evindən ibarətdir.
38. İşdə olan Zaqatala rayonu * saylı dövlət notariat ofisində ## ##### 1992-ci il tarixdə 1C- 114 reyestr nömrəsi ilə təsdiq edilmiş X6 tərəfindən yazılan vəsiyyətnamədən görünür ki, o, aşağıdakı məzmunda vəsiyyət sərəncamı vermişdir: “Mənə məxsus olan Balakən rayon Talalar kəndində yerləşən iki otaqlı daşdan tikilinin 60 kv metr yaşayış sahəsi və 15 kv metr sahəsi olan 12 sotluq torpaqda yerləşən evimi oğul nəvəm cavabdeh3 vəsiyyət edirəm”.
39. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi miras qoyan X2 bacısı X8 vərəsəlik qaydasında keçmişdir. Belə olan halda həmin fərdi yaşayış evi X2 vərəsəlik qaydasında keçdiyindən, mərhum X27 birgə nikah dövründə əldə edilmiş əmlak kimi ½ hissədə mülkiyyət payı yaranmamışdır.
40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, X2 məxsus Balakən rayonu, Talalar kəndində yerləşən 113.8 kv.m fərdi yaşayış evində İddiaçı payı 1/6 hissədə, cavabdeh3 payı 4/6 hissədə, cavabdeh1 payı 1/6 hissədə müəyyən edilməli, cavabdeh3 və cavabdeh1 həmin fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalı, və o, həmin fərdi yaşayış evinə köçürülməli, ilk və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməməlidir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı həmçinin cavabdeh3 və cavabdeh1 fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı fərdi yaşayış evində payı 1/6 hissədə müəyyən edildiyindən o, həmin tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
42. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin miras əmlakın bölüşdürülməsinə aid hissəsində qeyd etmişdir ki, əmlakın bölüşdürülməsi məsələsinə paylar müəyyən olunaraq tərəflərin əmlak hüquqları daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alındıqdan sonra baxıla bilər.
43. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1.1, 1159.1.2, 1166, 1193, 1196, 1202. 1,1202.2, 1243.1-1243.3, 1246-cı, habelə MPM-nin 77.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh cavabdeh3 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan X2 ##.##.2016-cı il tarixdə vəfat etmiş, əri X21 ##.##.2006-cı ildə ölmüşdür. Onun uşaqları—İddiaçı, cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Omarov Yusif; həmçinin övladlığa götürülmüş cavabdeh3 olmuşdur. Omarov Yusif ##.##.2019-cu ildə vəfat etmiş, hüquqi varisləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 olmuşdur. Miras Balakən rayonunda 0.123 ha torpaq sahəsində yerləşən 113,8 kv.m fərdi yaşayış evindən ibarət olmuşdur. Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən, mirası qəbul etmiş üç vərəsəyə—cavabdeh3, cavabdeh1 və İddiaçı—hər birinə 1/3 pay verilmiş, 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə Təravət Yaqub, 1/6 hissə Yaqub və 1/6 hissə Hümbətə aid edilmişdir. Digər vərəsələr mirası qəbul etməmiş və pay sahibi olmamışdır. Bu fakt məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Beləliklə, fərdi yaşayış evində üç vərəsənin—cavabdeh3, cavabdeh1 və İddiaçı—payı müəyyən edilmişdir. Miras qoyan X2 həmin yaşayış evini cavabdeh3 vəsiyyət etmişdir. Qanunvericiliyin tələbinə əsasən vəsiyyət edən X2 uşaqlarının, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, mirasda məcburi payı vardır. Miras qoyanın məcburi pay hüququ olan yeddi vərəsədən üçü—cavabdeh3, cavabdeh1 və İddiaçı—mirası qəbul etmişdir. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatan payın yarısını (məcburi pay) təşkil etmişdir. Odur ki, cavabdeh1 və İddiaçı hər birinin məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatan payın, yəni 1/7 hissənin yarısı olaraq 1/14 hissə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi miras əmlak olan fərdi yaşayış evinin cavabdeh3 vəsiyyət edildiyinə görə, miras əmlakını vəsiyyətnaməyə uyğun vərəsəlik qaydasında bölüşdürmüş və miras qoyanın məcburi pay hüququ olan digər uşaqlar mirası qəbul etmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən miras əmlakı qəbul etməmiş digər vərəsələrin hər birinin 1/7, cəmi 4/7 hissə payı, vəsiyyət üzrə vərəsə cavabdeh3 payına əlavə edilməklə, onun miras əmlak üzərində 12/14 hissəsi müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qanunun tətbiqində səhvə yol vermiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələblərini pozaraq, mirası qəbul etməyən vərəsələrin payını qanun üzrə və vəsiyyət üzrə vərəsələr arasında bərabər paylarda bölüşdürmüşdür.
46. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
49. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
50. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
51. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
52. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
53. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
54. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
55. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
56. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
64. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Cavabdeh cavabdeh3 kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
66. Kassasiya məhkəməsi mirasda həm vəsiyyətnamə üzrə payın, həm də məcburi payın həcminin müəyyən edilməsi hissəsində istisna olmaqla, apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilk və qarşılıqlı iddia tələblərini qalan hissələrdə qismən təmin etməklə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib. Ona görə də həmin hissələrdə əlavə araşdırma aparmağa lüzum yoxdur və qətnamə dəydirilmədən saxlanılmalıdır.
67. Lakin, mirasda vəsiyyətnamə üzrə payın və məcburi payın həcminin müəyyən edilməsinə gəlincə isə kassasiya məhkəməsi hesab edir ki, bu hissədə apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə uyğun deyil.
68. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflərin valideynləri X21 ilə X2 ## ###### 1957-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdiməklə ailə qurmuşlar. Miras qoyan X2 0# ###### 2016-cı ildə, əri X21 isə ## ####### 2006-cı ildə vəfat etmişlər. Miras qoyanın birinci növbədə vərəsələri- İddiaçı, cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, X9r, cavabdeh3 isə övladlığa götürülüb. X9 ## ###### 2019-cu ildə ölüb, onun vərəsələri kimi övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 qalıb.
69. Həmçinin işin mübahisə olunmayan digər hallarına görə, miras qoyan X2 Balakən rayonu, Talalar kəndində 0.123 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,8 kv.m olan fərdi yaşayış evi miras qalıb və həmin ev ona vərəsəlik qaydasında keçib. ## ##### 1992-ci ildə X7 həmin evi notarial qaydada qızı cavabdeh3 vəsiyyət edib.
70. Birinci instansiya məhkəməsi X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 113.8 kv.m fərdi yaşayış evində İddiaçı payını 1/14 hissədə, cavabdeh1 payını 1/14 hissədə, cavabdeh3 payını isə 12/14 hissədə müəyyən edib və öz hüquqi mövqeyini onunla əsaslandırıb ki, miras qoyan X2 həmin yaşayış evini cavabdeh3 vəsiyyət edib. Qanunvericiliyin tələbinə görə, vəsiyyət edən X2 övladlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüquqları vardır. Miras qoyanın məcburi pay hüququ olan yeddi vərəsədən üç vərəsəsi- cavabdeh3, cavabdeh1 və İddiaçı mirası qəbul etmiş, digər vərəsələr isə mirası qəbul etməmişlər. Bu pay isə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Odur ki, cavabdeh1 və İddiaçı hər birinin mirasda məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını, yəni 1/7 hissəni təşkil etməlidir.
71. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin bu hüquqi mövqeyi ilə razılaşmayıb və qeyd edib ki, X2 qalmış mirası onun üç vərəsəsi: cavabdeh1, cavabdeh3 və İddiaçı qəbul edib, digər vərəsələr isə mirası nə notariat orqanına ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etməmişlər. Bu fakt qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Belə olan halda X2 qalmış mirası onun üç vərəsəsi qəbul etdiyindən, digər vərəsələr isə qəbul etmədiyindən, mirası almağa çağırıla biləcək qanun üzrə üç vərəsəyə münasibətdə mirasda cavabdeh1 məcburi payı 1/6 hissədə, İddiaçı məcburi payı 1/6 hissədə, cavabdeh3 vəsiyyətnamə üzrə payı isə 4/6 hissədə müəyyən edilməlidir.
72. Kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsi mirasda həm vəsiyyətnamə üzrə payın, həmdə məcburi payın həcmini müəyyən edərkən AR Mülki Məcəlləsinin 1193, 1196, 1202-ci maddələrinin tələblərini pozub.
73. Belə ki, qeyd olunan normaların mənasına görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının armasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.
74. Kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməsi sözügedən normaların təfsirində səhvə yol verib və tərəflərin mirasda paylarının həcmini mirası almağa çağırıla biləcək qanun üzrə üç vərəsəyə münasibətdə müəyyən etməklə düzgün nəticəyə gəlməyib.
75. Belə ki, qanunun mənasına görə, məcburi pay qanun üzrə vərəsəlik zamanı vərəsələrə çatası payın yarısını təşkil edir. Məcburi payın həcmi vəsiyyətnamə olmasaydı, mirası almağa çağırıla biləcək qanun üzrə bütün vərəsələrin hamısı nəzərə alınmaqla müəyyən edilir. Məcburi payı almaq hüququ olan vərəsə onu bu və ya başqa səbəbdən qəbul etmədiyi halda, bu digər vərəsənin məcburi payının armasına səbəb olmur, əksinə həmin pay da vəsiyyət üzrə vərəsəyə keçir.
76. Hazırkı halda miras qoyan X2 mirası qızı cavabdeh3 vəsiyyət edib. Qanunvericiliyin tələbinə görə, vəsiyyət edən X2 uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüquqları vardır. Miras qoyan X2 məcburi pay hüququ olan yeddi vərəsəsindən üçü- cavabdeh3, cavabdeh1 və İddiaçı mirası qəbul etmişlər.
77. Belə olan halda, məcburi pay yalnız mirası almağa çağırıla biləcək qanun üzrə üç vərəsəyə münasibətdə deyil, vəsiyyətnamə olmasaydı qanun üzrə bütün yeddi vərəsəyə çatası payın yarısı miqdarında müəyyən edilməlidir. Odur ki, cavabdeh1 və İddiaçı hər birinin mirasda məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını, yəni 1/7 hissəsini təşkil edəcəkdir.
78. Beləliklə, kassasiya məhkəməsi kassatorun kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi miras əmlakda payların müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməklə, mirası qoyan X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən fərdi yaşayış evində İddiaçı məcburi payı 1/14 hissədə, cavabdeh1 məcburi payı 1/14 hissədə və cavabdeh3 vəsiyyətnamə üzrə payı isə 12/14 hissədə müəyyən edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh cavabdeh3 kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi miras əmlakda payların müəyyən edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qərar qəbul olunsun. Miras qoyan X2 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən fərdi yaşayış evində İddiaçı payı 1/14 hissədə, cavabdeh1 payı 1/14 hissədə və cavabdeh3 payı 12/14 hissədə müəyyən edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.