Məhkəmə qərarları › İş №2(1-8)-1216/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1216/2026

11.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1216/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: müqavilələrdən irəli gələn öhdəliklər üzrə pul tələbi, iddia müddətinin tətbiqi üçün əsaslar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Lənkəran rayonu * saylı notariat kontorunda bağlanmış ## ######## 2014-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi ilə Iddiaçı Lənkəran rayonu, XXX kəndinə 0,01288 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 115,9 kv.m olan daşınmaz əmlakın (qeyriyaşayış sahəsinin) 70,5 kv.m hissəsini Cavabdeh mülkiyyətinə vermişdir.

2. Lənkəran rayonu * saylı notariat kontorunda bağlanmış ## ######## 2014-cü il tarixli, 3M-02-*** reyestr nömrəli müqavilə ilə Cavabdeh atasının müalicəsi, sağlamlığının qorunması, normal yaşayış tərzinin təminatı məqsədilə ona 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı hər ay nəzərdə tutulan məbləği qəbul etməyi və həmin pul məbləğini müalicəsi, səhhətinin qorunması və yaxşı yaşayış tərzinin təminatı üçün istifadə etməyi öhdəsinə alır.

3. X1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramın mətnində qeyd edilmişdir ki, “## ######## 2014-cü il tarixdə notariat kontorunda Cavabdeh və Iddiaçı arasında bağlanmış müqavilə mənim təşəbbüsümlə bağlanmışdır. Belə ki, müqavilənin bağlanmasının əsas məqsədi mağazadan əldə olunmuş gəlirlərdən Iddiaçıya icarə haqq olaraq əvvəl bir ay üçün 300 manat pul vəsaiti, mağazanın banka olan kredit borcları ödənildikdən sonra isə 500 manat pul vəsaitinin icarə haqqı olaraq ödənilməli idi. Lakin mağazanı işlədən XXX olmuşdur. Əldə olunan qazancdan XXX icarə haqqı ödəməli idi.”

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ## ######## 2014-cü il tarixli müqavilə üzrə öhdəlik götürdüyü aylıq ödənişlər üzrə son 3 ilə görə ödənilməmiş 18.000 manat pulun və iddia qaldırılması üçün ödədiyi 144 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə ## ######## 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlanaraq, Lənkəran rayonunun XXX kəndində 0,01288 ha torpaq sahəsi üzərində olan ümumi sahəsi 115,9 kv.m qeyri-yaşayış sahəsinin 70,5 kv.m (tikilialtı sahəsi 78,2 kv.m) hissəsini cavabdehə hədiyyə etmiş və həmin vaxt aralarında olan razılaşmaya görə həmin tarixdən başlayaraq 16 ay müddətinə hər ay 300 manat, 16 ay müddət bitdikdən sonra isə hər ay onun ömrünün sonunadək 500 manat pul məbləğini ona ödəməsini öhdəsinə götürmüşdür. Həmin şərtlər ilkin müqavilədə göstərilmədiyindən ## ######## 2014-cü il tarixdə ilkin müqavilənin tərkib hissəsi olan müqavilə bağlanaraq 16 ay müddətinə hər ay 300 manat, 16 bitdikdən sonra isə hər ay ömrümün sonunadək 500 manat pul məbləğini ona ödəməyi cavabdeh üzərinə götürmüş və hər iki müqavilə Lənkəran rayon * saylı notariat kontorunda bağlanılmaqla təsdiq edilmişdir. Cavabdehlə aralarında olan müqavilələr rəsmiləşdiriləndən sonra cavabdeh yuxarıda qeyd edilmiş şərtlərlə ona bağışlanılmış daşınmaz əmlakı öz mülkiyyətinə keçirmiş və ondan sərbəst surətdə istifadə etməyə başlamışdır. Lakin, cavabdeh ## ######## 2014-cü il tarixli müqavilənin 1-ci bəndində qeyd edilmiş və üzərinə götürmüş olduğu öhdəlikləri lazımınca yerinə yetirməmiş, hazırkı vaxta kimi 2014-cü ilin oktyabr ayından 2016-cı ilin yanvar ayı da daxil olmaqla 4.800 manat, 2016-ci ilin fevral ayından başlayaraq isə hər ay 500 manat olmaqla 2025-ci ilin yanvar ayına kimi 55.000 manat, ümumilikdə isə 59.800 manat ödəməyi öhdəsinə götürsə də həmin məbləğdən yalnız 2014-cü ildə iki dəfəyə ümumilikdə 15.500 ABŞ dolları (həmin vaxtın valyuta məzənnəsi ilə manata münasibətdə 12.090 manat) hissəsini “xxxx” ASCdə olan digər oğlu Nümayəndə adına götürülmüş ipoteka təminatlı kredit müqaviləsinin qismən ödənişi üçün ödəniş etmiş, qalan məbləği isə ödəməkdən imtina etmişdir. Həmin məbləği də cavabdeh ödəyən zaman (müqavilə bağlanarkən) həmin daşınmaz əmlak “xxxx” KB-də girovluqda olduğundan həmin daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin bağlanması, yəni həmin əmlakın bağışlanan hissəsinin cavabdehin adına rəsmiləşdirmək üçün bank tərəfindən tələb edilmiş, cavabdeh də həmin məbləği ödədikdən sonra daşınmaz əmlak onun adına rəsmiləşdirilmişdir. Cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəlik üzrə ödənilməmiş 37.710 manat təşkil etsə də, qüvvədə olan qanunvericiliyin tələbinə görə müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia ərizəsinin tərtib edildiyi vaxtdan, yəni 2025-ci ilin may ayından əvvəlki 3 il üzrə ödənilməmiş pul məbləği 18.000 manat təşkil edir. Lakin cavabdeh həmin məbləği də ödəməkdən imtina etdiyinə görə ## ###### 2025-ci il tarixdə cavabdehə yaranmış borcunu ödəməsi, borcunu ödəmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət ediləcəyi barədə rəsmi qaydada pretenziya məktubu da göndərilməsinə baxmayaraq cavabdeh yenə də heç bir səbəb göstərmədən borcu ödəməkdən imtina etmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, ## ######## 2014-cü il tarixdə notariat konturunda onunla Iddiaçı arasında müqavilə onun təşəbbüsü ilə bağlanmışdır. Belə ki, müqavilənin bağlanmasının əsas məqsədi mağazadan əldə olunmuş gəlirlərdən Iddiaçı icarə haqqı olaraq əvvəl bir ay üçün 300 manat pul vəsaiti, mağazanın banka olan kredit borcları ödənildikdən sonra isə 500 manat pul vəsaitinin icarə haqqı olaraq ödənilməli idi. Lakin, mağazanı işlədən XXX olmuşdur. Əldə olunan qazancdan XXX icarə haqqı ödəməli idi. Hesab edir ki, göstərəcəyi səbəblərə görə iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddianın hüquqi əsası kimi tərəflər arasında bağlanmış ## ######## 2014-cü il tarixli müqaviləyə istinad edir. Müqaviləyə görə o, atasının sağlamlığı, müalicəsi, normal yaşayışı üçün müqavilə bağlandığı tarixdən etibarən 16 ay olmaqla hər ay 300 manat, həmin tarixdən sonrakı müddət üzrə ömrünün axırına kimi isə hər ay 500 manat pul verməlidir. Beləliklə, iddianın hüquqi əsasını təşkil edən müqavilə 2014-cü ildə bağlanmış və həmin müqavilə iki hissədən ibarətdir. Birincisi müqavilə bağlandığı tarixdən 16 ay ərzində 300 manat verilməsi nəzərdə tutulur. Müqavilənin həmin hissəsinin icra müddəti 2016-cı ilin yanvar ayında bitmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, müqavilənin birinci hissəsi ilə bağlı üç illik iddia müddəti ötürülmüşdür. Bundan başqa müqavilənin ikinci hissəsi üzrə də iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilənin məzmunundan görünür ki, ikinci tərəfin öhdəlikləri vaxtaşırı icra edilən öhdəlikdir. Yəni hər ay üzrə birinci tərəfə pul ödəməlidir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Dolayısı ilə iddiaçı həmin hissə üzrə də iddia müddətini ötürmüşdür. Qeyd edir ki, övladın valideyn qarşısında vəzifələri və öhdəlikləri qanunlarda, xüsusilə də Ailə Məcəlləsində təsbit edilmişdir. Valideynə baxmaq övladın vəzifəsi kimi qanunla təsbit edildiyi halda bunun müqavilələşdirilməsi məntiqsiz olmaqla mənasızdır, çünki qanunla təsbit edilən vəzifənin təkrarən müqavilə ilə təsbit edilməsinə ehtiyac yoxdur. Cavabdeh müqavilənin mövcud olmadığı istənilən vəziyyət üçün öz valideyni qarşısında vəzifələrini icra etməlidir. Beləliklə, iddianın mahiyyətcə əsassız olması ilə yanaşı yuxarıda göstərilən səbəblərdən dolayı qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə verilməsi onun rədd edilməsini zəruri edir. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən irəli sürülmüş iddia tələbinə hazırkı ərizə nəzərə alınmaqla iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair qətnamə çxarılmalıdır. Bundan başqa qeyd etmək istəyir ki, müqavilənin bağlanmasının məqsədi mağazaya aid olmayan şərtlə, yəni mağazadan əldə olunmuş qazancdan Iddiaçı icarə haqqı kimi 300 manat əvvəl, yəni götürülmüş kreditlər ödənildikdən, sonra isə icarə haqqını qaldıraraq 500 manat ödəməyini göstərsə də Nümayəndə tərəfindən əldə olunmuş qazancların hansı məqsədlərə istifadə etdiyini bilmir, lakin Nümayəndə həmin qazancdan icarə pulu kimi ödənişlər etməmişdir. Bundan başqa o, həmin mağazada heç bir qazanc əldə etmədiyim halda nə üçün Iddiaçı hər ay 300 əvvəl, sonra isə 500 manat nə məqsədlə verməli idi? Göründüyü kimi, bağlanmış müqavilədə məqsədlər açıq göstərilmədiyindən əsassız və etibarsız sayılmalıdır. Iddiaçı etiraf etdiyi kimi, onun tərəfimdən ödənilmiş ümumi 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin ona qaytarılmasını tələb edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Pənahov) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında ## ######## 2014-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş müqavilənin şərtlərinə əsasən Cavabdeh atası Iddiaçı 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə tərəflər arasında könüllü olaraq bağlanmışdır və müqavilə şərtlərini özləri müəyyənləşdirmişlər. Həmin müqavilə mübahisələndirilməmiş və ləğv edilməmişdir.

9. Cavabdeh sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

10. Iddiaçı Iddiaçı müqavilə üzrə son üç ilə dair ödənilməli olan məbləği Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

11. Iddiaçı iddia tələbində məhkəməyə iddia ərizəsi verdiyi tarixdən üç il geriyə olan müddətə dair müqavilənin icrası ilə əlaqədar pulun ödənilməsini cavabdehdən tələb etmişdir.

12. Hazırkı mülki iş üzrə iddia ərizəsi məhkəməyə ## ### 2025-ci il tarixdə təqdim edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.2, 390.5, 398.1, 399.1, 399.2, 399.3, 442-ci, Mülki Prosessual Məcəllənin 9.3, 77.1, 81 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin atası Iddiaçıla cavabdeh arasında bağlanmış ## ######## 2014-cü il tarixli 1S-**** reyestr nömrəli müqavilə iki hissədən ibarətdir. Birinci hissədə müqavilə bağlandığı tarixdən Cavabdeh 16 ay ərzində 300 manat məbləğində pul vəsaitini Iddiaçı verməsini öhdəsinə götürmüşdür. Müqavilənin həmin hissəsində öhdəliyin icrası müddəti ## ###### 2016-cı il tarixdə bitmişdir. Müqavilənin ikinci hissəsində müqavilənin ilkin şərtinin icrası müddəti başa çatdıqdan sonra həmin müddət bitdikdən sonra ömrünün axırına kimi hər ay 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ikinci şərtinin icrası müddəti ## ###### 2016-cı il tarixdən başlanır. Hazırkı iddia tələbi ilə Iddiaçı məhkəməyə ## ###### 2023-cü il tarixdə müraciət etmişdir. Müqavilə öhdəliklərinin icrası ilə əlaqadar Cavabdeh bildirişi ## ###### 2023-cü il tarixdə göndərmişdir. Tərəflər arasında bağlanmış ## ######## 2014-cü il tarixli müqavilənin ilkin şərtinin (16 ay müddətində hər ay 300 manat ödəniş barədə) icrası müddəti ## ###### 2016cı il tarixdə bitmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman həmin tələbə dair iddia müddəti ötürülmüşdür. Eyni zamanda müqavilənin ikinci şərtinin (ömrünün axırına kimi hər ay 500 manat pul ödənilməsi) icrası müddəti ## ###### 2016-cı il tarixdən başlandığından və vaxtaşırı icra edilməli öhdəlik olduğunundan həmin öhdəliyə dair ## ###### 2019-cu il tarixədək iddia müddəti ötürülmüşdür. Iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, ## ######## 2014-cü il tarixli müqavilənin bağlanmasına əsas olan hallarla bağlı mövqeyini məhkəmənin hazırlıq iclaslarında bildirmişdir. Digər tərəfdən ## ######## 2014-cü il tarixli müqavilənin iddiaçının iddia ərizəsində qeyd etdiyi qeyri-yaşayış sahəsi ilə heç bir hüquqi və faktiki bağlılığı yoxdur. Qeyri-yaşayış sahəsinin bağışlama müqaviləsinin və ## ######## 2014-cü il tarixli müqavilələrinin bağlanılması tarixlərinə diqqət edildikdə, iddiaçının iddia tələbinin uydurma olduğu görünür. Əgər elə bir hal olsaydı, ## ######## 2014-cü il tarixli müqavilədə qeyri-yaşayış sahəsinin ona verilməsi ilə bağlı müddəalar nəzərdə tutulardı. Qanunvericilikdə də bunun adı renta müqaviləsi adlanır. Halbuki iddiaçı onunla renta müqaviləsi imzalamamışdır. Bundan başqa, ## ######## 2014-cü il tarixli müqavilə üzrə iddia müddəti də ötürülmüşdür. Mülki Məcəlləyə əsasən 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə (hakim T.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Əsədov və P.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı cavabdeh izahatında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Iddiaçı həmin iddia tələbinin əsası kimi ## ######## 2014-cü il tarixli, 3M-02-*** reyestr nömrəli müqaviləyə istinad etmişdir. Məhkəmə iddia tələbini təmin etməyərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış ## ######## 2014-cü il tarixli müqavilənin ilkin şərtinin (16 ay müddətində hər ay 300 manat ödəniş barədə) icrası müddəti ## ###### 2016-cı il tarixdə bitmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman həmin tələbə dair iddia müddəti ötürülmüşdür.

18. Eyni zamanda müqavilənin ikinci şərtinin (ömrünün axırına kimi hər ay 500 manat pul ödənilməsi) icrası müddəti ## ###### 2016-cı il tarixdən başlandığından və vaxtaşırı icra edilməli öhdəlik olduğunundan, həmin öhdəliyə dair ## ###### 2019-cu il tarixədək iddia müddəti ötürülmüşdür.

19. Hazırkı işdən də göründüyü kimi iddiaçının iddia tələbi əqdə əsaslanan tələb olduğundan, apellyasiya icraatı zamanı əqdin qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, ## ######## 2014-cü il tarixli 3M-02-*** reyestr nömrəli müqavilə üzrə iddiaçı cavabdehə qarşı 2024-cü ildə tələb irəli sürmüş və həmin tələb üzrə məhkəmə iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməmişdir. Istər 2024-cü ildə, istərsə də hazırkı irəli sürülmüş iddia tələbində Iddiaçı Əlibarat oğlu ilə Cavabdeh arasında bağlanmış ## ######## 2014-cü il tarixli 1S-**** reyestr nömrəli müqavilə üzrə ödənilməli olan pul məbləği mübahisələndirilmişdir. Iddiaçı eyni tələb üzrə eyni cavabdehə qarşı eyni əsasla və eyni predmet barəsində məhkəmədə iddia qaldırmış bu isə prosessual qanunvericiliyə görə yol verilən hesab olunmur.

20. Apellyasiya kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 2.1, 2.2, 53, 261.0, 261.0.2, 262.1, 262.4, 384.0.4, 385.1.1, 391 və 400, 402.2-402.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-

22. *(***)-****/**** nömrəli qərarı ilə (hakim Z.Əliyevin məruzəsi ilə, hakimlər V.Baxışova ci il tarixli, və Z.Bağayev) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında mövqeyi qanuni və əsaslı olmamışdır.

24. Belə ki, həmin normada icraata xitam verilməsinin əsası kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması nəzərdə tutulmuşdur.

25. Apellyasiya məhkəməsinin xitamın əsası kimi istinad etdiyi Lənkəran Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı qaldırdığı iddiada borcun hesablandığı tarixədək olan tələbləri həll edilmişdir. Hazırkı iddiada isə tərəflər arasında bağlanmış ## ######## 2014-cü il tarixli müqavilə əsasında aylıq ödənişlər üzrə son 3 ilə görə ödənilməmiş 18.000 manat pulun cavabdeh Cavabdeh tutulması tələb edilmişdir.

26. Göründüyü kimi, bu iş üzrə tələbin bir hissəsi Lənkəran Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə həll edilmiş dövrə düşmür. Başqa sözlə, iddianın həmin qətnamə ilə həll edilən tarixdən sonrakı dövrə düşən hissəsi daha əvvəl məhkəmə araşdırmasının predmeti olmadığı üçün iddianın tamamına MPM-in 261.0.2-ci maddəsinin tətbiq edilməklə işə xitam verilməsi düzgün olmamışdır. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə hazırkı iddianın əvvəlki qətnamə ilə əhatə olunmayan hissəsini müəyyənləşdirməli və bu hissəyə mahiyyəti üzrə baxmaqla mübahisəni mülki qanunvericiliyin normaları əsasında həll etməlidir.

27. Kassasiya kollegiyası öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.2, 416.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

28. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinin 2022-ci ilin may ayından 2024-cü ilin fevral ayı da daxil olmaqla dövrü əhatə edən (21 ay üzrə) pul tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

29. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Novruzovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədli və C.Imanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən edilərək, cavabdeh Cavabdeh ## ######## 2014-cü il tarixli, 3M-02-*** reyestr nömrəli müqavilənin icrası ilə əlaqədar 7.500 manat pul vəsaiti, 59 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin tam təmin olunması qənaətinə gələn birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddiaçının iddia tələblərinin bir hissəsinə xitam verilməli olduğu halda bu barədə ümumiyyətlə münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Işin müəyyən olunmuş hallarına əsasən tərəflər arasında ## ######## 2014-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş müqavilənin şərtlərinə əsasən Cavabdeh atası Iddiaçı 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə tərəflər arasında könüllü olaraq bağlanmış və müqavilə şərtlərini özləri müəyyənləşdirmişlər. Cavabdeh sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

31. Belə olan halda, kollegiya verilmiş iddia tələbini qismən əsaslı sayaraq 2024-cü ilin mart ayından 2025-ci ilin may qədər olan dövr üzrə ayda 500 manat olmaqla cavabdehdən tutulmalı olması qənaətinə gəlmiş və hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləği 7500 manat müəyyən edilməlidir. (15 ay* 500 manat).

32. Məhkəmə kollegiyası mülki mübahisənin mahiyyəti ilə bağlı öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında müqavilə bağlanmış, müqavilənin şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmişdir. Iddiaçı tələbini müqaviləyə əsaslanan alacaq kimi irəli sürmüşdür. Hazırkı iş üzrə əqdin etibarlılığını şübhə alına alacaq hallar aşkar olunmamışdır.

33. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış ## ######## 2014-cü il tarixli müqavilənin ilkin şərtinin (16 ay müddətində hər ay 300 manat ödəniş barədə) icrası müddəti ## ###### 2016-cı il tarixdə bitmişdir. Eyni zamanda, müqavilənin ikinci şərtinin (ömrünün axırına kimi hər ay 500 manat pul ödənilməsi) icrası müddəti ## ###### 2016-cı il tarixdən başlandığından və vaxtaşırı icra edilməli öhdəlik olduğunundan həmin öhdəliyə dair ## ###### 2019-cu il tarixədək iddia müddəti ötürülmüşdür.

34. Apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayan apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ## ######## 2014-cü il tarixli müqavilənin şərtlərindən görünür ki, Cavabdeh atasının müalicəsi, sağlamlığının qorunması, normal yaşayış tərzinin təminatı məqsədilə ona 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 yüz manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı vəziyyətdə iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə dəlilini əsassız hesab etmişdir.

35. Apellyasiya kollegiyası mövqeyini Mülki Məcəllənin 6.2, 385.1, 389.1, 399.1, 399.2, 399.3, 399.4, 442-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

36. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

38. Belə ki, işə baxan apellyasiya kollegiyası iddia müddətinin tətbiqi barədə ərizə verilən halda bununla bağlı ətraflı araşdırma, yəni şəxsin (iddiaçının) hüququnun pozulduğu vaxtla onun tərəfindən məhkəməyə müraciət olunan müddətin nə qədər olmasını aydınlaşdırmamışdır. Buna görə də, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Qəbul edilmiş qətnamədə tətbiq olunan digər maddi hüquq normaları əsasən ümumi normalar olduğundan hesab edilmişdir ki, məhz Mülki Məcəllənin 337.1-ci maddəsi düzgün tətbiq edilib-edilməməsinin aydınlaşdırılması əhəmiyyət kəsb etdiyindən həmin hallarla bağlı əlavə əsaslandırma aparılması zəruri deyildir. Işə apellyasiya qaydasında baxan məhkəmə mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası şəxsin (iddiaçının) öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyənləşdirməmiş, bu səbəbdən də iddia müddətini tətbiq etməməklə hüquqlarını pozmuşdur. Iddianın hüquqi əsasını təşkil edən müqavilə 2014-cü il tarixində bağlanmış və həmin müqavilə iki hissədən ibarətdir. Birinci hissə müqavilə bağlandığı tarixdən 16 ay ərzində 300 manat verilməsini nəzərdə tutur. Müqavilənin həmin hissəsinin icra müddəti 2016-cı ilin yanvar ayında bitmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Beləliklə, müqavilənin birinci hissəsi ilə bağlı 3 illik iddia müddəti ötürülmüşdür. Bundan başqa, müqavilənin ikinci hissəsi üzrə də iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilənin məzmunundan görünür ki, ikinci tərəfin öhdəlikləri vaxtaşırı icra edilən öhdəlikdir. Yəni hər ay üzrə birinci tərəfə pul ödəməlidir. Dolayısı ilə iddiaçı həmin hissə üzrə də iddia müddətini ötürmüşdür. Bundan başqa, iddia mahiyyəti üzrə də əsassızdır. Iddiaçının istinad etdiyi müqavilə qondarmadır. Müqavilənin hər iki tərəfin imzası ilə notariat kontorunda təsdiq edilməsi onun hüquqi təbiətini dəyişdirmir, yəni müqaviləyə qanunilik əlaməti gətirmir.

39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır.

Kassasiya baxışının hədləri

41. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

42. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işdə olan sübutlara və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.

47. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilənin könüllü olaraq bağlanmasını, bu müqavilənin etibarlılığını şübhə altına alacaq halların olmamasını, cavabdehin üzərinə düşən öhdəliyi yerinə yetirməməsini müəyyən etməklə, iddia tələbini qismən əsaslı hesab etmişdir.

48. Iddia müddətinin tətbiqinə dair kassasiya şikayətinin dəlili əsassızdır bu səbəbdən ki, tərəflər arasında bağlanmış ## ######## 2014-cü il tarixli müqavilə şərtinə əsasən cavabdeh atası olan iddiaçının müalicəsi, sağlamlığının qorunması, normal yaşayış tərzinin təminatı məqsədi ilə ona 16 ay müddətində hər ay 300 manat, həmin müddət başa çatdıqdan sonra atasının ömrünün axırına kimi hər ay 500 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Yəni, öhdəliyin hər ay 500 manat pulun ödənilməsi hissəsində icra müddəti iddiaçının ömrünün sonuna kimi qüvvədədir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Mülki Məcəllənin 377.2-ci maddəsini mübahisəyə tətbiq etməklə, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2024-cü il qətnaməsinin qüvvəyə mindiyi həmin ilin mart ayından hazırkı iddia verildiyi 2025-ci ilin may ayına qədər olan dövr üçün, yəni 15 aya 500 manat olmaqla, 7500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması qənaətinə gəlmişdir.

49. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar