Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1221/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Qarabağ Regional Təhsil Idarəsinə və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək müqaviləsinə xitam verilməsinin əsasları; əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Qarabağ Regional Təhsil Idarəsi və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi və mediasiya xərcinin ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı ##.##.2006-cı il tarixindən cavabdeh qurumda ingilis dili müəllimi işləmiş, ## #### 2025-ci ildə keçirilmiş sertifıkasiya imtahanında uğurlu nəticə əldə edə bilməmişdir.
2. Daha sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin tələbləri baxımından ## #### 2025-ci il tarixdən işəgötürənin *** nömrəli əmri ilə xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı İddiaçı cavabdeh Qarabağ Regional Təhsil Idarəsinə və Füzuli rayonu Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Qarabağ Regional şöbəsi) qarşı “işə bərpa tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vahid məhkəmə təcrübəsini nəzərə alaraq Füzuli rayon Kərimbəyli kənd tam orta məktəbin direktorunun ## #### 2025-ci il tarixli *** nömrəli əmrinin ləğv edilməsi, Kərimbəyli kənd tam orta məktəbin ingilis dili müəllimi vəzifəsinə bərpa olunması, ## #### 2025-ci il tarixdən işə bərpa ediləcəyi tarixə qədər məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq birdəfəlik ödənilməsi və mediasiya xərcinin ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Iddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən belə əsaslandırılmışdır ki işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, işəgötürən onu Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) işdən azad etsə idi, o, sertifikasiyanın nəticələrini müabahisələndirəcəkdi. Iddiaçı işdən çıxmaq barədə ərizəsini işəgötürənin təzyiqləri altında yazdığını bildirir. Digər tərəfdən iddiaçı qeyd edir ki, ## #### 2025-ci ildə məktəbin direktoru cavabdeh1 hədə-qorxusu altında işdən çıxmaq barədə ərizəni yazmış, ## #### 2025-ci ildə işdən azad olunmağı ilə bağlı yazdığı ərizəni rəsmi qeydiyyata düşməmiş geri götürmüş, Əmək və Məşğulluq Altsistemində isə (ƏMAS) əmək müqaviləsinə xitam verilməsi haqqında əmr direktor tərəfindən ## #### 2025-ci ildə bazar günü saat 11:57-də yaradılaraq, həmin gün saat 11:57-də imzalamışdır.
15. Məhkəmədə iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, onun işdən çıxmaqla bağlı etirazı olmasa da, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən öz ərizəsi ilə işdən çıxarılmağa etiraz edir. Belə ki, işəgötürən onu Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) işdən azad etsə idi, o, sertifikasiyanın nəticələrini müabahisələndirəcəkdir. Belə olan halda onun hüquqları işəgötürən tərəfindən pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
16. Cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında və məhkəməyə ünvanladığı yazılı etirazında bildirmişdir ki, ##.##.2025-ci il tarixdə yazılmış işdən çıxmaq barədə ərizə həmin gün əmrlər kitabına daxil edilmiş, ərizəyə qeydiyyat nömrəsi verilməklə İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Həmin vaxt Füzuli rayonu üzrə sistemə daxil olan ərizələr bir nömrə ilə eyni qovluqda qeydiyyata alınmışdır. Həmçinin bildirmişdir ki, cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru tərəfindən iddiaçının işdən azad edilməsi əmri əmrlər kitabına daxil edilmiş və orada müvafiq sıra sayı ilə qeydə alınmışdır. Iddiaçı sertifikasiyadan keçməmiş, öz ərizəsi ilə işdən ona görə çıxmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsin. Digər tərəfdən işəgötürən tərəfdən əmrin ## #### 2025-ci il tarixdə ƏMAS-a yerləşdirilməsinin səbəbi sistemdə yaranmış problemlə bağlı olmuşdur ki, bununla da bağlı işəgötürən inzibati qaydada tənbeh edilmişdir. Həmin tənbehin mahiyyəti isə işəgötürənin iddiaçı ilə əmək müqaviləsinə qanunsuz xitam verməsi deyil, əmrin sistemə gec yerləşdirilməsi olmuşdur.
17. Cavabdeh Qarabağ Regional Təhsil Idarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, iddia tələbində göstərilən hallar sübut olunmur. Cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru tərəfindən Elm və Təhsil Nazirliyinin daxili portalına iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə yazılmış işdən çıxmaq barədə ərizə həmin gün daxil edilmiş və ərizəyə qeydiyyat nömrəsi verilmişdir. O həmin sistemin videogörüntülərini məhkəməyə təqdim etmiş və ona tərəflərin iştirakı ilə məhkəmə iclasında baxılmışdır. O, qeyd etmişdir ki, həmin vaxt Füzuli rayonu üzrə sistemə daxil olan ərizələr bir nömrə ilə eyni qovluqda qeydiyyata alınmışdır. Həmçinin bildirmişdir ki, cavabdeh Füzuli rayonu, Kərimbəyli kənd orta məktəbinin direktoru tərəfindən iddiaçının işdən azad edilməsi əmri əmrlər kitabına daxil edilmiş və orada müvafiq sıra sayı ilə qeydə alınmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
18. Füzulu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Səkinəxanım Məmmədli).
19. Məhkəmə qətnaməsinin əsaslandırılması baxımından ilk növbədə müəyyən etmişdir ki, iddiaçının əmək müqaviləsinə onun razılığı əsasında xitam verilmişdir. Iddiaçı isə yalnız bundan sonra müdriyyətə verdiyi ərizəni geri götürdüyünü bildirir.
20. Məhkəmə hesab etmişdir ki, mübahisəli əmrin verildiyi tarixdə işdən çıxarılmağa dair ərizə işəgötürəndə olduğundan və geri qaytarılmadığından işəgötürən həmin ərizəni icra etməkdə haqlı olmuşdur. Belə ki, həmin dövrdə ərizə geri götürülməmiş və iddiaçının həmin ərizəni geri götürəcəyi ehtimalı cavabdehdə olmamışdır. Işdən çıxarılma barədə əmr verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.
21. Məhkəmə belə qənaətə gəlmişdir ki, belə olan halda iddiaçı tərəfindən verilmiş ərizənin cavabdeh tərəfindən aidiyyəti üzrə saxlanılmaması, iddiaçıya geri qaytarılması əmrin verildiyi vaxt özündə olan ərizənin geri qaytarılması olaraq dəyərləndirilə və əmrin ləğv edilməsinə əsas ola bilməz.
22. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin sistemə gec yüklənməsi də qanunvericilikdə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi üçün əsas kimi müəyyən edilməmiş və bu məlumatların Əmək və Məşğulluq Altsisteminə (ƏMAS) gec daxil edilməsi digər hüquqi nəticələrə səbəb olan haldır. Yəni bu, işəgötürənin barəsində inzibati xəta ilə bağlı tədbir görülməsi üçün əsasdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2 və 68ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil, üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti, iddia ərizəsinin dəlillərinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işçinin ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün əvvəlcə işçinin ərizəsi rəsmi qeydiyyata alınmalı, sonra isə həmin ərizə əsasında əmək müqaviləsinə xitam verilməlidir. Təlimatın 19-cu bəndinə əsasən sənədin imzalanmasının və ya təsdiq edilməsinin tarixi sənədin tarixi hesab edilir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 5ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Direktor isə xitam əmrini ## #### 2025-ci il 11:57:13 tarixində qeydiyyata alıb , 11:57:36 tarixdə imzalayıb (Məhkəmə bunları da nəzərə almamışdır). Əmək məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Amma ## #### 2025-ci ildə məktəbin direktoru cavabdeh1 (bir neçə şəxsin yanında) məni aldadaraq və hədəqorxu gələrək imtahandan kəsildiyim üçün işdən azad olunmağımla bağlı ərizə yazmayacağım halda Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işdən çıxarılacağımı və belə olan halda işlədiyim 19 il iş stajının batacağını, heç bir yerdə mənim işə götürülməyəcəyimi, xeyrimə ödənilmiş DSMF ödənişlərinin batacağını və nəticədə gələcəkdə pensiyaya da çıxa bilməyəcəyimi bildirdi. Bu hədə-qorxunun nəticəsində mən həmin gün işdən azad olunmağımla bağlı ərizə yazdım. Evə getdikdən sonra məlum oldu ki, cavabdeh1 hədəqorxu gələrək məni aldatmış və işdən azad olunmağımla bağlı ərizə yazmaq məcburiyyətində buraxmışdır. Növbəti iş günü ## #### 2025-ci ildə işdən azad olunmağımla bağlı yazdığım ərizə rəsmi qeydiyyata düşməmiş və xitam əmrim hüquqi qüvvəyə minməmiş geri götürmüşəm, Çünki ƏM-nin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun.Hazırda ərizənin əsli məndədir.
14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə).
15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi, öz mövqeyinə habelə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı işəgötürənə yazdığı ## #### 2025-ci il tarixli ərizəsində onunla bağlanmış əmək müqaviləsinə ## #### 2025-ci il tarixindən xitam verilməsini xahiş etmişdir. Bu halda işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi üçün bir aylıq xəbərdarlıq müddətini gözləməməli, ərizədə qeyd edilən tarixdən əmək müqaviləsinə xitam verməlidir.
16. Kollegiya həmçinin qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, iddiaçı öz iradəsinə uyğun olaraq ## #### 2025-ci ildən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və bu tarixdən sonra iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas qalmırdı. Çünki Əmək Məcəlləsinin 4-1-ci maddəsində verilən tərifə əsasən, əmək münasibətləri – işəgötürənlə qarşılıqlı razılıq prinsipi əsasında işçi tərəfindən əmək funksiyasının yerinə yetirilməsinə əsaslanan münasibətlərdir. Başqa sözlə, əmək münasibətləri müstəsna olaraq işçinin razılığına əsasən yaranır və davam etdirilir. Çünki əmək münasibətləri əmək azadlığı və əmək müqaviləsi azadlığı prinsiplərindən irəli gəlir. Işçi əmək münasibətlərini davam etdirmək istəmədiyi halda onunla əmək müqaviləsinə xitam verilməsini tələb etmək hüququna malikdir və işəgötürən bu təqdirdə bir ay müddətində onunla əmək müqaviləsinə xitam verməlidir.
17. Kollegiya daha sonra bildirmişdir ki, baxılan işdən görünür ki, iddiaçı xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsinə istinad etmir və bu hal iş materialları ilə müəyyən olunmur. Əksinə işdə olan sübutlardan həmçinin iddiaçı Günel Haqverdiyevaya məhkəmə baxışında çarpaz dindirmə zamanı verilən suallara cavabdan müəyyən edilmişdir ki, Günel Haqverdiyeva öz iradəsinə uyğun olaraq ## #### 2025-ci ildən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə ərizə verdikdən sonra işə çıxmamış və ona işdə olmadığı günlərə görə isə əmək haqqı hesablanmamışdır. Bu faktın özü də təsdiq edir ki, iddiaçı iddia tələbində haqlı olmamış, tələbinin əsası kimi göstəriyi faktlki hallar isə heç bir sübutla təsdiq olunmamaqla formal mülahizələrdən ibarət olmuşdur.
18. Iddiaçının ## #### 2025-ci il tarixində verdiyi ərizəsini özü tərəfindən geri götürməsinə, həmçinin işdən çıxmaq barədə ərizəni işəgötürənin hədəsi altında yazmasına münasibətdə kollegiya qeyd etmişdir ki, iddiaçı ona işdən çıxma barədə ərizənin təzyiq (hədəqroxu) altında yazdırılması və həmin təzyqinin nədə özünü göstərməsini nə birinci instansiya məhkəməsində nə apellyasiya icraatı zamanı sübut edə bilməmişdir. Ümumiyyətlə iddiaçı direktor tərəfindən ərizə yazılmağa “məcbur edilməsi” barədə bu günədək hüquq mühafizə orqanlarına müraciət etməmiş, yalnız Qarabağ Regional Əmək Müfəttişliyinə işdən qanunsuz çıxarılması barədə müraciət etmiş, işəgötürən isə əmək müqaviləsinə xitam verilməsi tarixinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin imzalandığı tarixdən əvvəlki tarixə müəyyən edilməsi əsası ilə, yəni Əmək və Məşğulluq Altsistemində əmrin ## #### 2025-ci il tarixdə imzalanmasına görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən tənbeh edilmişdir. Qeyd edilən halla bağlı isə cavabdehlərin nümayəndələri izahatlarında, ƏMAS-da baş verən texniki nasazlıqla bağlı əmrin sistemə gec yerləşdirildiyini, iddiaçının əmək müqaviləsinə də onun ərizəsində göstərdiyi tarixdən xitam verildiyini bildirmişlər.
19. Bundan əlavə kollegiya iddiaçının onun əmək müqaviləsinə düzgün xitam verilməməsi, yəni, iddiaçı sertifikasiyadan keçmədiyinə görə xitam verilməli olduğu halda işəgötürənin iddiaçının ərizəsi əsasında xitam verməsi ilə bağlı dəlillərinə münasibətdə bildirmişdir ki, işəgötürən sertifikasiya imtahanından keçməyən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verməsi, işəgötürənə işçi ilə bağlanan əmək müqaviləsinə onun tərəfindən xitam verilməsi üçün təkcə əmək qanunvericiliyinin ona verdiyi hüquq deyil, həmdə vəzifə kimi, yəni peşəkarlıq səviyyəsi yetərli qədər olmayan işçinin əmək hüquqlarını həyata keçirməyə davam etmək yolu ilə müəssisəsinin iş prinsipinin (eyni zamanda təhsil müəssisəsində təhsilin keyfiyyətinin) aşağı düşməsinə şərait yaratmaması kimi qəbul edilir. Başqa sözlə sertifikatlaşdırmadan keçməyən şəxsin pedaqoji fəaliyyətə buraxılması və məhkəmə qaydasında işə bərpa olunması həmin məqsədlərlə uyğunluq təşkil etmir və təhsil sistemində keyfiyyət tələblərinin zəiflədilməsinə səbəb ola bilər. (təhsil haqqında qanunun 4-cü maddəsi). Lakin Əmək qanunveciliyi işçiyə münasibətdə daha humanist mövqedə dayandığından, peşəkarlıq səviyyəsi belə kifayət qədər olmayan işçi (səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməlidir) öz ərizəsi əsasında işdən çıxmağı xahiş etdikdə, humanizm prinsipi baxımından işəgötürən işçi ilə əmək müqaviləsinə məhz işçinin təşəbbüsü ilə xitam verilməsini daha məqsədəuyğun hesab edir.
20. Kollegiya son olaraq bildirmişdir ki, iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir.
21. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3 və 5-ci hissələrinə; Əmək Məcəlləsinin 9, 11, 68 və 69-cu; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Iddia ərizəsinin və eləcədə apellyasiya şikayətinin dəlilləri ilə ümumən oxşarlıq təşkil edən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin araşdırmadığı hallardan biri də sənədin sadəcə şəkli (fotoşəkli) ilə işdən çıxarılma olmuşdur. Həmçinin məhkəməyə təqdim edilən elektron sənəd dövriyyəsindən çıxarılan surətlər qanunvericiliyə cavab verməmiş, məhkəməni aldatma məqsədi daşımışdır. Məhkəmə isə belə hallara dəfələrlə münasibət bildirməmişdir. Belə ki, şəkil hüquqi baxımdan rəsmi sənəd (elektron sənəd) hesab olunmur və fotoşəklin rəsmi sənəd olması üçün elektron imza ilə imzalanmalıdır. Fotoşəkil əsas sənədin varlığını göstərir amma onu əvəz etmir. Hüquqi sənəd sayılması üçün imzalanmış əsli və ya elektron imzalı sənəd tələb olunur və bu baxımdan da hüquqi öhdəlik yaratmır. Elektron imza və elektron sənəd haqqında qanuna əsasən elektron sənəd yalnız elektron imza ilə imzalandıqda qüvvəyə malikdir. Belə olan halda sadəcə şəkil elektron sənəd ola bilməz çünki onun identifikasiya və təsdiqi mümkün deyildir. Mülkü məcəlləyə görə sənəd dedikdə fiziki imza və ya elektron imza ilə təsdiqlənmiş sənədin əsli nəzərdə tutulur. Şəkil isə sadəcə surət sayılır və hüquqi qüvvəsi yoxdur. Mülki məcəlləyə görə yazılı sənəd dedikdə imzalanmış və təqdim olunmuş orijinal sənəd nəzərdə tutulur.Sənədin fotoşəkli (foto) yalnız köməkçi vasitə kimi istifadə oluna bilər, ancaq özü ilə hüquqi öhdəlik yaratmaz. Qarşı tərəfin təqdim etdiyi (Halbuki bu işdə bu proqrama heç bir ehtiyac yoxdur, kənd məktəbi elektron sənəd dövriyyəsinə qoşulmayıb, işəgötürən və işdən çıxardan direktordur. Kargüzarlıq məktəbin özündə aparılır) DMSpro - elektron sənəd dövriyyəsi proqramında, şəkilə əsasən şəkil bilərəkdən tam çəkilmiyib, kəsilib və ya redaktə olunub (sənədin tarixi yazısından sonrakı hissələri kəsilib, ekranın sağ tərəfi demək olar ki şəkildə düşməyib). Belə ki, DMSpro - elektron sənəd dövriyyəsi proqramında, ekranın sağ tərəfində qeydiyyat vərəqəsi, elektron sənədlər, sənədin yüklənmə tarixi və qoşma sənədlər adlı bölmələr var. Nədənsə şəkildə bilərəkdən həmin bölmələr göstərilmiyib. Həmçin qeydiyyat vərəqəsi bölməsində sənədin əsli haradadır və harada saxlanılır adlı bənd də (şəkildə göstərilmiyib) var. Belə ki, həmin şəkildə göstərilən Füzuli ərizələr sözünün üstündə iki dəfə vurmaqla sənədin kim tərəfindən göndərilməsi, ərizənin özü və ərizənin qeydiyyat vərəqəsi açılır ki, burda da bütün əməliyyatlar (gün, ay, il, saat, dəqiqə və saniyə ) göstərilir. Sadəcə olaraq bu şəkli redaktə edərək məhkəməyə təqdim etmək, məhkəməni aldatmaq məqsədi daşıyır. Çünki həmin bölmələrdə sənədin özü, kim tərəfindən göndərilməsi, sənədin sistem daxilində hərəkəti dəqiq tarixi ilə qeyd edilir. Həmçinin Füzuli rayon Təhsil sektorunun tabeliyində 79 ümumtəhsil məktəbi var. Həmin tarixdə əksər məktəblərdən işçilərin öz ərizəsi ilə işdən çıxmaları barədə ərizələr alınmışdır. Təqdim olunan şəkildə də kimin və ya kimlərin ərizəsi olduğu məlum deyil. Təhsil Nazirliyinin daxili nəzarət idarəsi, məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyi tərəfindən məhkəmə vasitəsilə DMSpro - elektron sənəd dövriyyəsi proqramı barəsində araşdırma aparılsa bu aşkara çıxar və öz təsdiqini tapar. Eləcədə bir çox şəxsin həmin tarixdə ərizə verdiyi məlum olar. Bundan başqa şəkildə kimin (ad soyad ata adı) ərizəsi olduğu da bilərəkdən gizlədilib. Həmçinin qeyd olunmalıdır ki, DMS sistemində qeydiyyat tarixin dəyişmək mümkün olsa da (şəkildəki qeydiyyat tarixin) sənədin qeydiyyat vərəqəsində sənədin hərəkəti haqqında (müraciət edən şəxs, kimə göndərilməsi, dərkanarı) bütün məlumatlar dəqiq tarixi (gün ay, il saat dəqiqə və saniyə ) ilə göstərilir. Şəklin kimin şəxsi kabinetindən çəkildiyi də məlum deyil və kimin ərizəsinin olduğu da məlum deyil. Məhkəmə bu hallara da qiymət verməmiş və kənd məktəbinin elektron sənəd dövriyyəsinə qoşulmamasını araşdırılmamışdır. Kargüzarlıq birbaşa hər bir məktəbin özündə aparılır və ərizənin harasa göndərilməyinə heç bir halda ehtiyac yoxdur.
24. Elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan təşkilatlarda alınan və göndərilən elektron sənədlərin hərəkəti, həmçinin təşkilatdaxili yazışmalar sistem vasitəsilə qeydə alınır. Sistem iştirakçılarına sənədlərin təhvil verilməsi sistem vasitəsilə təsdiq olunur. Elektron sənəd dövriyyəsi zamanı yalnız dərkənarların və göndərilən sənədlərin elektron imza ilə təsdiq edilməsi tələb olunur. ##.##.2025-ci il tarixli *** nömrəli əmrdə əsas kimi ərizəsini göstərib. Lakin həmin əmrdə əsas kimi göstərdiyi ərizənin əslini məhkəməyə təqdim edə bilmir və edə bilməyəcək. Çünki həmin əmr verilərkən ## #### 2025-ci il tarixdən cavabdehdə ərizəsi ümumiyyətlə olmayıb. Reallıq budur ki, cavabdeh sözügedən əmri ərizəsi əsasında yox, ərizənin fotoşəkli əsasında verib.
25. Qanunun tələbinə görə ərizə geri götürüldükdə əmək müqaviləsinə xitam verilə bilməz bu, yalnız işəgötürən tərəfindən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə rəsmi xəbərdarlıq edildiyi halda istisna təşkil edir. Ərizə isə tərəfindən geri götürülmüş və yeni işçinin götürülməsi barədə hər hansı rəsmi bildiriş olmamışdır. Buna baxmayaraq, cavabdeh əmək müqaviləsinə xitam vermişdir. Bu hal qanunun birbaşa və açıq pozuntusudur. Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 1.3 bəndinə əsasən sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Həmçinin həmin qaydanın 3.7 bəndinə görə sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. O isə tam orta təhsil bazasında ingilis dili fənni üzrə sertifikasiyaya cəlb olunmuşdur. Məhkəmə bu faktı da nəzərə almamışdır. Ərizəni işəgötürəndən aldığı zaman (Direktor maddə ilə çıxarılacağımımənə bildirmiş mən də razılaşmışdım,) ## #### 2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməmişdir. Bunu işəgötürən də ona dəfələrlə şifahi və telefon danışığı zamanı bildirmişdir. Dəfələrlə işəgötürənlə üzləşməmi və mənə atılan şər və böhtanları araşdırmaqdan ötrü məhkəməyə gəlməsini xahiş etsə də, yazışmaları təqdim etsə də əhəmiyyət verməmişdir. Əmək Müqaviləsinə ## #### 2025- ci il tarixdə saat 11:57:36 xitam verilmiş və hüquqi qüvvəyə minmişdir. Həmin vaxt ərizə onun özündə olmuşdur. ## #### 2025-ci il tarixə kimi dəfələrlə işəgötürən vatçapla yazaraq ərizə yazmağını xahiş etmişdir.Təssüf ki həmin yazışmaları məhkəməyə müxtəlif formalarda (CD və foto, videoproqram və s) təqdim etsə də məhkəmə bilərəkdən araşdırmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26.Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
27.Maddə 35- III hissəsi. Heç kəs zorla işlədilə bilməz. IV hissə. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
28. Maddə 9 “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüququdur.
29. Maddə 11 “b” bəndi. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüququdur.
30. Maddə 68 “a” bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür.
31. Maddə 69. Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. Işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, 2 fevral 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.