Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1228/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. İddiaçı “xxxx” MMC ilə aralarında bağlanmış ##.##.2021-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20-də yerləşən yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kv metr olan mənzili 50500 manat məbləğində pulu tam ödəməklə almışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 20də yerləşən yaşayış binasının 3-cü mərtəbəsi ümumi sahəsi 75 kv metr olan 2 otaqlı nömrəsiz mənzildən (bundan sonra mübahisəli mənzil) çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzili alandan bir müddət sonra satmaq qərarına gəlmiş, bundan sonra ev satışı ilə məşğul olan vasitəçilərə müraciət etmiş, vasitəçi onu mənzili almaq istəyən X1 ilə tanış etmişdir. X1 ilə sözügedən mənzili 85000 manata satmağa dair razılığa gəlmiş, sonuncu, razılaşdıqları məbləği 10-15 günə tam şəkildə ödəyəcəyinə söz vermiş, lakin vəd verdiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq onunla əlaqə saxlamamış və mənzillə bağlı ona heç bir ödəniş etməmişdir. Bundan təxminən 3 ay sonra tanışlarından biri ona zəng edərək, mənzildə təmir işlərinin aparıldığını bildirmiş, o, mənzilə gedərək orada işləyən ustaların işi dayandırmasını tələb etmiş, ustalar isə bu mənzilin Qiyaməddin adlı şəxsə məxsus olmasını demişlər. Mənzildə təmir işləri aparan Qiyaməddinlə əlaqə saxladıqda o, bu mənzili X1 adlı şəxsdən aldığını bildirmişdir. Bu barədə daha ətraflı araşdırma apardıqda ona məlum olmuşdur ki, X1 sənədlər əsasında ona məxsus mənzili hal-hazırkı iş üzrə cavabdeh olan Cavabdeh satmış, mənzilin açarını isə təmir işləri aparmaq üçün Qiyaməddinə həmin binada komendant vəzifəsində çalışan X1 yaxın qohumu olan Nəsir adlı şəxs vermişdir. O, dəfələrlə cavabdehdən mənzildə təmir işlərinin dayandırılmasını və mənzili boşaltmasını tələb etsə də, o, buna məhəl qoymamış, təmir işlərini tamamlayaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa başlamışdır.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan mübahisəli mənzildən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin dəyəri iddiaçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Bununla da mübahisəli əmlak iddiaçıya məxsus olduğu üçün onun bu əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Buna baxmayaraq cavabdeh iddiaçıya məxsus mənzilə qanunsuz olaraq sahiblik etmişdir. Bu səbəbdən iddia tələbi cavabdeh Cavabdeh dair hissədə əsaslı olmaqla təmin edilməli və o, iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Iddia tələbi cavabdehin ailə üzvlərinə münasibətdə konkret olmadığından təmin edilməmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat
6. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının istinad etdiyi mənzilin sahibidir və mənzilə sahiblik hüququ 3 il əvvəl, 2022-ci ilin oktyabr ayında yaranmışdır. Həmin mənzil 3 ildir ki, sahibliyi həyata keçirir, yəni mənzili təmir etdirir, mənzilə əşyalar gətirir, mənzildə əşyaların yerini dəyişir. Düşünür ki, mənzilə sahibliyi həyata keçirməyi sübut edilməsinə ehtiyac olmayan faktdır. Həmin mənzildə yaşayır, qazdan, elektrikdən və sudan istifadə edir. Hər ay 15 manat komendanta kommunal ödəniş edir. Məhkəmə yalnız qarşı tərəfin mövqeyini araşdırmış, onun tələblərini araşdırmamışdır. Iddiaçının məlumatı ola-ola həmin mənzilin təmirinə külli miqdarda pul xərcləmiş və məhkəmə bu fakta da əhəmiyyət verməmiş, hətta ümumiyyətlə bu məsələyə toxunmamışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Ramin Xəlilov (sədrlik edən və məruzəçi), Ilqar Dəmirov və Toğrul Axundov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi cavabdehin sözügedən mənzildən çıxarılmasına dair birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzil sahiblik hüququ ilə iddiaçıya məxsus olduğundan və cavabdehlə qeyd edilən mənzilə dair cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında əlyazma şəkilində bağlanmış, tarixi və nömrəsi mövcud olmayan, müqavilənin bağlanması üçün zəruri şərtləri nəzərdə tutmayan müqavilə etibarsız olduğundan, cavabdeh tərəfin həmin əmlakdan istifadəsi iddiaçının sahiblik hüquqlarının pozulması ilə nəticələnir.
10. Işin faktiki hallarından göründüyü kimi cavabdeh tərəf iddiaçının qanunla qorunan sahiblik hüquqlarını pozur. Belə olan halda iddiaçının bu hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb etmək hüququ vardır.
11. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən faktiki sahibliyin mövcudluğu, o cümlədən mənzildə yaşamaq, təmir işləri aparmaq, mənzilə əşyalar gətirmək, kommunal xidmətlərdən istifadə etmək və həmin xidmətlərə görə ödənişlər etmək özlüyündə şəxsə mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququ və ya qanuni istifadə hüququ yaratmır.
12. Apellyasiya məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı İddiaçı və “xxxx” MMC arasında mübahisəli mənzilin tikintisi haqqında # ###### 2021-ci il tarixli müqavilə bağlanmış və mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Lakin cavabdeh tam başqa bir hüquqi şəxslə nisyə alğı-satqı müqaviləsi bağlamış (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC) , maliyyə arayışı isə hissə-hissə 4 illik müddətlə bağlanmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh lazımi diqqət göstərməyərək mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MMC ilə maraqlanmamış, əl yazısı ilə müqavilənin bağlanmasından şübhə etməyərək aldadılmışdır. Həmçinin cavabdeh onun aldadılmasına istinad edərəkdə polis orqanına müraciət etməsi də iddiaçıya qarşı vermiş olduğu etirazın əsassızlığına dolayı yolla dəlalət etmiş olur.
13. Bundan əlavə, məhkəmə vurğulamışdır ki, mülkiyyətçi öz əmlakına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına malikdir və üçüncü şəxslərin bu hüquqlara qanunsuz müdaxiləsi qanunla yolverilməz hesab olunur. Cavabdehin mübahisəli mənzildə qalması üçün hüquqi əsasın olmaması, iddiaçının isə mülkiyyət hüququnun mövcudluğu nəzərə alınaraq, birinci instansiya məhkəməsinin cavabdehin mənzildən çıxarılması barədə gəldiyi nəticə əsaslı və qanunauyğundur.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
14. Iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ona “xxxx” MMC-nin nümayəndəsi və bina komendantı vasitəsilə təqdim edilmiş, mənzilə görə ilkin ödənişlər edilmiş və tərəflər arasında mənzilin sonradan tam şəkildə alınmasına dair razılaşma olmuşdur. Həmin mənzildə 2022-ci ilin oktyabr ayından etibarən yaşamış, mənzildə əsaslı təmir işləri aparmış, bunun üçün ustalar cəlb etmiş, tikinti materialları almış və böyük məbləğdə vəsait xərcləmişdir. Təmir işlərinin aparılması, ustalarla əlaqələr, mənzilin təhvil verilməsi və ödənişlərlə bağlı müxtəlif şəxslərlə yazışmalar, səs yazıları, video görüntülər və qəbzlər mövcud olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin sübutların heç birinə lazımi hüquqi qiymət verməmişdir.
16. Mənzilin təmirinə görə külli miqdarda borca düşmüş, ustalara və tikinti materialları satan şəxslərə ödənişlər etmişdir. Bununla yanaşı, müxtəlif vaxtlarda iddiaçı tərəfə və onun yaxınlarına bank kartları vasitəsilə pul köçürmələri edilmişdir. Həmin ödənişlərin təyinatı və məqsədi ilə bağlı tərəflər arasında telefon danışıqları və mesajlaşmalar olmuşdur. Həmin ödənişlərin mənzillə bağlı olduğunu sübut edən audioyazılar və mesajlar məhkəməyə təqdim edilmiş, lakin məhkəmə bunları araşdırmamışdır.
17. Həmçinin tərəflər arasında yaranmış mübahisə ilə bağlı dəfələrlə polis orqanlarına müraciət olunmuşdur. Xırdalan şəhər Polis Şöbəsində, eləcə də 102 xidmətində hadisə qeydə alınmış, polis əməkdaşları tərəfindən tərəflərdən izahatlar alınmış, audioyazılar dinlənilmiş və hadisənin mahiyyəti araşdırılmışdır. Şikayətçi bildirir ki, polis əməkdaşları belə, tərəflər arasında mənzil və pul münasibətlərinin mövcud olduğunu müəyyən etmiş, lakin apellyasiya instansiyası məhkəməsi həmin halları nəzərə almamışdır.
18. Bundan əlavə, o, sağlamlıq vəziyyətinə görə 1-ci qrup əlildir, bu səbəbdən mənzil məsələsi ilə bağlı yaranmış mübahisə onun psixoloji və fiziki vəziyyətinə ciddi təsir etmişdir. Mübahisə nəticəsində stress keçirmiş, səhhəti ağırlaşmış, hətta xəstəxanaya yerləşdirilmişdir. Bu hallar barədə polisə və digər dövlət qurumlarına məlumat verilmişdir. Lakin məhkəmə bu xüsusatları da nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
21. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
23. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
30. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.