Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1231/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Sumqayt şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdehlər «xxxx» Publik Hüquqi Şəxsinə və «xxxx» publik hüquqi şəxsinin Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Sumqayt Şəhəri Sumqayıt Bələdiyyəsinin cavabdeh «xxxx» Publik Hüquqi Şəxsinə və «xxxx» publik hüquqi şəxsi Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı “torpağın mülkiyyətçisi olaraq bələdiyyənin hüquqlarının cavabdeh tərəfindən pozulmasının aradan qaldırılması, torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinə çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh «xxxx» Publik Hüquqi Şəxsi tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsi üzərində iddiaçı Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və plan ölçüsünün iddiaçıya təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Sumqayıt Ərazi Idarəsinin üzərinə qoyulması qərara alınmışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Sumqayıt Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin Sumqayıt Ərazi Idarəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktuba əsasən, bələdiyyə ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin Sumqayıt Ərazi Idarəsi arasında müqavilə bağlanılması barədə ## #### 2024-cü il tarixli ** nömrəli protokol qərarı əsasında 300 kv metr torpaq sahəsinin sahibkarlıq üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqənin keçirilməsi xahiş olunmuşdur.
4. Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyasının sədri Toğrul Adıgözəlov tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan 300 kv metr və 1343 kv metr torpaq sahələri üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığını nəzərə alaraq sözügedən torpaq sahələrinin müsabiqəyə çıxarılması məqsədəuyğun hesab edilməmişdir.
5. Sumqayıt Bələdiyyəsinin ## #### 2024-cü il tarixli, ** nömrəli protokol qərarı ilə qərara alınmışdır: 1. Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən sahəsi 300 kv metr torpaq sahəsinin sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın. 2. Sumqayıt Bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan 300 kv metr torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə açıq müsabiqə keçirilsin. Torpaq sahəsi II qiymət zonasında yerləşir, bir kvadrat metr torpaq sahəsinin normativ qiyməti 4.32 manatdır, II qiymət zonasında ## ### 2023-cü il tarixdə son hərracda satılan torpaq sahəsinin bir kvadrat metrinin qiyməti 26,3 manat təşkil etmişdir. Hal-hazırda müsabiqəyə çıxarılan torpaq sahəsinin bir kvadrat metrinin satış qiyməti 35 manat müəyyən edilsin. Satış qiyməti son hərracda müəyyənləşdirilmiş qiymətə uyğundur və “Torpaq bazarı haqqında” Qanunun 16cı maddəsinə əsasən formalaşmışdır. Müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə “xxxx” publik hüquqi şəxsinin Sumqayıt ərazi Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanılsın. 3. Bu qərarın icrasına nəzarət bələdiyyənin Icra aparatının memarlıqtikinti və mülkiyyətə nəzarət şöbəsinə və X3 həvalə edilsin.
6. Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən 0,** saylı torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən torpağı müsabiqəyə çıxarmaqdan imtina etməklə Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən 300 kv metr torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və Sumqayıt Bələdiyyəsinin ## #### 2024-cü il tarixli ** saylı iclasının ** saylı qərarı əsasında Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadratmetr olan torpaq sahəsinin mülkiyyətə verilməsi üçün torpaq müsabiqəsinin (hərracının) keçirilməsi vəzifəsinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
8. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Sumqayıt Bələdiyyəsinin “X1 torpaq sahəsinin ayrılması haqqında” ## ###### 2006-cı il tarixli, ** saylı qərarına əsasən Sumqayıt şəhəri,18-ci məhəllə ərazisində ticarət obyektinin tikintisi məqsədilə 300 kvadrat metr torpaq sahəsi Şəhla Cəfərlinin icarəsinə verilmişdir. ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Sumqayıt Bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarı və ##.##.2008-ci il tarixli *** saylı icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən tikinti obyektinin tikintisi üçün X1 icarəsinə ayrılan torpaq sahəsi ilə bağlı plan və ölçü sənədi tərtib edilmiş və X2 kitabında 2471 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsinin ##.##.2008-ci il tarixli, *** saylı icarə müqaviləsinə əsasən X1 300 kv metr torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla X1 xeyrinə yüklü edilmiş və ona icarə hüququ əsasında ayrılmışdır. Icarənin müddəti başa çatdıqdan sonra X1 ərizə ilə bələdiyyəyə müraciət edərək həmin torpağın icarə müddətinin uzadılması məqsədi ilə yenidən torpaq müsabiqəsinə çıxarılmasını xahiş etmişdir. Bunun əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən ## #### 2024-cü il tarixli ** saylı iclasının ** saylı qərarı qəbul edilmiş və cavabdeh “xxxx” publik hüquqi şəxsə müraciət edilərək qeyd edilən bələdiyyə torpağının icarəyə verilməsi üçün həmin torpağın təkrarən müsabiqəyə çıxarılması xahiş olunmuşdur. Lakin Sumqayıt Bələdiyyəsinin sözügedən müraciətinə cavabdeh “xxxx” publik hüquqi şəxsi Sumqayıt Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının sədri, eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin müdiri olan Toğrul Adıgözəlovun imzası ilə ## ###### 2024-cü il tarixli, ************ saylı məktubla cavab verilərək yuxarıda qeyd edilən torpaq sahəsinin icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasının məqsədəuyğun sayılmadığını bildirilmişdir. Cavabdeh torpağın icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmasından imtinanı Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmadığı ilə əsaslandırmağa çalışmışdır. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsini müsabiqəyə çıxarılmaqla icarəyə verilməsi barədə müraciətindən cavabdehin imtinası tamamilə əsassız və qanunazidd olmaqla yanaşı, torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququna birbaşa müdaxilədir. Cavabdeh torpaq hərraclarının təşkili və keçirilməsi üzrə səlahiyyətli olan orqan kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə etmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə görə “xxxx” publik hüquqi şəxsi və onun ərazi komissiyaları dövlət və bələdiyyə mülkiyyətidə olan torpaqların mükiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərracları təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Onu da qeyd etmək lazımdır ki, cavabdehin Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən, sahəsi 300 kvadrat metr olan torpaq sahəsini icarəyə vermək üçün müsabiqəyə çıxarmaqdan imtinası da mahiyyəti üzrə qanuni və əsaslı deyildir. Belə ki, sözügedən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli, ** saylı qərarı ilə X1 xeyrinə yüklü edilmiş və ona icarə hüququ əsasında ayrılmışdır. Sadəcə olaraq həmin torpaq sahəsini əldə etmiş şəxs torpaq icarə müddətinin başa çatması səbəbindən təkrarən bələdiyyəyə müraciət edərək torpağın mülkiyyət hüququ əsasında ona ayrılmasını xahiş etmişdir ki, hal-hazırda qüvvədə olan qanunvericilik aktlarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ayrılmış bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə verilməsi eyni qaydada, yəni torpağın yenidən torpaq hərracına, yaxud müsabiqəsinə çıxarılması yolu ilə həyata keçirilə bilər. Cavabdeh imtinasında "Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrəli Fаrmаnının 1-ci maddəsinin 2-ci bəndinə istinad etmişdir ki, həmin Fərmanla bələdiyyə torpaqlarının ayrılması zamanı Аzərbаусаn Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin də alınmalı olması müəyyən edilmişdir. Lakin sözügedən torpaq sahəsi hal-hazırda vətəndaşa ayrılmır, sadəcə olaraq 2006-cı ildə ayrılmış torpaq sahəsinin mülkiyyət hüququ ilə rəsmiləşdirilməsinin həyata keçirilməsi istənilir. Bu səbəbdən bələdiyyə tərəfindən 2006-cı ildə icarə hüququ əsasında ayrılmış torpaq sahəsini mülkiyyətə vermək məqsədi ilə torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün cavabdehin göstərdiyi dəlillər qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsini mülkiyyətə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtinasını qanunsuz saydıqlarından, pozulmuş mülkiyyət hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi qismən təmin edilərək, Sumqayıt Bələdiyyəsinin ## #### 2024-cü il tarixli ** saylı qərarı əsasında Sumqayıt şəhərinin 18-ci məhəlləsi ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinin icarəyə verilməsi üçün torpaq müsabiqəsinə (hərracına) çıxarılması cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsə havalə olunmuş, iddia tələbi qalan hissədə rədd edilmşidir.
10. Birinci instansiya məhkəməsi imtinaya münasibətdə qeyd etmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin yuxarıda qeyd olunan normalarının tələblərindən müəyyən edilir ki, tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə dair Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin rəyi bu sahələrin fiziki və hüquqi şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı qəbul edilənə qədər alınır. Həmin qurumun rəyi torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduru çərçivəsində alınmalıdır.
11. Bu mərhələdə isə müsabiqə və hərraclar hazırki iş üzrə cavabdeh tərəfindən “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərracların keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq təşkil edilir. Həmin Qaydalarda isə müsabiqə və hərracların təşkilatçısı tərəfindən torpaq sahəsinin hərraca (müsabiqəyə) çıxarılmasından imtina proseduru ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, müsabiqə və hərracların təşkilatçısı torpaq sahələrinin hərraca çıxarılması üçün dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara dair toplanmış sənədləri hazırlamaqla hərracı təşkil edir və həyata keçirir.
12. Belə ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarı ilə sözügedən torpaq sahəsində tikilinin mövcud olduğu müəyyən edilir.
13. Məhkəmə hesab etmişdir ki, iddia «xxxx» Publik Hüquqi Şəxsinə münasibətdə təmin edilməli, digər cavabdeh «xxxx» publik hüquqi şəxsi Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına münasibətdə isə rədd edilməlidir. Belə ki, «xxxx» Publik Hüquqi Şəxs olduğundan mülki hüquq münasibətlərində də məhz öz adından iddia qaldırmaq, cavabdeh olmaq hüququna malikdir. Lakin onun tabeliyində yaradılmış komissiya onun funksiyalarını həyata keçirən orqan olmaqla onun öhdəliklərinə və vəzifələrinə görə cavabdeh qismində çıxış edə bilməz. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Sumqayıt Ərazi Idarəsi tərəfindən Sumqayıt bələdiyyəsinin sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilərkən eyni əsasa, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınmamasına istinad edilmişdir. Yekun olaraq Sumqayıt Inzibati Məhkəməsinin qərarı ilə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair iddiasının təmin olunması qərara alınmışdır.
14. Məhkəmə iddianın “xxxx” publik hüquqi şəxsi Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasına qarşı hissəsinə münasibətdə qeyd edir ki, hazırki işdə “xxxx” publik hüquqi şəxsi Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyası «xxxx» Publik Hüquqi Şəxsinin struktur bölməsidir. Buna əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunan tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Torpaq Məcəlləsinin 8, 47 və 56-cı, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 50.3, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5, 7 və 22-ci bəndləri, “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın Qanununun 3, 4, 5 və 6-cı bəndlərinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh «xxxx» publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslnadırılmışdır ki, məhkəmə Torpaq Məcəlləsinin 56.6-cı maddəsinin tələbini kənara qoyaraq “cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır” nəticəsinə gəlmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.5-ci maddəsinə əsasən Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci maddəsinə əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. Sumqayıt bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrəli Fərmanının 1-ci maddəsinin 2–ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin ##.##.2024-cü il tarixli, ************ saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Mərkəz Azərbaycan Respublikası Prezidentinin ## ####### 2003-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və hərraclar təşkil edir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirinin ## ####### 2021-ci il tarixli F-*** nömrəli Əmri ilə təsdiq edilmiş Mərkəzin Nizamnaməsinə görə, Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin və Xidmət rəisinin əmr və sərəncamlarını, bu Nizamnaməni və digər normativ hüquqi aktları rəhbər tutur. Işə baxan məhkəmə qanunun qeyd edilən tələbini kənara qoyaraq “cavabdehin torpaq sahəsini icarəyə vermək üçün torpaq müsabiqəsinə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin verilməli olmasına dair dəlili tamamilə əsassızdır” nəticəsinə gəlmişdir. Qanunvericiliyinin tələblərinə uyğun olaraq bələdiyyə torpaq sahəsinin hərraca və ya müsabiqəyə çıxarılması məqsədi ilə hüquqmüəyyənedici sənədləri toplayaraq Əmlak Məsələləri Dövlət Xidmətinin yerli ərazi şöbəsinə müraciət etməlidir. Iş materiallarından göründüyü kimi, Sumqayıt Bələdiyyəsi Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət etmiş, lakin ərazi şöbəsi Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin məktubuna istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinə dair təqdim edilmiş sənədlər toplusunda “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## ######## tarixli *** nömrəli Fərmanının 1-ci maddəsinin 2–ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə olunmadığından müsabiqəyə çıxarılması məqsədəuyğun sayılmamışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, qeyd edilən və bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə edilmiş müraciətə və ərazi şöbəsinin ##.##.2024cü il tarixli, ************ saylı cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dai sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov) cavabdeh «xxxx» Publik Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşıraraq qeyd etmişdir ki,” Cavabdeh”nin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətində nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Publik Hüquqi Şəxs dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi üçün müsabiqə və hərrac təşkil etmək funksiyasını həyata keçirən bir qurumdur. Bu baxımdan cavabdeh təşkilatın torpaq sahəsini müsabiqəyə çıxarmaqdan imtina üçün göstərdiyi torpağa dair rəyin verilməli olmasına dair dəili əsassızdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
23. Maddə 56, 6-cı hissə. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bu qayda təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin ayrılması halına şamil edilmir.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
24. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
25. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
26. Bənd 1.2. yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahələri ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli hüquq normalarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun deyildir, ona görə də kassasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş yeni apellyasiya baxışına göndərilməlidir.
36. Belə ki, hazırkı işdə iddiaçının hüquqi marağı Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən, sahəsi 300 kvadrat metr olan torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə torpaq müsabiqəsinə (hərracına) çıxarılmasından ibarətdir.
37. Cavabdehin imtinasının, apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsinin müsabiqəyə çıxarılması üçün təqdim edilmiş sənədlər toplusunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi mövcud olmadığından torpaq sahəsinin müsabiqəyə çıxarılması məqsədəuyğun deyildir.
38. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.6-cı maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin ## #### 2002-ci il tarixli, ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən, torpaq sahəsinin hüquqi və fiziki şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilməlidir.
39. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5ci maddəsinə əsasən, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
40. Azərbaycan Respublikası Prezidentinin ## ####### 2003-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”nın 4-cü hissəsinə əsasən, müsabiqə və hərracların təşkilatçısı- Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxxdir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün qeydiyyat haqqının miqdarını, torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Təşkilatçı alqı satqı və icarə obyekti üzrə tələb olunan sənədləri və materialları hazırlayır. Bu sənədlər aşağıdakı məlumatları əks etdirilməlidir: ......alqı-satqı və icarə obyekti olan torpaq sahəsi şəhərin baş inkişaf planının hüdudlarında yerləşdiyi halda şəhərsalma və arxitektura üzrə müvafiq orqanın rəyi.
41. Iş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsi tərəfindən cavabdehə təqdim edilmiş sənədlər toplusuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əlavə edilməmiş, cavabdeh də məhz həmin halı əsas gətirərək torpaq sahəsinin müsabiqəyə çıxarılmasını məqsədəuyğun hesab etməmişdir.
42. Bununla yanaşı, işdən görünür ki, mübahisəli torpaq sahəsi hələ 2006-cı ildə Sumqayıt Bələdiyyəsinin qərarı ilə Şəhla Cəfərlinin icarəsinə verilmiş, torpaq sahəsi ilə bağlı plan və ölçü sənədləri hazırlanmış, həmin torpaq sahəsi X2 kitabında uçota alınmış, sonradan isə bələdiyyənin mülkiyyət hüququ məhkəmə qaydasında tanınmışdır.
43. Iddiaçı məhkəmələr qarşısında həmin torpaq sahəsinin ilk dəfə ayrılmasını deyil, əvvəllər icarəyə verilmiş torpaq sahəsinin mülkiyyətə verilməsi məqsədilə yenidən müsabiqəyə çıxarılmasını tələb etmiş, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin tələb olunmadığını göstərmişdir.
44. Lakin apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan hallara qanunvericiliyin sadalanan normalarını düzgün tətbiq etməmiş, xüsusilə “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ######## 2018-ci il tarixli, *** nömrəli Fərmanının müddəalarının tətbiq edilməməsinin zəruriliyini lazımi qaydada əsaslandırmamışdır.Qanunvericiliyin tələblərinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin tikinti məqsədləri üçün özgəninkiləşdərilməsi və ya icarəyə verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin alınması məcburildir. Bu zaman özgəninkiləşdərmənin və ya icarəyə verilmənin hansı qaydada aparılması əhəmsiyət kəsb etmir.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan bütün hallar tam və hərtərəfli araşdırılmamış, tərəflərin dəlillərinə və etirazlarına hüquqi qiymət verilməmişdir. Nəticədə, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar müəyyən edilmədən qətnamə qəbul edilmişdir.
46. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh “xxxx” Publik Hüquqi Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.