Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1241/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Iddiaçının Cavabdehə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bələdiyyə və üçüncü şəxs 1 cəlb edilməklə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDI: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2025-ci il ## ###### tarixində cavabdeh Cavabdeh elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada verilmişdir (İ cild, i/v 258). 2026-cı il ## ###### tarixində cavabdeh Cavabdeh ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # ###### tarixli *(***)-****/**** nömrəli qərardadı ilə həmin ərizə təmin edilmişdir. Sonradan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 tərəfindən 2026-cı il ## ##### tarixində kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Bununla da MPM-nin 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş 2 aylıq müddət ötürülmüşdür. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan tərəfin dövlət hesabına vəkillə təmin olunması kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin axımını dayandıran və ya onun hesablanmasına təsir edən hüquqi əsas kimi çıxış etmir. Şəxsin dövlət hesabına hüquqi yardımla təmin olunması barədə müraciət etməsi onu qanunla müəyyən edilmiş müddətlərə riayət etmək öhdəliyindən azad etmir və prosessual müddətin axımını dayandırmır. Tərəf kassasiya şikayətini müəyyən edilmiş müddət daxilində təqdim etmək, habelə zərurət olduğu halda ötürülmüş prosessual müddətin bərpası barədə əsaslandırılmış ərizə ilə məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Lakin müddətin bərpası barədə hər hansı vəsatət və ya ərizə təqdim edilməmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi tərəfindən kassasiya şikayəti müəyyənləşdirilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin bərpası ilə bağlı müraciət edilməmiş, apellyasiya məhkəməsi də müddətin ötüb-ötməməsinə qiymət verməmişdir. Nəticədə prosessual müddət ötürülməklə verilən kassasiya şikayəti kassasiya instansiyasına göndərilmişdir. MPM-in 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti müvafiq prosessual hərəkətlər həyata keçirilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-1241/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1241/2026
06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver