Məhkəmə qərarları › İş №2(1-8)-1245/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1245/2026

09.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1245/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı “xxxx” MMC-nin cavabdeh cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, cavabdeh1 MMC və cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə əmələ gəlmiş öhdəliyin icra edilməməsi, pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məmməd qızı arasında bağlanmış ##.##.2006-cı il tarixli beh müqaviləsinin surətinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məmməd qızı Şərifzadə 40, mənzil 22-də yerləşən 2 otaqlı, 39,38 m2 sahəni X2 36.000 ABŞ dollarına satmağa razıdır və bunun müqabilində alıcıdan 500 ABŞ dollarını X3 və X6, X4 iştirakı ilə beh olaraq aldı və aşağıdakı öhdəlikləri, evə aid sənədləşmə işini aparmağı, evin borclarını ödəməyi, evi təyin olunan vaxtda boşaltmağı öhdəsinə götürmüşdür.

2. ##.##.2006-cı il tarixli, AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2006-cı il tarixlərdə verilmiş çıxarış №**/**** qeydiyyatlı arayışa əsasən Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ** nömrəli binada yerləşən yaşayış sahəsi 26,38 m2 ümumi sahə 39,38 m2 iki otaqdan ibarət ** nömrəli mənzili X2 mülkiyyətinə vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən satıcı daşınmaz əmlakı 31536 manata satdı, alıcı isə həmin qiymətə aldı.

3. Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli küçəsində istifadəsində olan 0,0398 ha torpaq sahəsində yerləşən *** nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 39,6 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən *** nömrəli reyestr kitabının ***** nömrəli vərəqində ##.##.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

4. “xxxx” MMC Bakı şəhəri Yasamal rayon Sereteli, M.Fətəli, İ.Əbilov və F.Ibrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayış binasının tikintisinə icazə almaq məqsədi ilə həmin ərazidə bir neçə sakinlərlə müqavilələr bağlamış, həmin müqavilələrdən biri də cavabdeh3 ilə aralarında bağlanmış ## ###### 2006-cı il tarixli razılaşma (beh) müqaviləsi olmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh3 M.Fətəli 158 ünvanında yerləşən 60 m2 yaşayış sahəsini “xxxx” MMC-yə 132000 ABŞ dollarına satmağı öhdəsinə götürmüş, müqavilədə qeyd olunmuşdur ki, həmin tarixə qədər isə 49950 ABŞ dolları cavabdeh3 ödənilmişdir.

5. “xxxx” MMC-yə məxsus ##.##.2006-cı il tarixli, ****-* nömrəli kassa məxaric orderində aşağıda qeyd olunan mətn yazılmışdır: “Verilsin cavabdeh3 əsas mülkiyyətində olan mənzilin alınması, ##.##.2006-cı il tarixli beh müqaviləsi 49.950 (qırx doqquz min doqquz yüz əlli) Aldı qırx doqquz min doqquz yüz əlli ABŞ dolları. Imza etdi rəhbər, mühasib, xəzinədar və vəzifəsi adı göstərilməyən şəxs.

6. Bakı Şəhər Icra Hakimiyyətinin başçısının ##.##.2020-ci il tarixli ** nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, Ibrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad Ibrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazidəki, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında cavabdeh1 MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. “xxxx” MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə məhkəməyə təqdim edərək cavabdeh3 (bundan sonra – “cavabdeh”) beh kimi 300 ABŞ dolları və 49.950 ABŞ dolları ödənilmiş pul vəsaiti olmaqla ümumilikdə, 50.250 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2006-cı il tarixdə təsis edilmiş və 0106-P198-45022 nömrə ilə ##.##.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə almaq və həyata keçirmək məqsədilə yaradıldığı 2006-cı ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Sereteli, M.Fətəli, İ.Əbilov və F.Ibrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə müəyyən sövdələşmələr aparmış, onların bəziləri ilə ilkin alqı-satqı əməliyyatları həyata keçirmiş, bəzilərinə isə beh ödənişləri edərək külli miqdar pul vəsaiti xərcləmişdir. Bu əməliyyatlar çərçivəsində müqavilələrdən biri cavabdehlə imzalanmışdır. Həmin müqavilə üzrə cavabdeh evin sənədlərinin hazırlanması, DNK-da alqı-satqı aparılandan dərhal sonra 5 gün müddətində evi boşaltmaq öhdəliyi götürmüşdür (qeyd edilməlidir ki, göstərilən müqavilə bağlananadək cavabdehə ödənilmiş 49.950 ABŞ dolları məbləğində puldan 36.000 ABŞ dolları xərclənməklə onun övladı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Məmməd qızından sahəsi 39,38 m2 olan 2 otaqlı mənzil alınaraq mülkiyyətinə verilmişdir və həmin əməliyyatlar zamanı ilkin olaraq bağlanmış ## ###### 2006-cı il və ## ######## 2006-cı il tarixli beh müqavilələrinin rəsmiləşdirilməsində iddiaçını həmin cəmiyyətin direktor müavini X3 təmsil etmişdir). Bundan bir müddət sonra isə iddiaçı tərəfindən müasir yaşayış binasının tikintisi planlaşdırılan torpaq sahəsində marağı olan digər “qüvvələr” ortaya çıxaraq “qurğu qurmuş”, nəticədə bir qrup adamların şikayətləri nəticəsində cəmiyyətin direktoru Qanuni nümayəndə barəsində cinayət işi açılmış və o, Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəmənin ## ### 2010-cu il tarixli hökmünə əsasən təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sui-istifadə edən cavabdeh aldığı 50.250 ABŞ dolları məbləğində pulu mənimsəmiş, yuxarıda göstərilən müqavilədən irəli gələn öhdəliyinin icrasından yayınmışdır. Odur ki, cəmiyyətin təsisçi direktoru Qanuni nümayəndə cəzasını çəkib qayıtdıqdan sonra cavabdehin yaşadığı evə gedərək yuxarıda göstərilən müqavilənin icrasının başa çatdırılmasını təklif etmiş, lakin cavabdeh tərəf göstərilən müqavilədən irəli gələn öhdəliyin icrasından, habelə alınmış pulun qaytarılmasından qəti surətdə imtina etmişdir. Qeyd edilməlidir ki, artıq yuxarıda göstərilən mübahisəli yaşayış evinin də yerləşdiyi ətraf ərazidə yeni binaların tikintisinin aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaları üzrə üçüncü şəxs cavabdeh1 MMC-yə həvalə edilmişdir. Odur ki, artıq xeyli vaxtdır ki, ərazidə söküntü-qazma işləri aparan üçüncü şəxs cavabdeh1 MMC-nin səlahiyyətli əməkdaşları tərəfindən daşınmaz əmlak sahibləri ilə (o cümlədən cavabdehlə) söküntüyə gedən əmlakların əvəzləşdirilməsi istiqamətində razılaşmalar aparılır və müqavilələr bağlanır. Bu səbəbdən cəmiyyətin yuxarıda göstərilən müqavilədən irəli gələn hüququnun pozulmasının qarşısını almaq üçün məsələ barədə üçüncü şəxs cavabdeh1 MMC-yə bir neçə dəfə məlumat verilmiş, lakin hər dəfə onlar tərəfindən bu məsələnin onlara heç bir aidiyyəti olmadığı, sakinlərlə faktiki yaşayış sahəsi üzrə əvəzləşdirmələr aparılacağı birmənalı olaraq bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi tərəflər arasında bağlanmış # ###### 2006-cı il tarixli müqavilədən irəli gələn öhdəliyin cavabdeh tərəfindən tam icra edilməməsi nəticəsində iddiaçının gözlənilməli olan “alıcı” hüququ pozulmuş, digər tərəfdən isə həmin hüquq həm cavabdeh, həm də üçüncü şəxs cavabdeh1 MMC tərəfindən nəzərə alınmamaqdadır. Belə davam edəcəyi təqdirdə isə cəmiyyət zərərə məruz qalacaq, nəticə etibarilə tərəflər arasında bağlanmış müqavilənin məqsədinə çatmağa maneçilik törədiləcək, bir sözlə, həmin müqavilə öz əhəmiyyətini itirmiş olacaqdır.

9. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi (hakim – Ü.Xəlil) ilə iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış # ###### 2006-cı il tarixli razılaşma müqaviləsindən görünür ki, cavabdeh mülkiyyətində olan M.Fətəli 158 ünvanında yerləşən 60 m2 yaşayış sahəsini iddiaçıya 132.000 ABŞ dollarına satmağa razılaşmışdır. ##.##.2006-cı il tarixədək 49.950 ABŞ dolları ödənildiyi qeyd olunsa da, lakin iddiaçı tərəfindən təqdim edilmiş ****-* nömrəli ##.##.2006-cı il tarixli kassa məxaric orderindən görünür ki, cavabdehə 49.950 ABŞ dolları beh müqaviləsi bağlandıqdan bir gün sonra ödənilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə X2 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi isə həmin tarixdən 3 ay əvvəl bağlanmışdır. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə X2 arasında bağlanmış ## ####### 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində daşınmaz əmlakın qiyməti 31.536 manat müəyyən edilmişdir. Iddiaçı həmin müqavilə üzrə verilmiş pulun məhz onun tərəfindən verilməsini təsdiq edə bilməmişdir.

11. Bundan başqa iddiaçı və cavabdeh arasında bağlanmış # ###### 2006-cı il tarixli razılaşma müqaviləsindən görünür ki, beh kimi 300 ABŞ dolları satıcıya verilmişdir. Qalan 81.750 ABŞ dolları məbləği müqaviləyə əsasən hissə-hissə ödənilmişdir.

12. Iddiaçıya 300 manat behin ödənilməsini təsdiq edən sübutu təqdim etməsi təklif olunsa da, lakin iddiaçı tərəfindən hər hansı sübut əlavə edilməmişdir. Həmçinin iddia ərizəsinə iddiaçı və cavabdeh, həmçinin iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış razılaşma (beh) müqavilələrinin yalnız surəti təqdim olunmuşdur.

13. Məhkəmə vurğulamışdır ki, hazırkı halda həmin beh müqaviləsinin həqiqiliyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız əl yazma ilə bağlanmış beh və razılaşma müqavilələrinin surəti təqdim edilmişdir. Hər hansı sənədin (kağızın) yazılı sübut kimi qəbul edilməsi üçün həmin sənədin aşağıdakı şərtlərə cavab verməsi tələb olunur, başqa sözlə yazılı sübutun həqiqiliyi prezumpsiyası aşağıdakılarla bağlıdır: sənədin əsli olmalı; sənəddə tarix olmalı; sənəd onu tərtib edən və ya müvafiq şəxs tərəfindən imzalanmalı və sənədə düzəliş edilməməliqaralanmamalıdır. 14.

15. Lakin iddiaçı tərəfindən təqdim edilmiş beh (razılaşma) müqavilələrinin əsli deyil, surətləri məhkəməyə təqdim edilmişdir.

16. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər iddiaçı tərəfindən cavabdehlə aralarında müqavilənin bağlanmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 433.1, 442, 460.1, 491.1, 491.2, 492.1, 492.2, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

18. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundan əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi həm həqiqəti müəyyən etməmiş, həm də həqiqəti müəyyən etməyə təşəbbüs belə göstərməmişdir. Yalnız cavabdeh tərəfin subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən qeyd etmişdir ki, mübahisə predmeti olan müqavilənin şərtlərində cavabdehin üzərinə hər hansı öhdəlik və ya tapşırığın qoyulması əks edilməmişdir. Müqavilə bağlanarkən Mülki Məcəllənin maddələrinin məzmunu, habelə Vergi Məcəlləsinin maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələr, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən ədalətli, qanuni və hərtərəfli araşdırma aparılmamış və nəticədə düzgün olmayan qərar qəbul edilməsinə səbəb olmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: S.Səlimova – sədrlik edən və məruzəçi, A.Imanov və M.Rüstəmli).

21. Məhkəmə kollegiyası iddiaçıya məxsus ##.##.2006-cı il tarixli, ****-* nömrəli kassa məxaric orderində adı, soyadı qeyd olunmayan imza sözü qarşısında icra edilən, iddiaçı tərəfindən cavabdehə məxsus olması iddia olunan, imzanın cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edərək ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Təqdim olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyinə əsasən tədqiq olunan imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması və eyniləşdirmə üçün zəruri əlamətlər külliyyatının müəyyən edilə bilməməsi səbəbindən, ##.##.2006-cı il tarixli, ****-* nömrəli kassa məxaric orderindəki imzanın cavabdeh tərəfindən icra olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır.

22. Iddiaçının məhkəməyə təqdim etdiyi “Müstəqil Ekspertiza Mərkəzi”nin X1 müraciəti əsasında verilən ##.##.2026-cı il tarixli, ** nömrəli mütəxəssis rəyindən isə görünür ki, tədqiqata təqdim edilmiş iddiaçıya məxsus ##.##.2006-cı il tarixli, ****-* nömrəli kassa məxaric orderinə aid blankın imza qrafasında cavabdehin adından icra edilmiş mübahisəli imzanın cavabdeh tərəfindən sərbəst şəkildə icra edilməsi müəyyən edilmişdir.

23. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının təqdim etdiyi, aparılmış tədqiqat zamanı yalnız iki imza nümunəsinin surətini tədqiq etməklə kifayətlənib tərtib olunan mütəxəssis rəyi, məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanının məhkəmə eksperti şəhadətnaməsini almış eksperti tərəfindən verilən rəylə müqayisədə mötəbər, təkzib olunmaz sübut növü olaraq qiymətləndirilə bilməz.

24. Kollegiya iddiaçının təqdim etdiyi digər yazılı sübutlarla bağlı qeyd etmişdir ki, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Iddiaçı isə tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar qismində yalnız əl yazma ilə bağlanmış beh və razılaşma müqavilələrinin surətini məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında da iddiaçının direktoru izahatında tərəfindən təqdim edilmiş sənələrin əslinin olmadığını bildirmişdir.

25. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının sübut kimi təqdim etdiyi sənədlərin surətləri təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, iş üzrə məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanının verdiyi ekspert rəyinə əsasən iddiaçının cavabdehə pul verməsini təsdiq edən ## ###### 2006-cı il, ****-* nömrəli “Kassa məxaric orderi”nin cavabdeh tərəfindən imzalanmasını müəyyən etmək mümkün olmadığından apellyasiya şikayətinin dəlilləri əsassızdır, ona görə də təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60 125 (İ, III və VII hissələr), 127 (İ və II hissələr), 129 (III hissə), Mülki Məcəllənin 5.3, 386.1, 389.1, 390.1, 399.1, 491.1, 491.2, 646.1, 646.2, MPM-in 14.2, 63.1, 64.1, 76.1, 76.2, 77.1, 88, 89.1, 89.3, 97.5, 101.7, 106.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

28. Mülki Məcəllənin 425.1-ci maddəsi üzrə - cavabdeh iddiaçının həbsdə olmasından istifadə edərək müqaviləni icra etməkdən yayınması və iki dəfə, yəni mənzilin dəyərinin iddiaçıdan və üçüncü şəxsdən qəbul etməsi vicdanlılıq prinsipinə ziddir.

29. MPM-in 76.2-ci maddəsi üzrə - məhkəmə ekspert rəylərini, yəni sübutları düzgün tədqiq etməmiş, dövlət ekspertizasının rəyini müstəqil ekspertiza mərkəzinin rəyinə münasibətdə üstün tutmuşdur. Belə ki, mütəxəssis rəyi lisenziya almış mərkəz tərəfindən araşdırılmışdır və həmin rəydən aydın olur ki, ekspertizanı aparan mütəxəssis AR CPM-in 96-cı maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdar edilmişdir. Dövlət ekspertizasının imza nümunələrini qiymətləndirməyə texniki imkanının olmaması iddiaçının həll edəcəyi məsələ deyildir. Bu halda məhkəmə tərəfindən yenidən ekspertizanın keçirilməsi və həmin ekspertiza keçirilərkən mütəxəssis rəyinin nəzərə alınması barədə qərar qəbul edilməli idi.

30. MPM-in 97.5-ci maddəsi üzrə - cavabdeh məhkəmənin və ekspertizanın çağırışlarına heç bir üzrlü səbəb olmadan gəlməkdən yayınmışdır. Məhkəmə iclası zamanı üçüncü şəxs cavabdeh1 MMC cavabdehlə aralarında müqavilə olduğu üçün və ona məxsus mənzildə yaşadığı üçün məhkəmə iclaslarının keçirilməsi barədə məlumat verilsə də, buna baxmayaraq cavabdeh məhkəmə iclaslarında yenidən iştirak etməmişdir. Bununla da cavabdeh məqsədli şəkildə ekspertizanın keçirilməsinə mane törətmişdir.

b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

36. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

37. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

38. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyada).

39. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

40. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasən mülahizə xarakterli olmaqla, iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

51. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar