Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1246/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh direktonun ##.##.2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi və məhkəməyə müraciət üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Starə Əliyeva).
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnаmədən nаrаzı qаlаn iddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 2025-ci il # ###### tarixli qətnaməsi ilə iddiaçı İddiaçı apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmuşdur.
5. Bakı Şəhər Mədəniyyət Baş Idarəsi həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilməmiş, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Şəhər Mədəniyyət Baş Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. vəkil1 (vəkil) ##.##.2026-cı il tarixdə qətnamədən kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmışdır.
8. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə kassasiya şikayəti və buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə ərizə vermişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən cavabdeh olan Cavabdeh vəkili və nümayəndəsi olaraq tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti elektron məhkəmə sistemi vasitəsilə yüklənərkən bir sıra çətinliklərlə qarşılaşmışdır. Belə ki, *(***)- ****/**** saylı mülki iş üzrə cavabdeh olan Cavabdeh VÖEN-ni olmadığı üçün kassasiya şikayəti sistemə yüklənərkən məcburən Bakı şəhər Mədəniyyət Baş Idarəsinin VÖEN nömrəsini qeyd etməli olub. Çünki, həmin musiqi məktəbi Bakı şəhər Mədəniyyət Baş Idarəsinə tabe olan qurumdur. Elektron məhkəmə sistemi vasitəsilə kassasiya şikayətini əlavə edərkən sistemdə “tərəf növü” olaraq “şikayət verən şəxs”-i seçməlidir. “Şikayət verən şəxs” bölməsi seçildikdən sonra növbəti addımda “şəxs növü” bölməsində “fiziki şəxs”, “hüquqi şəxs”, “fərdi sahibkar” və s. şəxs növlərindən biri seçilməlidir. Şəxs növü olaraq “Hüquqi şəxs”i seçdikdə isə elektron sistem mütləq qaydada “hüquqi şəxsin VÖEN-nin” daxil edilməsini tələb edir. VÖEN daxil edilməkdikdə, növbəti mərhələyə keçmək və şikayət verən şəxsi sistemə daxil etmək qeyrimümkün olur. Məsələ ilə bağlı AR Məhkəmə Hüquq Şurasına etdiyi müraciətə cavab olaraq aldığı ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “şikayət verən şəxs” olaraq “özüm” bölməsini qeyd etməlidir. Bu səbəbdən də Cavabdeh vəkili və etibarnamə üzrə nümaynədəsi olaraq elektron sistemdə “şikayət verən şəxs” olaraq “özüm” bölməsini qeyd etməklə kassasiya şikayətini yenidən təqdim edir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin (buraxılmış prosessual müddətin) bərpasına dair cavabdeh Cavabdeh ərizəsi təmin edilməmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər (maddə 405.0.1).
12. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh müddəti ötürdüyünü mübahisələndirmir. Müddətin ötürülməsinə əsas kimi şikayəti elektron qaydada göndərərkən üzləşdiyi çətinliklərə istinad edir.
13. Məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdeh özü də inzibati orqanın tabeliyində fəaliyyət göstərən hüquqi şəxs olmaqla yanaşı, peşəkar hüquqşünaslarla təmsil olunur. Belə olan halda, vəkilin kassasiya şikayəti verərkən səhvə yol verməsi müddətin buraxılmasının üzürlü hesab edilməsi üçün əsas olan hallar sırasına aid deyildir.
14. Məhkəmə kollegiyası bu səbəbdən ərizəni əsassız sayaraq hesab etmişdir ki, ərizəçinin prosessual müddətin bərpası üçün irəli sürdüyü dəlillər əsassız olduğundan ərizə təmin olunmamalı və buraxılmış prosessual müddət bərpa edilməməlidir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin (buraxılmış prosessual müddətin) bərpasına dair cavabdeh Cavabdeh ərizəsinin təmin edilməsini, kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, analoji hal Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş *(***)-****/**** saylı işlə bağlı da qarşılarına çıxmışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən tərəflərindən verilmiş kassasiya şikayəti eyni əsasla geri qaytarılmışdır. Kassasiya şikayəti yenidən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş və məhkəmədən prosessual müddətin buraxılmasının üzrlü qəbul edilərək kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli Qərardadı ilə buraxılmış müddətin bərpası ilə bağlı tərəflərindən verilmiş ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Mədəniyyət Baş Idarəsi tərəfindən buraxılmış kassasiya şikayəti vermə müddəti bərpa edilmiş, kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Hazırda həmin kassasiya şikayəti icraatdadır. Göründüyü kimi hər iki iş üzrə: 1. Tərəflər qismində musiqi məktəbləri və işdən çıxarılmış işçilər, üçüncü şəxs qismində isə Bakı şəhər Mədəniyyət Baş Idarəsi çıxış etmişdir. 2. Kassasiya şikayətinin elektron məhkəmə sisteminə yüklənməsində texniki problemlə üzləşilmişdir. 3. Hər iki iş üzrə təkrar kassasiya şikayəti verilmiş və buraxılmış müddətin bərpa edilməsi Bakı Apellyasiya Məhkəməsindən xahiş edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin bir hakimi bu halı üzrlü hal olaraq qəbul edərək buraxılmış müddəti bərpa etdiyi halda, eyni məhkəmənin hakimi qanunsuz və əsassız qərar qəbul edərək müddəti bərpa etməmiş və kassasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərməmişdir.
17. Yuxarıda qeyd edilənlər sübut edir ki, ilkin olaraq ##.##.2026-cı il tarixdə verilmiş kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində verilmişdir. Lakin, cavabdeh müəssisənin müstəqil VÖEN-i olmadığı üçün məcburən Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin VÖEN-ni yazmalı olmuşlar və Ali Məhkəmə də bu əsasdan çıxış edərək kassasiya şikayətini geri qaytarmışdır. Bundan sonra Məhkəmə Hüquq Şurasına müraciət edilməsi və müraciətə cavab aldıqdan sonra kassasiya şikayətinin yenidən elektron məhkəmə sisteminə yerləşdirilməsi prosessual müddətinin - kassasiya şikayətinin verilməsi müddətinin həqiqətən də üzrlü səbəbdən buraxıldığını sübuta yetirir. Lakin, Bakı Apellyasiya Məhkəməsi (hakim Akif Iskəndərov) qərəzli mövqey nümayiş etdirərək, buraxılmış prosessual müddəti bərpa etməmişdir.
18. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına baxdıqda qərardadda heç bir əsaslandırmanın olmadığı görünür. Qərardad sırf formal mülahizələrə əsaslanır və hakim qərardadda sadəcə olaraq MPM-in maddələrini sadalamış, müddəti hansı səbəbdən bərpa etməməsini əsaslandıra bilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil omamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
21. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
32. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
33. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər.
34. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Bakı şəhər Mədəniyyət Idarəsinin kassasiya şikayəti geri qaytarılmışdır.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə təkrar verilmiş kassasiya şikayəti yenidən geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vəkil Mais Əliyev hansı səlahiyyət verən şəxsin adından kassasiya şikayəti verməsi müəyyən edilmir.
36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti verilməsinə dair müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır.
37. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh müddəti ötürdüyünü mübahisələndirmir. Müddətin ötürülməsinə əsas kimi şikayəti elektron qaydada göndərərkən üzləşdiyi çətinliklərə istinad edir. Cavabdeh özü də inzibati orqanın tabeliyində fəaliyyət göstərən hüquqi şəxs olmaqla yanaşı, peşəkar hüquqşünaslarla təmsil olunur. Belə olan halda, vəkilin kassasiya şikayəti verərkən səhvə yol verməsi müddətin buraxılmasının üzürlü hesab edilməsi üçün əsas olan hallar sırasına aid deyildir.
38. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, cavabdehin göstərdiyi dəlillər formal mülahizələdən ibarətdir. Göstərilən dəlillər kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəbi kimi qəbul edilə bilməz.
39. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
40. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında və prosessual qanunvericiliyin tələbinə uyğun həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilmir və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
42. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.