Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1248/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı sürücü vəzifəsinə qəbul olunub. Əmək müqaviləsi ##.##.2025-ci il tarixədək 1 il 6 ay müddətinə bağlanmışdır. Əmək müqaviləsinə görə işçiyə hər ay 1584 manat məbləğində əmək haqqı ödənilir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir, iş saatı 14:00 başlanılır, saat 22:00-da qurtarır, nahar vaxtı isə 18:00-dan saat 19:00-dəkdir (həftəiçi), VI gün iş vaxtı 16:00dan 22:00-dək, nahar vaxtı isə 18:00-dan saat 19:00- dəkdir.
2. Cavabdehn filiallar üzrə direktor müavini Nurlan Məmmədov tərəfindən cəmiyyətin direktoru Ülvi Əzizova ünvanlanan ##.##.2025-ci il tarixli təqdimatda İddiaçıla əmək münasibətlərinə son verilməsi qərarının tam əsaslı və zəruri olduğu bildirilmişdir.
3. Cavabdeh ##.##.2025-ci il tarixli **-X/** saylı əmri ilə İddiaçı sürücü vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı” və ya “işçi”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin (bundan sonra həmçinin “cavabdeh” və ya “işəgötürən”xxxx“MMC”) **-X/** saylı ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunmağı, məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi, həmçinin 50 manat mediasiya xərcinin və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2024-cü ildən MMC-də sürücü vəzifəsinə işə qəbul olunub və ##.##.2025-ci ilədək də həmin vəzifə üzrə fəaliyyət göstərib. Əmək müqaviləsi müddətli olmaqla ##.##.2025-ci ilədək qüvvədə olub, aylıq vəzifə maaşı 1584 manat təşkil edib. İş fəaliyyəti ərzində iddiaçı həmişə nümunəvi davranışı və işə olan məsuliyyəti ilə fərqlənib, öz əmək funksiyalarını hər zaman vicdan və dəqiqliklə yerinə yetirib. ##.##.2025-ci il tarixdə MMC-nin direktor müavini Nurlan Məmmədov MMC-nin ümumi “xxxx” qrupuna SMS yazaraq işdən çıxarıldığını qeyd edib. Onların kollektivdə rəhbərliklə aralarında səmimi münasibət olduğundan, iddiaçı, Nurlan Məmmədovun yanına gedərək, sonuncunu bu qərarından döndərmək istəyib. Lakin N.Məmmədov fikrindən dönməyəcəyini bildirdiyindən, iddiaçı həm Nurlan Məmədovun xahişini etmək, həm də bir şirkətlə bağlı digər məsələni müzakirə etmək üçün MMC-nin direktoru Ülvi Əzizovun yanına gedib. İddiaçı orada direktorun arvadı Esmira xanımın olduğunu görüb və onunla səmimi şəkildə salamlaşıb hal-əhval tutduqdan sonra Nurlan Məmmədov da həmin yerə özünə məxsus çantanı götürüb çıxmaq üçün gəlmişdir. İddiaçı isə Nurlan Məmmədovdan gözləməsini, onunla işi olduğunu bildirmiş, Nurlan iddiaçının xahişini eşidib çantasını götürmədən otaqdan çıxmışdır. İddiaçının Nurlan Məmmədovla olan danışığını görən Esmira xanım onun üstünə qışqıraraq iddiaçıya “sən kimsən, bizim qovduqlarımızı tutub qolundan içəri salırsan? Burnunu hara gəldi soxursan” deyə ifadələr işlətmişdir. O isə “kimi qovduğunuzu, kimi çıxardığınızı özünüz daha yaxşı bilirsiniz, mənim borcuma qalmayıb. Siz Nurlanı məndən daha yaxşı tanınıyırsınız, mənə dəxli yoxdur. Mən Ülvi bəylə söhbət eləməyə gəlmişəm” demişdir. Bundan sonra Ülvi Əzizov da otağa gəlmişdir. Esmira xanım Ülvi Əzizovun da yanında iddiaçının bu sözlərinə əhəmiyyət verməyərək yenə də qışqıra-qışqıra eyni sözləri daha ağır şəkildə işlətməkdə davam etmişdir. İddiaçı yenə də ona qarşı heç bir təhqiramiz davranış və sözlərə yol vermədən ona “olar ki, səs tonunuzu aşağı salasınız, qarşınızda uşaq yoxdur” demişdir. Bu sözündən sonra Ülvi Əzizov arvadından otaqdan çıxmasını xahiş etsə də, o, çıxmadığı üçün məcbur olub otaqdan kənara çıxıb 40 dəqiqə söhbət etmişlər. Ülvi Əzizov xanımın bəlkə başqa məsələyə əsəbi olduğunu, qarşıdakı şəxs xanım olduğundan iddiaçının addım atıb üzr istəməli olduğumu bildirmişdir. İddiaçı bundan sonra otağa qayıdıb Esmira xanımdan ona “sizin xətrinizə dəymişəmsə, amma düşünürəm ki, dəyməmişəm, amma yenə də xanım olduğunuz üçün sizdən üzr istəyirəm” deyə bildirmi.dir. O da bu söhbətin bitdiyini qeyd etmişdir. Bu söhbətdən sonra Ülvi Əzizov birinci gün, yəni ##.##.2025-ci il tarixdə söhbətlərini davam edəcəklərini bildirmiş və iddiaçı ofisdən çıxaraq evə getmişdir. ##.##.2025-ci il tarixdən sonra isə direktor müavini onun artıq işə gəlməməsini, işdən çıxarıldığını demişdir. Lakin iddiaçıdan hər hansı bir izahat alınmayıb. ##.##.2025-ci il tarixdə isə maaş kartına son haqq-hesabı oturulduğu üçün iddiaçı artıq işdən çıxarıldığını anlayıb. İddiaçı bundan sonra Ülvi Əzizovun mobil nömrəsinə dəfələrlə zəng vursa da, sonuncu telefonu açmayıb. İddiaçı məcbur olub “xxxx” vasitəsi ilə SMS yazaraq müavinin ona işdən azad edildiyini bildirdiyini, onun təhvil-təslim aktının və işdən çıxarılmağına dair əmrin surətinin ona verilməsini xahiş etmişdir. Ülvi Əzizov isə cavab olaraq onun gəlib öz ərizəsi ilə işdən çıxmağını gözlədiklərini, onunla işləmək istəmədiyini, yoxsa ondan əmək müqaviləsinin sonuna qalan bir neçə ayın əmək haqqını istədiyini bildirərək, onu ağır sözlərlə təhqir etmişdir. İddiaçı da cavab olaraq ondan heç bir pul istəmədiyini, qanunla müəyyən olunan qaydada və məkanda görüşəcəyini qeyd etmişdir. Həmçinin həmin danışıqda Ülvi Əzizov onun mübahisə vaxtı guya digər işçi qadınlara hədə-qorxu gəldiyini, barmaq silkələdiyini bildirib, lakin belə bir hal ümumiyyətlə baş verməyib. İddiaçı həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə də yazılı müraciət edərək, MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə əmrin surətinin ona verilmədiyini, həmin əmrin surətini əldə etməyi üçün ona kömək edilməsini xahiş edib. Bundan sonra ##.##.2025-ci il tarixdə iddiaçıya “əmək müqaviləsinə xitam verilməsi və işçinin işdən azad edilməsi barədə MMC-nin **-X/** saylı ##.##.2025-ci il tarixli əmrinin surəti təqdim edilib. MMC-nin **-X/** saylı ##.##.2025-ci il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, MMC-nin ##.##.2025-ci il tarixli əmri verilərkən iddiaçının iştirakı təmin edilməyib, Həmkarlar Komitəsinin iclası qanunla müəyyən edilmiş qaydada və müddətdə keçirilməyib, orada iddiaçının iştirakı ilə müzakirə aparılmayıb, ondan izahat alınmayıb. Cavabdeh tərəfindən formal olaraq belə bir iclasın keçirilməsi göstərilsə və həmçinin həmin iclas keçirilmiş olsa belə, qüvvədə olan qanunvericiliyin tələbinə görə iddiaçıya müvafiq məlumat verilməyib. Bu baxımdan, mübahisələndirilən əmr qanunsuz və əsassız olmaqla ləğv edilməlidir. Bundan əlavə, MMC-nin ##.##.2025-ci il tarixli əmri verilərkən əmək müqaviləsinə xitam verilməsinin əsası göstərilməyib, həmçinin həmin əmrdə müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvanı (müəssisə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 74E ünvanında yerləşir) və habelə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər qeyd olunmayıb, bununla da Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri pozulub. Bakı şəhəri ** saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixdə baş tutan ilkin mediasiya sessiyasında cavabdehin nümayəndəsi iştirak etməyib və ona bununla bağlı müvafiq arayış təqdim olunub.
6. Cavabdeh (MMC-nin direktoru) ##.##.2025-ci il tarixdə iddiaya etiraz verərək, göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi işin halları həqiqəti əks etdirmir, maddi və mənəvi sübutlara istinad olunmayıb, iddia ərizəsi qəbul olunmazdır. İddiaçı ilə MMC arasında əmək müqaviləsi ##.##.2024-cü il tarixindən 1 il 6 ay müddətinə bağlanıb və iddiaçı sürücü kimi fəaliyyətə başlayıb. Əmək müqaviləsi bağlanarkən əmək haqqı, iş qrafiki, vəzifəsi, eləcə də iddiaçıya MMC-nin daxili nizam-intizam qaydaları, baş ofisdə məsul şəxlərin kimliyi və davranış qaydaları tam olaraq izah olunub. İşlədiyi müddə ərzində MMC tərəfindən iddiaçıdan müqavilədən kənar heç bir tələb edilməyib, yükdaşıma olmadığı müddətdə ailəli olduğunu nəzərə alaraq iddiaçının evdə qalmasına, ailə məişət qayğıları ilə məşğul olmasına müəyyən güzəştlər olunsa da, əmək haqqı vaxtında və tam olaraq ödənilib. Tərəflərindən iddiaçıya xoş, səmimi münasibət göstərilsə də, danışıq, nitq qabiliyyəti ilə bağlı dəfələrlə irad tutulub, şifahi xəbərdarlıq olunub. Belə ki, iddiaçı peşə fəaliyyəti ilə (yükdaşıma) əlaqəli airport və anbar ərazisində olmalı olduğu halda dəfələrlə o əraziləri heç bir icazə almadan tərk edərək Nərimanov rayon ərazisində yerləşən baş ofisə gəlib, icazəsiz, etik normalara riayət etmədən məsul şəxslərin iş otağına birbaşa daxil olub, kimlərin işdən azad olunması, kimin işə qəbul olunması kimi halları müzakirə və mübahisə edib. Belə halların olmasına sübut kimi iddiaçı öz iddia ərizəsində direktor müavini Nurlan Məmmədovla başqa şirkət barədə müzakirə etmək istədiyini, Nurlan Məmmədovun çantanı götürüb getmək istədiyi halda “götürmə, gözlə işim var” kimi cümlələrin iddiaçının özünün qeyd etməsi onun baş ofisdə özünü sürücü deyil, idarə heyətinin üzvü, özünə aidiyyəti olmayan işlərə qarışması, hər kəsə göstəriş verən adam kimi aparmasını öz ərizəsi ilə təsdiq etməkdədir. Direktor tərəfindən və arvadı, ofisin baş meneceri vəzifəsində çalışan Esmira Qurbanlı tərəfindən iddiaçıya iş sahəsini özbaşına tərk etməsi, ona aidiyyəti olmayan işlərə qarışmaması, əlqol hərəkətləri, jarqon ifadələrlə yüksək səs tonu ilə danışması barədə dəfələrlə irad tutularaq xəbərdarlıq olunub. Bütün xəbərdarlıqlara baxmayaraq iddiaçı öz davranışı, kriminal xarakterli əl-qol işarələri, yüksək tonla kobud danışıqları ilə direktorun və ofis işçilərinin sərbəst qərar qəbul etməsinə hədə-qorxu ilə əngəl törədib. Son baş vermiş hadisədə iddiaçı səlahiyyətlərini aşaraq baş ofisə gəlib, digər əməkdaşın işdən azad olunma səbəbini öyrənməyə çalışıb və özünü idarə heyətinin üzvü kimi apararaq qəbul edilmiş qərarlara qarşı çıxıb, ofisə isə emosional və aqressiv şəkildə daxil olub. Həmin vaxt iddiaçı dəhlizlə gələrkən bu işə aidiyyəti olmayan ümumi “call center” otağında işləyən qızlara barmaq yelləyərək “baxarsız mən kiməm” qışqıraraq, direktorun arvafı, ofisin baş meneceri vəzifəsində çalışan Esmira xanımın iş otağına daxil olaraq kobud qaydada yüksək tonla “bu nə məsələdir, digər əməkdaşı niyə işdən azad etmisiz” deyə soruşub. Esmira xanım qısa və lakonik cavab olaraq “mən bilmirəm rəhbərliyin qərarıdır” deməklə kifayətlənib. Direktor iddiaçının yüksək tonda danışığını eşidərək Esmira xanımın otağına daxil olub, iddiaçının onun arvadına qışqıraraq mübahisə etdiyini gördükdən sonra əsəblərini cilovlayıb, iddiaçını otaqdan çıxararaq öz otağında söhbət ediblər və iddiaçının bu şirkətdə işləməsinin mümkünsüz olduğunu izah edib, yola salıb. MMCnin direktoru şirkət rəhbəri olması ilə yanaşı ailə başçısıdır və işlədiyi şirkəti arvadı Esmira xanımla sıfırdan birgə qurub, 40-dan artıq iş yerləri açıb, dövlət büdcəsinə kifayət qədər vergi ödəyirlər. Onun üçün biznes maraqlarından ailə, milli mentalitet, ən azından istənilən qadınla davranış qaydaları daha önəmlidir. Bu mübahisəli məsələdə Esmira xanım onun rəsmi arvadı olmasını nəzərə alınanda, rəhbərlik etdiyi şirkətin sürücüsünün arvadına qışqırması, kobud davranışına qarşı əsəblərini cilovlayaraq iddiaçıya humanistlik nümayiş etdirib. İddiaçının hərəkətlərində CM-in 221-ci maddəsinin əlamətləri olub və DİN-nin 102 xidmətinə müraciət edə bilərdi. O, yenə də mübahisədə sülh mövqeyini seçərək iddiaçının barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun tədbir görüb. İddia tələbini heç bir halda qəbul etmir. Belə ki, iddia tələbinin təmin olunması şirkətin işgüzar nüfuzuna, ailə münasibətlərinin pozulmasına gətirib çıxara, iş kollektivində rəhbər şəxslərə qarşı mənfi rəy formalaşdıra bilər.
7. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili vəkil2 əlavə olaraq göstərmişdir ki, Esmira Qurbanlı MMC-nin direktoru Ülvi Əzizovun arvadıdır, məhz bu mübahisənin başlama səbəbi o, olub. X3 iddiaçı arasında olan söhbət var. Nurlan Məmmədov təzyiq altında izahat verdiyini, MMC-nin onun iş yeri olduğunu, başqa necə edə biləcəyini, işdən çıxmamaq üçün deyilənləri yazdığını bildirib. Təqdimat və digər sənədlər hamısı sonradan tərtib edilib. Məhkəməyə təqdim edilmiş yazışmalarda iddiaçının xanımlarla münasibəti onun işdən çıxarılma səbəbi kimi göstərilib. Cavabdeh bundan sonra şahid ifadələrini məhkəməyə təqdim edə bilməz, indiyə kimi kifayət qədər vaxtı olub ki, şahidlərin dindirilməsi üçün məhkəməyə vəsatət təqdim etsin.
8. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə etiraza əlavə olaraq bildirmişdir ki, izahatlar alınıb, iddiaçı iş yoldaşlarına psixoloji təyziq edib, etik davranış qaydalarını pozub. İddiaçının bununla bağlı X4 Xidmətinə müraciəti olub. X1 Müfətttişliyi Xidməti tərəfindən iddiaçının müraciətinin yekun nəticəsinin əldə edilməsi üçün sorğu veriblər, hələlik sorğuya cavab şirkətə daxil olmayıb. İddiaçı işə qarşı biganə və laqeyd olub. İddiaçı ilə işdə şifahi olaraq danışıq aparılıb, çox aqressiv cavab verib. İddiaçı ilə son görüşdə də mübahisə yaranıb, aqressiv davranıb, heç bir suala cavab verməyib. İddiaçı cavabdeh şirkətdə sürücü vəzifəsində çalışıb. İddiaçı çoxsaylı şikayətlərə, işçilərin psixoloji vəziyyətinə, təhdidlərə, xanımlara qarşı özünü rəhbər kimi apardığına, “məni heç kim işdən çıxara bilməz” bu kimi ifadələr işlətdiyinə görə işdən çıxarılıb. İddiaçı xidməti avtomobillə yol-nəqliyyat hadisəsi törədəndə onlardan xahiş edib ki, bu barədə polisə məlumat verməsinlər, bunu özü həll edəcək. Daha sonra məlum olub ki, avtomobil lazımi qaydada təmir olunmayıb, vizual görünüşünü itirib. MMC iddiaçının bu səhvinin də üzərindən keçib. Bundan başqa, iddiaçı iş yoldaşlarına qarşı psixoloji təzyiq göstərib, etik davranış normalarını kobud şəkildə pozub, xanımlara barmaq hərəkətləri edib, “görərsiniz, mən sizin başınıza nə oyun açacam” deyərək hər şeyə qarışıb. İşçilər iddiaçının kim olduğunu soruşur, hər işə qarışdığını bildirirlər. Bununla bağlı işçilərin izahatları da var. İddiaçı rəhbərliyin qərarlarına qarışır, “sən bu qərarı niyə almısan, bu işçini niyə mənə deməmiş işdən çıxarırsan” cümlələri işlədir. Heç bir işçinin rəhbərlə belə danışmaq ixtiyarı yoxdur. İddiaçının göndərdiyi “xxxx” yazışmalarından da görünür ki, direktor onu dəvət etmək, normal şəkildə işdən azad etmək istəyib. İddiaçı daxili qərarlara müdaxilə edib. Fidan Əhmədova şirkətin əməkdaşıdır, Çağrı Mərkəzində operator işləyir, müştərilərlə bağlı zəngləri cavablayır. Esmira Qurbanlı MMC-də ofis meneceri vəzifəsində çalışır. İddiaçı həmçinin Şahid direktor Ülvi Əzizovun pulunun olduğunu, ondan pul əldə etmək üçün məhkəmədə 30000-40000 manat tələb edəcəyini bildirib. İddiaçı ilə Şahid işləri bir-birilərindən asılı idi. İddiaçı sürücü idi, məhsul gətirdirirdi, Şahid da məhsulu qəbul edirdi. İddiaçı avtomobili özü düzəltdirəcəiyini bildirib. Hər dəfə iddiaçı barəsində rəhbərliyə şikayət edilib. İddiaçının taksi fəaliyyəti ilə bağlı məşğul olması, avtomobilə dəymiş ziyanla bağlı sübutları yoxdur. İddiaçıya taksi fəaiyyəti ilə məşğul olmaması barədə göstəriş olmayıb, sadəcə şərait yaradılıb. İddiaçı özü, işçilərlə danışanda taksi fəaliyyəti ilə məşğul olduğunu deyib. Onlar iddiaçıya bununla bağlı xəbərdarlıq etməyiblər, əksinə şərait yaradıblar. İddiaçı həmin vaxt MMC-nin işçisi olub.
9. Birinci instansiya məhkəməsində şahid Şahid göstərmişdir ki, o, hazırda MMC-də anbardar vəzifəsində işləyir. İddiaçını tanıyır, iddiaçı sürücü işləyirdi. Əvvəllər özü gömrük işləri üzrə broker vəfizəsində işləyib. Yol-nəqliyyat hadisəsi ilə iddiaçının avtomobilə ziyan vurması barədə məlumatlıdır, amma dəymiş ziyanla bağlı məlumatsızdır. O, gömrük işləri üzrə broker vəzifəsində işləyəndə çoxlu söz-söhbət olub. İddiaçı ilə fikirləri üst-üstə düşmürdü, əsəbləşdiyi vaxtlar olub. İşin halları ilə bağlı məlumatı yoxdur.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, 2(007)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, MMC-nin ##.##.2025-ci il tarixli **-X/** nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ləğv edilmiş, iddiaçının əvvəlki iş yerinə - MMC-nin “sürücü” vəzifəsinə bərpa olunması, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək iddiaçıya əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim Qumru Əliyeva )
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli olduğu halda, məhkəməyə təqdim edilmiş təqdimatda cəmiyyətin direktor müavini işəgötürənə müraciət etmişdir.
12. Birinci instansiya məhkəməsi bildirmişdir ki, ümumiyyətlə, mübahisələndirilən əmr tədqiq edilərkən məhkəməyə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilmə əsasları məlum olmamışdır. Məhkəməyə təqdim edilmiş təqdimat adı altında tərtib edilmiş sənədə əsasən müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqavilənin ləğv edilməsinin səbəbləri iddiaçının iş sahəsini icazəsi tərk etməsi, daxili qərarlara müdaxilə etməsi, ofis meneceri Esmira Qurbanlı ilə yüksək səslə kobud danışması, qeyri-etik davranış sərgiləməsi, onun istifadəsində olmuş avtomobilə maddi ziyan vurması və dəymiş ziyanını ödəməməsi, dəfələrlə yol hərəkəti qaydalarını pozması, cərimə olunması, digər əməkdaşlarının həyatını riskə atması, vətəndaşlar tərəfindən müraciətlər daxil olması, daxili nizamintizam qaydalarını dəfələrlə pozması, iş yerində etik normalara zidd və kobud ifadələr işlətməsi, xüsusi ilə qadın əməkdaşlara qarşı etikadan kənar, aqressiv və zorakı davranışlar müşahidə olunması, özünü idarə heyətinin üzvü kimi aparması, digər əməkdaşlara göstəriş verməsi, malların çatdırılmasını vaxtında təmin etməməsi, iş vaxtında taksi fəaliyyəti ilə məşğul olması, cəmiyyətdə müştəri itkisinə səbəb olması, şirkət dəyərlərinə uyğun gəlməyən şəkildə davranması, əvvəlcədən edilən xəbərdarlıqlara baxmayaraq, davranışında müsbət dəyişiklik müşahidə olunmaması olmuşdur.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı qeyd edilən halları təsdiq edən mötəbər sübutların təqdim edilməsi cavabdehə təklif edilsə də, cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəticədə, iddiaçının iş sahəsini icazəsiz tərk etməsi, iddiaçının ona təhkim olunmuş avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması, avtomobilə maddi ziyan vurması, iş vaxtı ərzində başqa fəaliyyətlə məşğul olması, malları vaxtında çatdırmaması, işçiyə xəbərdarlıqlar olunması və s. hallar öz təsdiqini tapmamışdır. Həmçinin, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə ziyan dəydiyini və dəymiş ziyanı öz hesabına aradan qaldırdığını qeyd etmiş, cavabdehin nümayəndəsi isə buna dair öz etirazını bildirməmişdir. Cavabdehin hazırki vaxtadək iddiaçıya qarşı maddi ziyanın ödənilməsini tələb etməməsi vurulmuş ziyanın aradan qaldırılması halını təsdiq edir.
14. Birinci instansiya məhkəməsi göstərmişdir ki, təqdim edilmiş “xxxx”na görə MMC-nin direktor müavini Nurlan Məmmədov, ofis meneceri Esmira Qurbanlı və operator Fidan Əhmədova ##.##.2025ci ildə iddiaçının ofisdə normal iş rejimini pozması, Esmira Qurbanlı ilə söhbət zamanı səsini qaldırdığı, yüksək səslə danışdığı, kollektivdə gərginlik yaratması ilə bağlı izahatlar vermişlər. “xxxx” yazışmalarından olan çıxarışlara əsasən MMC-nin direktoru Ülvi Əzizov iddiaçının işdən çıxarıldığını, onun xanım işçiləri təhdid etdiyini, barmaq silkələdiyini, iddiaçı ilə işləmək istəmədiyini, ərizəsini yazıb işdən çıxmasını tələb etdiyini qeyd etmişdir.
15. Birinci instansiya məhkəməsi diqqətə çatdırmışdır ki, Nurlan Məmmədov özünün də izahatında həmin vaxt ofisdə deyil, ofisin qarşısında olduğunu qeyd etmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş səs yazılarından da görünür ki, Nurlan Məmmədov iddiaçı ilə söhbət zamanı ona təqdim edilən sənədləri imzaladığını, imzalamadığı təqdirdə onu da işdən çıxara biləcəklərini, əmək müqaviləsinin müddətinin bitməsinə az qalması və s. fikirlər səsləndirmişdir. Bu səbəbdən onun tərəfindən tərtib edilmiş izahat məktubunu mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Nurlan Məmmədovun həmin məktubu iradəli şəkildə tərtib edilməsi şübhə doğurmuş, onun səsləndirdiyi fikirlərə əsasən təzyiq altında olduğu müşahidə edilmişdir.
16. Birinci instansiya məhkəməsi ofis meneceri Esmira Qurbanlı və operator Fidan Əhmədovanın izahatlarına münasibətdə qeyd etmişdir ki, həmin şəxslər MMC-də əmək fəaliyyətlərinə davam edirlər, onlarla cavabdeh arasında tabeçilik münasibəti mövcuddur, həmçinin, Esmira Qurbanlı MMC-nin direktoru Ülvi Əzizovun arvadıdır. Həmin şəxslərin məhkəmə iclasında şahid kimi dindirilməsi də təmin edilməmişdir. Bu səbəbdən həmin şəxslər tərəfindən verilən izahatlar məhkəmə araşdırması zamanı başqa sübutlarla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilmir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının əmək müqaviləsi xitam verilməsi barədə əmrlə qanunvericiliyin tələblərini pozmuş, əmr qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilməmiş, yuxarıda qeyd edildiyi kimi əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi zamanı müəyyən edilmiş prosedur qaydalarla əməl etməmiş, əmr tərtib edilməmişdən öncə iddiaçıdan izahatı alınmamış, əmrin tərtib edilmə əsasları kimi məhkəmə araşdırması zamanı göstərilən hallar öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi prosesi tamamilə yanlış aparılmışdır. Bu səbəbdən iddiaçının tələbi cavabdehin ##.##.2025-ci il tarixli **-X/** saylı əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməlidir.
18. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Belə ki, MMC tərəfindən əmək müqaviləsinin xitam verilməsi qaydalarına əməl olunmadığına görə işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 9, 11, 42, 45, 46, 70, 71 və 84-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdehin apellyasiya şikayətin onunla əsaslandırılmışdır ki, ziddiyyətlərdən biri odur ki, qətnamədə ilkin sübutlar, xüsusən, iddiaçı tərəfindən təqdim edilən sübutlara xüsusi diqqət edilib. Amma onlar arasında mövcud ziddiyyətlərə hüquqi qiymət verilməyib və onlara istinad edildiyindən iddia tələbinə münasibətdə maddi normalar düzgün tətbiq edilməyib. Cavabdehin pozulmuş hüququ qətnamə ilə birbaşa olaraq iddiaçının xeyrinə ağırlaşdırmaqla onun fərdi əmək mübahisəsi işi üzrə həqiqətin müəyyən edilməsi, həqiqətin təsdiq edilməsi, öz davranışının qanuni olmasını sübut etmək hüququ, sübutu məhkəməyə təqdim etmək hüququ bilavasitə qanunsuz məhdudlaşdırılıb. Qətnamədə cavabdeh tərəfindən öncədən təqdim edilmiş sübutların ya olmaması, ya da təqdim edilmiş sənədin guya səhv tərtib edilməsi qeyd edilib. Maddi norma bilərəkdən səhv tətbiq edilib. Digər ziddiyyətli məsələ odur ki, tərtib edilmiş əmrin səhv və qanunsuz tərtib edilməsinin elan edilməsidir. Lakin işçinin özü tərəfindən məhkəməyə təqdim edilmiş əmrin surətindən aydın olur ki, əmr qanunun tələblərinə uyğun tərtib edilib. Belə ki, əmrin nömrəsi 11-X/2025, tarixi isə ##.##.2025-ci ildir. Əmrin tərtib edildiyi müəssisə Cavabdeh MMC, müəssisənin fəaliyyət göstərdiyi yer isə Bakı şəhəri Nizami rayonu, Babək pr., ev.87, m.103-dür. Əmrdə MMC-də iddiaçının tutduğu sürücü vəzifəsindən ##.##.2025-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi qeyd edilib. Əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsası isə Təqdimat qeyd edilib. Əmr direktor tərəfindən imzalanıb və müəssisənin möhürü ilə möhürlənib. Təqdimat baş vermiş hadisələrin məcmusu, toplanmış izahatların, şikayətlərin əsasında öncə şifahi direktora təqdim edilib. Sonra iddiaçının davamlı hərəkətləri nəticəsində yazılı şəkildə direktora təqdim edilib. Çoxluq iddiaçının davranışlarından narazılıq edib. Həmçinin avtomobilə zərər vuraraq şirkətə maddi ziyan vurduğu təsdiqlənib. Belə ki, cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli XTRUCK MMC tərəfindən avtomobilə zərər vurulması və təmir ilə bağlı texniki baxış və xidmət haqqına dair rəsmi məlumat məhkəməyə təqdim edilib. Lakin asan imza nömrəsində və elektron məhkəmə sistemində problem olduğundan həmin sübutu cavabdeh birbaşa məhkəməyə təqdim etmiş, lakin hakim tərəfindən qəbul edilməyib. Məlumatda qeyd edilib ki, yük avtomobilinə baxış keçirilərkən müəyyən edilib ki, avtomobil üzərində kosmetik düzəliş olunub, problemlər vizual aradan qaldırılıb, əslində arayışda qeyd edilən işlərin görülməsi və hissələrin dəyişdirilməsi zəruridir. Ehtiyat hissələrinin dəyişdirilməsi zəruridir və təmir üçün 6490 AZN ödəniş edilməsi tələb olunur. İddiaçının davranışı və təhrif edilmiş məlumatı bildirməsini təsdiq edən digər sübut vatsap yazışmalardır. Vatsap yazışmalardan aydın görünür ki, iddiaçı, ümumiyyətlə, etik normalara riayət edən şəxs deyildir. Birbaşa şirkətin direktoru ilə subordinasiya qaydalarına zidd olaraq elə bir öz dostu ilə ərk edib yazışır. Vatsap yazışması ilə sübut edilir ki, şirkətin direktoru ona pislik eləmək istəmir, onun yuxarıda sadalanan hərəkətləri ilə bağlı işçilər şikayətlər etdiyindən və şirkətə maddi ziyan vurduğundan direktor bildirir ki, işə gəlsin hələ xitam etməyib. Gözləyir ki, gəlib normal ərizəni yazsın. Yəni, öz istəyi kimi ərizəni yazıb işdən çıxsın. Direktor yazıb ki, o hərəkətindən sonra onunla çalışmaq istəmir. Əmək müqaviləsinin bitməsinə 2 ay qalmasına baxmayaraq, işçi işdən ayrılsa da, işləmədiyi qalan 2 ay üçün ödənişi alacaqdı. İddiaçı isə yazıb ki, deyirsən səninlə işləmirəm, məcburam? Məcbursan ay müdir, məcbursan özü də mənim ürəyim istəyən kimi. Yazıb ki, nə isə ay müdir, daha məni narahat eləmə. Məhkəmədə görüşərik. Mən nə arvad sözü ilə oturub durmuram, nə də kimdənsə sifariş almıram. Ərizəmi yazmayacam”. Direktor yazıb ki, 2 ay sonra müqavilən bitir və bunu artırmıramsa bu qanunidir. 2 ay içində də maaşını ödəyəcəm. Direktor yazıb ki, o, işçi xanımları təhdid edib, barmaq sallayıb. İzahat yazıb xanımlar, məhkəməyə və polisə təqdim ediləcək. Lakin iddiaçı direktorun təkliflərinə razı olmayıb, işdən çıxması ilə bağlı bitməsinə 2 ay qalmış müqavilə üzrə işləsəydi alacağı 2 aylıq əmək haqqını qəbul etməkdən imtina edib. Sübut olunub ki, iddiaçı faktiki cavabdehə ona təhkim edilmiş avtomobili yol hərəkəti qaydalarına zidd idarə edib, faktiki cavabdehə məxsus avtomobilə maddi ziyan vurub. Həmçinin azı 6 nəfər işçinin (kişi və qadın) onun davranışları ilə bağlı izahatlarından aydın olur ki, iddiaçı problemli şəxsdir, heç kim onunla əlaqə yaratmaq, onunla işləmək istəmir, aqressivdir. Direktor isə məhz işçilərin onun barəsində etdiyi şikayətlər ilə bağlı, onun davranışları ilə bağlı aldığı məlumatların etibarlı olmasına tam əmin olduğundan, sonda iddiaçının işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verib. Nəticədə müəyyən edilib ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanuna uyğun tərtib edilib. Onun etibarsız və ya qanunsuz olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Qətnamədə mübahisəyə maddi normalar səhv tətbiq edilib. Əgər işçinin çalışdığı şirkətdə həmkarlar ittifaqı təşkil edilməyibsə, işəgötürən və işçi həmkarlar ittifaqının üzvü deyilsə, bu halda işəgötürənin hər hansı razılıq alması nəzərdə tutulmayıb, çünki müəssisədə işçilərin həmkarlar ittifaqı yoxdur. Buna görə qətnamə həmin hissədə ləğv edilməlidir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər Günel Abbasova (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Məmməd Məmmədov)
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edilərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsi, 9-cu maddəsinin “b” bəndi, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndləri, 42-ci maddəsinin 1-ci hissəsi, 45-ci maddəsinin 1-ci hissəsi, 46-cı maddəsinin 6-cı hissəsi, 70-ci maddəsinin “ç” bəndi, 71ci maddəsinin 2-ci bəndi, 84-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində təsviri və əsaslanıdırıcı hissəsi və gəldiyi nəticə ziddiyyətlidir. Ziddiyətlərdən biri odur ki, qətnamədə sübutlar, xüsusən, iddiaçı tərəfindən təqdim edilən sübutlara xüsusi diqqət edilmişdir. Onlara istinad edildiyindən iddia tələbinə münasibətdə maddi normalar düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyası qətnamədə təkrar ehtimala əsaslanmışdır və cavabdeh tərəfindən sübutların məhkəməyə təqdim edilmədiyi yazılmışdır. Maddi normalar bilərəkdən səhv tətbiq edilmişdir. Belə ki, işin hallarını səthi araşdıran apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlər təsdiqini tapmamışdır: 1) iddiaçının işlədiyi müəssisədə həmkarlar ittifaqının olmasını və iddiaçının həmin həmkarlar ittifaqının üzvü olmasını, 2) iddiaçının təqdim etdiyi gizli səs yazısının yazılmasında onun əməkdaş ilə əlbir olmasını və gizli səs yazısnın qanuni olmasını 3) müddətli əmək müqaviləsinin bitməsinə 2 ay qalmasına işəgötürən tərəfindən işçinin son 2 aylıq əmək haqqısını iddiaçıya işləmədən verməyi təklif etməsi və müqavilə münasibətini bitirmək və sonra işəgötürən tərəfindən müqavilə münasibətlərini davam etmək niyyətinin olmamasının qanunsuz olmasını 4) əmrin iddia edilən normanın tələbində qeyd hissədə qanunsuz yazılmasını 5) rəhbərlikdən asılı olduqları üçün iddiaçı barəsində izahatlar yazan və ya onun barəsində neqativ fikirləri bildirən işçilərin, şahidlərin ona qarşı neqativ fikirlər bildirməsini 6) mediasiyaya dair arayışda qeyd edilən tələblərin və iddia tələblərinin eyni olmasını 7) baxılan işdə iddiaçının bildirdiyi hüquqi əsasların doğru olmasını, müddətli əmək müqaviləsinin qeyri-müəyyən müddətə uzadılmasının əsassız varlanma kimi hesab edilməsini nəzərə alaraq bu halda cavabdehin iddiaçı qarşısında qanundan irəli gələn öhdəlik və ya müqavilədən irəli gələn öhdəlik daşımasını
28. İddiaçı zəruri heç bir sübutu məhkəməyə təqdim etməmişdir, iş materialında heç bir sübut yoxdur. İddiaçının davranışı və təhrif edilmiş məlumatı bildirməsini təsdiq edən digər sübut xxxx yazışmalardır. xxxx yazışmalardan görünür ki, iddiaçı ümumiyyətlə etik normalara riayət edən şəxs deyildir. Birbaşa şirkətin direktoru ilə subordinasiya qaydalarına zidd olaraq kobud şəkildə ərk edib yazışır. Məhkəmə qərəzli olub, iddiaçı tərəfindən vəziyyətdən və hüquqdan sui-istifadə etməsi halını, yəni “onun işinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə xitam verməsi səbəbindən başqa yerdə heç bir işə düzələ bilməməsi səbəbindən işsiz qalmışdır, məcburi iş buraxmışdır” arqumentini mülahizə kimi qəbul etmişdir. Çünki, məhz həmin əmrin qəbul edilməsi səbəbindən iddiaçının başqa yerdə işə düzələ bilməməsi nəticəsini təsqid edən heç bir mötəbər dəlil iş materiallarına əlavə edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi (mübahisənin mövcud olduğu tarixə uyğun olaraq yeni redaksiyada) Maddə 2.Hissə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 9.Bənd “b” .Əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır. Maddə 11.Hissə 1.Bənd “a” və “b”. Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Maddə 12, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: ... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 68, 1-cu hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdəxxxxbu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir Maddə 84. Bənd 1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamiləxxxxqismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamiləxxxxqismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış əmək xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Həmin hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları əsasən düzgün tətbiq olunub və bu tələb üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları baş verməyib. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin sözügedən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə əmrin ləğv edilməli olması barədə yuxarıda göstərilən qənaətə gəlmişdir.
41. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əmrin ləğv edilməsi hissəsində gəldiyi nəticə ilə əsasən razılaşır və bu hissədə əlavə araşdırma aparmağa lüzum görmür.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini ümumilikdə əsassız saymaqla yanaşı, eyni zamanda həmkarlar təşkilatının razılığının alınmaması ilə bağlı dəlilə münasibətdə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürən tərəfindən həmkarlar ittifaqının razılığının alınmaması barədə gəlinən nəticə həqiqətən də işin hallarına uyğun olmayıb. Belə ki, işəgötürən müəssisədə həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstərməsi, eləcə də iddiaçının da həmin təşkilatın üzvü olması müəyyən edilməyib. Belə olan halda əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması barədə gəlinən nəticə əsaslı olmamışdır.
43. Lakin məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsi əmək müqaviləsinə xitam verilərkən yalnız Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması əsası ilə deyil, həm də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tərkib əlamətləri olmadığı üçün əmri ləğv etdiyindən və elə bu əsasla da iddianın həmin hissədə təmin edilməsi mümkün olduğundan məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır.
44. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əmrin ləğv edilməsi barədə düzgün nəticəyə gəlsə də, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə aid hissələrdə gəldiyi nəticə qismən əsaslı olmuş, həmin hissələrdə maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi üçün əsasdır.
45. Məhkəmə kollegiyası iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə aid hissələrdə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ-IV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
46. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində isə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati təlabatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunverciliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilib.
47. Əmək münasibətləri dedikdə – əmək qanunverciliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür. (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi)
48. Qeyd edilməlidir ki, əmək hüququ şəxslərin heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətlərini yaratmaq imkanını ehtiva edir.
49. Tərəflər arasında ## ###### 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti ## ###### 2025-ci il tarixinədək müəyyən edilməklə, müqavilə müddətli olmuşdur.
50. Əmək Məcəlləsinin 73-cü maddəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
51. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsi üçün iki şərtin olması zəruridir: birincisi, əmək müqaviləsinin müddətinin qurtarması; ikincisi, müddətli əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.
52. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bu barədə işçiyə azı bir həftə qalmış məlumat verilməsi və müvafiq əmrin çıxarılması kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına gərək yoxdur.
53. Göründüyü kimi, hazırkı halda cavabdehin qeyd olunan maddənin tələbinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin müqavilə müddətinin bitdiyi vaxta qədər iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əsassız olaraq xitam verilib ki, bu da əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi üçün əsas olmuşdur.
54. Belə olan halda Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əmək mübahisəsini həll edən məhkəmə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır. Lakin işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə bərabər, ona bütün məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etmişlər ki, bu yanaşma iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla, onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarır.
55. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.
56. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzrədə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).
57. Hazırkı işdə işə baxan məhkəmələrin iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarmaları qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.
58. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin mənasına görə əgər, işəgötürən əmək müqaviləsinin 73-cü maddəsində nəzərdə tutulan ləğv edilmə əsaslarını pozaraq, işçi ilə əmək münasibətinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə, ilk növbədə iddia ərizəsini və işin faktiki hallarını araşdırmaqla və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarmalıdır.
59. Qeyd edilən normada “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa olunması” ifadəsi mütləq olaraq işçinin mübahisəyə baxılarkən artıq müddətin bitməsindən asılı olmayaraq yeni müddətə işə bərpa edilməsi və bərpa edilənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini ehtiva etmir. Çünki bu məsələ elə həmin normanın özündə belə, iddia ərizəsindən və işin faktik hallarından asılı edilmişdir. Bu da o deməkdir ki, mübahisəni həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırmaqla işçinin hansı müddətə bərpa edilməli olmasını müəyyən etməlidir.
60. Hazırki işin müəyyən edilən hallarına görə cavabdeh, başqa əsasla da olsa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Üstəlik, işdən görünür ki, cavabdeh əmək müqaviləsinin sonuna olan müddət üçün iddiaçıya əmək haqqı verilməsinə də razılığını bildirmişdir.
61. Bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işəgötürənlə yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.
62. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinin müddəti nəzərə alınmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ən geci xitam verilməsi tarixi ## ###### 2025ci il ola bilərdi, lakin cavabdeh bu müddəti gözləmədən iddiaçının əmək müqaviləsinə ## #### 2025ci ildə başqa əsasla xitam vermişdir. Başqa sözlə, iddiaçı ilə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi ən geci ## ###### 2025-ci il tarixdə həyata keçiriləcəkdi.
63. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən, işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.
64. Qeyd edildiyi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmaqla ##.##.2025-ci ilədək bağlanmışdır.
65. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə görə, əmək müqaviləsinin müddətinin qurtarması, əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir.
66. Yəni cavabdeh Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndində nəzərdə tutulmuş hüququndan istifadə etməklə, 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq iddiaçı ilə əmək müqaviləsinə xitam vermək səlahiyyətinə malik olub. Lakin məhkəmələr yuxarıda sadalanan halları nəzərə almadan iddiaçını müqavilə müddətindən sonrakı dövr üçün də işə bərpa etməklə və əmək haqqının ödənilməsi barədə göstəriş verməklə, işəgötürən bu hüquqdan məhrum edilmiş olur. İşəgötürənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanuniliyinə israr etməsi, müddətin sonuna qədər əmək haqqını vermək şərti ilə iddiaçı ilə əmək münasibətlərini müqavilə müddəti bitəndən sonra da davam etdirmək istəməməsi bu münasibətlərin sonlandırmağa yönələn iradəsini ifadə edir.
67. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi, işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ## #### 2025-cü il tarixində xitam verilməsəydi belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin davam edəcəyi ən uzun müddət həmin müqavilənin sonuna qədər – ## ###### 2025-ci ilədək davam edəcəkdi və həmin müddətin sonunda cavabdeh əlavə heç bir əsaslandırma aparmaqdan qanunvericiliyin ona verdiyi hüquqdan istifadə edərək, əmək müqaviləsinə xitam verəcəkdi. Cavabdehin belə bir iradə ifadəsinin olması da mübahisəsiz hal kimi müəyyən edilib ki, bu da cavabdehin iddiaçı ilə əmək münasibətlərini müddətin bitməsindən sonra da davam etdirmək istəməməsini göstərir.
68. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddiaçının əvvəlki iş yerinə bərpa edilməsi, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək iddiaçıya cavabdeh tərəfindən əmək haqqının ödənilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalı, iddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək (həmin gün də daxil olmaqla) işə bərpa olunmuş hesab edilməklə həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi qismən – İddiaçı əvvəlki iş yerinə - Cavabdeh “sürücü” vəzifəsinə bərpa olunması, işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək İddiaçı əmək haqqının ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək işə bərpa edilmiş hesab edilsin və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın