Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1249/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr; əmək müqaviləsinin müddətinin qurtarması ilə işə xitam verilməsinin əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqlarının və onun tərkib hissəsi olan ödənişlərin tələb edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, Işin halları:
1. Iş üzrə iddiaçı İddiaçı Zakir qızı ##.##.2014-cü il tarixdən Əmək və Sosial Problemlər üzrə ElmiTədqiqat Mərkəzində mütəxəssis vəzifəsinə təyin edilmiş, daha sonra isə ##.##.2015-ci il tarixdən o, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir.
2. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirmək məqsədilə həmin Fərmanın 2.2-ci bəndinə müvafiq olaraq Nazirliyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görülməsi tapşırılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il ## #### tarixli ** nömrəli Qərarına əsasən istinad olunan Fərmanın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “xxxx” publik hüquqi şəxs yaradılması, onun Nizamnaməsinin, strukturunun, işçilərinin say həddinin (70 ştat vahidi), nizamnamə fondunun təsdiq edilməsi qərara alınmışdır.
3. Bundan sonra, İddiaçı Zakir qızı ** nömrəli əmrlə, ##.##.2020-ci il tarixdən öz ərizəsinə əsasən Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Mərkəzində müddətsiz əmək müqaviləsi əsasında çalışdığı aparıcı mütəxəssis vəzifəsindən azad edilmiş, ##.##.2020-ci il tarixdə isə onunla “xxxx” publik hüquqi şəxsi arasında əmək müqaviləsi bağlanaraq o, “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə 3 ay müddətinə işə qəbul edilmişdir.
4. Iddiaçının əmək müqaviləsində müxtəlif tarixdə müxtəlif dəyişiklər və əlavə edilərək əmək müqavilənin müddəti hər dəfə uzadılmışdır.
5. Cavabdeh X1 ##.##.2025-ci il tarixli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxxnın Idarə Heyətinin sədri Elnur Səfərlinin ## ###### 2025-ci il tarixli *-**-*/*-*-**/**** saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki işinə cavabdeh xxxxnın Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsində aparıcı mütəxəssis vəzifəsinə işə bərpa olunması, iddiaçı İddiaçı qanunsuz olaraq işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq ödənilməsi, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçı İddiaçı tərəfindən çəkilmiş xərclər qismində 400 (dörd yüz) manat vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2014-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müddətsiz əmək müqaviləsi əsasında çalışmış, sosial müdafiə və əmək bazarı sahəsində elmi-tədqiqat, monitorinq, təhlil və proqnozlaşdırma funksiyalarını yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq normativ aktları əsasında Nazirliyin strukturunda aparılan islahatlar nəticəsində Mərkəz ləğv edilmiş, onun bazasında Cavabdeh yaradılmışdır. Mərkəzin bütün işçiləri, o cümlədən iddiaçı, yeni yaradılmış quruma keçirilmişdir. ##.##.2020-ci il tarixdə iddiaçının Mərkəzlə bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilmiş, həmin gün onunla Milli Observatoriya arasında yeni əmək müqaviləsi bağlanmışdır. Lakin əvvəlki iş yerində 7 ilə yaxın müddətsiz əsaslarla işləməsinə, əmək funksiyalarının daimi xarakter daşımasına və yeni qurumda faktiki olaraq eyni funksiyaları yerinə yetirməsinə baxmayaraq, onunla qanunsuz olaraq 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Milli Observatoriya hüquqi baxımdan Mərkəzin varisi olmasa da, eyni təsisçiyə tabe olmuş, eyni fəaliyyət istiqamətlərini həyata keçirmiş, eyni maddi-texniki baza və kadr potensialı əsasında fəaliyyət göstərmişdir. Iddiaçının əmək funksiyaları da əvvəlki vəzifəsi ilə mahiyyətcə eyni olmuşdur. Bu səbəbdən əmək münasibətlərinin davamlı xarakter daşıdığı halda müddətli əmək müqaviləsinin bağlanması Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Bundan əlavə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zamanı Əmək Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulan xəbərdarlıq və digər prosedurlar yerinə yetirilməmiş, işçilərdən eyni gündə həm işdən çıxma, həm də yeni qurumda işə qəbul olunma barədə ərizələr alınmışdır. Bu hallar işçilərin sərbəst iradəsinin formalaşmasına şübhə yaradır. Qeyd edilməlidir ki, eyni cavabdehə qarşı eyni hüquqi və faktiki əsaslarla digər işçilər tərəfindən qaldırılmış iddialar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur və həmin aktlarla analoji əmək münasibətlərində müddətli əmək müqavilələrinin bağlanmasının qanunauyğun olmadığı müəyyən edilmişdir. Həmin hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Iddiaçı 2020-ci ildən 2025-ci ilədək Milli Observatoriyada müxtəlif struktur bölmələrdə çalışsa da, onun əmək funksiyaları daimi xarakter daşımışdır. Buna baxmayaraq, cavabdehin ##.##.2025-ci il tarixli əmri ilə əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilmişdir. (Işdən azad edilmə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən həyata keçirilib) Halbuki əmək funksiyasının daimi xarakter daşıdığı şəraitdə müddətli əmək müqaviləsinin bağlanması qanunsuz olmuş, hətta belə müqavilənin mövcudluğu qəbul edilsə belə, digər işçilərin müqavilələrinin uzadıldığı halda yalnız iddiaçının əmək müqaviləsinin uzadılmaması ona qarşı ayrı-seçkilik və qərəzli münasibətin göstəricisidir. Beləliklə, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddətlə bağlı şərtləri əmək qanunvericiliyinin tələblərinə zidd olmuş, həmin müqaviləyə müddətin başa çatması əsası ilə xitam verilməsi qanunsuz xarakter daşımışdır.
8. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli Fərmanı əsasında ləğv edilmiş, sonradan Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli qərarı ilə xxxx publik hüquqi şəxs kimi yaradılmışdır. Iddiaçı ilə Observatoriya arasında ilk dəfə ##.##.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və o, həmin tarixdən etibarən yeni qurumda əmək fəaliyyətini həyata keçirmişdir. Belə ki, tərəflər arasında bağlanmış bütün əmək müqavilələri qarşılıqlı razılıq əsasında, işçinin sərbəst iradəsi ilə, o cümlədən elektron imza vasitəsilə təsdiq edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə və Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad edərək həmçinin qeyd etmişdir ki, tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılığı şəraitində müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyə uyğundur. Işəgötürənin müddətsiz əmək müqaviləsi ilə bağlı təminatlardan yayınmaq niyyəti olmamış, iddiaçı ilə digər işçilər arasında bağlanmış müqavilələr də analoji xarakter daşımışdır. Bu səbəbdən iddiaçının əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsi qanuni olmuş, işdən çıxarılma əmri qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Buna görə də əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız hesab edilməli və rədd olunmalıdır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-**/**** nömrəli əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “xxxx” X1 Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat Departamentinin monitorinq şöbəsinə aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi, iddiaçının qanunsuz işdən çıxarıldığı tarixdən işə bərpa olunacağı tarixədək məcburi iş buraxma müddəti üzrə əmək haqlarının və onun tərkib hissəsi olan bütün ödənişlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi həmçinin, hüquqi xidmətin göstərilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Fərid Hətəmzadə).
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyi ilə bağlı ilk növbədə müəyyən etmişdir ki, iddiaçının əvvəl işlədiyi Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi ləğv edilsə də, onun bazasında yaradılmış xxxx eyni fəaliyyət istiqamətləri üzrə fəaliyyət göstərmişdir. Iddiaçı həm əvvəlki qurumda, həm də yeni yaradılmış Observatoriyada oxşar və daimi xarakter daşıyan əmək funksiyalarını yerinə yetirmişdir. Bu səbəbdən onun gördüyü işin müvəqqəti və ya mövsümi deyil, daimi xarakter daşıdığı işəgötürənə əvvəlcədən məlum olmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Buna baxmayaraq, işəgötürən iddiaçı ilə əvvəlcə 3 aylıq müddətli əmək müqaviləsi bağlamış, daha sonra həmin müqaviləni müxtəlif dövrlərdə uzatmış və nəhayət, əmək müqaviləsinin müddətinin başa çatmasını əsas gətirərək ona xitam vermişdir. Halbuki, əmək funksiyasının daimi xarakter daşıdığı hallarda əmək müqaviləsi müddətsiz bağlanmalıdır.
12. Məhkəmə cavabdehin iddiaçının müqavilələri elektron imza ilə imzaladığı və bunun onun sərbəst iradəsini ifadə etdiyi barədə arqumentini də qəbul etməmiş və bununla bağlı qeyd edilmişdir ki, əmək münasibətlərində tərəflərin formal razılığı kifayət deyil, müqavilənin həqiqi hüquq bərabərliyi və sərbəst iradə şəraitində bağlanması da müəyyən edilməlidir. Işəgötürənlə işçi arasında mövcud olan təşkilati və iqtisadi asılılıq nəzərə alınmaqla, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının sübut edilməsi yükü əsasən işəgötürənin üzərinə düşür.
13. Məhkəmə həmçinin vurğulamışdır ki, iddiaçı əvvəlki müəssisədə 5 ildən artıq müddətdə fasiləsiz çalışdıqdan sonra eyni istiqamətdə fəaliyyət göstərən yeni qurumda cəmi 3 aylıq müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir ki, bu da əmək qanunvericiliyinin məqsəd və prinsiplərinə uyğun hesab edilə bilməz.
14. Bütün halları birlikdə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə zidd olmuş, əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilməsi isə qanunsuz xarakter daşımışdır.
15. Məhkəmə eyni zamanda, iddiaçının işdən çıxarıldığı tarixdən işə bərpa ediləcəyi tarixədək olan məcburi iş buraxma müddəti üçün orta əmək haqqının və əmək haqqının tərkib hissəsi olan digər ödənişlərin cavabdehdən tutulmasını eləcə də, iddiaçının hüquqi yardıma görə ödədiyi 400 manat xərcin sübuta yetirildiyindən dolayı həmin məbləğin də cavabdehdən tutulmasını qanunvericiliyə müvafiq hesab etmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 12, 45, 47, 68-ci maddəsinin 1-ci hissəsi, 68.2-ci maddənin “b” bəndi, 110, 144, 172 və 300.1-ci; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri həmçinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5- ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadən əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına və təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsi bağlamasına imkan verir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsi də məhz onun sərbəst iradəsi və razılığı ilə müddətli əsasda bağlanmış, müqavilənin müddətli bağlanmasına dair hər hansı etiraz irəli sürülməmişdir. Milli Observatoriya ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin hüquqi varisi deyil və məhkəmə yalnız fəaliyyət istiqamətlərinin oxşarlığına əsaslanaraq tərəflər arasındakı əmək münasibətlərini səhv qiymətləndirmişdir. Iddiaçının əvvəlki və yeni qurumdakı vəzifələrinin oxşar olması onun gördüyü işin mütləq şəkildə daimi xarakter daşıdığı anlamına gəlmir və bu əsasla müddətli əmək müqaviləsinin qanunsuz hesab edilməsi düzgün deyil. Məhkəmənin iddiaçının işə bərpası barədə nəticəsi əsassız olmaqla, cavabdeh qurumun əmək müqaviləsinə müddətin başa çatması əsası ilə verilmiş xitamı qanunauyğun olmuşdur. Məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə tam əməl etməmişdir.
19. Iddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, o, ##.##.2014-cü ildən Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müddətsiz əmək müqaviləsi ilə çalışmış, Nazirliyin sistemində ümumilikdə 11 ilə yaxın fasiləsiz əmək stajına malik olmuşdur. 2020-ci ildə Nazirliyin struktur islahatları nəticəsində Mərkəz ləğv edilmiş, onun bazasında isə xxxx yaradılmışdır. Iddiaçı və digər işçilər eyni gündə əvvəlki iş yerlərindən çıxarılaraq yeni yaradılmış quruma keçirilmiş, lakin əvvəl müddətsiz işlədikləri halda onlarla qanunsuz olaraq müddətli əmək müqavilələri bağlanmışdır. Observatoriya hüquqi varis olmasa da, faktiki olaraq Mərkəzin fəaliyyət istiqamətlərini, funksiyalarını, iş yerini, maddi bazasını və əmək funksiyalarını davam etdirmişdir. Iddiaçı da yeni qurumda əvvəlki vəzifəsinə uyğun eyni xarakterli işi icra etmiş, gördüyü iş daimi xarakter daşıdığı üçün onunla müddətli əmək müqaviləsi bağlanmasına Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmamışdır. Bildirir ki, ##.##.2020-ci il tarixli əmək müqaviləsində onun hansı səbəbdən müddətli bağlanması göstərilməmiş, bu isə əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur. Cavabdehin sonradan müqavilənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə bağlanması barədə arqumenti müqavilənin məzmunu ilə təsdiqlənmir. Həmçinin işçilər pandemiya dövründə təcili qaydada ərizə yazmağa məcbur edilmiş, real hüquq bərabərliyi və sərbəst iradə şəraitində razılıq verilməmişdir. Etirazda həmçinin vurğulanır ki, yeni yaradılmış qurumda sonradan işə qəbul edilən bir sıra şəxslərlə müddətsiz əmək müqavilələri bağlandığı halda, keçmiş Mərkəz işçiləri ilə müddətli müqavilələrin bağlanması ayrı-seçkilik xarakteri daşımışdır. Bundan əlavə, eyni cavabdehə qarşı oxşar hallarla bağlı verilmiş bir sıra məhkəmə qərarlarında müddətli müqavilələrin qanunsuz hesab edilməsi və işçilərin işə bərpa olunması müəyyən edilmişdir. Iddiaçı hesab edir ki, uzun illər eyni sistemdə daimi xarakterli iş görən işçinin struktur dəyişikliyi bəhanəsi ilə əvvəlcə müddətli müqaviləyə keçirilməsi, daha sonra isə həmin müqavilənin müddətinin bitməsi əsası ilə işdən çıxarılması Əmək Məcəlləsinin prinsiplərinə, 45, 47 və 56-cı maddələrinin tələblərinə zidd olmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər X5 (sədrliyi və məruzəsi ilə),X3 və X6 ibarət tərkibdə).
21. Birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı hüquqi mövqeyi və əsaslandırması ilə tam olaraq razılaşan məhkəmə kollegiyası öz mövqeyinə münasibətdə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yeni yaradılmış publik hüquqi şəxs – Observatoriya iddiaçının əvvəl işlədiyi ETTM-in hüquqi varisi olmasa da, hər iki qurum eyni fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərmişdir.
22. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, ETTM ləğv edildikdən sonra onun bazasında eyni funksiyaları icra edən yeni qurum yaradılmışdır. Iş materialları ilə təsdiq olunur ki, iddiaçı həm əvvəlki, həm də yeni qurumda mahiyyət etibarilə eyni əmək funksiyalarını yerinə yetirmişdir. Görülən işlərin xarakteri daimi və fasiləsiz olmuşdur. Buna baxmayaraq, iddiaçı ilə yeni qurum arasında müddətli əmək müqaviləsi bağlanmışdır.
23. Məhkəmə hesab etmişdir ki, daimi xarakterli işlər üzrə əmək münasibətlərinin müddətli müqavilə ilə rəsmiləşdirilməsi Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri ilə uzlaşmır. Müddətli əmək müqaviləsinin bağlanması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğu sübuta yetirilməmişdir. Eyni zamanda, tərəflər arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq sərbəst və həqiqi qarşılıqlı razılıq müəyyən edilməmişdir. Işçinin razılığı işəgötürənin təşkilati və iqtisadi üstün mövqeyi şəraitində formalaşmışdır. Bu hal əmək hüququnun əsas prinsiplərindən biri olan tərəflərin bərabərliyi prinsipinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək müqaviləsi sərbəst iradə əsasında bağlanmalıdır və məcburiyyət yolverilməzdir.
24. Kollegiya həmçinin hesab etmişdir ki, işçinin əvvəlki və yeni qurumda eyni əmək funksiyalarını icra etməsi işin daimi xarakterini bir daha təsdiq edir. Belə olan halda müddətli əmək müqaviləsinin tətbiqi formal xarakter daşıyır.
25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 68, 73, 83 və 84-cü; Mülki Prossesual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 89, 217, 218, 372, 384 və 385-ci maddələri ilə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
26. Cavabdeh (vəkil-Vəkil) qətnamədən kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Mahiyyət etibarı ilə iddia ərizəsinə etirazın və eləcədə apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda əsaslandırılan kassasiya şikayətində qeyd olunmuşdur ki, yeni yaradılmış xxxx iddiaçının əvvəl işlədiyi Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin (ETTM) hüquqi varisi olmasa da, hər iki qurum eyni fəaliyyət istiqamətləri üzrə fəaliyyət göstərmişdir. ETTM ləğv edildikdən sonra onun funksiyalarına oxşar fəaliyyət göstərən Observatoriya yaradılmış və iddiaçının hər iki qurumda yerinə yetirdiyi vəzifələr daimi xarakter daşımışdır. Bu halda işçinin müddətsiz əmək müqaviləsindən sonra müddətli müqavilə ilə işə cəlb edilməsi Əmək Məcəlləsinin prinsipləri ilə uzlaşmır. Xüsusilə Əmək Məcəlləsinin 45 və 56-cı maddələrinin tələbləri nəzərə alınmadan əmək münasibətlərinin dəyişdirilməsi qanunsuz qiymətləndirilməlidir. Müddətli əmək müqaviləsi yalnız tərəflərin hüquq bərabərliyi və qarşılıqlı azad razılığı olduqda bağlana bilər. Lakin iş materialları üzrə iddiaçının belə bir azad və real razılığı sübuta yetirilməmişdir. Əksinə, razılaşmanın işəgötürənin təsiri altında formalaşdığı daha inandırıcı şəkildə qiymətləndirilmişdir. Məhkəmə ETTM və Observatoriyanın hüquqi varislik əlaqəsini düzgün araşdırmadan nəticəyə gəlmişdir. Halbuki Observatoriyanın ETTM-in hüquqi varisi olmadığı rəsmi sənədlərlə təsdiqlənir. Bu halda yalnız iş funksiyalarının oxşarlığına əsaslanaraq hüquqi varislik nəticəsinə gəlmək hüquqi baxımdan əsassızdır. Məhkəmənin yanaşması selektiv xarakter daşıyaraq bəzi hüquqi nəticələri qəbul edib, digərlərini isə istisna etmişdir. Xüsusilə əmək münasibətlərinin davamlılığı və müqavilənin hüquqi rejimi düzgün qiymətləndirilməmişdir. Işçinin razılığının mövcud olmaması barədə nəticə isə mötəbər sübutlarla əsaslandırılmamışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Iddiaçının vəkili İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizədə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuş və məzmun baxımından qeyd olunmuşdur ki, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və vahidliyinin təmin edilməsi baxımından Məhkəmə Kollegiyasının diqqətinə çatdırmağı vacib hesab edirik ki, eyni cavabdehə qarşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ləğv edlmiş Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin hazırki iş üzrə cavabdeh həmin Nazirliyin tabeliyində xxxxya qanunsuz olaraq müddətli əmək müqaviləsi əsasında transfer edilmiş və daha sonra müddətin bitməsi adı altında mənimlə eyni vaxtda və eyni qaydada işdən çıxarılmış digər işçinin - X2 “işə bərpa və s.” iddia tələblərinə dair Ali Məhkəmənin Mülki Kollegiyasının *(***)- ****/**** saylı ##.##.2026-cı il tarixli Qərarındakı aşağıdakı hüquqi mövqelər və araşdırlaraq müəyyən edilmiş mühüm hallar eynilə mənim işimə də aiddir:
Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
31. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
32. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
33. Maddə 68, 2-ci hissə. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
34. Maddə 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
35. Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
36. Maddə 82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.
37. 172, 5-ci hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
38. Maddə 300, 1-ci hissə. Işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
45. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
50. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Belə ki, kassasiya şikayətinin dəlillərinə münasibətdə təkrarən qeyd edilməlidir ki, yeni yaradılmış publik hüquqi şəxs – Observatoriya iddiaçının əvvəl işlədiyi ETTM-in hüquqi varisi olmasa da, hər iki qurum eyni fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərmişdir. ETTM ləğv edildikdən sonra onun bazasında eyni funksiyaları icra edən yeni qurum yaradılmışdır. Iddiaçı həm əvvəlki, həm də yeni qurumda mahiyyət etibarilə eyni əmək funksiyalarını yerinə yetirmişdir. Görülən işlərin xarakteri daimi və fasiləsiz olmuşdur. Buna baxmayaraq, iddiaçı ilə yeni qurum arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Daimi xarakterli işlər üzrə əmək münasibətlərinin müddətli müqavilə ilə rəsmiləşdirilməsi Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələbləri ilə uzlaşmır. Müddətli əmək müqaviləsinin bağlanması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasların mövcudluğu sübuta yetirilməmişdir. Tərəflər arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq sərbəst və həqiqi qarşılıqlı razılıq müəyyən edilməmişdir. Işçinin razılığı işəgötürənin təşkilati və iqtisadi üstün mövqeyi şəraitində formalaşmışdır. Bu hal əmək hüququnun əsas prinsiplərindən biri olan tərəflərin bərabərliyi prinsipinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək müqaviləsi sərbəst iradə əsasında bağlanmalıdır və məcburiyyət yolverilməzdir. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini
53. yoxlayır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.