Məhkəmə qərarları › İş №2(1-8)-1254/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1254/2026

18.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1254/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə, əvvəlki vəzifəyə bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi), işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ######## 2023-cü il tarixli ** nömrəli müddətli əmək müqaviləsi ilə İddiaçı Cavabdeh IB X1 Istismarı Idarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə işə qəbul edilmiş, ## ### 2024-cü il tarixli dəyişikliklə işçi X1 Istismarı Idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə keçirilmişdir.

2. Cavabdeh IB-nin Həmkarlar Ittifaqı Komitəsinin Rəyasət Heyətinin ## #### 2025-ci il tarixli, **-**ə nömrəli qərarı ilə bağlanmış əmək müqavilələrinə xitam veriləcək işçilərin (siyahı əlavə olunmuşdur) əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir.

3. Cavabdeh IB tərəfindən X1 Istismarı Idarəsinin təşkilati strukturunda və ştat cədvəllərində dəyişiklik edilməsi ilə əlaqədar olaraq ştatının ixtisarı haqqında İddiaçı ünvanlanan ## #### 2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən işçiyə Cavabdeh IB-nin hüquqi şəxs statusuna malik olmayan X1 Istismarı Idarəsinin təşkilati strukturunda və ştat cədvəllərində dəyişiklik edilməsi ilə əlaqədar olaraq onun ştatının ixtisar olunması, bununla bağlı onunla bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) əsasən əmək stajından asılı olaraq (1 il 9 ay) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq ona 4 təqvim həftəsi rəsmi xəbərdarlıq müddətinin təyin edilməsi, onun razılığı ilə azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli miqdarında əməkhaqqı bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsinin mümkün olması, bu halda xəbərdarlıq müddəti ərzində ona nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacağı, eyni zamanda əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən ona işəgötürən tərəfindən əmək stajı nəzərə alınaraq (dörd təqvim həftəsi) orta əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəyi, əlavə olaraq Cavabdeh IB ilə Cavabdeh IB-nin Həmkarlar Ittifaqı Komitəsi arasında bağlanmış qüvvədə olan kollektiv müqavilənin 5.13-cü bəndinə əsasən müstəsna hal kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti və işdənçıxarma müavinəti əvəzinə, razılığı ilə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilməklə onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilə biləcəyi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə onun bir iş günü əmək funksiyasının icrasından azad edildiyi bildirilmişdir.

4. Cavabdeh IB-nin əməkdaşları tərəfindən tərtib olunmuş ## #### 2025-ci il tarixli akta əsasən Birliyin ## ###### 2024-cü il tarixli, **-*-*/*-**-****/**** nömrəli əmri ilə Idarənin təşkilati strukturuna və ştat cədvəllərinə edilmiş dəyişikliklə əlaqədar Idarənin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 4-cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi ştatı ixtisar olunduğuna görə Idarənin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 4cü dərəcəli qaz təsərrüfatının nəzarətçisi İddiaçı ştatının ixtisarı haqqında xəbərdarlıq məktubu təqdim edilmiş, Lakin, o, xəbərdarlıq müddətində hər iş həftəsində bir iş günü əmək funksiyasının icrasından azad olunması barədə ərizə yazmaqdan imtina etmişdir.

5. Cavabdeh IB-nin ## #### 2025-ci il tarixli, **-*-*-**/*-*K-***/**** nömrəli əmri ilə X1 Istismarı Idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində qaz təsərrüfatının nəzarətçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış ** nömrəli, ## ######## 2023-cü il tarixli əmək müqaviləsinə ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, yəni ştatların ixtisar edilməsi əsası ilə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən çıxarılmasına dair Cavabdeh IB–nin Şəmkir regional QII tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, **-*-*-**/*-*K-***/**** nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının və digər ödənişlərin hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ######## 2023-cü il tarixdə Şəmkir regional QII Tovuz rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə qaz təsərrüfatının nəzarətçisi işinə qəbul olunmuşdur. ## #### 2025-ci il tarixli **-*-*-**/*-*K-***/*U** nömrəli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Qeyd olunan əmr qanunvericiliyin tələbi pozulmaqla verilmiş və ləğv edilməlidir. Belə ki, idarədə işçilərin ixtisarı adı ilə iddiaçı ilə bərabər bir necə işçiyə xəbərdarlıq məktubu göndərilmiş, həmin ərəfədə işdən çıxarılması nəzərdə tutulan işçilər imtahana cəlb edilmişlər. Ən yüksək nəticə göstərməsinə baxmayaraq, əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, qalan işçilərin əksəriyyəti isə öz vəzifəsində saxlanılmışlar. Bununla bərabər yeni işçilər işə qəbul edilmiş, yəni iddiaçının işdən çıxarılmağına heç bir əsas olmamışdır. Eyni zamanda müvafiq qaydada həmkarların rəyi alınmamış, əgər alınmışsa - iddiaçıya bu barədə heç bir məlumat verilməmiş, əmrdə işdən çıxarılmasının əsası kimi isə xəbərdarlıq məktubu göstərilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Hacıyeva) iddia qismən təmin edilərək, Cavabdeh IB-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ## #### 2025-ci il tarixli, **-*-*-**/*-*K-***/**** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh IB-nin yeni strukturunda əvvəlki dərəcəsinə və vəzifəsinə uyğun işə bərpa edilməsi, Cavabdeh IB tərəfindən ## #### 2025-ci il tarixdən İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatları aydınlaşdırmağı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət yönəlməsi zəruri hesab olunur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir.

10. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən müvafiq qanun pozuntularına yol verilməsi aşkar edilmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmamış, ixtisarın məqsədəuyğunluğu məsələsi əsaslandırılmamış, nəticələri barədə sənədlər tərtib olunmamış, həmkarlar ittifaqı təşkilatının yazılı qərar formasında qabaqcadan əsaslandırılmış razılığı alınmamış, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verildiyi müəyyən edilməmiş, iddiaçının işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizi aparılmamış, işçiyə ixtisas səviyyəsinə uyğun başqa vəzifədə işləməklə əmək münasibətlərinin davam etdirilməsi təklif edilməmişdir.

11. Belə ki, işəgötürən, fəaliyyəti üçün iddiaçının icra etdiyi funksiyalara hazırda zərurətin qalmamasını, yeni ştat cədvəlində bu funksiyaları həyata keçirən başqa vəzifələrin mövcud olmamasını, iddiaçının yeni ştat cədvəlində göstərilən ixtisas səviyyəsinə uyğun vəzifələrin hər hansına uyğun gəlməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

12. Həmçinin, məhkəmə iddia tələbinin “digər ödənişlərin hesablanıb verilməsi barədə” hissəsinə münasibətdə bildirmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı digər ödənişlər dedikdə hansı ödənişlərin nəzərdə tutulduğunu bildirməmiş, bununla bağlı hər hansı sübutları məhkəməyə təqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 77, 83, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh Cavabdeh IB apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü və bu əsasda işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi, eləcə də, prosedur qaydasını ehtiva etsə də, hazırkı iddiaçı tərəf bununla razılaşmamışdır. Lakin, razılıq əlaməti hesab olunan bütün azadolma imtiyazlardan istifadə etdikdən sonra işə bərpa olunmasını mübahisələndirmişdir. Hazırkı iddia üzrə, eləcə də, Şəmkir RQII-də aparılmış ştatların ixtisarı ilə əlaqədar qeyd edilmişdir ki, RQII üzrə 2024-cü il ərzində fəhlə kateqoriyası üzrə 580 ştat vahidi olsa da, ## ###### 2025-ci il üzrə ştat sayı azaldılaraq 466 say tərkibi nəzərdə tutulmuş və təsdiqlənmişdir. Beləliklə, Cavabdeh IB, eləcə də, Şəmkir RQII üzrə “yeni əməliyyat modelinə keçid”lə əlaqədar təşkilati strukturda xeyli dəyişikliklər aparılmış bəzi şöbələr ləğv edilməklə, bəzi şöbələr birləşdirilməklə, həmçinin yeni şöbələr yaradılmaqla yenidən təşkil olunmuşdur. Bu istiqamətdə cari ilin təxminən İ rübündən başlanılmaqla mərhələli tədbirlər görülərək iş icrası aparılmış, davam etdirilmişdir. Beləliklə, növbəti mərhələli tədbirə ## #### 2025-ci il tarixdə başlanılmış və ## #### 2025-ci il tarixdə Cavabdeh IB-nin Həmkarlar Ittifaqı Komitəsinə ştatların ixtisar olunacağı barədə rəsmi məlumat təqdim edilmişdir. HIK-nin ## #### 2025-ci il tarixli, ****HIK/*-**-**/**** nömrəli məktubu, eləcə də, eyni tarixli **-**ə nömrəli Qərarı ilə qeyd olunan sənədləşməyə həmin tərkibdə ştatların ixtisarının aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Həmçinin, bu barədə ## #### 2025-ci il tarixdə ƏƏSMN-nin X3 **-*-*/*-****/**** nömrəli məktubla ətraflı məlumat təqdim edilmişdir. Fəhlə kateqoriyası üzrə aparılmış mərhələli tədbirlər sırasında hazırkı iddiaçı da ştat ixtisarı sənədləşmələrinə cəlb edilmiş daha savadlı və peşəkar işçilərin işdə saxlanma üstünlüyü əldə etməsi, eləcə də, onların yekun qiymətləndirilməsinə ciddi təsir göstərə biləcək nəticələr üçün biliklərin yoxlanılması məqsədilə ## ##### 2025-ci tarixdə imtahanda iştirakı təşkil və təmin edilmişdir. Işlədiyi 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi peşəsinə uyğun keçirilən imtahan nəticələrinə görə iddiaçı 65,54 balla ümumi ştat vahidində saxlanılmış 39 yer üzrə 60-cı sırada qərarlaşmışdır. Ona görə də bu istiqamətdə ixtisar tədbirlərinə iddiaçı da aid edilmişdir. Beləliklə, ştatları ixtisar edilmiş işçilərə onların əmək stajından asılı olaraq ixtisar barədə rəsmi “xəbərdarlıq məktubu” təqdim edilmiş, o cümlədən ## #### 2025-ci il tarixdə də iddiaçıya rəsmi qəbul etmə ilə verilmişdir. Qanunvericiliyə söykənən əsaslarla tərtib edilmiş həmin xəbərdarlıqla iddiaçıya 4 təqvim həftəsi (həftədə bir iş günü əmək funksiyasının icrasından azad edilməklə (baxmayaraq ki, işçi tərəfindən istifadəsindən imtina edilmişdir) müddət təyin edilmişdir. Həmin müddətin yekununda qanunvericiliyin tələbləri gözlənilməklə xüsusilə ixtisar ödənişləri ödənilərək müvafiq qaydada sənədləşdirilməklə iddiaçı ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, qanuni əsaslarla xitam verilmiş iddiaçının əmək müqaviləsinin davam etdirilməsi, eləcə də, yenidən işə bərpa və iş icrası mümkünsüzdür, mümkün sayılmamalıdır. Iş materiallarından da göründüyü kimi iddiaçının ştatının ixtisar sənədləşmələri ilə əslində əmək münasibətlərini davam etdirməsi, yeni strukturda yeni əməliyyat modelində onun işlədiyi peşənin mövcud olmaması, hazırkı vəziyyətdə onun işlədiyi peşə səviyyəsinə uyğun peşə statusu və s. ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, hətta bu sənədləşmələrə ən vacib əsas olmuş biliyinin-peşə səviyyəsinin qiymətləndirilməsi ilə 39 yer üzrə 60-cı sırada olması yeni işçi heyətində onun yer ala bilməməsini şərtləndirmişdir. Hətta onun iştirakı və müvafiq sənədləşmələri imzası ilə qeyd olunan hallar əks olunsa da, sonuncu məhkəməyə verdiyi ötəri ifadə ilə məhkəməni inandıra bilmiş və işin vəziyyətini xeyrinə dəyişmişdir. Əslində isə o, sənədləşmədən məlumatlı ola-ola baş vermiş faktı təsdiq etmişdir. Çünki o, bütün sənədləşmələrdə iştirakçı və bəzilərində imzaçı olarkən bilirdi ki, elə həmin sənədləşmə özlüyündə onun daha aşağı nəticə göstərməsi ilə işlədiyi eləcə də, ona uyğun yeni təklif ediləcək vakant yerlərə peşəkarlıq səviyyəsinin uyğun olmadığı zərurət və məcburiyyətdir. Ona görə də, müvafiq rəsmi sənədləşmələrlə təsdiqlənmiş qeyd olunan faktlar fonunda işçinin bu barədə məhkəməyə verdiyi ifadə iddianın təmin olunmasına əsas olmamalıdır. Qeyd edilənlərdən və əlavə edilmiş sənədləşmələrdən aydın görünür ki, Şəmkir RQII-də aparılmış ştatların ixtisarı ilə əlaqədar qanuni əsaslarla tərtib edilmiş müvafiq sənədləşmələrlə “yeni əməliyyat modelinə keçid”lə əlaqədar təşkilati strukturda xeyli dəyişikliklər aparılmış bəzi şöbələr ləğv edilməklə, bəzi şöbələr birləşdirilməklə, həmçinin yeni şöbələr yaradılmaqla yenidən təşkil olunmuşdur. Bu istiqamətdə cari ildən başlamış mərhələli tədbirlər görülərək iş icrası aparılmış, davam etdirilmişdir. Bu tədbirlər sırasında ## #### 2025-ci il tarixdə Cavabdeh IB-nin Həmkarlar Ittifaqı Komitəsinə ştatların ixtisar olunacağı barədə rəsmi məlumat təqdim edilmişdir. HIK-in ## #### 2025-ci il tarixli, ****HIK/*-**-**/**** nömrəli məktubu, eləcə də, eyni tarixli **-**ə nömrəli qərarı ilə qeyd olunan şənədləşməyə həmin tərkibdə ştatların ixtisarının aparılmasına etiraz edilmədiyi bildirilmişdir. Həmçinin, bu barədə ## #### 2025-ci il tarixdə ƏƏSMN-nin X3 **-*-*/*-****/**** nömrəli məktubla ətraflı məlumat təqdim edilmişdir. Beləliklə, qanunla işçinin əmək münasibətlərinin davam etdirə bilməsi üçün mövcud ştatın ixtisarı və yeni əməliyyat modelindəki yer ala bilməsi proseduru aidiyyəti icra orqanlarının verdiyi rəylərdə bir daha təsdiq edilmişdir. Bu sənədləşmələr sırasında ən vacib əsas olmuş işçi biliyinin - peşə səviyyəsinin qiymətləndirilməsi ilə iddiaçının 39 yer üzrə 60-cı sırada qərarlaşması yeni işçi heyətində onun yer ala bilməməsini artıq şərtləndirmişdir. Bu işin mübahisəsiz halıdır və iddiaçıya ayrı-ayrı vaxtlarda əmək fəaliyyətini bu şəkildə davam etdirə bilməsinin mümkünsüzlüyü haqqında özünün də iştirakı hətta bəzisində imza qeydi etdiyi sənədləşmələr tərtib edilmiş və nəticə etibarı ilə məlum əmrlə əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Lakin, buna baxmayaraq işçinin bilavasitə razılaşması, iştirakı və imzası ilə tərtib olunmuş əsaslı sənədləşməyə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilmədən səthi ifadələr və ötəri sübutlarla qeyd olunan əmrin ləğv edilməsi, iddiaçının əvvəlki dərəcəsinə və peşəsinə uyğun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Yeni strukturun şərtlərinə uyğun onun heç bir üstün səbəbinin olmaması mövcud ştatının isə ixtisar olunması fonunda iddiaçının nə rəsmi işə bərpası, nə də praktiki iş icrası yenidən mümkün deyildir, mümkün sayılmamalıdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Imanov və A.Isgəndərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin sənədlərindən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün kifayət qədər tədbir görməmiş, ## ###### 2025-ci il tarixdə icraata qəbul edilmiş mülki iş üzrə ## ####### 2025-ci il tarixdə yekun məhkəmə aktı qəbul etməklə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxaraq yekunlaşmışdır.

18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, işəgötürən Cavabdeh IB ilə işçi İddiaçı arasında ## ######## 2023-cü il tarixli ** nömrəli müddətli əmək müqaviləsi bağlanmış, işçi X1 Istismarı Idarəsinin Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti tərəflərin qarşılıqlı razılığı ilə bir il müddətinə, yəni ## ######## 2024-cü il tarixədək müəyyən edilmişdir.

19. Daha sonra işəgötürən Cavabdeh IB ilə işçi İddiaçı arasında bağlanmış ## ######## 2023-cü il tarixli ** nömrəli müddətli əmək müqaviləsinə ** nömrəli ## ### 2024-cü il tarixli dəyişiklik edilərək işçi X1 Istismarı Idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz təsərrüfatının nəzarətçisi (əsas iş yeri) peşəsinə keçirilmişdir.

20. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh IB-də aparılan yeni əməliyyat modelinin tətbiqi ilə bağlı Birliyin təsdiq edilmiş strategiyasının tətbiq planına uyğun olaraq yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsi, xərclərin optimallaşdırılmasını və struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Birliyin strukturuna daxil olan qurumların təsdiq edilmiş təşkilati strukturuna müvafiq dəyişikliklər edilməsi və vəzifələrin (peşələrin) yenidən bölüşdürülməsi zərurəti yaranmışdır. Bununla bağlı cavabdeh özünün ## ###### 2025-ci il tarixli N **-2-2/3- 1I-62\**** nömrəli əmri ilə Birliyin strukturuna daxil olan qurumlarda işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi meyarlarını təsdiq etmiş, Birliyin Idarəetmə aparatının Insan resursları departamentinə istehsal-təsərrüfat prosesinin normal fəaliyyətinə xələl gətirmədən, əmək qanunvericiliyinin tələbləri gözlənilməklə, meyarlar əsas götürülməklə tərtib edilmiş planqrafikə uyğun olaraq vəzifələrin (peşələrin) yenidən bölüşdürülməsi nəticəsində sərbəstləşmiş işçilərin peşəkarlıq səviyyəsini müəyyən etməyi, yekun qiymətləndirmə nəticələrinə əsasən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin reytinq sıralanmasına əsasən yeni əməliyyat modelinə uyğun formalaşdırılmış strukturlarda əmək münasibətlərini davam etdirmələrini təmin etməyi, bu əmrin 2.1-ci bəndi üzrə nəzərdə tutulan tədbirlər nəticəsində işdə saxlanılması mümkün olmayan işçilərə tərəflərin razılığı ilə Cavabdeh IB ilə Cavabdeh IB-nin Həmkarlar Ittifaqı Komitəsi arasında bağlanmış qüvvədə olan kollektiv müqaviləyə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X2 Həmkarlar Ittifaqı Respublika Komitəsi arasında imzalanmış ## ##### 2009-cu il tarixli **/**-**ə nömrəli əmr-qərarın 4-cü bəndi ilə müəyyən edilmiş qaydada, müstəsna hal kimi onların orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi həvalə edilmişdir.

21. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh IB-nin X1 Istismarı Idarəsinin fəhlələrinin 2025-ci il üçün tərtib olunmaqla təsdiq olunan ştat cədvəlində fəhlə kateqoriyası üzrə RQII-də 466 ştat vahidi təsdiq olunmuşdur. Əvvəlki il üzrə isə ştat cədvəlində həmin kateqoriya üzrə Birlikdə ştat vahidi 580 olmuşdur.

22. Tədqiq olunmuş sübutlardan müəyyən olunmuşdur ki, cavabdeh apardığı ixtisar zamanı iddiaçının əmək funksiyasının icrası üçün tələb olunan ixtisasını (peşəsini) və peşəkarlıq səviyyəsini yoxlamış, İddiaçı keçirilmiş imtahan zamanı 65.54 bal üzrə nəticə toplasa da, bu nəticə müqayisədə digər işçilərin daha çox bal toplamaları səbəbindən işçinin peşəkarlıq səviyyəsini müəyyən etmək səlahiyyəti olan işəgötürən tərəfindən iddiaçının işdə saxlanılması üçün yetərli göstərici olaraq qəbul edilməmişdir.

23. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, işəgötürən olan cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin b) bəndi ilə xitam verərkən Cavabdeh IB-nin Həmkarlar Ittifaqı Komitəsinin ## #### 2025-ci il tarixli razılığını almış, işçiyə ## #### 2025-ci il tarixdə xəbərdarlıq göndərək əmək qanunvericiliyi ilə müəyyən olunmuş təminatları barədə ona məlumat verməklə, iddiaçının hüquqlarından istifadə edə bilməsi üçün şərait yaratmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60-cı, Əmək Məcəlləsinin 2, 11, 12, 14, 68, 70, 71, 77, 78, 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

25. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 33-cü, Əmək Məcəlləsinin 12, 71-ci, Mülki Prosessual Məcəllənin 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur.

27. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsinə fikir verdikdə tam aydın olur ki, həmin qətnaməni qəbul etmiş məhkəmə kollegiyası işə qərəzli yanaşmaqla məhkəmə iclasında təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Mübahisəli qətnaməni qəbul etmiş hakimlər üçün iddiaçı tərəfin təqdim etdiyi sübutlara heç bir əhəmiyyət verilməmişdir.

28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

31. Iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, işəgötürən müəssisədə işçilərin və ya ştatların ixtisarı həyata keçirilərkən, ona münasibətdə ayrı-seçkiliyə yol verilmiş, faktiki olaraq ixtisar baş verməmiş, işə baxan apellyasiya məhkəməsi isə iddiaçının sübutlarına hüquqi qiymət verməmişdir.

36. Lakin, həmin məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış və təqdim olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən işəgötürən tərəfindən iddiaçının əmək funksiyasının icrası üçün tələb olunan ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi yoxlanılmış, həmkarlar ittifaqı təşkilatına müraciət edilməklə, iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmış, iddiaçı ştatın ixtisarı səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdar edilmişdir.

37. Kassasiya kollegiyası qeyd edir ki, işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsinə dair məsələnin həlli işəgötürənin diskresion səlahiyyətlərinə aiddir. Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir.

38. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

39. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar