AzərbaycaņRespublikası̧adından Qərar Bakı̧şəhəri İş̧№̧2(1-8)-1261/2026 01.07.2026 ALI̧MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Nəsrullayev İlkin Firudin oğluna qarşı mülki iş üzrə QƏRARİ Açaŗsözlər:̧puļtələbinə̧dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarəţtərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Nəsrullayev İlkin Firudin oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq,̧aşağıdakı̧qərarı̧qəbuļetdi.̧ İşin halları
1. Nəsrullayev İlkin Firudin oğlu- satıcı və İsmayılov Rüfət Sabir oğlu- alıcı-ipoteka qoyan arasında bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, daşınmaz əmlakın satış qiyməti 327.000 manat təşkil etmişdir. Daşınmaz əmlakın dəyərinin 177.000 manat hissəsi alıcı-ipoteka qoyan İsmayılov Rüfət Sabir oğlu tərəfindən, 150.000 manat hissəsi isə İddiaçı QSC- kreditor-ipoteka saxlayan tərəfindən, kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan-borcalan arasında bağlanmış ## ###### 2025-ci il tarixli kredit müqaviləsinə̧əsasəņalıcı-ipoteka̧qoyana̧verilmiş̧krediţvəsaiti̧hesabına̧ödənilmişdir.
2. ##.##.2025-ci il tarixli İddiaçı QSC tərəfindən verilmiş qəbzdən görünür ki, Bank tərəfindəņNəsrullayev̧İlkiņFirudiņoğluna̧325.152̧manaţödənilmişdir.
3. ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Nəsrullayev İlkin Firudin oğlu Bankdan 335.125 manat əldə etdiyindən, borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əkştəqdirdə̧iddia̧tələbi̧ilə̧məhkəməyə̧müraciəţediləcəyi̧bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı) cavabdeh Nəsrullayev İlkin Firudin oğluna (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manatın və ödənilmiş dövlət rüsumuna görə 120 manatın iddiaçınıņxeyrinə̧tutulması̧barədə̧qətnamə̧çıxarılmasını̧xahiş̧etmişdir.
5. İddia tələbi işin faktiki hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, kassirin daşınmaz əmlakın satış məbləğini satıcıya təqdim etmək üçün pul məbləğlərini hesablayarkən yanlış olaraq 10.000 manat vəsaiti satıcı qismində çıxış edən cavabdehə təhvil verilmişdir. Vəsaitin banka geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq̧edilməsinə̧baxmayaraq̧vəsaiti̧geri̧qaytarmamışdır.
6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, video yazıların məhkəmə ekspertizasının rəyindəki xülasəsi ondan ibarət olmuşdur ki, kassir 100 manatlıq əskinasları alıcıdan qəbul edərək pul sayan maşında 100.000 manatı saymış və hər birində 100 ədəd əskinas olmaqla 10 dəsti masanın üstünə qoymuşdur. Sonra sağ tərəfindəki kassadan 1 ədəd 100 manatlıq əskinas dəstini götürüb həmin 10 ədəd dəstin üzərinə qoyaraq onları toplu şəkildə götürmüşdür. Bunlar vaxt olaraq saat 11:03–11:27 aralığında baş vermişdir. Lakin cavabdehə pul vəsaiti saat 14:42–14:53 aralığında verilmişdir. Cavabdeh kassirə inanaraq pulu saymadan qəbul etmişdir. Beləliklə, ekspertin tədqiq etdiyi videoyazı vaxtı ilə pulun cavabdehə verilməsi vaxtı arasında 3 saatdan çox müddət keçmişdir. Cavabdehə həmin bağlamanın və ya hər hansı başqa bağlamanın verildiyi ekspertiza tədqiqatından kənar qalmışdır. Bununla bağlı əlavə ekspertizanın keçirilməsi barədə vəsatəti təmin edilməmişdir. Nəzərə almaq lazım olmuşdur ki, cavabdehə pulun çox hissəsi vakuumlu bağlamalarda verilmişdir. Yəni əgər ona ekspertin tədqiqatında göstərilən bağlama verilmişdirsə, o, vakuumlanmalı olub və bu zaman onun tərkibi dəyişdirilə bilərdi. Buna görə də hesab edir ki, ekspertiza rəyində göstərilən halla cavabdehə artıq pul verilməsi iddiası arasında bağlılıq və səbəbli əlaqə olmamışdır. Bu halda iddia sübut olunmamış sayılmalıdır. Cavabdehə ekspert rəyində göstərilən 11 dəstdən ibarət bağlama verilib-verilmədiyi, həmçinin kassirin sağ tərəfindəki kassadan götürdüyü 1 ədəd 100 manatlıq əskinas dəstində nə qədər əskinas olduğu məlum deyil. Həmin dəstin içində 30, 50, 75 və ya 90 ədəd əskinasın olması mümkün ola bilər. Bunu müəyyən etmək mümkün olmamışdır. Çünki həmin dəstin nə vaxt sayıldığı, nə vaxt sağ tərəfdəki kassaya qoyulduğu məlum deyil. Bu mənada həmin dəstin içində 100 ədəd əskinasın olduğunu qəbul etmək cəhdi ehtimal olmaqla, sübut olunmuş hal sayıla bilməz. Yəni iddiaçı məhkəmədə sözügedən dəstin içində neçə ədəd əskinas olduğunu sübut edə bilməyib. Beləliklə, ehtimal edilsə ki, cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə 11 ədəd dəst əskinas dəsti verilib, sonuncu- 11-ci dəstin içində neçə ədəd əskinasın olduğu işin sübut edilməyən halı olub. Bu halda isə iddia təmin oluna və cavabdehdən iddia olunan 10.000 manat tutula bilməz. Cavabdehin məhkəməyə verdiyi izahatda bildirdiyi kimi, ona bankın kassasından 5 vakuumlu bağlamada 300.000 manat və ayrıca 25.152 manat verilib. Cavabdeh pulu saymadan qəbul edib. O, 25.152 manatı kassanın pəncərəsindən götürüb, pulun qalan hissəsi isə ona steplerlənmiş 2 ədəd paketdə, pəncərədən deyil, pəncərədən keçmədiyi üçün kassanın qapısından verilib. Öz növbəsində o, pulu götürüb həmin gün də 285.000 manata başqa əmlakın əldə olunması üçün başqa şəxsə verib, həmin şəxs də pulu saymadan qəbul edib. Cavabdeh 5 vakuumlu bağlamada olan 300.000 manatın üstündən yalnız bir 50 manatlıq əskinaslar olan vakuumlu bağlamanı açıb üstündən 15.000 manat götürüb, qalanını olduğu kimi həmin şəxsə verib. Yəni ehtimal edilsə ki, cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə, 11 ədəd dəst verilib, o, bu pulla varlanmamış, onu saymadaņbaşqa̧şəxsə̧ötürmüşdür.
7. ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş “kassa 3_arxa_28 may adlı kamera görüntüsündə video fonoqramın 04:09 dəqiqəsində, timecode üzrə saat 11:03:52-də kassirin masaya 100 manatlıq əskinasları qoyduğu görünür. Timecode üzrə saat 11:07:17-də kassir tərəfindən masaya qoyulmuş 100 manatlıq əskinasların sayının 10 ədəd olduğu və kassirin hesab maşınına 100.000 rəqəmini qeyd etdiyi aşkar edilmişdir. Ekspertizaya təqdim olunmuş “kassa 3_ust_28_May adlı kamera görüntüsündə video fonoqramın 11:26:13 hissəsində kassirin sağ tərəfindəki kassada olan 100 manatlıq əskinaslardan ibarət bağlamalar arasından 1 ədəd bağlamanı götürdüyü, digər bağlamaları isə kassaya geri qoyduğu müəyyən edilmişdir. Daha sonra kassirin əlində olan 1 ədəd 100 manatlıq əskinaz qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoyaraq əskinasları toplu şəkildə götürdüyü aşkar edilmişdir. Timecode üzrə saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olduğu̧aşkaŗedilmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia təmin edilərək cavabdehdən 10.000 manatın və ödənilmiş dövlət rüsumuna görə 120 manat olmaqla, cəmi 10.120 manatın tutularaq̧iddiaçıya̧ödənilməsi̧qəţedilmişdir.
9. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən cavabdehin nümayəndəsi və vəkilinin izahatını (çıxışını) dinləyərək, iş materiallarını araşdıraraq qeyd etmişdir ki, iddia əsaslıdır və buna görə də̧təmiņedilməlidir.
10. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı (satıcı) və İsmayılov Rüfət Sabir oğlu (alıcı-ipoteka qoyan) arasında bağlanmış ##.##.2025-ci il tarixli alqı-satqı̧və̧ipoteka̧müqaviləsi̧bağlanmışdır.̧
11. Məhkəmə mübahisəli müqaviləyə münasibətdə qeyd etmişdir ki, daşınmaz əmlakın satış qiyməti 327.000 manatdır, daşınmaz əmlakın dəyərinin 177.000 manatı İsmayılov Rüfət Sabir oğlu (alıcı-ipoteka qoyan) tərəfindən, 150.000 manatı iddiaçı (kreditor- ipoteka saxlayan) tərəfindən kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan-borcalan arasında bağlanmış “10” Yanvar 2025-ci il tarixli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İddiaçı tərəfindən verilən ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Bank tərəfindən cavabdehə 325.152 manat ödənilmişdir, hər iki tərəf qəbzi imzalamışdır. Lakin, kassir daşınmaz əmlakın satış məbləğini satıcıya təqdim etmək üçün pul məbləğlərini hesablayarkən yanlış olaraq 10.000 manat vəsaiti satıcı qismində çıxış edən cavabdehə təhvil vermişdir.
12. Beləliklə, cavabdeh iddiaçı Bankdan 335.125 manat əldə etmişdir. Məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli qərardadla məhkəmə fonoskopik ekspertizası təyin olunmuş və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş “kassa_3_arxa_28_may kamera görüntüsündə video fonoqramın 04:09 dəqiqəsində (timecode ilə 11:03:52-da) kassirin masaya 100 manatlıq əskinasları qoyduğu görünür, timecode-də qeyd olunan saat 11:07:17-də kassir tərəfindən qoyulmuş 100 manatlıq əskinasların sayı 10 ədəd olduğu və kassirin hesab makinasına 100.000 qeyd etdiyi aşkar edilmişdir. Ekspertizaya təqdim olunmuş “kassa 3_ust_28_May kamera görüntüsündə video fonoqramın 11:26:13 hissəsində kassirin sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoyduğu, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoyaraq əskinasları toplu şəkildə götürdüyü aşkar edilmişdir. Timecode-də qeyd olunan saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11̧ədəḑolduğu̧aşkaŗedilmişdir.
13. Həmçinin məhkəməyə təqdim edilmiş fləş kartlara məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, “kassa_3 arxa 28 may kamera görüntüsündə timecodedə qeyd olunan saat 11:26:13 hissəsində kassir sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından 01 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoymuş, daha sonra əlində olan 01 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoymuşdur. Timecode-də qeyd olunan saat 11:26:26-da kassirin əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olduğu görünür. “kassa_3_ust_28 may kamera görüntüsündə timecode-də qeyd olunan saat 11:59:10-11:59:30 aralığında vakumlanmış̧puļbağlamaları̧kassirə̧təhviļverilmişdir.
14. Göründüyü kimi, Bank tərəfindən yanlışlığa yol verilərək, cavabdehə 325.152 manat əvəzinə, tərəflər arasında bağlanmış müqavilədə nəzərədə tutulmayan 10.000 manat artıq olmaqla 335.125 manat pul vəsaiti ödənilmişdir. Bu hal məhkəmə tərəfindən aparılmış tədqiqat nəticəsində həmçinin məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-fonoskopik ekspertizasının rəyi̧ilə̧öz̧təsdiqini̧tapmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı onun hesabına əsassız varlanmış şəxsdən əldə etdiklərini̧geri̧tələb̧etməkdə̧haqlı̧olduğundaņiddia̧təmiņedilməlidir.̧
16. AR Mülki Məcəlləsinin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Lakin cavabdeh özünün əsassız varlanmadığını̧məhkəmə̧iclasında̧sübuta̧yetirə̧bilməmişdir.
17. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14.2, 16.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2,̧̧1092.3-cü̧maddələrinə̧istinaḑetməklə̧əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassir 100 manatlıq əskinasları alıcıdan qəbul edərək pul sayan aparatda 100.000 manatı saymış və hər birində 100 ədəd əskinas olmaqla 10 dəsti masanın üzərinə qoymuşdur. Daha sonra kassir sağ tərəfindəki kassadan 100 manatlıq əskinaslardan ibarət bağlamalar arasından 1 ədəd dəsti götürmüş, həmin dəsti də masanın üzərində olan 10 ədəd dəstin üzərinə qoymuş və əskinasları toplu şəkildə götürmüşdür. Qeyd olunan hərəkətlər vaxt etibarilə saat 11:03–11:27 aralığında baş vermişdir. Lakin pul cavabdehə saat 14:42–14:53 aralığında verilmişdir. Cavabdeh kassirə inanaraq pulu saymadan qəbul etmişdir. Beləliklə, ekspert tərəfindən tədqiq edilmiş videoyazının vaxtı ilə pulun cavabdehə verilməsi vaxtı arasında 3 saatdan artıq müddət keçmişdir. Cavabdehə məhz həmin bağlamanın və ya hər hansı başqa bağlamanın verilibverilməməsi ekspertiza tədqiqatından kənarda qalmışdır. Bununla bağlı əlavə ekspertizanın keçirilməsi barədə vəsatət təmin edilməmişdir. Nəzərə alınmalıdır ki, cavabdehə pulun böyük hissəsi vakuumlu bağlamalarda verilmişdir. Yəni, əgər cavabdehə ekspertin tədqiqatında göstərilən bağlama verilmişdirsə, həmin bağlama vakuumlanmalı idi və bu zaman onun tərkibinin dəyişdirilməsi mümkün olmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi video yazı fayllarında vakuumlama və təkrar vakuumlama prosesi əks olunmuşdur. Lakin bağlamanın üzərində kağız parçası olduğuna görə hər iki halda vakuum aparatına qoyulan bağlamada neçə ədəd pul dəstinin olduğunu görmək və saymaq mümkün olmamışdır. Buna görə də cavabdeh tərəfindən hesab edilmişdir ki, ekspertiza rəyində göstərilən halla cavabdehə pulun artıq verilməsi iddiası arasında bağlılıq və səbəbli əlaqə mövcud olmamışdır. Bu halda iddia sübut olunmamış hesab edilməlidir. Nəzəri olaraq ehtimal edilsə belə ki, cavabdehə ekspert rəyində göstərilən 11 dəstdən ibarət bağlama verilmişdir, sonuncu — kassirin sağ tərəfindəki kassadan götürülmüş 1 ədəd 100 manatlıq əskinas dəstində neçə ədəd əskinas olduğu müəyyən edilməmişdir. Həmin dəstin içində 30, 50, 75 və ya 90 ədəd əskinasın olması da istisna edilməmişdir. Bunu müəyyən etmək mümkün olmamışdır. Çünki həmin dəstin nə vaxt sayıldığı və nə vaxt sağ tərəfdəki kassaya qoyulduğu məlum olmamışdır. Bu mənada həmin dəstin içində 100 ədəd əskinasın olduğunu qəbul etmək yalnız ehtimala əsaslanmışdır və sübut olunmuş hal hesab edilməmişdir. Yəni iddiaçı məhkəmədə sözügedən dəstin içində neçə ədəd əskinaşolduğunu̧sübuţedə̧bilməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Elşən Kazımov sədrllik edən, məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz araşdırma aparılmasına şərait yaradılmış və təqdim edilmiş sübutlaŗaraşdırılmaqla̧düzgüņnəticəyə̧gəlinmişdir.̧
22. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, habelə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsi tərəfindən hüquqi̧dəyərləndirmə̧aparılmasında̧əlavə̧fayda̧olmuşdur.
23. İddiaçı cavabdehdən iddia ərizəsində göstərilmiş vəsaitin ödənilməsini tələb etmişdir. Bunun üçün cavabdehin iddiaçı qarşısında əsassız varlanmadan əmələ gəlmiş öhdəliyinin yaranması tələb olunmuşdur. Cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin yaranması təsdiq̧edilmişdir.̧
24. Deməli, cavabdeh iddiaçı ilə aralarında yaranmış əsassız varlanmadan irəli gələn öhdəliklərini yerinə yetirmiş olsaydı, tərəflər arasında mülki mübahisə də yaranmamış olardı. Mübahisə yaranmamış olsaydı, iddiaçı da məhkəməyə müraciət etməmiş olardı cavabdehin iddiaçının hesabına hüquqi əsas olmadan varlanması təsdiq olunur. Yəni, əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur yaxud da bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonradan aradan qalxmış əsaşsöykənir.̧
25. Cavabdehin göstərdikləri isə iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin əsassız varlanmadan irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülüb. Cavabdeh isə iddiaçı qarşısında bu cür öhdəliyinin olmasını bilməmiş deyildir. Demək ki, dəlillər sırf şikayəţxatirinə̧göstəriləņformaļmülahizələŗolmuşdur.
26. Belə ki, kassir tərəfindən pulun sayılması vaxtı ilə onun cavabdehə verilməsi, başqa sözlə, ekspertin tədqiq etdiyi videoyazının vaxtı ilə pulun cavabdehə verilməsi vaxtı arasında 3 saatdan çox vaxt keçməsi iddianın əsassızlığına, şikayətin isə əsaslı olmasına təsir etməmişdir. Çünki bu hal mübahisə predmetinə və ya sübut edilməli hallara aid olmamışdır. Buna baxmayaraq, qeyd olunan müddətdə tərəflərin alqı-satqı və ipoteka müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat ofisində olmaları da işin mübahisəsiz halı olmuşdur. Cavabdehin kassirə inanaraq pulu saymadan qəbul etməsi də heç nəyi dəyişməmişdir. Çünki cavabdeh pulu əskik qəbul etdiyini heç vaxt mübahisələndirməmişdir. Cavabdehə hansı bağlamanın verildiyi də ekspertiza tədqiqatından kənarda qalmamışdır; kənarda qalmış olsaydı belə,̧bu̧da̧əlavə̧ekspertizanıņkeçirilməsi̧üçüņəsaşola̧bilməzdi.
27. Belə ki, kassir tərəfindən cavabdehə hansı bağlamanın verildiyi anbaan videoyazı ilə qeydə alınmışdır. Bir daha qeyd olunmuşdur ki, cavabdehə verilən pulun çox hissəsi vakuumlu bağlamalarda̧olsa̧da,̧həmiņhallaŗmübahisə̧predmeti̧olmamışdır.
28. Mübahisə predmeti və ya mübahisəli hal kassirin masaya 100 manatlıq əskinaslardan ibarət 10 ədəd bağlama qoyduğu və hesab makinasına 100.000 manat qeyd etdiyi halda, sonradan sağ tərəfindəki kassada olan 100 manatlıq əskinaslardan ibarət bağlamalar arasından 1 ədəd bağlamanı götürərək digər qalan bağlamaları kassaya geri qoyması, daha sonra əlində olan 1 ədəd 100 manatlıq əskinası qarşısındakı masanın üzərində olan 100 manatlıq əskinasların üzərinə qoyaraq əskinasları toplu şəkildə götürməsi və əlində olan 100 manatlıq pul əskinaslarından ibarət bağlamaların sayının 11 ədəd olub-olmaması ilə bağlı olmuşduŗki,̧bu̧haļda̧açıq-aşkaŗtəsdiq̧olunmuşdur.
29. Başqa sözlə, kassir 100 manatlıq əskinaslardan ibarət 10 ədəd bağlamaya görə hesab makinasına 100.000 manat qeyd etsə də, sonradan həmin bağlamaların üzərinə yanlış olaraq 100 manatlıq əskinaslardan ibarət 11-ci bağlamanı da qoymuş, lakin hesab makinasında bunu qeyd etməmişdir. Cavabdeh kassirin sağ tərəfindəki kassada olan 100 manat əskinaslardan ibarət bağlamalar arasından götürdüyü 01 ədəd 100 manatlıq əskinaslardan ibarət 11-ci bağlamada nə qədər əskinazın olduğunun bilinmədiyini, bunu müəyyən etməyin mümkün olmadığını, çünki həmin dəstin nə vaxt sayıldığı, nə vaxt sağ tərəfdəki kassaya qoyulduğunun məlum olmadığını, bu mənada həmin dəstin içində 100 ədəd əskinazın olduğunu qəbul etmək cəhdinin ehtimal olduğu, sübut olunmuş hal olmadığı, bu halda isə iddia təmin oluna və cavabdehdən iddia olunan 10.000 manat tutulmamalı olduğunu qeyd etsə də bu dəlillər də şikayətini̧əsaslı̧etmir.
30. Əvvəla ona görə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində bu halı xüsusi olaraq mübahisələndirməmişdir. Başqa sözlə, cavabdeh bu mövqeyi ilə 11-ci bağlamanı artıq, yəni əsassız qəbul etdiyini etiraf etsə də, həmin bağlamanın içərisində 100 ədəd yüzlük əskinasıņolduğunuņsübuta̧yetirilmədiyini̧bildirmişdir.̧
31. Bununla yanaşı, iddiaçı tərəfin apellyasiya şikayətinə etirazında və təqdim etdiyi video görüntülərdə həmin 11-ci bağlama da daxil olmaqla, 4 ədəd bağlamanın bir gün əvvəl, yəni ##.##.2025-ci il tarixdə təlimata uyğun olaraq günün sonunda kassir tərəfindən hesablama aparatı vasitəsilə sayıldığı, hər bir bağlamada 100 ədəd yüzlük əskinasın olduğu görünmüş və təsdiq̧olunmuşdur.̧Deməli,̧qeyḑolunaņdəlilləŗavtomatiķolaraq̧təkzib̧edilmişdir.
32. Bundan əlavə, cavabdehin bankdan qəbul etdiyi pulun 285.000 manatını əmlak alması üçün başqa şəxsə verməsi və həmin şəxsin də pulu saymadan qəbul etməsi, 5 vakuumlu bağlamada olan 300.000 manatın üstündən yalnız 50 manatlıq əskinaslardan ibarət bir vakuumlu bağlamanı açaraq oradan 15.000 manat götürməsi, qalan məbləği isə olduğu kimi həmin şəxsə verməsi, yəni cavabdehə 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə 11 ədəd dəst verildiyi ehtimal edilsə belə, onun bu pulla varlanmadığı və pulu saymadan başqa şəxsə ötürdüyü barədə dəlillər də şikayəti əsaslı etməmişdir. Çünki bu halları yalnız cavabdeh tərəf bəyaņetmiş,̧lakiņhəmiņhallaŗhəŗhansı̧mötəbəŗsübutla̧təsdiq̧olunmamışdır.̧
33. Başqa sözlə, cavabdehin yeni mənzil almaq üçün pulu satan şəxsə saymadan verməsi onun iddiaçı qarşısında əsassız varlanmadan yaranan öhdəliyinin icrasını istisna etməmişdir. Yəni cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin yarandığı təsdiq olunduğu halda, onun iddiaçıdan aldığı məbləğin bir hissəsini saymadan mənzil aldığı şəxsə verməsi və ya artıq verməsi̧hazırkı̧iddianıņrədḑolunması̧üçüņəsaşola̧bilməz.
34. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə̧görə̧ləğv̧edilə̧bilməz.
35. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 14.2, 16.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2,̧̧1092.3-cü̧maddələrinə̧istinaḑetməklə̧əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkil Nəsrullayev İlkin Firudin oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qəraŗçıxarılmasını̧xahiş̧etmişdir.
37. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, cavabdehə iddiaçının xəzinəsindən 325.152 manat əvəzinə, səhvən 335.152 manat verildiyi iddia olunmuşdur. Çünki verilən vakuumlanmış 5 ədəd pul bağlamasının birində 10 ədəd 100 manatlıq pul dəstinin əvəzinə 11 ədəd 100 manatlıq pul dəsti olmuşdur. Lakin işdə olan sübutlarla: 1) artıq verildiyi iddia edilən 11-ci pul dəstinin cavabdehə verildiyi müəyyən və sübut olunmamışdır; 2) artıq verildiyi ehtimal edilən 11-ci pul dəstində neçə ədəd 100 manatlıq və ya digər əskinasların olduğu müəyyən və sübut olunmamışdır. Belə ki, artıq verildiyi iddia edilən 11-ci pul dəstinin sayılmış 10 ədəd 100 manatlıq pul dəstinin üstünə qoyulması ekspertiza rəyi və videogörüntü ilə təsdiq olunsa da, bundan 3 saat sonra həmin bağlamanın vakuumlanması zamanı həmin bağlamada nə qədər, yəni 10 və ya 11 ədəd pul dəstinin olması nə video görüntüdən aydın şəkildə görünmüş, nə də ekspertiza rəyi ilə müəyyən olunmuşdur. Ekspert qarşısında belə sual da qoyulmamışdır. Beləliklə, məhkəmənin sözügedən vakuumlanmış bağlamada 11 ədəd pul dəstinin olması ilə bağlı gəldiyi nəticə mötəbər sübutlara deyil, ehtimala əsaslanmışdır. Digər tərəfdən, artıq verildiyi ehtimal edilən 11-ci pul dəstində neçə ədəd 100 manatlıq və ya digər əskinasların olduğu müəyyən və sübut olunmamışdır. Bununla bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə ehtimal xarakterli olmuşdur. Qətnamədə qeyd edilmişdir ki: “...bu dəlillər də şikayəti əsaslı etmir. Əvvəla, ona görə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində bu halı xüsusi olaraq mübahisələndirməmişdir. Başqa sözlə, cavabdeh bu mövqeyi ilə 11-ci bağlamanı artıq, yəni əsassız qəbul etdiyini etiraf etsə də, içərisində 100 əskinazların 100 ədəd olduğunun sübuta yetirilmədiyini düşünür. Bununla yanaşı, iddiaçı tərəf apellyasiya şikayətinə etirazda və təqdim etdiyi video görüntülərdə həmin 11-ci bağlama da daxil olmaqla, 4 ədəd bağlamanın bir gün əvvəl, yəni ##.##.2025-ci il tarixdə təlimata uyğun olaraq günün sonunda kassir tərəfindən hesablama aparatı vasitəsilə sayıldığı, hər bir bağlamada 100 ədəd yüzlük əskinasın olduğu görünür və təsdiq olunur. Demək ki, qeyd olunan dəlillər avtomatik olaraq təkzib olunur”. Apellyasiya məhkəməsinin bu yorumu səhv olmuşdur. Birincisi, mübahisələndirmənin xüsusi və ya başqa forması olmamışdır. Cavabdeh tərəf ehtimal edilən 11-ci bağlamanın içində nə qədər pulun olduğu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyini birinci instansiya məhkəməsində bildirmiş və hətta bu barədə fikirlərini yazılı şəkildə də təqdim etmişdir. Bundan başqa, nəzəri olaraq cavabdehin iddiaçının sözlərini və ya fikirlərini mübahisələndirməməsi iddianı avtomatik olaraq əsaslı etməmişdir. İddiaya qarşı mübahisə edilib-edilməməsindən asılı olmayaraq, iddia sübut olunmalı idi. İkincisi, məhkəmə bu halın mübahisələndirilməsini 11-ci bağlamanın qəbul edilməsi kimi qələmə verməyə çalışmışdır. Bu yanaşma məhkəmənin mövqeyində ziddiyyət yaratmışdır. Çünki bir tərəfdən qeyd etmişdir ki, bu hal mübahisələndirilməmişdir, digər tərəfdən isə həmin mübahisələndirməni etiraf kimi qiymətləndirmişdir. Əslində cavabdeh tərəf heç vaxt belə bir etiraf etməmişdir. Üçüncüsü, məhkəmənin apellyasiya şikayətinə etirazda, əslində isə apellyasiya icraatında sübutların təqdim edilməsi barədə ərizədə və video görüntüdə 11-ci bağlama da daxil olmaqla 4 ədəd bağlamanın bir gün əvvəl, yəni ##.##.2025-ci il tarixdə sayıldığı və hər bağlamada 100 ədəd yüzlük əskinasın olduğu təsdiq olunur qənaəti yanlış olmuşdur. Çünki apellyasiya məhkəməsi bu sübutları qəbul edə bilməzdi. Onların apellyasiya məhkəməsində qəbul edilməsi üçün AR MPM-in 372.2-ci maddəsində müəyyən edilmiş müstəsna hal olmamışdır. Bu sübutlar birinci instansiya məhkəməsində təqdim edilməli idi. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsində əlavə video görüntü təqdim edilməmişdir, əvvəlki video görüntüdə isə ##.##.2025-ci il tarixə aid video görüntü olmamışdır. Bundan başqa və ən əsası, bir gün əvvəl sayılmış 4 ədəd 100lük dəstdən 1 ədəd dəstin götürülərək cavabdehə verildiyi ehtimal edilən bağlamanın üstünə qoyulması barədə məlumat uydurma olmuş və iddiaçının apellyasiya icraatında sübutların təqdim edilməsi barədə ərizədə yazdıqları ilə həmin ərizəyə əlavə etdiyi fotoşəkillərdəki görüntülər üst-üstə düşməmiş və uzlaşmamışdır. Çünki iddiaçı ərizədə qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə 4 ədəd 100-lük dəst sayılmış və seyfə qoyulmuşdur, növbəti gün, yəni ##.##.2025-ci il tarixdə bu 4 ədəd dəst seyfdən kassaya gətirilmişdir, saat 10:10-da onun üstündən 2 ədəd dəst götürülərək başqa müştəriyə verildikdən sonra kassada 2 ədəd tam 100lük dəst qalmışdır. Saat 11:26-da kassada qalan 2 ədəd 100-lük dəstin üz hissəsindən ikinci 100 əskinaslı dəstin biri götürülərək 10 ədəd 100 əskinaslı dəstin üstünə qoyulmuşdur. Halbuki həmin ərizəyə əlavə edilmiş fotoşəkillərin saat 11:26-ya aid bir neçə görüntüsündən kassirin kassadan qalın bağlama götürdüyü görünmüşdür. Bu bağlamada pul dəstlərinin sayı 2 deyil, daha çox olmuşdur. Kassir həmin pul dəstlərinin arasından 1 ədəd dəsti çıxarmışdır. Bununla da iddiaçının ehtimal edilən 11-ci dəstin bir gün əvvəl sayıldığı və içindəki 100 manatlıq əskinasların 100 ədəd olduğu barədə mülahizəsi əsassız olmuşdur. Çünki kassirin kassadan götürdüyü dəstlərin sayı 2-dən çox olduğu halda, onlardan hansının bir gün əvvəl sayılıb seyfə qoyulmuş və sonra kassaya geri verilmiş dəst olduğu məlum olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, artıq verildiyi iddia edilən 11-ci pul dəstinin Cavabdehə verildiyi və artıq verildiyi ehtimal edilən 11-ci pul dəstində neçə ədəd 100 manatlıq və ya digər əskinasların olduğu iddiaçı tərəfindən sübut olunmamışdır. Buna görə də bu bölmədə göstərilən maddi hüquq normalarının tətbiqi üçün əsas olmadığı halda, apellyasiya məhkəməsi tərəfindən həmin normaların tətbiq olunması maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Bu isə qətnaməniņləğvi̧üçüņəsaşolmuşdur.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçının kassasiya şikayətinə dair eriraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş̧olunmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
40. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə̧yoļverilmir.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi̧üçüņonuņiştirakçıları̧arasında̧müqavilə̧olmalıdır.̧
42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadaņbaşqa̧şəxsiņ(məhrum̧olanın)̧hesabına̧əmlaķəldə̧etsin.
43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradaņqalxmış̧əsasa̧söykənir.
44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.̧
45. Maddə̧1092.2.̧Əldə̧edilənləri̧verməķmümküņolmadıqda,̧onlarıņdəyəri̧ödənilir.
46. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi̧əsasıņolmadığını̧biləņvarlanmış̧şəxsə̧bu̧qayda̧şamiļedilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuţetməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.
50. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakiņhakim̧qanunda̧göstəriləņmüstəsna̧hallarda̧iddia̧tələblərindəņkənara̧çıxa̧bilər.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə̧yoļverilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindəņmaddi̧və̧prosessuaļhüquq̧normalarınıņdüzgüņtətbiq̧edilməsini̧yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətiņhədlərindəņvə̧dəlillərindəņasılı̧olmayaraq̧yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları̧araşdırması̧kimi̧qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
56. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara̧görə̧apellyasiya̧məhkəməsiniņgəldiyi̧nəticə̧ilə̧razılaşmaq̧olmaz.
57. Belə ki, işdən görünür ki, ## ###### 2025-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı- Nəsrullayev İlkin Firudin oğlu mülkiyyətində olan daşınmaz əmlakı 327.000 manata alıcıipoteka qoyan İsmayılov Rüfət Firudin oğluna satıb. ## ###### 2025-ci il tarixli kredit-ipoteka müqaviləsinə əsasən, həmin daşınmaz əmlakın dəyərinin 177.000 manatı alıcı-ipoteka qoyan İsmayılov Rüfət Sabir oğlu, 150.000 manat isə kreditor-ipoteka saxlayan İddiaçı QSC tərəfindən ödənilib. İddiaçı QSC tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş qəbzə əsasən, Banķtərəfindəņsatıcı-̧Nəsrullayev̧İlkiņFirudiņoğluna̧325.152̧manaţödənilib.̧
58. Hazırda iddiaçı, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı kassirin yanlışlığa yol verərək Bankın kassasından cavabdehə 10.000 manat artıq pul ödədiyini, həmin vəsaitin Banka geri qaytarılması ilə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı şəkildə xəbərdarlıq edilsə də, həmin vəsaiti geri qaytarmadığını və nəticədə qanuni və müqavilə əsası olmadan cavabdehin Bankın hesabına əsassız varlandığını göstərib, cavabdehdən onun xeyrinə 10.000 manatıņtutulmasını̧iddia̧edir.
59. Cavabdeh isə Bankın kassasından saymadan 5 vakuumlu bağlamada 300.000 manat, ayrıca 25.152 manat götürdüyünü, 25.152 manatı kassanın pəncərəsindən, qalan pulu isə steplerlənmiş 2 ədəd paketdə pəncərədən keçmədiyi üçün kassanın qapısından aldığını, elə həmin gündə də pulun 285.000 manatını başqa əmlakın əldə edilməsi üçün digər şəxsə verdiyini, 5 vakuumlu bağlamada olan 300.000 manatın yalnız 50 manatlıq əskinas olan vakuumlu bağlamanı açıb üstündən 15.000 manat götürdüyünü, ehtimal olunsa ki, ona 10 ədəd 100 manatlıq əskinas dəsti əvəzinə, 11 ədəd 100 manatlıq əskinas dəst verilib yenə də Bankın hesabına̧əsassız̧varlanmadığını̧göstərib,̧iddiaya̧etiraz̧etmişdir.
60. Əvvəla, qanunverciliyə görə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq̧normasınıņdispozisiya̧şərtləri̧ilə̧uzlaşırsa̧iddia̧təmiņedilir,̧uzlaşmırsa̧rədḑedilir.
61. O, da qeyd olunmalıdır ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənibsöykənmədiyini müəyyən etmək işə baxan məhkəmənin vəzifəsidir. Çünki, hüququn tətbiqinə bilavasitə işə baxan məhkəmə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi məhkəmə üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “mənə faktları ver, sənə̧uyğuņhüququ̧verim”̧(da̧mihi̧factum,̧dabo̧tibi̧ius)̧prinsipinə̧əsaslanır.
62. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi ilk növbədə AR Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-cü məddələrinin dispozisiya̧şərtləri̧nəzərdəņkeçirilə̧bilər.
63. Məlum olduğu kimi AR Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma̧mülki̧hüquqlarıņvə̧vəzifələriņəmələ̧gəlməsi̧əsaslarındaņbiridir.
64. Həmin Məcəllənin 1091-ci maddəsinin mənasına görə, əsassız varlanma dedikdə bir şəxsin heç bir əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi baş verir. Əsassız varlanmada əslində iki tərəf iştirak edir. Onlardan biri heç bir hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etməklə varlanmış şəxs, digəri isə bunun nəticəsində əmlak itkisinə məruz qalmış şəxsdir.̧
65. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda̧və̧ya̧müqavilədə̧nəzərdə̧tutulmur.
66. Eyni zamanda, AR Mülki Məcəlləminin 1092.1-ci maddəsində göstərilir ki, əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Hər bir hüquqa zidd hərəkət kimi əsassız varlanma da müəyyən hüququ nəticələr yaradır. Ona görə də varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona̧geri̧qaytarmalıdır.
67. Kassasiya məhkəməsi hesab edir ki, cavabdehin qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanması, onun hesabına hər hansı əmlak əldə etməsi hər hansı mötəbəŗyazılı̧sübutlarla̧təsdiq̧olunmur.
68. Əksinə, iddiaçı, cavabdehə xəzinədən 325.152 manat əvəzinə, səhvən 335.152 manat verildiyini iddia etsə də, bu fakt Bankın özünün ## ###### 2025-ci il tarixli kassa məxaric qəbzi ilə istisna olunur və həmin qəbzdən görünür ki, Bank cavabdehə cəmi 325.152 manat pul ödəyib.
69. Həmçinin işdən, ekspertin rəyindən görünür ki, artıq verildiyi iddia edilən 11-ci pul dəstinin bilavasitə cavabdehə verilməsi, habelə artıq verildiyi ehtimal edilən 11-ci pul dəstində neçə̧ədəḑ100̧manatlıq̧və̧ya̧digəŗəskinaslarıņolduğu̧müəyyəņedilmir.
70. Belə ki, artıq verildiyi iddia olunan 11-ci pul dəstinin qabaqcadan sayılmış 10 ədəd 100 manatlıq pul dəstinin üstünə qoyulduğu ekspertin rəyi və video görüntü ilə təsdiq olunsa da, bundan 3 saat sonra cavabdehə verilən vakuumlanmış bağlamada nə qədər, yəni 10 və ya 11 ədəḑpuļdəstiniņolması̧barədə̧həŗhansı̧video̧görüntü̧və̧ya̧eksperţrəyi̧yoxdur.̧
71. Beləliklə, apellyasiya məhkəməsinin sözügedən vakuumlanmış bağlamada 11 ədəd pul dəstinin olması ilə bağlı gəldiyi nəticə hər hansı mötəbər sübutlara deyil, ehtimallara əsaslanır.
72. Digər tərəfdən, artıq verildiyi ehtimal edilən 11-ci pul dəstində neçə ədəd 100 manatlıq və ya digər əskinasların olmasına dair də işdə sübut yoxdur və ilddiaçı tələbinin əsası kimi istinaḑetdiyi̧bu̧halı̧təsdiq̧etməķüçüņməhkəməyə̧heç̧biŗsübuţtəqdim̧etməyib.̧
73. Apellyasiya məhkəməsi bu halla bağlı qətnamədə qeyd edib ki, “...bu dəlillər də şikayəti əsaslı etmir. Əvvəla, ona görə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində bu halı xüsusi olaraq mübahisələndirməymib. Başqa sözlə, cavabdeh bu mövqeyi ilə 11-ci bağlamanı artıq, yəni əsassız qəbul etdiyini etiraf etsə də, içərisində 100 əskinazların 100 ədəd olduğunun sübuta yetirilmədiyini düşünür. Bununla yanaşı, iddiaçı tərəf apellyasiya şikayətinə etirazda və təqdim etdiyi video görüntüdə həmin 11-ci bağlama da daxil olmaqla, 4 ədəd bağlamanın bir gün əvvəl, yəni ## ###### 2025-ci il tarixdə təlimata uyğun olaraq günün sonunda kassir tərəfindən hesablama aparatı vasitəsilə sayıldığı, hər bir bağlamada 100 ədəd 100 əskinasın olduğu görünür və təsdiq olunur. Demək ki, qeyd olunan dəlillər avtomatik olaraq təkzib olunur”.
74. Kassasiya məhkəməsi hesab edir ki, cavabdehin Bankın xəzinəsindən 325.152 manat əvəzinə, səhvən 335.152 manat götürməsi hər hansı ekspert rəyi və ya video görüntü ilə təsdiq edilmədiyi̧üçüņapellyasiya̧məhkəməsiniņgəldiyi̧nəticə̧əsaslı̧sayıla̧bilməz.̧̧
75. Əksinə, işdən görünür ki, cavabdeh ehtimal edilən 11-ci bağlamanın içində nə qədər pulun olduğu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyini birinci instansiya məhkəməsində də səsləndirib və hətta bu barədə fikirlərini yazılı şəkildə məhkəməyə̧təqdim̧edib.̧̧
76. Digər tərəfdən, apellyasiya məhkəməsi cavabdehin bu halı mübahisələndirməsini onun 11-ci bağlamanı qəbul etməsi kimi qəbul edib. Əslində, bu yanaşma apellyasiya məhkəməsinin mövqeyində ziddiyyət yaradıb. Çünki, apellyasiya məhkəməsi bir tərəfdən qeyd edir ki, cavabdeh bu halı mübahisələndirməyib, digər tərəfdən isə qeyd edir ki, cavabdeh bu halı mübahisələndirməklə̧faktı̧qəbuļedib.
77. Əslində, apellyasiya şikayətinə etirazda, apellyasiya icraatında sübutların təqdim edilməsi barədə ərizədə və video görüntüdə 11-ci bağlama da daxil olmaqla 4 ədəd bağlamanın bir gün əvvəl, yəni ## ###### 2025-ci ildə sayıldığı və hər bağlamada 100 ədəd 100 əskinasın olduğu təsdiq olunur qənaəti yanlış olub. Çünki apellyasiya məhkəməsi bu sübutları qəbul edə bilməzdi. Onların apellyasiya məhkəməsində qəbul edilməsi üçün AR MPMin 372.2-ci maddəsində müəyyən edilmiş müstəsna hallar olmayıb və bu sübutlar birinci instansiya̧məhkəməsinə̧təqdim̧edilməli̧idi.̧
78. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsində əlavə video görüntü təqdim edilməyib, əvvəlki video görüntüdə isə ## ###### 2025-ci il tarixə aid video görüntü olmayıb. Bundan başqa və ən əsası, bir gün əvvəl sayılmış 4 ədəd 100-lük dəstdən, 1 ədəd dəstin götürülərək cavabdehə verildiyi ehtimal edilən bağlamanın üstünə qoyulması barədə məlumat inandırıcı gəlmir.̧
79. Belə ki, iddiaçının apellyasiya icraatında sübutların təqdim edilməsi barədə ərizədə yazdıqları ilə həmin ərizəyə əlavə etdiyi foto şəkillərdəki görüntülər üst-üstə düşmür və uzlaşmır. Çünki iddiaçı ərizədə qeyd edib ki, ## ###### 2025-ci ildə 4 ədəd 100-lük dəsti sayılıb və seyfə qoyulub, növbəti gün isə, yəni ## ###### 2025-ci ildə bu 4 ədəd dəst seyfdən kassaya gətirilib, saat 10:10-da onun üstündən 2 ədəd dəst götürülərək başqa müştəriyə verildikdən sonra, kassada 2 ədəd tam 100-lük dəst qalıb. Həmin gün saat 11:26-da isə kassada qalan 2 ədəd 100-lük dəstin üst hissəsindən ikinci 100-lük əskinas dəstindən biri götürülərək 10 ədəd 100-lüķəskinaşdəstiniņüstünə̧qoyulub.
80. Halbuki həmin ərizəyə əlavə edilmiş foto şəkillərin saat 11:26-ya aid bir neçə görüntüsündən kassirin, kassadan qalın bağlama götürdüyü görünür. Bu bağlamada pul dəstlərinin sayı 2 deyil, daha çox olub. Kassir həmin pul dəstinin arasından 1 dəsti çıxardıb və bununla da iddiaçının ehtimal etdiyi kimi 11-ci dəstin bir gün əvvəl sayıldığı və içindəki 100 manatlıq əskinasın məhz 100 ədəd olduğu barədə mülahizəsi əsassız olub. Çünki kassirin kassadan götürdüyü dəstin sayı 2-dən çox olduğu halda, onlardan hansının bir gün əvvəl sayılıb̧seyfə̧qoyulduğu̧və̧sonra̧kassaya̧geri̧verilmiş̧dəsţolduğu̧məlum̧deyil.̧
81. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, artıq verildiyi iddia edilən 11-ci pul dəstinin cavabdehə verildiyi və artıq verildiyi ehtimal edilən 11-ci pul dəstində neçə ədəd 100 manatlıq və̧ya̧digəŗəskinaslarıņolduğu̧iddiaçı̧tərəfindəņsübuţolunmamışdır.
82. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından AR MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, sözügedən normanıņmənasına̧görə̧məhkəməniņqətnaməsi̧qanuni̧və̧əsaslı̧olmalıdır.
83. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası̧məhkəməsiniņqətnamə̧və̧ya̧qərardadınıņləğv̧edilməsi̧üçüņəsasdır.
84. Kassasiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, cavabdehin kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edərək hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərini pozduğundan, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidəņbaxılması̧üçüņapellyasiya̧məhkəməsinə̧qaytarılmalıdır.
85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu̧maddələriniņtələblərini̧rəhbəŗtutaraq,̧kassasiya̧məhkəməsi
Qərara aldı: CavabdeḩNəsrullayev̧İlkiņFirudiņoğlunuņkassasiya̧şikayəti̧qisməņtəmiņedilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın.̧ Qəraŗqəbuļedildiyi̧andaņqanuni̧qüvvəyə̧minir.