Məhkəmə qərarları › İş №2(1-8)-1262/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1262/2026

08.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1262/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı cavabdeh’’ xxxx’’ X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdeh “xxxx” X2rşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı ##.##.2006-cı il tarixdə “xxxx” X2 (keçmiş Ə.D.Məlikov adına * saylı BŞX) Anesteziologiya reanimasiya şöbəsinə analıq məzuniyyəti yerinə laborant vəzifəsinə işə qəbul edilmiş, ##.##.2010-cu il tarixli ***/k nömrəli əmrlə analıq məzuniyyəti yerindən daimi iş yerinə keçirilmiş, ##.##.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir.

2. Iddiaçıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə Idarəsi Ə.D.Məlikov adına * nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ##.##.2014-cü il tarixli *** saylı əmrinə əsasən, 2013-2014-cü iş ili hesabına ##.##.2014-cü il tarixdən 07.09.14-cü il tarixinədək 38 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, ##.##.2014-cü il tarixindən işə başlaması əmr edilmişdir.

3. Ə.D.Məlikov Adına * saylı BŞX-nın baş həkiminə laboratoriya müdiri tərəfindən verilən ##.##.2014-cü il tarixli təqdimata əsasən, laborant Iddiaçı ##.##.2014-cü il tarixindən əmək məzuniyyətindən sonra işə gəlməməsi barədə məlumat verilmişdir.

4. Ə.D.Məlikov Adına * saylı BŞX-nın HIK-in yığıncağının ##.##.2014-cü il tarixli ** nömrəli protokolundan çıxarışa əsasən, gündəlik üzrə Anesteziologiyareanimasiya şöbəsinin laborantı X3 ##.##.2014-cü il tarixindən ##.##.2014-cü il tarixinədək üzürsüz səbəbdən işə çıxmadığına görə işdən azad olunması məsələsinə baxılmış, HIK komissiyasının sədri Z.Quliyeva çıxışında bildirmişdir ki, müdriyyət tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ##.##.2014-cü il tarixindən əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Iddiaçı cavabdeh “xxxx” X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən əmək müqavilənin ləğv edilməsi barədə əmrin ləğv edilməsini xahiş etmişdir.

6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, işinin öhdəsindən layiqincə gəlmiş və vəzifələrini qüsursuz icra etmişdir. 2014-ci ilin yay aylarında məzuniyyətə çıxmış və həmin ilin sentyabr ayında sol əlinin biləyi sınmışdır. Həm səhhəti və həm də şəxsi ailə vəziyyəti ilə bağlı olaraq işdən çıxmaq qərarına gəlmişdir və bu barədə ərizə ##.##.2014-ci ildə baş həkim Nəriman Məmmədova müraciət etmiş və o tarixdən işə çıxa bilməmişdir. Həmin vaxt ərizənin surətini də götürmüşdür. Bu barədə Xəstəxananın məsul şəxsləri hamısı məlumatlı idi və bildirdilər ki, heç bir problem yoxdur, “səni öz ərizən əsasında işdən azad edəcəyik”. O da, arxayın olmuşdur. Onlardan əmək kitabçasını istədikdə onlar əmək kitabçası hazır olanda ünvanına göndərəcəklərini bildirdilər. O, səhhəti ilə məşğul olmuş və ailə həyatı quraraq öz ailəsi ilə yaşamağa davam etmişdir. Hər dəfə əmək kitabçasını istədikdə işlərin çox olduğunu əsas gətirərək göndərəcəklərini bildirirdilər. Sonradan o, yeni işə düzəlmək qərarına gəlmiş və həmin iş fəaliyyəti ilə bağlı yeni iş yerində əmək müqaviləsi bağlamaq lazım gəldiyini bildirdilər və bu zaman yenidən əmək kitabçasını istədikdə ona məlum oldu ki, onu ##.##.2014-ci il tarixində işdən azad edərkən əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Əmək kitabçasını ona ##.##.2025-ci il tarixdə təqdim etdilər və həmin an bilmişdir ki, onu 70-ci maddənin “ç” bəndinə əsasən işdən azad etmişlər. Bunu görəndə şoka düşmüş və dərhal həmin tibb müəssisəsinə və lazımı orqanlara müraciət etmişdir, xəstəxanada işləyən şəxslərlə də əlaqə saxlamış, onlar da bu hala inanmadıqlarını bildirdilər. Onun ərizə və xahişi olduğu halda nə üçün onu 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etdiklərini izah edə bilmədilər. O, heç zaman iş rejiminə və qaydasına zidd davranmamış, hər zaman əmək funsiyasını lazımı qaydada yerinə yetirmişdir.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək və iddia müddətinin tətbiqini xahiş edərək qeyd etmişdir ki, iddiaçı işdən azad olunma əmrinə dair hadisəni öyrəndiyi gündən 11 il ərzində məhkəməyə müaricət etməmişdir. Bu səbəbdən iddianın müddət ötürülməsi səbəbindən baxılmadan rədd edilməsi tələb olunur. iddiaçı işə qəbul olduğu və xaric olduğu dövrdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət müəssisənində çalışırdı. Hazırda isə cavabdeh müəssisə TƏBIB tabeli publik hüquqi şəxsdir. Bu dəyişiklik nəticəsində iddiaçının əvvəllər işlədiyi dövlət qurumunun hüquqi statusu dəyişmişdir. Bu səbəbdən iddiaçının əvvəlki iş yeri ilə əlaqədar hüquqi münasibətlər artıq mövcud deyildir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun yerinə işə götürülməyib, 1995-ci ildə özü dekretdən qayıdandan sonra işə götürülmüşdür. 1997ci ildə də dekretdə olmuş, 2000-ci ildən işə çıxmışdır. Əvvəl adi laborant olmuş, həmin vaxt iddiaçı da onunla birlikdə işləmişdir. 2014-cü ildən əvvəl iddiaçı baş laborant təyin edilmişdir. 2013-cü ildə onlar təmirlə əlaqədar evdə olmuşlar, 2014-cü ilin yanvar ayından işə çıxmışlar. 2014-cü ilin yanvar ayından iddiaçını ümumiyyətlə görməmişdir. Çünki özü də, onu axtarırdı alacaq məsələsinə görə. Belə ki, 2013-cü ildə “Unibankdan” onun üçün 1.800 manat kredit götürmüşdür, 5-6 ayını iddiaçı ödəniş etsə də, daha sonra ödəniş etməmişdir. Sentyabroktyabr aylarında onu görməmişdir, görmüş olsaydı pulunu tələb edərdi. Əmək haqqı ilə bağlı tabeli böyük tibb bacısı yazırdı, hazırda isə özü yazır. Ev adresini bilməmiş, telefonla əlaqə saxlaya bilməmişdir. Iddiaçının heç bir qohumunu tanımamışdır. Iddiaçının Məmmədova Arzuya və Cəfərova Pərvanəyə borcu olub. Pərvanənin evini tanıdığından 5.000 manatını qaytarıb. Bunu ona Pərvanə demişdir. Ona olan borcuna münasibətdə isə deyib ki, guya verəcək. Borcla bağlı dövlət orqanlarına şikayət etməmişdir. Müəssisəyə banklardan zənglər gələndə, bilinir ki, borcları var.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)****/**** nömrəli qətnaməsi ilə (hakim Ilkin Əliyev) iddia təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Ümumi iddia müddəti isə 10 il olaraq müəyyən edilmişdir. Yuxarıda sadalanan hallardan görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini üzrsüz səbəbdən ötürmüş və bu səbəbdən onun iddiası təmin edilə bilməz.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, işəgötürən faktiki olaraq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almadan əmək məcəlləsinin şərtlərini pozmaqla əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Belə ki, işdən çıxma barədə əmr ##.##.2014-cü il tarixdə verilsə də, həmkarlar ittifaqı təşkilatı bununla bağlı ##.##.2014-cü il tarixdə razılıq vermişdir.

12. Bununla belə məhkəmə hesab etmişdir ki, iddiaçı nəinki 1 aylıq iddia müddətini, hətta ümumi iddia müddətini də ötürmüşdür. Məhkəmə iddiaçının hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu vaxtla bağlı qeyd edir ki, şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarı). Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. Bu istər müqavilə, istərsə də qeyri-müqavilə münasibətləri ilə bağlı hüququ pozulmuş şəxsin hüququnun müdafiəsi üçün tətbiq edilən müddətin başlanmasının ümumi qaydasıdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının 11 il ərzində işdən çıxma barədə ərizəsinin, əmək kitabçasının, iş yoldaşları ilə mübahisələrinin aqibətindən, hansı əsasla işdən çıxarılmış olmasından məlumatsız olması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüzdür. Üstəlik hazırki dövrdə internet resurslarından sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməklə məşğulluq və digər şəxsi məlumatları əldə etmək sadə formada mümkündür. Yəni iddiaçının keçən müddət ərzində hüquqlarının pozulduğunu bilməməsi barədə dəlilləri əsassızdır. Eyni zamanda, iddiaçının atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddəti ötürməsi onun ziyanına olan hal kimi şərh edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 375.2, 377.1-ci maddələrinə, Əmək Məcəlləsinin 68.1, 69.1, 69.2, 69.4, 69.5, 69.6ci maddələrinə, 70-ci maddəsinin ç bəndinə, 71.2 2, 71.3, 72-ci maddəsinin a bəndinə, 76.1, 80.1, 300.1-ci maddəsinə, 296-cı maddəsinin II, III, VI hissələrinə, Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il ## ####### tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı” iş üzrə ## ####### 1998-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin bildirmişdir ki, işə baxan birinci instansiya məhkəməsi heç bir sübuta qiymət verməyərək qanunsuz və əsassız olaraq iddianı təmin etməmişdir. Iddiaçı tərəfindən məhkəməyə ərizələr, poçt qəbzləri, tibbi sənədlər, əmək kitabçasının rəsmi təqdim edilməsinə dair sənəd təqdim edilsə də, heç bir münasibət bildirilməmişdir. Həmçinin, məhkəmə iclasında davamiyyətə dair sənədlərin işəgötürəndən tələb edilməsinə dair heç bir addım atmamışdır. Bundan başqa, şahid kimi dindirilmiş şəxslər işəgötürən tərəfinin vəsatəti əsasında dindirilsələr də, həqiqətin ortaya çıxarılmasında heç bir mühüm halı göstərə bilməmiş, tam əksinə olaraq şahid qismində dindirilmiş şəxslərdən Aytəkin Rəsulova ümumiyyətlə Iddiaçı 2014-cü ilin yanvarından görmədiyini bildirərək qərəzini ortaya qoymuş, lakin hakim bu hallara qətnamə çıxararkən qiymət verməmişdir. Bununla da göstərilən prosessual tələblər kobud şəkildə pozulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçası verilməmiş və hər dəfə müxtəlif bəhanələr gətirilmişdir. Iddiaçıya hətta bildirilmişdir ki, qəzetdə elan verməsən biz sənin əmək kitabçanı verməyəcəyik, ancaq qəzetdə elan verildikdən əvvəl həmin əmək kitabçası may ayında iddiaçıya təqdim edilmiş və yeni iş yerinə təqdim etdikdə məlum olmuşdur ki, işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Odur ki, iddia müddəti bu ilin may ayından hesablanmalıdır. Bu baxımdan məhkəmə prosesual normanın tələblərini kobud şəkildə pozmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçının işdən azad olunma barədə əmri ##.##.2014-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə 11 ildən sonra - ##.##.2025-ci il tarixdə həmin əmrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Əmək qanunvericiliyin tələblərinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Iddiaçı səhhəti ilə məşğul olduğundan və ailə həyatı quraraq öz ailəsi ilə yaşamağa davam etdiyi üçün işəgötürənə əmək kitabçasının verilməsi ilə bağlı gec müraciət etdiyini iddia etsə də, işdən müəyyən edilir ki, iddiaçının səhhətində problem 2014-cü ilin oktyabr ayında yaranmış, həmin problemin uzun illər davam etməsi, habelə iddiaçının həmin vaxt nikaha daxil olması barədə hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ona əmək kitabçasının verilməsi ilə bağlı müraciətlər etməsi də iş materialları ilə müəyyən edilmir. Işdə olan ##.##.2014-ci il tarixli aktdan müəyyən olunur ki, iddiaçı ##.##.2014-cü il tarixdə laboratoriya ixtisası üzrə test imtahanına getdikdə əmək kitabçasını sənədlərin qəbulu ilə əlaqədar götürmüş, dəfələrlə əmək kitabçasını qaytarması ondan tələb edilsə də, hər dəfə bəhanələrlə gətirəcəyi barədə məlumat vermişdir. Işdən o da müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən 2025-ci ildə verilmiş əmək kitabçası dublikat olmaqla cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində doldurulmuşdur.

19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, 11 il ərzində iddiaçının onunla bağlanmış əmək müqaviləsinə hansı əsasla xitam verilməsi barədə məlumatlı olmaması, bununla bağlı maraqlanmaması ağlabatan və inandırıcı deyil.

20. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, bu hal da iddianın rədd olunması üçün əsasdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə, 11-ci maddəsinin b bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 70ci maddəsinin ç bəndinə, 296-cı maddəsinin 1, 2, 3-cü hissələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2001-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı,## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-70-ci maddələrinə istinad edilmiş və qeyd edilmişdir ki, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Məhkəmə iddia müddətini şamil etməklə düzgün qənaətə gəlməmiş, əsassız olaraq iddia müddətini tətbiq etmişdir. Belə ki, həmin maddənin mahiyyətinə görə iddia müddəti şəxsə məlum olduğu andan hesablanır. Iddiaçı işdən azad olunan zaman ərizəsinə əsasən onun vəzifədən azad olunduğunu bilmiş və rəhbərlik də onu ərizəsi əsasında azad etdiyi bildirmişdir. Iddiaçı yeni işinə daxil olan zaman məlum olmuşdur ki, onu 70-ci maddənin “ç” bəndi ilə azad etmişlər. Əks təqdirdə o bu halı bilsəydi yeni iş yerinə müraciət etməzdi. Həmin vaxtı mübahisələndirərdi. Cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının verilməməsi və hər dəfə müxtəlif bəhanələr gətirilməsi bunun bariz nümunəsidir. Iddiaçıya hətta bildirilmişdir ki, qəzetdə elan verməsən biz sənin əmək kitabçanı verməyəcəyik, ancaq qəzetdə elan verildikdən əvvəl həmin əmək kitabçası may ayında iddiaçıya təqdim edilmş və yeni iş yerinə təqdim etdikdə məlum olmuşdur ki, işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişlər. Odur ki, iddia müddəti bu ilin may ayından hesablanmalıdır. Iddiaçı bu müddətə əməl etməsinə baxmayaraq, apellyasiya şikayəti təmin edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu məsələni araşdırmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Bu baxımdan məhkəmə prosessual normanın tələblərini kobud şəkildə pozmuşdur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu bildirdiyi halda, araşdırma zamanı iddia ərizəsinə əlavə edilmiş sübutlar tədqiq edilməmiş, qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarında olan, 1-ci instansiya məhkəməsinə təqdim edilmiş ərizələr, poçt qəbzləri, tibbi sənədlər, əmək kitabçasının rəsmi təqdim edilməsinə dair sənəd- bütün bunların hamısına apellyasiya instansiyası məhkəməsi heç bir münasibət bildirməmişdir. Həmçinin məhkəmə iclasında davamiyyətə dair sənədlərin işəgötürəndən tələb edilməsinə dair heç bir addım atmamışdır. Bundan başqa 1-ci instansiya da şahid kimi dindirilmiş şəxslər işəgötürən tərəfinin vəsatəti əsasında dindirilsələr də həqiqətin ortaya çıxarılmasında heç bir mühüm halı göstərə bilməmişlər və apellyasiya məhkəməsi qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Bununla da göstərilən prosessaul tələblər kobud şəkildə pozulmuşdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə isə işə baxan hakim iddiaçı trəfindən təqdim edilən sənədlərə və verilən izahatlara hüquqi qiymət vermədən, cavabdehin sübutlarına əsaslanaraq qərar qəbul etmişdir. Nəticədə prosessual normaların pozulması ilə nəticələnən qeyri-obyektiv, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 14cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunduğu kimi, işə baxan apellyasiya məhkəməsi qərarını yalnız cavabdehin təqdim etdiyi sübutlarla əsaslandırmış, iddiaçının sübutuna qiymət verməmiş və sübutun qəbul edilməməsinə dair əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə qeyriobyektiv şəkildə qərar qəbul etməklə prosessual normanın tələblərini və ədalətli məhkəmə icraatımın tələblərini pozmuş və nəticədə əsassız qətnamə qəbul etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

28. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

29. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 70. “ç” Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

32. Maddə 296. İ hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

33. Maddə 296. II hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

34. Maddə 296. III hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

40. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

41. Iddia ərizəsinin dəlillərindən və iddia ərizəsinin tələb hissəsindən görünür ki, iddiaçı işə bərpa edilməsini xahiş etməmiş, işəgötürəön tərəfindən 2014-cü ildə onun barəsində qəbul edilmiş əmrdəki işdən azad edilmə əsasının düzgün olmadığını iddia edərək onun öz ərizəsi ilə işdən azad edilməli olduğunu göstərmiş, əmrin ləğv edilməsi barədə tələb irəli sürsə də, faktiki olaraq nail olmaq istədiyi hüquqi nəticə mübahisələndirilən əmrin dəyişdirilməsi olmuşdur.

42. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir.

43. Işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, hazırkı halda işəgötürənin 2014-cü il tarixdə verdiyi əmrin mübahisələndiriməsi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş iddia müddəti 10 ildən artıq ötürüldüyündən iddia təmin edilə bilməz.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, məhkəmələr tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən edildiyindən mübahisələndirilən əmrin qanunsuz olduğuna dair iddia ərizəsində qeyd edilmiş dəlillər üzrə araşdırma aparılaraq onlara hüquqi qiymət verilməsinə zərurət olmamışdır.

45. Iddia müddətinin başlanğıcnın apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmədiyinə dair dəlillərlə bağlı kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin III hissəsində hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Iddiaçı işdən azad edilərkən əmək kitabçasının ona təqdim edilmədiyini bildirsə də, məhkəmə müəyyən etmişdir ki, o əmək kitabçasını cavabdehdən tələb etmək əvəzinə, 2025-ci ildə əmək kitabçasının itdiyinə dair qəzetdə elan vermiş, bununla da dolayısı ilə kitabçanın özündə olduğunu və onun tərəfindən itirildiyini təsdiq etmişdir. 2014-cü ildən 2025-ci ilədək iddiaçının özünə aid sənədləri işəgötürəndən tələb etməməsi məhkəmə tərəfindən ağlabatan hesab edilməmişdir.

46. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia müddətinin ötürüldüyünə düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar