Məhkəmə qərarları › İş №2(1-8)-1268/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1268/2026

18.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1268/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı ilk, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı qarşılıqlı iddialar üzrə QƏRARİ (Açar sözlər: mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X16 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair ilk, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “miras əmlakın bölüşdürülməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. JN-611 KOD 40106018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Balakən rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli ** nömrəli qərarı ilə X7 Balakən rayonu Kortala kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.

2. ## ###### 1965-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X49 ##.##.1965-ci ildə anadan olmuşdur, atası X61, anası X17 qeyd edilmişdir.

3. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən ## #### 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X49 ## #### 2006-cı ildə ölmüşdür.

4. Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi tərəfindən ## #### 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X8 ##.##.2010-cu ildə ölmüşdür.

5. Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən ## ###### 2024-cü il tarixdə verilmiş AZ-T seriyalı ****** nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı ##.##.1994-cü ildə anadan olmuş, atası X49, anası X9 qeyd edilmişdir.

6. Balakən Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2024-cü il tarixdə verilmiş AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ## ###### 2024-cü il tarixdə ölmüşdür.

7. Balakən rayon Icra Hakimiyyəti Başçısının Kortala kənd Inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş *** nömrəli arayışda göstərilmişdir ki, İddiaçı ##.##.1994-cü il tarixində doğulmuş və mərhum anası X10 ##.##.1997-ci il tarixində vəfat etdikdən sonra ,ona babası X11 vəfat etdiyi ##.##.2010-cu il tarixinədək baxmış, sonra tələbə olduğu müddətdə kirayədə qalmış, məktəbi bitirdikdən sonra 2012-ci ildən Balakən rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrdən atasının X35 ilə birlikdə yaşamış, 2023-cü ilin may ayından sentyabr ayınadək Balakən şəhərində kirayədə yaşamış, həmin müddətdə vaxtaşırı kəndə getmişdir. 2024-cü ilin mart ayında isə Balakən rayonunun Qazma kəndinə ərə köçmüşdür. Atasının xalası mərhum X7 isə ##.##.2024-cü il tarixində vəfat etmişdir.

8. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş **/**/S/******-** nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid ##.##.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X7 xx.xx.1934 (öldüyü tarix ##.##.2024) Azərbaycan Respublikası Balakən rayonu Püştətala kəndində anadan olmuşdur. Qeyd.P.Kovxayeva öldüyü ##.##.2024-cü il tarixədək subay olmuşdur.

9. Balakən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/***** nömrəli qətnaməsinə əsasən, həmin qətnamə ilə ərizənin təmin edilməsi, ərizəçi İddiaçı Zuülfüqar qızının mərhum atası X40 anası X17 ilə mərhum X12 bacı olmaları faktının müəyyən olunması qət edilmişdir.

10. Balakən rayon IHB Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən ## ##### 2025-ci il tarixdə verilmiş ** nömrəli arayışda göstərilmişdir ki, mərhum X7 araşdırma nəticəsində aşağıda göstərilən bacılarının olduğu müəyyən edilmişdir: 1. X34 2. X4 3. X41 . X18 (ata bir bacı) 5. X28 (ata bir bacı) 6. X29 (ana bir bacı) 7. X30 (ana bir bacı)

11. X15 Xidmət mərkəzində Notariat Ofisi tərəfindən ## #### 2025-ci il tarixdə verilmiş **** nömrəli arayışda göstərilmişdir ki, “məlumat üçün bildiririk ki, icraatınızda olan ##.##.2024-cü il tarixdə vəfat etmiş X7 vərəsəlik işi ilə əlaqədar Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə Cavabdeh müraciət etmişdir. Eyni zamanda digər miras şərikləri ilə arasında ixtilaf olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Odur ki, mirasdan paylarının müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır”.

12. Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***-**** nömrəli qətnaməsi ilə ərizəçi Cavabdeh mərhum anası X13 ilə mərhum X7 bacılar olması faktının müəyyən edilməsi qət edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X7 miras qalmış əmlaklara - evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçının 2 (ikinci) növbə vərəsə kimi vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Iddiaçı İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək X7 miras qalmış əmlaklara - evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasda paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.

15. Iddiaçı iddia ərizəsini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, o, ## ###### 1994-cü ildə anadan olmuşdur. X31, anası X9 olmuşdur. ## ###### 1997-ci ildə anası vəfat etdikdən sonra ona babası X11 baxmışdır. ## ### 2010-cu ildə babası vəfat etdiyindən atasının X35na o, baxmağa başlamışdır. ## ###### 2024-cü ildə atasının X35 vəfat etmişdir. Atasının X35 yas mərasimini o, yola salmış, baş daşını özü qoymuş, təsərrüfatını idarə edir. Atasının X35ndan miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ərizəçi 2 növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat kontoruna müraciət etmişdir. Notariat kontoru qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin atasının X35 ilə qohum olma və X7 miras qalmış əmlaklara- evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ikinci növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qohumluq faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçi İddiaçı mərhum X31nun anası X17 ilə mərhum X12 bacı olmaları faktı müəyyən olunması qət edilmişdir. Eyni zamanda Balakən Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata “X7 miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından üçüncü növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ərizəçi İddiaçı izah olunmalıdır ki, o, notariat orqanlarına müraciət etməlidir. Bundan sonra iddiaçı atasının X35ndan miras qalmış əmlaklara, evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ikinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı üçüncü şəxsə müraciət etmişdir. Vərəsələr arasında mübahisə olduğundan notariat kontoru ## ### 2025-ci il tarixli məktubu ilə cavab verərək vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir.

16. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ##.##.2024-cü il tarixdə vəfat etmiş X35ndan miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan ona tam hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X7 miras qalmış əmlaklara- evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun ikinci növbə vərəsə kimi vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ## ####### 1966-cı ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. Atası Qurbanov Nurəddin Musa oğlu, anası Qurbanova (Dibirova) Cavahir Əli qızı olmuşdur. Anası və atasının nikahları ##.##.1964-cü ildə Püştətala kənd sovetlıyındə 10 nömrə ilə qeydə alınmışdır. Atası Qurbanov Nurəddin Musa oğlu ölmüşdür. X19 ##.##.1942-ci ildə Püştətala kəndində anadan olmuş, ##.##.2010-cu ildə ölmüşdür.. Kovxayeva (Dibirova) Pədimat Əli qızı isə anasının bacısı olmuşdur. Kovxayeva (Dibirova) Pədimat Əli qızı 1934-cü ildə anadan olmuş, lakin onun doğum haqqında akt qeydi olmamışdır. X32 qeyri-rəsmi nikahla evlənmiş, sonradan ona qeyri rəsmi ər soyadı verilmişdir. Eyni zamanda onun rəsmi nikahı qeydə alınmamış, onun övladı olmamışdır. X7 ##.##.2024-cü il tarixdə ölmüşdür. Eyni zamanda anası Qurbanova (Dibirova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi olsa da, xalası Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə onların bacı olmasını təsdiq etmək mümkün olmamışdır. Balakən rayon Aqrar Islahat Komissiyasının ## ### 1997-ci ii tarixli ** nömrəli qərarı ilə X7 mülkiyyətinə 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan əlavə Balakən rayonu Aqrar Islahat Komissiyasının ## ### 1997-ci il tarixli ** nömrəli qərarı ilə X7 mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə A N ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X35 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, anası X8 və X35 doğumu qeydə alınmadığına görə onların bacılar olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra o, X35ndan miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Gülbahar Ismayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və ##.##.2024-cü il tarixli **** saylı arayışında göstərmişdir ki, 13.08,2024-cü il tarixdə vəfat etmiş X7 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Cavabdeh müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən bildiririk ki, mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi və mirasdan pay tələb edən Cavabdeh anası və miras qoyan mərhum X7 bacısı olan Dibirova (Qurbanova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi aşkar olunmadığından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Odur ki, mirasdan vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının Dibirova (Qurbanova) Cavahir Əli qızının bacısı olması faktını müəyyən edən məhkəmə qətnaməsi olmalıdır.Buna görə mərhum anası Dibirova (Qurbanova) Cavahir Əli qızı ilə mərhum X7 bacılar olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə ərizəçi Cavabdeh mərhum anası X8 ilə mərhum X7 bacılar olması faktı müəyyən edilmişdir.Qeyd etmək istəyir ki, iddiaçı İddiaçı Zülfuqar qızı 2010-cu ilədək X35 yanında yaşamış, 2010-cu ildən sonra “2024-cü ilədək müxtəlif ünvanlarda yaşamış, 2024- cü ilin mart ayında isə Balakən rayonu Qazma kəndinə ərə getmişdir. X35 ##.##.2024-cü ildə vəfat etmiş, onun dəfnini yola salmışdır,əmlaklara hazırki vaxtadək nəzarət edir. X7 ölümündən əvvəl nəzarətsiz vəziyyətdə xəstə olmasına dair video görüntülər var növbəti məhkəmə iclaslarında təqdim edəcəkdir. Xədicət mərhumun ölümündən sonra evə gizlin daxil olaraq orada mərhuma məxsus əşyaları apararaq satmışdır. Bu barədə aidiyyəti orqanlara şikayət vermışdir. Mərhuma məxsus olan miras əmlaklar- 0.21 ha həyətyanı torpaq sahəsi kənd təsərrüfat, təyinatı, torpaq sahəsi, fərdi yaşayış evi ona məxsus olan fərd, yaşayış evinin yaxınlığında yerləşir və hər gün miras əmlaklara nəzarət edir. Eyni zamanda bildirir ki, X35 Əll qızının 6 bacısı olmuşdur, X38, X1, X17, X3, X5, X20 (ana bir), X21 (ana bır), X7 bütün bacıları onun ölümünədək vəfat etmişdir. Hazırkı iş üzrə iddiaçı İddiaçı isə atasının xalasından miras qalmış əmlaklara ikinci növbəli qanun üzrə vərəsə kımı tanınmasını xahiş edir. Qeyd etmək istəyir ki, iddiaçı İddiaçı Zulfuqar qızının atasını anası, X17, ##.##.1998ci ildə ölmüşdür. Iddiaçının atası, olan X49 isə ##.##.2006-cı ildə vəfat etmiş, X17 və onun övladı olmuş X49 miras qoyan X7 əvvəl öldüyündən İddiaçı X7 vərəsəsi kimi çıxış edə bilməz.## #### 2025-ci il tarixdə o, X35ndan miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Gülbahar Ismayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və ##.##.2025-ci il tarixli **** saylı arayışında göstərmişdir ki, miras şərikləri arasında ixtilaf olduğuna görə mirasdan payların müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı mirasqoyanın vərəsəsi olmadığına və mirası o qəbul etdiyinə görə mərhum X35 ikinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır.

18. Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs13, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Nurəddin qızı, X50, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Nurəddin oğlu, X36, X37, X51, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs15 , X43 ,mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

19. Balakən Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddianın qismən təmin edilməsi, ## ###### 2024-cü ildə ölmüş X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə iddiaçı İddiaçı payının müəyyən olunması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ## ###### 2024-cü ildə ölmüş X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə cavabdeh Cavabdeh payının müəyyən olunması, qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. ## ###### 2024-cü ildə ölmüş X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə vərəsə, X4nın vərəsələri - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs13, 1/7 hissəsinə vərəsə, X18nın vərəsələri- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs15, 1/7 hissəsinə vərəsə, X29nın vərəsələri X36 və X37, 1/7 hissəsinə vərəsə, mərhum Qırıxova (Dibirova) Əsiyyət Əli qızının vərəsəsi - X43 və 1/7 hissəsinə vərəsə, X30nın vərəsəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 payının müəyyən edilməsi, ilk iddia üzrə ödənmiş 100 manat dövlət rüsumunun iddiaçı İddiaçı, qarşılıqlı iddia ərizəsinə görə ödənmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh aid edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırlarkən müəyyən edildi ki,tərəflərin qohumu X7 ## ###### 2024-cü ildə ölmüşdür. Ondan ünvan 1 ünvanında JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və A N ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyan X7 birinci növbəli vərəsələri yoxdur, ikinci növbə vərəsələri bacıları- X13, X1, X23, X3 (ata bir bacısı), X5 (ata bir bacısı), X29 (ana bir bacısı) və X21r (ana bir bacısı).Ikinci növbəli vərəsələrin hamısı ölmüşlər. Iddiaçı İddiaçı mərhum X7 mirasından ata nənəsi X23 vərəsəsi olaraq, cavabdeh Cavabdeh isə anası X13 vərəsəsi olaraq miras əmlakdan pay tələb edirlər.

21. Işin müəyyən olunmuş hallarından göründüyü ki, miras qoyan X7 ## ###### 2024-cü ildə ölmüşdür, ondan ünvan 1 ünvanında JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və A N ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Iddiaçı İddiaçı iddia ərizəsində miras əmlak olaraq qeyd edilən torpaq sahələri ilə yanaşı miras əmlak olaraq evdən də payının müəyyən olunmasını tələb etsə də miras qoyan X7 mülkiyyətində ev olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Pədimat Kovxayevanın mülkiyyətində ev olması məhkəmə iclası zamanı da müəyyən olunmadı. Odur ki, məhkəmə hesab etmişdir ki, Pədimat Kovxayevadan ev miras qalmamışdır.

22. Miras qoyan X7 birinci növbəli vərəsələrinin olmaması, bacıları- X13, X1, X23, X3 (ata bir bacısı), X5 (ata bir bacısı), X29 (ana bir bacısı) və X21 (ana bir bacısı) ikinci növbə vərəsə olmaları, onlarının hamısının ölmələri işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyindən və bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən, miras qoyan X7 vərəsələrinin mirası qəbul etməkdən imtina etmələrinə dair heç bir sübut təqdim edilmədiyindən miras qoyan X7 vərəsələri mirası qəbul etmişlər. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bütün vərəsələrin payı bərabər olmaqla, miras qoyan X7 yeddi vərəsəsi olduğundan məhkəmə hesab edir ki, mərhum X7 miras əmlakında hər bir vərəsənin 1/7 hissə payı vardır.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir kli, ilk və qarşılıqlı iddia qismən təmin edilməli, miras qoyan X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə iddiaçı İddiaçı, 1/7 hissəsinə, cavabdeh Cavabdeh payı müəyyən olunmalı, ilk və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

24. Miras qoyan X7 miras qalmış, ünvan 1 ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN ****** saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə vərəsə, X4nın vərəsələri- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs13, 1/7 hissəsinə vərəsə,X18nın vərəsələri- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs15, 1/7 hissəsinə vərəsə, X29nın vərəsələri- X36 və X37, 1/7 hissəsinə vərəsə,mərhum Qırıxova (Dibirova )Əsiyyət Əli qızının vərəsəsi- X43 və 1/7 hissəsinə vərəsə,X30nın vərəsəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 payı müəyyən edilməlidir

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.2, 1166, 1179.1, 1193, 1194, 1196, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1256, 1274, 1321.1, 1321.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. Ilkin iddia üzrə cavabdeh (nümayəndəsi və vəkili nümayəndə1) apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-2(019)- ***/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddianın əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməyən hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2010-cu ilədək xalası X6 yanında yaşamış, 2010-cu ildən sonra 2024-cü ilədək müxtəlif ünvanlarda yaşamış, 2024-cü ilin mart ayında isə Balakən rayonu Qazma kəndinə ərə getmişdir. X35 ##.##.2024-cü ildə vəfat etmiş, onun dəfnini yola salmış, ondan miras qalan əmlaklara hazırki vaxtadək nəzarət edir. X7 ölümündən əvvəl nəzarətsiz vəziyyətdə xəstə olmasına dair video görüntüləri var və növbəti məhkəmə iclaslarında təqdim edəcəkdir. İddiaçı mərhumun ölümündən sonra evə gizlin daxil olaraq orada mərhuma məxsus olan əşyaları apararaq satmışdır. Bu barədə aidiyyəti orqanlara şikayətlər vermişdir. Mərhuma məxsus olan miras əmlaklar-0.21 ha həyətyanı torpaq sahəsi, 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, fərdi yaşyış evi mənə məxsus olan fərdi yaşayış evimin yaxınlığında yerləşir və hər gün miras əmlaklara nəzarət edir.

28. Eyni zamanda bildirir ki, X35 6 bacısı olmuşdur: X38, X1, X17, X3, X5, X24 (ana bir), X21 (ana bir). X7 bütün bacıları onun ölümünədək vəfat etmişdir.

29. Hazırkı iş üzrə iddiaçı İddiaçı isə atasının xalasından miras qalmış əmlaklara ikinci növbəli qanun üzrə vərəsə kimi tanınmasını xahiş edir. Qeyd etmək istəyir ki, iddiaçı İddiaçı atasının anası X17 ##.##.1998-ci ildə ölmüşdür. Iddiaçının atası olan X49 isə ##.##.2006-cı ildə vəfat etmişdir. X17 və onun övladı olmuş X49 miras qoyan X7 əvvəl öldüyündən İddiaçı X7 vərəsəsi kimi çıxış edə bilməz.

30. ## #### 2025-ci il tarixdə X7 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir.

31. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Gülbahar Ismayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və ##.##.2025-ci il tarixli **** saylı arayışında göstərmişdir ki, miras şərikləri arasında ixtilaf olduğuna görə mirasdan payların müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

32. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı mirasqoyanın vərəsəsi olmadığına və mirası o qəbul etdiyinə görə mərhum X35 ikinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır.

33. Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci, 1243.2-ci və 1243.3-cümaddələrinin tələblərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan mərhuma məxsus mirası onun vərəsələri arasında düzgün bölüşdürməmiş, ilkin iddia üzrə iddiaçıya mirasdan pay verməklə düzgün olmayan qətnamə qəbul etmişdir.

34. Qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.

35. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Balakən regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təqdim edilmiş cavabdan görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair ##.##.2024-cü il tarixdə Cavabdeh və ##.##.2025-ci il tarixdə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Balakən regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir.

36. Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Balakən regional “Asan Xidmət” X62 tərəfindən təqdim edilmiş cavabdan görünür ki, ##.##.2024-cü il tarixdə vəfat etmiş X7 dair yoxlama apararkən barəsində doğum və nikah haqqında akt qeydi, övladı barədə məlumat aşkar edilməmişdir. ##.##.2024-cü il tarixdə vəfat etmiş X7 doğumu haqqında akt qeydi Balakən regional “Asan Xidmət” X62 aşkar edilmədiyindən X7 valideynlərinə, bacı-qardaşlarına dair məlumatın verilməsi mümkün deyildir.

37. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər E.B.Isayev (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev və T.V.Musayev) cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddianı qismən təmin edərkən məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

40. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk və qarşılıqlı iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır

42. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.2, 1159.1, 1159.2, 1166, 1179.1, 1193, 1194, 1196, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1255, 1274, 1321.1, 1321.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1-76.3, 77.1, 80, 81, 88, 106.1, 217.1, 217.3, 217.4, 218.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Ilkin iddia üzrə cavabdeh (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv olunması, ilkin iddianın qismən təmin edilmiş hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməyən hissədə təmin edilməklə miras əmlakın vərəsələr arasında yenidən bölüşdürülməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti Mülki Məcəllənin 1159.2, 1243.2-ci, 1243.3-cü, 1256, 1257-ci, 1262, 1263, 1291-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuş, mülki prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmiş, işdə olan sübutları hərtərəfli və tam araşdırmamış, həmin sübutlara tətbiq etdiyi hüquq normalarına uyğun qiymət verməmiş və gəldiyi nəticəni əsaslandırmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hazırkı iş üzrə iddiaçı İddiaçı isə atasının xalasından miras qalmış əmlaklara ikinci növbəli qanun üzrə vərəsə kimi tanınmasını xahiş edir. Qeyd etmək istəyirəm ki, iddiaçı İddiaçı atasının anası X17 ##.##.1998-ci ildə ölmüşdür. Iddiaçının atası olan X49 isə ##.##.2006-cı ildə vəfat etmişdir. X17 və onun övladı olmuş X49 miras qoyan X7 əvvəl öldüyündən İddiaçı X7 vərəsəsi kimi çıxış edə bilməz. Buna görə də birinci instansiya məhkəməsi ilkin iddiada iddiaçıya münasibətdə iddianı rədd etməli idi. Bundan əlavə qeyd edirəm ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən vərəsələrin dairəsi düzgün müəyyən etməmiş, vərəsə olmayan şəxsə miras əmlakdan 1/7 hissədə miras payı vermişdir. Belə ki, miras qoyan mərhum X7 bacısı X25 olmuşdur. Hər iki instansiya məhkəmələri miras qoyan mərhum X7 bacısı X25 olmasını təsdiq etmiş, lakin mərhum X25 özünün vərəsələrinin dairəsini düzgün müəyyən etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi yanlış olaraq mərhum X25 vərəsəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 müəyyən etmişlər və miras əmlakdan X25 vərəsəsi kimi 1/7 hissədə ona mirasdan pay ayrılmışdır. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 adlı şəxs yoxdur. Miras qoyanın öldüyü kənddə yaşayan X2 adlı şəxsin anası isə X33r və onun miras qoyan X7 ilə heç bir qohumluq bağı yoxdur. Ancaq miras qoyan X7 bacısı mərhum X25 vərəsəsi isə ##.##.1956-cı ildə doğulmuş X44, ##.##.1958-ci ildə doğulmuş X52, ##.##.1970-ci ildə doğulmuş X45r. Iş materiallarına miras qoyan X7 bacısı mərhum X25 övladlarına dair məlumatı əks etdirən X15 xidmət X62 ##.##.2026-cı il tarixli *-**- */*-**-***/**** saylı məktubu əlavə etsə də, məhkəmə işə baxarkən həmin sübutu araşdırmamış və yekunda iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi MPM-nin tələblərini pozmuşdur. Belə ki, işə baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, mirası bölüşdürərkən vərəsələrin dairəsini düzgün müəyyən etməli, ilkin iddiaçının hazırkı mübahisəni qaldırarkən subyektiv hüquqa malik olub-olmadığını müəyyənləşdirməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.2-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi qismində vəkil nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

49. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

50. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

51. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

53. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

54. Maddə 1159.1.Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

55. Maddə 1159.2. Ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

56. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

57. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

58. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

59. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

60. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

61. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

62. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

63. Maddə 1321.2. Qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarı

64. “Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.”

65. Həmin qərarda qərara alınmışdır: “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. ...

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

76. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

77. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

78. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

79. Hazırkı kassasiya şikayətinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçıya miras əmlakdan pay müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddianın miras əmlakdan iddiaçıya tam hissədə payının müəyyən edilməsi tələbinin təmin edilməmiş hissələrində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

80. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

81. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçı İddiaçı atasının anası X17 ##.##.1998-ci ildə öldüyü, iddiaçının atası olan X49 isə ##.##.2006-cı ildə vəfat etdiyi, X17 və onun övladı olmuş X49 miras qoyan X7 əvvəl öldüyündən İddiaçı X7 vərəsəsi kimi çıxış edə bilməyəcəyi barədə dəlili ilə əlaqədar bildirir ki, iddiaçı İddiaçı mirasqoyan X7 bacısı X17 oğlu olmuş X49 qızı olduğu, yəni mirasqoyanın bacısının nəvəsi olduğu, X17 və X49 mirasqoyan X7 öldüyü ## ###### 2024-cü il tarixdən əvvəl öldükləri işin mübahisəsiz halıdır.

82. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.2-ci maddəsinin tələbinə müvafiq olaraq ikinci növbədə ölənin bacıları və qardaşları vərəsəlik zamanı bərabər hüquqlu vərəsə sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

83. Məhz, göstərilən maddənin tələbinə müvafiq olaraq məhkəmələr İddiaçı X7 vərəsəsi kimi müəyyən edərkən hər hansı hüquq normasının pozuntusuna yol verməmişlər.

84. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş materiallarına miras qoyan X7 bacısı mərhum X25 övladlarına dair məlumatı əks etdirən Balakən Regional “Asan” xidmət X62 ##.##.2026-cı il tarixli *-**-*/*-**-***/**** saylı məktubu əlavə etsə də, məhkəmə işə baxarkən həmin sübutu araşdırmadığı və yekunda iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələndiyi barədə dəlili ilə əlaqədar hesab edir ki, həmin dəlil qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, X53 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş ## ###### 2026-cı il tarixli arayış iş materiallarına əlavə edilmişdir.

85. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

86. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

87. Iş materialları ilə təsdiq edilir ki, birinci instansiya məhkəməsi tərəfindən mirasqoyan X7 bacısı mərhum X25 vərəsəsi kimi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmiş, lakin ilkin iddia üzrə cavabdeh, onun nümayəndəsi və vəkili tərəfindən bu barədə etiraz olmamış və sübut təqdim edilməmişdir. Eləcə də iş materialları ilə sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmaları da təsdiq edilmir. Nəzərə almaq lazımdır ki, yalnız belə əsaslandırma olduqda sübut apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilərək ona hüquqi qiymət verilə bilər.

88. Kassasiya kollegiyası onu da qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrini mübahisələndirmə imkanı və qaydası Azərbaycan Respublikasının MPM-in 403.2ci maddəsi ilə nəzərdə tutulmuşdur. Belə mübahisələndirmə imkanına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin şəxslərin nümayəndələri də malikdir. Lakin iş materialları ilə kassasiya şikayəti verən Cavabdeh və onun nümayəndəsi və vəkili nümayəndə1 işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunulan hər hansı şəxs adından Azərbaycan Respublikasının MPM-in 403.2-ci maddəsində nəzərdə tutulmuş qaydada apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirməsi də təsdiqlənmir.

89. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən digər hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və gəlinən nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

90. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

91. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçıya miras əmlakdan pay müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddianın miras əmlakdan iddiaçıya tam hissədə payının müəyyən edilməsi tələbinin təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilkin iddia üzrə iddiaçıya miras əmlakdan pay müəyyən edilməsi və qarşılıqlı iddia üzrə iddianın miras əmlakdan iddiaçıya tam hissədə payının müəyyən edilməsi tələbinin təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar