Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1270/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa (işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə (ƏM-nin 70-ci maddəsinin b bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbə qarşı “işə bərpa” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. İddiaçı ##.##.2016-cı il tarixdə Mingəçevir şəhər B.Şıxəliyev adına * nömrəli tam orta məktəbdə köməkçi müəllim işinə qəbul edilmişdir.
2. Məktəbin direktorunun ##.##.2025-ci il tarixli əmrinə əsasən 2024-2025-ci tədris ilində məktəbin İ b sinfində inkluziv təhsilə cəlb edilmiş şagirdin olmaması səbəbindən köməkçi müəllim ştatı ixtisara düşdüyünə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Işəgötürən müvafiq qərar qəbul edərkən, iddiaçını işdən çıxaracağı barədə xəbərdar etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məktəb direktorunun 36 №li, ##.##.2025-ci il tarixli əmrinin ləğvi, Mingəçevir şəhəri, B.Şıxəliyev adına * saylı tam orta məktəbinə köməkçi müəllim ştatı üzrə vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi, mediasiyaya ödədiyi 60 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Nazirlər Kabinetinin # ######## 2005-ci il tarixli, *** nömrəli sərəncamına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə Inkişaf Proqramı”-na uyğun olaraq 2005/2006-cı tədris ilindən inklüziv təhsil üzrə pilot layihələrin həyata keçirildiyi təhsil müəssisələrinə layihələrin icra müddəti ərzində müəllim köməkçisi və tərbiyəçi köməkçisi ştatları verilmişdir. ##.##.2016-cı il tarixli *** nömrəli əmrinə əsasən köməkçi müəllim işinə təyin edilmişdir. Həmin ştatda köməkçi müəllim kimi 9 ilə yaxındır ki, işləmişdir. Qüsursuz işləmiş, işlədiyi müddətdə hər hansı intizam tənbehi olmamışdır. Mingəçevir Şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbinin ## ##### 2025-ci il tarixli, 36 №li əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən verilmiş ## ######## 2024-cü il tarixli, ** saylı xəbərdarlıq məktubu təqdim edilərək bildirilmişdir ki, 1 ay sonra və yaxud ## ###### 2024-cü il tarixdən (sənəddən 1 yaxud 27 noyabr ayı olması müəyyən deyil) tutduğu vəzifədən azad olunmağı göstərilmişdir. Xəbərdarlığın üst məktubu ## ######## 2024-cü il göstərilmiş, xəbərdarlığın tarixi isə # ####### 2024-cü il tarixdir. Istinad olunan Nazirlər Kabinetinin Qərarında isə inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılmasını nəzərdə tutulmaması səbəb kimi göstərilir. Bu da özlüyündə müəyyən edir ki, sonrakı işə götürülmələrdə müəllim köməkçisi ştatının olmaması səbəbindən yeni işçilər qəbul edilməməlidir. ## ######## 2024-cü il tarixdə xəbərdarlıq məktubunda onun son işdə olma tarixi 1, yaxud 21, yaxud ## ###### 2024-cü il tarixdə işdən azad edilməli idi. Buna baxmayaraq 2025-ci ilin aprel ayının 16-sına kimi 9 il işlədiyi ixtisas üzrə işləmişdir. Yəni xəbərdarlıq müddəti bitdikdən sonra 5 ay işləmişdir. Ona təqdim olunan sonuncu xəbərdarlıq ##.##.2024-cü il tarixli olmuşdur. Bundan sonra ona heç bir xəbərdarlıq gəlməmişdir. ##.##.2025-ci ildə Məktəb Həmkarlar Komitəsinin protokolu tərtib olunmuş, protokola yalnız sədr imza etmişdir. ##.##.2025-ci ildə Məktəb Həmkarlar Komitəsinin protokolunun qərar hissəsində qeyddən müəyyən olunur ki, direktorun məktubu həmkarlar tərəfindən müzakirə olunmuşdur. Direktorun qanunsuz əmrindən müəyyən olunur ki, işçilərin sayının azalması və yaxud ixtisarla bağlı işçi işdən çıxarılmışdır. Işə götürən tərəfindən işçilərin sayının azaldılması və yaxud ixtisarla bağlı hər hansı bir orqan tərəfindən qərar olmadığı halda Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə istinad edilmişdir. Əsas kimi (xəbərdarlıq məktubundan müəyyən olunur) “Inklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarix, ** nömrəli qərarının tələblərinə əsasən inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılması qərarda öz əksini tapmamışdır. “Inklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarında inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılmasını nəzərdə tutulmaması işləyən işçinin sayının azaldılması və yaxud ixtisarı üçün əsas ola bilməz. Şəxsin vəziyyətinin ağırlaşdırılması barədə aktın geriyə qüvvəsi yoxdur.
5. Məhkəmə iclasında cavabdeh Mingəçevir şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbin direktoru Cavabdeh izahat verərək göstərmişdir ki, köməkçi müəllim sağlamlıq imkanı məhdud uşaqların təhsilinin təşkil edilməsi ilə məşğul olur. Həmin uşaqların təlimtərbiyəsini təşkil edir. Bunun üçün məktəbin psixoloqu, müəllim defektoloqu ilə məsləhətləşmələr aparır. Həmin şagirdlərin valideynlərinə uşaqların əqli və fiziki inkişafında müşahidə olunan yeniliklər barədə məlumat verir. Həmin uşaqların qabiliyyət və imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün istiqamətlər müəyyənləşdirir. Məktəbdə hazırda 4 nəfər köməkçi müəllim vardır. Hər birinin iki şagirdi vardır. Belə ki, 4 inkluziv sinif təşkil olunmuşdur. Müəllimlərdən biri sağlamlıq imkanı məhdud uşaq olmadığı üçün özünün ərizəsinə əsasən işdən çıxmışdır. Iddiaçı da onun tədris edə biləcəyi sağlamlıq imkanı məhdud uşaq olmadığı üçün həmin sinif üzrə müəllim köməkçisi ştatı ixtisar edildiyinə görə işdən çıxarılmışdır. Iddiaçıya 6 ay əvvəl Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məktubuna əsasən “Inklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarının tələblərinə əsasən inkluziv təhsil sinfində müəllim köməkçisi ştatının açılması qərarda öz əksini tapmaması əsası ilə işdən çıxarılacağı barədə xəbərdarlıq verilmişdir. Iddiaçının xəbərdarlıq müddətinin bitməsindən dərhal sonra işdən çıxarılmamasının səbəbi ona başqa işlərin təklif edilməsi barədə Həmkarlar Ittifaqının qərarı olmuşdur. Həmin 6 ay ərzində cavabdehin işlə təmin olunması üçün bütün tədbirlər görülmüşdür. Iddiaçıya ** nömrəli tam orta məktəbdə kompüter lobarantı, ** nömrəli texniki və təbiət təmayüllü liseydə kitabxanaçı, ** nömrəli körpələr evi-uşaq bağçasında təsərrüfat müdiri vəzifəsi təklif olunmuşdur. Iddiaçı təklif olunan işlərdə işləməkdən imtina etmişdir.
6. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddia təmin edilmiş, cavabdeh Mingəçevir şəhər B.Şıxəliyev adına 6 №li tam orta məktəbin direktoru Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 36 №li ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Mingəçevir şəhəri B.Şıxəliyev adına * saylı tam orta məktəbə, köməkçi müəllim ştatı üzrə vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona orta əmək haqqının ödənilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi 60 (altmış) manat və xidmət üçün vəkilə ödənilmiş 300 (üç yüz) manatın cavabdeh Mingəçevir Şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbdən alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh formal olaraq ştatların ixtisarı zamanı Əmək Məcəlləsində qeyd edilən təminatlara (xəbərdarlıq, Həmkarlar Komitəsinin razılığı və s.) əməl etsə də, lakin ştatın ixtisarı barədə hər hansı qərar qəbul etmədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Eyni zamanda işin halı ilə müəyyən olunmuşdur ki, həmin məktəbdə iddiaçıdan başqa daha 4 nəfər köməkçi müəllim işləyir. Onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Işəgötürən ştatı ixtisar edərkən hansı əsaslara görə məhz digər işçilərin (köməkçi müəllimlərin) əmək funksiyasının icrası üçün tələb olunan ixtisasının (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olduğunu, bununla da həmin müəllimləri işdə saxlamağını, iddiaçının işinə isə xitam verməsi halını əsaslandırmamışdır.
8. Bundan başqa, iddiaçının əmək kitabçasına əsasən, o qeyd olunan məktəbə köməkçi müəllim vəzifəsinə qəbul olunmuşdur. Cavabdeh mübahisələndirilən əmrində isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin məktəbin məhz İ b sinfində inkluziv təhsilə cəlb edilmiş şagirdin olmaması səbəbindən köməkçi müəllim ştatı ixtisara düşdüyü üçün xitam verdiyini əsaslandırmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68, 70, 71, 78, 80 və 300.1-ci maddələrinə, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə, “Inklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”nın təsdiq edilməsi barədə **-* saylı, ## ###### 2017-ci il Qərarına istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, işdə mövcud olan və tərəfimizdən təqdim olunmuş sübutlara əlaqəli şəkildə düzgün və obyektiv qiymət verilməmiş və sonda məhkəmə tərəfindən qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gələrək əsassız qətnamə çıxarmışdır. Belə ki, ibtidai təhsil İ sinifdən V sinfədək olan müddəti (İ-IV siniflər) əhatə edir. Iddiaçı İddiaçı IV sinifdən inklüziv təhsil üzrə ibtidai təhsil pilləsini bitirmiş iki nəfər sağlamlıq imkanı məhdud şagirdi yuxarı sinfə məzun etdikdən sonra yeni 2024/2025-ci tədris ili üçün müəyyən edilmiş qaydada inklüziv təhsilə 2(iki) nəfər şagird qəbulunu təşkiletməli idi ki, yeni tədris ilində ştatına uyğun müəllim köməkçisi vəzifəsini davam etdirə bilsin. Lakin iddiaçı İddiaçı yeni tədris ili üçün təşkil edilmiş İ sinfinə inklüziv təhsilə tələb olunan sayda sağlamlıq imkanı məhdud şagirdin qəbulunu təşkil edə bilməmişdir. Belə olan halda müəllim köməkçisi vəzifəsinə tələb aradan qalxmış olduğuna görə həmin ştatın ixtisarına obyektiv zərurət yaranmış olur. Yaranmış zərurətlə əlaqədar əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq məktəb direktoru kimi tərəfimdən müəllim köməkçisi İddiaçı ##.##.2024-cü il tarixli bildiriş göndərilərək yeni yaranmış “İ ” sinfində 2024/2025-ci tədris ili üçün inklüziv təhsilə cəlb edilmiş şagird olmaması səbəbindən tutduğu müəllim köməkçisi ştatının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun ixtisar olunması və 2024-cü ilin noyabr ayından işdən azad ediləcəyi nəzərinə çatdırılmışdır. Eyni zamanda müəllim köməkçisi İddiaçı tərəfindən “ştatın ixtisar edilməsi haqqında” ##.##.2024-cü il tarixli * №-li yazılı Xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 2024/2025 tədris ilində məktəbdə fəaliyyətə başlamış 1-cisinif üzrə inklüziv təhsil siniflərində “Inklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli ** №-li qərarında inklüziv təhsil sinfində müəllim köməkçisi ştatının açılması öz əksini tapmamışdır. Qeyd edilən qərarın tələblərinə əsasən həmin vəzifənin ixtisar edilməsi ilə əlaqədar olaraq işdən azad edilmə barədə xəbərdar edilirsiniz və xəbərdarlıq sənədi təqdim ediləndən sonra ##.##.2024-cü il tarixdən tutduğunuz vəzifədən azad olunacaqsınız. Xəbərdarlıqda həmçinin İddiaçı hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarması üçün 1(bir) iş günü işə gəlməməsi bildirilmişdir. Bundan sonra əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq məktəb Həmkarlar Təşkilatına ## ###### 2024cü il tarixli **/* №-li yazılı təqdimatla müraciət edərək İ b sinfində inklüziv təhsilə cəlb edilmiş şagird olmadığına görə İddiaçı işdən azad edilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Məktəb Həmkarlar Ittifaqı Təşkilatı yazılı təqdimatı ##.##.2024-cü il tarixli iclasında müzakirə edərək **/* saylı iclas protokolu ilə “İddiaçı işdən azad edilməsinin gecikdirilməsi və onun işdə saxlanılması ilə bağlı təkliflə X1 Təhsil Idarəsinə direktor tərəfindən müraciət olunması” qərara alınmışdır. Həmkarlar Təşkilatının **/* saylı iclas qərarını nəzərə alaraq İddiaçı işlə təmin edilməsi üçün X1 Təhsil Idarəsinə ##.##.2024-cü il tarixli 38 №li məktubla müraciət etmişdir. Köməkçi müəllim ştatının saxlanması mümkün olmadığına görə iddiaçıya Mingəçevir şəhərində ** №-li tam orta məktəbdə kompüter laborantı, ** №-li Texniki və təbiət fənləri təmayüllü liseydə kitabxanaçı, ** nömrəli körpələr evi uşaq bağçasında təsərrüfat müdiri vəzifələri təklif olunsa da, o təklif olunan işlərdən imtina etmiş və onun bu imtinası ##.##.2024-cü il tarixli Aktla rəsmiləşdirilmişdir. Nəhayət iddiaçı İddiaçı ona 2025-ci ilin aprel ayında təklif olunan vəzifələrdən də imtina etdikdən sonra əmək qanunvericiliyinə müvafiq olaraq tərəfimdən ## ##### 2025-ci il tarixli yazılı təqdimatla məktəb Həmkarlar Ittifaqı Təşkilatına müraciət edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Məktəb Həmkarlar Ittifaqı təşkilatı yazılı təqdimatı müzakirə edərək ##.##.2025-ci il tarixli */* saylı iclas protokolu ilə İddiaçı Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə əsasən işdən azad edilməsinə razılıq vermişdir. Məktəb Həmkarlar Ittifaqının razılığından sonra İddiaçı ilə bağlanmış əmək müqaviləsinə məktəb direktorunun ## ##### 2025-ci il tarixli 36№-li əmri ilə Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrə müvafiq olaraq İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinəti, istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. Hal-hazırda 2025/2026 tədris ili üzrə * №-li tam orta məktəbdə pedaqoji və texniki heyətdə vakant yer yoxdur, inklüziv təhsil üzrə 4 ibtidai sinifdə müvafiq olaraq 4 (dörd) müəllim köməkçisi işləyir və onların hər birində 2 nəfər,cəmi 8 nəfər sağlamlıq imkanı məhdud, xüsusi qayğıya ehtiyacı olan şagird təhsil alır. Beləliklə, iddiaçı İddiaçı “müəllim köməkçisi” vəzifəsinin həyata keçirilməsi və müvafiq olaraq ştatına uyğun əmək funksiyasını yerinə yetirməsi üçün növbəti, yəni 2024/2025ci tədris ilində qanunvericiliyə müvafiq olaraq yeni təşkil olunmuş İ sinfinə inklüziv təhsilə tələb olunan sayda sağlamlıq imkanı məhdud şagird qəbulunu təşkil edə bilmədiyinə və belə kateqoriya şagirdlər olmadığına görə o, qanuna müvafiq olaraq Əmək Məcəlləsinin 70cimaddəsinin “b” bəndinə əsasən işdən azad edilmiş və əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasının tələblərinə tam riayət edilmişdir.
12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Elman Isayev (məruzəçi), Elçin Mehdiyev və Taleh Musayev) cavabdeh tərəfin verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbə qarşı məktəbin direktoru Cavabdeh 36 №li ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, məktəbin köməkçi müəllim ştatı üzrə vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi, mediasiyaya ödədiyi 60 manat və vəkilə hüquqi xidmət üçün ödənilən 300 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ##.##.2005-ci il tarixli *** nömrəli əmri ilə 2024/2025-ci tədris ilində Mingəçevir şəhər B.Şıxəliyev adına * saylı tam orta məktəbdə inkluziv təhsil sinifləri təşkil olunmuşdur. Bununla yanaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiqlənmiş “Inklüziv təhsilin təşkili Qaydası”nda inkluziv təhsil sinfində müəllim köməkçisi ştatı nəzərdə tutulmamışdır.
14. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili vəkil1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, köməkçi müəllim ştatının saxlanması mümkün olmadığına görə iddiaçıya Mingəçevir şəhərində ** №-li tam orta məktəbdə kompüter laborantı, ** №-li Texniki və təbiət fənləri təmayüllü liseydə kitabxanaçı, ** nömrəli körpələr evi uşaq bağçasında təsərrüfat müdiri vəzifələri təklif olunsa da, o, təklif olunan işlərdən imtina etmiş və onun bu imtinası Aktlarla rəsmiləşdirilmişdir.
15. Bundan başqa, iddiaçı İddiaçı izahatında əvvəlcə ona iş yerləri təklif edilmədiyini bildirsə də, sonradan ona məktəbin direktoru tərəfindən ** saylı məktəbdə kitabxanaçı köməkçisi işi təklif olunduğunu, lakin həmin vəzifə onun ixtisasına uyğun olmadığından, eyni zamanda həmin vəzifənin başqa bir şəxsə təklif edildiyini eşidərək imtina etdiyini bildirmişdir.İddiaçı ona 2025-ci ilin aprel ayında təklif olunan vəzifələrdən də imtina etdikdən sonra əmək qanunvericiliyinə müvafiq olaraq direktor tərəfindən ## ##### 2025-ci il tarixli ** №-li yazılı təqdimatla məktəb Həmkarlar Ittifaqı Təşkilatına müraciət edilərək İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. Məktəb Həmkarlar Ittifaqı təşkilatı yazılı təqimatı müzakirə edərək ##.##.2025-ci il tarixli */* saylı iclas protokolu ilə İddiaçı Əmək Məcəlləsinin 70-cimaddəsinin “b” bəndinə əsasən işdən azad edilməsinə razılıq vermişdir.
16. Daha sonra, yalnız yuxarıda qeyd edilən tədbirləri görüldükdən sonra işəgötürən tərəfindən ##.##.2025-ci il tarixdə əmr imzalanmış və əmrə əsasən 2024-2025-ci tədris ilində məktəbin İ b sinfində inkluziv təhsilə cəlb edilmiş şagirdin olmaması səbəbindən, köməkçi müəllim ştatı ixtisara düşdüyünə görə həmin ştat üzrə vəzifəni tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının arqumentləri əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Belə ki, iddia tələbinin təsdiqlənməsi üçün iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçı (vəkil vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işin halları hərtərəfli və tam araşdırılmamış, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq olunmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh Mingəçevir şəhər B.Şıxəliyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli 2(107)-1145\**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
21. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; (...).
22. Maddə 70. Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (...).
23. Maddə 71(1). Işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
24. Maddə 71(3). Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
25. Maddə 78 (1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
26. Maddə 80. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
27. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu:
28. Maddə 31. Təhsil prosesinin iştirakçıları 31.0.2. təhsilverənlər (pedaqoji işçilər) müəllimlər, assistentlər, məsləhətçilər, tyutorlar, rezidentlərin kuratorları, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloqpedaqoqlar, uşaq birliyi rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlimtərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər, habelə sosial müdafiə və digər orqanların, eləcə də tibb müəssisələrinin bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
“Inklüziv təhsilin təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı:
3. Inklüziv təhsil sinfində tədrisin təşkili 3.1. Müəssisədə inklüziv təhsil sinfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı Normaları”nın tələbləri nəzərə alınmaqla 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.
29. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.30-cu maddəsinə əsasən müəllim köməkçisi-inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji təhsilin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssisdir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli ** №-li qərarı ilə təsdiq edilmiş “Inklüziv təhsilin təşkili Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda ümumi təhsil müəssisələridnə inklüziv təhsilin təşkili ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən müəssisədə inklüziv təhsil sinfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində siniflər üzrə şagird sıxlığı normaları”nın tələbləri nəzərə alınmaqla 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdirilir.
31. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 1.0.12-ci maddəsinə əsasən inklüziv təhsil – sağlamlıq imkanları məhdud olan uşaqların ümumi təhsil müəssisəsində xüsusi şərait yaratmaqla və xüsusi təlim vasitəsilə sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb edilməsi mənasını ifadə edir. Həmin Qanunun 1.0.16-ci maddəsinə əsasən müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssisdir
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2023-cü il tarixli, ** nömrəli qərarı ilə təsdiqlənmiş “Inklüziv təhsilin təşkili Qaydası”nı tətbiq etməklə iddianın rədd olunması barədə apellyasiya məhkəməsinin qənaəti əsaslı olmuşdur.
41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.