Məhkəmə qərarları › İş №2(1-8)-1273/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1273/2026

03.06.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1273/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiaya tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: cehiz əşyalarının çıxarılması, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104) ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri, 3-ci mikrorayon, ev 14, mənzil ** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Abduyev Vaqif İmamverdi oğlunun mülkiyyətində olmuşdur.

2. Abduyev Vaqif İmamverdi oğlu ## ####### 2011-ci il tarixdə ölmüşdür.

3. ## #### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Abduyev Vaqif İmamverdi oğlunun vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı İddiaçı miras əmlakdan irs almalıdır. Miras əmlak ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzildən ibarətdir.

4. ünvan 4 14, mənzil 31 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın reyestrində ## #### 2024-cü il tarixdə qeydiyyata alınmışdır.

5. X2 və Cavabdeh arasında ## ###### 2003-cü il tarixdə nikah bağlanmış, Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan anadan olan ## ### 2006-cı təvəllüdlü X3 anası Cavabdeh yanında qalması müəyyən edilmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi İdarəsinin ## ### 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti baçşısının ## ###### 1992-ci il tarixli, **** nömrəli qərarına əsasən Abduyev Vaqif İmamverdi oğlunun mülkiyyətinə verilmiş, sonuncunun adına ## ######## 1992-ci il tarixli, **** reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsi əsasında Abduyev Vaqif İmamverdi oğlunun adına-## ##### 2007-ci il tarixli, 202011000238-05101-****** reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilə dair * saylı Gəncə regional “ASAN xidmət" mərkəzində notariat ofisinin # #### 2024-cü il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Abduyev Vaqif İmamverdi oğlundan İddiaçı keçmiş, sonuncunun adına ## #### 2024-cü il tarixli, 202011000238-05101-****** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi, (tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məxsus olan cehiz əşyalarının – 1 ədəd qonaq otağı üçün qab dolabı, 1 ədəd qab dolabının içərisində olan çay dəsti, 1 ədəd qab dolabının içərisində olan yemək dəsti, 1 ədəd yataq mebeli, 1 ədəd qabaq stolu,-1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd televizoraltı, 1 ədəd (ikinəfərlik) yorğan, 1 ədəd (ikinəfərlik) döşək, 2 ədəd yastıq, 2 ədəd xalça (Gəncə istehsalı 2x3 ölçüdə), 1 ədəd ətçəkən maşın, 12 şamlı ədəd çilçırağın iddiaçı İddiaçı məxsus olan Gəncə şəhəri, 3-cü mikrorayon, bina 14, ** nömrəli mənzildən çıxarılaraq boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 gəlinidir. X1 cavabdehlə ##.##.2003-cü il tarixdə nikaha daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(125)- ****/**** nömrəli qətnaməsinə əsasən iddiaçının oğlu ilə cavabdehin nikahı pozulmuşdur. Cavabdeh 4 ilə yaxındır ki, iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Lakin cavabdehə məxsus olan cehiz əşyaları iddiaçıya məxsus olan ünvan 3 ünvanında qalmaqdadır. Cavabdehlə aralarında ailə münasibətləri pozulmuş və onunla heç bir bağlılıq qalmamışdır. Cavabdeh artıq iddiaçının ailə üzvü deyil. Ona görə də hesab edir ki, cavabdehə məxsus cehiz əşyalarının iddiaçının mənzilində qalması iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur.

9. Cavabdeh Cavabdeh da iddiaçı İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi və onun özünün ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən hazırda qeydiyyatda olduğu, əşyalarının yerləşdiyi və mübahisələndirilən ünvan 3 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. İlkin iddia üzrə iddiaçı İddiaçı və ailə üzvlərinin razılığı ilə həmin mənzilə qeydiyyata alınmış, uşağının həmin evdə anadan olmuş və təbii ki, hər bir razılıqla əşyalarında həmin evə yığılaraq ailəliklə istifadə etmişlər. İlkin iddia üzrə iddiaçı İddiaçı X1 ilə münasibətləri pozulduğundan, onları atıb getmə xaricə getməsi, ailəyə qayğı və diqqət göstərməməsi səbəbindən məhkəməyə müraciət edilmiş və qeyd etdiyi kimi Gəncə Şəhər Məhkəməsinin ##.##.2024 cü il tarixli, e- 2(125)- ****/**** saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuşdur. Qeyd etdiyi kimi mübahisəli ünvan 3 ünvanda yerləşən mənzilə qeydiyyatının olması, əşyalarının orada olmasına baxmayaraq ilkin iddia üzrə iddiaçı İddiaçı onu və hazırda Bakı Aviasiya Universitetinin 2-ci kursunda təhsil alan oğlunu mənzilə buraxmamışdır. Bununla əlaqədar tərəfindən hüquq mühafizə orqanlarına müraciətlərində olmuş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Dəfələrlə işinin məhkəmədən kənar həll edilməsini tələb etsə də, heç bir müsbət nəticə hasil edə bilməmişlər.

11. İlkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi (vəkili) vəkil2 bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar Öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddisində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan lilə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 ci maddəsinə iair” 2008-ci il ## ### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn İstifadə hüququna xitam verilməsinə dair” 2016 cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il ## ###### tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yuxarıda sadalanlara və eləcə də qanunvericiliyin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırki işin faktiki hallan ondan ibarətdir ki, cavabdeh onunla qanunla müəyyən edilmiş qaydada hər hansı müqavilə bağlamamış, aralarında heç bir hüquq münasibətləri yaranmamış və belə bir müqavilə mövcud deyildir. Cavabdehlə oğlu arasında olan nikah məhkəmə qaydasında pozulmuş və o, onun ailə üzvüm hesab olunmur. Məhz, buna görə də hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X6 “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilməli və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Gəncə şəhəri, 3-cü mkr. bina 14, ** nömrəli “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir.

12. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı İddiaçı iddia tələbi təmin edilmiş, ilkin iddia üzrə cavabdeh Cavabdeh məxsus 1 ədəd qonaq otağı üçün qab dolabı, 1 ədəd qab dolabının içərisində olan çay dəsti, 1 ədəd qab dolabının içərisində olan yemək dəsti, 1 ədəd yataq mebeli, 1 ədəd qabaq stolu,-1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd televizoraltı, 1 ədəd (ikinəfərlik) yorğan, 1 ədəd (ikinəfərlik) döşək, 2 ədəd yastıq, 2 ədəd xalça (Gəncə istehsalı 2x3 ölçüdə), 1 ədəd ətçəkən maşın, 12 şamlı ədəd çilçırağın İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, 3-cü mikrorayon, bina 14, ** nömrəli mənzildən çıxarılması qət edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “mənzil köçürülmə” tələbi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. (hakim Orxan Dəmirli)

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, 3-cü mikrorayon, bina 14, ** nömrəli mənzil ilk iddia üzrə iddiaçı İddiaçı mərhum əri Abduyev Vaqif İmamverdi oğluna məxsus olmuş, V.Abduyev ## ####### 2011-ci il tarixdə vəfat etmiş, mənzil onun vərəsəsi-arvadı İddiaçı miras qalmışdır. İlkin iddia üzrə cavabdeh Cavabdeh mənzilin mülkiyyətçisi olmuş mərhum qayınatası V.Abduyevin sağlığında yəni ##.##.2003-cü il tarixində mübahisəli mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin qanunvericiliyin tələbi baxımından Cavabdeh ilə mülkiyyətçi arasında razılaşma şifahi olmuş, notarial qaydada təsdiq olunmamış və hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İlkin iddia üzrə cavabdehin sözügedən mənzilə köçürülməsi ilə bağlı hüququ yaranmadığından həmin şəxsin mübahisə predmeti olan mənzilə köçürülməsi qanunun tələbinə uyğun deyildir. Həmçinin qarşılıqlı iddiaçı Cavabdeh həmin evdə qeydiyyatda olmasını əsas gətirərək evdə istifadə hüqunun olmasına münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bundan başqa qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) vəkil1 qeydiyyatın əsası olmuş sənədlərin əldə edilməsi üçün məhkəmə tərəfindən notariat orqanlarına və yerli icra hakimiyyətlərinə sorğu verilməsinə dair vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki,qanunvericiliyin tələbinə əsasən hər bir tərəf irəli sürdüyü halı sübut etmək vəzifəsi daşıyır. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Lakin, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən hər hansı bir notariat orqanına müraciət edilməsi (sorğu verilməsi) və cavab ala bilməməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə həmin vəsatəti işin tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən vəsatət kimi qəbul edir. Həmçinin ki, ilkin iddia üzrə cavabdeh Cavabdeh hal-hazırda mübahisəli evdə yaşamasa da ona məxsus olan əşyalar həmin evdədir. İlkin iddia üzrə iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu mübahisəli evin iddiaçının sahiblik, istifadə və sərəncamında olması işin mübahisəsiz halıdır. Bu sahibliyin qanunsuz olmasına dəlalət edən hallar məhkəmə baxışında aşkar edilməmişdir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində cavabdehin qanunla müəyyən edilmiş qaydada istifadə hüququ əldə etməməsi nəzərə alınmaqla cavabdeh Cavabdeh məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildə qalması onun mülkiyyət hüququnun pozulmasına dəlalət edir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5, 157.4, 157.8, 228.1, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» ##.##.2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ##.##.2016-ci il tarixli və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2020-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qarşılıqlı iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilə qeydiyyatlarının olması, əşyalarının orada olmasına baxmayaraq İddiaçı onu və hazırda Bakı Aviasiya Universitetinin 2-ci kursunda təhsil alan oğlunu mənzilə buraxmadı. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciətləri də olmuş, lakin heç bir nəticə hasil edə bilməmişlər. Bütün bu faktları təsdiq edəcək kifayət qədər dəlilləri olmasına baxmayaraq məhkəmə tərəfindən bu faktlara qiymət verməyərən ilkin iddianın təmin edilərək qarşılıqlı iddianın rədd edilməsinə nail olmaq üçün maddi hüquq normaları tətbiq etmişdir ki, burada da səhv nəticəyə gəlmişdir. Məhkəmənin qətnamədə göstərdiyi mövqe artıq süründürməçilik, yersiz məhkəmə mübahisəsi, əsassız xərclər və sair bu kimi pozuntularla yanaşı mülkiyyətdən istifadə, yaşamaq hüquqlarını da pozmağa yönəlmişdir. Məhkəmənin gəldiyi nəticəyə təsir edən amillərdən biri də odur ki, məhkəmə tərəfindən sübutlara qiymət verilməmişdir. Verilmədiyi üçün də faktiki hallara qiymət verilməmiş və iş üçün bütün mühüm əhəmiyyətli hallarının aydınlaşdırılmamasına gətirib çıxartmışdır. Məhkəmə tərəfindən artıq ilk mərhələdən sübutların gizlədilməsi, faktiki halların araşdırılmaması həyata keçirilmişdir. Eyni zamanda, məhkəmədə mübahisə predmeti olan əmlaka olan hüquqlarının deyil, ilkin iddianın təmin edilməsinə yönəlmiş və iddiaçının əsassız dəlillərinə əsaslanan nəticə vermişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, o ailəsi ilə bilrlikdə həmin mənzilə qeydiyyata alınmaqla yaşamışdır. Bunun əksini sübut edəcək hər hansı bir fakt olmamışdır. Ailə olaraq qeydiyyata alınmaqla, mənzilə onlar köçüb yaşadıqdan sonra sonradan iddiaçı tərəfindən özgəninkiləşdirilib. Bütün bunlar iş üçün əhəmiyyətli olmasına baxmayaraq məhkəmənin gəldiyi nəticə həqiqəti, daxili inamı, qanunları kənara qoyaraq hər bir halın əksinə xidmət edir. Yəni ilkin ailə münasibətlərinin olması, mənzil olan yaşamaq hüququ və buna dair etirazların olmaması və illər sonra ailənin əsassız olaraq evdən çıxarılması cəhdi məhkəmə tərəfindən tam aydınlaşdırılmamışdır.

18. İlkin iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Gəncə şəhəri, 3-cü mikrorayon, bina 14, ** nömrəli mənzil ilk iddia üzrə iddiaçı X7 mərhum əri Abduyev Vaqif İmamverdi oğluna məxsus olmuş, Vaqif Abduyev ## ####### 2011-ci il tarixdə vəfat etmiş, mənzil onun vərəsəsi-arvadı İddiaçı miras qalmışdır. İlkin iddia üzrə cavabdeh Cavabdeh mənzilin mülkiyyətçisi olmuş mərhum qayınatası Vaqif Abduyevin sağlığında yəni ##.##.2003-cü il tarixində mübahisəli mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin, qanunvericiliyin tələbi baxımından Cavabdeh ilə mülkiyyətçi arasında razılaşma şifahi olmuş, notarial qaydada təsdiq olunmamış və hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Lakin, buna baxmayaraq qarşılıqlı iddiaçı Cavabdeh həmin evdə qeydiyyatda olmasını əsas gətirərək evdə istifadə hüququnun olmasına əsaslanmış və mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı işin faktiki hallan ondan ibarətdir ki, cavabdeh onunla qanunla müəyyən edilmiş qaydada hər hansı müqavilə bağlamamış, aralarında heç bir hüquq münasibətləri yaranmamış və belə bir müqavilə mövcud deyildir. Bundan başqa, cavabdeh həmin mənzildən əri ilə aralarında olan nikahın pozulmasından əvvəl, yəni 6 ildən çox müddətdir ki, istifadə etmir. Həmin mənzildə bilərəkdən əşyalarını saxlamaqla, oranı tərk etmiş və oradan ümumiyyətlə istifadə etməmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tural Məmmədov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Fikrət Mehtiyev)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququ bir neçə əsas üzrə yarana bilər. Bu əsaslar əşya hüququ, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu halları ola bilər. Cavabdeh mübahisəli mənzilə istifadə hüququ ailə və ya mülki qanunvericiliyin normaları əsasında yarana bilərdi. Qarşılıqlı iddiaçı ilkin iddiaçının oğlunun həyat yoldaşı olub, onlar 2003-cü ildə nikaha daxil olmuşlar. Deməli, tərəflərin münasibətləri 2003-cü ildən yaranıb, 2024-cü ildə nikahın pozulması ilə tərəflərin münasibətləri də pozulub. Nə qədər ki, qarşılıqlı iddiaçı ilə ilkin iddiaçının oğlu 2003-cü ildə nikaha girib, onun həmin mənzilə münasibətdə istifadə hüququ da həmin ildən sonra yarana bilərdi.

21. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2013-cü il tarixli Qərarına istinad edərək hesab etmişdir ki, cavabdehin mübahisə obyekti olan mənzilə istifadə hüququnun olub-olmamasına Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından aydınlıq gətirilməlidir. Həmin maddənin tələbinə görə istifadə hüququnun yaranması üçün mülkiyyətçi tərəfindən Cavabdeh notarial qaydada istifadə hüququ tanınmalı idi. Belə bir hal işin halları ilə müəyyən edilmir. Qarşılıqlı iddiaçı tələbinin əsası kimi gəlin köçdükdən sonra həmin evə mülkiyyətçinin razılığı ilə qeydiyyata düşdüyünü və uzun müddət orada yaşadığına əsaslanır. Qeyd edilməlidir ki, yaşayış sahəsinə qeydiyyata düşmək özü-özlüyündə həmin sahəyə məhdud əşya hüququnu yaran amil deyildir. Eləcə də, yaşayış sahəsində uzun müddət yaşamaq faktı da hər hansı bir hüquq yaratmır. Qarşılıqlı iddiaçı bu halın müəyyən edilməsi üçün müvafiq qurumlara sorğu verilməsini xahiş etsə də, işin hallarından qarşılıqlı iddiaçının bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməsi, eləcə də bu istiqamətdə hər hansı cəhd göstərməsi (məsələn vəkil sorğularının verilməsi) müəyyən edilmir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübut etməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin * saylı Gəncə ərazi idarəsinin ##.##.2025-ci il tarixli, vəkil sorğusuna cavab məktuna görə mübahisəli mənzillə bağlı qarşılıqlı iddiaçının adına hər hansı bir məhdud əşya (istifadə hüququ) hüququ qeydə alınmamışdır. Belə olan halda, qarşılıqlı iddiaçının həmin mənzilə köçürülməsi üçün və onun əşyalarının həmin mənzildə saxlanılması üçün hər hansı bir hüquqi əsas müəyyən edilmir.

23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 139.1, 139.3, 15.1, 228.1, 228.2, 228.5-ci maddələri, İnsan Hüquqlarının və X13 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsi, “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24.09. 2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarlarına istinadla ilə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərara qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.

33. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia və qarşılıqlı tələbləri, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan hansı qanunun normalarının işə tətbiq edilməli olmasını düzgün müəyyən etmiş, həm iddiaçının mülkiyyət hüquqlarını müdafiəsi, həm də cavabdehin istifadə hüququnun yaranmaması ilə bağlı gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də ilk və qarşılıqlı iddia tələblərinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qeyd edildiyi kimi məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar