Məhkəmə qərarları › İş №2(1-8)-1284/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1284/2026

23.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1284/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər, eyni predmet, eyni əsaslar üzrə iddiaya baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb olunmaqla) “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Cavabdeh Cavabdeh ##.##.2002-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. Cavabdeh ##.##.1995-ci il tarixdən nikahda olduğu həyat yoldaşı Rəhimov Eldarın bacısı və fərdi yaşayış evinin 1/9 hissəsinin mülkiyyətçisi olan X5 razılığı ilə qeyd edilən fərdi yaşayış evinə köçürülmüş və həmin ünvanda mülkiyyətçi ilə birgə yaşamışdır. Cavabdeh hal-hazıradək həmin ünvanda yaşayır.

3. ##.##.2024-cü il tarixdə X5 vəfat etdikdən sonra onun payının 1/18 hissəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 keçmişdir.

4. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə, iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinə (üçüncü şəxs Cavabdeh və qeyriləri olmaqla) qarşı “qeydiyyata çıxarma” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının ##.##.2015-ci il tarixdə qanuni qüvvəyə minmiş ##.##.2015-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə İddiaçı anası Şahid cavabdehlər X2, X3, X4 və X6 qarşı cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, *** saylı evdən çıxarılmalarına dair iddiası təmin edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilindən (bundan sonra – mübahisəli mənzil) çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, mübahisəli mənzilə dair 9 nəfər arasında hər birinə 1/9 pay olmaqla paylı mülkiyyət hüququ müəyyən edilmiş və bu barədə 2016-cı il # ######## tarixdə çıxarış verilmişdir. Daha sonra iddiaçının anası Şahid ona məxsus 1/9 payı bağışlamış və həmin bağışlama müqaviləsi əsasında 2019-cu il # ##### tarixdə ******* nömrəli çıxarış alınmışdır. Qeyd olunan ünvanda ümumilikdə 9 fərdi yaşayış evi mövcuddur və həmin evlərdən biri iddiaçının babası tərəfindən şəxsi vəsaiti hesabına inşa edilmişdir. Cavabdeh sabiq həyat yoldaşı X2 ilə birlikdə müvəqqəti yaşamaq məqsədilə həmin evə köçmüşdür. Cavabdehin mübahisəli ev üzərində hər hansı mülkiyyət və ya istifadə hüququ mövcud deyildir. X2 ilə cavabdeh arasında nikah təxminən 20 il əvvəl pozulmuş, Eldar Rəhimov isə həmin vaxtdan Rusiya Federasiyasında yaşamışdır. Iddiaçı ailə üzvləri - ahıl yaşlı anası Şahid, İ dərəcəli əlil həyat yoldaşı nümayəndə1 və azyaşlı övladları ilə birlikdə ünvan 2 ünvanında kirayədə yaşayır. Buna baxmayaraq, ünvan 1 ünvanında yerləşən və 1/9 paylı mülkiyyət hüququ ilə ona məxsus olan yaşayış evindən istifadə edə bilməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim V.V.Musayeva) 2025-ci il # ######## tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs də daxil olmaqla bir neçə şəxsin paylı mülkiyyətindədir. Iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir həmin ünvanda yaşayır və qeydiyyatdadır.

10. Iddiaçı cavabdehin yaşayış evinin məhz ona məxsus hissəsində yaşadığını bildirərək onun mənzildən çıxarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı bu halı təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdehin ona məxsus yaşayış sahəsində yaşadığını və buna razılıq verdiyini bildirmiş, bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir.

11. Məhkəmə hesab etmişdir ki, cavabdehin yaşayış evinin paylı mülkiyyətçilərindən hansına məxsus hissəsində yaşadığı dəqiq müəyyən edilməmiş, digər paylı mülkiyyətçi isə cavabdehin öz payına düşən hissədə yaşamasına etiraz etmədiyini bildirmişdir. Həmçinin tərəflər arasında paylı mülkiyyətdən istifadə qaydası müəyyən edilməmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 158.1.2, 158.2, 158.4, 215.1, 215.2, 215.3, 215.4, 215.5, 215.6-cı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (##.##.2009-cu il tarixədək qüvvədə olmuş) 53.1, 118, 123cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 izahatına düzgün hüquqi qiymət verilməmiş, həmin şəxs cavabdeh tərəfin mövqeyini dəstəkləsə də, mübahisəli ünvanda yerləşən yaşayış sahələrindən hansının ona aid olduğunu təsdiq edən sübut təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının anası Şahid şahid ifadəsini nəzərə almamışdır. Həmin ifadəyə əsasən mübahisəli ikiotaqlı fərdi yaşayış evi iddiaçının atası mərhum X1 tərəfindən inşa edilmiş, ailə üzvləri tərəfindən istifadə olunmuş, vərəsəlik qaydasında iddiaçının anasına keçmiş, sonradan isə iddiaçıya bağışlanmışdır və hazırda onun mülkiyyətindədir. Eyni zamanda, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ailə üzvü olmayıb, onunla yalnız uzaq qohumluq əlaqələri mövcuddur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) 2026-cı il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qiymətləndirərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, mübahisəli ünvanda yerləşən yaşayış sahəsi iddiaçı və üçüncü şəxslər də daxil olmaqla bir neçə şəxsin paylı mülkiyyətindədir. Iş materiallarına əsasən cavabdeh 1995-ci ildən, qeydiyyat sənədlərinə görə isə 2002-ci ildən etibarən ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hazırda iddiaçı cavabdehin məhz ona məxsus hissədə yaşadığını bildirərək onun mənzildən çıxarılmasını tələb etmişdir.

17. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 isə cavabdehin onun mülkiyyətinə aid hissədə yaşadığını bildirmiş və bu barədə müvafiq arayışı məhkəməyə təqdim etmişdir. Bununla belə, iş materiallarında tərəflər arasında paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən olunduğu barədə sübutlar mövcud deyildir.

18. Apellyasiya şikayətində iddiaçı göstərmişdir ki, mübahisəli fərdi yaşayış evinə dair texniki pasport yalnız onun babasına məxsus olmuş, ev onun tərəfindən inşa edilmiş, sonradan vərəsəlik qaydasında anasına keçmiş və daha sonra iddiaçıya bağışlanmışdır. Həmçinin cavabdehin və üçüncü şəxslərin həmin əmlaka dair hüquqlarının olmadığı, eləcə də cavabdehin uzun müddət həmin ünvanda yaşamadığı bildirilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin həmin ünvanda qeydiyyatda olması və orada yaşaması iş materialları ilə təsdiq olunsa da, onun konkret olaraq iddiaçıya məxsus hissədə yaşadığı sübuta yetirilməmişdir. Eyni zamanda təqdim edilmiş texniki pasport hüquqmüəyyənedici sənəd olmadığından, mübahisənin həllində həlledici sübut kimi qiymətləndirilə bilməz.

20. Beləliklə, mübahisəli yaşayış sahəsində paylı mülkiyyətdən istifadə qaydaları müəyyən edilmədiyindən və evin konkret hissələrinin bölgüsü təsdiq olunmadığından cavabdehin həmin sahədən çıxarılması üçün hüquqi əsas mövcud deyildir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas təşkil etmir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab olunur.

21. Apellyasiya məhkəməsi öz mövqeyini MM-in 158.1.2, 158.2, 158.4, 215.1, 215.2, 215.3, 215.4, 215.5, 215.6-cı, Mənzil Məcəlləsinin (##.##.2009-cu il tarixədək qüvvədə olmuş) 53.1, 118, 123-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

22. Iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı mübahisəli əmlakın 1/9 hissəsinin paylı mülkiyyətçisidir, cavabdeh isə həmin əmlak üzrə mülkiyyətçi deyildir və yalnız istifadə hüququna istinad etmişdir. Üçüncü şəxsin mübahisəli əmlakdakı payı isə cəmi 1/18 hissə təşkil edir. Buna baxmayaraq, məhkəmələr cavabdehin və üçüncü şəxsin faktiki istifadəsində olan sahənin onların payına uyğun olub-olmamasını araşdırmamış, bu məqsədlə məhkəmə tikinti-texniki ekspertizası təyin etməmiş və nəticədə iddiaçının mülkiyyət hüquqlarının müdafiəsini təmin etməmişdir.

24. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsinin “paylı mülkiyyətdən istifadə qaydalarının müəyyən edilməməsi” əsasına istinad etməsi də əsassızdır. Iddiaçının mübahisəli əmlak üzərində pay hüququ dövlət reyestrindən çıxarışla təsdiq olunur və bu hüquq ona əmlakın istənilən hissəsinin qanunsuz istifadədən müdafiəsini tələb etmək imkanı verir. Məhkəmələr cavabdehin hüququ çatmayan hissədən çıxarılmasını və həmin hissənin iddiaçının istifadəsinə verilməsini təmin etməli olduqları halda, iddianı rədd etməklə mübahisəni həll olunmamış saxlamışlar.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

27. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.

31. Işin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/9 hissəsi iddiaçı İddiaçı anası Şahid tərəfindən bağışlanmışdır. Qeyd edilən hissə Şahid mülkiyyətində olarkən o cavabdehə və qeyrilərinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, B.Məcidov küçəsi, *** saylı evdən çıxarılmaları barədə iddia qaldırmış, həmin iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının qanuni qüvvəyə minmiş ##.##.2015-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə rədd olunmuş, məhkəmə qeyd edilən qətnamə ilə cavabdehin sözügedən fərdi yaşayış evinə istifadə hüququ olduğunu müəyyən edərək evdən kompensasiya ödənilmədən əvəzsiz qaydada çıxarılmasını əsassız hesab etmişdir.

32. MPM-nin 233.3-cü maddəsində qeyd edilir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

33. Hüquq varisliyi – bir şəxsin hüquq və vəzifələrinin qanun və ya müqavilə əsasında başqa şəxsə keçməsi ilə yaranır. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər.

34. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia yolverilməz hesab edilir. MPM-nin 261.0.2-ci maddəsi isə iddia ərizəsi icraata qəbul edilmişsə belə bir hal müəyyən edildikdə hakim tərəfindən iş üzrə icraata xitam verilməli olduğunu müəyyən edir.

35. Qeyd edilən normalardakı “tərəflər” sözü maddi hüquq münasibətində şəxslər dəyişdikdə mübahisəli hüquq münasibətinin əvvəlki iştirakçının hüquqlarını əldə etmiş şəxsləri də (hüquq varisliyi) ehtiva etdiyindən məhkəmə tərəfindən Şahid mülkiyyət hüququnu ötürdüyü oğlu tərəfindən yenidən eyni cavabdehə qarşı, eyni əsas və eyni predmetlə qaldırılmış iddiaya mahiyyəti üzrə baxılmamalı idi.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, prosessual normaların tələblərinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş eyni iddia predmeti ilə bağlı tələblərin əvvəlki iddiaçının hüquqi varisləri tərəfindən yenidən eyni cavabdehə qarşı eyni əsasla irəli sürülməsi yolverilməz olmaqla hüquqi müəyyənlik prinsipinə zidd olduğundan kassasiya şikayəti qismən təmin edilərək, mübahisələndirilən qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.

37. Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin.

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar