Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1286/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: sənədlərin təqdim edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MTK (vəkil nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Iddiaçı “Payçı” İddiaçı ilə cavabdeh “Kooperativ” Cavabdeh MTK arasında bağlanmış ##.##.2003-cü il tarixli müqaviləyə əsasən “Kooperativ” ünvan 4 məhəllə ünvanında inşa ediləcək binanın, 1-ci giriş, 13-cü mərtəbədə, ümumi sahəsi 109,0 kv.m. olan ** saylı mənzilini “Payçı”-ya təhvil verməyi öhdəsinə götürmüş və “Payçı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 50% miqdarında ilkin ödəniş etmişdir.
2. Daha sonra ##.##.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı Cavabdeh MTK-ya 26.700.000 (iyirmi altı milyon yeddi yüz min) manat (Azərbaycan Respublikası Prezidenti tərəfindən # ###### 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il ######ın #-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Yeni manata keçid zamanı 1 yeni manat 5.000 köhnə manata bərabər tutulmuşdur) ödəniş etmiş, iddiaçı tərəfindən “Kooperativ”lə bağlanmış müqavilə üzrə mənzilə dair öhdəliklər tam yerinə yetirilmiş, mənzil faktiki istifadəyə verilmiş, lakin cavabdeh MTK tərəfindən müvafiq sənədlər iddiaçıya verilməmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili nümayəndə2 cavabdehlər X2, X1 və Cavabdeh Mənzil tikinti kooperativinə (bundan sonra cavabdehlər, ad, soyadı, MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 məhəllə ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m. olan, ** saylı mənzilə dair iddiaçının borcunun olmaması barədə ona maliyyə arayışının verilməsi öhdəliyinin, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh MTK ilə ##.##.2003-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilədən də göründüyü kimi bu müqaviləni podratçı qismində cavabdeh hüquqi şəxsin sədri Şahin Axundov bağlayıb və imzalayıb. Həmin müqavilənin şərtlərinə əsasən ünvan 3 məhəllə ünvanında payçıların vəsaiti hesabına yaşayış binası inşa edilməli və inşa ediləcək binanın 1-ci giriş, 13cü mərtəbəsindəki, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m. olan ** saylı mənzil iddiaçıya təhvil verilməli idi. Müqavilənin şərtlərinə əsasən mənzilin proqnozlaşdırılmış dəyərinin 50% miqdarı ##.##.2003-cü il tarixində ilkin ödəniş olaraq ödənilmiş, qalıq 50% məbləğ isə ##.##.2005-ci il tarixdə ödənilmişdir. Hazırda iddiaçının cavabdeh MTK-ya heç bir borcu olmasa da, cavabdehlər müxtəlif bəhanələr gətirərək iddiaçının borcunun olmaması ilə bağlı maliyyə arayışı verməkdən imtina edirlər. Bununla bağlı MTK-nın faktiki sahibi kimi tanıdığı cavabdehin əmisi Isfəndiyar Axundovun qəbulunda olmuşdur. Dəfələrlə ora getsə də, bu günə kimi iddiaçıya maliyyə arayışı təqdim edilməyib. Hətta cavabdehin əmisi maliyyə arayışının iddiaçıya təqdim edilməsi üçün iddiaçıdan əsassız olaraq 20.000 manat pul tələb etmişdir. Hazırda digər cavabdeh Nicat Dadaşzadə də iddiaçının müraciətini təmin etmək iqtidarında deyildir. Cavabdehlər Nicat Dadaşzadə və Şahin Axundov bildirirlər ki, əsas söz sahibi əmisi olduğu üçün onunla razılaşmalıdır. Hesab olunur ki, cavabdehlərin hərəkətləri qanuna zidd olduğu üçün, ünvan 3 məhəllə ünvanında yerləşən binanın 1-ci giriş, 13-cü mərtəbəsindəki, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m. olan, iddiaçıya məxsus ** saylı mənzilə dair MTK-ya borcunun olmaması barədə iddiaçıya maliyyə arayışı verilməlidir. Həmçinin iddiaçı bildirir ki, bina tikilib yekunlaşmış, sakin kimi iddiaçı mənzilini təmir etdirərək, hal-hazırda da həmin mənzildə yaşamaqdadır. Iddiaçı mənzilin dəyəri ilə bağlı tam ödəniş edərək öz öhdəliyini 100% yerinə yetirmişdir. Bununla bağlı ödəniş qəbzləri mövcuddur. Mənzilin dəyərini iddiaçı cavabdehlərin kassasına ödəmiş və ona ödənişə görə sözügedən mənzilin dəyərinin ödənilməsi barədə imzalı, möhürlü qəbz verilib. Bina istismara qəbul edildiyindən və artıq sakinlərin öz mülkiyyətlərini dövlət reyestrində qeydiyyata aldırdığından (reyestrdən çıxarış), iddiaçı da cavabdehlərə borcu olmadığından mənzilinə çıxarışın alınması üçün maliyyə arayışının, ümumi yığıncağın qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi ilə bağlı müraciət edib. Lakin cavabdehlər mənzilə dair həmin sənədlərin verilməsindən imtina edərək, 20.000 manat ödəniş tələb ediblər. Həmin ödənişlərin hansı əsasla, müqavilənin hansı bəndinə, qanunvericiliyin hansı müddəasına əsasən 20 ildən sonra istəmələrini əsaslandıra bilməyərək, hər hansı yazılı cavab verməyiblər. Mənzil almaq üçün müqavilə ilə müəyyən edilmiş pul vəsaitini tam ödəmiş şəxsdən hər hansı əlavə ödənişin tələb edilməsi tamamilə qanunsuzdur. Hesab olunur ki, cavabdehlərin imtinası qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırır. Iddiaçı müqavilə ilə üzərinə qoyulmuş öhdəlikləri tam yerinə yetirmişdir. Lakin cavabdehlər mənzilə çıxarış verilməsi üçün qanunla tələb olunan sənədləri pul qarşılığında verə biləcəklərini bildirməklə öz öhdəliklərini yerinə yetirmirlər. Hesab edir ki, mənzil almaq üçün müqavilə ilə müəyyən olunmuş pul vəsaitini tam ödəmiş şəxsdən hər hansı əlavə ödənişin tələb olunması tamamilə qanunsuz tələbdir və qətiyyən təmin edilə bilməz. Bu səbəbə görə mənzilə çıxarış almaq üçün sənədləri verməkdən imtina etmək hüquqa zidd əməldir. Həmçinin bildirir ki, cavabdeh MTK 2008-ci il tarixədək 9 rəqəmli, ********* saylı VÖEN istifadə etsə də, hazırda 10 rəqəmli, *********** saylı VÖEN istifadə edir. Həmçinin cavabdeh Cavabdeh MTK ##.##.2008-ci il tarixdə öz adında dəyişiklik etmiş (təşkilatın adındakı – işarəsi silinib) və Cavabdeh MTK adı altında fəaliyyət göstərməyə başlamışdır. Bunu iddia ərizəsinə əlavə edilmiş vergi ödəyicisinin tarixçəsindən də görmək mümkündür.
5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 məhəllə ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m olan, ** saylı mənzilə dair iddiaçının borcunun olmaması barədə ona maliyyə arayışının və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlər MTK-ya, Şahin Axundov və Nicat Dadaşzadəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, ünvan 1 məhəllə ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m. olan, ** saylı mənzilə dair iddiaçının borcunun olmaması barədə ona maliyyə arayışının və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulsun. Həmçinin hesab edir ki, hazırkı iddia tələbinin hər üç cavabdehə qarşı yönəldilməsinin hüquqi əsası yoxdur. Bu baxımdan hazırkı iddia tələbi dəyişdirilməli və hazırkı iddia tələbi MTK-ya qarşı yönəldilməlidir. Odur ki, ünvan 3 məhəllə ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m. olan, ** saylı mənzilə dair iddiaçının borcunun olmaması barədə ona maliyyə arayışının və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyi MTK-nın üzərinə qoyulmasını xahiş edir.
7. Daha sonra iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 məhəllə ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m. olan, ** saylı mənzilə dair iddiaçının pay haqqının tam ödənilməsini təsdiq edən sənədin, iddiaçıya MTK binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının və həmin mənzilə dair yaşayış binasının işçi layihəsindən çıxarışın təsdiq olunmuş surətinin verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. # ######## 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, 2003-cü ildə bağlanmış müqavilə üzrə ödəniş edilmişdir. Iddiaçı İddiaçı qardaşı bildirir ki, qəbzdə qələmlə düzəliş edilib. Qələmlə düzəliş etməsinin səbəbini soruşanda bildirmişdir ki, Rusiyada sənədləri təqdim edəndə subsidiya verilir. Mənzilin dəyəri də tam ödənilməyib. Mənzilin dəyəri tam ödənilmiş olsaydı onda maliyyə arayışı verilərdi. Ödənişin hansı şəraitdə həyata keçirilməsi, qəbzə müdaxilə edilib edilmədiyi araşdırılsın.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddianın təmin edilməsi, ünvan 4 məhəllə, binanın 1-ci girişi, 13-cü mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m olan, ** saylı mənzilə dair iddiaçının pay haqqının tam ödənilməsini təsdiq edən sənədin, iddiaçıya MTK binasında yaşayış sahəsinin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarının və həmin mənzilə dair yaşayış binasının işçi layihəsindən çıxarışın təsdiq olunmuş surətinin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur. Belə ki, mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir və mənzilin dəyərindən qalıq qalan borc iddiaçı tərəfindən tam ödənilmişdir və həmin mənzilə görə MTK-
11. yoxdur. ya borcu
12. Həmçinin, məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yarandığından və həmin münasibətlər çərçivəsində cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsini və mülkiyyət hüququna dair çıxarış alınması üçün qanunla məcburi olan sənədin verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 157.8, 178.8, 385.1, 386.1, 399.1, 425.1, 442, 752.1-ci, Mənzil Məcəlləsinin 8.0.1, 112.1, 113.1, 113.2, 113.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən cavabdeh MTK apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd olunan faktlar əsassız olmuş, iddiaçının həmin mənzilin dəyərini ödəməsi ilə əlaqədar təqdim etmiş olduğu ödəniş qəbzinə kənar müdaxilənin olması bariz şəkildə gözlə görüldüyü halda, məhkəmə həmin qəbzin sübut kimi mötəbərliyini müəyyənləşdirmək üçün ekspertiza təyin etməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh MTK tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilərək mənzil iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı həmin mənzilin dəyərini tam ödəməmişdir. Iddiaçı tərəfindən cavabdehlə bağlanmış müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və tam icra edilməsi barədə də məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə isə yalnız iddiaçının hüquq və mənafelərini nəzərə almışdır. Belə ki, əgər məhkəmə tərəfindən işin halları obyektiv şəkildə qiymətləndirilsə idi, bu zaman cavabdeh MTK-nın mənafeyi də nəzərə alınar və tərəflər arasında bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməyən iddiaçının mənafeyi müdafiə edilməzdi. Iş materiallarından görünür ki, iddiaçı tərəfindən MTK ilə iddiaçı arasında ##.##.2003-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında bağlanmış müqaviləyə əsasən nəzərdə tutulmuş məbləğin tam ödənilməsinin təsdiq edilməsi ilə bağlı məhkəməyə cavabdeh MTK tərəfindən verilmiş ****** №-li kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. Iddiaçı iddia ərizəsində müqavilə şərtlərinə əsasən mənzilin dəyərinin 50% miqdarının ##.##.2003-cü il tarixdə, qalıq 50% məbləği isə ##.##.2005-ci il tarixdə ödənilməsini qeyd etsə də, ödənişin tamamlanması ilə bağlı təqdim etdiyi MTK tərəfindən verilmiş ****** №-li kassa mədaxil orderi qəbzində bu tarix ##.##.2007-ci il kimi göstərilmişdir. Qəbzə baxış keçirildikdə ##.##.2007-ci il tarixində “7” rəqəminə müdaxilə edilərək tarixin qələm vasitəsi dəyişdirilməsi açıq-aşkar görünür. Bununla əlaqədar, MTK tərəfindən verilmiş ****** №-li kassa mədaxil orderinin qəbzinin ilkin vəziyyətinin müəyyən edilməsi, qəbzdə olan digər əl yazıları ilə qəbzin tarixinin dəyişdirilməsi ilə bağlı edilmiş müdaxilənin icraçısının eyniləşdirilməsi məqsədi ilə sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu vəsatətə heç bir münasibət bildirilməmiş, həmin qəbzdə gözlə görüləcək bir dəyişikliyin olmasına baxmayaraq məhkəmə həmin sübutun etibarlılığını araşdırmadan müvafiq qəbzi mötəbər sübut kimi qəbul etmişdir. Eyni zamanda, məhkəmətexniki ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatətlə bağlı məhkəmə heç bir əsaslandırılmış qərardad qəbul etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətlə bağlı heç bir əsaslandırılmış qərardad qəbul edilməmiş, qətnamədə də verilmiş vəsatətin hansı əsasla rədd edilməsi barədə heç bir cümlə ilə belə əsaslandırma aparmamışdır. Bütün bunlar məhkəmə tərəfindən yekun nəticəyə gəlinərkən mötəbərliyi şübhə doğuran bir sübuta istinad edilməsini və işin hallarının tam və hərtərəfli tədqiq edilməməsini açıq-aşkar göstərir.
16. Məhkəmə kollegiyasının iclasında cavabdeh MTK-nın nümayəndəsi və vəkili nümayəndə1 izahatında bildirmişdir ki, mənzilin pulu tam ödənilməyib. Həmin dövrdə satılmış evlərin qiymətinə nəzər salınarkən görünür ki, iddiaçı həmin evin qiymətinin yalnız 50 faizini ödəyib. Iddiaçı hazırda həmin mənzildə yaşayır. Formalaşmış təcrübəyə əsasən iddiaçı ilkin ödənişi etdikdən sonra evə köçmüşdür. Lakin bu günə kimi pulun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmamışlar. Iş materiallarına əlavə edilmiş qəbz MTK tərəfindən verilib. Imza və möhür MTK-ya məxsusdur. Mübahisə predmetini təşkil edən məsələ isə həmin qəbzdəki 5 rəqəminin 7-yə düzəldilməsidir. Həmin qəbzdə göstərilən 26.700.000 manat ödəniş MTK tərəfindən qəbul olunub. Lakin mənzilə dair ödənilməyən məbləğ mövcuddur. Mənzilə dair nə qədər borc qaldığını deyə bilməz.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Rəşid Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müqavilə üzrə öhdəliklər yerinə yetirilərək mənzil iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı həmin mənzilin dəyərini tam ödəməməsi, mənzilin dəyərini ödəməsi ilə əlaqədar təqdim etmiş olduğu ödəniş qəbzinə kənar müdaxilənin olması bariz şəkildə gözlə görüldüyü halda, məhkəmənin həmin qəbzin sübut kimi mötəbərliyini müəyyənləşdirmək üçün ekspertiza təyin etməməsi kimi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsinə dair qəbzin üzərindəki tarixin dəyişdirilməsini bildirsə də, iş materiallarına əlavə edilmiş həmin qəbzdən görünür ki, qəbzdə rəqəm dəyişikliyi (düzəldilməsi) müşahidə olunur (2005-2007-yə düzəldilib) (i.v.67).
19. Lakin cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatdan görünür ki, qəbzin məzmununda 2005-2007-yə kimin tərəfindən düzəldilməsi onlara məlum deyildir. Lakin buna baxmayaraq qeyd edilən dəyişikliklər olan qəbzin məzmunu həqiqətdir. Belə ki, həqiqətəndə qəbzdə göstərildiyi məbləğ MTK-ya daxil edilmiş, qəbzdə əksini tapmış möhür MTK-ya məxsusdur. Qəbzdəki imzalar da MTK-nın işçilərinə məxsus olmaqla bu hallar 2005-2007-yə düzəldilməsi kimi hal istisna olmaqla iddiaçı tərəfindən mübahisələndirilmir.
20. Məhkəmə Kollegiyası hesab etmişdir ki, qəbzin məzmununda 2005-2007-yə düzəlişin kim tərəfindən düzəldilməsinin məlum olmamasına baxmayaraq bu halın işin mahiyyətinə heç bir təsiri yoxdur və qəbul edilmiş qətnamənin qanunsuz sayılması üçün əsas vermir. Belə ki, bu dəlil əhəmiyyətsiz olmaqla qəbzin məzmununda göstərilən digər məlumatlar MTK tərəfindən təsdiq edilmişdir.
21. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər arasında mənzilə dair müqavilə 2003-cü ildə bağlanmış, həmin tarixdən sonra isə mənzil iddiaçıya təhvil verilmiş və hazırkı vaxtadək iddiaçı həmin mənzildə yaşayır. Lakin cavabdeh mənzilin dəyərinin ödənilməməsini bildirsə də, həmin müddət ərzində mənzilin dəyərinin tələb edilməsi istiqamətində hər hansı addım atılmamış və bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.
22. Göründüyü kimi qəbzə müdaxilə edilməsi barədə cavabdehin dəlilləri ziddiyyətli olmuşdur, çünki mənzilin dəyəri ödənilməmiş qalmışdırsa bu müddət ərzində cavabdeh mənzilin dəyərini tələb etməməsi onu deməyə əsas verir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilmişdir.
23. Ümumiyyətlə mənzilin dəyəri müqavilədə konkret olaraq göstərilmədiyi üçün MTK-nın nümayəndəsi və vəkili iddiaçının hansı məbləğdə borclu olmasını kollegiyanın iclasında əsaslandıra bilməmişdir.
24. Həmçinin iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı kommunal ödənişlərlə bağlı ##.##.2025-ci ilədək bütün borclarını ödəmişdir (i.v.43).
25. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Mənzilin dəyərindən qalıq qalan borc iddiaçı tərəfindən tam ödənilmişdir və həmin mənzilə görə Cavabdeh MTK-ya borcu yoxdur.
26. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur.
27. Digər tərəfdən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsini və mülkiyyət hüququna dair çıxarış alınması üçün qanunla məcburi olan sənədin verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur.
28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin (əvvəlki redaksiyada) 139.1, 139.3, 157.8, 178.8, 385.1, 386.1, 399.1, 425.1, 442, 752.1-ci, Mənzil Məcəlləsinin 8.0.1, 112.1, 113.1, 113.2,113.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
29. Qətnamədən cavabdeh MTK (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməsindən əlavə həmin sübutların mötəbərliyi ilə əlaqədar əsaslı şübhələr olmasına baxmayaraq həmin sübutların mötəbərliyini araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən MTK ilə iddiaçı arasında ##.##.2003-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında bağlanmış müqaviləyə əsasən nəzərdə tutulmuş məbləğin tam ödənilməsinin təsdiq edilməsi ilə bağlı məhkəməyə cavabdeh MTK tərəfindən verilmiş ****** №-li kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. Iddiaçı iddia ərizəsində müqavilə şərtlərinə əsasən mənzilin dəyərinin 50% miqdarının ##.##.2003-cü il tarixdə, qalıq 50% məbləği isə ##.##.2005-ci il tarixdə ödənilməsini qeyd etsə də, ödənişin tamamlanması ilə bağlı təqdim etdiyi MTK tərəfindən verilmiş ****** №-li kassa mədaxil orderi qəbzində bu tarix ##.##.2007-ci il kimi göstərilmişdir. Qəbzə baxış keçirildikdə ##.##.2007-ci il tarixində “7” rəqəminə müdaxilə edilərək tarixin qələm vasitəsi ilə dəyişdirilməsi açıq-aşkar görünür. Bununla əlaqədar, MTK tərəfindən verilmiş ****** №-li kassa mədaxil orderinin qəbzinin ilkin vəziyyətinin müəyyən edilməsi, qəbzdə olan digər əl yazıları ilə qəbzin tarixinin dəyişdirilməsi ilə bağlı edilmiş müdaxilənin icraçısının eyniləşdirilməsi məqsədi ilə sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu vəsatətə heç bir münasibət bildirilməmiş, həmin qəbzdə gözlə görüləcək bir dəyişikliyin olmasına baxmayaraq məhkəmə həmin sübutun etibarlılığını araşdırmadan müvafiq qəbzi mötəbər sübut kimi qəbul etmişdir. Lakin apellyasiya məhkəməsi bu faktı da qiymətləndirmədən birinci instansiya məhkəməsinin mövqeyini dəyişdirmədən saxlamışdır. Eyni zamanda, tərəflərindən məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatətlə bağlı birinci instansiya məhkəməsi heç bir əsaslandırılmış qərardad belə qəbul etməmişdir. Halbuki, AR MPM-nin 97.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətlə bağlı heç bir əsaslandırılmış qərardad qəbul edilməmiş, qətnamədə də tərəflərindən verilmiş vəsatətin hansı əsasla rədd edilməsi barədə heç bir cümlə ilə belə əsaslandırma aparmamışdır. Bununla əlaqədar mövqeyi tərəflərindən verilmiş apellyasiya şikayətində əsaslandırsalar da, apellyasiya məhkəməsi şikayətdə qeyd olunanlara heç bir münasibət bildirməmişdir. Bütün bunlar məhkəmə tərəfindən yekun nəticəyə gəlinərkən mötəbərliyi şübhə doğuran bir sübuta istinad edilməsini və işin hallarının tam və hərtərəfli tədqiq edilməməsini açıq-aşkar göstərir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (əvvəlki redaksiyada).
31. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
34. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
41. Maddə 8.0.1. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biri də qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlərdir.
42. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
43. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə Mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
44. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
45. Maddə 113.3, Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
46. Maddə 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
55. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh MTK tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnaməsini dəyişdirmədən saxlayarkən düzgün olaraq qeyd etmişdir ki, qəbzin məzmununda 2005-2007-yə düzəlişin kim tərəfindən düzəldilməsinin məlum olmamasına baxmayaraq bu halın işin mahiyyətinə heç bir təsiri yoxdur və qəbul edilmiş qətnamənin qanunsuz sayılması üçün əsas vermir. Belə ki, bu dəlil əhəmiyyətsiz olmaqla qəbzin məzmununda göstərilən digər məlumatlar MTK tərəfindən təsdiq edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər arasında mənzilə dair müqavilə 2003-cü ildə bağlanmış, həmin tarixdən sonra isə mənzil iddiaçıya təhvil verilmiş və hazırkı vaxtadək iddiaçı həmin mənzildə yaşayır. Lakin cavabdeh mənzilin dəyərinin ödənilməməsini bildirsə də, həmin müddət ərzində mənzilin dəyərinin tələb edilməsi istiqamətində hər hansı addım atılmamış və bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Ümumiyyətlə mənzilin dəyəri müqavilədə konkret olaraq göstərilmədiyi üçün MTK-nın nümayəndəsi və vəkili iddiaçının hansı məbləğdə borclu olmasını kollegiyanın iclasında əsaslandıra bilməmişdir.
62. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
63. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.