Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1287/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; müqavilə üzrə öhdəliklər; mülkiyyət hüququnun müdafiəsi; xüsusi təyinatlı xidməti yaşayış sahəsi üzrə mənzildən çıxarmanın əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «xidməti yaşayış sahəsindən çıxarılma» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən xidməti yaşayış sahəsi Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir.
2. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 16, mənzil 18 cavabdeh Cavabdeh xüsusi mülkiyyətidir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «xidməti yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 3 ünvanında yerləşən xidməti yaşayış sahəsindən mənzillə təmin edilmədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ##### 2014-cü il tarixli * nömrəli qərarında yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin qeydiyyatının təşkili, İddiaçı hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunması göstərilmişdir. Həmin Əsasnamənin 1.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan generallar, Rlar, zabitlər, Rlər, Rlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və onlarla birlikdə yaşayan ailə üzvləri İddiaçı xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunurlar. Sözügedən Əsasnamənin 4.8-ci maddəsində hərbi qulluqçuların xidməti yaşayış sahəsi almaq üçün təminata qoyulması məqsədi ilə tələb olunan sənədlərin siyahısı qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi Idarələri tərəfindən özəlləşdirilmiş mənzilin və ya torpaq sahəsinin olub-olmaması barədə arayışın olması mütləqdir. Bakı Qarnizonu mənzil komissiyasının ## #### 2014-cü il tarixli iclasında cavabdeh Cavabdeh ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və ## #### 2014-cü il tarixli ** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona ünvan 4 ünvanında 3 otaqlı xidməti yaşayış sahəsi verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin məktubuna əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olmuşdur. Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olduqdan sonra cavabdeh Cavabdeh ünvan 5 ünvanındakı xidməti yaşayış sahəsini təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırki vaxta qədər təhvil verməmiş və onun tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir.
5. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehə məxsus mənzildə məcburi köçkün məskunlaşmışdır. Cavabdeh həmin şəxsin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2015-ci il tarixli qərarı ilə həmin iddia təmin edilmişdir. Lakin hazırki vaxta kimi həmin məhkəmə qərarı icra edilməmişdir. Bu səbəbdən cavabdeh özünə məxsus mənzildən faktiki olaraq istifadə etmək hüququndan məhrum edilmişdir. Bundan başqa cavabdeh döyüşlər vaxtı yaralanmışdır. Bu hal da cavabdehin xidməti yaşayış sahəsindən çıxarılmasını qadağan edir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 3 ünvanında yerləşən xidməti yaşayış sahəsindən mənzil ilə təmin edilmədən çıxarılması və 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir (hakim Ilkin Rüstəmli).
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Lakin işdən görünür ki, cavabdehin Bakı şəhərində xüsusi mülkiyyətində mənzili vardır. Belə olan halda kirayəyə verən kimi iddiaçının yaşayış sahəsinin kirayə müqaviləsini ləğv etmək hüququ vardır. Bu hüquq tərəflər arasında bağlanmış müqavilədən başqa eyni zamanda mənzil qanunvericiliyi ilə də təsbit olunur. Iddiaçı kirayə müqaviləsinin ləğvi barədə cavabdehə xəbərdarlıq göndərmiş və mənzili təhvil verməsini bildirmişdir. Lakin cavabdeh buna məhəl qoymayaraq hazırki vaxta kimi mənzili təhvil verməmişdir. Halbuki cavabdehin sözügedən mənzilə ehtiyacı artıq aradan qalxmışdır. Bu səbəbdən cavabdeh kirayə müqaviləsi əsasında onun istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən xidməti yaşayış sahəsindən çıxarılmalıdır.
8. Məhkəmə eyni zamanda cavabdehin Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarının hazırkı vaxta kimi icra edilməməsi səbəbindən iddianın əsassız olması ilə bağlı bildirdiyinə münasibətdə qeyd etmişdir ki, məhkəmə aktı dövlətin adından çıxarılır və icrası hamı üçün məcburidir. Cavabdeh bununla bağlı müvafiq icra qurumuna müraciət edib, həmin qərarın icrasını tələb etmək hüququna malikdir. Cavabdehə məxsus mənzildə yerləşən şəxsin həmin mənzildən çıxarılması ilə bağlı məhkəmə qərarının icrasının yubanması hazırki iddianın əsassızlığına dəlalət etmir. Belə ki, qanunvericilikdə bu halın cavabdehin xidməti yaşayış sahəsini təhvil verməkdən yayınması üçün əsas ola biləcəyini özündə əks etdirən normaya rast gəlinmir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2,92, 98.1, 98.2, 99.1, 100.3 və 102.1-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 119.2-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, artıq 11 ildən çoxdur ki, kirayə müqaviləsi əsasında mənzildə ailə üzvləri ilə yaşayır. Müdafiə Nazirliyi formal olaraq ona mənzil təqdim etsə də, faktiki olaraq həmin mənzildə hələ də məcburi köçkünlər yaşayır və ona sərəncam verilmiş mənzil istifadə hüququ baxımından əlçatan deyil. Kirayə müqaviləsinin bağlandığı 2014-cü ildə cavabdehə deyilməmişdir ki, onun mülkiyyətində ev var. Hesab edir ki, mülkiyyətin olması əsasında kirayə müqaviləsinin ləğvinin heç bir qanuni əsası yoxdur. Belə ki, faktiki vəziyyət göstərir ki, cavabdeh hələ də yaşayış yerindən məhrumdur və kirayə mənzilə ehtiyacı qalmaqdadır. Məhkəmə kirayə müqaviləsinin ləğvini yalnız formal mülkiyyət əsasında əsaslandırmışdır. Lakin, AR Mənzil Məcəlləsinin 100 və 82-ci maddələrində qeyd olunur ki, müqavilənin ləğvi üçün şəxsin mülkiyyətində evin olması kifayət deyil; əsas şərt kirayəçinin başqa mənzilə köçməsi və ya müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsidir. Hazırkı halda cavabdeh digər mənzillə təmin edilməyib. Kirayə müqaviləsi 5.4.6-cı bəndə uyğun olaraq yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda və məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin məhkəmə qərarında kirayə müqaviləsi ləğv edilmədən cavabdehin mənzildən çıxarılması göstərilmişdir ki, bu, qanunvericiliyin pozulmasıdır.
12. Bundan başqa cavabdeh hərbi xidmət zamanı yaralanmışdır (##.##.2017-ci il tarixli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı). Lakin məhkəmə bu halı da nəzərə almamışdır. Belə ki, AR Mənzil Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən, belə hallarda digər mənzil verilmədən kirayə mənzildən çıxarılması mümkün deyil. Məhkəmə həmçinin faktiki vəziyyəti düzgün qiymətləndirməyərək, mənzildə yaşayan məcburi köçkünlərin hüquqi statusunu nəzərə almamışdır. Beləliklə, cavabdehə mənzildən çıxmaq üçün heç bir real imkan yaradılmamışdır. Həmin mənzildə yaşamaq hüququ və istifadəsi cavabdehin şəxsi həyatının dinc və təhlükəsizliyinin təminatı baxımından həlledici əhəmiyyət kəsb edir. Belə ki, Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Qərarına əsasən, mənzil toxunulmazlığı bu hüququ qoruyur. Iddiaçı tərəfindən verilən mənzillə təmin olunma faktı mövcud deyil, yəni, cavabdeh istədiyi kimi mənzilini istifadə edə bilmir. Bu isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Faktiki və hüquqi vəziyyətin düzgün qiymətləndirilməməsi nəticəsində qətnamə kirayəçinin hüquqlarını pozmuşdur.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə apelyasiya şikayətinin rədd edilməsi və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir (hakimlər X4 (sədrliyi və məruzəsi ilə), X3, X5 ibarət tərkibdə).
14. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmış məhkəmə kollegiyası öz hüquqi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin mülkiyyətində yaşayış sahəsi olduğundan, iddiaçı hazırkı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması isə hazırkı tələbin rədd edilməməsi üçün əsas ola bilməz. Bununla bağlı diqqətə çatdırılmalıdır ki, hazırkı iş üzrə cavabdehin digər iş üzrə icra məmurunun müvafiq hərəkət və hərəkətsizliyindən şikayət vermək, habelə mülki prosessual qanunvericiliyin tələbinə əsasən digər iş üzrə icranın təmin olduğu zamanadək hazırki iş üzrə qətnamənin icrasına möhlət vermək üçün işə baxmış hakimə müraciət etmək hüququ vardır.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 157.2-ci; “Mənzil Məcəlləsinin 92, 98.1, 98.2, 99.1, 100.3, 101.1, 101.2, 102.1, 102.2, 103.1, 103.2, 103.3; Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1 və 231.1-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”na və Azərbaycan Respublikası Müdafiə Nazirinin ## ##### 2014-cü il tarixli * nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında Əsasnamə”sinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, qeyd edilən mənzildə məskunlaşmış məcburi köçkünlərin çıxarılması Azərbaycan Prezidentinin ##.##.2004-cü il tarixli *** saylı Sərəncamına əsasən mümkün deyil. Apellyasiya məhkəməsi bu statusu düzgün qiymətləndirməmişdir. Kirayə müqaviləsinin 5.4.6-cı bəndinə və Mənzil Məcəlləsinin 82, 100 və 102-ci maddələrinə əsasən, müqavilə yalnız kirayəçinin digər mənzilə köçməsi və ya müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsi halında məhkəmə qaydasında ləğv edilə bilər. Formal mülkiyyət mövcudluğu müqavilənin ləğvi üçün əsas deyil. Apellyasiya məhkəməsi yalnız formal mülkiyyət faktına istinad etmiş, cavabdehin faktiki mənzilə çıxışını, məcburi köçkünlərin statusunu və digər yaşayış sahəsi ilə təmin olunmamasını nəzərə almamışdır. Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Qərarı və Avropa Insan Hüquqları Konvensiyasının 6 və 8-ci maddələrinə əsasən, cavabdehin mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Hərbi xidmət zamanı yaralanmış şəxsin başqa mənzil ilə təmin edilmədən mənzildən çıxarılması qanunsuzdur. Apellyasiya məhkəməsi cavabdehin mülkiyyətində mənzil olmasını onun yaşayış sahəsi ilə təmin edilməsi kimi qiymətləndirmiş, lakin həmin mənzilin ##.##.2009-cu il tarixli order əsasında məhz məcburi köçkünlərin məskunlaşdığı vəziyyətdə verildiyini, həmin şəxslərin hazırda da orada yaşadığını və Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü il tarixli, *** nömrəli Sərəncamına görə onların çıxarılmasının mümkün olmadığını nəzərə almamışdır. Məhkəmə həmçinin iddiaçının cavabdehin digər mənzilə malik olmasını sonradan öyrəndiyi barədə arqumentini qəbul etsə də, həmin mənzilin Müdafiə Nazirliyinin qərarı ilə cavabdehin mülkiyyətinə verilməsi, eləcə də Nazirliyin 2011-ci il məhkəmə işində iştirak etməsi səbəbindən bu haldan əvvəlcədən xəbərdar olduğunu və məhz bu səbəbdən cavabdehi 2014-cü ildə xidməti yaşayış sahəsi ilə təmin etdiyini araşdırmamışdır. Bundan əlavə, apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarının icra edilməməsini cavabdehin və ya icra orqanının davranışı ilə əlaqələndirsə də, qətnamənin icrasına mane olan əsas səbəbin məcburi köçkünlərin xüsusi hüquqi statusu və *** nömrəli Sərəncamın tətbiqi olması faktına hüquqi qiymət verməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəllə
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
22. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
23. Maddə 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.1. vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir; 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir;
24. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər;
25. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
26. Maddə 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.1. mənzil hüququnun tanınması; 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması; 9.2.3. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların qüvvəsinin tam və qismən dayandırılması; 9.2.4. məhkəmə tərəfindən dövlət orqanının və ya bələdiyyənin mənzil hüquqlarını pozan və bu Məcəllə ilə, digər qanunla, habelə bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş və dövlət orqanlarının və ya bələdiyyələrin normativ aktlarından daha üstün hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edən normativ hüquqi aktların tətbiq edilməməsi; 9.2.5. mənzil münasibətlərinə xitam verilməsi və ya bu münasibətlərin dəyişməsi; 9.2.6. bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulan başqa üsullarla.
27. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
28. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
29. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
30. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır.
31. Maddə 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir.
32. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.
33. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
34. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir.
35. Maddə 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
43. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Baxılan işdə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehə qarşı tələb irəli sürərək göstərir ki, Bakı Qarnizonu mənzil komissiyasının ## #### 2014-cü il tarixli iclasında cavabdeh Cavabdeh ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və ## #### 2014-cü il tarixli ** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə ona verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin məktubuna əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olmuşdur. Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olduqdan sonra cavabdehə xidməti yaşayış sahəsini təhvil verməsi üçün edilmiş xəbərdarlıqlara baxmayaraq sözügedən xidməti yaşayış sahəsini hazırki vaxta qədər təhvil verməmişdir.
48. Cavabdeh isə iddiaya etiraz edərək bildirir ki, ona məxsus mənzildə məcburi köçkün məskunlaşmışdır. Həmin şəxsin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Lakin hazırki vaxta kimi məhkəmə qərarı icra edilməmişdir. Bu səbəbdən cavabdeh özünə məxsus mənzildən faktiki olaraq istifadə etmək hüququndan məhrum edilmişdir. Bundan başqa cavabdeh döyüşlər vaxtı yaralanmışdır. Bu hal da cavabdehin xidməti yaşayış sahəsindən çıxarılmasını qadağan edir.
49. Iddianı təmin edən birinci instansiya məhkəməsinin qənaətinə görə qanunvericiliyin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Lakin işdən görünür ki, cavabdehin Bakı şəhərində xüsusi mülkiyyətində mənzili vardır. Belə olan halda kirayəyə verən kimi iddiaçının yaşayış sahəsinin kirayə müqaviləsini ləğv etmək hüququ vardır. Bu hüquq tərəflər arasında bağlanmış müqavilədən başqa eyni zamanda mənzil qanunvericiliyi ilə də təsbit olunur. Iddiaçı kirayə müqaviləsinin ləğvi barədə cavabdehə xəbərdarlıq göndərmiş və mənzili təhvil verməsini bildirmişdir.
50. Cavabdeh apellyasiya şikayətində və iddiaya etirazında göstərmişdir ki, ilkin olaraq iddiaçı tərəfindən ona ailə üzvləri nəzərə alınmaqla mənzil verilmiş, sonra mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmışdır. Mənzil ona ayrılarkən boş olmamış və orada məcburi köçkünlər məskunlaşdırılmışdır. Bundan sonra iddiaçı tərəfindən yaşayış yeri ilə təmin edilməsi məqsədi ilə mübahisəli mənzil ona verilmişdir. Mülkiyyətində olan mənzildə məskunlaşmış şəxslərin oradan çıxmaması səbəbindən mübahisəli mənzilə ehtiyacı aradan qalxmamışdır.
51. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış, həmin dəlillərin, ümumiyyətlə iddiaya etirazın hansı səbəbdən əsaslı olmadığını göstərmədən ümumi ifadələrlə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
52. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
53. Mübahisənin düzgün həlli üçün tərəflər arasındakı mübahisəli hüquq münasibtələrinə hansı hüquq normalarının tətbiq edilməsinin müəyyən edilməsi, həmin normalarla iddianın faktiki əsasları və cavabdehin etirazları arasında uyğunluğun (uyğunsuzluğun) yoxlanılması və bu araşdırmanın nəticəsindən asılı olaraq tələbə yekun hüquqi qiymət verilməsi vacibdir.
54. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
55. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. u hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar.
56. Baxılan işin halları ilə müəyyən olunur ki, Bakı şəhəri Xətai rayon Telnov küçəsi ** saylı evin ** saylı mənzili ## ####### 2009-cu il tarixli orderlə iddiaçı və iki nəfər ailə üzvünə verilmişdir. Orderin verilməsinə əsas isə Yasamal rayon Icra Hakimiyyətinin ## ######## 2009-cu il tarixli sərəncamı olmuşdur. Mənzil üzərində ## ###### 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyət hüququ qeydə alınmışdır.
57. Işin digər halları ilə müəyyən olunur ki, həmin mənzil verilərkən mənzildə məcburi köçkün ailəsi məskunlaşmış, mənzil boş olmamışdır. Məcburi köçkünlərin mənzildən çıxarılması ilə bağlı iddiaçı tərəfindən iddia tələbi irəli sürülmüş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # ###### 2011-ci l tarixli qətnaməsi ilə iddia təmin olunmuş, lakin mübahisəli mənzil iddaçıya təqdim edilərkən və hazırda mənzilin boşaldılması təmin olunmamışdır. Həmin işə baxılarkən iddiaçının nümayəndəsi işə baxılmasında iştirak etmiş, mübahisəli məzilin boş olmaması, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququnun təmin edilməsinə nail olmaq istəyində olması ona aydın olmuşdur.
58. Iddiaçının nümayəndəsinin qanuni qüvvədə olan qətnamənin çıxarılmasına əsas olan iş üzrə verdiyi izahatından görünür ki, Cavabdeh Azərbaycan ordusunda uzun müddət ərzində xidməti, mənzil şəraiti nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə götürülmüş, Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən ## ####### 2009-cu il tarixli order əsasında ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzil verilmişdir. Mənzilin qorunması, saxlanması və sərəncam verilməsi Müdafiə Nazirliyinin səlahiyyətindədir. Mübahisəli mənzil Nazirliyin fonduna aid olmaqla mənzilin mülkiyyətçisi Cavabdeh olduğundan orada məskunlaşan şəxslər mənzildən çıxarılmalıdırlar.
59. Bundan başqa müəyyən olunur ki, cavabdehə Bakı Qarnizonu mənzil komissiyasının ## #### 2014-cü il tarixli iclasında ünvan 2 ünvanında Müdafiə Nazirliyinin mənzil fonduna aid xidməti yaşayış sahəsi verilməsi qərara alınmış və ## #### 2014-cü il tarixli ** nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, həmin andan etibarən cavabdeh mənzilə köçərək orada yaşamağa başlamışdır.
60. Iddiaçı iddia tələbini yalnız onunla əsaslandırır ki, * saylı Bakı Ərazi Idarəsinin məktubuna əsasən cavabdehin adına Bakı şəhəri Xətai rayon ünvan 7 ünvanında xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin olması məlum olmuş, bundan sonra ona xəbərdarlıq edilməsinə baxmayaraq mənzili təhvil verməmişdir.
61. Ilkin olaraq qeyd edilməlidir ki, iş materallarında reyestr xidməti və ya onun hər hansı qurumunun iddiaçıya ünvanlanmış hər hansı məktubunun mövcudluğu müəyyən olunmur.
62. Işin müəyyən olunmuş digər hallarına əsasən aşkar olaraq müəyyən olunmuş olur ki, cavabdehin mülkiyyətində və kirayə müqaviləsi əsasında sahiblik və istifadəsində olan hər iki mənzil iddiaçı tərəfindən verilmişdir.
63. Belə olan halda cavabdehin mülkiyyətində mənzilin olmasına dair iddiaçının məlumatı olmaması inandırıcı olmamaqla işin müəyyən olumuş halları ilə təkzib olunur.
64. Beləliklə aydın olur ki, mübahisəli mənzil cavabdehin mülkiyyətinə verilmiş boş olmayan mənzilin üzərində hüquqlarının sərbəst həyata keçirməsinə nail olan anadək, özünün və ailəsinin mənzil hüququnun təmin edilməsi məqsədi ilə verilmişdir.
65. Cavabdehin mübahisəli mənzildən çıxarılması məhz mülkiyyətindən sərbəst istifadə etməsinin təmin olunması halında mümkündür. Bu halın aydınlaşdırılması üçün isə Qaçqınların Məcburu köçkünlərin işləri üzrə komitənin və mənzili zəbt etmiş şəxslərin işə cəlb edilərək, iddiaya onların münasibətinin öyrənilməsindən sonra müvafiq qənaət formalaşa bilərdi ki, apellyasiya instansiya məhkənməsi isə belə araşdırmanın aparılmasının təmin etməmiş, göstərilən şəxsləri müstəqil tələb irəli sürən üçüncü şəxslər kimi cəlb edərək onların iddiaya müasibətini öyrənməmişdir.
66. Eyni zamanda göstərildiyi kimi cavabdehin mülkiyyətində mənzil olması xidməti mənzilin verilməsi zamanı iddiaçıya məlum olmuş, bu halın mövcudluğu iddiaçıya məlum olsa da cavabdeh yaşayış yerinə malik olmayan şəxs kimi qəbul edilmiş və o, xidməti mənzillə təmin olunmuşdur.
67. Beləliklə aydın olduğu kimi cavabdehin mülkiyyətində olan mənzildən istifadəsi obyektiv baxımdan mümkünsüz olmuş və o, xidməti mənzildən vicdanlı istifadə etmişdir. Yaranmış halda isə işin düzgün həlli üçün cavabdehin xidməti mənzilə ehtiyacının arada qalxıbqalxmaması digər hallarla birlikdə araşdırılmalı olsa da işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən belə araşdırma aparılmamışdır.
68. Qeyd edilməlidir iddiaçı öz qərarı (xidməti yaşayış sahəsinin verilməsi ilə bağlı) ilə cavabdehə münasibətdə anlaşılan (mülkiyyətrində mənzil olmasına baxmayaraq ondan istifadə edə bilmədiyi üçün yaşayış yerinə malik olmayan cavabdehi xidməti yaşayış yeri ilə təmin etməsi) hüquqi vəziyyət yaratmışdır, sonradan həmin qərarın nəticələrini əsaslandırmadan cavabdehin əleyhinə dəyişməsi hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz. Çünki, cavabdeh iddiaçının qərarına etibar edərək, özünə keçici həyat qurmuş, uzun müddət sonra mənzilin verilməsinə əsas olan hala (mülkiyyətində mənzil olmasına) istinad edərək cavabdehin mənzildən çıxarılmasına dair davranışı vicdanlılıq prinsipinə uyğun hesab edilə bilməz.
69. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
70. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
71. Qanunvericilikdə nəzərdə tutulmuş normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarı).
72. Insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq və açıq-aşkar ona uyğun gəlməyən tərzdə həyata keçirirsə, o, bu hüququndan suiistifadə etmiş olur (Mirolubovs və başqaları Latviyaya qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərar, § 62).
73. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
74. ##.##.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən, hərbi qulluqçuların ailələri; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər.
75. Qüvvədə olan Mənzil Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri.
76. Baxılan işdə iddianın əsaslılığı cavabdehə münasibətdə, onun dəlillərinə hüquqi qiymət verilməklə yuxarıda göstərilən və digər aidiyyəti maddi hüquq normalarının dispozisiya şərtləri əsasında yoxlanılmamış, məhkəmələrin gəldikləri nəticə əsaslandırılmamışdır.
77. Belə olan halda məhkəmələrin hansı hüquqi dəyərləndirmə ilə cavabdehin etirazlarını rədd, iddianı təmin etdiklərini müəyyənləşdirmək mümkün olmur.
78. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
79. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə mübahisəli faktiki halları və bəzi qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
80. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X6 X9 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir.
81. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar).
82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar).
83. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
84. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
85. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, qərara aldı:
Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.